SlideShare a Scribd company logo
1 of 14
HEYDƏR ƏLİYEV
Azərbaycan gözəlliklər ölkəsidir, yaşıl parklar,
baglar,əsrlərdən, qərinələrdən xəbər verən ağaclar, təbii
sərvətlər,tarixi abidələr, gözəl ornamentli binalar
diyarıdır.
Ölkəmiz sanki yaşıllıqlar və min bir rəngli güllər
qoynunda üzür.Bizim diyarımız o qədər gözəldir ki, bu
gözəllikləri vəsf etmək üçün burada hər gün gərək bir
rəssam, bir şair, bir bəstəkar dünyaya gəlsin.Vətənimizin
ən böyük gözəlliyi və varı isə onun insanlarıdır.Torpaq o
vaxt güclü və basılmaz olur ki, onun sinəsini dağlar,
çaylar, meşələr, bulaqlar, bərəkətli tarlalar, ən əsası isə
bu torpağın qədrini bilən, öz əməlləri ilə onu dünyada
şöhrətləndirən insanlar bəzəyir .
Tarix əsrlər boyu ölkəmizin qüdrətinin, mətanətinin
şahidi olub.Onun səsi, sorağı minilliklər arxasından gəlir.
XX əsr bəşəriyyətə bir çox dühalar bəxş etmişdir.Bu əsrin
tariximizdə ən əlamətdar hadisəsi odur ki ,yüzilliyin 23-cü
ilində, ayların ən gözəli mayın 10-da xalqımızın iftixarı,
təkcə Azərbaycanın deyil, bütün türk dünyasının
yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri Heydər
Əlirza oğlu Əliyev dünyaya göz açmışdır.
Ümummilli lider haqqında Azərbaycan şair və yazıçıları
əsərlər yazmış və bu əsərlərdə onun Azərbaycan üçün
gördüyü saysız-hesabsız işlər qələmə alınmışdır.Dahi lider
haqqında daxilən coşub-çağlayan şairimiz Zəlimxan
Yaqub öz fikirlərini “Böyük ömrün dastanı”poemasında
böyük ustalıqla qələmə almışdır.Zəlimxan Yaqub bu
poemanı yazıb ərsəyə gətirməsi haqqında belə demişdir:
“Ulu öndərimiz ,xalqımızın ölməz oğlu ,millətimizin şərəfi
Heydər Əliyevin müqəddəs ruhuna bağışladığım “Böyük
ömrün dastanı” poeması isti-isti ,birnəfəsə yazılmış acılı-
şirinli bir xatirədir,elegiyadır.
Ölümünə heç vaxt inanmadığım ,ölümsüzlüyü ilə ömrüm
boyu öyünəcəyim bir şəxsiyyətlə bağlı üstümüzü alan
,qapımızı döyən qəfil qara xəbər hamı kimi məni də
sarsıtdı.Bu sarsıntılar içində əlimə nə vaxt qələm
götürdüyümdən heç özümün də xəbərim olmadı.O vaxt
özümə gəldim ki,artıq sonuncu misranı yazıb,son hissəni
tamamlamışam.
Bu əsəri mən yazmadım.Ürəyimin qanı,gözlərimin
yaşı,ruhumun çırpıntısı,Haqqın sədası,Tanrının hökmü
yazdırdı”.
Naxçıvanda doğuldu 23-ün mayında
Güllü bahar fəslinin ən işıqlı ayında
Anası İzzət xanım,atası Əlirza
Şükürlər oxudular onlara oğul verən
Tanrıya,İlahiyə,
Bu bahara,bu yaza
Ata-ana ad qoyub adına Heydər dedi,
Bu həyatın barını dərdikcəhey dər,dedi.
Heydər Əliyev kimdir?Bu suala cavab verməzdən əvvəl bir
anlıq doğma yurdumu xatırlayıram və bu Vətənin
gündən-günə çiçəklənən guşələrinə nəzər salıram.Öz
həyatını xalqımızın rifahına həsr edən bir rəhbər də elə
bu an gözlərimin önünə gəlir.Bu,həmin rəhbərdir
ki,yorulmaq bilmədən ömrünü Azərbaycan xalqının
xoşbəxtliyinə,gücünü Azərbaycan torpağının
çiçəklənməsinə,qüdrətini Azərbaycanın iqtisadiyyatının
inkişafına,özünün siyasi karyerasını Azərbaycan
siyasətinin düzgün istiqamətlənməsinə həsr etmişdir.
