Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
1 a
1. I sinif II yarımil A variantı
2
Ana dili
1. Hansı söz hecalara düzgün ayrılmayıb?
A) çə-yirt-kə B) çiy-ə-lək
C) Kəl-bə-cər
2. Nöqtələrin yerinə hansı eyni saiti yazdıqda söz
alınır?
Ş.r, d.ş, q.r, t.r.
A) ə B) a C) e
3. Hecalardan «qurbağa» sözü düzəltsək, hansı heca
artıq qalar? -ğa, -lar, -ba, -qur
A) ba B) lar C) ğa
4. Yaxınmənalı sözlər hansılardır?
A) təzə-yeni B) kobud-mehriban
C) irəli-geri
5. Əksmənalı sözlər hansılardır?
A) gözəl-qəşəng B) səhər-axşam
C) hündür-uca
6. Dilimizdə neçə sait və samit hərf var?
A) 23, 8 B) 24, 9 C) 23,9
7. Hansı sözü sağdan sola oxuyanda yeni söz alınmır?
A) tay B) zay C) qar
8. Sözlər nədən yaranır?
A) hecalardan B) səslərdən
C) hərflərdən
9. Sözlərdən hansı çoxluğu bildirir?
A) lalə B) lalənin C) lalələr
10. Hansı sözdə həm qalın, həm də incə sait var?
A) dovşan B) xəmir C) işıq
11. Hərəkət bildirən söz hansıdır?
A) yat B) turş C) meyvə
12. Cümlə nədən yaranır?
A) səslər B) sözlər C) hecalar
13. Kim? nə? hara? suallarına cavab verən nəyə aiddir?
A) hərəkət bildirən söz B) əlamət bildirən söz
C) ad bildirən söz
14. Bir hecalı söz hansıdır?
A) çiçək B) bal C) qaçır
15. Hansı sözü həm böyük, həm də kiçik hərflə
yazmaq olar?
A) külək B) sevinc C) ağac
Riyaziyyat
16. Hansı hərfə simmetriya xətti çəkmək olmaz?
A) M B) R C) H
17. Uzunluğu 10 sm olan kəndirdən 6 sm işləndi. Neçə
santimetr kəndir qaldı?
A) 5 sm B) 7 sm C) 4 sm
18. Elşən 2 kq alma, 1 kq banan, 3 kq üzüm və 3kq
armud aldı. Elşən cəmi neçə kiloqram meyvə aldı?
A) 9 kq B) 7 kq C) 10 kq
19. Ana 2 kq pomidor və 2 kq xiyar almışdı. Ata evə
gələndə 3 kq kartof və 2 kq soğan aldı. Evə cəmi neçə
kq tərəvəz alındı?
A) 4 kq B) 7 kq C) 9 kq
20. Hansının kütləsi daha azdır?
A) Siçan B) Dovşan
C) Meymun
21. Hansı düzgün yerinə yetirilməmişdir?
A) 2 sm+5 sm=7 sm
B) 4 sm-3 sm=1 sm
C) 3 sm+7 sm= 9 sm
22. 4-ün ikiqatına 1 əlavə eləsən neçə alınar?
A) 8 B) 9 C) 3
23. İkiqatı 6 olan ədəddən 2 çıxsan neçə alınar?
A) 1 B) 4 C) 3
24. Uzunluq vahidləri hansılardır?
A) kq, litr B) mm, sm
C) ton, dm
25. Məktəb çantasının kütləsini hansı vahidlə ifadə
etmək düzgündür?
A) metrlə B) kilometrlə
C) kiloqramla
26. Verilən ədədlərdən hansı bir ədəd ailəsinə aiddir?
A) 5, 8, 15 B) 7, 6, 13 C) 8, 9, 10
27. Boşqabın içində 2-in ikiqatı qədər alma, 3-ün
ikiqatı qədər armud var. Boşqabın içində nə qədər
meyvə var?
A) 5 B) 10 C) 7
28. 1 ananas 3 alma ağırlığındadır. 2 ananas neçə alma
ağırlığındadır?
A) 6 B) 5 C) 4
29. Hesabla. Hansı cavab artıqdır?
6+3= 13-4= 4+4= 10-1=
A) 7 B) 9 C) 8
2. I sinif II yarımil A variantı
3
30. Hansında verilmiş ədədlər artan sıra ilə düzülüb?
15, 11, 19,18
A) 15, 19,18, 11 B) 11, 15, 18, 19
C) 19, 18, 15,11
Həyat bilgisi
31. Hansı canlı varlıq deyil?
A) ağac B) traktor C) balıq
32. Neçə duyğu üzvü var?
A) 3 B) 4 C) 5
33. Tortdan hansı duyğu üzvü ilə məlumat alırsan?
A) dəri B) qulaq B) dil
34. Yanğın təhlükəsi olarsa, hansı telefona zəng
etmək lazımdır?
A) 101 B) 102 C) 104
35. Ev heyvanı hansıdır?
A) yenot B) kenquru C) qoyun
36. Azərbaycanın pul vahidi hansıdır?
A) B)
C)
37. Təhsil almaq, sağlam olmaq, istirahət etmək
nədir?
A) Vəzifə B) borc C) hüquq
38. Hansı qida məhsulu undan hazırlanır?
A) Mürəbbə B) çörək C) salat
39. Hansı qida bütün canlılar üçündür?
A) Su B) ot C) ət
40. İşıqforun rəngləri hansı bənddə ardıcıldır?
A) sarı B) yaşıl C) qırmızı
yaşıl sarı sarı
qırmızı qırmızı yaşıl