SlideShare a Scribd company logo
ə ə ə ə İ
caspiandefense@gmail.com | Cəsur Sümərinli
2015,
NOYABR
AZƏRBAYCAN TƏHLÜKƏSIZLIK VƏ MÜDAFIƏ
SEKTORUNDA INSAN HAQLARININ DURUMU
MONİTORİNQ-HESABAT
“Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Monitorinqi” adlı layihə 2015-ci ilin
yanvar-oktyabr aylarında qeyd edilən sektora aid edilən 6 qurumu (Müdafiə Nazirliyi, Daxili Qoşunlar,
Dövlət Sərhəd Xidməti, Hərbi Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi) əhatə
edib. Araşdırma nəticəsində qeyd edilən dövlət qurumlarının fəaliyyətinə bu və digər dərəcədə təsir
göstərən indikatorlar (əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvətxorluq, sosial təminat,
informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər) nəzərə alınıb. Həyata keçirilmiş araşdırma onu
göstərir ki, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda (bundan sonra : TMS) insan haqlarının
durumu ilə bağlı vəziyyət gərgin olaraq qalır. Araşdırma media (online, çap mətbuatı, TV, sosial şəbəkələr)
üzərində aparılmış monitorinq nəticəsində hazırlanıb.
Hesabatla www.caspiandefense.wordpress.com səhifəsində də tanış ola bilərsiniz. Əlavə sual
və təkliflərinizi caspiandefense@gmail.com ünvanına yazmağınızı xahiş edirik.
TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ SEKTORU: İNFORMASİYA AÇIQLIĞI
2014-cü ilin ikinci yarısında Azərbaycanda bir sıra qanunlara dəyişikliklərin edilməsi,
eyni zamanda güc strukturlarının rəhbərlikləri tərəfindən verilən rəsmi və qeyri-
rəsmi göstəriş və əmrlərin nəticəsində medianın Təhlükəsizlik və Müdafiə
Sektorunun (TMS) real vəziyyəti ilə bağlı məlumatlandırma siyasəti faktik olaraq
iflasa uğradı. Belə ki, bir sıra indikatorlara istinad edərək qeyd etmək olar ki, 2012
və 2013-cü illə müqayisədə 2014 və 2015-ci illərdə medianın TMS-lə bağlı aktivliyi
orta hesabla 80 azalıb.
Monitorinq çərçivəsində əsasən aşağıdakı media üzərində araşdırma aparılmışdır:
Online media Ənənəvi TV Çap media TMS saytları Sosial şəbəkə
Contact.az, Azadliq.org,
BBC-Azərbaycan,
Xalq.az, Azeridefence.az,
Qafqazinfo.az,
Novator.az, APA.az,
Trend.az, AzerTag.az,
Modern.az, Minval.az,
Moderator.az, Haqqın.az,
Ann.az, Strateq.az,
Report.az, Milli.az,
Faktxeber.com,
Anspress.com,
Azvision.az, Oxu.az
ANS TV,
Xəzər TV,
AzTV
SpaceTV
İTV
“Azadlıq”,
“Bizim Yol”,
“Yeni Müsavat”
“EXO”
mod.gov.az,
mns.gov.az,
mdi.gov.az,
mia.gov.az,
dsx.gov.az
Facebook,
Twitter,
Linkedin
Online TV
Meydan TV,
“Azərbaycanın
Səsi”,
Kanal 13
TMS mətbuatı
“Azərbaycan
Ordusu”,
“Hərbi Bilik”
Azərbaycanda hərbi sahədə baş verən prosesləri işıqlandıran bir sıra hakimiyyət, müstəqil və
müxalifət mətbuatının (yazılı, onlayn və TV) və eyni zamanda sosial şəbəkələrin üzərində həyata
keçirilmiş araşdırmalar onu deməyə əsas verir ki, ötən 10 ay müddətində mətbuat tərəfindən
TMS-ə aid təxminən 3570 məlumat (xəbər, reportaj, müsahibə, video və s.) hazırlanıb. Onların
əksəriyyəti – təxminən 70 faizi online mediada dərc olunub.
Sözügedən müddətdə araşdırmanın əhatə etdiyi 6 güc strukturunun mətbuat xidmətləri və digər
səlahiyyətliləri tərəfindən cəmiyyətə təxminən 1350 informasiya ötürülmüşdür ki, onlardan ən
çoxu Müdafiə Nazirliyinin payına düşür.
Sözügedən müddətdə Müdafiə Nazirliyi tərəfindən cəmiyyətə orta hesabla 860, Müdafiə
Sənayesi Nazirliyi tərəfindən 210, Dövlət Sərhəd Xidməti Tərəfindən 120, Daxili Qoşunlardan 50,
Milli Təhlükəsizlik Nazirliyindən 70, Hərbi Prokurorluqdan isə 40 informasiya ötürülmüşdür.
Maraqlısı odur ki, Müdafiə Nazirliyi tərəfindən cəmiyyətə ötürülən informasiyaların təxminən
yarısı – 410-u cəbhə xəttində atəşkəsin pozulması və ya cəbhə xəttində cərəyan edən
hadisələrlə ilə bağlıdır. 230-a yaxın xəbər Müdafiə Nazirliyinin beynəlxalq əlaqələri çərçivəsində
baş verən tədbirləri (qarşılıqlı səfərlər, konfranslar, kurslar, təlimlər, seminarlar və s.) əhatə edir.
170-ə yaxın xəbər Müdafiə Nazirliyinin rəhbərliyinin və ayrı-ayrı nümayəndələrinin hərbi
hissələrdə keçirdiyi görüşlər, həyata keçirilən tədbirlər, tikinti və yenidən qurma işlərini əhatə
edir. Təxminən 50-yə yaxın xəbər isə mətbuatın ünvanladığı müxtəlif suallara verilən cavabları
özünə daxil edir.
Dövlət Sərhəd Xidmətinin yaydığı xəbərlərin 90 faizi qurumun hərbi hissələrində həyata keçirilən
görüşlərə həsr olunub. Eyni göstərici Hərbi Prokurorluq, Daxili Qoşunlar və Milli Təhlükəsizlik
Nazirliyinə də aiddir. Ötən müddətdə medianın TMS-də baş verən əsgər ölümləri ilə bağlı Hərbi
Prokurorluğa çoxsaylı sualları olsa da, qurum tərəfindən əksər sualların cavabsız buraxıldığı
müşahidə olunur.
2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən 6 hərbi strukturun heç birində media üçün hər
hansı mətbuat konfransı və ya məlumatlandırma tədbiri keçirilməyib. Eyni zamanda qeyd edilən
Təhlükəsizlik və Müdafiə Sektoru
İnformasiya payı
MN - 860 məlumat
MSN - 210 məlumat
DQ - 50 məlumat
DSX - 120 məlumat
MTN - 70 məlumat
HP - 40 məlumat
qurumların mətbuatla əlaqələrdə sistemli, müasir strategiyaya malik olduqları müşahidə
olunmayıb.
10 ay ərzində TMS strukturlarının rəhbər və ya digər nümayəndələri (mətbuat xidmətləri istisna
olmaqla) mediaya müxtəlif həcmli müsahibə və ya qısa açıqlama veriblər. Həyata keçirilmiş
araşdırmanın nəticələrinə görə, ümumilikdə mediaya 34 ədəd müxtəlif həcmli müsahibə və ya
qısa açıqlama verilib. Müdafiə Nazirliyi tərəfindən 10, Müdafiə Sənayesi Nazirliyi tərəfindən 15,
DSX - 2, DQ - 3, HP-2, MTN-dən isə 2 açıqlama və müsahibə verilib.
Adları çəkilən güc strukturları içərisində MTN və MN-in Facebook sosial şəbəkələrində səhifələri
vardır. Amma bu qurumlar qeyd edilən səhifədə o qədər də aktiv deyillər. Digər qurumların isə
sosial şəbəkələrdə fəallığı gözə dəymir.
Araşdırmalar göstərir ki, TMS-də təmsil olunan güc strukturları informasiya baxımından
cəmiyyətə açıq deyillər, onlar əksərən korrupsiya, cinayət hadisələrini cəmiyyətdən uzun müddət
gizli saxlamağa üstünlük verirlər. Xüsusilə də bu hal Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik
Naziliyinin fəaliyyətində xüsusi diqqətə çarpır. İndiyədək adı çəkilən qurumların mətbuat
xidmətləri və ya orada təmsil olunan şəxslər tərəfindən qeyd edilən qurumlarda həyata keçirilən
anti-korrupsiya fəaliyyətləri barədə təfsilati verilməyib. Belə halda mətbuat müxtəlif qeyri-rəsmi
mənbələrlə işləməyə məcbur olub.
Hərbi-mülki münasibətlər kontekstindən yanaşılsa, qeyd edilən qurumların cəmiyyətlə
əlaqələrində müsbətə doğru irəliləyiş hiss olunmur. Son ayların pozitiv xəbərlərindən biri Müdafiə
Nazirliyinin hərbi hissələrində “Açıq qapı” günlərinin geçirilməsi ilə bağlı oldu ki, mətbuatın
yazdığına görə, bu hadisə Müdafiə Nazirliyi ilə cəmiyyət, o cümlədən mətbuat arasında
münasibətlərin qaydaya salınması üçün bir şansdır. Lakin bir sıra məlumatlar, xüsusilə də hərbi
hissələrdə qeyri-qanuni halların sayının artması və bunların cəmiyyətdən israrla gizlədilməsi qeyd
edilən prosesin müsbət perspektivinin ortaya çıxmasına şübhə yaradır. Müdafiə Nazirliyinin
rəhbərliyi mətbuatla münasibətlərdə qapalılıq prinsiplərinə sadiqdir. Nəticədə medianın Silahlı
Qüvvələrdə baş verən durum, əsgər ölümlərinin statistikası, büdcə planlaşdırması, silahlanma
prosesi, tenderlər, həyata keçirilən islahatlar və s. barədə sualları cavabsız qalır.
Nəzərə alınmalıdır ki, Azərbaycanın bir sıra hərbi strukturlarının, o cümlədən MN, MTN, DQ və
DSX-nin qoşulduğu bir sıra beynəlxalq və ikitərəfli razılaşmalarda hərbi sistemin islahında
cəmiyyətin geniş kütlələrinin iştirakı mövzusu önəmli yer tutur. Xüsusilə də Azərbaycanın NATO
ilə Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı (Individual Partnership Action Plan) çərçivəsində
razılaşdırdığı müddəalarda qeyd edilən məsələ əsas kontekstdədir. Amma təəssüf ki, bu gün
TMS-ə daxil olan güc strukturlarının cəmiyyətə dolğun informasiya verilməsi prosesindən kənar
olduqları müşahidə olunur. Monitorinqin həyata keçirildiyi dövrdə müxtəlif media qurumlarının
əhəmiyyət kəsb edən məsələlərlə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə ünvanladığı ən
azı 30 suala açıqlama almaq cəhdi uğursuzluqla nəticələnib, Müdafiə Nazirliyi həmin sualları
cavabsız buraxıb. Müşahidə olunan proses ondan ibarətdir ki, Müdafiə Nazirliyi mətbuatda məhz
özünün müəyyənləşdirdiyi informasiyaların dərc olunmasını tələb edir. Ordudakı bir çox neqativ
hallarla, xüsusilə də əsgər ölümləri ilə bağlı mətbuatın dərc etdiyi məlumatlar Müdafiə
Nazirliyinin rəhbərliyi tərəfindən hələ də “hərbi sirrin yayılması” kimi qarşılanır və bununla bağlı
medianın açıq və dolayısı ilə təhdid edilməsi halları müşahidə olunur.
Hərbi Prokuroqluq orqanları əvvəlki illərdə olduğu kimi 2015-ci ilin müvafiq dövründə də
medianın hərbi strukturlarda baş verən cinayət, korrupsiya halları ilə bağlı unvanladıqları sualları
əksər hallarda cavabsız buraxıb. Bu qurumun media ilə əlaqələrində ciddi problemlər müşahidə
olunur. Bu qurumun kollegial iclasları zamanı rəhbərlik tərəfindən səslənən rəsmi fikirlər
ziddiyyətlərlə doludur. Hərbi Prokurorluq orqanları TMS-də baş verən çoxsaylı əsgər ölümlərinin
səbəbləri və günahkarların cəzalandırılması ilə bağlı mətbuata çox cüzi məlumat verirlər. Ötən 5
ilin praktikası göstərir ki, əsgər ölümlərinin səbəbləri və günahkarlarla bağlı Hərbi Prokurorluğun
yaydığı məlumat ümumi əsgər ölümü statistikasının cəmisi 5 faizini təşkil edir.
Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı cəmiyyətdə informasiya aclığı
yaşanır. Bu qurumlarda baş verən proseslər: xüsusilə də korrupsiya və ona qarşı mübarizə,
büdcə xərclənməsi, əsgər ölümləri və s. barədə mətbuata müntəzəm məlumatların verilməsi
müşahidə olunmur.
Müdafiə Sənayesi Nazirliyi rəhbərliyinin son illərdə cəmiyyətə qurumun tabeçiliyindəki istehsal
müəssisələrinin istehsal etdiyi silah və hərbi texnikalar barədə müxtəlif informasiyalar verməsinə
baxmayaraq, cəmiyyəti narahat edən mövzu: büdcə vəsaitlərinin müdafiə sənayesi hədəfləri
çərçivəsində korrupsiyaya tuş gəlib-gəlməməsi kimi suallara cavab verməkdən boyun qaçırırlar.
