SlideShare a Scribd company logo
1 of 2
Download to read offline
RHEUMASTOP
Tərkibi:
Hər 4 q-lıq paketə daxildir:
Qlükozamin sulfat 1500 mq;
Xondroitin sulfat 250 mq;
Şeytan caynağı (Harpagophytum procumbens) ekstraktı (3%-li harpaqozidə ekv.) 650 mq;

Xüsusiyyətləri:
Rheumastop, ətrafların oynaqlarının və onurğa zədələnmələrinin əlamətlərinin aradan
qaldırılmasında, oynaqların mexaniki yüklənməsində və dayaq-hərəkət aparatının travmalarından
sonra oynaqların bərpası üçün vacibdir.
Qığırdağın struktur və fəaliyyəti üçün vacib olan maddələrə olan optimal tələbatı təmin edir,
kollagenin sintezini stimulə edir, oynaqların mexaniki funksiya və dözümlülüyünün yaxşılaşmasına
əhəmiyyətli təsir göstərir.
Qlükozamin insan orqanizmində sintez olunub, oynaq qığırdağının normal quruluş və funksiyası
üçün əhəmiyyətli olan kollagenin və digər maddələrin fundamental elementidir. Onun iltihabəleyhi
və qığırdaq bərpaedici xüsusiyyətləri sübut olunmuşdur. Oynaqların iltihabi və ya travmatik
degenerativ-distrofik zədələnmələri qığırdağın dağılması və qlükozaminin konsentrasiyasının
azalmasına birbaşa təsir göstərir.
Xondroitin sulfat böyük zülal (proteoqlikan) molekulu olub, oynaqların elastikliyi təmin edir.
Tədqiqatlar, xondroitinin osteoartritdən əziyyət çəkən xəstələrdə ağrıların kəskin azalmasına təsir
etdiyini göstərmişdir. Xondroitin sulfat, qlükozaminin qığırdağı bərpa etməsilə yanaşı, onun
destruksiyasının qarşısını alır.
Şeytan caynağı (Harpagophytum procumbens) ekstraktı Afrikanın cənub-şərqində bitən bitkidən
alınır. Əsasən, istənilən mənşəli ağrının və iltihabın müalicəsi üçün istifadə olunur. Özünün
mürəkkəb kimyəvi tərkibi sayəsində Şeytan caynağı güclü ağrıkəsici, hərarət salıcı, mikrob və
iltihabəleyhinə təsir edir; qanda xolesterinin səviyyəsini aşağı salır,         antihipertenziv və
detoksikasikant effekt göstərir.
Limfositlərin funksiyasına və interleykinlərin sekresiyasına stimuləedici təsir göstərir; sərbəst
radikalları orqanizmdən kənarlaşdırmaqla antioksidant təsir göstərir. Həmçinin, hipoqlikemik və
antitrombotik vasitə hesab olunur, damar keçiriciliyini yaxşılaşdırır. Mənfi xronotrop, müsbət
inotrop xüsusiyyətlərə malikdir, iştahı yaxşılaşdırır. Qaraciyərin, öd kisəsinin və uşaqlığın
funksiyalarını normallaşdırır.

İstifadəsinə göstərişlər:
      Artritlər, o cümlədən, revmatoid artrit, poliartrit;
      Osteoxondroz;
      Osteoartrozlar (birincili və ikincili), o cümlədən, müxtəlif lokalizasiyalı, həmçinin, kiçik
        oynaqların artrozu, koksartroz və qonartroz;
      Travmatik dizostoz;
      Spondiloz;
      Periartit;
      Bursit, tendenit;
      Parodontopatiya;
      Xondral sümükləşmələr;
      Bağların gərilməsi;
      Cərrahi və travmatik əməliyyatlardan sonra sümüklərin və oynaqların bərpası məqsədilə.
İstifadə qaydası:
Gündə 1 paket, 1/2 stəkan ilıq su ilə, daxilə, yemək vaxtı qəbul olunur. Kurs müalicə müddəti 2-3
aydır. Maksimum nəticə üçün kurs müalicə ildə 2-3 dəfə aparılmalıdır.

