SlideShare a Scribd company logo
YARALILARDA PLEVRA
XƏSTƏLİKLƏRİ
HÜSEYNOVA GÜNAY
218A-11B
Plevra xəstəlikləri
 Plevra xəstəlikləri döş qəfəsi yaralanmalarında tez-tez rast gəlinir.
 Plevranın zədələnməsi plevra boşluğuna havanın daxil olması nəticəsində açıq,
qapalı və klapanlı pnevmotoraksın, qansızma zamanı isə hemotoraksın
yaranmasına gətirib çıxarır.
 Yaralılarda daha tez-tez rast gəlinən forma isə hemopnevmotoraksdır. Bu bəzən
plevra empieması ilə fəsadlaşır və özünü hemotoraks, pnevmotoraks,
hemopnevmotoraks, plevrit və onların müştərək əmələ gəlməsi şəklində özünü
göstərir.
 Hemopnevmotoraks odlu silah yaralanmalarında ən çox rast gəlinən plevra
zədələnməsi sayılır.
Klinika
döş qəfəsində
kəskin ağrı,
təngnəfəslik, kəskin sianoz,
boyun
venalarının
şişkinliyi,
zədələnmiş
tərəfdə döş
qəfəsinin
genişlənməsi,
qabırğaarası
sahələrin
hamarlaşması,
zədələnmiş
tərəfin tənəffüs
aktında geri
qalması,
taxipnoe,
taxikardiya,
səstitrəməsinin
zədələnmiş
ağciyər tərəfində
zəifləməsi,
hemotoraks
nahiyəsində
perkutor səsin
kütləşməsi,
hava yığılan
nahiyədə isə
timpanik səs
diqqəti cəlb edir.
Rentgenoloji müayinədə
 maye yığılmış zonada intensiv homogen horizontal xətlə müəyyən
edilmiş sərhədə malik kölgəliklər və ondan yuxarıda isə işıqlı
zonalar aşkar edilir.
Hemotoraks
 Hemotorakslar kiçik, orta, böyük və total şəkildə müşahidə oluna bilər.
 Kiçik hemotorakslarda qan yalnız sinuslara yığılır. Orta hematorakslarda plevra
boşluğuna yığılan qan kürək sümüyünün ortasına kimi qalxır. Böyük
hematorakslarda yığılmış qanın səviyyəsi kürəyin üst bucağı səviyyəsində olur.
Total hematorakslarda isə plevra boşluğu bütünlüklə qanla dolur.
 Plevra boşluğunda toplanmış qan qismən laxtalanır, lakin müəyyən müddətdən
sonra yenə mayeləşir. Bir sıra hallarda isə mayeləşmə getmir və “laxtalanmış
hematoraks” müşahidə olunur.
 Plevra daxilinə yığılan qan ağciyəri basaraq nəfəsalmaya maneçilik törədir,
divararalığı orqanlarını, o cümlədən ürəyi əks tərəfə basır. Bu isə öz növbəsində
artan anemiya, hipovelemiya fonunda ürək-damar və tənəffüs çatmamazlığı verir.
 Plevra boşluğuna yığılmış qan təzə halda alınıb, reinfuziya edilməlidir. Köhnə qan
isə bəzən iltihablaşmış olur. Bu kimi hallarda yaralıda yüksək hərarət, əhval-
ruhiyyənin pisləşməsi müşahidə olunur.
 Hematoraksın irinləməsi zamanı N.N.Petrov və F.Ə.Əfəndiyev sınaqları müsbət
olur.
 N.N.Petrov sınağı: sınaq şüşəsinə 2 ml punktat tökülür və distillə su ilə 5 dəfə
durulaşdırılır, 3-4 dəqiqə ərzində qarışdırılır. Irinləmə əlamətləri olmadıqda şəffaf,
homogen maye alınır. Mayedə bulanıqlığın olması irinləməni göstərir.
 F.Ə.Əfəndiyev sınağı: sınaq şüşəsinə 3-5 ml punktat tökülür və 2 saat müddətində
saxlanılır, yaxud sentrafuqada qarışdırılır. Irinləmə olmadıqda qanın maye hissəsi
ilə çöküntü 1/1-ə nisbətində olur. Infeksiyalaşmış hemotoraksda bu nisbət 3/1 və
daha çox olur, plazmanın rəngi dəyişir.
Pnevmotoraks
 Qapalı , açıq və klapanlı olur.
