SlideShare a Scribd company logo
1 of 6
Sərməs
Kəndin lap qurtaracağında,iki dərənin arasında balaca iki
otaq,kicik bir eyvandan ibarət bir daxma vardı.Otaqlardan biri
lap köhnədən tikildiyinə görə alaqaranlıq,digəri isə sonradan
tikildiyinə görə işıqlı idi.İki otaq balaca eyvanda birləşmişdi.
Eyvan aynabənd idi.Döşəmə torpaq olduğuna görə yayda
daxma çox sərin,qışda isti olardı. Daxmada iki dəmir çarpayı,
bir dəmir sandıq, bir dənə də odun peçi vardı. Odun peçinin
ətrafına qurudulmuş heyvan dəriləri sərilmişdi.Daxmanın üzü
Şərqə baxan iki pəncərəsi və taxta qapısı vardı.( İkinci otağa
adətən meyvə yığardılar.)
Daxmanın qarşısında dörd dənə qoca, hündür tut ağacı
vardı.Onlar dörd mehriban qardaşa
bənzəyirdilər.Soyuqda,istidə,küləkdə bir-birinə həyan
olurdular.Başbaşa verib göylərə doğru uzanırdılar.Bəzən
ağacın da üz-gözündən xoşbəxtlik,və ya bədbəxtlik yağır. Dörd
qardaş tut xoşbəxt ağaclardan idi.
Bu tut ağaclarının bal kimi şipşirin,ağappaq tutları olardı.Hər
il bol məhsul gətirərdilər.Təmannasız,minnətsiz, kim istəsəydi
doyunca bu tutlardan yeyərdi.Budaqda qalan tutları da
külək,yağış vurub yerə tökər,quşlar dənləyərdi.
Tut ağacının kölgəsində uzun bir stol vardı.Bu stola baxanda
fikirləşirdin ki,yəqin hərdən bu stolun arxasında çoxlu adamlar
oturur.Xanməmməd kişi çörək verən kişilərdən olduğundan
ona görə də bu stolun arxasında çox adamlar çörək kəsmiş,
çay içmiş, Xanməmməd kişiinin şəninə sağlıqlar demiş,bu
balaca daxmasında gecələmişdilər.İndi isə daxmada qoca
Xanməmməd kişi öz qarısı ilə tək yaşayırdı,ancaq yay
aylarında Xanməmməd kişinin başına şəhərdən gələn oğuluşaq, qohum-əqrəba yığışardı.Ona görə də Xanməmməd kişi
çörəyini yedirtdiyi erməni ustasına belə yekə stol
düzəltdimişdi ki, oğul-uşaq bir yerə yığışanda stolun arxasında
hamıya yer çatsın. İndi isə qışdır,hələ yaya çox var.
Yaydan hazırladığı quru odunları peçə atdı.Odunlar
çartaçartla yanmağa başladı.Qoyun dərisindən olan
döşəkcəsinin üstündə uzanıb,yun yastığına söykənib xəyallara
daldı. Damağında siqareti,gözləri yol çəkirdi...
O,müharibə görmüş,çox çətinliklərlə üzləşmiş,həyatın hər
cürə sınağından çıxmış bir insan idi.Cavanlığında zamanının
gərəkli vəzifələrində çalışmiş,amma həmişə elini,obasını
,xalqını düşünmüş,çox insanları müharibənin aclığında ölümün
caynağından xilas etmişdi. Nə qədər fikirləşdi kiməsə pislik
etdiyi yadına düşmədi.Çox xeyirxah,əliaçiq,gözütox kişilərdən
idi.Ona görə də dünyanən vari ,dövləti,padşahı,vəziri,vəkili
onu qəti maraqlandırmazdı. Onun üçün padşahla çobanın
fərqi yoxdu,təki insan adam olsun.
Çox mehriban ata olmuşdu. Doqquz övlad böyütmüşdü.Altı
qız,üç oğlan.Oğlanları ilə qızları arasında da fərq qoymazdı.Hər
dəfə qızları dünyaya gələndə sevinmişdi. Gözəl-göyçək nəvənəticə sahibi idi.Uşaqlar hamısı böyümüş,təhsil almış
şəhərlərə üz tutmuş və orada özlərinə yurd –yuva salıb,ailə
qurmuşdular.Hər kəsin başı öz ailəsinə qarışmışdı.Hərdən yay
aylarında beş-on günlüyə kəndə gələr,
merdən,meyvədən,qozdan,fındıqdan yığıb yenə dağılışıb hər
kəs öz evinə gedərdi.Beləcə illər ,aylar ötüb keçərdi.

Dörd tut ağacından üzü aşağı böyük bağ uzanıb
gedirdi.Burada olmayan meyvə ağacı yox idi.Xanməmməd kişi
məhəbbətini bu bağa salmış, bu bağdakı hər bir ağacı balası
kimi sevmiiş, başını sığallaya-sığallaya böyütmüş,qayğısına
qalmışdı.Ona görə də heç kəslə işi olmaz, ömrünün ahıl
yaşlarını bu bağda keçirər,bu dünyada darıxmazdı.
Səhər alatoranda yuxudan durar ,mal –qarasını
rahatlayar,qarısı ilə üzbəüz oturub şirin söhbət edə-edə
samovar çayından içər,halalca qazandığı ruzisindən bir tikə
yeyər,sonra da bağına enərdi.
Xanməmməd kişi cavanlıqda mahir ovçu olmuş, çiynindən
Beşatılanını yerə qoymamış,at belində gəzmişdi.Amma indi
yaş o yaş deyildi. Onun yanında heç vaxt onu heç kəsə etibar
etməyən qarısı və Sərməs adında vəfalı bir iti vardı.
Bu it gecə-gündüz Xanməmməd kişinin evini
qoruyar,Xanməmməd kişi hara getsə dalınca gedər,onu
gözləyər,yenə dalınca evə kimi gələrdi.Gecələr Xanməmməd
kişi qapısını belə bağlamazdı.Bilirdi ki,Sərməs səhərə kimi
qapının ağzında yatıb evinin keşiyini çəkir.Xanməmməd kişi
də hər axşam itinə sürdən, sümükdən atardı.İt də əvəzində
sevgisini bildirmək üçün onun qarşısında quyruğunu
bulayardı.Hərdən Sərməs döyülərdi,danlanılardı,amma onun
sevgisini belə şeylər azaltmazdı.O, həmişəki it məhəbbəti ilə
bu ailəni sevər, onların həyətini, bacasını qoruyardı.
Bir dəfə neçə il öncə belə bir əhvalat olmuşdu.Xanməmməd
kişi bir cüyür ovlamışdı.Yediklərini yemişdilər.Payladıqlarını da
paylamışdilar.Təkcə bir bud qalmışdı.Onu da ağacdan
asmışdılar ki,birdən sabah yoldan keçən olar,qonaq
etsinlər.Onda Sərməs iki yaşında olardı.Eləmə tənbəllik dudu
ağacdan bir təhər düşürt ye.Səhər açılanda işin üstü açılanda
Sərməs möhkəm danlandı.O da körpə uşaq kimi başını aşağı
salıb günahını başa düşən kimi dayanıb dinlədi.Vaxt keçdi hərə
öz işinin dalınca getdi.Bud da unuduldu.Bir də Xanməmməd
kişi gördü ki,Sərməs dərədə pöhrəlikdə möhkəm
hürür.Xanməmməd kişi aşağı düşüb gördü ki,Sərməs gedib
meşədən bircüyür qovub gətirib.Gözləyir ki,gəlib ovlasın.
Hərdən gecələr kəndə qurd-quş hücum edəndə Sərməsin
hürməyindən kəndin başqa itləri də köməyə gəlib kəndi
qoruyardı.Sərməsin hürməyinin mənalarını Xanməmməd kişi
də gözəl anlayırdı. İtin hürməyindən qapıya vəhşi heyvan,
yaxud ev heyvanı , insan gəldiyini duyardı.
