SlideShare a Scribd company logo
Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti
Təqdimat
Fakültə: İTİF
Kafedra: İctimai fənnlər
Fənn: Konstitusiyanın əsasları
Müəllim: dos.Zemfira Qasımova
Tələbə: Qaraşov Cahangir
Mövzu: Cəzanın anlayışı,məqsədi,sistem və növləri
Cəza haqqında
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
41.1-ci maddəsində cəzanın anlayışı verilmişdir.
Həmin maddəyə əsasən, cəza məhkəmə hökmü
ilə təyin edilən cinayət - hüquqi xarakterli
tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab
edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində
Cinayət Qanunu ilə müəyyən edilən məhrumiy-
yətlər yaradılmasından və ya onun hüquq və
azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
Cəza haqqında
• Cəza, digər dövlət məcburiyyəti tədbirlərindən (inzibati, mülki-hüquqi) aşağıdakı
mühüm əlamətləri ilə fərqlənir:
1) Cəza, yalnız cinayət qanunu ilə müəyyən olunur.
2) Cəza, cinayət qanununa uyğun olaraq yalnız məhkəmənin ittiham hökmünə
əsasən tətbiq olunur.
3) Digər inzibati, intizam, mülki - hüquqi sanksiyalar ayrıca hakimiyyət, idarəetmə
orqanları və yaxud vəzifəli şəxsin adından tətbiq edildiyi halda, cəza yalnız dövlət
adından məhkəmə tərəfindən tətbiq olunur.
4) Cəza törədilən cinayətə görə tənbehdir.
5) Cəza məhkumluq yaradır; digər dövlət məcburiyyəti tədbirləri belə nəticələr
əmələ gətirmir.
6) Cəza, törədilən cinayətin hüquqi nəticəsidir.
Cəzanın məqsədi
Cəzanın məqsədi Cinayət Məcəlləsinin 41.2.- ci maddəsinə müvafiq olaraq, cəza
sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa
şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq
edilir.
Cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu əməyə düzgün
münasibət, qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və
yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəza insan ləyaqətini alçaltma və yaxud fiziki
əzab vermə məqsədi daşımır.
Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə anlayışları ilə sıx əlaqədə,
olmaqla, cinayətkarın şüurunda neqativ əhəmiyyətli oriyentasiyanı (səmti) dəyişmək
və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin
səylərini əks etdirir.
Cinayət hüquq nəzəriyyəsində cəzanın xüsusi və ümumi xəbərdarlıq məqsədi
fərqləndirilir.
Xüsusi xəbərdarlıq cinayətkara göstərilən elə təsir vasitəsidir ki, onun nəticəsində
cinayətkar gələcəkdə yeni cinayətlər törətmir.
Ümumi xəbərdarlıq - ictimai cəhətdən möhkəm olmayan (qeyri-sabit olan) şəxsləri
cinayətkar əməllərdən saxlamaq məqsədi ilə göstərilən cəza təsiridir.
Cəzanın sistemi və növləri
• Cəzanın sistemi - cinayət törədilməsində təqsirli sayılan şəxslərə tətbiq olunan,
məhkəmələr üçün məcburi olan, ağırlığından asılı olaraq qanunla müəyyən edilən
qaydada düzülmüş cəza növlərinin qəti siyahısıdır.
Cinayət Məcəlləsinin 42 - cinayət maddəsinə əsasən cəzanın növləri aşağıdakılardır:
1. cərimə
2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;
3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
4. ictimai işlər;
5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə;
6. islah işləri;
7. hərbi xidmət üzrə məhdudlaşdırma;
8. əmlak müsadirəsi;
9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma;
10. Azadlığın məhdudlaşdırılması;
11. İntizam xarakterli hərbi hissədə saxlama;
12. Müəyyən müddətə azadlıqdan məhrum etmə;
13. Ömürlük azadlıqdan məhrum etmə.
Cəzanın sistemi və növləri
• Cinayət qanunvericiliyində nəzərdə tutulan bütün bu cəza növləri üç
qrupa bölünür:
əsas cəzalar • 1
əlavə cəzalar • 2
əsas və
əlavə cəza -
cəzalar
• 3
Cəzanın sistemi və növləri
Yalnız əsas cəza kimi tətbiq edilən cəzalara - ictimai işlər, islah işləri,
hərbi xidmət üzrə məhdudlaşdırma; intizam xarakterli hərbi hissədə
saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan
məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə kimi cəza növləri
aiddir. Bunlar, müstəqil tətbiq edilən, hər hansı bir cəza növünə qoşula
bilməyən cəzalardır.
Müstəqil tətbiq edilə bilməyən, yalnız əsas cəzalara qoşulan cəzalar
əlavə cəzalar hesab olunur. Cəzanın məqsədinin təmin edilməsində
köməkçi xarakter daşıyan bu cəza növlərinə - xüsusi və ya hərbi
rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, nəqliyyat
vasitələrini idarəetmə hüququndan məhrum etmə, əmlak müsadirəsi və
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma
kimi cəzalar aiddir.
Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə cəza növləri isə, həm əsas, həm də əlavə
cəza kimi tətbiq edilir.
Cəzanın sistemi və növləri
Cinayət Məcəlləsinin 44-57-ci maddələrində ayrı - ayrılıqda bu cəza növlərindən bəhs olunur.
1. Cərimə cinayət qanunu (Cinayət Məcəlləsi) ilə müəyyən edilmiş hallarda və məbləğdə
məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. O həm əsas, həm də əlavə cəza kimi tətbiq
edilən cəza növüdür.
Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum əmək haqqı
məbləğinin yüz mislindən beş min mislinədək miqdarda müəyyən olunur.
Cəriməni ödəməkdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah işləri və ya
müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər.
2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü Cinayət Məcəlləsinin
Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar
şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin
edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası məhkəmələr
tərəfindən yalnız əlavə cəza kimi tətbiq edilir.
3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə
dövlət orqanlarında, yerli özünü idarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret
peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü
əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə
təyin edilir.
Cəzanın sistemi və növləri
4. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən
cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İctimai işlər altmış saatdan iki yüz
qırx saatadək müddətə müəyyən edilir və gün ərzində saatdan çox ola bilməz. Şəxs həmin
işlərin yerinə yetirilməsindən qərəzli boyun qaçırdıqda, ictimai işlər azadlığın
məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir.
İctimai işlər birinci və ikinci qrup əlillərə, hamilə qadınlara, himayəsində səkkiz yaşınadək
uşağı olan qadınlara, pensiya yaşına çatmış qadın və kişilərə, hərbi xidmətə çağırış üzrə
müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq oluna bilməz.
Qanunvericiliyə əsasən, ictimai işlər yalnız əsas cəza kimi tətbiq edilir.
5. Cinayət Məcəlləsinin 48-ci maddəsinə müvafiq olaraq, ağır və ya xüsusilə ağır cinayət
törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin xarakterini, təqsirkarın
şəxsiyyətini və işin digər hallarını nəzərə olaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan
və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və
ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir.
Bu cəzanın xüsusiyyəti məhkuma mənəvi təsir göstərmək və onu hərbi, xüsusi rütbə və fəxri
adların sahibi olan şəxslər üçün təyin edilmiş mümkün imtiyaz və üstünlüklərdən məhrum
etməkdə təzahür edir. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum
etmə cəzası yalnız əlavə cəza kimi tətbiq edilir.
Cəzanın sistemi və növləri
6. İslah işləri əsas cəza növü olmaqla iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza
məhkumun iş yeri üzrə çəkilir.
İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək
məbləğdə pul tutulur. Şəxsin cəzanı çəkmədən qəsdən boyun qaçırması, məhkəmə tərəfindən
ona digər cəza növlərinin - azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan
məhrum etmə kimi cəzaların tətbiqinə səbəb olur.
7. Hərbi xidmət üzrə məhdudlaşdırma məhkəmə tərəfindən yalnız əsas cəza kimi, tətbiq edilir.
Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi
xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət
Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə
kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum
olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində
nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Bu cəza növünə
məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul
tutulur.
8. Əmlak müsadirəsi yalnız əlavə cəza kimi tətbiq edilməklə məhkumun cinayət törədərkən
istifadə etdiyi alət və vasitələrin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada
və əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir. Məhkum və onun himayəsindəki
şəxslər üçün zəruri olan və cəzaların icrası haqqında qanunvericiliklə müəyyən edilən əmlak
müsadirə edilə bilməz. Əmlak müsadirəsi yalnız qanunda nəzərdə tutulmuş hallarda təyin
olunur.
Cəzanın sistemi və növləri
10. Azadlığın məhdudlaşdırılması əsas növü olmaqla, ittiham hökmü çıxarılanadək on səkkiz
yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi
müəssisələrdə saxlanılmasından ibarətdir.
Azadlığın məhdudlaşdırılması məhkumluğu olmayan və qəsdən cinayət törətməyə görə bir
ildən üç ilədək müddətə, ehtiyatsızlıqdan cinayət törətməyə görə məhkum edilən şəxslərə isə
bir ildən beş ilədək müddətə təyin edilir. Qanunvericiliyə əsasən bir sıra şəxslərə - birinci və
ikinci qrup əlillərə, hamilə qadınlara və ya səkkiz yaşınadək uşağı olan qadınlara, qocalığa
görə pensiya yaşına çatmış qadın və kişilərə, habelə müddətli həqiqi hərbi xidmətdə olan hərbi
qulluqçulara bu cəza növü tətbiq edilə bilməz.
11. Cinayət qanunvericiliyində intizam xarakterli hərbi hissədə saxlama əsas cəza növü kimi
nəzərdə tutulmuşdur. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza 3 aydan 2 ilədək
müddətə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, həmçinin kontrakt (bağlaşma) əsasında
sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilir, bir şərtlə ki,
onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamış olsunlar.
Bu cəza növünün hüquqi mahiyyəti, məhkumun müəyyən müddətə məcburi olaraq intizam
xarakterli hərbi hissəyə göndərilməsindən və orada islah edilməsindən ibarətdir.
Azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz
edildikdə, azadlıqdan məhrum etmə cəzasının müddəti intizam xarakterli hərbi hissədə saxlama
cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.
Thanks for attention !