 Plevra boşluğuna daxil olan hava ağciyərin
kollapsına (büzüşməsinə) və divararalığının əks
tərəfə basılmasına səbəb olur. Divararalığının yerini
dəyişməsi hər bir nəfəsalma və nəfəsvermə aktında
təkrar olunur. Bu, ağciyərlərin ventilyasiyasını və
ürəyə normal qan axınını pozur, həmçinin reflektor
sahələrin qıcıqlanmasına səbəb olur.
 Hava zədələnmiş hissədən plevra boşluğuna daxil olur, lakin
sonralar yara kanalı tutulur. Beləliklə qapalı pnevmotoraks
meydana çıxır. Qapalı pnevmotorakslarda hava öz-özünə
sorulur, yaralının vəziyyəti qismən yaxşılaşır.
 Açıq pnevmotoraksla müşahidə olunan döş qəfəsi
yaralanmaları zamanı hava nəfəsalma aktında xaricdən daxilə,
plevra boşluğuna, nəfəsvermə zamanı isə daxildən xaricə
keçir.
Açıq
pnevmotoraks
Qapalı
pnevmotoraks
Klapanlı pnevmotoraks
 Pnevmotoraksların ən ağırı və qorxulusu qapaqlı pnevmotorakslardır. Bu, zədə
nahiyəsində “qapağın” əmələ gəlməsi nəticəsində baş verir. Nəfəsalma momentində
xarici atmosfer havası plevra boşluğuna daxil olur. Qapağın əmələ gəlməsi havanın
kənara çıxmasına imkan vermir. Qapaq xarici və daxili ola bilər. Xarici qapaq döş
qəfəsinin yarası, yaxud yara kanalı nahiyəsində əmələ gəlir. Daxili qapaq rolunu isə
zədələnmiş bronx divarı, yaxud ağciyər toxuması oynaya bilər. Plevra daxilinə havanın
proqressiv şəkildə toplanması boşluqda gərginlik yaradır, divararalığı və diafraqma əks
tərəfə basılır. Bu növ pnevmotorkslar gərgin pnevmotorakslar da adlanır.
 Qapaqlı pnevmotorakslarda plevradaxili gərginlik son həddə çıtdıqda artıq xaricdən
hava daxil olması kəsilir. Əgər xəstə sağ qalarsa , sonradan havanın qismən sorulması
nəticəsində plevra boşluğundakı gərginlik bir qədər azalır və hava yenidən daxilə
(plevra boşluğuna) keçir. Buna fasiləli qapaqlı pnevmotoraks da deyilir.
Döş orqanlarının
sağlam tərəfə
yerdəyişməsi
Qapaqlı pnevmotoraks
Qapaqlı pnevmotoraks
Gərgin pnevmotoraks
1. mediastinumun sağlam tərəfə
yerdəyişməsi
2. diafraqmanın aşağıya doğru
yerdəyişməsi
3. interkostal boşluqların
genişlənməsi
İlk- və həkiməqədərki tibbi yardım
 Yara kənarları antiseptik məhlullarla silinib, aseptik sarınmalıdır.
Xüsusilə açıq və qapaqlı pnevmotoraklarda “nəfəs alan yaralar”
okluzion sarğılarla kip bağlanılmalıdır.
 Tənəffüs çatmazlığı zamanı ağız boşluğu və udlaq yad
cisimlərdən, qan laxtaları və selikdən təmizlənməli, udlağa “S”-
vari boru keçirilməli, adi üsullarla və portativ aparatlarla süni
tənəffüs verilməlidir. Göstəriş əsasında yaralılara analgetiklər,
tənəffüs analeptikləri və ürək dərmanları yeridilməli və onlar
döyüş zonasından çıxarılmalıdırlar. Tənəffüs çatmazlığı olanlar
yarımoturaq vəziyyətində daşınılmalıdır.
İlk həkim yardımı
 Burada əvvəllər qoyulmuş sarğılara nəzarət olunur, onun kipliyi yoxlanılır. Yaralılara
analgetiklər, tetanus əleyhinə zərdab, yaxud anatoksin, antibiotiklər, göstəriş əsasında
ürək dərmanları və tənəffüs analeptikləri yeridilməli, asfiksiya hallarında nəfəs
yollarının keçiriciliyi təmin olunmalıdır.
 Gərgin pnevmotorakslar zamanı plevra boşluğu II qabırğağarası sahədən
(medioklavikulyar xətt boyunca) punksiya olunmalı və iynə leykoplastırla dəriyə fiksə
olunmalıdır. Punksiya məqsədilə qalın iynələrdən istifadə olunmalıdır ki, onun mənfəzi
tutulmasın. Qapaq məqsədilə iynənin arxasına rezin əlcəkdən kəsilmiş barmaq, yaxud
şar keçirilməlidir. Göstəriş əsasında ağciyərlər ventilyasiya olunmalıdır.