Bir də görürdün Xanməmməd kişinin odunu azalıb.O həmişə
Ə
rbəhim meşəsinə odun yığmağa gedərdi.Adətən yaş ağaclara
qıymazdı,axtarıb quru palıd,ulas ağaclarını tapar,onları
doğrayardı. (Ona görə də meşədə çox qalardı).Sonra odunu
həyətə gətirər,səliqə ilə baltalayar,çin-çin yığar,qış ehtiyatı
görərdi.Ümumiyyətlə Xanməmməd kişi çox səliqə səhman
sevən insan idi.Onda Sərməs kişinin dalınca düşər,kənarda
oturub gözləyər,kişi odununu yığar,eşşəyinə yükləyər,evə
dönərdi.Sərməs də düz evə kimi yavaş –yavaş kişinin arxasınca
gələrdi.Elə ki,kişi evə çatdı,rahatca bir tərəfdə uzanıb yatardı.
Sərməsin paçtalyonluq eləmək qabiliyyəti də vardı.
Ə Xanməmməd kişinin siqareti yadından çıxıb evdə
gər
qalsaydı qarısı siqaret və spiçkanı yaylığa bağlayar,bircə dəfə
Xanməmməd kişinin Sərməs deməyi kişayət idi ki,dərhal onun
yanında olsun.`
Sərməs qapıya gələn adamların hansı niyyətlə gəldiyini çox
gözəl bilərdi.Pis niyyətlə qapıya gələn adam olsaydı,qarşısını
kəsər ,hürər,özünü öldürərdi. Ta ki,Xanməmməd kişi ona
acıqlanmayınca heç kəsi evə buraxmazdı.Yaxşı niyyətli
adamların qarşısında quyruğunu bulayardı.Sərməs
Xanməmməd kişinin keçisini,qoyununu,toyuğunu,cücəsini də
qorumağı sevərdi.
Bir dəfə Xanməmməd kişi xəstələnib,uzaq şəhərə müalicəyə
getmişdi,onda Sərməs üzü yollara tərəf ,əllərini qabağa
uzatmış,kədərli baxışlarla başını əllərinin üstünə qoyub onun
yolunu gözləmişdi.Hətta yeməkdən belə küsmüşdü.
Xanməmməd kişi evə qayıdanda hamıdan qabaq Sərməs bunu
duymuş,kişinin qabağına qaçıb əl-ayağını yalamışdı.
Sərməs bu ailənin qohum-əqrəbəsiini də çox yaxşı
tanıyırdı.İllərcə evin uşaqlarından biri kəndə
gəlməsəydi,Sərməs onu tanıyar ,qabağına qaçıb məhəbbətlə
quyruğunu bulayardı.
Bir gün Sərməs çox halsız görünürdü.O,nə yemək yeyir,nə də
su içirdi.Xanməmməd kişi və qarısı çox narahat olmağa
başladılar.Baxıb gördülər ki kimsə gözügötürməyənlər iti
yaralayıblar.Onlar itin yarasını yuyub
sarıdılar,dərmanladılar.Görünür gec xəbər tutmuşdular.
Müalicənin heç bir xeyri olmadı.İt halsız uzanıb yazıq-yazıq
baxırdı.Gözlərində yaş gilələnmişdi.Bəlkə də öləcəyini
duyurdu.Bəlkə də ölməyindən çox bu iki qocanı tək
qoyacağına təəssüflənirdi,onlardan ayrılmaq istəmirdi. Ona
görə də gözlərindən sadiq bir məhəbbətlə aramsız yaş gilələri
axırdı.
Sərməs daha tab gətirə bilmədi. Sakit,qəmli, lal baxışlarla
baxa-baxa,gözlərini əbədi yumdu.
Xanməmməd kişi bağının bir kənarında yer qazıb Sərməsi
ehtiyatla torpağa tapşırdı.