Nəzərə alınmalıdır ki, hər il ortalama Müdafiə Sənayesi Nazirliyi və onun tabeçiliyində olan
obyektlərə dövlət büdcəsindən ortalama bir milyard manata yaxın vəsait ayrılır. Müşahidə olunan
proses ondan ibarətdir ki, bu vəsaitin məqsədəuyğun xərclənməsi ilə bağlı cəmiyyətdə ciddi
şübhələr var. Bunun əsas səbəbi isə büdcə vəsaitləri ilə bağlı cəmiyyət, o cümlədən media
qarşısında hesabatlılıq və şəffaflığın olmamasıdır.
Milli Təhlükəsizlik Nazirliyinin fəaliiyəti uzun illər Azərbaycan cəmiyyəti üçün sirr olub. Ötən
illərdə, o cümlədən bu il ərzində xüsusi xidmət orqanlarının spesifikliyindən sui-istifadə halları
geniş vüsət alıb. Bu kontekstdə MTN rəsmiləri uzun illər Azərbaycan mediasını, ayrı-ayrı
jurnalistləri təzyiq və təsir altında saxlayaraq ümumilikdə qurumun fəaliyyəti ilə bağlı cəmiyyətdə
- mediada hər hansı tənqidi informasiyanın olmasına qarşı çıxıblar. Eyni zamanda MTN
tərəfindən mediaya ordudakı problemlərin dərc olunmasına qarşı ciddi basqıların törədildiyi
barədə məlumatlar var. Bunun nəticəsində Azərbaycan mediası qeyd etdiyimiz kimi, 2014-cü ilin
ikinci yarısından başlayaraq TMS-dəki proseslərə marağını hissediləcək dərəcədə azaldıb.
Bu ilin oktyabr ayında prezident İlham Əliyevin Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu
vəzifədən çıxartdıqdan sonra nazirlikdə cərəyan edən proseslər, onlarla general və polkovnikin
vəzifələrindən çıxarılması və eyni zamanda bir çoxunun həbsi, 100-dən artıq yüksək və orta
vəzifəli şəxsin vəzifəsindən çıxarılması və s., cəmiyyədə MTN mövzusunu bir saylı müzakirə
obyekti edib. Bunun nəticəsində MTN-də indiyədək baş vermiş bir çox cinayətlər, korrupsiya
halları mətbuat tərəfindən xüsusi həvəslə işıqlandırılır. Bu kontekstdə xüsusi olaraq
hakimiyyətyönlü medianın fəallığı diqqəti çəkir.
TMS: PARLAMENT QARŞISINDA QEYRİ-HESABATLILIQ
Müşahidə olunan proses onu deməyə əsas verir ki, Azərbaycanda nəinki media, eyni zamanda
Milli Məclis üzvləri TMS-də baş verən proseslər, müdafiə xərclərinin nə şəkildə xərclənməsindən,
onun səmərəli olub-olmamasından məlumatsız qalırlar. Araşdırmalar göstərir ki, Azərbaycanın
müdafiə xərclərinin təfərrüatları (planlaşdırılması və xərclənməsi ilə bağlı məlumatlar) yalnız
Maliyyə Nazirliyində, Nazirlər Kabinetində və Prezident Adminstrasiyasında bəzi şəxslərə bəllidir.
2005-2012-ci illərdə Müdafiə Nazirliyi və digər güc strukturlarının müdafiə xərclərinin
formalaşdırılması prosesinə təsiri aşağı olsa da 2013-cü ildən başlayaraq bu istiqamətdə balansın
güc strukturlarının rəhbərlərinin xeyrinə dəyişildiyi hiss edilir.
Parlamentdə, xüsusilə də Təhlükəsizlik və Müdafiə Komitəsində təmsil olunan millət vəkillərinin
isə müdafiə xərclərinin detalları barədə bilgiləri ya aşağıdır, ya da ümumiyyətlə, yoxdur.
Müşahidələr göstərir ki, Milli Məclis deputatlarının TMS-dəki durum, müdafiə xərclərinin detalları
barədə ətraflı məlumat əldə etmə imkanları da məhduddur. Onların bu istiqamətdə ciddi
problemləri mövcuddur. Millət vəkilləri silah-alqı satqılarına müdaxilə etmək, müdafiə xərclərinin
hansı hissələrinin şəxsi heyətin sosial problemlərinin həllinə, ordu üçün kadr hazırlığına yönəldiyi
barədə məlumatlar əldə etmək, araşdırma aparmaq səlahiyyətində deyillər. Eyni zamanda
Parlamentin TMS-də insan haqlarının durumuna təsir etmək imkanları da məhduddur. Mətbuatın
monitorinqi nəticəsində bu istiqamətdə hər hansı pozitiv göstərici qeydə alınmayıb.
Dünyanın əksər yerlərində təhlükəsizlik məsələləri ilə bağlı büdcənin qəbulu və ona nəzarət
səlahiyyəti parlamentin əsas funksiyalarına daxildir. Lakin həmin rolun icra olunmasında arzu və
imkanlar dövlətdən dövlətə fərqlənir. Düzdür, bir sıra dövlətlərdə parlamentarlar müdafiə
xərclərinin mühüm detalları barədə məlumat toplaya bilmirlər və onların fəaliyyəti məxfiliklə
məhdudlaşdırılır və nəticədə deputatlar müəyyən vəsaitlərin yerləşdirilməsi və xərclər barədə
məlumatlar əldə etməyə çətinlik çəkirlər. Azərbaycan kimi ölkələrdə müdafiə xərclərinin
formalaşdırılması və istifadəsi məsələsi daha çox ölkə rəhbərliyi və silahlı qüvvələrin ixtiyarına
buraxılır və bu prosesdə parlamentin rolu məhdudlaşdırılır.
Son iki il ərzində Azərbaycanda TMS-lə bağlı iki ciddi hadisə baş versə də (2013-cü ildə Müdafiə
Nazirliyinin rəhbərliyində dəyişiklik və 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin
faktiki həbsi) onların heç biri Milli Məclisin müzakirəsinə çıxarılmadı və ona Parlament tərəfindən
hər hansı qiymət verilmədi. Halbuki həm birinci, həm də ikinci halda söhbət TMS-də ciddi
cinayət hallarından, büdcə vəsaitlərinin mənimsənilməsindən gedirdi və Parlamentin ümumilikdə
və eyni zamanda Təhlükəsizlik və Müdafiə Komitəsi çərçivəsində buna qiymət verməsi qaçılmaz
idi. Bununla yanaşı Hərbi Prokurorluq orqanlarının qeyd edilən hər iki nazirlikdə baş verən
hadisələrlə bağlı hər hansı ciddi araşdırmalar aparması cəmiyyətə bəlli deyil, ən azından bununla
bağlı mətbuata indiyədək təfsilatlı məlumat verilməyib.
Həyata keçirilən müşahidələr göstərir ki, TMS-in Parlament qarşısında qeyri-hesabatlılığı -
qapalılıq bir sıra ciddi problemlərin ortaya çıxmasına səbəb olur:
- büdcə nəzarətsiz qalır, oğurlanır, büdcənin korrupsiyaya uğramasına şərait yaranır;
- Silahlı Qüvvələrin, güc strukturlarının təyinatına uyğun istifadə olunmadığı şərait yaranır;
- TMS-n nəzarətsizliyinə səbəb olur, Silahlı Qüvvələrin, güc strukturların demokratik
idarəolunmasının qarşısını alır;
- TMS-də müasir standartlara uyğun islahatların həyata keçirilməsinə maneçilik törədir;
- Əsgər ölümlərinin sayının artmasına, cinayətkarların cəzalandırılmamasına gətirir,
- Təhlükəsizlik və müdafiə sektorunda insan haqlarının pozulmasına səbəb olur;
- Zərurətdən artıq silahlanmanın aparılmasına səbəb olur;
- Silah və texnikanın alınması üzrə korrupsiya faktlarının artmasına səbəb olur;
- Dövlətlərarası münasibətlərdə sui-istifadəyə, şəxsi mənfəətlərin güdülməsinə səbəb olur və s.
TMS: MÜDAFİƏ XƏRCLƏRİNİN QEYRİ-ŞƏFFAFLIĞI
Mətbuatda dərc olunan rəsmi məlumatlara görə, 2015-ci ilin dövlət büdcəsində Azərbaycan
Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki
bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə
təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait nəzərə
alınmaqla) müdafiə xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait
nəzərdə tutulub. Bu isə 2014-cü illə müqayisədə 3,1 faiz-bənd çoxdur.
Ümumilikdə, bu il müdafiə xərcləri üçün 1 milyard 778,5 milyon manat vəsait ayrılıb. Bu da
2014-cü il üçün nəzərdə tutulan proqnozdan 8,6 faiz çox deməkdir. Qeyd edək ki, 2014-cü ildə
müdafiə xərcləri üçün 1 milyard 637,4 milyon manat ayrılıb.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri 2015-ci il dövlət
büdcəsi xərclərinin 5,8 faizini təşkil edir. Eyni zamanda, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait
qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və
prokurorluq orqanlarına aid olan infrastrukturlar üzrə investisiya layihələri üçün müvafiq
məbləğdə vəsait nəzərdə tutulub.
Ümumilikdə, 2015-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının
xərcləri üçün 1 milyard 227,1 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur ki, bu da 2014-
cü il üçün nəzərdə tutulan proqnozdan 1,1 faiz azdır. Qeyd edək ki, 2014-cü ildə bu sahənin
xərcləri üçün 1 milyard 240,3 milyon manat ayrılıb.
Xüsusi diqqət çəkən məsələ ondan ibarətdir ki, bu gün bir çox ekspertlər ölkədə müdafiə
xərclərinin bölüşdürülməsi ilə bağlı əsaslı, beynəlxalq standartlara əsalanan strategiyanın
yoxluğu, bu sahədə qeyri-şəffaflıq, qeyri-səmərəlilik və qeyri-hesabatlılığın olmasından
narahatdırlar. Beləliklə, müşahidə olunan vəziyyət onu göstərir ki, bu gün Azərbaycan
cəmiyyətində müdafiə xərcləri ilə bağlı aşağıdakı bir neçə sual qalmaqdadır:
- Ayrı-ayrı qoşun növləri üçün nə qədər vəsait ayrılır?
- Ölkədə Silahlı Qüvvələrin quruculuq strategiyası olmadığı bir dövrdə müdafiə xərclərinin ildən-ilə
artımının konkret səbəbləri nələrdir?
- Hərbi xərclərin kəskin artımını konkret olaraq hansı şəxslər əsaslandırır və onların arqumenti nədən
ibarətdir?
- Ordu üçün nəzərdə tutulmuş vəsaitdə hərbi qulluqçuların maddi təchizatı - konkret olaraq ərzaq, geyim,
məvacib təminatı üçün nə qədər pul ayrılır?
- Xidmətdə və ehtiyatda olan zabit və gizirlərin sosial problemlərinin həlli baxımından müdafiə xərcləri nə
dərəcədə əsaslıdır? TMS-də təmsil olunan qurumların, xüsusilə də Müdafiə Nazirliyinin ehtiyatda olan hərbi
qulluqçulara olan borcu qaytarılacaqmı?
- Silahlı Qüvvələrə ayrılmış vəsaitin konkret olaraq neçə faizi müasir silah və hərbi texnika növlərinin
alınmasına xərclənir? Konkret olaraq hansı dövlətlərdən və standartlara uyğun silah və texnikanın
alınmasına üstünlük verilir: NATO ölkələri, yoxsa Rusiya? Bu istiqamətdə planlaşdırılan fəaliyyət nə
dərəcədə əsaslıdır?
- Müdafiəyə ayrılmış vəsaitdən düzgün istifadə olunacağına, mənimsənilməyəcəyinə zəmanət verilirmi? Bu
istiqamətdə hüquq-mühafizə orqanları qarşısında hansı tapşırıqlar qoyulur?
- Müdafiə xərclərinin artımı ilə orduda nə dəyişib? Silahlı Qüvvələrdə itkilərin sayının artmasının səbəbləri
nədir və bunun müdafiə xərcləri ilə nə dərəcədə bağlılığı var?
Beləliklə, müşahidələr göstərir ki, TMS-in, ayrıca olaraq Silahlı Qüvvələrin gələcəyini müəyyən
edən strateji sənədlərin hələlik ortada olmadığı səbəbindən bilinmir ki, müdafiə xərcləri üçün
hansı hədəflər əsas götürülür. Rəsmi bəyanatlarda Azərbaycanın işğal altında olan torpaqları geri
qaytarmağa hazırlaşdığı və bu baxımdan müdafiə xərclərinin kəskin artdığından bəhs olunur.
Amma aydındır ki, hər hansı gözlənilən hərbi əməliyyat üçün həyata keçirilən islahatlarda insan
faktoru mütləq nəzərə alınmalıdır. Yəni ilk növbədə zabitlərin və gizirlərin məvacibləri artırılmalı,
müdafiə xərcləri bu hədəfə yönəlməlidir. Amma hazırda ölkədə bu müşahidə olunmur və o
baxımdan və həm də digər xeyli səbəblərdən müharibə ehtimalı da sual altına düşür. Belə
olduqda hərbi xərclərin kəskin artımının səbəbləri ilə bağlı hökumətə yönəlik sual yağışı davam
edəcək.