 Soyuq mövsümdə yaralılar soyuqlamadan, isti mövsümdə isə günvurmadan
qorunmalıdır. Massiv qanitirməsi olan yaralılara qan və qanəvəzedicilər
köçürülməlidir. Bütün bunlar vaxt itirilmədən həyata keçirilməlidir.
İxtisaslı yardım mərhələsi
 Bu plevra boşluğunun drenajının həyata keçirilməsi, dövr edən
qanın həcminin bərpasından, tənəffüs və ürək-damar sistemləri
funksiyasının yaxşılaşdırılması, eləcə də şok əleyhinə kompleks
tədbirlərin həyata keçirilməsindən ibarətdir.
 Kiçik hemotorakslar zamanı fəal cərrahi müdaxilə tələb
olunmur və qanaxma davam etmirsə, plevral qansızmalar
sonralar asanlıqla sorulur. Orta hematorakslar isə, öz-özünə
sorulmur, sonrakı müddətlərdə bu, fibrinoz bitişmələr verə bilər,
yaxud da boşluğa yığılmış qan irinləyə bilər. Ona görə də bu
kimi hallarda toraksentez olunmalı və alımış qanın reunfuziyası
təşkil edilməlidir.
 Təcili operativ müdaxiləyə ehtiyacı olan yaralılar cərrahi əməliyyat otağına
ilk növbədə, yaxud növbədənkənar verilməlidirlər. Təcili olaraq mərkəzi
venalar kateterizə olunmalı, traxeya intubasiya olunmalı, asfiksiya aradan
qaldırılmalıdır. Aşkar pnevmotoraksı və hemotoraksı olan yaralılara
torakosentez həyata keçirilməli, plevra boşluğundan alınmış qan reinfuziya
olunmalıdır. Profuz plevradaxili qanaxmalarda (ürəyin və böyük damarların
zədələnməsində və perikardın tamponadasında) təcili torakotomiya yerinə
yetirilməlidir.
 Torakosentez borusundan saatda 300 ml-dən artıq qan gəlməsi
torakotomiyaya birbaşa göstərişdir. Operativ müalicənin vacibliyi ön plana
keçdiyi konkret hallarda konservativ müalicəyə vaxt itirmək olmaz
hst-yaralılarda plevra.x..pptx

More Related Content

Featured

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot
Marius Sescu
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPT
Expeed Software
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
Pixeldarts
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
ThinkNow
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
marketingartwork
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
Skeleton Technologies
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Kurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
SpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Lily Ray
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
Rajiv Jayarajah, MAppComm, ACC
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
Christy Abraham Joy
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
Vit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
MindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
RachelPearson36
 
Featured (20)

  • 2. Plevra xəstəlikləri  Plevra xəstəlikləri döş qəfəsi yaralanmalarında tez-tez rast gəlinir.  Plevranın zədələnməsi plevra boşluğuna havanın daxil olması nəticəsində açıq, qapalı və klapanlı pnevmotoraksın, qansızma zamanı isə hemotoraksın yaranmasına gətirib çıxarır.  Yaralılarda daha tez-tez rast gəlinən forma isə hemopnevmotoraksdır. Bu bəzən plevra empieması ilə fəsadlaşır və özünü hemotoraks, pnevmotoraks, hemopnevmotoraks, plevrit və onların müştərək əmələ gəlməsi şəklində özünü göstərir.  Hemopnevmotoraks odlu silah yaralanmalarında ən çox rast gəlinən plevra zədələnməsi sayılır.
  • 3. Klinika döş qəfəsində kəskin ağrı, təngnəfəslik, kəskin sianoz, boyun venalarının şişkinliyi, zədələnmiş tərəfdə döş qəfəsinin genişlənməsi, qabırğaarası sahələrin hamarlaşması, zədələnmiş tərəfin tənəffüs aktında geri qalması, taxipnoe, taxikardiya, səstitrəməsinin zədələnmiş ağciyər tərəfində zəifləməsi, hemotoraks nahiyəsində perkutor səsin kütləşməsi, hava yığılan nahiyədə isə timpanik səs diqqəti cəlb edir.
  • 4. Rentgenoloji müayinədə  maye yığılmış zonada intensiv homogen horizontal xətlə müəyyən edilmiş sərhədə malik kölgəliklər və ondan yuxarıda isə işıqlı zonalar aşkar edilir.