Müdriklər demişlər:”Bir mismar bir nalı saxlar,bir nal bir
atı saxlar,bir at bir əri saxlar,bir ər bir eli saxlar.”Heydər
Əliyev tükənməz istedadını,zəngin təcrübəsini
azad,müstəqil bir dövlət qurmağa sərf edən,milyonlarla
insanın ümid çırağı və güvənc yeri olan belə ərlərdən idi.
Dünyada ən çətin yol
Azadlığın yoludur
Milləti millət edən
Millətin mərd oğludur!
Heydər Əliyev elə bir rəhbər idi ki,gecə ilə gündüzün
ağırlığını ayırmadan xalqın bütün dərd-sərini çiyinlərində
gəzdirməkdən yorulmaq bilməyən,hər bir
yenilikdən,xalqının hər bir uğurundan həzz alaraq yaradır
və yaratmaq eşqi ilə yaşayırdı.Onun gecə-gündüz
Azərbaycan xalqı üçün çalışdığı da poemada öz əksini
tapır.
Dahilərin dahisiydi əsrimizin qəhrəmanı
Yaratmaq,qurmaq olub bu insanın hər anı
Tarixin sevimlisi Heydər babanı tanı
Gül-çiçəyə döndərib hər tərəfi,hər yanı
Cənnətməkan edibdir doğma Azərbaycanı.
1969-cu ilin iyul ayında respublikamızda ictimai-siyasi
vəziyyətin xeyli mürəkkəbləşdiyi bir dövrdə rəhbərliyə
irəli çəkilən Heydər Əliyevin gərgin əməyi,müdrik və
uzaqgörən siyasəti sayəsində qısa bir zamanda
Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış əyalətindən
bütün sahələrdə sürətlə inkişaf edən,yüksələn
respublikaya çevrildi.Respublika,onun şəhərləri tikinti
meydanına döndü.Tarix boyu insan addımlarına həsrət
qalmış düzəngahlarda mikrorayonlar salındı,yeni kənd
təsərrüfatı və sənaye obyektləri,metro
stansiyaları,mədəniyyət evləri,məktəb və uşaq bağçaları
istifadəyə verildi.Təkcə Bakı şəhərində milli hərbi kadrlar
hazırlayan Cəmşid Naxçıvanski adına hərbi məktəbin
yaranması Heydər Əliyevi əsrin ən böyük adamı zirvəsinə
qaldırmaq üçün bəs edərdi.Halbuki,müdrik rəhbərimizin
belə hünər işləri yüzlərlə,minlərlədir.Onların hamısını
sadalasaq böyük bir siyahı alınar.
Azərbaycan tarixində hələ heç bir rəhbər onun qədər
tikinti-abadlıq işləri aparmayıb.
Gəldi keçdi ömürdən
Neçə gün,neçə gündüz
Durmadı,dayanmadı
Oxudu təbiəti,öyrəndi cəmiyyəti
Yatmadı gecə,gündüz
Odun içinə girdi
Baxmadı bir qıraqdan,
Keçdi çətindən-çətin
İmtahandan,sınaqdan
Əqidəsi yolunda
Dağ kimi məğrur,mətin,
Qaya kimi sal oldu
Dəyişdi hərb illəri
Arzuların səmtini
O memar olmalıydı
Əsl general oldu,
Elə bir general ki,
Sarsılmaz qətiyyəti
Danılmaz həqiqəti.
Daha sonralar keçmiş Sovetlər ölkəsində yüksək dövlət
vəzifələrində işləyərkən o,daim vətənini ,xalqını
düşünmüş,kömək və qayğısını öz xalqından
əsirgəməmişdir.Onun xidmətlərindən açılan söhbətlər
cild-cild kitablara sığmaz,onun dahiliyindən deyilən
qafiyələr milyon-milyon misralara sığmaz, bu xalqa sərf
etdiyi gücü, qüdrəti ən dərin çaylar,dənizlər ilə müqayisə
olunmaz.
Yaxınlara,uzaqlara xəbər oldu
“Türk oğlu türk” Kremldə rəhbər oldu!
Ekran,efir yer üzünə yaydı səsi,
Yeniləşdi ruhumuzun mənzərəsi.
Bu adi bir xəbər deyil,
Tarixi bir hadisəydi,
Bu xəbərə dostlarımız sevinsə də,
Düşmənlərin başına bir qapaz dəydi
“SSRİ-yer üzünün yarısına sahib olan bir ölkədi,
Azərbaycan-bu ölkədə bir bölgədi.