Müdafiə xərclərinin bölüşdürülməsində əsgər amili nə dərəcədə diqqətə alınır? 2003-2004-cü
illərdə aparılan qeyri-rəsmi hesablamalar onu göstərirdi ki, 1 əsgərin qidalanmasına gündəlik
olaraq 2 manat civarında vəsait ayrılır və ümumilikdə bir əsgərin geyimi, yeməyi və ona ödənilən
cüzi məvacib 1 ilə təxminən 800-900 manata başa gəlirdi. İndi bu neçəyə başa gəlir? Hər hansı
artım varmı? Büdcə xərclərinin kəskin artımı bu prosesə də təsir göstərirmi? Bu suallar hələlik
cavablandırılmamış qalır.
Bu gün Müdafiə Nazirliyinin xeyli sayda ehtiyatda olan hərbi qulluqçuya borcu var. Bu borclar
istifadə olunmamış əşya-əmlaka görə, məzuniyyətə görə yaranıb. Bir qismi borclar isə vaxtilə
cəbhə xəttində xidmətə görə ödənilən vəsaitin 3 qat deyil, 2 qat ödənməsindən yaranıb. Ən
vacib borc sırasına isə mənzillər daxildir. Ümumilikdə, bu gün Müdafiə Nazirliyinin borclu olduğu
insanların sayı minlərcədir və belə olan təqdirdə büdcə xərclərinin artırılmasında hədəf nələrdir?
Niyə görə Müdafiə Nazirliyi bütün bu borcları ödəmir və ya müşahidə olunan hər hansı
ləngimənin səbəbləri nədən ibarətdir? Mətbuatın monitorinqi göstərir ki, TMS-də təmsil olunan
strukturlar medianın qeyd olunan istiqamətlərdə suallarını cavabsız buraxır.
ƏSGƏR ÖLÜMLƏRİ: SƏBƏBLƏR VƏ PERSPEKTİVLƏR
Son 4-5 illə müqayisədə 2015-ci ildə itkilərin ümumi sayında azalma müşahidə olunsa da Xəzər
Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın Müdafiə Təhlükəsizlik sektorunda baş verən itkilərin
sayının reallıqda artıq ola biləcəyini istisna etmir. Ötən illərdən fərqli olaraq məhz son bir il
ərzində TMS-də əsgər ölümləri barədə hər bir informasiyanın mediaya çıxması yolunda güc
strukturlarının, xüsusilə də MN və MTN-in qeyri-rəsmi senzurası mövcuddur. Beləliklə,
monitorinqin həyata keçirildiyi müddətdə Azərbaycan mətbuatına əsgər ölümləri barədə hər
hansı məlumatı dərc etməyə və paylaşmağa qeyri-rəsmi qadağa qoyulması səbəbindən TMS-də
əsgər ölümlərinin real statistikasını əldə etmək çətin olub. Amma buna baxmayaraq rəsmi və
qeyri-rəsmi məlumatların monitorinqi göstərir ki, TMS-də əsgər ölümlərinin sayının azalması
tendensiyasından danışmaq hələ tezdir. Kütləvi informasiya vasitələri və sosial şəbəkələr
üzərində aparılan monitorinqin nəticələrinə görə, 2015-ci ildə Azərbaycan təhlükəsizlik və
müdafiə sektorunda ümumilikdə 67 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 31-i döyüş (28-i
erməni gülləsi, 3 nəfəri mina partlayışı), 36 nəfəri isə qeyri-döyüş itkiləridir. Belə ki, 8 nəfər
intihar edib, 9 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 5 nəfər avtoqəza
nəticəsində, 3 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, bir nəfər
naməlum səbəbdən, 6 nəfərsə xəstəlikdən dünyasını dəyişib.
Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 3-ü Fövqəladə
Hallar Nazirliyinin və 2-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.
2015-ci ildə dünyasını dəyişən
əsgərlər: səbəblər
Erməni gülləsi - 28 nəfər
Mina - 3 nəfər
İntihar - 8 nəfər
Q-nizamnamə - 9 nəfər
Avto-qəza - 5 nəfər
Ehtiyatsızlıq - 3 nəfər
Günvurma - 2 nəfər
Naməlum - 1 nəfər
2015-ci ildə 21 hərbi qulluqçu bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 11 hərbi
qulluqçu erməni gülləsindən, 3 nəfər avtomobil qəzasından, 4 nəfər mina partlayışından, bir
nəfər qeyri nizamnamə hadisələrindən, bir nəfər intihar cəhdindən, başqa bir nəfərsə bədbəxt
hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə,
digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər.
Belə bir vəziyyətdə bəzi güc strukturlarının rəhbərlikləri ictimai rəyi çaşdırmağa cəhd edirlər.
Xüsusilə hərbi prokuror, Ədliyyə general-leytenantı Xanlar Vəliyevin oktyabrın 1-də “Xalq”
qəzetində dərc olunan məqaləsində ziddiyyətli məqamlar mövcuddur. Hərbi prokuror iddia edir
ki, 2003-cü illə müqayisədə 2015-ci ildə adam öldürmə 2,2 dəfə, ehtiyatsızlıqdan olan ölüm
2015-ci ildə dünyasını dəyişən hərbi
qulluqçuların güc strukturları üzrə payı
MN - 59 nəfər
DSX - 3 nəfər
FHN - 3 nəfər
MTN - 2 nəfər
2015-ci ildə yaralanan hərbçilər: səbəblər
Erməni gülləsi - 11 nəfər
Avto-qəza - 3 nəfər
Mina - 4 nəfər
Q-nizamnamə - 1 nəfər
İntihar cəhdi - 1 nəfər
Bədbəxt hadisə - 1 nəfər
hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55%, digər səbəblərdən
ölümlər isə 10% azalıb. Onun sözıərinə görə, 2003-cü illə müqayisədə 2015-ci ildə ölümlərin sayı
2 dəfə azalıb, cari ildə zəhərlənmə və donvurma nəticəsində ölüm hadisələri ümumiyyətlə qeydə
alınmayıb.
Amma CDSİ-nin apardığı araşdırmalar nəticəsində ortaya çıxan faktlar hərbi prokurorun
fikirlərində ciddi ziddiyyətlərin olduğunu üzə çıxardır. Aşağıda təqdim olunan cədvəldən aydın
olur ki, itkilərin sayı 2003-cü illə müqayisədə nəinki azalmayıb, hətta artıb. Üstəlik iki nəfər qar
uçqunundan (cədvəldə bu bədbəxt hadisələr kateqoriyasına daxil edilib) yaranan donvurmadan
dünyasını dəyişdiyi bildirilir ki, X.Vəliyev ümumiyyətlə, bunu təkzib edir. Araşdırmalar göstərir ki,
X.Vəliyevin statistikası o zaman həqiqət ola bilər ki, 2003-cü il itkiləri barədə rəqəmlərin daha
çox olması barədə alternativ statistika irəli sürsün.
2003 və 2015-ci illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını
dəyişənlərin müqayisəli göstəriciləri (CDSİ)
İllər/
səbəblər
Qeyri-döyüş Döyüş
Cəm
Güc strukturları üzrə
təsnifat
Qeyri
nizam-ə
hadisəsi
Intiharlar,
ehtiyatsızlıq
Avto və
təyyarə
qəzalar
Bədbəxt
hadisələr
Xəstəliklər
(zəhər-mə)
Müəmmalı,
naməlum
ölüm
əməliyyat
tədbiri
Erməni
gülləsi
Mina
part-ı
2015 9 11 5 4 6 1 0 28 3 67 MN-59, DSX-3,
FHN-3, MTN-2
2003 10 8 1 5 7 3 0 16 7 57 MN-54, DSX-2, ƏN-1
Ümumilikdə isə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (CDSİ) tərəfindən aparılan 2003-cü ildən bu
yana Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektoru üzrə əsgər ölümlərinin statistikası itkilərlə
bağlı ümumi təsəvvürü yaratmağa imkan verir:
2003-2015-ci illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını
dəyişənlərin müqayisəli göstəriciləri (CDSİ)
İllər/
səbəblər
Qeyri-döyüş Döyüş
Cəm
Güc strukturları üzrə
təsnifat
Qeyri
nizam-ə
hadisəsi
Intiharlar,
ehtiyatsızlıq
Avto və
təyyarə
qəzalar
Bədbəxt
hadisələr
Xəstəliklər
(zəhər-mə)
Müəmmalı,
naməlum
ölüm
əməliyyat
tədbiri
Erməni
gülləsi
Mina
part-ı
2015 9 11 5 4 6 1 0 28 3 67 MN-59, DSX-3,
FHN-3, MTN-2
2014 11 17 13 3 10 4 0 29 4 91 MN-80, DSX-3, DQ-4,
ƏN-4
2013 10 16 17 9 14 3 1 11 0 81 MN-61, DSX-6, DQ-10,
XDMİ-1, SHXÇDX-1,
FHN-2 (Naxçivan FHN-1)
2012 19 19 16 8 14 1 1 16 3 97 MN-84, DSX-6,DQ-4,
MTN-2, SHXÇDX-1
2011 17 12 17 17 12 9 1 13 1 99 MN-89, DSX-4,
DQ-5, XDMİ-1
2010 16 9 15 1 7 5 1 16 1 71 MN (əksəriyyət)
2009 18 5 10 7 8 4 1 8 3 64 MN-57, DSX-3,
DQ-1, MTN-2, XDMİ-1
2008 10 11 6 14 7 3 3 18 0 72 MN-61, DSX-5,
DQ-5, ƏN-1
2007 15 10 7 5 1 2 0 16 6 62 MN-58, DSX-3, DQ-1
2006 6 7 8 12 1 1 0 12 1 48 MN-45, DSX-2, MTN-1
2005 4 4 2 3 0 2 0 22 2 39 MN-33, DSX-5, DQ-1
2004 10 5 1 7 0 0 0 10 4 37 MN-35, DSX-1, DQ-1
2003 10 8 1 5 7 3 0 16 7 57 MN-54, DSX-2, ƏN-1
Cəm 155 134 118 95 87 38 8 215 35 885 MN-787 , DSX-43, DQ-32,
ƏN-6, MTN-7, SHXÇDX-2,
FHN-5, XDMİ-3
Beləliklə, 2003-cü ildən bu günə Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektoru üzrə
həyata keçirilən araşdırmalar göstərir ki, əsgər ölümləri əsasən 4 istiqamətdə özünü
göstərir:
Səbəblər Ölənlərin sayı
1 Qeyri-nizamnamə halları (o cümlədən intiharlar) 289 nəfər
2 Ermənistan ordusunun gülləsi 215 nəfər
3 Bədbəxt hadisələr (o cümlədən avto və təyyarə qəzaları) 213 nəfər
4 Digər hallar (o cümlədən xəstəliklər) 168 nəfər
Cəm 885 nəfər
Araşdırmalar göstərir ki, cəbhə xəttində əsgərlərin həlak olmalarının əsas səbəbi müharibə
şəraiti ilə bağlı olsa da, mətbuatda dərc olunan bir sıra iddialara görə, itkilərin bir çoxusu
təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verir. Ümumilikdə, araşdırmalar göstərir ki,
TMS-də itkilərin bir sıra səbəbləri dəyişməz qalır:
Ümumi səbəblər TMS-daxili problemlər
Ermənistanın Azərbaycan torpaqlarını işğal altında
saxlaması səbəbindən Silahlı Qüvvələrin böyük
hissəsinin ekstremal şəraitdə xidmət etməsi
Hərbi Hissələrin müasirləşdirilməsi və NATO
standartlarına keçidi istiqamətdə qarşıya qoyulan
hədəflərin qeyri-müəyyən olması
Cəbhə xəttində xidmət edən hərbi qulluqçularda
ehtiyatsızlıq hallarının artması
Hərbi qulluqçuların sosial təminatının aşağı olması və
son illər müdafiə xərclərinin kəskin artımına
baxmayaraq bu istiqamətdə diqqət çəkən işlərin
görülməməsi
Azərbaycan Silahlı Qüvvələrinin peşəkar –
müqaviləli sistemə keçidinin ləngiməsi
Müdafiə xərcləri sosial yönümlü deyil, yəni məvaciblərə,
mənzil təminatına, güzəşt və imtiyazlara sərf olunmur
Cəmiyyət və hərbi-siyasi rəhbərlik tərəfindən
təhlükəsizlik və müdafiə sektorunun qayğılarına
laqeydlik göstərilməsi
Orduda xidmət yükünün bərabər paylaşdırılmaması,
nəticədə nizam-intizamın zəifləməsi
Qanunların alilyinin və insan hüquqlarının təmin
olunmasında geriləmələr
Kadr siyasətində ədalətsizlik, mülki və hərbi vəzifələrin
konkret və aydın ayrılmaması
Ordu ilə cəmiyyət arasında qarşılıqlı əlaqənin
səmərəli qurulmaması
Hərbi hissələrdə mənəvi-psixoloji gərginlik
Cəbhə xəttinin uzun olması səbəbindən şəxsi
heyətin paylaşdırılmasına problemlərin ortaya
çıxması
İdarəçilik sisteminin sovet sisteminə uyğunluğu, kiçik
zabit heyətinin və komandirlərin şəxsi heyətlə iş
bacarığının və idarəetmə təcrübəsinin zəif olması,
nəticədə hərbi qulluqçular arasında tabeçilik
münasibətlərində problemlərin ortaya çıxması
Mühəndis-istehkam işlərinin zəifliyi, müşahidə
vəsaitlərinin azlığı
Baş vermiş cinayət hadisələrinin bir çox hallarda
dərindən araşdırılmaması
Hakimiyyətin, Nazirlər Kabinetinin, Milli Məclisin,
Ombudsmanın laqeydliyi
Qeyri-hesabatlılıq, qapalılıq və qeyri-şəffaflıq. Cəmiyyət
qarşısında cavebdehlik daşımaq məsuliyyətindən
müdafiə olunmaq instinktinin itirilməsi
Ölkə ictimaiyətinin, vətəndaş cəmiyyətinin, siyasi
partiyaların, həmkarlar təşkilatlarının, QHT-lərin və
digər ictimai birliklərin, əsgər anaları təşkilatlarının
və övladlarını itirmiş valideynlərin ölüm hadisələrinə
və bütövlükdə Ordu quruculuğu proseslərinə
biganə yanaşması
Silahlı Qüvvələrin daxili institutların lazımi səviyyədə
işləməməsi, elmi-tədqiqat işlərinin zəif aparılması
Güc strukturlarının mərkəzi aparatlarının şəxsi heyətlə iş
üzrə idarə rəhbərliklərinin ölüm hadisələrinin qarşısının
alınması məqsədilə profilaktik və preventiv tədbirlərin
təşkilinə məsuliyyətsiz yanaşması
Ordu birləşmələri və briqada qərargahlarında müvafiq
vəzifələr tutan general və baş zabitlərin ölum
hadisələrinə görə bir qayda olaraq cinayət
məsuliyyətindən kənarda qalması
Silahlı Qüvvələrdə korrupsiya hallarının olması, bir sıra
tikinti işlərinin hərbi qulluqçuların vəsaitləri hesabına
aparılması
Hərbi qanunvericiliyin təkmil olmaması
Qeyri-nizamnamə hadisələrindən (o cümlədən intiharlar) itkilərin sayının artmasının əsas
səbəbləri hərbi qulluqçuların bilik azlığı, onların psixoloji durumda çatışmazlıq, xidmət
stimulunun bir çox hallarda olmaması, xidmətdə laqeydliyin yaranması, daxili tərbiyə sisteminin
zəif olmasıdır. 2003-cü ildən bu yana TMS-də itkilərin ümumi sayının – 885 nəfərin 289 nəfərini
məhz qeyri-nizamnamə halları təşkil edir. Müşahidələr göstərir ki, 2007-ci ildən etibarən bu tip
itkilərin sayının artması tendensiyası davam edir.
