Azərbaycan Respublikası Təhsil Nazirliyi
- 1. 12/26/2014 Azərbaycan Respublikası Təhsil Nazirliyi
http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=9681 1/2
26 Dekabr 2014 Axtarış..
Xәbәrlәr
05.12.2014
Әn yaxşı innovativ layihәnin qalibi
Böyük Britaniyada tәhsil alan
azәrbaycanlı tәlәbәnin uğuru
Azәrbaycanın istedadlı
gәnclәrinin xaricı ölkәlәrdә әldә etdiklәri
uğurlar hәr birimiz üçün sevindirici vә
qürurvericidir. Dünyanın tanınmış
universitetlәrindә tәhsil alan
gәnclәrimizin elm vә texnikanın müxtәlif
sahәlәrindә innovativ layihәlәrlә çıxış
etmәlәri vә ciddi uğurlar qazanmaları
istedadlı tәlәbәlәrimizin potensialından
xәbәr verir. Bütün
hallarda gәnclәrimizin xaricdә digәr
ölkәlәrdәn olan hәmyaşıdları
arasında yüksәk intellektual sәviyyә nümayiş etdirmәlәri tәhsilimizin uğurları hesab oluna bilәr.
Belә istedadlı gәnclәrdәn biri, hazırda "2007 2015ci illәrdә Azәrbaycan
gәnclәrinin xarici ölkәlәrdә tәhsili üzrә Dövlәt Proqramı" çәrçivәsindә Böyük Britaniyanın Şeffild
Universitetindә kompüter elmlәri ixtisası üzrә tәhsil alan Tәrlan Süleymanovdur. Gәlin, onu
yaxından tanıyaq.
Tәrlan Süleymanov 1993cü il avqustun 1dә Göyçay şәhәrindә anadan olub. İlk
tәhsilinә Göyçay şәhәr 3 nömrәli tam orta mәktәbdә başlayıb. VII sinfә qәdәr rus bölmәsindә
tәhsil alıb, daha sonra 2005ci ildә imtahan verәrәk yüksәk balla Ağdaş Özәl Türk Liseyinә
qәbul olunub. XI sinfi Bakı Özәl Türk Liseyindә
bitirib. Ağdaş Liseyindәn mәzun olduqdan sonra 2010cu ildә ali mәktәblәrә qәbul
imtahanında 690 bal toplayaraq Qafqaz Universitetinin ingilisdilli kompüter
mühәndisliyi fakültәsinә qәbul olunub. Göstәrdiyi nәticәyә görә dövlәt başçısı İlham Әliyevin 8
sentyabr 2010cu il tarixli sәrәncamı ilә Prezident tәqaüdünә layiq görülüb. Qafqaz Universitetinin
I kursunu әla qiymәtlәrlә bitirdikdәn sonra Böyük Britaniyanın Şeffild
Universitetinin kompüter elmlәri fakültәsinә qәbul olunub.
Dünya miqyaslı alim olmağı arzulayır
İngilis, rus, türk dillәrini mükәmmәl bilәn Tәrlan Qafqaz Universitetindә oxuduğu dövrdә
kompüter mühәndisliyi fakültәsi üzrә 1ci yerә layiq görülüb. Proqramlaşdırma vә robot
texnikasına daha çox maraq göstәrәn Tәrlan bu sahәdә dünya miqyaslı alim olmağı qarşısına
mәqsәd qoyub. Buna görә dә yüksәk sәviyyәli tәdris vә tәdqiqatları ilә dünyanın aparıcı
universitetlәri arasında özünәmәxsus yeri olan Şeffild Universitetini seçib.
Öz arzuma nail olmaq üçün mәn Şeffild Universitetini seçdim. Bu tәhsil ocağı mәnә
maraq göstәrdiyim elm sahәlәri üzrә geniş nәzәri vә praktik biliklәr verir. Bütün bunlar real
şәraitdә müxtәlif kompaniyalarla iş qurmağıma imkan yaradır. Mәnim qardaşım da Şeffild
Universitetindә kimya maşınqayırması üzrә tәhsil alır. Tәhsil aldığım universitetdә nәzәri
biliklәrimizi praktikada sınaqdan keçirmәk üçün bir neçә kompüter vә mühәndislik laboratoriyamız
var. Robotlarla iş isә bizim üçün әn xoş mәşğuliyyәt sahәsidir. Robotların müxtәlif tapşırıqları
yerinә yetirmәsini, necә hәrәkәt etmәsini müşahidә etmәk doğrudan da çox maraqlıdır. Ayrıayrı
müәllimlәr öz modullarına uyğun olan müxtәlif tәdris metodlarına malikdirlәr. Universitetdә
hәyatın müxtәlif aspektlәrinә hәsr olunmuş mühazirәlәr, laboratoriya mәşğәlәlәri, dәrs vәsaitlәri
var. Bundan әlavә, xüsusi iş vaxtları var ki, biz tәlәbәlәr bu vә ya digәr mәsәlәlәrlә bağlı
müәllimlәrimizә müraciәt edә vә onlardan kömәk ala bilәrik. Burada oxuduğum müddәt әrzindә
tәhsil mәnә çox şeylәr verdi. Birincisi, mәn әcnәbi tәlәbә kimi ingilis dilini akademik sәviyyәdә
mәnimsәdim. Bundan әlavә, kompüter elmini daha dәrindәn öyrәndim, proqramlaşdırma, robot
texnikası, süni intellekt vә digәr sahәlәrdә öz biliklәrimi genişlәndirdim. Universitetdә keçirilәn
müxtәlif işçi toplantılar, seminarlar vә digәr tәdbirlәr mәnә öz biliklәrimi zәnginlәşdirmәyә imkan
verir.
Yenilikçi tәlәbә
Qeyd etdiyimiz kimi, Şeffild Universiteti tәkcә Böyük Britaniyada deyil, bütün dünyada
kompüter mühәndisliyi, texnologiyalar, robot texnikası sahәsindә yeni ideyaların gündәmә gәldiyi
vә hәllini tapdığı bir ali tәhsil müәssisәsidir. 2014cü ildә universitetin әn yaxşı innovativ
layihәsinin qalibi Tәrlan Süleymanov seçilib. Şeffilddә tәhsilinin 3cü ilindә
fәrdi dissertasiya proyektinә görә "The Floow" şirkәti tәrәfindәn "Әn innovativ
layihә" (The Most Innovative Project) mükafatına layiq görülüb. İngilis dilindә "Animating 'Zeno'
the RoboKind Humanoid Robot: Navigationin a Mobile Environment" (qısaca Sәyyar Mühitdә
Naviqasiya) adlandırılan layihәnin ideyası Tәrlana mәxsusdur. Şeffild Universitetinin
professoru Roger Moorenun rәhbәrliyi ilә hәyata keçirilәn layihәdә "Zeno R50
RoboKind" robotundan istifadә edilib. Layihәnin әsas mәqsәdi tamamilә öz
özünә (fully autonomous) hәrәkәt edәn sistemlәrin
әsas problemlәrindәn biri olan naviqasiya problemini hәll etmәk olub. Tәdqiqat işi hәmçinin
robotlar vә süni intellekt sahәlәri üzrә bir neçә әhәmiyyәtli mövzunu әhatә edib.