More Related Content

What's hot

More how to_draw_manga_vol_1_the_basics (1)
More how to_draw_manga_vol_1_the_basics (1)More how to_draw_manga_vol_1_the_basics (1)
More how to_draw_manga_vol_1_the_basics (1)
Vasili K Andrews
 
certificado de licenciatura
certificado de licenciaturacertificado de licenciatura
certificado de licenciaturaMateus Zandamela
 
Situação Decap - Resposta do Juiz de Direito Corregedor de Presídios
Situação Decap - Resposta do Juiz de Direito Corregedor de PresídiosSituação Decap - Resposta do Juiz de Direito Corregedor de Presídios
Situação Decap - Resposta do Juiz de Direito Corregedor de Presídios
João Alfredo Telles Melo
 
Resumão Jurídico Direito Penal - Parte Geral
Resumão Jurídico Direito Penal - Parte GeralResumão Jurídico Direito Penal - Parte Geral
Resumão Jurídico Direito Penal - Parte Geral
Iohanna Moura
 
Cálculo numérico, aspectos teóricos e computacionais 2 edição - márcia a. g...
Cálculo numérico, aspectos teóricos e computacionais   2 edição - márcia a. g...Cálculo numérico, aspectos teóricos e computacionais   2 edição - márcia a. g...
Cálculo numérico, aspectos teóricos e computacionais 2 edição - márcia a. g...
Tales Abrantes
 
How to draw manga. vol. iii. compiling application and practice
How to draw manga. vol. iii. compiling application and practiceHow to draw manga. vol. iii. compiling application and practice
How to draw manga. vol. iii. compiling application and practice
literaturaycomic
 
Draw cars
Draw carsDraw cars
Draw cars
Rakib Hossain
 
Lei geral do trabalho de Angola
Lei geral do trabalho de AngolaLei geral do trabalho de Angola
Lei geral do trabalho de Angola
Benilde Malé
 

What's hot (8)

More how to_draw_manga_vol_1_the_basics (1)
More how to_draw_manga_vol_1_the_basics (1)More how to_draw_manga_vol_1_the_basics (1)
More how to_draw_manga_vol_1_the_basics (1)
 
certificado de licenciatura
certificado de licenciaturacertificado de licenciatura
certificado de licenciatura
 
