1. Hiyləgər tülkünün nağılı
Biri var idi,biri yox idi.Bir tülkü var idi.Tülkü o qədər ac idi
ki,qabağına daş da çıxsa yeyərdi.Tülkü papağını qoydu
qabağına fikirləşdi ki,necə etsin ki,qarnını doydursun.Az
fikirləşdi,çox fikirləşdi,axırda fikirləşdiyini tapdı.Sevindiyindən
atılıb-düşdü.Sonra bir ağ daşı götürüb yaxınlıqda bir boş quyu
vardı ,onun içinə atdı.Quyunun başında oturub marıtdamağa
başladı.Bir də gördü ki,bir yekə ayı gəlir uzaqdan baxanda
görsənir ki,acından ölür.Ayı quyuya yaxınlaşanda tülkü ağzını
,burnunu yalamağa başladı.Ayı tülkünün qarşısında durub
dedi:
-Tülkü lələ şirin-şirin nə yeyirsən?
-Heç əşi,bu quyunun içində yekə bir quyruq parçası var.Düşüb
ondan doyunca yeyib çıxdım.Ayı quyuya boylandı.Gördü
ki,quyudu ağappaq bir şey var.Elə bildi
ki,quyruqdu.Düşünmədən özünü quyuya atdı.Tülkü isə
quyunun başında durub bu minvalla
qurdu,çaqqalı,fəriyi,xoruzu,qəcələni,ilanı,qarğanı quyuya
saldı.Sonra özüdə hoppanıb quyuya düşdü.Heyvanlar quyunun
içində bir gün,iki gün oturdular.Axırda dedilər bir əlac etmək
lazımdır,yoxsa hamımız acından öləcəyik.
Tülkü dedi:
-Gəlin sıra ilə sayaq.Kimin adı axıra qalsa onu da yeyək.Yazıq
heyvanlar oqədər acmışdılar ki,məcbur olub razılaşdılar.Tülkü
başladı saymağa.
Tülkü,tülkü lənbəki
2. Quyruq üstə tünbəki
Ayı axmaq,qurd qulavış
Çaqqal çavuş,fərik anamız
Xoruz atamız,qəcələ çərçi
Qarğa xəbərçi,ilan qamçı.