  • 5. Hemotoraks  Hemotorakslar kiçik, orta, böyük və total şəkildə müşahidə oluna bilər.  Kiçik hemotorakslarda qan yalnız sinuslara yığılır. Orta hematorakslarda plevra boşluğuna yığılan qan kürək sümüyünün ortasına kimi qalxır. Böyük hematorakslarda yığılmış qanın səviyyəsi kürəyin üst bucağı səviyyəsində olur. Total hematorakslarda isə plevra boşluğu bütünlüklə qanla dolur.  Plevra boşluğunda toplanmış qan qismən laxtalanır, lakin müəyyən müddətdən sonra yenə mayeləşir. Bir sıra hallarda isə mayeləşmə getmir və “laxtalanmış hematoraks” müşahidə olunur.  Plevra daxilinə yığılan qan ağciyəri basaraq nəfəsalmaya maneçilik törədir, divararalığı orqanlarını, o cümlədən ürəyi əks tərəfə basır. Bu isə öz növbəsində artan anemiya, hipovelemiya fonunda ürək-damar və tənəffüs çatmamazlığı verir.
  • 6.  Plevra boşluğuna yığılmış qan təzə halda alınıb, reinfuziya edilməlidir. Köhnə qan isə bəzən iltihablaşmış olur. Bu kimi hallarda yaralıda yüksək hərarət, əhval- ruhiyyənin pisləşməsi müşahidə olunur.  Hematoraksın irinləməsi zamanı N.N.Petrov və F.Ə.Əfəndiyev sınaqları müsbət olur.  N.N.Petrov sınağı: sınaq şüşəsinə 2 ml punktat tökülür və distillə su ilə 5 dəfə durulaşdırılır, 3-4 dəqiqə ərzində qarışdırılır. Irinləmə əlamətləri olmadıqda şəffaf, homogen maye alınır. Mayedə bulanıqlığın olması irinləməni göstərir.  F.Ə.Əfəndiyev sınağı: sınaq şüşəsinə 3-5 ml punktat tökülür və 2 saat müddətində saxlanılır, yaxud sentrafuqada qarışdırılır. Irinləmə olmadıqda qanın maye hissəsi ilə çöküntü 1/1-ə nisbətində olur. Infeksiyalaşmış hemotoraksda bu nisbət 3/1 və daha çox olur, plazmanın rəngi dəyişir.
  • 7.
  • 8. Pnevmotoraks  Qapalı , açıq və klapanlı olur.  Plevra boşluğuna daxil olan hava ağciyərin kollapsına (büzüşməsinə) və divararalığının əks tərəfə basılmasına səbəb olur. Divararalığının yerini dəyişməsi hər bir nəfəsalma və nəfəsvermə aktında təkrar olunur. Bu, ağciyərlərin ventilyasiyasını və ürəyə normal qan axınını pozur, həmçinin reflektor sahələrin qıcıqlanmasına səbəb olur.
  • 9.
  • 10.  Hava zədələnmiş hissədən plevra boşluğuna daxil olur, lakin sonralar yara kanalı tutulur. Beləliklə qapalı pnevmotoraks meydana çıxır. Qapalı pnevmotorakslarda hava öz-özünə sorulur, yaralının vəziyyəti qismən yaxşılaşır.  Açıq pnevmotoraksla müşahidə olunan döş qəfəsi yaralanmaları zamanı hava nəfəsalma aktında xaricdən daxilə, plevra boşluğuna, nəfəsvermə zamanı isə daxildən xaricə keçir. Açıq pnevmotoraks Qapalı pnevmotoraks
  • 11. Klapanlı pnevmotoraks  Pnevmotoraksların ən ağırı və qorxulusu qapaqlı pnevmotorakslardır. Bu, zədə nahiyəsində “qapağın” əmələ gəlməsi nəticəsində baş verir. Nəfəsalma momentində xarici atmosfer havası plevra boşluğuna daxil olur. Qapağın əmələ gəlməsi havanın kənara çıxmasına imkan vermir. Qapaq xarici və daxili ola bilər. Xarici qapaq döş qəfəsinin yarası, yaxud yara kanalı nahiyəsində əmələ gəlir. Daxili qapaq rolunu isə zədələnmiş bronx divarı, yaxud ağciyər toxuması oynaya bilər. Plevra daxilinə havanın proqressiv şəkildə toplanması boşluqda gərginlik yaradır, divararalığı və diafraqma əks tərəfə basılır. Bu növ pnevmotorkslar gərgin pnevmotorakslar da adlanır.  Qapaqlı pnevmotorakslarda plevradaxili gərginlik son həddə çıtdıqda artıq xaricdən hava daxil olması kəsilir. Əgər xəstə sağ qalarsa , sonradan havanın qismən sorulması nəticəsində plevra boşluğundakı gərginlik bir qədər azalır və hava yenidən daxilə (plevra boşluğuna) keçir. Buna fasiləli qapaqlı pnevmotoraks da deyilir.
