3. SSRİ-nin xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü,
beynəlxalq Cəvahirləl Hehru mükafatı laureatı, respublikanın xalq rəssamı,
professor Mikayıl Abdullayev bizim Pikassomuz idi.
O, Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin II kursunda oxuyanda təhsilini
başa vurub Moskvadan təzəcə qayıtmışdı. Sergey Gerasimov kimi dünya
səviyyəli rəssamın əlindən su içən Mikayıl Abdullayev bildiklərini
tələbələrindən əsirgəmirdi. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvü,
daha sonra katibi idi.
Mikayıl Abdullayevin əsərlərində təbiət müxtəlif şəkillərdə qarşımıza çıxır. O,
təbiət aləmindən, kosmik ünsürlərindən həm təsvirlərdə, həm də rəmzi
mənada faydalanırdı. Təbiətdən çox istifadə edirdi. Emalatxanada
işləməkdən daha çox təbiətin qoynunu sevirdi. Masallıda uzun müddət
ezamiyyətdə olan Mikayıl müəllim səfərdən əliboş qayıtmır, qiymətli tablolar
yaradırdı. Mingəçevir seriyası onun gözəl işlərinin nəticəsi idi. Təbiəti olduğu
kimi ağ kətana köçürür, ondan aldığı həzzi fırçanın dili ilə tamaşaçısına
çatdırırdı.
4. O, kağız və fırça ilə təkcə təbiəti yox, insan deyilən varlığın
zəngin dünyasını kəşf etmiş, insanı zəiflik və zərifliyi ilə tanıda
bilmişdi.
9. Qeyri-adi üslub, duyulası bədii ümumiləşdirmə, ümumi
fikrin, başlıca ideyanın rəmz və şərtiliklərlə ifadəsi hər bir
rəssamın əsərlərini səciyyələndirən, eyni zamanda
fərqləndirən xüsusiyyətdir. Sadaladığımız xüsusiyyətlər
Mikayıl Abdullayevdə də vardı. Necə düşünürsünüz, böyük
rəssam, bunlarsız keçinə bilərmi? Hindistan, Mingəçevir və
Qarabağa həsr etdiyi əsərlər silsiləsi işləyirdi. Mikayıl
müəllim onları mexaniki götürüb işləmir, onların həqiqi
obrazını yaradırdı. Bu dəyərlər ona həmişə başucalığı
gətirirdi.
Onun əsərlərinin mövzu dairəsinə özündə sevinc notları ilə
yanaşı, kədər, nisgil əhval-ruhiyyəsi, daşıyan kompozisiyalar
da daxil edilib. 1941-ci il Böyük Vətən müharibəsi onun
işlərinin, bəlkə də ana xəttidir. İstər bu dövrdə işlənmiş,
istərsə də Masallı qadınlarının kənddəki ağır yaşayışı, əzab-
əziyyətini əks etdirən tablolar monumental əsərlər
seriyasındadır.