İnternet texnologiyalar yeniyetmələr
vəgənclərin həyatının tam bir
hissəsinə çevrilib. Eyni zamanda,
uşaqlar da bütün kompüter
yeniliklərini - sosial şəbəkələri,
onlayn oyunları, müxtəlif
proqramları sürətlə əxz edir, onlara
alışırlar. İlk baxışdan normal, hətta
yaxşı işlərdir.
3.
. Elektron poçtvə ya çatlar vasitəsilə konfidensial, şəxsi məlumatları yollamayın. Unutmayın ki,
banklar və ya başqa təşkilatlar heç vaxt sizdən hesabınızın onlayn nömrəsi, PİN-kod və başqa
konfidensial informasiyaların elektron poçt vasitəsilə göndərilməsini tələb etməyəcəklər. Bunu
azyaşlı internet istifadəçisinə də başa salın.
2. Hədə və təhdid məzmunlu onlayn məlumatlara, yazılara cavab verməyin. Valideynlər uşağa
başa salmalıdır ki, tanımadığı insandan alınmış müxtəlif səciyyəli və ya məzmunlu müraciətlərə,
yazılara əsla cavab vermək olmaz.
3. İnternetdəki informasiyalara tam etibar etməyin. Qlobal virtual şəbəkədəki məlumatlar qeyri-
səhih mənbələrə əsaslanan yanlışlıqlar ola bilər. Ümumiyyətlə, internetdəki bütün məlumatlara
inanaraq hər yazılana etimad göstərməyə dəyməz.
4. Uşaqla ünsiyyəti azaltmayın, təmasları artırın. Azyaşlı internet istifadəçisinin virtual həyatı ilə
maraqlanın, onunla internetlə bağlı təəssüratlarınızı bölüşün, habelə azyaşlının internetdə
ünsiyyətdə olduğu tanışlarının kimliyini soruşun.