  • 12. Döş orqanlarının sağlam tərəfə yerdəyişməsi Qapaqlı pnevmotoraks Qapaqlı pnevmotoraks Gərgin pnevmotoraks 1. mediastinumun sağlam tərəfə yerdəyişməsi 2. diafraqmanın aşağıya doğru yerdəyişməsi 3. interkostal boşluqların genişlənməsi
  • 13. İlk- və həkiməqədərki tibbi yardım  Yara kənarları antiseptik məhlullarla silinib, aseptik sarınmalıdır. Xüsusilə açıq və qapaqlı pnevmotoraklarda “nəfəs alan yaralar” okluzion sarğılarla kip bağlanılmalıdır.  Tənəffüs çatmazlığı zamanı ağız boşluğu və udlaq yad cisimlərdən, qan laxtaları və selikdən təmizlənməli, udlağa “S”- vari boru keçirilməli, adi üsullarla və portativ aparatlarla süni tənəffüs verilməlidir. Göstəriş əsasında yaralılara analgetiklər, tənəffüs analeptikləri və ürək dərmanları yeridilməli və onlar döyüş zonasından çıxarılmalıdırlar. Tənəffüs çatmazlığı olanlar yarımoturaq vəziyyətində daşınılmalıdır.
  • 14. İlk həkim yardımı  Burada əvvəllər qoyulmuş sarğılara nəzarət olunur, onun kipliyi yoxlanılır. Yaralılara analgetiklər, tetanus əleyhinə zərdab, yaxud anatoksin, antibiotiklər, göstəriş əsasında ürək dərmanları və tənəffüs analeptikləri yeridilməli, asfiksiya hallarında nəfəs yollarının keçiriciliyi təmin olunmalıdır.  Gərgin pnevmotorakslar zamanı plevra boşluğu II qabırğağarası sahədən (medioklavikulyar xətt boyunca) punksiya olunmalı və iynə leykoplastırla dəriyə fiksə olunmalıdır. Punksiya məqsədilə qalın iynələrdən istifadə olunmalıdır ki, onun mənfəzi tutulmasın. Qapaq məqsədilə iynənin arxasına rezin əlcəkdən kəsilmiş barmaq, yaxud şar keçirilməlidir. Göstəriş əsasında ağciyərlər ventilyasiya olunmalıdır.  Soyuq mövsümdə yaralılar soyuqlamadan, isti mövsümdə isə günvurmadan qorunmalıdır. Massiv qanitirməsi olan yaralılara qan və qanəvəzedicilər köçürülməlidir. Bütün bunlar vaxt itirilmədən həyata keçirilməlidir.
  • 15. İxtisaslı yardım mərhələsi  Bu plevra boşluğunun drenajının həyata keçirilməsi, dövr edən qanın həcminin bərpasından, tənəffüs və ürək-damar sistemləri funksiyasının yaxşılaşdırılması, eləcə də şok əleyhinə kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir.  Kiçik hemotorakslar zamanı fəal cərrahi müdaxilə tələb olunmur və qanaxma davam etmirsə, plevral qansızmalar sonralar asanlıqla sorulur. Orta hematorakslar isə, öz-özünə sorulmur, sonrakı müddətlərdə bu, fibrinoz bitişmələr verə bilər, yaxud da boşluğa yığılmış qan irinləyə bilər. Ona görə də bu kimi hallarda toraksentez olunmalı və alımış qanın reunfuziyası təşkil edilməlidir.
  • 16.  Təcili operativ müdaxiləyə ehtiyacı olan yaralılar cərrahi əməliyyat otağına ilk növbədə, yaxud növbədənkənar verilməlidirlər. Təcili olaraq mərkəzi venalar kateterizə olunmalı, traxeya intubasiya olunmalı, asfiksiya aradan qaldırılmalıdır. Aşkar pnevmotoraksı və hemotoraksı olan yaralılara torakosentez həyata keçirilməli, plevra boşluğundan alınmış qan reinfuziya olunmalıdır. Profuz plevradaxili qanaxmalarda (ürəyin və böyük damarların zədələnməsində və perikardın tamponadasında) təcili torakotomiya yerinə yetirilməlidir.  Torakosentez borusundan saatda 300 ml-dən artıq qan gəlməsi torakotomiyaya birbaşa göstərişdir. Operativ müalicənin vacibliyi ön plana keçdiyi konkret hallarda konservativ müalicəyə vaxt itirmək olmaz