SlideShare a Scribd company logo
1 of 57
QASIMZADƏ GÜLNAR
BM və İqtisadiyyat
Qrup 722
IV kurs
AZƏRSUN HOLDİNQ
HAQQINDA
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida
istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin
qabaqcıl şirkətidir. Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə
halına gəlməsində böyük rol oynayan "Azersun Holding“ tərkibində fəaliyyət
göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə
sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti,
keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri
ilə xalqa xidmət etməkdədir.
Fəaliyyətə başladığı gündən etibarən, bir ölkənin inkişafı üçün sadəcə
iqtisadiyyatla bağlı atılan addımların kifayət qədər olmadığına inanan "Azersun
Holding", həyata keçirilən iqtisadi layihələrin bəşəriyyətin mədəniyyət toplusuna
və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan onu
dəstəkləməsə lazımi şəkildə reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə
gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azersun Holding",
öhdəsinə götürdüyü missiyanı dünən olduğu kimi bu gün də eyni həyəcanla
yerinə yetirməkdədir. "Azersun Holding", Azərbaycanı Azərbaycan edən
mədəniyyət dəyərlərini sadəcə ölkə adına deyil, dünya adına da böyük zənginlik
olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi
missiyasının bir hissəsi kimi qəbul etməkdədir.
MƏQSƏD
Fəaliyyət göstərdiyi cografiyada müştərilərin gözləntilərini aşan ən
gözəl məhsul və xidmətləri təklif edərək, inkişaf etmiş iş gücü və texniki
infrastrukturu ilə yeni standartlar yaratmağa köklənmiş, sosial və ekoloji
məsələlərdə məsuliyyətli, fərqliliklərə və düşüncəyə dəyər verməsiylə
tanınan nüfuzlu, etibarlı və ədalətli bir qurum olmaq.
AZƏRSUN HOLDİNQ
DƏYƏRLƏR
Ədalət və düzgünlük prinsipi
Fəaliyyətlərimizin təməlində ədalət anlayışı durur, tərəzimizi düzgün qurar,
başqalarının haqqına tənəzzül etmərik;
Fəaliyyət prinsipi
Hər kəsin əkdiyini biçəcəyinə, zəhmət çəkənin qarşılığını əldə edəcəyinə
inanırıq;
Keyfiyyət siyasəti
Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən
daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir;
Məsuliyyət prinsipi
İstehsal etdiyimiz hər bir məhsulda insan sağlığı amilini dərk edir və bu
məsələdə qətiyyən güzəştə getmirik;
Əxlaq prinsipi
Gözəl əxlaqa malik insanları işə alırıq, işçilərimizin " öz işinin lideri"
olduğuna inanırıq;
İnam prinsipi
İşçilərimizin motivasiyasına önəm verir, performansları nisbətində maddi və
mənəvi dəstək veririk;
•7
Qrup ruhu
İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və
fikirlərinə böyük önəm veririk;
•8
Əməkdaşlıq prinsipi
İşçilərimizə etibarlı, təhlükəsiz
Çeviklik prinsipi
Qurumumuzun işçilərinin dinamik və davamlı inkişafını nailiyyətlərimizin təməl
əsası olaraq görürük;
•10
Təşkilatçılıq prinsipi
Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk;
•11
Bərabərlik prinsipi
Bütün işçilərimizə və iş münasibətlərində olduğumuz şəxslərə din, dil, irq, milliyyət
və sosial statuslarına baxmadan bərabər davranırıq;
•12
Texnoloji know-how prinsipi
Texniki yenilikləri sürətlə mənimsəyir, inkişaf etdirərək istifadə edir və öz know-
how’umuzu formalaşdırırıq;
•13
Mükəmməllik prinsipi
Ümumi keyfiyyət həyatımızdır;
Cəmiyyətə xeyir vermə prinsipi
Cəmiyyətə faydalı olmaq və çalışdığımız bölgənin xalqının etibarını
qazanmaq üçün hədsiz dərəcədə səy göstəririk;
•15
Ətraf mühitə hörmət prinsipi
Hər bir işimizdə ətraf mühiti, təbiəti qorumağa çalışırıq;
•16
Qanunilik prinsipi
Olduğumuz ölkənin qaydalarına tabe oluruq;
•17
Gələcək prinsipi
Atdığımız addımların gələcək nəsillərə işıq tutmasını hədəfləyirik;
Sevgi və hörmət prinsipi
Əlaqədə olduğumuz şəxs və qurumlarla qarşılıqlı hörmət prinsipləriylə
davranır, bəşəri münasibətləri davamlı inkişaf etdirməyə diqqət edirik;
Ədalətli rəqabət prinsipi
Rəqabətin gücünə və bizi mükəmməlliyə aparacağına inanırıq;
MİSSİYA
•Etibarlı və nümunəvi beynəlxalq ticari məhsullar və xidmətlər təqdim etmək;
•Payçılarımızın mənfəətlərini davamlı olaraq artırmaq;
•İşçilərini inkişaf etdirən və işçiləri ilə birgə inkişaf edən bir qurum olmaq;
•Cəmiyyətə verdiyimiz faydanı davamlı artırmaq və fəaliyyətlərimizdə ətraf mühitin
qorunmasını ön planda tutmaq;
•Fəaliyyətlərimizi, Keyfiyyət idarə etmə sistemi çərçivəsində həyata keçirərkən insan
sağlamlığını da diqqət mərkəzində saxlamaq;
VİZYONUMUZ
Fəaliyyət göstərdiyi ərazilərdə müştərilərin tələblərini qarşılayan ən yaxşı
məhsul və xidmətləri təqdim etmək, inkişaf etmiş iş gücü və texniki
infrastrukturu ilə yeni standartlar yaratmağa köklənmiş, sosial və ekoloji
məsələlərdə məsuliyyətli, fərqliliyə və düşüncəyə dəyər verməsiylə
tanınan, nüfuzlu, etibarlı və ədalətli bir qurum olmaq.
STRATEGİYASI
1. Daxili bazarı keyfiyyətli məhsullarla təmin
edilməsi,
2. Beynəlxalq arenada Azərbaycan brendi kimi
tanınması,
3. Yeni iş yerlərinin açılması.
Güclü tərəfləri
1. Missiya və strategiyasının olması.
2. Öz məhsullarının keyfiyyətinə nəzarət edilməsi
3. Yerli istehsala üstünlük verilməsi.
4. İxracata meyl etməsi.
5. Məhsul qiymətlərinin əhalinin gəlirlərinə uyğun olması.
6. İnsan resursları sahəsində də fəaliyyət göstərməsi.
7. “Qarabağ” futbol klubunun sponsoru olması.
8. Sosialyönümlü proqramların icrası.
Zəif tərəfləri
1. Brendin beynəlxalq miqyasda tanınmaması.
2. Əhalinin kifayət qədər inamının qazanılmaması.
3. Daxili bazarda tələbatın tam ödənilməməsi.
4. Xammalın “Holding” tərəfindən yetərincə tədarük
edilməməsi.
İmkanları
1. Ölkənin qida sektorunda boşluğun olması.
2.Beynəlxalq səviyyədə əlaqələrin olması (Rusiya
Federasiyası,Ukrayna,Belarus,Gürcüstan,Qazaxıstan,Türkmənista
n,Tacikistan,Qırğızıstan,Özbəkistan,BƏƏ,Litva,Polşa,İraq,
Almaniya,ABŞ,Türkiyə, İsrail və Çin )
3. Dövlət tərəfindən subsidiyaların ayrılması.
Təhlükələr
1. Mövcud beynəlxalq iqtisadi böhran.
2. Xammalın bir hissəsinin xaricdən gətirilməsi.
3. Əhalinin ümumi gəlirlərinin azalması.
4. Daxili bazarda rəqabətinin olmaması
MƏHSUL QRUPLARI
Kənd təsərrüfatı
Konservləşdirilmiş məhsullar
Süd məhsulları
Çay
Şəkər
Duz
Bitki yağları
Mayonez və ketçup
Şokolad
Dənli və paxlalı bitkilər
Kağız məhsulları
Zeytun yağı
İstixana
KƏND TƏSƏRRÜFATI
Qida istehsalında tarladan süfrəyədək bütün prosesi əhatə edən “Azərsun
Holdinq” iri kənd təsərrüfatı kompleksinə sahibdir. Şirkət tərəfindən 10 min
hektardan çox ərazidə əkinlər həyata keçirilməkdədir. Şirkətin iri
layihələrindən biri də Biləsuvar rayonunda həyata keçirilmişdir. Burada 3400
ha əkinə yararsız ərazidə rekultivasiya işləri aparılmış, drenaj kanalları
çəkilmiş, müasir damcılama və yağmurlama üsullu suvarma sistemləri tətbiq
olunmuşdur. Burada Global GAP sertifikatı əsasında soya, pomidor, arpa,
buğda, yaşıl noxud, qarğıdalı, günəbaxan, xiyar, badımcan, bibər, patisson və
digər tərəvəzlərin əkini həyata keçirilir. Tarlalarda orqanik tərəvəz və bostan
bitkilərinin əkini də həyata keçirilir. Ərazidə 400 mindən artıq nar ağacı
əkilmişdir. Burada qurulmuş orqanik gübrə istehsal müəssisəsi torpaqların
münbitliyinin artırılmasına xüsusi töhfə verməkdədir. Becərilən meyvə və
tərəvəzlər kompleksin ərazisində yerləşən konserv zavodunda emal olunur.
Həmçinin kənd təsərrüfatı kompleksi nəzdində Zaqatalada yerləşən illik emal
gücü 5 000 ton olan fındıq zavodu da fəaliyyət göstərir.
KƏND TƏSƏRRÜFATI MƏHSULLARI
SÜD MƏHSULLARI
Kürdəmirdə fəaliyyət göstərən süd kompleksi gündə 120 ton süd emal gücünə
malik GEA və UHT texnologiyaları ilə təchiz olunmuşdur. Süd kompleksi
Almaniya və Fransadan gətirilmiş yüksək məhsuldarlıqlı cins mal-qara bəslənilən
heyvandarlıq fermasından və mal-qaranın yem tələbatını təmin edən (Kürdəmirdə
1300 ha, Ağsuda 5000 ha) əkin ərazilərindən ibarətdir.
Zavodda pasterizə olunmuş günlük süd, UHT-tetrapak süd, ayran, kəsmik, qatıq,
meyvəli yoqurt, qatılaşdırılmış süd, pendir çeşidləri istehsal olunur. Zavodun
xammal tələbatı, eyni zamanda əhalidən toplanan süd hesabına qarşılanır. Əkin
ərazilərində ekoloji təmiz qaydalarla orqanik yonca və digər yem bitkiləri
becərilir.
ŞƏKƏR
2006-ci ildə istifadəyə verilən Azərbaycan Şəkər İstehsalat Birliyi (AŞİB) ölkə
və regionu yüksək keyfiyyətli şəkər məhsulları ilə təmin etməklə ölkə
iqtisadiyyatı üçün yeni sənaye sahələrini yaratdı. İllik istehsal gücü 700 000 ton
olan şəkər zavodu, xammalının bir qismini şəkər çuğunduru yetişdirən yerli
torpaq mülkiyyətçilərindən, digər hissəsini isə idxal olunan xam şəkər hesabına
təmin edir. Fermerlərin təminatlı alıcısı olaraq AŞİB torpaq mülkiyyətçilərini
texnoloji xəritəyə uyğun sertifikatlı toxum və mineral gübrələr ilə təmin edir.
Yüksək keyfiyyəti beynəlxalq laboratoriyalarda təsdiqlənmiş şəkər istehsal
edən İmişli Şəkər Zavodu dünyaca məşhur qazlı içki istehsalçılarının şəkər
tərəfdaşı və tədarükçüsüdür. Azərbaycan Şəkər İstehsalat Birliyi nəzdində
illik istehsal potensialı 60 000 ton olan bitki yağlarının ilkin emal
müəssisəsi, 60 000 ton kəllə qənd, 12000 ton kəsmə şəkər fabrikləri
fəaliyyət göstərir.Həmçinin şirkətlər qrupu daxilində ümumi illik istehsal
gücü 300 000 ton olan iki yem fabriki də fəaliyyət göstərməkdədir.
ÇAY
“Azərsun Holdinq”in Azərbaycandakı ilk investisiya layihəsi olaraq 1994-cü ildə
Bakıda fəaliyyətə başlamış “Sun Tea” çay fabriki bu gün məşhur çay markalarının
istehsalçısıdır. Müəssisə illik ortalama 15 000 ton istehsal gücünə malik, qara çay,
yaşıl çay, meyvəli çayların istehsalı ilə məşğuldur.Şirkətlər qrupunun
Azərbaycanın cənubunda Lənkəran və Astarada paketləmə müəssisələri də
fəaliyyət göstərir. Azərbaycanın ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal
edərək “Azerçay” markası ilə dünya bazarına təqdim edən müəssisə Azərbaycan
çayının şöhrətini bütün dünyaya yayır. Şirkətlər qrupunun Şri-Lankadakı “İnter
Tea” müəssisəsi broker olaraq birjalarda ən keyfiyyətli Seylon çaylarını tədarük
edir.
“Azərsun Holdinq” eyni zamanda dünyaca məşhur Hindistan,
Vyetnam və Keniya çaylarını birbaşa çay istehsalçılarından satın
alaraq, emal müəssisələrinin xammal ehtiyacını təmin edir.
XİDMƏTLƏR
1.Qablaşdırma
2.Tədarük zənciri
3.Ticarət və dağıtım
4.İxracat
İXRACAT
Azersun Holdinqin kifayət qədər geniş ixracat coğrafiyası vardır.
Hal – hazırda məhsullarımız Rusiya Federasiyası, Ukrayna, ,Belarus
Respublikası, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan,
Qırğızıstan, Özbəkistan, BƏƏ, Litva, Polşa,İraq, Almaniya, ABŞ,
Türkiyə, İsrail və Çinə uğurla ixrac olunmaqdadır.
Ixrac etdiyimiz məhsullarımzi sırasnda çay, konservləşdirilmiş məhsullar,
yağ, kağız məhsulları, duz, şəkər, fındıq və Şirkətimiz tərəfindən ihtehsal
edilən digər qida məhsulları daxildir.
QİYMƏTLƏNDİRMƏ SİYASƏTİMİZ
Azərsun Holdinq Qiymətləndirmə Siyasətimiz, işçinin öhdəsinə götürdüyü
işin dəyərinə, bəzən də personalın sahib olduğu bacarıq və xüsusiyyətlərinə
görə müəyyən edilir. Həmçinin davamlı olaraq əmək bazarında mövcud olan
maaş səviyyələrinə baxılır, yerinə yetirilən işin dəyəri davamlı olaraq
ölçülür, mövcud standartlara cavab verən məvacib siyasəti həyata keçirilir.
Proses, yeni başlayan personalın məvacib və əlavə hüquqlarının müəyyən
edilməsi, illik məvacib artımları, digər məvacib elementlərinin yoxlanılması və
idarə etməsini özündə əks etdirir.
• Vəzifəyə Yeni Başlayan Personalın Məvacibinin Müəyyən Edilməsi
• İllik Məvacib Artımları
• Fərdi olaraq iş izahı və bacarığa yönəlik məvacib dəyərləndirməsi
• Performans uğuruna görə illik mükafatlandırma
Holdinq Şirkətlər Qrupu təkibində çalışan personallara tətbiq olunan
Mükafatlandırma prosesi illik Performans hədəflərinə bağlı olaraq müəyyən
olunur.
Çalışanlarımız öz birbaşa rəhbərlərinin təqdiri ilə istər davranış,
istərsə də sərgilədiyi iş disiplininə əsasən Mükafatlandırma
komissiyasında dəyərləndirilir və haqq etdiyi mükafatı almış olur.
Bu Proses aşağıda göstərilən mərhələlərdən ibarətdir;
•Mükafatlandırılacaq Personalın Seçilməsi
•Komissiya Prosesi
•Personalın Mükafatlandırılması
Anlıq mükafatlandırma
İş saatları:
Azərsun Holdinq-də daimi işçilər üçün İş saatları 09:00-dan 18:00- a
qədərdir.Müvəqqəti işçi istehsal qrupu əməkdaşları üçün isə istehsal
proqramlarına uyğun olaraq növbəli iş rejimi tətbiq edilməktədir.
Yemək və Servis Xidmətləri
Şirkət əməkdaşlarına yemək xidməti pulsuz olaraq, normal iş
saatında çalışanlara günorta, növbəli sistem ilə çalışanlara isə
növbə proqramına uyğun olaraq verilir. Personalların daşınması
rahat servis avtomobilləri ilə müəyyən olunan marşurutlar üzrə
sürətli və təhlükəsiz bir şəkildə həyata keçirilir.
“ Azərbaycan Sənaye Sığorta ” vasitəsi ilə əməkdaşlarımız və
onların ailə üzvləri üçün xüsusi sağlamlıq sığortası xidməti verilir.
Xüsusi Sağlamlıq Sığortası
Əlavə və Sosial Hüquqlar
Vəzifəyə bağlı olaraq hazırlanan avadanlıq , telefon və yanacaq limitləri verilməktədir.
Tutduğu vəzifədən asılı olmayaraq aşagıdakı əlavə hüquqlar da mövcuddur:
•Ölümə görə olunan yardım,
•Evlilik yardımı,
•Yemək xidməti,
•Geyim yardımı,
•Sağlamlıq yardımı,
•Doğum üçün edilən yardım,
•İcazələr,
•İdman və dincəlmə mərkəzləri üçün üzvlük haqqı,
•Ərzaq yardımı (aylıq və xüsusi günlər üçün davamlı ərzaq yardımı)
Sosial fəaliyyətlər
Holdingimizdə "Azərsun Ailəsi" fəlsəfəsinin aşılanması məqsədi ilə
bayram günləri və həftə sonları müxtəlif fəaliyyətlər futbol yarışları ,
piknik və səyahətlər təşkil olunur. Şirkətlər qrupuna
məxsus Mədəniyyət Mərkəzində şirkət əməkdaşlarının övladları üçün
ad günü fəaliyyətləri , əyləncəli oyunlar, hədiyyəli yarışmalar,
konfranslar ,kinoteatr , teatr və s . təşkil olunmaqdadır.
PERFORMANS VƏ KARYERANIN İDARƏ
OLUNMASI
Azərsun Holdinq Performans idarə etməsi, əməkdaşlara onlardan nələrin tələb
olunmasını, hədəflərə çatmaq üçün nələr etmək lazım olduğunu, inkişaf və
təhsil ehtiyacının müəyyənləşdirilməsini, rəhbərləri ilə daha professional bir
əlaqə qurmasını təmin etmə istiqamətində önəmli dəstək təmin edən bir
vasitədir. Rəhbərlik tərəfindən isə, əməkdaşı haqqında konstruktiv və daha
tərəfsiz geri bildirimlər verməsini, daha aktiv rəhbərlik etməsini, məsləki
inkişafının daha rasional planlamasını, qurum hədəflərinin personal hədəfləri
ilə bütünlük təşkil etməsi kimi önəmli funksiyaya sahibdir.Performans
dəyərləndirmə nəticəsində əldə edilən məlumatlar, karyera idarə edilməsi
zamanı faktiki olaraq istifadə olunan vacib kriteriyalardandır. Kariyera İdarə
Edilməsi, İnsan resursları mütəxəssisləri və department idarəçiləri tərəfindən,
iş gücü ehtiyaclarını təmin etmə və çalışanların fərdi kariyera hədəflərinə
çatmalarına fürsət vermə imkanını, həmçinin onların plan və strategiyalarını
tətbiq etmələrini təmin edən prosesdir.
Performans Dəyərləndirmə Sistemi prosesimiz 2 əsas mərhələdən
ibarətdir;
•360 Dərəcə Bacarıq Dəyərləndirmə
•İş Hədəfləri Dəyərləndirməsi
Performans sistemi vasitəsiylə çalışanların bacarıqları
dəyərləndirilir. 360 Dərəcə tətbiqi ilə, çalışanın yalnız idarəçiləri
tərəfindən deyil, öz işçiləri, komanda yoldaşları və müştəriləri
tərəfindən də dəyərləndirilməsi aparılır və beləliklə də özü ilə bağlı
daha obyektiv nəticə əldə edilməsi təmin olunur.
İş Hədəfləri Dəyərləndirmə sistemi vasitəsi ilə əməməkdaşların Aylıq və İllik İş
Hədəfləri Performansları ölçülür.
•Aylıq Performans Dəyərləndirmə :Mütəxəssis və ondan aşağı vəzifələrdə
çalışanlara aid edilir. Bu əməkdaşlar bölmənin (şöbənin) iş hədəfləri icrasında qısa
müddətli hədəf və vəzifələri hansı səviyyədə , necə yerinə yetirdiklərinə baxılaraq
idarəçiləri tərəfindən yazılı hala gətirilmiş proses əsasında dəyərləndirilirlər. Bu
prosesdə fərq yaradan işçilərə maaşa əlavə olaraq Aylıq Performans Mükafatı
verilir.
•İllik Performans Dəyərləndirməyə əsasən yuxarıdan aşağıya doğru hədəf
paylaşımında çalışanların ilin əvvəlində özlərinə verilən hədəflərin, il sonunda
hansı səviyyədə həyata keçirildiyi dəyərləndirilir. İl boyu hədəflərlə bağlı inkişaf və
dəyişikliklərə nəzarət edilir, ilin sonunda performans dəyərləndirmə nəticələri əsas
götürülərək Performans Mükafatı verilir.
HOLDİNQİN ŞİRKƏTLƏRİ
Qida sektorunda Azərbaycanın istehsalçı və ixrac edən ölkə halına
gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət
göstərən zavodların güclü istehsal potansialı sayəsində geniş bir ixracat
şəbəkəsinə malikdir. Holdinq mövcud olan idarəçilik prinsipləri, müştəri
məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf
mühitin mühafizəsi prinsipləri ilə xalqa xidmət göstərməktədir.
Holdinqimizə daxil olan şirkətlər bunlardır:
•“Baki Qida Yağ Fabriki” MMC
•“Azərsun Ticarət və Dağıtım” MMC
•“Sun Food Service” MMC
•“Qarabağ Futbol Klubu” MMC
•“Qafqaz Konserv Zavodu” MMC
•“Qazax Konserv Zavodu” ASC
•“Kürdəmir Süd Emalı Zavodu” MMC
•“Sun Tea Çay Fabriki” MMC
•“Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC
•“Green Tech” MMC
•“Qafqaz Ticarət” MMC
•“Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC
•“Azərbaycan Duz İstehsalat Birliyi” QSC
•“Bazarstore” MMC
•“Lənkəran Konserv Zavodu” ASC
•“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC
Green Tech MMC
BAZARSTORE MMC
MÜKAFATLAR VƏ TƏLTİFLƏR
Azərbaycanın aparıcı qida istehsalçısı olaraq, “Azərsun Holdinq” və onun qurucusu
və rəhbəri Abdolbari Goozal fəaliyyəti dövründə qazandığı uğur və nailiyyətlərin
təsdiqi olaraq, sayı yüzlərlə ölçülən yerli və beynəlxalq təşkilatların, ali dövlət və
müxtəlif reytinq təşkilatlarının təsis etdiyi mükafat və medallar ilə təltif
edilmişdir. Təvazökarlığı ilə daim fərqlənən Abdolbari Goozalın təltif olunduğu
mükafatlara maraqlı yanaşması var. O deyir:-“Mənim üçün ən böyük mükafat
insanların bizə olan inamı, etimadı və etibarıdır.” . Qeyd etmək lazımdır ki, müasir
Azərbaycanda sənayenin qurulmasına mühüm töhfələr verən Abdolbari Goozal, iş
adamları arasında ilk dəfə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə
təltif edilib.
Azərsun Holdinq "İLİN HOLDİNQİ" kimi
elan edilmişdir.
Azersun Holdinqin baş sponsorluğu altında 4-cü Beynəlxalq Xəzər Enerji
Forumu keçirildi. Tədbirdə ölkəmizin dövlət rəsmiləri və aparıcı şəxsləri
iştirak etmiş və ölkədə iqtisadi islahatların müsbət nəticəsi vurğulanmışdır.
Forum çərçivəsində Azersun Holding ölkənin iqtisadiyyatının inkişafına
böyük töhfələrinə görə “İlin Holding" seçildi. Holdinqin baş direktoru Savaş
Uzan çıxış edərək, Azərbaycan dövlətinin sahibkarlara hərtərəfli dəstəylə
təmin etdiyini və bunun üçün ölkənin rəhbərliyinə təşəkkürünü bildirdi.
Savaş Uzanın sözlərinə görə, Azersun Holding'in məhsulları dünyanın 30-
dan çox ölkəsində satılır. O, həmçinin coğrafiyanın genişləndirilməsinin və
yerli "Made in Azerbaijan" markalı məhsulların ixrac həcminin artdığını
qeyd edib. Tədbir zamanı Azersun Holding tərəfindən istehsal olunan
"Azərçay" dünyanın 50-dən çox hava limanının "Duty Free" mağazalarında
satıldığı qeyd olunmuşdur.
"HOLDING OF THE YEAR"
Qlobal rəqabət şərtlərində istehsal tələbləri davamlı dəyişməkdədir. Bütün
istehsalçılar xərcləri artıran əlavə dəyərlərdən xilas olmağın yollarını araşdırır.
Beynəlxalq rəqabətdə israrlı olan “Azərsun Holdinq”in istehsal fəaliyyətlərində
əhatə etdiyi bütün mərhələlərdə onu müşayiət edən və etalona çevrilmiş
KEYFİYYƏT amili Azərsunluların dəyişməz dəyəridir. KEYFİYYƏT
qrupumuzun heç bir halda güzəştə getmədiyi dəyişməz fəlsəfəsinin əsası,
başlanğıcıdır. Keyfiyyət bizim həyatımızdır. Həmçinin inanırıq ki, istehsal
etdiyimiz məhsulun keyfiyyəti ilə məhsulu istehsal edən işçinin keyfiyyəti bir
bütün təşkil edir. Bu bütünü isə ekoloji saflıq və sağlam iş mühiti tamamlayır.
Sizlərə təqdim olunan bütün məhsullarımız bu mühitdə istehsal olunaraq Siz
dəyərli müştərilərimizə təqdim olunur.
“Azərsun Holdinq“in Müşahidə Şurasının sədri
Abdolbari Goozal
Azersun slide 1

More Related Content

Featured

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by HubspotMarius Sescu
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTExpeed Software
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsPixeldarts
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthThinkNow
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfmarketingartwork
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsKurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summarySpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
 

Featured (20)

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPT
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 

Azersun slide 1

  • 1. QASIMZADƏ GÜLNAR BM və İqtisadiyyat Qrup 722 IV kurs
  • 3. HAQQINDA 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir. Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azersun Holding“ tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
  • 4. Fəaliyyətə başladığı gündən etibarən, bir ölkənin inkişafı üçün sadəcə iqtisadiyyatla bağlı atılan addımların kifayət qədər olmadığına inanan "Azersun Holding", həyata keçirilən iqtisadi layihələrin bəşəriyyətin mədəniyyət toplusuna və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan onu dəstəkləməsə lazımi şəkildə reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azersun Holding", öhdəsinə götürdüyü missiyanı dünən olduğu kimi bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azersun Holding", Azərbaycanı Azərbaycan edən mədəniyyət dəyərlərini sadəcə ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul etməkdədir.
  • 5. MƏQSƏD Fəaliyyət göstərdiyi cografiyada müştərilərin gözləntilərini aşan ən gözəl məhsul və xidmətləri təklif edərək, inkişaf etmiş iş gücü və texniki infrastrukturu ilə yeni standartlar yaratmağa köklənmiş, sosial və ekoloji məsələlərdə məsuliyyətli, fərqliliklərə və düşüncəyə dəyər verməsiylə tanınan nüfuzlu, etibarlı və ədalətli bir qurum olmaq.
  • 7. DƏYƏRLƏR Ədalət və düzgünlük prinsipi Fəaliyyətlərimizin təməlində ədalət anlayışı durur, tərəzimizi düzgün qurar, başqalarının haqqına tənəzzül etmərik;
  • 8. Fəaliyyət prinsipi Hər kəsin əkdiyini biçəcəyinə, zəhmət çəkənin qarşılığını əldə edəcəyinə inanırıq; Keyfiyyət siyasəti Müştərilərimizin ehtiyac və istəklərini müəyyənləşdirərək istədiklərindən daha keyfiyyətli məhsul və xidmət təqdim etmək təməl hədəfimizdir; Məsuliyyət prinsipi İstehsal etdiyimiz hər bir məhsulda insan sağlığı amilini dərk edir və bu məsələdə qətiyyən güzəştə getmirik; Əxlaq prinsipi Gözəl əxlaqa malik insanları işə alırıq, işçilərimizin " öz işinin lideri" olduğuna inanırıq;
  • 9. İnam prinsipi İşçilərimizin motivasiyasına önəm verir, performansları nisbətində maddi və mənəvi dəstək veririk; •7 Qrup ruhu İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və fikirlərinə böyük önəm veririk; •8 Əməkdaşlıq prinsipi İşçilərimizə etibarlı, təhlükəsiz
  • 10. Çeviklik prinsipi Qurumumuzun işçilərinin dinamik və davamlı inkişafını nailiyyətlərimizin təməl əsası olaraq görürük; •10 Təşkilatçılıq prinsipi Qurumumuza duyulan etibara və bağlılığa böyük önəm veririk; •11 Bərabərlik prinsipi Bütün işçilərimizə və iş münasibətlərində olduğumuz şəxslərə din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq; •12 Texnoloji know-how prinsipi Texniki yenilikləri sürətlə mənimsəyir, inkişaf etdirərək istifadə edir və öz know- how’umuzu formalaşdırırıq; •13 Mükəmməllik prinsipi Ümumi keyfiyyət həyatımızdır;
  • 11. Cəmiyyətə xeyir vermə prinsipi Cəmiyyətə faydalı olmaq və çalışdığımız bölgənin xalqının etibarını qazanmaq üçün hədsiz dərəcədə səy göstəririk; •15 Ətraf mühitə hörmət prinsipi Hər bir işimizdə ətraf mühiti, təbiəti qorumağa çalışırıq; •16 Qanunilik prinsipi Olduğumuz ölkənin qaydalarına tabe oluruq; •17 Gələcək prinsipi Atdığımız addımların gələcək nəsillərə işıq tutmasını hədəfləyirik;
  • 12. Sevgi və hörmət prinsipi Əlaqədə olduğumuz şəxs və qurumlarla qarşılıqlı hörmət prinsipləriylə davranır, bəşəri münasibətləri davamlı inkişaf etdirməyə diqqət edirik; Ədalətli rəqabət prinsipi Rəqabətin gücünə və bizi mükəmməlliyə aparacağına inanırıq;
  • 13. MİSSİYA •Etibarlı və nümunəvi beynəlxalq ticari məhsullar və xidmətlər təqdim etmək; •Payçılarımızın mənfəətlərini davamlı olaraq artırmaq; •İşçilərini inkişaf etdirən və işçiləri ilə birgə inkişaf edən bir qurum olmaq; •Cəmiyyətə verdiyimiz faydanı davamlı artırmaq və fəaliyyətlərimizdə ətraf mühitin qorunmasını ön planda tutmaq; •Fəaliyyətlərimizi, Keyfiyyət idarə etmə sistemi çərçivəsində həyata keçirərkən insan sağlamlığını da diqqət mərkəzində saxlamaq;
  • 14. VİZYONUMUZ Fəaliyyət göstərdiyi ərazilərdə müştərilərin tələblərini qarşılayan ən yaxşı məhsul və xidmətləri təqdim etmək, inkişaf etmiş iş gücü və texniki infrastrukturu ilə yeni standartlar yaratmağa köklənmiş, sosial və ekoloji məsələlərdə məsuliyyətli, fərqliliyə və düşüncəyə dəyər verməsiylə tanınan, nüfuzlu, etibarlı və ədalətli bir qurum olmaq.
  • 15. STRATEGİYASI 1. Daxili bazarı keyfiyyətli məhsullarla təmin edilməsi, 2. Beynəlxalq arenada Azərbaycan brendi kimi tanınması, 3. Yeni iş yerlərinin açılması.
  • 16.
  • 17.
  • 18. Güclü tərəfləri 1. Missiya və strategiyasının olması. 2. Öz məhsullarının keyfiyyətinə nəzarət edilməsi 3. Yerli istehsala üstünlük verilməsi. 4. İxracata meyl etməsi. 5. Məhsul qiymətlərinin əhalinin gəlirlərinə uyğun olması. 6. İnsan resursları sahəsində də fəaliyyət göstərməsi. 7. “Qarabağ” futbol klubunun sponsoru olması. 8. Sosialyönümlü proqramların icrası.
  • 19. Zəif tərəfləri 1. Brendin beynəlxalq miqyasda tanınmaması. 2. Əhalinin kifayət qədər inamının qazanılmaması. 3. Daxili bazarda tələbatın tam ödənilməməsi. 4. Xammalın “Holding” tərəfindən yetərincə tədarük edilməməsi.
  • 20. İmkanları 1. Ölkənin qida sektorunda boşluğun olması. 2.Beynəlxalq səviyyədə əlaqələrin olması (Rusiya Federasiyası,Ukrayna,Belarus,Gürcüstan,Qazaxıstan,Türkmənista n,Tacikistan,Qırğızıstan,Özbəkistan,BƏƏ,Litva,Polşa,İraq, Almaniya,ABŞ,Türkiyə, İsrail və Çin ) 3. Dövlət tərəfindən subsidiyaların ayrılması.
  • 21. Təhlükələr 1. Mövcud beynəlxalq iqtisadi böhran. 2. Xammalın bir hissəsinin xaricdən gətirilməsi. 3. Əhalinin ümumi gəlirlərinin azalması. 4. Daxili bazarda rəqabətinin olmaması
  • 22. MƏHSUL QRUPLARI Kənd təsərrüfatı Konservləşdirilmiş məhsullar Süd məhsulları Çay Şəkər Duz Bitki yağları Mayonez və ketçup Şokolad Dənli və paxlalı bitkilər Kağız məhsulları Zeytun yağı İstixana
  • 23. KƏND TƏSƏRRÜFATI Qida istehsalında tarladan süfrəyədək bütün prosesi əhatə edən “Azərsun Holdinq” iri kənd təsərrüfatı kompleksinə sahibdir. Şirkət tərəfindən 10 min hektardan çox ərazidə əkinlər həyata keçirilməkdədir. Şirkətin iri layihələrindən biri də Biləsuvar rayonunda həyata keçirilmişdir. Burada 3400 ha əkinə yararsız ərazidə rekultivasiya işləri aparılmış, drenaj kanalları çəkilmiş, müasir damcılama və yağmurlama üsullu suvarma sistemləri tətbiq olunmuşdur. Burada Global GAP sertifikatı əsasında soya, pomidor, arpa, buğda, yaşıl noxud, qarğıdalı, günəbaxan, xiyar, badımcan, bibər, patisson və digər tərəvəzlərin əkini həyata keçirilir. Tarlalarda orqanik tərəvəz və bostan bitkilərinin əkini də həyata keçirilir. Ərazidə 400 mindən artıq nar ağacı əkilmişdir. Burada qurulmuş orqanik gübrə istehsal müəssisəsi torpaqların münbitliyinin artırılmasına xüsusi töhfə verməkdədir. Becərilən meyvə və tərəvəzlər kompleksin ərazisində yerləşən konserv zavodunda emal olunur. Həmçinin kənd təsərrüfatı kompleksi nəzdində Zaqatalada yerləşən illik emal gücü 5 000 ton olan fındıq zavodu da fəaliyyət göstərir.
  • 24.
  • 26. SÜD MƏHSULLARI Kürdəmirdə fəaliyyət göstərən süd kompleksi gündə 120 ton süd emal gücünə malik GEA və UHT texnologiyaları ilə təchiz olunmuşdur. Süd kompleksi Almaniya və Fransadan gətirilmiş yüksək məhsuldarlıqlı cins mal-qara bəslənilən heyvandarlıq fermasından və mal-qaranın yem tələbatını təmin edən (Kürdəmirdə 1300 ha, Ağsuda 5000 ha) əkin ərazilərindən ibarətdir. Zavodda pasterizə olunmuş günlük süd, UHT-tetrapak süd, ayran, kəsmik, qatıq, meyvəli yoqurt, qatılaşdırılmış süd, pendir çeşidləri istehsal olunur. Zavodun xammal tələbatı, eyni zamanda əhalidən toplanan süd hesabına qarşılanır. Əkin ərazilərində ekoloji təmiz qaydalarla orqanik yonca və digər yem bitkiləri becərilir.
  • 27.
  • 28. ŞƏKƏR 2006-ci ildə istifadəyə verilən Azərbaycan Şəkər İstehsalat Birliyi (AŞİB) ölkə və regionu yüksək keyfiyyətli şəkər məhsulları ilə təmin etməklə ölkə iqtisadiyyatı üçün yeni sənaye sahələrini yaratdı. İllik istehsal gücü 700 000 ton olan şəkər zavodu, xammalının bir qismini şəkər çuğunduru yetişdirən yerli torpaq mülkiyyətçilərindən, digər hissəsini isə idxal olunan xam şəkər hesabına təmin edir. Fermerlərin təminatlı alıcısı olaraq AŞİB torpaq mülkiyyətçilərini texnoloji xəritəyə uyğun sertifikatlı toxum və mineral gübrələr ilə təmin edir.
  • 29. Yüksək keyfiyyəti beynəlxalq laboratoriyalarda təsdiqlənmiş şəkər istehsal edən İmişli Şəkər Zavodu dünyaca məşhur qazlı içki istehsalçılarının şəkər tərəfdaşı və tədarükçüsüdür. Azərbaycan Şəkər İstehsalat Birliyi nəzdində illik istehsal potensialı 60 000 ton olan bitki yağlarının ilkin emal müəssisəsi, 60 000 ton kəllə qənd, 12000 ton kəsmə şəkər fabrikləri fəaliyyət göstərir.Həmçinin şirkətlər qrupu daxilində ümumi illik istehsal gücü 300 000 ton olan iki yem fabriki də fəaliyyət göstərməkdədir.
  • 30. ÇAY “Azərsun Holdinq”in Azərbaycandakı ilk investisiya layihəsi olaraq 1994-cü ildə Bakıda fəaliyyətə başlamış “Sun Tea” çay fabriki bu gün məşhur çay markalarının istehsalçısıdır. Müəssisə illik ortalama 15 000 ton istehsal gücünə malik, qara çay, yaşıl çay, meyvəli çayların istehsalı ilə məşğuldur.Şirkətlər qrupunun Azərbaycanın cənubunda Lənkəran və Astarada paketləmə müəssisələri də fəaliyyət göstərir. Azərbaycanın ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək “Azerçay” markası ilə dünya bazarına təqdim edən müəssisə Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Şirkətlər qrupunun Şri-Lankadakı “İnter Tea” müəssisəsi broker olaraq birjalarda ən keyfiyyətli Seylon çaylarını tədarük edir.
  • 31. “Azərsun Holdinq” eyni zamanda dünyaca məşhur Hindistan, Vyetnam və Keniya çaylarını birbaşa çay istehsalçılarından satın alaraq, emal müəssisələrinin xammal ehtiyacını təmin edir.
  • 33. İXRACAT Azersun Holdinqin kifayət qədər geniş ixracat coğrafiyası vardır. Hal – hazırda məhsullarımız Rusiya Federasiyası, Ukrayna, ,Belarus Respublikası, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, BƏƏ, Litva, Polşa,İraq, Almaniya, ABŞ, Türkiyə, İsrail və Çinə uğurla ixrac olunmaqdadır. Ixrac etdiyimiz məhsullarımzi sırasnda çay, konservləşdirilmiş məhsullar, yağ, kağız məhsulları, duz, şəkər, fındıq və Şirkətimiz tərəfindən ihtehsal edilən digər qida məhsulları daxildir.
  • 34.
  • 35. QİYMƏTLƏNDİRMƏ SİYASƏTİMİZ Azərsun Holdinq Qiymətləndirmə Siyasətimiz, işçinin öhdəsinə götürdüyü işin dəyərinə, bəzən də personalın sahib olduğu bacarıq və xüsusiyyətlərinə görə müəyyən edilir. Həmçinin davamlı olaraq əmək bazarında mövcud olan maaş səviyyələrinə baxılır, yerinə yetirilən işin dəyəri davamlı olaraq ölçülür, mövcud standartlara cavab verən məvacib siyasəti həyata keçirilir.
  • 36. Proses, yeni başlayan personalın məvacib və əlavə hüquqlarının müəyyən edilməsi, illik məvacib artımları, digər məvacib elementlərinin yoxlanılması və idarə etməsini özündə əks etdirir. • Vəzifəyə Yeni Başlayan Personalın Məvacibinin Müəyyən Edilməsi • İllik Məvacib Artımları • Fərdi olaraq iş izahı və bacarığa yönəlik məvacib dəyərləndirməsi • Performans uğuruna görə illik mükafatlandırma Holdinq Şirkətlər Qrupu təkibində çalışan personallara tətbiq olunan Mükafatlandırma prosesi illik Performans hədəflərinə bağlı olaraq müəyyən olunur.
  • 37.
  • 38. Çalışanlarımız öz birbaşa rəhbərlərinin təqdiri ilə istər davranış, istərsə də sərgilədiyi iş disiplininə əsasən Mükafatlandırma komissiyasında dəyərləndirilir və haqq etdiyi mükafatı almış olur. Bu Proses aşağıda göstərilən mərhələlərdən ibarətdir; •Mükafatlandırılacaq Personalın Seçilməsi •Komissiya Prosesi •Personalın Mükafatlandırılması Anlıq mükafatlandırma
  • 39. İş saatları: Azərsun Holdinq-də daimi işçilər üçün İş saatları 09:00-dan 18:00- a qədərdir.Müvəqqəti işçi istehsal qrupu əməkdaşları üçün isə istehsal proqramlarına uyğun olaraq növbəli iş rejimi tətbiq edilməktədir.
  • 40. Yemək və Servis Xidmətləri Şirkət əməkdaşlarına yemək xidməti pulsuz olaraq, normal iş saatında çalışanlara günorta, növbəli sistem ilə çalışanlara isə növbə proqramına uyğun olaraq verilir. Personalların daşınması rahat servis avtomobilləri ilə müəyyən olunan marşurutlar üzrə sürətli və təhlükəsiz bir şəkildə həyata keçirilir. “ Azərbaycan Sənaye Sığorta ” vasitəsi ilə əməkdaşlarımız və onların ailə üzvləri üçün xüsusi sağlamlıq sığortası xidməti verilir. Xüsusi Sağlamlıq Sığortası
  • 41. Əlavə və Sosial Hüquqlar Vəzifəyə bağlı olaraq hazırlanan avadanlıq , telefon və yanacaq limitləri verilməktədir. Tutduğu vəzifədən asılı olmayaraq aşagıdakı əlavə hüquqlar da mövcuddur: •Ölümə görə olunan yardım, •Evlilik yardımı, •Yemək xidməti, •Geyim yardımı, •Sağlamlıq yardımı, •Doğum üçün edilən yardım, •İcazələr, •İdman və dincəlmə mərkəzləri üçün üzvlük haqqı, •Ərzaq yardımı (aylıq və xüsusi günlər üçün davamlı ərzaq yardımı)
  • 42.
  • 43. Sosial fəaliyyətlər Holdingimizdə "Azərsun Ailəsi" fəlsəfəsinin aşılanması məqsədi ilə bayram günləri və həftə sonları müxtəlif fəaliyyətlər futbol yarışları , piknik və səyahətlər təşkil olunur. Şirkətlər qrupuna məxsus Mədəniyyət Mərkəzində şirkət əməkdaşlarının övladları üçün ad günü fəaliyyətləri , əyləncəli oyunlar, hədiyyəli yarışmalar, konfranslar ,kinoteatr , teatr və s . təşkil olunmaqdadır.
  • 44. PERFORMANS VƏ KARYERANIN İDARƏ OLUNMASI Azərsun Holdinq Performans idarə etməsi, əməkdaşlara onlardan nələrin tələb olunmasını, hədəflərə çatmaq üçün nələr etmək lazım olduğunu, inkişaf və təhsil ehtiyacının müəyyənləşdirilməsini, rəhbərləri ilə daha professional bir əlaqə qurmasını təmin etmə istiqamətində önəmli dəstək təmin edən bir vasitədir. Rəhbərlik tərəfindən isə, əməkdaşı haqqında konstruktiv və daha tərəfsiz geri bildirimlər verməsini, daha aktiv rəhbərlik etməsini, məsləki inkişafının daha rasional planlamasını, qurum hədəflərinin personal hədəfləri ilə bütünlük təşkil etməsi kimi önəmli funksiyaya sahibdir.Performans dəyərləndirmə nəticəsində əldə edilən məlumatlar, karyera idarə edilməsi zamanı faktiki olaraq istifadə olunan vacib kriteriyalardandır. Kariyera İdarə Edilməsi, İnsan resursları mütəxəssisləri və department idarəçiləri tərəfindən, iş gücü ehtiyaclarını təmin etmə və çalışanların fərdi kariyera hədəflərinə çatmalarına fürsət vermə imkanını, həmçinin onların plan və strategiyalarını tətbiq etmələrini təmin edən prosesdir.
  • 45. Performans Dəyərləndirmə Sistemi prosesimiz 2 əsas mərhələdən ibarətdir; •360 Dərəcə Bacarıq Dəyərləndirmə •İş Hədəfləri Dəyərləndirməsi Performans sistemi vasitəsiylə çalışanların bacarıqları dəyərləndirilir. 360 Dərəcə tətbiqi ilə, çalışanın yalnız idarəçiləri tərəfindən deyil, öz işçiləri, komanda yoldaşları və müştəriləri tərəfindən də dəyərləndirilməsi aparılır və beləliklə də özü ilə bağlı daha obyektiv nəticə əldə edilməsi təmin olunur.
  • 46.
  • 47. İş Hədəfləri Dəyərləndirmə sistemi vasitəsi ilə əməməkdaşların Aylıq və İllik İş Hədəfləri Performansları ölçülür. •Aylıq Performans Dəyərləndirmə :Mütəxəssis və ondan aşağı vəzifələrdə çalışanlara aid edilir. Bu əməkdaşlar bölmənin (şöbənin) iş hədəfləri icrasında qısa müddətli hədəf və vəzifələri hansı səviyyədə , necə yerinə yetirdiklərinə baxılaraq idarəçiləri tərəfindən yazılı hala gətirilmiş proses əsasında dəyərləndirilirlər. Bu prosesdə fərq yaradan işçilərə maaşa əlavə olaraq Aylıq Performans Mükafatı verilir. •İllik Performans Dəyərləndirməyə əsasən yuxarıdan aşağıya doğru hədəf paylaşımında çalışanların ilin əvvəlində özlərinə verilən hədəflərin, il sonunda hansı səviyyədə həyata keçirildiyi dəyərləndirilir. İl boyu hədəflərlə bağlı inkişaf və dəyişikliklərə nəzarət edilir, ilin sonunda performans dəyərləndirmə nəticələri əsas götürülərək Performans Mükafatı verilir.
  • 48. HOLDİNQİN ŞİRKƏTLƏRİ Qida sektorunda Azərbaycanın istehsalçı və ixrac edən ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potansialı sayəsində geniş bir ixracat şəbəkəsinə malikdir. Holdinq mövcud olan idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühitin mühafizəsi prinsipləri ilə xalqa xidmət göstərməktədir.
  • 49. Holdinqimizə daxil olan şirkətlər bunlardır: •“Baki Qida Yağ Fabriki” MMC •“Azərsun Ticarət və Dağıtım” MMC •“Sun Food Service” MMC •“Qarabağ Futbol Klubu” MMC •“Qafqaz Konserv Zavodu” MMC •“Qazax Konserv Zavodu” ASC •“Kürdəmir Süd Emalı Zavodu” MMC •“Sun Tea Çay Fabriki” MMC •“Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC •“Green Tech” MMC •“Qafqaz Ticarət” MMC •“Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC •“Azərbaycan Duz İstehsalat Birliyi” QSC •“Bazarstore” MMC •“Lənkəran Konserv Zavodu” ASC •“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC
  • 52. MÜKAFATLAR VƏ TƏLTİFLƏR Azərbaycanın aparıcı qida istehsalçısı olaraq, “Azərsun Holdinq” və onun qurucusu və rəhbəri Abdolbari Goozal fəaliyyəti dövründə qazandığı uğur və nailiyyətlərin təsdiqi olaraq, sayı yüzlərlə ölçülən yerli və beynəlxalq təşkilatların, ali dövlət və müxtəlif reytinq təşkilatlarının təsis etdiyi mükafat və medallar ilə təltif edilmişdir. Təvazökarlığı ilə daim fərqlənən Abdolbari Goozalın təltif olunduğu mükafatlara maraqlı yanaşması var. O deyir:-“Mənim üçün ən böyük mükafat insanların bizə olan inamı, etimadı və etibarıdır.” . Qeyd etmək lazımdır ki, müasir Azərbaycanda sənayenin qurulmasına mühüm töhfələr verən Abdolbari Goozal, iş adamları arasında ilk dəfə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
  • 53.