Heç vaxt ağlamayan Xanməmməd kişinin gözlərində yaş
göründü.

More Related Content

Featured

Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsPixeldarts
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthThinkNow
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfmarketingartwork
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsKurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summarySpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Applitools
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at WorkGetSmarter
 

Featured (20)

Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
 

Sərməs

  • 1. Sərməs Kəndin lap qurtaracağında,iki dərənin arasında balaca iki otaq,kicik bir eyvandan ibarət bir daxma vardı.Otaqlardan biri lap köhnədən tikildiyinə görə alaqaranlıq,digəri isə sonradan tikildiyinə görə işıqlı idi.İki otaq balaca eyvanda birləşmişdi. Eyvan aynabənd idi.Döşəmə torpaq olduğuna görə yayda daxma çox sərin,qışda isti olardı. Daxmada iki dəmir çarpayı, bir dəmir sandıq, bir dənə də odun peçi vardı. Odun peçinin ətrafına qurudulmuş heyvan dəriləri sərilmişdi.Daxmanın üzü Şərqə baxan iki pəncərəsi və taxta qapısı vardı.( İkinci otağa adətən meyvə yığardılar.) Daxmanın qarşısında dörd dənə qoca, hündür tut ağacı vardı.Onlar dörd mehriban qardaşa bənzəyirdilər.Soyuqda,istidə,küləkdə bir-birinə həyan olurdular.Başbaşa verib göylərə doğru uzanırdılar.Bəzən ağacın da üz-gözündən xoşbəxtlik,və ya bədbəxtlik yağır. Dörd qardaş tut xoşbəxt ağaclardan idi. Bu tut ağaclarının bal kimi şipşirin,ağappaq tutları olardı.Hər il bol məhsul gətirərdilər.Təmannasız,minnətsiz, kim istəsəydi doyunca bu tutlardan yeyərdi.Budaqda qalan tutları da külək,yağış vurub yerə tökər,quşlar dənləyərdi. Tut ağacının kölgəsində uzun bir stol vardı.Bu stola baxanda fikirləşirdin ki,yəqin hərdən bu stolun arxasında çoxlu adamlar oturur.Xanməmməd kişi çörək verən kişilərdən olduğundan ona görə də bu stolun arxasında çox adamlar çörək kəsmiş, çay içmiş, Xanməmməd kişiinin şəninə sağlıqlar demiş,bu balaca daxmasında gecələmişdilər.İndi isə daxmada qoca
  • 2. Xanməmməd kişi öz qarısı ilə tək yaşayırdı,ancaq yay aylarında Xanməmməd kişinin başına şəhərdən gələn oğuluşaq, qohum-əqrəba yığışardı.Ona görə də Xanməmməd kişi çörəyini yedirtdiyi erməni ustasına belə yekə stol düzəltdimişdi ki, oğul-uşaq bir yerə yığışanda stolun arxasında hamıya yer çatsın. İndi isə qışdır,hələ yaya çox var. Yaydan hazırladığı quru odunları peçə atdı.Odunlar çartaçartla yanmağa başladı.Qoyun dərisindən olan döşəkcəsinin üstündə uzanıb,yun yastığına söykənib xəyallara daldı. Damağında siqareti,gözləri yol çəkirdi... O,müharibə görmüş,çox çətinliklərlə üzləşmiş,həyatın hər cürə sınağından çıxmış bir insan idi.Cavanlığında zamanının gərəkli vəzifələrində çalışmiş,amma həmişə elini,obasını ,xalqını düşünmüş,çox insanları müharibənin aclığında ölümün caynağından xilas etmişdi. Nə qədər fikirləşdi kiməsə pislik etdiyi yadına düşmədi.