İndi gəlsin bu bölgənin bir adamı
Bu ölkəyə rəhbər olsun.
Onda gərək bizdən ötrü
Yediyimiz-içdiyimiz zəhər olsun”.
Bundan sonra şər və böhtanlar işə
düşür,düşmənlərimizlə yanaşı sapı özümüzdən olan
baltalar Heydər Əliyevin əleyhdarlarına çevrildilər və
onun Kremldən uzaqlaşdırılmasına çalışdılar.Şair bunu da
öz əsərində məharətlə işıqlandırmışdır.
Sirr sandıqda qalan deyil,
Bu söz dilə-dişə düşdü,
Şər-böhtanlar,iftiralar,
Fırıldaqlar işə düşdü.
“Ov”la,”yan”la sirdaş olan,
Özgələrə qardaş olan,
Canı-qanı mənim olan,
Ancaq mənə qənim olan,
Öz əliylə özümüzü
Kəsib –tökən baltalar da
Bir nəhəngi qoydu darda.
“Vəzifədən getməlidir!”-
Fikir aydın,qərar qəti,
Təzə xəbər deyil ki bu,
Saymaq ilə qurtararmı
Bu mərkəzin xəyanəti?
Bax beləcə ayaq açdı
Addım-addım üstümüzə
Qarabağın xəyanəti.
Boş sualın nə yeri var,
Niyə getdi,nəyə getdi?
Hər gedənlə can əridi,
Ürək getdi,bədən getdi!
O getməklə əlimizdən
Parça-parça Vətən getdi!
1991-ci ildə artıq Heydər Əliyev doğma yurda—
Naxçıvana,öz elinə,obasına arxa,dayaq olmaq üçün
qayıdır. Doğma torpaq öz övladını sevinclə qarşılayır.Şair
poemada H.Əliyevin necə hərarətlə,böyük sevinclə
qarşılanmasını oxuculara belə çatdırır.
Nəslinə,millətinə şöhrət olan bir oğul,
Öz doğma beşiyinə böyük bir adla gəldi.
Yurduna,torpağına arxa –dayaq olmağa,
Tanrılara yaraşan bir istedadla gəldi.
Ağır zərbələr aldı ,qırılmadı inadı,
Zaman onu neçə yol sınaqlarda sınadı.
Dalbadal daş atdılar,qəlbi,ruhu qanadı.
Yenə də bükülmədi onun polad qanadı.
Gəmisi daşa dəydi ,parçalanıb sınmadı,
Öz müqəddəs ocağı xoş oldu,əziz oldu.
Əl açıb özgələrin oduna qızınmadı.
Xalqı onu qorudu bədxahların şərindən.
Vətənonu uzağa qoymadı gözlərindən.
Qırmızı imperiya onu gözdən salanda,
Xəyanət yolu tutub,alçaqlar alçalanda
Doğulduğu Naxçıvan öz doğma balasına
Qol açdı” gəl-gəl” dedi,-“Səni isitmək üçün
Ruhumu köz edərəm,qəlbimi məşəl”,-dedi.
Başı min bir bəlalar görmüş Azərbaycan XX əsrin
sonundabir daha sınağa çəkildi.
Suların boz-bulanıq selə döndüyü bir məqamda Ulu
Tanrının qüdrəti və xalqın iradəsi ilə Heydər Əliyev
siyasət meydanında yenidən parladı.1993-cü ildə xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə
vətəndaş müharibəsinin alovlarını söndürdü,qardaş qanı
axıdılmasına son qoydu.Ermənistan Azərbaycan
müharibəsini səngərdən diplomatiya cəbhəsinə
keçirməsi,atəşkəsə nail olunması məhz Heydər Əliyevin
böyük tarixi xidmətlərindəndir.
Azərbaycan xalqı öz ağır günündə onlara arxa-dayaq ola
biləcək insanın məhz Heydər Əliyev olduğunu Zəlimxan
Yaqub öz əsərində belə ifadə edir.
Bir tərəfdə Qarabağ kənd-kənd talanıb gedir
Bir tərəfdə Lənkəran oda qalanıb gedir.
Eşidəndə adamın ürəyi al-qan olur,
Gah “Ləzgistan”yaranır,gah “talış-muğan”olur.
Hər fəlakət dalıyca bir fəlakət doğulur.