  • 54. Azərsun Holdinq "İLİN HOLDİNQİ" kimi elan edilmişdir. Azersun Holdinqin baş sponsorluğu altında 4-cü Beynəlxalq Xəzər Enerji Forumu keçirildi. Tədbirdə ölkəmizin dövlət rəsmiləri və aparıcı şəxsləri iştirak etmiş və ölkədə iqtisadi islahatların müsbət nəticəsi vurğulanmışdır. Forum çərçivəsində Azersun Holding ölkənin iqtisadiyyatının inkişafına böyük töhfələrinə görə “İlin Holding" seçildi. Holdinqin baş direktoru Savaş Uzan çıxış edərək, Azərbaycan dövlətinin sahibkarlara hərtərəfli dəstəylə təmin etdiyini və bunun üçün ölkənin rəhbərliyinə təşəkkürünü bildirdi. Savaş Uzanın sözlərinə görə, Azersun Holding'in məhsulları dünyanın 30- dan çox ölkəsində satılır. O, həmçinin coğrafiyanın genişləndirilməsinin və yerli "Made in Azerbaijan" markalı məhsulların ixrac həcminin artdığını qeyd edib. Tədbir zamanı Azersun Holding tərəfindən istehsal olunan "Azərçay" dünyanın 50-dən çox hava limanının "Duty Free" mağazalarında satıldığı qeyd olunmuşdur.
  • 56. Qlobal rəqabət şərtlərində istehsal tələbləri davamlı dəyişməkdədir. Bütün istehsalçılar xərcləri artıran əlavə dəyərlərdən xilas olmağın yollarını araşdırır. Beynəlxalq rəqabətdə israrlı olan “Azərsun Holdinq”in istehsal fəaliyyətlərində əhatə etdiyi bütün mərhələlərdə onu müşayiət edən və etalona çevrilmiş KEYFİYYƏT amili Azərsunluların dəyişməz dəyəridir. KEYFİYYƏT qrupumuzun heç bir halda güzəştə getmədiyi dəyişməz fəlsəfəsinin əsası, başlanğıcıdır. Keyfiyyət bizim həyatımızdır. Həmçinin inanırıq ki, istehsal etdiyimiz məhsulun keyfiyyəti ilə məhsulu istehsal edən işçinin keyfiyyəti bir bütün təşkil edir. Bu bütünü isə ekoloji saflıq və sağlam iş mühiti tamamlayır. Sizlərə təqdim olunan bütün məhsullarımız bu mühitdə istehsal olunaraq Siz dəyərli müştərilərimizə təqdim olunur. “Azərsun Holdinq“in Müşahidə Şurasının sədri Abdolbari Goozal

Editor's Notes

  1. BM və İqtisadiyyat Qrup 722
  2. AZƏRSUN HOLDİNQ
  3. Daxili bazarı keyfiyyətli məhsullarla təmin edilməsi, Beynəlxalq arenada Azərbaycan brendi kimi tanınması, Yeni iş yerlərinin açılması.
  4. Missiya və strategiyasının olması. Öz məhsullarının keyfiyyətinə nəzarət edilməsi Yerli istehsala üstünlük verilməsi. İxracata meyl etməsi. Məhsul qiymətlərinin əhalinin gəlirlərinə uyğun olması. İnsan resursları sahəsində də fəaliyyət göstərməsi. “Qarabağ” futbol klubunun sponsoru olması. Sosialyönümlü proqramların icrası.
  5. Brendin beynəlxalq miqyasda tanınmaması. Əhalinin kifayət qədər inamının qazanılmaması. Daxili bazarda tələbatın tam ödənilməməsi. Xammalın “Holding” tərəfindən yetərincə tədarük edilməməsi.
  6. Ölkənin qida sektorunda boşluğun olması. Beynəlxalq səviyyədə əlaqələrin olması (Rusiya Federasiyası, Ukrayna, ,Belarus Respublikası, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Özbəkistan,  BƏƏ, Litva, Polşa,İraq, Almaniya, ABŞ, Türkiyə, İsrail və Çin ) Dövlət tərəfindən subsidiyaların ayrılması.
  7. Mövcud beynəlxalq iqtisadi böhran. Xammalın bir hissəsinin xaricdən gətirilməsi. Əhalinin ümumi gəlirlərinin azalması. Daxili bazarda rəqabətinin olmaması.
  8. Kənd təsərrüfatı Konservləşdirilmiş məhsullar Süd məhsulları Çay Şəkər Duz Bitki yağları Mayonez və ketçup Şokolad Dənli və paxlalı bitkilər Kağız məhsulları Zeytun yağı İstixana
  9. Qablaşdırma Tədarük zənciri Ticarət və dağıtım İxracat
  10. Xüsusi Sağlamlıq Sığortası
  11. Qida sektorunda  Azərbaycanın istehsalçı və ixrac edən  ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potansialı sayəsində  geniş bir ixracat şəbəkəsinə malikdir. Holdinq mövcud olan idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühitin mühafizəsi prinsipləri ilə xalqa xidmət göstərməktədir.
  12.  Azərbaycanın aparıcı qida istehsalçısı olaraq, “Azərsun Holdinq” və onun qurucusu və rəhbəri Abdolbari Goozal fəaliyyəti dövründə qazandığı uğur və nailiyyətlərin təsdiqi olaraq, sayı yüzlərlə ölçülən yerli və beynəlxalq təşkilatların, ali dövlət və müxtəlif reytinq təşkilatlarının təsis etdiyi mükafat və medallar ilə təltif edilmişdir.  Təvazökarlığı ilə daim fərqlənən Abdolbari Goozalın təltif olunduğu mükafatlara maraqlı yanaşması var. O deyir:-“Mənim üçün ən böyük mükafat insanların bizə olan inamı, etimadı və etibarıdır.” .  Qeyd etmək lazımdır ki, müasir Azərbaycanda sənayenin qurulmasına mühüm töhfələr verən Abdolbari Goozal, iş adamları arasında ilk dəfə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
  13. Qlobal rəqabət şərtlərində istehsal tələbləri davamlı dəyişməkdədir. Bütün istehsalçılar xərcləri artıran əlavə dəyərlərdən xilas olmağın yollarını araşdırır. Beynəlxalq rəqabətdə israrlı olan “Azərsun Holdinq”in  istehsal fəaliyyətlərində əhatə etdiyi bütün mərhələlərdə onu müşayiət edən və etalona çevrilmiş KEYFİYYƏT amili Azərsunluların dəyişməz dəyəridir. KEYFİYYƏT qrupumuzun heç bir halda güzəştə getmədiyi dəyişməz fəlsəfəsinin əsası, başlanğıcıdır. Keyfiyyət bizim həyatımızdır. Həmçinin inanırıq ki, istehsal etdiyimiz məhsulun keyfiyyəti ilə məhsulu istehsal edən işçinin keyfiyyəti bir bütün təşkil edir. Bu bütünü isə ekoloji saflıq və sağlam iş mühiti tamamlayır. Sizlərə təqdim olunan bütün məhsullarımız bu mühitdə istehsal olunaraq Siz dəyərli müştərilərimizə təqdim olunur. “Azərsun Holdinq“in Müşahidə Şurasının sədri Abdolbari Goozal