3. Doğum tarixi:1480
Doğum yeri: Sabroza,
Traz-uj-Montiş, Portuqaliya
Vəfatı: 27 aprel 1521(41
yaşında)
Vəfat yeri:Maktan adası,
Flipin
Vəfat səbəbi:öldürülüb
Fəaliyyəti:Dəniz səyyahı
4. Onun 1519-cu il sentyabrın 20-də 256 nəfər heyət
üzvü olan 5 gəmi ilə Malakka adalarına başlatdığı
səyahət sonradan Xuan Sebastyan Elkanonun
rəhbərliyində ilk dünya səyahətinə çevrilmiş və
ekspedisiya 1522-ci il sentyabrın 8-də "Viktoriya"
gəmisində İspaniyaya geri qayıtmışdı. Bir müddət
sonra daha 18 heyət üzvü geri qayıda bilmişdi.
Onlardan 12-si bir neçə həftə əvvəl Kabo-Verdedə
portuqallar tərəfindən əsir alınanlar, qalan 5 dənizçi
isə "Trinidad" gəmisinin heyətinə daxil olan və 1525-
1527-ci illər arasında qayıdanlar idi.
5. Beş gəmidən ibarət olan bu ekspedisiya Cənubi Amerikada
boğaz açmaq, İspaniyadan varlı ölkələrə -Hindistana və
İndoneziyaya daha qısa dəniz yolu tapmaq üçün gedirdi.
Magellan əmin idi ki, 40° cənub en dairəsindən aşağıda belə bir
boğaz var. O, ekspedisiyanın layihəsini hazırlayıb Portuqaliya
kralına göstərdi, lakin kral bunu rədd etdi. Onda Magellan
İspaniyaya getdi və layihəni İspaniya kralı Ι Karla təqdim etdi.
Hindistana yeni dəniz yolunun açılmasında marağı olan Ι Karl
Magellanın planını bəyəndi və onu bu böyuk ekspedisiyanın
başçısı təyin etdi.
6. Magellanın ekspedisiyası səyahət zamanı getdiyi ərazilərdə
ticarət əlaqələri qurmağa, yerli əhalini isə xristianlaşdırmağa
çalışırdı. Onun bu fəaliyyəti uğurla davam etsə də Filippindəki
Maktan adasının sakinləri ispanlara tabe olmaq istəmədilər.
Belə olduqda isə Magellan və onun də- nizçiləri adaya hücum
edərək evləri yandırmağa, əhalini qarət etməyə başladılar.
Adanın başçısı Lapu-Lapu adlı şəxs çoxlu sayda döyüşçü
yığaraq ispanlara hücum edir. 28 aprel 1521-ci ildə baş
vermiş Maktan döyüşündə ispanlar məğlub olaraq dənizə
doğru qaçırlar. Magellan özü də qaçış zamanı Lapu-Lapu
tərəfindən öldürülür.
7. Dünya səyahəti dünyanın kürəşəkilli olduğunu,
Amerika və Asiya arasında okean olduğunu və
vahid dunya okeanının mövcudluğunu sübut etdi.
Atlantik və Sakit okeanlar arasındakı dar boğaz,
Magellan boğazı, Süd Yolunun peyk-qalaktikaları
Magellan buludu, NASA-nın 1989-cu ildə Venera
planetini tədqiq etmək üçün göndərdiyi kosmik
aparat və Marşall adaları yaxınlığındakı sualtı
yüksəkliklər Magellanın adını daşıyır.
8.
9.
10.
11. İndi isə sizə bir neçə sualım
olacaq...
1.Magellan neçənci ildə doğulub?
Cavab-1480-ci ildə
2.Neçə yaşında vəfat edib?
Cavab-41 yaşında
3.Neçənci ildə vəfat edib?
Cavab-1521-ci ildə
4.Nə zaman Viktoriya gəmisində İspanyaya geri qayıtmışdı?
Cavab-1522-ci il sentyabrın 8-də
12. Debat.Magellan dünya səfərini
tamamlaya bilməmişdi.Sizcə
dünyanın kürə şəkilli olduğunun
kəşf edilməsi Magellana məxsus
ola bilərmi?
Mənim fikrimcə dünyanın kürə şəkilli olduğunun
kəşf edilməsi Magellana məxsusdur.Çünki
Magellanın sayəsində bu səyahət
gerçəkləşmişdi.