Universitet tәrәfindәn verilmiş tәqdimatda Tәrlan Süleymanovun işlәrinә yüksәk qiymәt
verilib. Tәqdimatda qeyd olunub: "Biz mükafatı tәkcә öz innovasiyalarımıza görә yox, hәm dә yeni
istedad vә ideyalara veririk. Şeffild Universitetinin "Әn yaxşı innovasiya layihәsi" üzrә mükafat
informatika fakültәsinin tәlәbәsi Tәrlan Süleymanova tәqdim olunur. Biz Tәrlana kiçik bir robot
verәrәk onun süni intellektini tәdqiq etmәyi tәklif etdik. Lakin o tipik hәll variantını seçmәk
әvәzinә, daha çәtin hәll variantına üstünlük verәrәk robotun xarici müdaxilә olmadan nәqliyyat
vasitәsi ilә müstәqil idarә olunması imkanlarını araşdırmağa qәrar verib", deyә tәqdimatda qeyd
olunub. Tәrlanın hazırladığı metodika robota dolayısı ilә nәqliyyat vasitәlәrinin mәhdud mәkan
daxilindә hәrәkәtini idarә etmәyә imkan verir. "Kompüter hәlli vә süni intellektә әsaslanan bu
tәdqiqat işi әn çәtin problem vә innovasiyadır. Buna görә dә biz düşündük ki, Tәrlanın işi "Әn
yaxşı innovativ layihә" olmağa layiqdir. Vә belәliklә dә biz Tәrlanı tәbrik edirik. Biz sizin işinizdәn
böyük tәәssüratla ayrılırıq, Tәrlan! Sizin innovasiya vә istedadınızın gәlәcәkdә dә özünü
göstәrәcәyi günü gözlәyirik", deyә Şeffild Universitetindәn verilәn açıqlamada bildirilir.
Tәrlan Süleymanov layihәni bitirdikdәn sonra robotlar sahәsi üzrә daha
geniş biliklәrә sahib olmaq üçün Şeffild Universitetinin Robotlar Mәrkәzindә (Sheffield Centr for
Robotics) yay tәcrübәsi keçib. Tәcrübә müddәtindә yeni robotların
ӘSAS SӘHİFӘ
NAZİRLİK
ALİ TӘHSİL
ÜMUMİ TӘHSİL
BEYNӘLXALQ ӘMӘKDAŞLIQ
STATİSTİKA VӘ
QİYMӘTLӘNDİRMӘ
TӘHSİLİN İQTİSADİYYATI
TӘDRİS RESURSLARI
İNSAN RESURSLARI
İLK PEŞӘ VӘ ORTA İXTİSAS
TӘHSİLİ
MӘKTӘBӘQӘDӘR TӘHSİL
TӘHSİL SİSTEMİNDӘ ELM
MӘKTӘBDӘNKӘNAR TӘLİM VӘ
TӘRBİYӘ
HÜQUQ, LİSENZİYA VӘ
AKKREDİTASİYA
NOSTRİFİKASİYA
TӘHSİL SİSTEMİNİN
İNFORMASİYALAŞDIRILMASI
DEİNSTİTUTLAŞMA VӘ
UŞAQLARIN MÜDAFİӘSİ
QANUNVERİCİLİK
PROQRAM VӘ LAYİHӘLӘR
Dekabr 2014
B.e Ç.a Ç C.a C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 ©
« ‹ 20141226 › »
AZE RUS ENG
"Bütün dәrslәr, xüsusәn humanitar fәnlәr gәrәk gәnclәrimizә
Vәtәnә sәdaqәt, vәtәnpәrvәrlik ruhu aşılasın, tәrbiyә etsin vә
bunlar hәr bir gәncin qәlbindә sarsılmaz bir qalaya çevrilsin"
Heydәr Әliyev
AZӘRBAYCAN MӘTBUAT FOTOQALEREYA ӘLAQӘ
- 2. 12/26/2014 Azərbaycan Respublikası Təhsil Nazirliyi
http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=9681 2/2
Çap et Geri Yuxarı
quraşdırılması, bacarıq vә mәhdudiyyәtlәrinin müәyyәn edilmәsi, istifadә qaydalarının
hazırlanması vә demo proyektlәrin hәyata keçirilmәsi ilә mәşğul olub. Әlavә olaraq Zeno R50, Zeno R25 vә NAO insanvari robotları
Şeffild şәhәrindә keçirilәn "Beyin Festivalı" (Festival of the Mind) çәrçivәsindә
"Robotların yeni erası: interaktiv sәrgi" üçün (The New Age of Robotics: Interactive Exhibition)
ümayişә hazırlayıb. Seffild Universitetindә keçirilәn seminarlarda ("Skills forSuccess Programme")
iştirakına vә "Engineering: YouTre Hired" hәftәsi әrzindә әn yaxsı layihәyә görә ali mәktәb
tәrәfindәn tәltif olunub.