Orduda intiharlar müxtəlif səbəblərdən yozula bilər. Araşdırmalar göstərir ki, bu tip itkilərin
əsas səbəbi şəxsi heyətin psixoloji vəziyyəti ilə əlaqədardır. Şəxsi heyətin ünsiyyət probleminin
olması, cəmiyyətin deqradasiyası, cəmiyyətlə ordu arasında keçidin sağlam olmaması, orduda
psixoloq institutunun fəaliyyətində problemlər, dini təsisatın olmaması, sosial təminatın aşağı
olması bu tip itkilərə səbəb olur. Məhz 2003-cü ildən bu yana 134 Azərbaycan hərbçisi intihar
edərək həyatına son qoyub. Düzdür, son iki ildə Müdafiə Nazirliyində psixoloqların fəaliyyətə
başlaması barədə mətbuatda məlumatlar dərc olunur. Lakin hələlik bu təsisat sistemli şəkildə
deyil və Silahlı Qüvvələrin və ümumilikdə TMS-i tam əhatə etmir.
Hərbi itkilərin səbəbləri arasında əsas yerlərdən birini məhz müxtəlif qəzalar tutur. Son illər
üçün bu çox aktual mövzudur. Araşdırmalar göstərir ki, 2003-cü ildən bu yana 118 hərbi
qulluqçu təyyarə və avtomobil qəzasından dünyasını dəyilşib. Əsas səbəblər orduda nəqliyyatın
idarə olunması ilə bağlı problemlərin olması, əksər xidməti məsələlərin həllində zabitlərin şəxsi
maşınlarından, özəl nəqliyyat vasitələrindən istifadə olunmasıdır. Silahlı Qüvvələrin avtomobil
təminatında ciddi problemlərin mövcud olduğuna dair də məlumatlar var.
Mətbuatın yazdığına görə, son bir il ərzində Silahlı Qüvvələrin peşəkar sürücülərlə təmin
olunması istiqamətində addımlar atılır. Lakin hələlik bu, bütün SQ-ni əhatə etmir və onun
müsbət nəticələri hələlik ortada deyil.
Diqqət çəkən istiqamətlərdən biri də, TMS-də qeyri-müəyyən, naməlum səbəblərdən
dünyasını dəyişən hərbi qulluqçularla bağlıdır. Əslində bu yanaşma keçicidir. Hər hansı itki olan
zaman bir sıra hallarda rəsmi strukturlar – o cümlədən Müdafiə Nazirliyi və Hərbi Prokurorluq
açıqlama verməyə tələsmir və səbəblər cəmiyyət üçün qapalı qalır. Bunların bəziləri sonradan
cəmiyyət üçün açıqlanır, amma bir çoxu qapalı olaraq qalır. O səbəbdən bu tip itkilər monitorinq
qrupu tərəfindən naməlum hesab edilir. 2003-cü ildən bu yana bu tip itkilərin sayı 38-dir. Belə
hadisələrin kökündə zabit və komandir heyətinin şəxsi heyətə zəif nəzarəti durur. İstintaq
işlərinin ciddi aparılmamasına dair məlumatlar mövcuddur.
Bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayının artması diqqət çəkən
məsələlərdəndir. 2003-cü ildən bu yana 95 nəfər nəfər bədbəxt hadisə nəticəsində dünyasını
dəyişib. Bu tip itkilərin baş verməsi səbəbləri arasında ən başlıca yeri şəxsi məsuliyyətsizlik,
müxtəlif növ texniki nasazlıqlar, xidmətdən kənar hərəkətlər, hərbi qulluqçulardan şəxsi
məqsədlər üçün istifadə olunması və s. durur. Ötən illərdə olduğu kimi, 2015-ci ildə də hərbi
qulluqçuların müxtəlif şəxsi tikinti məqsədləri üçün sui-istifadə olunması hallarına rast gəlinir.
Son dəfə bununla bağlı məlumat mətbuatda oktyabr ayında işıq üzü görüb, Müdafiə Nazirliyinin
son reaksiyası hələlik ortada deyil.
Cəbhə xəttində erməni snayperinin gülləsindən hər il onlarla Azərbaycan əsgəri dünyasını
dəyişir və ya yaralanır. 2003-cü ildən bu yana bu tip itkilərin sayı 215 nəfər təşkil edib. Bu tip
itkilərin əsas məsuliyyəti Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistan Silahlı
Qüvvələrinin boynunda olsa belə, Azərbaycan tərəfinin də çatışmazlıqları müzakirə mövzusudur.
Buraya mühəndis-istehkam işlərinin zəifliyi, bir sıra hallarda gecə-gündüz görmə cihazlarının
olmaması, şəxsi heyətin biliksizliyi, səngər xəstəliyi və s. daxilidr. Azərbaycan və Ermənistan
arasında münaqişənin nizamlanması üzrə aparılan siyasi danışıqların iflasa uğraması bu tip
itkilərin sayını artırır.
İtkilər in səbəbləri arasında əsas yeri tutanlardan biri müxtəlif növ xəstəliklər və zəhərlənmə
hallarıdır. 2003-cü ildən bu yana bu səbəblərdən dünyasını dəyişənlərin sayı 87 nəfəri keçib.
Bunun əsas səbəbi hərbi qulluqçuların bir sıra hallarda xəstə çağırışçıların hərbi xidmətə
çağırılması, mülki həyatda və xidmət dövründə normal qidalanmaması, orduda milli menyunun
olmaması, su və təminat qıtlığıdır. Xüsusilə də TMS-də tibbi təminatla, bu sahədə rüşvət və
korrupsiya halları ilə bağlı ciddi problemlərin olduğu haqda mətbuatda bir neçə məqalə dərc
olunub.
KORRUPSİYA VƏ RÜŞVƏTXORLUQ
Araşdirmalar göstərir ki, Azərbaycanın güc strukturlarına qarşı korrupsiya ittihamları səngimir.
2015-ci ilin ilk 10 ayı üzrə mətbuat üzərində həyata keçirilən araşdırmalara görə, daha çox
Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Milli Təhlükəsizlik Nazirliklərinin adları korrupsiya
ittihamlarında sadalanır. Xüsusilə qeyd etmək lazımdır ki, MTN-də rəhbər dəyişiklikləri baş
verəndən sonra məhz bu qurumda korrupsiya və digər cinayətlərin baş verməsi medianın əsas
müzakirə mövzusudur.
Beləliklə, cari ildə mediada TMS-də korrupsiya halları ilə bağlı olunan məqalələrin təxminən 25
faizində Müdafiə Nazirliyindəki korrupsiya hallarından danışılır. MTN-in bu statistikada yeri son
olaylardan sonra təxminən 40 faiz təşkil edir. MSN-lə bağlı statistika 15 faiz göstərir. HP – 10
faiz, DQ -5 və DSX isə 5 faiz təşkil edir.
Mətbuatın monitorinqi göstərir ki, bu gün Azərbaycanın güc strukturlarında korrupsiya və
rüşvətxorluq halları aşağıdakı istiqamətlərdə özünü göstərir:
- Xarici və yerli hərbi sənaye müəssisələrindən silah və texnikanın alınmasında;
- Yerli müəssisələrdə və xarici hərbi sənaye obyektləri ilə müştərək silah və hərbi texnika
istehsalında və satışında;
- Silah və texnikanın əsaslı təmirində, onların saxlanımaslında və utilizasiyasında;
- Hərbi tədbir və təlimlərin keçirilməsində;
TMS-də Korrupsiya:
Medianın dəyərləndirməsi
MN - 25%
MTN - 40%
MSN - 15%
HP - 10%
DSX - 5%
DQ - 5%
- Müxtəlif təyinatlı tenderlərin keçirilməsində;
- Hərbi təyinatlı tikinti sahəsində;
- Hərbi birləşmələrin yanacaq-sürtkü materialları ilə təminat sahəsində;
- Hərbi qulluqçuların ərzaq, geyim və digər (o cümlədən mənzil) təminatlarında.
Eyni zamanda aşağıdakı proseslərdə də korrupsiya və rüşvətxorluq hallarının mövcudluğuna dair
məlumatlar var:
- Hərbi xidmətə çağırış sistemində;
- işə qəbulda, kadr siyasətində, kadrların hazırlığında və kadrların yerləşdirilməsində;
- rütbələrin verilməsində;
- tibb xidmətlərinin göstərilməsində;
- hərbi qulluqçulara pul kompensasiyalarının ödənilməsində.
Müdafiə Nazirliyində korrupsiya, mənimsəmələr, maliyyə mənimsəmələri, rüşvətxorluq
hallarına həsr olunan məqalə və xəbərlərin təhlili əsasən aşağıdakı istiqamətlərdə göstəriciləri
ortaya çıxarıb:
- Hərbi silah və texnikanın alışı zamanı mənimsəmələr – 40 faiz;
- Hərbi büdcənin israfçılığı – 25 faiz;
- Təchizat prosesi, o cümlədən tenderlərlə bağlı mənimsəmələr – 15 faiz;
- Kadr heyətinin (zabit, gizir, çavuş, MANXQ, əsgər, mülki işçilər) təyinatı (o cümlədən
hərbi məktəblərdə) zamanı mənimsəmələr – 10 faiz;
- Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz.
Milli Təhlükəsizlik Nazirliyindəki korrupsiyaya həsr olunmuş məqalələrdə isə faiz etibarilə
aşağıdakı istiqamətlərdə mənimsəmələrin olduğu göstərilir:
- Büdcənin israfçılığı – 30 faiz;
- Təchizat prosesi, o cümlədən tenderlərlə bağlı mənimsəmələr – 20 faiz;
- Kadr heyətinin təminatı zamanı mənimsəmələr – 20 faiz;
- MTN-dən kənar şəxslərlə (daha çox sahibkarlar və s.) əlaqələr zamanı ortaya çıxan
mənimsəmələr – 20 faiz;
- Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz.
Müdafiə Sənayesi Nazirliyi ilə bağlı aşağıdakı istiqamətdə faizlər diqqəti cəlb edir:
- Hərbi sahədə istehsal müəssisələrinin qurulması, fəaliyyəti, yenilənməsi və s istiqamətdə
ayrılan dövlət büdcəsindən mənimsəmələr – 50 faiz;
- Silah və hərbi texnika istehsalı və onların TMS-ə göndərilməsi zamanı baş verən
mənimsəmələr – 20 faiz;
- Xarici ölkələrlə ikitərəfli əməkdaşlıq nəticəsində ortaya çıxan mənimsəmələr – 10 faiz;
- Kadr təyinatı zamanı mənimsəmələr – 10 faiz;
- Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz.
Hərbi Prokurorluq orqanlarının fəaliyyətində ortaya çıxan korrupsiya faktları ilə bağlı
mətbuatda dərc olunan məqalələrin təhlili göstərir ki, bu qurumda korrupsiya faizləri aşağıdakı
istiqamətlər üzrə bölünür:
- Büdcə vəsaitlərinin israfı və ya mənimsənilməsi – 30 faiz;
- Hərbi hissələrdə cinayət hallarının ört-basdır edilməsi zamanı həyata keçirilən rüşvət və
korrupsiya əməlləri – 50 faiz;
- Kadr təyinatı zamanı ortaya çıxan mənimsəmələr – 10 faiz;
- Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz.
Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların fəaliyyəti zamanı ortaya çıxan korrupsiya
hərəkətləri barədə mətbuatın yazdıqlarından ortaya çıxan qənaət belədir:
- Büdcə vəsaitlərinin israfı və ya mənimsənilməsi – 50 faiz;
- Kadr təyinatı zamanı ortaya çıxan mənimsəmələr – 30 faiz;
- Digər istiqamətlərdə ortaya çıxan pozuntular ə 20 faiz.
