1. QARŞILIQLI RAZILAŞMA
Bu qarşılıqlı razılaşma bir tərəfdən Yusif Şahnamazov Əzim oğlu(AZE N: 06937412) şəxsində, digər
tərəfdən isə “Mədəd Azərbaycan” MMC arasında 24.03. 2014-cü ildə Bakı şəhərində imzalanmışdır.
1. Mən Yusif Şahnamazov Əzim oğlu Mədəd Azərbaycan” MMC-nin təşkil etdiyi “Yeni
Kurikulumun tədris edilməsi (5-9-cu siniflər) və Fəal Təlim üzrə Təlimçilərin Təlimi” kursunda
iştirak etmişəm və keçdiyim təlimin nəticəsi olan “Mədəd Azərbaycan” MMC-yə məxsus
“Təlimçi” sertifikatına layiq görülmüşəm.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dünya Bankı tərəfindən elan olunmuş 2014/2015-ci
tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün
kurikulum təlimləri üzrə tenderə “Mədəd Azərbaycan” MMC tərəfindən namizədliyimin irəli
sürülməsinə etiraz etmirəm və bildirirəm ki, namizədliyim sözügedən tenderə yalnız Mədəd
Azərbaycan MMC tərəfindən irəli sürüləcək.
3. Mən, həmçinin anlayıram ki, həm “Mədəd Azərbaycan” MMC-nin keçirdiyi təşkilatdaxili
qiymətləndirmə komissiyasından, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dünya
Bankı tərəfindən keçirilən təlimçilərin qiymətləndirilməsi komissiyasından keçməsəm “Mədəd
Azərbaycan” MMC mənimlə əməkdaşlığına xitam vermək hüququna malikdir.
4. “Mədəd Azərbaycan” MMC 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək
təlimdən keçməyən fənn müəllimləri üçün kurikulum təlimləri üzrə tender qalibi olarsa, mən
təlimçi kimi bu layihə çərçivəsində yalnız “Mədəd Azərbaycan” MMC ilə əməkdaşlıq etməyə
razılıq verirəm.
5. Mən, həmçinin anlayıram ki, yuxarıda qeyd olunan şərtlərə əməl etmədiyim təqdirdə, “Mədəd
Azərbaycan” MMC mənimlə əməkdaşlığına xitam vermək məcburiyyətində qalacaq və birinci
bənddə qeyd olunmuş təlimin nəticəsi olan sertifikatı mənə verməmək kimi müstəsna hüquqa
malik olacaq.
6. “Mədəd Azərbaycan” MMC 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək
təlimdən keçməyən fənn müəllimləri üçün kurikulum təlimləri üzrə tender qalibi olmazsa, Yusif
Şahnmazov Əzim oğlu bütün bu öhdəliklərdən azaddır və “Mədəd Azərbaycan” MMC ona qarşı
heç bir iddia irəli sürə bilməz. Həmçinin birinci bənddə qeyd olunmuş təlimin nəticəsi olan
sertifikatıYusif Şahnmazov Əzim oğlu təqdim etmək məcburiyyətindədir.
7. “Mədəd Azərbaycan” MMC öz növbəsində bu sənədi imzalayan, yüksək biznes etikası nümayiş
etdirən və müəyyən edilmiş meyarlara cavab verən təlimçilərin il boyu həyata keçirilən digər
layihələrə cəlb olunmasına şərait yaradacaqdır.
8. Bu qarşılıqlı razılaşma Azərbaycan Respublikasının qanunları əsasında tərtib olunub. Tərəflər
arasında yaran mübshisələr danışıqlar yolu ilə həll edilmıdikdə, Azərbaycan Respublikasının
müvafiq məhkəmısi vasitəsi ilə həll ediləcəkdir.
9. Bu qarşılıqlı razılaşma imzalandığı gündən qüvvəyə minir. Bu qarşılıqlı razılaşma hər Tərəfdə bir
nüsxəsi saxlanılmaqla iki nüsxədə tərtib olunmuşdur.
“Mədəd Azərbaycan” MMC-nin Hüquq və Kadrlar şöbəsinə təqdim olunmalıdır.
Yusif Şahnamazov Əzim oğlu(AZE N: 06937412)
İmza:
Mədəd Azərbaycan MMC
Sevinc Əliyeva Lətif qızı
İmza: