4. Azərbaycan şerinin ölməz nümunələrini yaradan dahi
Məhəmməd Füzuli hər bir dövrdə insanların zövqünü
oxşayacaq əsərlər yaratmışdır.Sözlərin məharətlə iş –
lənməsi, bir növ rəmzi xasiyyət daşıması şairin əsər –
lərinə çoxmənalılıq xüsusiyyəti verir.Sadə oxucu oxuduğu
zaman məhəbbət macərasından həzz alır,öz qəlb aləminin
müəyyən arzu və istəklərindən söhbət getdiyini düşünür.
Arif oxucu isə orada daha dərin ictimai – fəlsəfi məzmunlar
görür.Söz sənəti maraqlıları isə sənətkarın sözdən necə
istifadə etmək məharətini izləyir.Beləliklə,şairin əsərləri
geniş xalq kütləsinin var – dövlətinə çevrilir.O həm yüksək
ziyalı təbəqəsini, həm şeir ustadlarını, həm də sadə oxucu
kütlələrini əhatə edə bilir.Məhz buna görə də Füzuli fars
divanında özünün üç dildə əsərlər yazmasını iftixarla qeyd
edərək göstərir: