KOMPÜTER NƏDIR?
• Kompüter, istifadəçidən aldığı
məlumatlarla məntiqi hesablamalar
aparan, hesablamaların nəticəsini saxlaya
bilən, saxladığı məlumatlara istənilən vaxt
yenidən işlənə bilinən bir elektron
maşındır.
2.
KOMPÜTERLƏRİN TARİXİ
Abak
b.e.ə. IVəsrdən başlayaraq Qədim
Yunanıstanda, Romada və 18 əsrədək Qərb
Avropada hesablama üçün işlədilmiş lövhə.
Lövhə zolaqlara bölünürdü. Bu zolaqlardakı
markaları (sümük, daş və s.) hərəkət
etdirməklə hesablama
aparılırdı.Azərbaycanda abak – hesab
taxtası kimi tanınır.
3.
KOMPÜTERLƏRİN TARİXİ
Paskalin
• 1641-ciildə fransız mexaniki Blez
Paskal dörd riyazi əməli (vurma,
bölmə, toplama, çıxma) yerinə yetirə
bilən çarxlı mexaniki hesablama
maşını düzəldir və bir il sonra bu
maşını nümayiş etdirir. Bu maşından o
dövrdə vergilərin yığılması zamanı
hesabatlar aparmaq üçün
müvəffəqiyyətlə istifadə edilirdi.
4.
KOMPÜTERLƏRİN TARİXİ
Leybnis maşını
1694-cüildə görkəmli alman
riyaziyyatçısı və filosofu Qotfrid
Vilhelm Leybnis daha da
təkmilləşdirilmiş, dörd hesab,
həmçinin qüvvətə yüksəltmə və
kvadrat kökalma əməllərini yerinə
yetirən hesablayıcı mexanizm
düzəldir və bunu Leybnis maşını
adlandırır.
5.
KOMPÜTERLƏRİN TARİXİ
Analitik maşın
•1830-cu ildə Çarlz Bebic (İngiltərə)
proqramla işləyən hesablama maşını
(analitik maşın) yaratmağa cəhd göstmişdir.
Ç.Bebbicin məsləhəti ilə onun şagirdi
məşhur ingilis şairi Çon Bayronun qızı Ada
Avqusta Levleyst Bernulli ədədinin
hesablama maşınında hesablanması üçün
iki dəyişənli iki xətti tənliklər sisteminin
həllinin ilk proqramını tərtib etmiş və bu
proqramın köməyi ilə sistemi həll etmişdir.
Bununla da Bebicin ideyaları sonralar
universal kompüterlərin yaradılmasının
əsasını qoymuşdur
6.
KOMPÜTERLƏRİN TARİXİ
Tyurinq maşını
1936-cıildə Kembric universitetinin gənc
riyaziyatçısı, 24 yaşlı Alan Tyurinq proqramla
idarə edilən, müxtəlif sahələrə yararlı olan
hesablama maşının yaradılmasının
mümkünlüyünü sübut edir. Gənc alimin
rəhbərliyi ilə 1940-cı illərin əvvəllərində
dünyada ilk elektron hesablama maşını
yaradılır. Bu maşının ilə ikinci dünya
müharibəsi illərində Böyük Britaniya kəşfiyyat
idarəsi müəyyən gizli işləri və tapşırıqları
həyata keçirmək üçün istifadə edirdi.
7.
KOMPÜTERLƏRİN TARİXİ
ENIAC
• 1945-ciilin axırlarında fizik Atanasovun ideyası
əsasında Amerika alimlərindən C. Mouçli və C.
Ekkert ilk elektron rəqəm hesablama maşını
düzəldir. Hesablama maşınına "ENIAC"
(Elektron Numerical Inteqrator And Calculator)
adı verilir.İkinci dünya müharibəsi
dövründə inşa edilən ENIAC, təxminən
167 m² bir sahəni əhatə edirdi və ağırlığı
30 ton idi.onun vasitəsi uzaq məsafədəki top
və mərmilərin hesablamalar aparılırdı
8.
KOMPÜTERLƏRİN NƏSİLLƏRİ
I nəsil(1950-1959) - elektron lampalı
kompüterlər.
Birinci nəsil kompüterlər üçün
proqramlar konkret kompüter üçün
unikal olan “maşın dilində” tərtib edilirdi.
Məs: MESM, BESM, Strela, M-3, Minsk-1,
M-20 və s Bu proqramlar həddən artıq
mürəkkəb olub, onları yazmaq üçün
proqramlaşdırıcıdan kompüterin
arxitekturasını dəqiq bilməyi tələb edirdi.
Ona görə onlar həddən artıq baha olurdu
və əsasən hərbi-sənaye kompleksində və
dövlət təşkilatlarında istifadə olunurdu.
9.
KOMPÜTERLƏRİN NƏSİLLƏRİ
II nəsil(1955-1967)- tranzistorlar
• İkinci nəsil kompüterlər element bazası əsasən
yarımkeçiricilərdən ibarət olan kompüterlərdir.Məsəl üçün
, BESM-4, Minsk-22, Ural-14 və s. Bu kompüterlərdə
elektron lampaları Bell Laboratories (ABŞ) firmasında
Nobel mükafatı laureatları Uilyam Şokli, Uolter Bratteyn
və Con Bardin tərəfindən yaradılmış tranzistorlar əvəz
etdi. Tranzistorlar kiçik ölçüyə malik olub, daha davamlı,
elektrik enerjisinə az tələbkar idi və təqribən 40 ədəd
elektron lampanı əvəz edə bilirdi. Bunun nəticəsində
kompüterlərin həcmi və kütləsi dəfələrlə kiçildi, elektrik
enerjisinə tələbat azaldı, maya və istismar dəyəri
ucuzlaşdı.
TRANSISTOR
10.
KOMPÜTERLƏRİN NƏSİLLƏRİ
III nəsil(1964-1975)- mikrosxemlər
• Üçüncü nəsil kompüterlərin element bazalarını
inteqral sxemlər və ya mikrosxemlər təşkil
edirdi. İlk mikrosxemlər 1958-ci ildə Cek Kilbi
və Robert Noys tərəfindən yaradılmışdır.
Mikrosxemlər təqribən 10 мм2 ölçüyə malik
olub, on min tranzistoru əvəz etməyə
qadirdir Bu nəslin əsasını İBM 360/370 təşkil
edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM
yaradılmışdır.
11.
KOMPÜTERLƏRİN NƏSİLLƏRİ
IV mərhələ(1974-1976) –
inteqral sxemlər
• Bu mərhələ böyük inteqral sxemlərin
kompüter istehsalında tətbiqi ilə 1974-1976–cı
ildən başlamışdır. Böyük inteqral sxemlər bir
kristal üzərində minlərlə tranzistor və digər
elektron komponentləri birləşdirməyi təmin
etdi. Bunun nəticəsində əvvəllər ayrı-ayrı
elementlərdən ibarət olan kompüterin
funksional qurğularını böyük inteqral sxemlər
əvəz etdi Bunlara nümunə: İBM PC 286, 386,
486, 586 və s.
12.
KOMPÜTERLƏRİN NƏSİLLƏRİ
V mərhələ-Nanotexnologiya
Bumərhələ müasir dövrü əhatə edir və məqsəd
yeni və ən yeni elektron texnologiyalara
əsaslanan müasir və gələcəyin kompüterlərinin
istehsalını təşkil etməkdir. V nəsil kompüterlər
çox yüksək məhsuldarlığa və etibarlılığa malik
olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, o
cümlədən sözlə, biliklər bazaları ilə işləməyə, süni
intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq
və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən
yeni proqram vasitələrinin yaradılması prosesini
sadələşdirməyə və s. imkan verir.