Cavad xanın Gəncəsi od içində boğulur.
Hər eldə bir qoçu var,hər mahalda bir qoçu
Sanki dilotu yeyib danışanlar dilotu.
Sözü var,əməli yox,ayağı var,əli yox,
Aqillər nişandadır,ağıllılar hədəfdə.
İki adam əyləşib bir üzə gələ bilmir,
Hərəsi bir yandadır,hərəsi bir tərəfdə.
Həsrətini bir ev yox,oba çəkir ,el çəkir
Xilaskara göz dikib,xalqın gözü yol çəkir.
O gəlməsə batacaq dövlət adlı bir gəmi
Nə arxası qalacaq,nə dostu,nə həmdəmi.
Yaşasınmı bu millət,ölsünmü,ölməsinmi?
Millətin böyük oğlu,gəlsinmi,gəlməsinmi?
Yəhudilər iddia edirlər ki,onlar Allah tərəfindən seçilmiş
xalqdır,ona görə ki,bu xalq indiyə kimi dəfələrlə məhv
olmağa məruz qalıb,amma məhv
olmayıb.Məncə,Azərbaycan xalqı da Allah tərəfindən
seçilmişdir,əks halda, bu xalqın da bir neçə dəfə məhv
olmaq ehtimalı böyük idi,ancaq məhv olmadı.Allah-təala
müstəqilliyimizi qorumaq missiyasını Heydər Əliyevin
üzərinə qoydu.
Gəldi Bakıya min cür sifətlər gördü,
Tez-tez dəyişən imzalar,xətlər gördü,
Üst-üstə yığılan çəkilməz dərdlər gördü
Millətə dərd verən nə qədər namərd gördü.
Heydər Əliyev xalqımız üçün ləyaqət simvolu,gözəl
mənəviyyata,yüksək mədəniyyətə,intellektual səviyyəyə
malik bir tarixi şəxsiyyət olmuşdur.
Zaman ən ədalətli hakimdir-deyiblər.Zaman gələcək,onda
onun indikindən də çox böyüklüyünü ,əzmini,vüqarını, bu
xalqı nə dərəcədə sevdiyini ,məhəbbətini görəcək,hiss
edəcəyik.
Dahilər öz zamanında dərk olunmur.Onlar öz dövrlərində
layiqli qiymətini almır.Zaman, tarix ona öz qiymətini
verir.Deyirlər ki,əvəzedilməz insan yoxdur,ancaq mən
Zəlimxan Yaqubun əsərini oxuduqda Heydər Əliyev
dühasının əvəzedilməz olduğunu bir daha dərk etdim.
Oğullar doğular...Bu qoca dünya
Bir də əvəzini gətirməz onun.
Yazar yaddaşına,hafizəsinə,
Heç vaxt zəhmətini itirməz onun.
Qorquda bənzətdi “Dədə”deyənlər,
Kimi “ata”dedi,kimi “ər”dedi.
Ana-bala kimi qucaqlaşdılar,
Heydər “Xalq!”deyəndə
Xalq “Heydər!”dedi.
Xilaskarın gəlişiylə alov yatdı,qan dayandı,
Sanki bir az rahatlandı,nəfəs dərdi Azərbaycan.
O,ali bir mənsəb olmuşdur.Biz onu daima ucalıqda
saxlamalıyıq.Onun ideyaları bizim üçün yol göstərən
əbədi ulduz olmalıdır.Tarixin bizim üzərimizə qoyduğu ən
böyük vəzifə budur.
H.Əliyev bu gün bizim aramızda olmasa da ,onun
arzuları,əməlləri daim bizimlədir.Bu ona olan xalq
sevgisindən,el məhəbbətindən irəli gəlir.Ona olan xalq
sevgisi və məhəbbəti sonsuzdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqın
xatirəsində əbədi olaraq yaşayacaq.
Nəsillər dil açıb verir səs-səsə
Budur xalq sevgisi,el məhəbbəti
Min ildə bir dəfə doğulan kəsə
Budur xalq sevgisi,xalq məhəbbəti.
Yadda milyonların biri qalacaq,
Ocağı qalacaq,piri qalacaq,
Ölməzlər həmişə diri qalacaq,
Budur xalq sevgisi,el məhəbbəti.
Məndə zərrə qədər şübhə yoxdur ki,şair qələmi,rəssam
fırçası,memar zövqü,heykəltəraş tişəsi,xalçaçı
ilməsi,bəstəkar bəstəsi,muğam sehri Heydər Əliyevin
bənzərsiz və rəngarəng,çoxşaxəli fəaliyyəti ilə bağlı hələ
çox işlər görəcək.