Çox xeyirxah,əliaçiq,gözütox kişilərdən idi.Ona görə də dünyanən vari ,dövləti,padşahı,vəziri,vəkili onu qəti maraqlandırmazdı. Onun üçün padşahla çobanın fərqi yoxdu,təki insan adam olsun. Çox mehriban ata olmuşdu. Doqquz övlad böyütmüşdü.Altı qız,üç oğlan.Oğlanları ilə qızları arasında da fərq qoymazdı.Hər dəfə qızları dünyaya gələndə sevinmişdi. Gözəl-göyçək nəvənəticə sahibi idi.Uşaqlar hamısı böyümüş,təhsil almış şəhərlərə üz tutmuş və orada özlərinə yurd –yuva salıb,ailə qurmuşdular.Hər kəsin başı öz ailəsinə qarışmışdı.Hərdən yay aylarında beş-on günlüyə kəndə gələr,
  • 3. merdən,meyvədən,qozdan,fındıqdan yığıb yenə dağılışıb hər kəs öz evinə gedərdi.Beləcə illər ,aylar ötüb keçərdi. Dörd tut ağacından üzü aşağı böyük bağ uzanıb gedirdi.Burada olmayan meyvə ağacı yox idi.Xanməmməd kişi məhəbbətini bu bağa salmış, bu bağdakı hər bir ağacı balası kimi sevmiiş, başını sığallaya-sığallaya böyütmüş,qayğısına qalmışdı.Ona görə də heç kəslə işi olmaz, ömrünün ahıl yaşlarını bu bağda keçirər,bu dünyada darıxmazdı. Səhər alatoranda yuxudan durar ,mal –qarasını rahatlayar,qarısı ilə üzbəüz oturub şirin söhbət edə-edə samovar çayından içər,halalca qazandığı ruzisindən bir tikə yeyər,sonra da bağına enərdi. Xanməmməd kişi cavanlıqda mahir ovçu olmuş, çiynindən Beşatılanını yerə qoymamış,at belində gəzmişdi.Amma indi yaş o yaş deyildi. Onun yanında heç vaxt onu heç kəsə etibar etməyən qarısı və Sərməs adında vəfalı bir iti vardı. Bu it gecə-gündüz Xanməmməd kişinin evini qoruyar,Xanməmməd kişi hara getsə dalınca gedər,onu gözləyər,yenə dalınca evə kimi gələrdi.Gecələr Xanməmməd kişi qapısını belə bağlamazdı.Bilirdi ki,Sərməs səhərə kimi qapının ağzında yatıb evinin keşiyini çəkir.Xanməmməd kişi də hər axşam itinə sürdən, sümükdən atardı.İt də əvəzində sevgisini bildirmək üçün onun qarşısında quyruğunu bulayardı.Hərdən Sərməs döyülərdi,danlanılardı,amma onun
  • 4. sevgisini belə şeylər azaltmazdı.O, həmişəki it məhəbbəti ilə bu ailəni sevər, onların həyətini, bacasını qoruyardı. Bir dəfə neçə il öncə belə bir əhvalat olmuşdu.Xanməmməd kişi bir cüyür ovlamışdı.Yediklərini yemişdilər.Payladıqlarını da paylamışdilar.Təkcə bir bud qalmışdı.Onu da ağacdan asmışdılar ki,birdən sabah yoldan keçən olar,qonaq etsinlər.Onda Sərməs iki yaşında olardı.Eləmə tənbəllik dudu ağacdan bir təhər düşürt ye.Səhər açılanda işin üstü açılanda Sərməs möhkəm danlandı.O da körpə uşaq kimi başını aşağı salıb günahını başa düşən kimi dayanıb dinlədi.Vaxt keçdi hərə öz işinin dalınca getdi.Bud da unuduldu.Bir də Xanməmməd kişi gördü ki,Sərməs dərədə pöhrəlikdə möhkəm hürür.Xanməmməd kişi aşağı düşüb gördü ki,Sərməs gedib meşədən bircüyür