Əks göstərişləri:
Preparatın tərkib hissələrindən birinə qarşı yüksək həssaslıq. Hamilə qadınlara, süd verən analara,
həmçinin, mədə və ya onikibarmaq bağırsağın xora xəstəliyi və hemofiliyadan əziyyət çəkən
şəxslərə məsləhət görülmür.

Xüsusi göstərişləri:
Şəkərli diabetin ağır formalarından əziyyət çəkən, antikoaqulyant terapiya alan xəstələr preparatı
yalnız həkim məsləhəti istifadə etməlidir. Preparat, birgə istifadə olunduqda, peroral antidiabetik
və antitrombotik preparatların biomənimsənilməsinə təsir göstərə bilər.

Buraxılış forması:
Hər birində 4 q toz olan 30 paket, içlik vərəq ilə birlikdə, karton qutuda.

İstehsalçı:
Fabiol SA, Rumıniya
Hyllan Pharma
www.hyllan.eu

More Related Content

Viewers also liked

Heyder eliyev heyati
Heyder eliyev  heyatiHeyder eliyev  heyati
Heyder eliyev heyatiNubar Alieva
 
Topdan və pərakəndə satış ticarət sferasında istehlakçı davranışlarının idar...
Topdan və pərakəndə satış ticarət sferasında istehlakçı  davranışlarının idar...Topdan və pərakəndə satış ticarət sferasında istehlakçı  davranışlarının idar...
Topdan və pərakəndə satış ticarət sferasında istehlakçı davranışlarının idar...Rafig Valiyev
 
Vergi Məcəlləsində Edilən Dəyişikliklər
Vergi Məcəlləsində Edilən DəyişikliklərVergi Məcəlləsində Edilən Dəyişikliklər
Vergi Məcəlləsində Edilən DəyişikliklərAysel Muradlı
 
Bakterie beztlenowe
Bakterie beztlenoweBakterie beztlenowe
Bakterie beztlenoweJulia Dyda
 

Viewers also liked (8)

Bachelor Thesis
Bachelor ThesisBachelor Thesis
Bachelor Thesis
 
Arches of foot
Arches of footArches of foot
Arches of foot
 
Heyder eliyev heyati
Heyder eliyev  heyatiHeyder eliyev  heyati
Heyder eliyev heyati
 
Topdan və pərakəndə satış ticarət sferasında istehlakçı davranışlarının idar...
Topdan və pərakəndə satış ticarət sferasında istehlakçı  davranışlarının idar...Topdan və pərakəndə satış ticarət sferasında istehlakçı  davranışlarının idar...
Topdan və pərakəndə satış ticarət sferasında istehlakçı davranışlarının idar...
 
Opłacalność kolektorów słonecznych
Opłacalność kolektorów słonecznychOpłacalność kolektorów słonecznych
Opłacalność kolektorów słonecznych
 
Fizika az b
Fizika az bFizika az b
Fizika az b
 
Vergi Məcəlləsində Edilən Dəyişikliklər
Vergi Məcəlləsində Edilən DəyişikliklərVergi Məcəlləsində Edilən Dəyişikliklər
Vergi Məcəlləsində Edilən Dəyişikliklər
 