Situação Decap - Resposta do Juiz de Direito Corregedor de Presídios
Situação Decap - Resposta do Juiz de Direito Corregedor de PresídiosSituação Decap - Resposta do Juiz de Direito Corregedor de Presídios
Situação Decap - Resposta do Juiz de Direito Corregedor de Presídios
 
Resumão Jurídico Direito Penal - Parte Geral
Resumão Jurídico Direito Penal - Parte GeralResumão Jurídico Direito Penal - Parte Geral
Resumão Jurídico Direito Penal - Parte Geral
 
Cálculo numérico, aspectos teóricos e computacionais 2 edição - márcia a. g...
Cálculo numérico, aspectos teóricos e computacionais   2 edição - márcia a. g...Cálculo numérico, aspectos teóricos e computacionais   2 edição - márcia a. g...
Cálculo numérico, aspectos teóricos e computacionais 2 edição - márcia a. g...
 
How to draw manga. vol. iii. compiling application and practice
How to draw manga. vol. iii. compiling application and practiceHow to draw manga. vol. iii. compiling application and practice
How to draw manga. vol. iii. compiling application and practice
 
Draw cars
Draw carsDraw cars
Draw cars
 
Lei geral do trabalho de Angola
Lei geral do trabalho de AngolaLei geral do trabalho de Angola
Lei geral do trabalho de Angola
 

More from Cahangir97

Full adder- Tam Cəmləyici
Full adder- Tam Cəmləyici Full adder- Tam Cəmləyici
Full adder- Tam Cəmləyici
Cahangir97
 
Fotoelektrik sensorlar- Photoelectric Sensors
Fotoelektrik sensorlar- Photoelectric SensorsFotoelektrik sensorlar- Photoelectric Sensors
Fotoelektrik sensorlar- Photoelectric Sensors
Cahangir97
 
Maşın,qurğu və avadanlıqların layihələndirilməsi ( Mancanaq dəzgahı - Pumpjack )
Maşın,qurğu və avadanlıqların layihələndirilməsi ( Mancanaq dəzgahı - Pumpjack )Maşın,qurğu və avadanlıqların layihələndirilməsi ( Mancanaq dəzgahı - Pumpjack )
Maşın,qurğu və avadanlıqların layihələndirilməsi ( Mancanaq dəzgahı - Pumpjack )
Cahangir97
 
Proqramlaşdırılan məntiqi kontroller
Proqramlaşdırılan məntiqi kontrollerProqramlaşdırılan məntiqi kontroller
Proqramlaşdırılan məntiqi kontroller
Cahangir97
 
Transformator nədir - What is transformator
Transformator nədir - What is transformatorTransformator nədir - What is transformator
Transformator nədir - What is transformator
Cahangir97
 
Neft emalı sənayesi - Oil processing industry
Neft emalı sənayesi - Oil processing industryNeft emalı sənayesi - Oil processing industry
Neft emalı sənayesi - Oil processing industry
Cahangir97
 
Flora və fauna
Flora və faunaFlora və fauna
Flora və fauna
Cahangir97
 

More from Cahangir97 (7)

Full adder- Tam Cəmləyici
Full adder- Tam Cəmləyici Full adder- Tam Cəmləyici
Full adder- Tam Cəmləyici
 
Fotoelektrik sensorlar- Photoelectric Sensors
Fotoelektrik sensorlar- Photoelectric SensorsFotoelektrik sensorlar- Photoelectric Sensors
Fotoelektrik sensorlar- Photoelectric Sensors
 
Maşın,qurğu və avadanlıqların layihələndirilməsi ( Mancanaq dəzgahı - Pumpjack )
Maşın,qurğu və avadanlıqların layihələndirilməsi ( Mancanaq dəzgahı - Pumpjack )Maşın,qurğu və avadanlıqların layihələndirilməsi ( Mancanaq dəzgahı - Pumpjack )
Maşın,qurğu və avadanlıqların layihələndirilməsi ( Mancanaq dəzgahı - Pumpjack )
 
Proqramlaşdırılan məntiqi kontroller
Proqramlaşdırılan məntiqi kontrollerProqramlaşdırılan məntiqi kontroller
Proqramlaşdırılan məntiqi kontroller
 
Transformator nədir - What is transformator
Transformator nədir - What is transformatorTransformator nədir - What is transformator
Transformator nədir - What is transformator
 
Neft emalı sənayesi - Oil processing industry
Neft emalı sənayesi - Oil processing industryNeft emalı sənayesi - Oil processing industry
Neft emalı sənayesi - Oil processing industry
 
Flora və fauna
Flora və faunaFlora və fauna
Flora və fauna
 

Cəza anlayışı

  • 1. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Təqdimat Fakültə: İTİF Kafedra: İctimai fənnlər Fənn: Konstitusiyanın əsasları Müəllim: dos.Zemfira Qasımova Tələbə: Qaraşov Cahangir Mövzu: Cəzanın anlayışı,məqsədi,sistem və növləri
  • 2. Cəza haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsində cəzanın anlayışı verilmişdir. Həmin maddəyə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət - hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Qanunu ilə müəyyən edilən məhrumiy- yətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
  • 3. Cəza haqqında • Cəza, digər dövlət məcburiyyəti tədbirlərindən (inzibati, mülki-hüquqi) aşağıdakı mühüm əlamətləri ilə fərqlənir: 1) Cəza, yalnız cinayət qanunu ilə müəyyən olunur. 2) Cəza, cinayət qanununa uyğun olaraq yalnız məhkəmənin ittiham hökmünə əsasən tətbiq olunur. 3) Digər inzibati, intizam, mülki - hüquqi sanksiyalar ayrıca hakimiyyət, idarəetmə orqanları və yaxud vəzifəli şəxsin adından tətbiq edildiyi halda, cəza yalnız dövlət adından məhkəmə tərəfindən tətbiq olunur. 4) Cəza törədilən cinayətə görə tənbehdir. 5) Cəza məhkumluq yaradır; digər dövlət məcburiyyəti tədbirləri belə nəticələr əmələ gətirmir. 6) Cəza, törədilən cinayətin hüquqi nəticəsidir.
  • 4. Cəzanın məqsədi Cəzanın məqsədi Cinayət Məcəlləsinin 41.2.- ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu əməyə düzgün münasibət, qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəza insan ləyaqətini alçaltma və yaxud fiziki əzab vermə məqsədi daşımır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə anlayışları ilə sıx əlaqədə, olmaqla, cinayətkarın şüurunda neqativ əhəmiyyətli oriyentasiyanı (səmti) dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərini əks etdirir. Cinayət hüquq nəzəriyyəsində cəzanın xüsusi və ümumi xəbərdarlıq məqsədi fərqləndirilir. Xüsusi xəbərdarlıq cinayətkara göstərilən elə təsir vasitəsidir ki, onun nəticəsində cinayətkar gələcəkdə yeni cinayətlər törətmir. Ümumi xəbərdarlıq - ictimai cəhətdən möhkəm olmayan (qeyri-sabit olan) şəxsləri cinayətkar əməllərdən saxlamaq məqsədi ilə göstərilən cəza təsiridir.
  • 5. Cəzanın sistemi və növləri • Cəzanın sistemi - cinayət törədilməsində təqsirli sayılan şəxslərə tətbiq olunan, məhkəmələr üçün məcburi olan, ağırlığından asılı olaraq qanunla müəyyən edilən qaydada düzülmüş cəza növlərinin qəti siyahısıdır. Cinayət Məcəlləsinin 42 - cinayət maddəsinə əsasən cəzanın növləri aşağıdakılardır: 1. cərimə 2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə; 3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 4. ictimai işlər; 5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; 6. islah işləri; 7. hərbi xidmət üzrə məhdudlaşdırma; 8. əmlak müsadirəsi; 9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; 10. Azadlığın məhdudlaşdırılması; 11. İntizam xarakterli hərbi hissədə saxlama; 12. Müəyyən müddətə azadlıqdan məhrum etmə; 13. Ömürlük azadlıqdan məhrum etmə.
  • 6. Cəzanın sistemi və növləri • Cinayət qanunvericiliyində nəzərdə tutulan bütün bu cəza növləri üç qrupa bölünür: əsas cəzalar • 1 əlavə cəzalar • 2 əsas və əlavə cəza - cəzalar • 3
  • 7. Cəzanın sistemi və növləri Yalnız əsas cəza kimi tətbiq edilən cəzalara - ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma; intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə kimi cəza növləri aiddir. Bunlar, müstəqil tətbiq edilən, hər hansı bir cəza növünə qoşula bilməyən cəzalardır. Müstəqil tətbiq edilə bilməyən, yalnız əsas cəzalara qoşulan cəzalar əlavə cəzalar hesab olunur. Cəzanın məqsədinin təmin edilməsində köməkçi xarakter daşıyan bu cəza növlərinə - xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə, əmlak müsadirəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma kimi cəzalar aiddir. Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri isə, həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir.