Azәrbaycan dili müәllimi
Tәrlan Süleymanov Böyük Britaniyada tәhsil aldığı dövrdә Azәrbaycan
hәqiqәtlәrini, dәyәrlәrini vә adәtәnәnәlәrini әcnәbilәrә çatdırmaq üçün bir sıra
fәaliyyәtlәrlә mәşğul olub. O, Seffild Universiteti nәzdindә Azәrbaycan hәqiqәtlәrinin dünya
ictimaiyyәtinә çatdırılması vә lobbiçilik fәaliyyәtlәri üçün tәsis edilmiş Azәrbaycan Cәmiyyәtinin
vitseprezidenti vә eyni zamanda İKT meneceridir. Cәmiyyәt tәrәfindәn hәr il tәşkil
olunan "Novruz festivalı", "Dünya hәftәsi", "Dil festivalı" vә s. tәdbirlәrdә fәal iştirak edib. Tәrlan
Süleymanov hәr il Şeffild Universitetindә keçirilәn "Xocalıya әdalәt!" kampaniyasının әsas
tәşkilatçılarındandır. O, 2014cü ildә universitetdә keçirilmış " Xocalıya әdalәt!"
kampaniyasına hәsr olunmuş videoçarx yaradıb.
Hәr il olduğu kimi, bu il dә Şeffild Tәlәbәlәr Birliyinin (Sheffield Students' Union)
tәşәbbüsü ilә Dünya Hәftәsi (World Week) tәşkil olunur vә bir hәftә әrzindә müxtәlif tәdbirlәr
hәyata keçirilir. Biz Şeffild Azәrbaycan Cәmiyyәti olaraq bu tәdbirlәr çәrçivәsindә Beynәlxalq Dil
Festivalında vә milli sәrgidә fәal iştirak edirik. Noyabrın 14dә paradın keçirilmәsi ilә hәftәyә start
verildi. Müxtәlif ölkәlәrdәn olan tәlәbәlәr öz bayraqları ilә 2 saat әrzindә universitetdәn şәhәr
mәrkәzinә doğru yürüş hәyata keçirәrәk tәlәbәlәrin birlik vә bәrabәrliyini nümayiş etdirdilәr.
Noyabrın 16da Beynәlxalq Dil Festivalı keçirildi. Mәn festivalda Azәrbaycan dili müәllimi olaraq
iştirak etdim. Festivalda xarici tәlәbәlәrә vә yerli әhaliyә Azәrbaycan dili dәrslәri keçdim. Bizә
ayrılan vaxt әrzindә yerli vә әcnәbi tәlәbәlәrә Azәrbaycan dili haqqında mәlumat vermәklә
bәrabәr, eyni zamanda Azәrbaycan haqqında maraqlı faktlar, Azәrbaycanın zәngin mәdәniyyәti
vә tarixinә aid mәlumatlar, iqtisadi, siyasi, elmi, idman vә digәr sahәlәrdә әldә olunan nailiyyәtlәr
vә ölkәmizdә baş tutacaq Avropa oyunları vә Avropa çempionatı barәdә mәlumat çatdırdıq.
Noyabrın 19da isә milli sәrgi tәşkil olundu. Sәrgidә Azәrbaycana aid suvenirlәr, milli geyimlәr vә
rәsmlәr nümayiş olundu.
Şeffild Universitetini bitirdikdәn sonra Azәrbaycanda elmi fәaliyyәtlә mәşğul
olmaq istәyirәm. Bunun üçün dә ilk öncә nüfuzlu universitetlәrin birindә doktorantura tәhsili
almaq arzusundayam. Gәlәcәkdә arzum öz sahәmdә ekspert olmaq vә elmә yeni ideyalar
gәtirmәklә bәşәriyyәtә xidmәt etmәkdir.
Biz dә ölkәmizin tәhsil әnәnәlәrini, mәdәniyyәtimizi uzaq Britaniyada layiqincә tәmsil edәn
Tәrlana qarşısına qoyduğu hәdәflәrә çatmaqda uğurlar arzulayırıq.
"Azәrbaycan müәllimi" qәzeti
2009 © Azәrbaycan Respublikasının Tәhsil Nazirliyi