Mənim də gücüm qələmə,dəftərə çatdı və onlarla baş-
başa qalıb,agrımı-acımı vərəqlərə köçürdüm.

More Related Content

Featured

How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
ThinkNow
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Kurio // The Social Media Age(ncy)
 

Featured (20)

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPT
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 

Cemile ++

  • 1. HEYDƏR ƏLİYEV Azərbaycan gözəlliklər ölkəsidir, yaşıl parklar, baglar,əsrlərdən, qərinələrdən xəbər verən ağaclar, təbii sərvətlər,tarixi abidələr, gözəl ornamentli binalar diyarıdır. Ölkəmiz sanki yaşıllıqlar və min bir rəngli güllər qoynunda üzür.Bizim diyarımız o qədər gözəldir ki, bu gözəllikləri vəsf etmək üçün burada hər gün gərək bir rəssam, bir şair, bir bəstəkar dünyaya gəlsin.Vətənimizin ən böyük gözəlliyi və varı isə onun insanlarıdır.Torpaq o vaxt güclü və basılmaz olur ki, onun sinəsini dağlar, çaylar, meşələr, bulaqlar, bərəkətli tarlalar, ən əsası isə bu torpağın qədrini bilən, öz əməlləri ilə onu dünyada şöhrətləndirən insanlar bəzəyir . Tarix əsrlər boyu ölkəmizin qüdrətinin, mətanətinin şahidi olub.Onun səsi, sorağı minilliklər arxasından gəlir. XX əsr bəşəriyyətə bir çox dühalar bəxş etmişdir.Bu əsrin tariximizdə ən əlamətdar hadisəsi odur ki ,yüzilliyin 23-cü ilində, ayların ən gözəli mayın 10-da xalqımızın iftixarı, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri Heydər Əlirza oğlu Əliyev dünyaya göz açmışdır. Ümummilli lider haqqında Azərbaycan şair və yazıçıları əsərlər yazmış və bu əsərlərdə onun Azərbaycan üçün
  • 2. gördüyü saysız-hesabsız işlər qələmə alınmışdır.Dahi lider haqqında daxilən coşub-çağlayan şairimiz Zəlimxan Yaqub öz fikirlərini “Böyük ömrün dastanı”poemasında böyük ustalıqla qələmə almışdır.Zəlimxan Yaqub bu poemanı yazıb ərsəyə gətirməsi haqqında belə demişdir: “Ulu öndərimiz ,xalqımızın ölməz oğlu ,millətimizin şərəfi Heydər Əliyevin müqəddəs ruhuna bağışladığım “Böyük ömrün dastanı” poeması isti-isti ,birnəfəsə yazılmış acılı- şirinli bir xatirədir,elegiyadır. Ölümünə heç vaxt inanmadığım ,ölümsüzlüyü ilə ömrüm boyu öyünəcəyim bir şəxsiyyətlə bağlı üstümüzü alan ,qapımızı döyən qəfil qara xəbər hamı kimi məni də sarsıtdı.Bu sarsıntılar içində əlimə nə vaxt qələm götürdüyümdən heç özümün də xəbərim olmadı.O vaxt özümə gəldim ki,artıq sonuncu misranı yazıb,son hissəni tamamlamışam. Bu əsəri mən yazmadım.Ürəyimin qanı,gözlərimin yaşı,ruhumun çırpıntısı,Haqqın sədası,Tanrının hökmü yazdırdı”. Naxçıvanda doğuldu 23-ün mayında Güllü bahar fəslinin ən işıqlı ayında Anası İzzət xanım,atası Əlirza Şükürlər oxudular onlara oğul verən