Beləliklə qeyd eidlən 6 strukturun fəaliyyətində ortaya çıxan korrupsiya və rüşvətxorluq hallarına
dair medianın yazdığı məqalələrin analizi göstərir ki, TMS-də ümumilikdə aşağıdakı istqamətlər
üzrə əsasən korrupsiya hallarına rast gəlinir.
TMS-də korrupsiya:
Media necə görür? Sahələr
Büdcə vəsaitlərinin
mənimsənilməsi - 30 faiz
Silah alışı - 20 faiz
Təchizat - 20 faiz
Kadr təminatı - 20 faiz
Digər - 10 faiz
Maraqlısı ondan ibarətdir ki, MTN-də baş verən son olayları çıxmaq şərtilə digər güc
strukturlarında son illərdə rəsmən korrupsiyaya qarşı tədbirlərin həyata keçirildiyi və bunun
nəticəsində xeyli sayda hərbi qulluqçunun məhz rəmən korrupsiya ittihamına görə həbs
olunması hallarına demək olar ki, rast gəlinməyib.
TMS-də korrupsiya ilə bağlı istiqamətlərdən biri tenderlərlə bağlıdır. Mətbuatın yazdığına görə,
tenderlər əksər hallarda qapalı keçirilir və hansı şirkətin hansı xüsusiyyətlərinə görə qalib
gəldiyinə aydınlıq gətirilmir. Bundan başqa, güc strukturlarının fəaliyyətinə ayrılmış vəsaitin
təyinatı üzrə xərclənmədiyinə dair müəyyən məlumatlar da var. Ümumilikdə müdafiə
xərclərindən düzgün istifadə olunmamasına dair cəzalandırma sistemi necə işləyir? Bu da
mətbuatın hədəfində olan əsas suallardan biridir.
Ümumilikdə Azərbaycanın güc strukturlarında korrupsiya və rüşvətxorluğun vəziyyətindən
danışarkən ölkədəki ümumi vəziyyəti diqqət mərkəzində saxlamaq lazımdı. Ölkədəki ümumi
şəffaflığın olmaması, bazar iqtisadiyyatına uyğun münasibətlərin qurulmaması, demokratik
institutların olmaması güc strukturlarının fəaliyyətinə də mənfi təsir göstərib. Bir sıra
məlumatlarda qeyd olunur ki, güc strukturları müəyyən qrupların təsir dairəsindədirlər.
Bu gün güc strukturlarının korrupsiyaya qarşı bəyan edilmiş və ictimai dəstək qazanmış
mübarizə strategiyaları yoxdur. Eyni zamanda parlamentin müdafiə xərclərinə müdaxilə etmək
səlahiyyətləri məhduddur.
Orduda korrupsiya halları necə yaranır? Bunun əsas səbəbləri nədən ibarətdir?
Araşdırmalar göstərir ki, aşağıdakı səbəblər Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda
korrupsiya və rüşvətxorluq hallarının yaranmasına gətirib çıxarır:
- Ölkənin özündə korrupsiya adi hala çevrilib, dövlətin özündə, strukturlarında bunun üçün çox
münbit şərait formalaşıb, korrupsiya hakimiyyətin qeyri-rəsmi dövlət siyasətinə çevrilib;
- Bu gün ölkədə sovet dövründən qalma idarəetmə mexanizminin özü korrupsiya və
rüşvətxorluğa həvəsləndirir;
- Korrupsiyaya qarşı səmərəli mübarizə üsullarının ortada olmaması, təkmil cəzalandırma sistemi
yoxdur;
- Müdafiə xərclərinin tərkibinin və onun xərclənməsi qaydalarının cəmiyyət üçün qeyri-şəffaf
olması;
- Müxtəlif hərbi məqsədli tenderlərin keçirilməsində şəffaflığın olmaması;
- Bu və digər hərbi-iqtisadi məsələlərdə inhisarlaşmanın tüğyan etməsi;
- Şəxsi heyətin öz hüquqlarını bilməməsi və hüquqlarının müdafiəsi istiqamətində israrlı
mübarizə aparmamaları;
- Ölkədə hakimiyyət qollarının real müstəqilliyinin olmaması;
- Təhlükəsizlik və müdafiə sektorunda çoxsaylı bürokratik əngəllərin olması;
- Ölkədə təhlükəsizlik və müdafiə sektoru üzərində cəmiyyət nəzarətinin olmaması.
TMS: İNSAN HAQLARI və SOSİAL RİFAH PROBLEMLƏRİ
Mətbuatın təhlili göstərir ki, rəsmilər, xüsusilə də TMS-dəki strukturları təmsil edənlər hərbi
qulluqçuların hüquqlarının müdafiəsinin və onların sosial təminatının yüksək olduğunu bəyan
edirlər. Hərbi prokuror Xanlar Vəliyevin dərc olunmuş məqaləsində qeyd olunur ki, “Son illərdə
hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və
hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması
sahəsində üzərinə düşən vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın
möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması, ordu
quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran
səbəb və şəraitin aradan qaldırılması istiqamətində məqsədyönlü qabaqlayıcı tədbirlərin
görülməsini təmin edib. Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş
mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o
cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalıb.
Cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq
orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı
birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd
hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində görülmüş çox şaxəli tədbirlərin, eləcə
də cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan
cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili
nəticəsində mümkün olub”.
Amma həyata keçirdiyimiz araşdırmalar göstərir ki, qeyd edilən istiqamətlərin hər biri üzrə ciddi
problemlər qalmaqdadır. Mətbuatda TMS-də təmsil olunan sturkturlarda insan haqlarının, onların
hüquq və azadlıqlarının pozulması ilə bağlı yüzlərlə məqalə dərc olunmasına baxmayaraq, həmin
problemlərin həlli istiqamətində hər hansı rəsmi tədbirlərin görüldüyü bəlli deyil. Bunu
təsdiqləyəcək bir hal son zamanlar Milli Təhlükəsizlik Nazirliyi ilə bağlıdır. Bu qurumda təmsil
olunan general və polkovniklərin törətdikləri cinayətlər, qanunsuzluqlar barədə mətbuatda
dəfələrlə məqalələr dərc olunmasına baxmayaraq onlarla bağlı dövlət qurumlarının, eyni
zamanda Hərbi Prokurorluğun fəaliyyəti gözə dəyməyib.
Eyni zamanda media hərbi xidmətə çağırış sistemindəki qanunsuzluqlar, hərbi hissələrdə rüşvət
və korrupsiya halları barədə xeyli məqalə dərc etsə də, bu hallara qarşı hər hansı tədbir
görüldüyü barədə məlumat yoxdur. Müşahidə olunan vəziyyət ondan ibarətdir ki, Hərbi
Prokurorluq orqanları əksər hallarda cinayətləri gizlətməklə məşğul olublar.
2015-ci ildə mediada TMS ilə bağlı dərc olunan məqalələrin monitorinqi göstərir ki, Azərbaycan
Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə xidmət edən
hərbi qulluqçuların hüquq və azadlıqlarının qorunması ilə bağlı ciddi problemlər qalmaqdadır.
Araşdırmalar göstərir ki, Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda aşağıdakı sosial rifah
problemləri mövcuddur:
- Məvaciblər aşağıdır (istehlak səbətinə və yaşayış minimumuna uyğunluğu şübhə
doğurur), xüsusuilə də 2015-ci ildə manatın devalvasiyasından sonra hərbi qulluqçuların
məvaciblərinin dəyəri aşağı düşüb;
- Müdafiə və təhlükəsizlik sektorunda çalışanların həyat keyfiyyətini müəyyən edən
məsələlər (qida, geyim, mənzil, mənzil avadanlığı və s) nəzərə alınmır;
- Hərbi qulluqçulara xidmət dövründə mənzil kirəsi üçün verilən aylıq məbləğ çox aşağıdır
və bu reallığı əks etdirmir. Eyni zamanda hərbi qulluqçulara qidalanma üçün aylıq verilən vəsait
də yaşayış minimumundan çox aşağıdır;
- Hərbi qulluqçuların aulələrinin və övladlarının təminatı ilə bağlı ciddi problemlər
mövcuddur.
Son zamanlar mətbuat hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmət müddətinin
gözlənilən artımı ilə bağlı məqalələr dərc edir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri
Elman Mehdiyev noyabrın əvvəllərində bildirib ki, hazırda Silahlı Qüvvələrdə və daxili işlər
orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün
tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir. O bunu “islahat
tədbirləri çərçivəsində demoqrafik göstəricilərin, o cümlədən ömür uzunluğu göstəricisinin
pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyi” ilə əsaslandırıb. “Təklif qəbul edilərsə, bu
qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək və onların pensiyası gələcəkdə yenidən
hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcəkdir. Buna görə də
təyin olunmuş pensiyaların gələcəkdə məbləğinin dəyişməsi barədə narahatçılığa heç bir əsas
yoxdur”, – deyə o bildirib.
Mətbuat (Faktxeber.com) həmin dəyişikliyin nəzərdə tutulduğu qanun layihəsini dərc edib.
Məlumatda bildirilir ki, bu məsələ Elman Mehdiyevin dediyi kimi nəzərdən keçirilmir. Artıq qanun
layihəsi hazırlanıb və baş nazir Artur Rəsizadəyə təqdim olunub. Maliyyə naziri Samir Şərifov,
əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Dövlət Sosial Müdafiə Fondunun
sədri Elman Mehdiyevin imzaladığı, Dövlət Sosial Müdafiə Fondunun Aparatının Pensiya və
müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyevin əsaslandırması ilə Artır Rəsizadəyə təqdim
edilən “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihənin yaxın
vaxtlarda təsdiq olunacağı gözlənilir.
Dəyişiklik nədən ibarətdir? Qanunun 9.4.1-ci maddəsində deyilir ki, prokurorluq orqanlarında azı
25 il qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyasına çıxa bilər. Yeni redaktədə isə
25 il artırılaraq 35 ilə çatdırılıb. 9.4.2-ci maddədə isə bildirilir ki, yaşa görə prokurorluq
orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6
ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyası
hüququ var. Dəyişiklikdə isə 25 il artırılaraq 35 ilə, 12 il 6 ay isə 17 il 6-aya çatdırılıb.
Qanunun 9.5.1-ci maddəsində isə deyilir ki, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha
çox hərbi xidmət etmiş qulluqçular əmək pensiyasına çıxa bilər. Dəyişiklikdə isə 20 ilin 10 də
artırılması təklif olunur.
Həmçinin qanunun 9.5.2-ci maddəsində hərbi xidmətdən yaşa görə buraxılmış, 25 ili və daha
çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçmiş şəxslərin əmək
pensiyasına çıxmaq hüququ var. Yeni redaktədə isə 25 il 30 il, 12 il 6 ay isə 15 il edilib.
Qanunun 9.7-1-ci maddəsində deyilir ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan
vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri əmək pensiyasına çıxa bilər. Dəyişikliyə görə
isə qulluq stajı 35 il olmalıdır.
Miqrasiya və fövqəladə hallar orqanlarında çalışanların da qulluq stajı 25 ildən 35 ilə qaldırılıb.
Bundan başqa qanunun 20.8.1-ci maddəsində göstərilir ki, prokurorluq orqanlarında 5 il qulluq
etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiya verilə verilə
bilər. Dəyişikliyə görə isə orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiya almaq üçün 15 il
prokurorluq orqanlarında çalışmalısan.
20.8.2-ci maddədə isə bildirilir ki, prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş
prokurorluq işçiləri orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi
stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiya ala
bilər. Bu maddə yeni redaktədə belə verilib: “Prokurorluq orqanlarında 15 ildən 20 ilə qədər
qulluq etmiş prokurorluq işçiləri orta aylıq əmək haqqının 45 faizi miqdarında, 15 ildən yuxarı
prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına
mütənasib olaraq hesablamaqla) üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə
olunmaqla”.
Bununla da belə görünür ki, Azərbaycan hakimiyyəti Silahlı Qüvvələrin şəxsi heyəti – xüsusilə də
gizir və zabitlər üçün ciddi xoşagəlməz bir sürpriz hazırlayır. Araşdırmalar göstərir ki, hərbi
qulluqçuların pensiyaya çıxma yaşının 25 ilə çatdırılması ideyası Silahlı Qüvvələrdə və digər hərbi
birləşmələrdə xidmət edən hərbi qulluqçuların hüquqlarının ciddi şəkildə pozulması mənasını
verir. Belə ki, qeyd edilən açıqlama təxminən 1995-ci ildən bu yana Silahlı Qüvvələrdə və digər
hərbi birləşmələrdə xidmətlərini davam etdirən on minlərlə hərbçilərin maraqlarının əksinə
yönəlik çox ciddi perspektivləri ortaya qoyur. Silahlı qüvvələrdə və daxili işlər orqanlarında
çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan
xidmət müddəti 25 ilə çatdırılarsa bu o deməkdir ki, onlara 20 illik xidmətlərinə görə verilməli
olan imtiyazlar, o cümlədən mənzil-ev təminatı təxirə salınacaq.