Bakterie beztlenowe
Bakterie beztlenoweBakterie beztlenowe
Bakterie beztlenowe
 

RHEUMASTOP-az

  • 1. RHEUMASTOP Tərkibi: Hər 4 q-lıq paketə daxildir: Qlükozamin sulfat 1500 mq; Xondroitin sulfat 250 mq; Şeytan caynağı (Harpagophytum procumbens) ekstraktı (3%-li harpaqozidə ekv.) 650 mq; Xüsusiyyətləri: Rheumastop, ətrafların oynaqlarının və onurğa zədələnmələrinin əlamətlərinin aradan qaldırılmasında, oynaqların mexaniki yüklənməsində və dayaq-hərəkət aparatının travmalarından sonra oynaqların bərpası üçün vacibdir. Qığırdağın struktur və fəaliyyəti üçün vacib olan maddələrə olan optimal tələbatı təmin edir, kollagenin sintezini stimulə edir, oynaqların mexaniki funksiya və dözümlülüyünün yaxşılaşmasına əhəmiyyətli təsir göstərir. Qlükozamin insan orqanizmində sintez olunub, oynaq qığırdağının normal quruluş və funksiyası üçün əhəmiyyətli olan kollagenin və digər maddələrin fundamental elementidir. Onun iltihabəleyhi və qığırdaq bərpaedici xüsusiyyətləri sübut olunmuşdur. Oynaqların iltihabi və ya travmatik degenerativ-distrofik zədələnmələri qığırdağın dağılması və qlükozaminin konsentrasiyasının azalmasına birbaşa təsir göstərir. Xondroitin sulfat böyük zülal (proteoqlikan) molekulu olub, oynaqların elastikliyi təmin edir. Tədqiqatlar, xondroitinin osteoartritdən əziyyət çəkən xəstələrdə ağrıların kəskin azalmasına təsir etdiyini göstərmişdir. Xondroitin sulfat, qlükozaminin qığırdağı bərpa etməsilə yanaşı, onun destruksiyasının qarşısını alır. Şeytan caynağı (Harpagophytum procumbens) ekstraktı Afrikanın cənub-şərqində bitən bitkidən alınır. Əsasən, istənilən mənşəli ağrının və iltihabın müalicəsi üçün istifadə olunur. Özünün mürəkkəb kimyəvi tərkibi sayəsində Şeytan caynağı güclü ağrıkəsici, hərarət salıcı, mikrob və iltihabəleyhinə təsir edir; qanda xolesterinin səviyyəsini aşağı salır, antihipertenziv və detoksikasikant effekt göstərir. Limfositlərin funksiyasına və interleykinlərin sekresiyasına stimuləedici təsir göstərir; sərbəst radikalları orqanizmdən kənarlaşdırmaqla antioksidant təsir göstərir. Həmçinin, hipoqlikemik və antitrombotik vasitə hesab olunur, damar keçiriciliyini yaxşılaşdırır. Mənfi xronotrop, müsbət inotrop xüsusiyyətlərə malikdir, iştahı yaxşılaşdırır. Qaraciyərin, öd kisəsinin və uşaqlığın funksiyalarını normallaşdırır. İstifadəsinə göstərişlər:  Artritlər, o cümlədən, revmatoid artrit, poliartrit;  Osteoxondroz;  Osteoartrozlar (birincili və ikincili), o cümlədən, müxtəlif lokalizasiyalı, həmçinin, kiçik oynaqların artrozu, koksartroz və qonartroz;  Travmatik dizostoz;  Spondiloz;  Periartit;  Bursit, tendenit;  Parodontopatiya;  Xondral sümükləşmələr;  Bağların gərilməsi;  Cərrahi və travmatik əməliyyatlardan sonra sümüklərin və oynaqların bərpası məqsədilə.
  • 2. İstifadə qaydası: Gündə 1 paket, 1/2 stəkan ilıq su ilə, daxilə, yemək vaxtı qəbul olunur. Kurs müalicə müddəti 2-3 aydır. Maksimum nəticə üçün kurs müalicə ildə 2-3 dəfə aparılmalıdır. Əks göstərişləri: Preparatın tərkib hissələrindən birinə qarşı yüksək həssaslıq. Hamilə qadınlara, süd verən analara, həmçinin, mədə və ya onikibarmaq bağırsağın xora xəstəliyi və hemofiliyadan əziyyət çəkən şəxslərə məsləhət görülmür. Xüsusi göstərişləri: Şəkərli diabetin ağır formalarından əziyyət çəkən, antikoaqulyant terapiya alan xəstələr preparatı yalnız həkim məsləhəti istifadə etməlidir. Preparat, birgə istifadə olunduqda, peroral antidiabetik və antitrombotik preparatların biomənimsənilməsinə təsir göstərə bilər. Buraxılış forması: Hər birində 4 q toz olan 30 paket, içlik vərəq ilə birlikdə, karton qutuda. İstehsalçı: Fabiol SA, Rumıniya Hyllan Pharma www.hyllan.eu