  • 3. Tanrıya,İlahiyə, Bu bahara,bu yaza Ata-ana ad qoyub adına Heydər dedi, Bu həyatın barını dərdikcəhey dər,dedi. Heydər Əliyev kimdir?Bu suala cavab verməzdən əvvəl bir anlıq doğma yurdumu xatırlayıram və bu Vətənin gündən-günə çiçəklənən guşələrinə nəzər salıram.Öz həyatını xalqımızın rifahına həsr edən bir rəhbər də elə bu an gözlərimin önünə gəlir.Bu,həmin rəhbərdir ki,yorulmaq bilmədən ömrünü Azərbaycan xalqının xoşbəxtliyinə,gücünü Azərbaycan torpağının çiçəklənməsinə,qüdrətini Azərbaycanın iqtisadiyyatının inkişafına,özünün siyasi karyerasını Azərbaycan siyasətinin düzgün istiqamətlənməsinə həsr etmişdir. Müdriklər demişlər:”Bir mismar bir nalı saxlar,bir nal bir atı saxlar,bir at bir əri saxlar,bir ər bir eli saxlar.”Heydər Əliyev tükənməz istedadını,zəngin təcrübəsini azad,müstəqil bir dövlət qurmağa sərf edən,milyonlarla insanın ümid çırağı və güvənc yeri olan belə ərlərdən idi. Dünyada ən çətin yol Azadlığın yoludur Milləti millət edən
  • 4. Millətin mərd oğludur! Heydər Əliyev elə bir rəhbər idi ki,gecə ilə gündüzün ağırlığını ayırmadan xalqın bütün dərd-sərini çiyinlərində gəzdirməkdən yorulmaq bilməyən,hər bir yenilikdən,xalqının hər bir uğurundan həzz alaraq yaradır və yaratmaq eşqi ilə yaşayırdı.Onun gecə-gündüz Azərbaycan xalqı üçün çalışdığı da poemada öz əksini tapır. Dahilərin dahisiydi əsrimizin qəhrəmanı Yaratmaq,qurmaq olub bu insanın hər anı Tarixin sevimlisi Heydər babanı tanı Gül-çiçəyə döndərib hər tərəfi,hər yanı Cənnətməkan edibdir doğma Azərbaycanı. 1969-cu ilin iyul ayında respublikamızda ictimai-siyasi vəziyyətin xeyli mürəkkəbləşdiyi bir dövrdə rəhbərliyə irəli çəkilən Heydər Əliyevin gərgin əməyi,müdrik və uzaqgörən siyasəti sayəsində qısa bir zamanda Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən,yüksələn respublikaya çevrildi.Respublika,onun şəhərləri tikinti meydanına döndü.Tarix boyu insan addımlarına həsrət qalmış düzəngahlarda mikrorayonlar salındı,yeni kənd təsərrüfatı və sənaye obyektləri,metro
  • 5. stansiyaları,mədəniyyət evləri,məktəb və uşaq bağçaları istifadəyə verildi.Təkcə Bakı şəhərində milli hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaranması Heydər Əliyevi əsrin ən böyük adamı zirvəsinə qaldırmaq üçün bəs edərdi.Halbuki,müdrik rəhbərimizin belə hünər işləri yüzlərlə,minlərlədir.Onların hamısını sadalasaq böyük bir siyahı alınar. Azərbaycan tarixində hələ heç bir rəhbər onun qədər tikinti-abadlıq işləri aparmayıb. Gəldi keçdi ömürdən Neçə gün,neçə gündüz Durmadı,dayanmadı Oxudu təbiəti,öyrəndi cəmiyyəti Yatmadı gecə,gündüz Odun içinə girdi Baxmadı bir qıraqdan, Keçdi çətindən-çətin İmtahandan,sınaqdan Əqidəsi yolunda Dağ kimi məğrur,mətin, Qaya kimi sal oldu
  • 6. Dəyişdi hərb illəri Arzuların səmtini O memar olmalıydı Əsl general oldu, Elə bir general ki, Sarsılmaz qətiyyəti Danılmaz həqiqəti. Daha sonralar keçmiş Sovetlər ölkəsində yüksək dövlət vəzifələrində işləyərkən o,daim vətənini ,xalqını düşünmüş,kömək və qayğısını öz xalqından əsirgəməmişdir.Onun xidmətlərindən açılan söhbətlər cild-cild kitablara sığmaz,onun dahiliyindən deyilən qafiyələr milyon-milyon misralara sığmaz, bu xalqa sərf etdiyi gücü, qüdrəti ən dərin çaylar,dənizlər ilə müqayisə olunmaz. Yaxınlara,uzaqlara xəbər oldu “Türk oğlu türk” Kremldə rəhbər oldu! Ekran,efir yer üzünə yaydı səsi, Yeniləşdi ruhumuzun mənzərəsi. Bu adi bir xəbər deyil, Tarixi bir hadisəydi,