Ümumilikdə, bu ideyanın qəbul edilərkən hazırda xidmətdə olan hərbi qulluqçulara şamil
olunması ciddi mübahisə predmeti yarada bilər və hərbçilər tərəfindən məhkəməyə verilməsi
perspektivini doğuracaq. Problem belədir: əgər bir hərbçi misal üçün, cəbhə xəttində 20 il
xidmət edib mayor rütbəsində pensiyaya çıxırsa, onun pensiyası təxminən 800-900 manat
olacaq və 5 il ərzində onun pensiyası ortalama 50 min manat təşkil edəcək. Amma yeni ideyaya
görə, həmin zabit bu pulu 5 il işləyərək almalıdır və bu da sözsüz ki, hərbi qulluqçular arasında
narazılıq yaradacaq. Hərbi qulluqçuların növbəti 5 ili xidmətdə keçirmək üçün hər hansı maddi
və mənəvi marağı olmayacaq. Araşdırmalar göstərir ki, pensiya yaşının artırılması barədə ideya
neft gəlirlərinin azalması ilə birbaşa bağlıdır. Böyük ehtimalla hökumət bu qərarla hazırda
xidmətdə olan zabit və gizirlərin hərbi xidmətlərini 5 il uzatmaq hesabına hərbi büdcəyə qənaət
etmək niyyətindədir. Təxmini hesablama da apara bilərik: əgər qeyd edilən 5 il əlavə xidmətə 5
min zabit və gizir cəlb olunarsa bu, təxminən 200-250 milyon manat vəsaitə qənaət etmək
anlamını verə bilər. Amma hakimiyyətin silahlanmaya milyardlarla vəsait xərclədiyi bir dövrdə
belə qənaət ideyası irəli sürməsi onun üçün insan amilinin həmişə ikinci yerdə durduğunu
göstərir.
Müşahidələr göstərir ki, belə bir qanunun qəbul edilməsi TMS-də xidmət edən hərbi qulluqçular
arasında ciddi narazılığa səbəb olacaq.
Əslində hərbçilərin, müharibə veteranlarının narazılığına səbəb olan dəyişikliklər
hakimiyyət tərəfindən indiyə qədər bir neçə dəfə həyata keçirilib:
- “Veteranlar haqqında” 1994-cü ildə qəbul edilmiş qanunda 2002-ci ildə edilən dəyişikliklərdən
sonra veteranlara, xüsusilə də Qarabağ Müharibəsi Veteranlarına verilən güzəştlər tamamilə ləğv
edilib. Sonralar həmin güzəştlərin əvəzində cüzi bir kompensasiya məbləği müəyyənləşdirilib.
- “2004-ci ildə “Hərbi qulluqçuların statusu haqqında” qanunda dəyişiklik edilib və nəticədə
döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara əmək haqqının 3 qat ödənilməsi 2 qat
ödənilməsi ilə əvəz olunub.
- 2005-ci ildə yenə də “Hərbi qulluqçuların statusu haqqında” qanunda dəyişiklik edilərək 15 il
hərbi xidmətdə olan hərbi qulluqçulara ehtiyata buraxıldıqdan sonra yerli icra hakimiyyəti
tərəfindən 6 ay müddətində mənzil ilə təmin edilməsi ilə əlaqədar müddəanın dəyişdirilməsi də
hərbçilərin sosial rifahının daha da pisləşməsinə gətirib çıxarıb. Belə ki, qanunun həmin
müddəası “mənzil və ya torpaq sahəsi ilə təmin edilməlidir” sözü ilə əvəz olunması minlərlə
ehtiyatda olan zabitlərin mənzilsiz qalmasına gətirib çıxarıb.
- 2005-ci ildə “Hərbi qulluqçuların Pensiya təminatı haqqında” qanunda xidmət illərinə görə
pensiyanın hesablanması üçün “20 ilin”, “20 təqvim ili” ilə əvəz olunması da hərbiçilərin sosial
rifah halının daha da pisləşdirilməsinə yönələn qanun normalarıdır.
- 2011-ci ildə Azərbaycan prezidentinin imzaladığı fərmanla Silahlı Qüvvələrdə 20 il “qüsursuz”
xidmət edən hərbçilərə mənzil verilməsi qaydası müəyyənləşib ki, bu da hərbi qanunvericiliyin
müvafiq maddələri ilə ziddiyyət təşkil edir.
- Azərbaycanın müstəqilliyinin ilk illərində “Hərbi Xidmətkeçmə haqqında” qanun və ona müvafiq
olaraq qəbul olunan digər müvafiq normativ hüquqi aktlarda göstərilib ki, Ali Hərbi Məktəbi
qurtaran zabit 5 il xidmət etdikdən sonra öz arzusu ilə Silahlı Qüvvələri sıralarından ehtiyata
buraxımalıdır. Amma reallıq göstərir ki, bu istiqamətdə ciddi problemlər var. Zabitlər qeyd edilən
müddətdə ehtiyata çıxmaq problemi ilə üzləşiblər. Bir çox hallarda Müdafiə Nazirliyinin rəhbərliyi
hərbi xidmətdə olan zabit və digər hərbi qulluqçuların sosial rifahını yaxşılaşdırmaqla onları
xidmətə çəlb etmək əvəzinə, məcbur etmə metodlarından istifadə edərək hərbi xidmət hissələri
çəza müəssisəsinə çevirmək yolunu tutur.
Qəbul edilən qanunların özlərində, xüsusilə də hərbçilərin sosial hüquqlarının həyata
keçirilməsində ciddi boşluqların olması hərbiçilərin hüquqlarının kütləvi surətdə pozulmasına
gətirib çıxardır. Müvafiq qanunlarda hərbi qulluqçunun statusunun dövlət qulluqçusunun
statusundan yuxarı olduğu göstərilsə də, reallıq göstərir ki, hazırda hərbi qulluqçunun hüquqları
adi bir fəhlənin hüquqları qədər də müdafiə olunmur. Beləki, hər hansı bir fəhlə “Əmək
Məcəlləsinə” əsasən öz məzuniyyət hüququnu, gündə 8 saardan çox işləyibsə onun əvəzinə
əlavə əmək haqqı almaq hüququnu və yaxud bazar və istirahət günlərini işləyibsə onun əvəzində
pul almaq hüququnu tələb edə bildiyi halda, xidmət vaxtı bu formada hüququ pozulan hərbi
qulluqçu isə hüquqların bərpası üçün istinad etdiyi müvafiq normativ hüququ aktlar yoxdur.
Beləliklə, araşdırmalar göstərir ki, neftin qiymətinin çox aşağı düşməsi bir çox digər sahələrdə
olduğu kimi hazırda Silahlı Qüvvələrdə də ciddi sosial problemlərin ortaya çıxması ilə müşayiət
olunur. Konkret olaraq aşağıdakı digər istiqamətlərdə də problemlər ortaya çıxıb:
- Hərbi qulluqçuların məvaciblərinin artması qeyri-müəyyən dövrə qədər təxirə salınıb;
- Hərbçilərə verilməli olan bir sıra ödənişlərlə bağlı ciddi gecikmələr yaranıb;
- Hərbi qulluqçuların mənzil təminatı ilə bağlı ciddi problemlər ortaya çıxıb və s.
Son 5-6 ay ərzində Silahlı Qüvvələrin şəxsi heyətinin – zabit və gizirlərin mənzillə təminatı
sahəsində ciddi problemlər ortaya çıxıb. Bir sıra məlumatlara görə, mənzillə təminat prosesi
qeyri-müəyyən müddətədək dayandırılıb. Qeyd edək ki, 2011-ci ildə prezident İlham Əliyevin
hərbçilərin mənzil təminatı ilə bağlı imzaladığı fərmandan keçən 4 il ərzində 400-ə yaxın hərbi
qulluqçunun mənzillə təmin olunduğu barədə rəsmi məlumatlar verilib. Amma gerçəklikdə
mənzil növbəsinə duran hərbi qulluqçuların sayı minlərlədir. Araşdırmalar göstərir ki, son aylar
ərzində prezidentin fərmanının tətbiqi tamamilə dayandırılıb. Bunun nəticəsində mənzil
növbəsində böyük bir “tıxac” yaranıb. Belə ki, 1992-ci ildən Silahlı Qüvvələrdə xidmət edən hərbi
qulluqçulara hələ də ev verilməyib. Beləliklə, hazırda növbədə 23 ildən artıq hərbi xidmət keçən
hərbi qulluqçular var, onların nə zaman mənzillə təmin olunacağı barədə suallar açıq qalır. 1992-
ci ildə xidmətə başlayanlar 1993, 1994 və 1995-ci illərdə xidmətə başlayanların evlə təmin
olunmasını səbirsizliklə gözləyirlər. Yeri gəlmişkən, bir çox hallarda hərbi qulluqçulara əsassız
olaraq mənzil verilməsindən imtina halları var. Hökümət təmsilçilərinin belə bir vəziyyətdə
pensiya yaşının 25-ə qaldırmaq ideyasını niyə irəli sürdüyünü anlamaq çətin deyil.
Araşdırmalar göstərir ki, yaxın iki il ərzində Azərbaycan Silahlı Qüvvələrinin və qanunvericilikdə
nəzərdə tutulmuş digər hərbi birləşmələrin hərbi və mülki heyətinin məvaciblərinin artırılması
gözlənilmir. Hətta bir sıra proqnozlara görə, bir sıra istiqamətlər üzrə yüksək məvacib alan hərbi
qulluqçuların məvaciblərinin azaldılması planı üzərində iş gedir.
Müxtəlif məlumatlara görə, bu gün aşağı rütbəli və vəzifəli Azərbaycan hərbçilərinin məvacibləri
400-600 manat arasındadır. Bu məvacibi müəyyən fərqlərlə arxa cəbhədə xidmət edən
müddətdən artıq hərbi xidmət qulluqçuıarı, gizirlər, leytenantlar, baş leytenantlar və kapitanlar
alır. Cəbhə xəttində eyni rütbəli və vəzifəli hərbi qulluqçuların məvacibləri isə təxminən 550-800
manat arasındadır. Hərbi qulluqçuların xidmət şəraitlərinin çətinliyi, onların ailə üzvlərini və s.
nəzərə alaraq demək olar ki, qeyd edilən məbləğ onların, xüsusilə də arxa cəbhədə xidmət
edənlərin sosial təminatı üçün yetərli deyil.
Son aylar Silahlı Qüvvələrin ehtiyata buraxılan hərbi qulluqçularına istifadə olunmamış əşya-
əmlaka görə pul təzminatının (“paltar pulu”) verilməsində də ciddi problem ortaya çıxıb.
Məlumatlara görə, təkcə 2014-2015-ci illərdə ehtiyata çıxan 100-dən artıq hərbi qulluqçuya
“paltar pulu” hələ də verilməyib. Qeyd edilən təzminat hərbçinin xidmət dövrünə uyğun olaraq
850-1200 manat arasında dəyişir. Verilən məlumata görə, Müdafiə Nazirliyinin Maliyyə İdarəsi
bu məsələ ilə bağlı hərbçiləri səbrli olmağa çağırır, amma vəsaitlərin nə zaman veriləcəyi barədə
konkret vəd vermir.
Ehtiyatda olan hərbçilər arasında istifadə olunmamış məzuniyyətə görə pul kompensasiyasının
verilməsi qaydalarından da ciddi narazılıqlar var. Araşdırmalar göstərir ki, qeyd edilən qaydalar
çox mürəkkəbdir və hərbçiləri “get-gələ” salma halları var. Bir çox hərbçi qeyd edilən vəsaitin
alınması istiqamətində çətinliklərlə üzləşib.
Xatırladaq ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 18 mart 2015-ci il tarixli qərarı
ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və
istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından
başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə
kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub.
Hərbçiləri narahat edən sənədlər – müxtəlif arayışlardır. Belə ki, qərara görə, ehtiyata və
istefaya buraxılmış hərbi qulluqçu aşağıdakı arayışları təqdim etməlidir:
– xidmət etdiyi müvafiq hərbi hissələrdən istifadə edilməmiş məzuniyyət günləri haqqında arayış
(əlavə № 2);
– vəzifə maaşı, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği barədə
arayış (əlavə № 3);
– ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun xidmət etdiyi hərbi hissədən şəxsi heyətin
siyahısından çıxarılması barədə nizami hissə üzrə əmrdən çıxarış.
Bir çox hərbçilər qeyd edilən arayışları və ya onları əvəzləyən sənədləri tapmaqda, əldə etməkdə
çətinlik çəkirlər. Problemlə bağlı narazılıq edən bir sıra hərbçilərin fikrincə, qeyd edilən
sənədlərin Müdafiə Nazirliyinin elektron bazasında toplanmaması nəticəsində, hərbçilər üçün
çətinlik yaranıb. Ekspertlər hesab edirlər ki, əslində ötən dövrlərdə sənədlərin
elektronlaşdırılması istiqamətində işlərin görülməməsi Müdafiə Nazirliyində aidiyyatı strukturların
öz vəzifə borclarına məsuliyyətsiz yanaşmalarının göstəricisidir.
TMS: ŞTAT-STRUKTUR İSLAHATLARI VƏ MÜLKİLƏŞMƏ
Son iki il ərzində Azərbaycan Müdafiə Nazirliyində xeyli sayda vətəndaşın MAHXQ (müddətdən
artıq hərbi xidmət qulluqçusu), aşbaz, texnik və sürücü kimi vəzifələrə qəbulu həyata keçirilir.
Qeyri-rəsmi məlumatlara görə, indiyədək 4 min nəfərdən artıq vətəndaş hərbi bissələrdə MAXHQ
kimi müxtəlif vəzifələrə təyin olunub. Bununla yanaşı 2 min nəfərə yaxın mülki şəxs isə aşbaz,
sürücü və texnik kimi müxtəli mülki vəzifələrə təyin olunub. Bütün bunlar müsbət hesab olunsa
da, amma əslində Silahlı Qüvvələrdə ştat-struktur islahatları və mülkiləşmə daha ciddi, daha
geniş miqyaslı dəyişiklikləri nəzərdə tutmalı idi.