qovub gətirib.Gözləyir ki,gəlib ovlasın. Hərdən gecələr kəndə qurd-quş hücum edəndə Sərməsin hürməyindən kəndin başqa itləri də köməyə gəlib kəndi qoruyardı.Sərməsin hürməyinin mənalarını Xanməmməd kişi də gözəl anlayırdı. İtin hürməyindən qapıya vəhşi heyvan, yaxud ev heyvanı , insan gəldiyini duyardı. Bir də görürdün Xanməmməd kişinin odunu azalıb.O həmişə Ə rbəhim meşəsinə odun yığmağa gedərdi.Adətən yaş ağaclara qıymazdı,axtarıb quru palıd,ulas ağaclarını tapar,onları doğrayardı. (Ona görə də meşədə çox qalardı).Sonra odunu həyətə gətirər,səliqə ilə baltalayar,çin-çin yığar,qış ehtiyatı görərdi.Ümumiyyətlə Xanməmməd kişi çox səliqə səhman sevən insan idi.Onda Sərməs kişinin dalınca düşər,kənarda oturub gözləyər,kişi odununu yığar,eşşəyinə yükləyər,evə
  • 5. dönərdi.Sərməs də düz evə kimi yavaş –yavaş kişinin arxasınca gələrdi.Elə ki,kişi evə çatdı,rahatca bir tərəfdə uzanıb yatardı. Sərməsin paçtalyonluq eləmək qabiliyyəti də vardı. Ə Xanməmməd kişinin siqareti yadından çıxıb evdə gər qalsaydı qarısı siqaret və spiçkanı yaylığa bağlayar,bircə dəfə Xanməmməd kişinin Sərməs deməyi kişayət idi ki,dərhal onun yanında olsun.` Sərməs qapıya gələn adamların hansı niyyətlə gəldiyini çox gözəl bilərdi.Pis niyyətlə qapıya gələn adam olsaydı,qarşısını kəsər ,hürər,özünü öldürərdi. Ta ki,Xanməmməd kişi ona acıqlanmayınca heç kəsi evə buraxmazdı.Yaxşı niyyətli adamların qarşısında quyruğunu bulayardı.Sərməs Xanməmməd kişinin keçisini,qoyununu,toyuğunu,cücəsini də qorumağı sevərdi. Bir dəfə Xanməmməd kişi xəstələnib,uzaq şəhərə müalicəyə getmişdi,onda Sərməs üzü yollara tərəf ,əllərini qabağa uzatmış,kədərli baxışlarla başını əllərinin üstünə qoyub onun yolunu gözləmişdi.Hətta yeməkdən belə küsmüşdü. Xanməmməd kişi evə qayıdanda hamıdan qabaq Sərməs bunu duymuş,kişinin qabağına qaçıb əl-ayağını yalamışdı. Sərməs bu ailənin qohum-əqrəbəsiini də çox yaxşı tanıyırdı.İllərcə evin uşaqlarından biri kəndə gəlməsəydi,Sərməs onu tanıyar ,qabağına qaçıb məhəbbətlə quyruğunu bulayardı. Bir gün Sərməs çox halsız görünürdü.O,nə yemək yeyir,nə də su içirdi.Xanməmməd kişi və qarısı çox narahat olmağa
  • 6. başladılar.Baxıb gördülər ki kimsə gözügötürməyənlər iti yaralayıblar.Onlar itin yarasını yuyub sarıdılar,dərmanladılar.Görünür gec xəbər tutmuşdular. Müalicənin heç bir xeyri olmadı.İt halsız uzanıb yazıq-yazıq baxırdı.Gözlərində yaş gilələnmişdi.Bəlkə də öləcəyini duyurdu.Bəlkə də ölməyindən çox bu iki qocanı tək qoyacağına təəssüflənirdi,onlardan ayrılmaq istəmirdi. Ona görə də gözlərindən sadiq bir məhəbbətlə aramsız yaş gilələri axırdı. Sərməs daha tab gətirə bilmədi. Sakit,qəmli, lal baxışlarla baxa-baxa,gözlərini əbədi yumdu. Xanməmməd kişi bağının bir kənarında yer qazıb Sərməsi ehtiyatla torpağa tapşırdı. Heç vaxt ağlamayan Xanməmməd kişinin gözlərində yaş göründü.