  • 7. Bu xəbərə dostlarımız sevinsə də, Düşmənlərin başına bir qapaz dəydi “SSRİ-yer üzünün yarısına sahib olan bir ölkədi, Azərbaycan-bu ölkədə bir bölgədi. İndi gəlsin bu bölgənin bir adamı Bu ölkəyə rəhbər olsun. Onda gərək bizdən ötrü Yediyimiz-içdiyimiz zəhər olsun”. Bundan sonra şər və böhtanlar işə düşür,düşmənlərimizlə yanaşı sapı özümüzdən olan baltalar Heydər Əliyevin əleyhdarlarına çevrildilər və onun Kremldən uzaqlaşdırılmasına çalışdılar.Şair bunu da öz əsərində məharətlə işıqlandırmışdır. Sirr sandıqda qalan deyil, Bu söz dilə-dişə düşdü, Şər-böhtanlar,iftiralar, Fırıldaqlar işə düşdü. “Ov”la,”yan”la sirdaş olan, Özgələrə qardaş olan, Canı-qanı mənim olan,
  • 8. Ancaq mənə qənim olan, Öz əliylə özümüzü Kəsib –tökən baltalar da Bir nəhəngi qoydu darda. “Vəzifədən getməlidir!”- Fikir aydın,qərar qəti, Təzə xəbər deyil ki bu, Saymaq ilə qurtararmı Bu mərkəzin xəyanəti? Bax beləcə ayaq açdı Addım-addım üstümüzə Qarabağın xəyanəti. Boş sualın nə yeri var, Niyə getdi,nəyə getdi? Hər gedənlə can əridi, Ürək getdi,bədən getdi! O getməklə əlimizdən Parça-parça Vətən getdi!
  • 9. 1991-ci ildə artıq Heydər Əliyev doğma yurda— Naxçıvana,öz elinə,obasına arxa,dayaq olmaq üçün qayıdır. Doğma torpaq öz övladını sevinclə qarşılayır.Şair poemada H.Əliyevin necə hərarətlə,böyük sevinclə qarşılanmasını oxuculara belə çatdırır. Nəslinə,millətinə şöhrət olan bir oğul, Öz doğma beşiyinə böyük bir adla gəldi. Yurduna,torpağına arxa –dayaq olmağa, Tanrılara yaraşan bir istedadla gəldi. Ağır zərbələr aldı ,qırılmadı inadı, Zaman onu neçə yol sınaqlarda sınadı. Dalbadal daş atdılar,qəlbi,ruhu qanadı. Yenə də bükülmədi onun polad qanadı. Gəmisi daşa dəydi ,parçalanıb sınmadı, Öz müqəddəs ocağı xoş oldu,əziz oldu. Əl açıb özgələrin oduna qızınmadı. Xalqı onu qorudu bədxahların şərindən. Vətənonu uzağa qoymadı gözlərindən. Qırmızı imperiya onu gözdən salanda, Xəyanət yolu tutub,alçaqlar alçalanda
  • 10. Doğulduğu Naxçıvan öz doğma balasına Qol açdı” gəl-gəl” dedi,-“Səni isitmək üçün Ruhumu köz edərəm,qəlbimi məşəl”,-dedi. Başı min bir bəlalar görmüş Azərbaycan XX əsrin sonundabir daha sınağa çəkildi. Suların boz-bulanıq selə döndüyü bir məqamda Ulu Tanrının qüdrəti və xalqın iradəsi ilə Heydər Əliyev siyasət meydanında yenidən parladı.1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinin alovlarını söndürdü,qardaş qanı axıdılmasına son qoydu.Ermənistan Azərbaycan müharibəsini səngərdən diplomatiya cəbhəsinə keçirməsi,atəşkəsə nail olunması məhz Heydər Əliyevin böyük tarixi xidmətlərindəndir. Azərbaycan xalqı öz ağır günündə onlara arxa-dayaq ola biləcək insanın məhz Heydər Əliyev olduğunu Zəlimxan Yaqub öz əsərində belə ifadə edir. Bir tərəfdə Qarabağ kənd-kənd talanıb gedir Bir tərəfdə Lənkəran oda qalanıb gedir. Eşidəndə adamın ürəyi al-qan olur, Gah “Ləzgistan”yaranır,gah “talış-muğan”olur. Hər fəlakət dalıyca bir fəlakət doğulur.
