6. Bir dəfə Şüa Günəşə dedi:
– Mən səhər Yerə enirəm və
canlıları isidirəm. İndi də bir insan
qəlbini isitmək istəyərdim.
Baxmaq istəyirəm, görüm həmin
insanda nə dəyişiklik baş verəcək.
– Yaxşı, sən deyən olsun, bir damcı
günəş odunu insan qəlbinə verə
bilərsən, – deyə Günəş icazə verdi.
– Amma gərək insanların ən
yaxşısını seçəsən.
Səhər açıldı. Şüa Yerə endi və
fikirləşdi: “Bəs ən yaxşı insanın kim
olduğunu haradan bilim?” Bu
zaman o, kədərli bir səs eşitdi:
– Məndə heç nə alınmır. Rəssam
olmaq istəyirdim, rəngsaz oldum.
Boşluqları öz fantaziyanıza uyğun
olaraq dodurmağa çalıın!
Doldura
bildik
Doldura bilmədik.
9. Bir dəfə Şüa Günəşə dedi:
– Mən səhər Yerə enirəm və canlıları isidirəm. İndi də bir
insan qəlbini isitmək istəyərdim. Baxmaq istəyirəm, görüm
həmin insanda nə dəyişiklik baş verəcək.
– Yaxşı, sən deyən olsun, bir damcı günəş odunu insan
qəlbinə verə bilərsən, – deyə Günəş icazə verdi. – Amma
gərək insanların ən yaxşısını seçəsən.
Səhər açıldı. Şüa Yerə endi və fikirləşdi: “Bəs ən yaxşı
insanın kim olduğunu haradan bilim?” Bu zaman o, kədərli
bir səs eşitdi:
– Məndə heç nə alınmır. Rəssam olmaq istəyirdim, rəngsaz
oldum.
10. – Axı sən gəncsən, istedadın və bacarıqlı əllərin var! – deyə Şüa parladı və insanın
qəlbinə girdi.
Günəşin odu insanın qəlbini alovlandırdı, onu gözlərini açmağa, qəddini
düzəltməyə vadar etdi. O təmir etdiyi evi elə rənglədi ki, ev sahibi dedi:
– Mən elə bilirdim, sən rəngsazsan, sən isə əsl rəssam imişsən. Mənim evimi
incəsənət əsərinə çevirdin. Heç bilmirəm, sənə necə təşəkkür edim.
Sonra gənc boyalarını götürdü və gözəl bir gül dəstəsi çəkdi. Bu rəsm əsərini tanış
bir qıza hədiyyə etdi. “Bu ki lap möcüzədir!” – deyə qız heyranlıqla dilləndi.
Gəncin xoşbəxt olduğunu görən Şüa Günəşin yanına qayıtdı və dedi:
– Mən bir insan qəlbini isitdim. Amma deyə bilmərəm ki, bu, insanların ən yaxşısı
idi. Mən sənin odunu qarşıma çıxan ilk insana bəxş etdim.
– Sən insana inandın və sənin inamın onun daha yaxşı insan olmağı na kömək etdi,
– deyə Günəş gülümsəyərək cavab verdi.