  • 8. Cəzanın sistemi və növləri Cinayət Məcəlləsinin 44-57-ci maddələrində ayrı - ayrılıqda bu cəza növlərindən bəhs olunur. 1. Cərimə cinayət qanunu (Cinayət Məcəlləsi) ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. O həm əsas, həm də əlavə cəza kimi tətbiq edilən cəza növüdür. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin yüz mislindən beş min mislinədək miqdarda müəyyən olunur. Cəriməni ödəməkdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər. 2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası məhkəmələr tərəfindən yalnız əlavə cəza kimi tətbiq edilir. 3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünü idarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.
  • 9. Cəzanın sistemi və növləri 4. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində saatdan çox ola bilməz. Şəxs həmin işlərin yerinə yetirilməsindən qərəzli boyun qaçırdıqda, ictimai işlər azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir. İctimai işlər birinci və ikinci qrup əlillərə, hamilə qadınlara, himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara, pensiya yaşına çatmış qadın və kişilərə, hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq oluna bilməz. Qanunvericiliyə əsasən, ictimai işlər yalnız əsas cəza kimi tətbiq edilir. 5. Cinayət Məcəlləsinin 48-ci maddəsinə müvafiq olaraq, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə olaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir. Bu cəzanın xüsusiyyəti məhkuma mənəvi təsir göstərmək və onu hərbi, xüsusi rütbə və fəxri adların sahibi olan şəxslər üçün təyin edilmiş mümkün imtiyaz və üstünlüklərdən məhrum etməkdə təzahür edir. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzası yalnız əlavə cəza kimi tətbiq edilir.
  • 10. Cəzanın sistemi və növləri 6. İslah işləri əsas cəza növü olmaqla iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Şəxsin cəzanı çəkmədən qəsdən boyun qaçırması, məhkəmə tərəfindən ona digər cəza növlərinin - azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə kimi cəzaların tətbiqinə səbəb olur. 7. Hərbi xidmət üzrə məhdudlaşdırma məhkəmə tərəfindən yalnız əsas cəza kimi, tətbiq edilir. Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Bu cəza növünə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. 8. Əmlak müsadirəsi yalnız əlavə cəza kimi tətbiq edilməklə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, habelə cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir. Məhkum və onun himayəsindəki şəxslər üçün zəruri olan və cəzaların icrası haqqında qanunvericiliklə müəyyən edilən əmlak müsadirə edilə bilməz. Əmlak müsadirəsi yalnız qanunda nəzərdə tutulmuş hallarda təyin olunur.
  • 11. Cəzanın sistemi və növləri 10. Azadlığın məhdudlaşdırılması əsas növü olmaqla, ittiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması məhkumluğu olmayan və qəsdən cinayət törətməyə görə bir ildən üç ilədək müddətə, ehtiyatsızlıqdan cinayət törətməyə görə məhkum edilən şəxslərə isə bir ildən beş ilədək müddətə təyin edilir. Qanunvericiliyə əsasən bir sıra şəxslərə - birinci və ikinci qrup əlillərə, hamilə qadınlara və ya səkkiz yaşınadək uşağı olan qadınlara, qocalığa görə pensiya yaşına çatmış qadın və kişilərə, habelə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara bu cəza növü tətbiq edilə bilməz. 11. Cinayət qanunvericiliyində intizam xarakterli hərbi hissədə saxlama əsas cəza növü kimi nəzərdə tutulmuşdur. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza 3 aydan 2 ilədək müddətə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, həmçinin kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilir, bir şərtlə ki, onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamış olsunlar. Bu cəza növünün hüquqi mahiyyəti, məhkumun müəyyən müddətə məcburi olaraq intizam xarakterli hərbi hissəyə göndərilməsindən və orada islah edilməsindən ibarətdir. Azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə cəzasının müddəti intizam xarakterli hərbi hissədə saxlama cəzasının müddətinə günə gün hesabı ilə hesablanır.