  • 11. Cavad xanın Gəncəsi od içində boğulur. Hər eldə bir qoçu var,hər mahalda bir qoçu Sanki dilotu yeyib danışanlar dilotu. Sözü var,əməli yox,ayağı var,əli yox, Aqillər nişandadır,ağıllılar hədəfdə. İki adam əyləşib bir üzə gələ bilmir, Hərəsi bir yandadır,hərəsi bir tərəfdə. Həsrətini bir ev yox,oba çəkir ,el çəkir Xilaskara göz dikib,xalqın gözü yol çəkir. O gəlməsə batacaq dövlət adlı bir gəmi Nə arxası qalacaq,nə dostu,nə həmdəmi. Yaşasınmı bu millət,ölsünmü,ölməsinmi? Millətin böyük oğlu,gəlsinmi,gəlməsinmi? Yəhudilər iddia edirlər ki,onlar Allah tərəfindən seçilmiş xalqdır,ona görə ki,bu xalq indiyə kimi dəfələrlə məhv olmağa məruz qalıb,amma məhv olmayıb.Məncə,Azərbaycan xalqı da Allah tərəfindən seçilmişdir,əks halda, bu xalqın da bir neçə dəfə məhv olmaq ehtimalı böyük idi,ancaq məhv olmadı.Allah-təala müstəqilliyimizi qorumaq missiyasını Heydər Əliyevin üzərinə qoydu.
  • 12. Gəldi Bakıya min cür sifətlər gördü, Tez-tez dəyişən imzalar,xətlər gördü, Üst-üstə yığılan çəkilməz dərdlər gördü Millətə dərd verən nə qədər namərd gördü. Heydər Əliyev xalqımız üçün ləyaqət simvolu,gözəl mənəviyyata,yüksək mədəniyyətə,intellektual səviyyəyə malik bir tarixi şəxsiyyət olmuşdur. Zaman ən ədalətli hakimdir-deyiblər.Zaman gələcək,onda onun indikindən də çox böyüklüyünü ,əzmini,vüqarını, bu xalqı nə dərəcədə sevdiyini ,məhəbbətini görəcək,hiss edəcəyik. Dahilər öz zamanında dərk olunmur.Onlar öz dövrlərində layiqli qiymətini almır.Zaman, tarix ona öz qiymətini verir.Deyirlər ki,əvəzedilməz insan yoxdur,ancaq mən Zəlimxan Yaqubun əsərini oxuduqda Heydər Əliyev dühasının əvəzedilməz olduğunu bir daha dərk etdim. Oğullar doğular...Bu qoca dünya Bir də əvəzini gətirməz onun. Yazar yaddaşına,hafizəsinə, Heç vaxt zəhmətini itirməz onun. Qorquda bənzətdi “Dədə”deyənlər,
  • 13. Kimi “ata”dedi,kimi “ər”dedi. Ana-bala kimi qucaqlaşdılar, Heydər “Xalq!”deyəndə Xalq “Heydər!”dedi. Xilaskarın gəlişiylə alov yatdı,qan dayandı, Sanki bir az rahatlandı,nəfəs dərdi Azərbaycan. O,ali bir mənsəb olmuşdur.Biz onu daima ucalıqda saxlamalıyıq.Onun ideyaları bizim üçün yol göstərən əbədi ulduz olmalıdır.Tarixin bizim üzərimizə qoyduğu ən böyük vəzifə budur. H.Əliyev bu gün bizim aramızda olmasa da ,onun arzuları,əməlləri daim bizimlədir.Bu ona olan xalq sevgisindən,el məhəbbətindən irəli gəlir.Ona olan xalq sevgisi və məhəbbəti sonsuzdur. Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqın xatirəsində əbədi olaraq yaşayacaq. Nəsillər dil açıb verir səs-səsə Budur xalq sevgisi,el məhəbbəti Min ildə bir dəfə doğulan kəsə Budur xalq sevgisi,xalq məhəbbəti. Yadda milyonların biri qalacaq,
  • 14. Ocağı qalacaq,piri qalacaq, Ölməzlər həmişə diri qalacaq, Budur xalq sevgisi,el məhəbbəti. Məndə zərrə qədər şübhə yoxdur ki,şair qələmi,rəssam fırçası,memar zövqü,heykəltəraş tişəsi,xalçaçı ilməsi,bəstəkar bəstəsi,muğam sehri Heydər Əliyevin bənzərsiz və rəngarəng,çoxşaxəli fəaliyyəti ilə bağlı hələ çox işlər görəcək. Mənim də gücüm qələmə,dəftərə çatdı və onlarla baş- başa qalıb,agrımı-acımı vərəqlərə köçürdüm.