Xatırladaq ki, Azərbaycanın NATO ilə razılaşdırdığı Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının
(IPAP) birinci və ikinci mərhələlərində (2005 və 2008-ci illər) rəsmi Bakı müdafiə büdcəsinin
şəffaflığı, mülki demokratik nəzarət məsələləri ilə yanaşı Azərbaycanın Müdafiə Nazirliyində
mülkiləşmə prosesinə başlamaq kimi öhdəlik də götürmüşdü. Bir sıra məlumatlara görə, ilkin
dövrlərdə Azərbaycan hakimiyyəti müdafiə nazirinin mülki şəxs olmasına dair öhdəliyə də razılıq
vermiş, sonra isə müəyyən səbəblərdən bu fikrindən daşınmışdı. O zaman bir sıra rəsmilər bunu
ölkənin ölkənin Ermənistanla müharibə şəraitində olması ilə əlaqələndirirdi.
Mülkiləşmə necə olmalı idi? İslahat sənədinə əsasən Müdafiə Nazirliyində struktur islahatları
tamamlanmalı, islahatlar nəticəsində nazirliyin bəzi strukturlarının rəhbərlərinin mülki şəxslərdən
təyin olunması prosesi başa çatmalı idi. İslahatlar nəticəsində Müdafiə Nazirliyinin strateji
planlaşdırma ilə məşğul olan şəxsi heyətinin mülki şəxslərlə komplektləşdirilməsi vacib olmalı idi.
İPAP-da Azərbaycanın qarşısına qoyulan məqsədlərdən biri belə idi: Müdafiə Nazirliyinin struktur
baxımdan dəyişdirilməsi, mülki şəxsin MN aparatına cəlb olunması. Silahlı Qüvvələrin şəxsi
heyətin ixtisarı prosesinin aparılması, mülki heyətlə əvəz oluna biləcək vəzifələrin müəyyən
edilməsi, bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin və əlavələrin edilməsi.
Amma təəssüflər olsun ki, rəsmi Bakı nəinki bu islahatlara getmədi, əksinə reallaşdırdığı bir sıra
addımlarla Müdafiə Nazirliyində mürrəkkəb idarəetmə aparatı yaratdı, mülkilər isə yüksək
idarəetmə vəzifələri əvəzinə aşbaz, texniki işçi, sürücü vəzifələrinə təyin olundular.
Nəzərə alınmalıdır ki, 2007-ci ildən etibarın Azərbaycan Silahlı Qüvvələrinin aşağı səviyyələrində
(tabur – briqada – korpus) ştat-struktur islahatlarının həyata keçirilməsinə başlanıldı, həmin
islahatlar nəticəsində orduda idarəetmə qaydalarında bir sıra dəyişikliklər həyata keçirilib:
komandirin maddi-texniki təminat (MTT) və tərbiyəvi işlər üzrə müavini vəzifələri ləğv edildi.
MTT və tərbiyəvi işlər üzrə məsul zabitlər komandirin müavininin – qərargah rəisinin köməkçiləri
təyin olundular. O zaman cəmiyyətdə Müdafiə Nazirliyinin rəhbər strukturlarında NATO
standartlarına uyğun ştat-struktur islahatlarının keçiriləcəyinə ümid olsa da, hakimiyyət 2009-cu
ilin sonu, 2010-cu ilin əvvəllərində ümumiyyətlə, bu prosesi dayandırdı. Düzdür, 2009-cu ilin
ortalarında Müdafiə Nazirliyinin mərkəzi aparatında və Silahlı Qüvvələrin Baş Qərargahında bir
sıra ştat-strukltur islahatları aparıldı, departamentlər formatında yeni idarələr yaradıldı Amma bu
islahatlar İPAP-da əksini tapan əsas hədəflərin reallaşması ilə nəticələnmədi: Müdafiə Nazirliyi
Baş Qərargahdan ayrılmadı, Müdafiə Nazirliyinin strateji planlaşdırma ilə məşğul olan şəxsi
heyətinin mülki şəxslərlə komplektləşdirilməsi prosesi həyata keçirilmədi.
2014-cü ilin əvvəllərində isə yeni müdafiə naziri komandirin tərbiyəvi işlər üzrə müavini vəzifəsi
yenidən bərpa etdi. Sözsüz ki, bu qərar ziddiyyətli idi və o zaman bu addımın “əsgər ölümlərinin
qarşısını almaq üçün” atıldığına dair qeyri-rəsmi məlumatlar olsa da, Silahlı Qüvvələrdə əsgər
ölümlərinin statistikası həmin dəyişikliyin müsbət nəticələrə gətirmədiyini göstərdi.
Beləliklə, nəzəri baxımdan Azərbaycanda hələ də müdafiə naziri aparatının baş qərargah
üzərində hərtərəfli dominantlığı davam edir – bu dominantlıq zaman-zaman maraq toqquşmaları
ilə müşayiət olunur. Halbuki dünyada müasir ordu quruculuğu praktikasında qeyd edilən iki
strukturun fəaliyyətləri toqquşmur, əksinə bir-birini tamamlayır.
Milli Təhlükəsizlik Nazirliyində baş verən son olaylardan sonra bu qurumun mövcud ştat-
strukturunun fəaliyyətində problemlər və ziddiyyətlər ortaya çıxıb. Qurumda xeyli sayda bir-birini
təkrarlayan bölmələr və lazımsız strukturlar mövcuddur. Eyni zamanda MTN aparatının və hərbi
tərkibinin qarşılıqlı münasibətlərini tənzimləyən yeni qanunvericilik sənədlərinin qəbul olunması
vacib görünür.
Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə gəldikdə isə, bir məqam diqqəti çəkir. 2009-cu ildə
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bəyan etmişdi ki, "əsas hədəflərdən biri müqaviləli
heyətin say tərkibini artırmaqla islahatlar yolu ilə 2015-ci ilin sonunadək DSX-nin hərbi
strukturdan hüquq-mühafizə qurumuna keçirilməsidir".
2015-ci ilin sonuna bir aydan bir az artıq müddət qalıb. Müşahidələr göstərir ki, bəyan edilən vəd
yerinə yetirilməyib: nə müqaviləli heyətin say tərkibində ciddi artım var, nə də qurum hərbi
strukturdan hüquq-mühafizə orqanına keçib.
Daxili Qoşunların hərbi qurumdan hüquq-mühafizə qurumuna keçirilməsi ilə bağlı vədlər
çoxdan səslənsə də, hələlik bu istiqamətdə hər hansı addımlar atılmayıb.
İCTİMAİ NƏZARƏT PROBLEMLƏRİ
Azərbaycanda orduya ictimai nəzarət mexanizmlərini təsdiq edən qanunvericiliyin olmaması bu
istiqamətdə qeyri-hökumət strukturlarının səmərəli fəaliyyətinə mane olur. Ümumilikdə bu gün
TBS-in, xüsusilə də Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının,
əsasnamələrin, nizamamələrin əksər hissəsi sovet dövründən qalmadır və Azərbaycan
ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesi ilə ziddiyyət təşkil edir.
Cəmiyyətdə ümumi rəy ondan ibarətdir ki, bu gün müdafiə və təhlükəsizlik sektorunda təmsil
olunan güc strukturları ayrı-ayrı məmurların alətinə çevrilir. Silahlı Qüvvələrlə cəmiyyət arasında
səngər getdikcə dərinləşir, ordunun mənəvi-psixoloji durumu, döyüş hazırlığı aşağı düşür.
Araşdırmalar göstərir ki, əgər hərbi-siyasi rəhbərlik orduya ictimai nəzarətin tətbiq olunması
istiqamətində ciddi addımlar atması bir sıra xoşagəlməz proseslər baş verə bilər:
- Ordu daxilində ciddi problemlər yarana bilər, ordudaxili qruplaşmaların daha da
güclənməsi səbəbindən ordunun idarəolunmasında ciddi çətinliklər ortaya çıxa bilər;
- Müxtəlif hərbi-siyasi qüvvələr ordudan alət kimi istifadə etmək arzusuna düşə bilərlər.
Nəticədə ölkədə sabitliyin pozulmasına gətirib çıxara bilər;
- Müdafiə xərclərinin səmərəliliyi getdikcə daha da azalacaq, korrupsiyanın güclənməsi
ehtimalı var, müdafiə xərclərinin qeyri-sağlam məqsədlərə yönəldilməsi istisna deyil;
- Ümumilikdə ordunun təyinatı üzrə istifadə olunması problemi ortaya çıxa bilər və s.
NATO-ya ən sonda üzv olmuş Şərqi Avropa ölkələrinin, o cümlədən Baltikyanı ölkələrin, eyni
zamanda alyansa üzvlüyə can atan Gürcüstanın təcrübələri göstərir ki, müdafiə və təhlükəsizlk
sektoruna rəsmi qanunlar əsasında ictimai və demokratik nəzarət mexanizmlərinin tətbiq
olunması şəffaf, güclü, hesabatlı və korrupsiyadan kənar müdafiə və təhlükəsizlik qurumlarının
formalaşdırılmasına səbəb olur. Düşünmək olar ki, artıq Azərbaycanda da bu istiqamətdə ciddi
addımlar atılmasının vaxti çatıb.
Xatırladaq ki, 2005-ci ildən başlayaraq 2014-cü ilin ortalarına qədər Azərbaycanda hərbyönlü
QHT-lərin fəaliyyəti daha aktiv olub. Hədəfdə saxlanılan məsələlər isə bunlar idi:
- Müdafiə xərclərinin artmasına rəğmən orduda əsgər ölümlərinin də kəskin artması;
- Müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin, ordu təminatının qeyri-şəffaf
olması və onların korrupsiya hədəfinə çevrilməməsinə dair əsaslı subutların ortada olmaması;
- Orduda qarşılıqlı münasibətlər sistemində ortaya çıxan ciddi problemlər, əsgər-zabit
münasibətlərində ciddi ziddiyyətlərin mövcudluğu;
- Orduda aparılan yoxlamalar və araşdırmaların nəticələrinin cəmiyyətə açıqlanmaması,
Hərbi Prokurorluğun apardığı əksər araşdırmaların nəticələrinin ictimaiyyətdən qapalı
saxlanılması;
- Müdafiə Nazirliyinin və digər güc strukturlarının hərbi birləşmələrdə aparılan dəyişikliklər,
problemlər, yeniliklər və islahatlar barədə ictimaiyyətə məlumat verməməsi;
- Orduda özbaşınalıq hallarının getdikcə artması.
2014-cü ilin ikinci yarısında Azərbaycanda mediaya və eyni zamanda Qeyri-Hökumət
təşkilatlarının ordu problemləri mövzusunda fəallığına rəsmi və qeyri-rəsmi qadağalar qoyuldu.
Nəticədə ölkədə Təhlükəsizlik və Müdafiə Sektoruna ictimai nəzarətin zəruriliyi problemləri
optaya çıxdı.
Hazırda araşdırmalar göstərir ki, Azərbaycanda təhlükəsizlik və müdafiə sektoruna rəsmi
səviyyədə nəzarət mexanizmlərinin tətbiq olunmaması, hesabatlılığın olmaması, qeyri-şəffaflıq
və s. məsələlər orduda problemlərin getdikcə artmasına səbəb olur.
Qeyd edilməlidir ki, Azərbaycanla NATO arasında 2008-ci ilin martında razılaşdırılmış Fərdi
Tərəfdaşlığa dair Fəaliyyət Planında orduya vətəndaş nəzarəti mexanizmlərinin tətbiq olunması,
müdafiə və təhlükəsizlik sektorunda baş verən proseslərə ictimai dəstəyin artırılmasını ehtiva
edən müddəalar əksini tapmışdı. Amma təəssüflər olsun ki, ötən dövrdə rəsmi Bakı bu
istiqamətdə ciddi addımlar atmadı.
Düzdür, 2009-cu ilin dekabrında Müdafiə Nazirliyi, millət vəkilləri və ordu rəhbərliyinin təsiri
altında olan bir qrup QHT-nin iştirakı ilə orduya ictimai nəzarət qrupunun yaradıldığı elan
olundu. Amma bu qrup ictimai nəzarətdən daha çox, ölkənin hərbi-siyasi rəhbərliyinin ordu ilə
bağlı addımlarının şişirdilmiş faktlar fonunda cəmiyyətdə təbliğ etməklə məşğul idi. İctimai
sifarişi özündə daşımayan bu qrupun fəaliyyəti hazırda hiss olunmur.
Ordudakı problemlərin ictimailəşdirilməsində 2005-2013-cü illərdə fəaliyyət göstərmiş
Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) rolu xüsusi xüsusi rolu
olub. Sıralarında 25-dək QHT (o cümlədən Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyi,
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzi,
Hərbi Analitik Tədqiqatlar Mərkəzi), 2 araşdırma mərkəzi (think-tank) və 3 informasiya
resursunu (o cümlədən Milaz İnformasiya Agentliyi) birləşdirən qurum çoxsaylı təzyiq, təhdid və
zorakılıqlardan sonra 2013-cü ildə fəaliyyətini dayandırmalı oldu.
Hazırda TMS-dəki proseslər vətəndaş cəmiyyəti üçün aşağıdakı yanaşmalar baxımından maraq
kəsb edir:
- Təhlükəsizlik və Müdafiə sektorunda aparılan islahatlara ictimai dəstəyin təşkili və həyata
keçirilməsi;
- Təhlükəsizlik və Müdafiə sektoruna aid olan Azərbaycan Respublikası qanunvericiliyi və
ölkəmizin qoşulduğu müvafiq beynəlxalq konvensiyaların icrasına ictimai nəzarətin təşkili və
həyata keçirilməsi;
- Təhlükəsizlik və Müdafiə sektorunda insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin
olunmasına ictimai nəzarətin təşkili və həyata keçirilməsi;
- Təhlükəsizlik və Müdafiə sektorunda çalışan (çalışmış) vətəndaşların və onların ailə üzvlərinin
sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətin gücləndirilməsi;
- Dövlət büdcəsindən Təhlükəsizlik və Müdafiə sektoruna ayrılan vəsaitlərin təyinatı üzrə
xərclənməsinə və səmərəli istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi;
- Dövlət büdcəsindən Təhlükəsizlik və Müdafiə sektoruna ayrılan vəsaitlərin təyinatı üzrə
xərclənməsi və səmərəli istifadəsi barədə Azərbaycan Respublikası vətəndaşlarının (vergi
ödəyicilərinin) məqbul səviyyədə məlumatlandırılması üçün müvafiq tədbirlərin görülməsi, o
cümlədən dövlət orqanlarının bu sahədə fəaliyyətinə ictimai nəzarətin təşkili və həyata
keçirilməsi;
- Təhlükəsizlik və Müdafiə sektoruna demokratik nəzarətlə bağlı vətəndaş cəmiyyəti
institutlarının səylərinin birgə fəaliyyət formasına keçirilməsi, onların sayəsində ictimai fəallığın
yüksəldilməsi;
- Azərbaycan Respublikasının Avratlantik məkana inteqrasiyasına ictimai dəstəyin təşkili və
həyata keçirilməsi;
- NATO və digər müvafiq beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası ictimai qurumlarının
da təmsil edilməsinə nail olmaq və s.
TƏKLİFLƏR
ƏSGƏR ÖLÜMLƏRİNİN QARŞISININ ALINMASI
Araşdırmalara görə, 2003-2015-ci illərdə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş
verən itkilərin xarakteristikası bir sıra təxirəsalınmaz addımların atılmasını zəruri edir. Konkret
olaraq aşağıdakılar vacib görünür:
- Silahlı Qüvvələrin şəxsi heyətinin tamamilə müqaviləli əsas keçidini nəzərdə tutan
qanunvericilik sənədlərinin hazırlanması;
- Milli Məclisdə təhlükəsizlik və müdafiə sektorundakı itkilərə dair dinləmələrin təşkil olunması,
güc strukturlarının cəmiyyət qarşısında hesabatlılığı, ordu üzərində mülki nəzarət
mexanizmlərinin tətbiq olunması;
- Silahlı Qüvvələrin mülkiləşməsi və müdafiə nazirinin mülki şəxs olması, Silahlı Qüvvələrdə mülki
və hərbi vəzifələrin dəqiq ayrıntısı;
- Ötən illərdə baş vermiş hər bir ölüm faktının yenidən araşdırılması və günahkar vəzifəli
şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, hər bir ölüm faktının İnsan Hüquqları üzrə
Müvəkkil (Ombudsman) tərəfindən araşdırılması və araşdırmaların nəticələrinin hesabatda əksini
tapması;
- Baş vermiş hər bir ölüm faktı barədə ictimaiyyətə dərhal məlumat verilməsi və araşdırmaların
nəticələrinin KİV vasitəsi ilə yayılması;
- Qanunvericilk aktlarının təkmilləşdirilməsi, silahlı qüvvələrdə insan hüquq və azadlıqlarının
təmin olunması;
- Hərbi qulluqçular arasında itkilərin qarşısının alınması məqsədilə ciddi və effektiv tədbirlər
görülməsi üşün ölkənin bütün ictimai, siyasi, iqtisadi və digər müvafiq potensial imkanlarının
təcili surətdə səfərbər edilməsi;
- Silahlı Qüvvələrdə müqavilə əsasında komplektləşdirilən heyətin sayının artırılması, gizir və
müddətdən artıq hərbi xidmət qulluqçularının (MAHXQ) hərbi xidmətə öhdəlliklər əsasında deyil,
müqavilə əsasında qəbulu, zabitlərin istisnasız olaraq müqavilə əsasında xidməti;
- Silahlı Qüvvələrdə şəxsi heyətin rotasiyası, yerdəyişməsi məsələlərinin diqqətdə saxlanılması,
cəbhə xəttində xidmət edən şəxsi heyətin qısa zaman kəsiyində müqaviləli xidmət sisteminə
keçidini nəzərdə tutan mexanizmin hazırlanması və tətbiq olunması;
- Təhlükəsizlik və Müdafiə sektorunda hərbi birləşmələrin şəxsi heyətinin azaldılması;
- Hərbi xidmətə çağırış yaşının 18-dın 20-yə qaldırılması, son həddin 35-dən 27-yə salınması;
- Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət proqramının qəbul
olunması;
- Nizamnamədənkənar hərəkətlərə görə cinayət məsuliyyətinin ağırlaşdırılması;
- Təhlükəsizlik və müdafiə sektorunda korrupsiya və rüşvətxorluğa qarşı davamlı mübarizə;
- Müdafiə xərclərinin sosial yönümlü olması, hərbçilərin məvaciblərinin artırılması, güzəşt və
imtiyazların bərpa olunması, mənzil təminatı;
- Hərbi hissələrdə tibbi təminatın təkmilləşdirilməsi;
- Hərbi xidmət sistemində tərbiyəvi işlərin gücləndirilməsi, orduda din və psixoloq təsisatlarının
tətbiq olunması;
- Hərbi xidmətə çağırılan vətəndaşların xidmətdən öncə məktəblərdə, cəmiyyətdə nizam-
intizamlı şəxs kimi yetişdirilməsini nəzərdə tutan kompleks tədbirlərin görülməsi və s.
İNSAN HAQLARININ QORUNMASI VƏ SOSİAL RİFAHIN GÜCLƏNDİRİLMƏSİ
Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda sosial rifah problemlərinin həll olunması, hərbi
qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra addımların atılmasına ehtiyac
yaranıb:
- Azərbaycanda hərbçilərin sosial rifahını gücləndirəcək xüsusi dövlət proqramı qəbul edilməlidir.
Nəticədə hərbi qulluqçuların məvacibləri əsaslı şəkildə artırılmalıdır, döyüş bölgəsində xidmət
edənlərə 3 qat məvacibin verilməsi vacibdir. Məhdud imkanlı hərbi hissələrdə xidmət edənlərin
əmək haqlarına əlavələr olmalıdır;
- Hərbi qulluqçulara müxtəlif istiqamətlərə görə ödənilən xərclər və kompensasiyaların miqdarı
artırılmalıdır. İstirahət gününə və 8 saatdan artıq xidmətə görə kompensasiyanın ödənilməsi
vacibdir;
- Hərbi qulluqçular xidməti başa vurduqdan sonra hərbi qanunvericilkdə nəzərdə tutulduğu kimi
mənzil və torpaq sahəsi ilə təmin olunmalıdırlar, onlara güzəştli və faizsiz kredit verilməsi təmin
olunmalıdır. Hərbi qulluqçulara xidmət dövründə xidməti mənzil (vəzifəyə, ailə üzvlərinin sayına
uyğun mənzillər), 15 il xidmətdən sonra isə (mövcud qanunvericiliyə görə, hərbi qulluqçular 10 il
xidmətdən sonra öz arzuları ilə ehtiyata buraxıla bilərlər) şəxsi mülkiyyətə verilmiş mənzil
verilməlidir, xidmət müddətinin 25 ilə qaldırılması barədə təkliflər ləğv edilməlidir;
- Hərbi qulluqçuların ailə üzvlərinin sosial təminat məsələləri diqqət mərkəzində olmalıdır. Misal
üçün hərbi qulluqçunun övladına və işləməyən həyat yoldaşına görə ödəmələr olmalıdır;
- Hərbi qulluqçuların dəfn mərasimi üçün ödəmələrin miqdarı artırılmalıdır;
- Hərbi qulluqçulara əillik dərəcəsinə görə ödəniş məbləği, müalicə üçün ödənişlərin məbləği
artırılmalıdır;
- Hərbi qulluqçular üçün kommunal xərclərə görə və s. üzrə güzəşt və imtiyazlar olmalıdır və s.
Müşahidələr onu deməyə əsas verir ki, bu gün Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda
xidmət edən hərbi qulluqçuların sosial təminatının güclənilməsinə kompleks yanaşılmasına
zərurət yaranıb. Bu yanaşma hərbi qulluqçuların məvaciblərinin artırılmasını, onların ailə
üzvlərinin sosial təminatının gücləndirilməsini, evlə təminatı və müasir dünya standartlarına
uyğun pensiya təminatını nəzərdə tutmalıdır.
KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏ
Təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəni effektli
etmək üçün aşağıdakı tədbirlər görülməlidir:
- Dövlət idarəetmə sistemi tədricən və büsbütün dəyişməlidir. Hakimiyyətin qolları tam işlək
vəziyyətə gətirilməlidir;
- Ruşvət və korrupsiyaya bulaşmış şəxslərin cəzalandırılma mexanizmi dəqiqləşdirilməli və bu
prosesdə ictimai məlumatlandırma olmalıdır;
- Müdafiə xərclərinin istifadə olunduğu istiqamətlər şəffaf olmalı və bu barədə daim cəmiyyətə
məlumatlar verilməlidir;
- Təhlükəsizlik və müdafiə sektorunda baş verənləri araşdıracaq konkret mexanizmin
formalaşdırılması vacibdir. Həyata keçirilən antikorrupsiya prosesinin davamlılığını təmin etmək
üçün müdafiə və təhlükəsizlk sektorunda korrupsiyaya qarşə mübarizə tədbirlərini daim həyata
keçirən prezidentə tabe xüsusi bir struktur yaradılmalıdır. Bu istiqamətdə Şərqi Avropa
ölkələrinin təcrübəsi mütləq öyrənilməlidir;
- Dövlətin mülki strukturları və eyni zamanda yaradılması təklif edilən qurum tərəfindən müdafiə
xərclərinin istifadəsi prosesinə dair mütəmadi monitorinqlər keçirilməlidir;
- Korrupsiya və rüşvətxorluqla mübarizə tədbirlərində beynəlxalq təşkilatların - ATƏT, NATO,
Avropa Şurasının dəstək alınmalıdır;
- Parlamentin müdafiə xərclərinin formalaşmasında və istifadə olunmasında səlahiyyəti və
müdaxilə etmək imkanları artırılmaldıır;
- Güc strukturlarının keçirdikləri tenderlər, dövlət sifarişinin dəyərləndirilməsi kimi məsələlər
ictimaiyyətə açıq olmalıdır.
Bununla yanaşı TMS-də təchizatla bağlı bütün tenderlər bu qurumların nəzarətindən
çıxarılmalıdır. Bu proses müasir standartlara uyğunlaşdırılmalıdır. Hərbi hissələrdə müxtəlif
istiqamətlər üzrə (silahlanma, qida, geyim, tikinti, tibbi təminat və s.) tenderləri həyata
keçirəcək nəzarət qurumu yaradılmalıdır.
BÜDCƏ PLANLAŞDIRMASI VƏ ŞƏFFAFLIQ
NATO ölkələrinin və alyansla aktiv tərəfdaşlılq siyasəti yürüdən bəzi ölkələrin təcrübəsi göstərir
ki, müdafiə xərclərinin təxminən 80 faizi ictimaiyyət üçün tam şəffaf, yerdə qalan hissəsi isə
xüsusi etimad qrupları (xüsusilə parlamentdə təşkil olunmuş) üçün açıq ola bilər. Misal üçün,
NATO ilə fəal əməkdaşlıq edən Gürcüstan Müdafiə Nazirliyinin saytında ölkənin müdafiə
xərclərinin bir sıra istiqamətləri və ona ayrılan xərclər əksini tapır. Ukraynada da son illər bu
istiqamətdə irəliləyişlərə nail olunub. 2007-ci ildən başlayaraq Ukrayna hakimiyyəti 4 istiqamət
üzrə hərbi xərcləri ictimaiyyət üçün açıq elan etdi. Bunlar məvacib, ərzaq, geyim və
infrastrukturun saxlanılması xərcləridir.
Beləcə, NATO ilə fəal tərəfdaşlıq siyasəti həyata keçirən bir sıra ölkələr, o cümlədən Azərbaycan
üçün müdafiə xərclərinin bir sıra detallarının parlament və cəmiyyət üçün tam şəffaflığı vacibdir.
Buraya ərzaq, infrastrukturun saxlanması, yanacaq, xidmətlər (elektrik enerjisi, su, telefon və
s.), geyim, pul təminatı, nəqliyyat, treninqlər, tibbi yardım, beynəlxalq təşkilatlara mövcud
köçürmələr, maliyyə əmlakı və s. daxildir. Parlament tərkibində xüsusi etimad qrupları
yaradılmalı və onlar üçün müdafiə büdcəsinin silahlı qüvvələrin müasirləşdirilməsi, silah və
sursatların saxlanılması, tədqiqat və inkişafa yönəlik xərcləri açıq olmalıdır.
NATO ölkələrinin təcrübəsi göstərir ki:
- müdafiə büdcəsində şəffaflıq parlamentin nəzarət funksiyasının səmərəli icrasını təmin edir;
- şəffaflıq təhlükəsizlik sektoruna ictimai inamı artırır.
Azərbaycan kimi ölkələrdə müdafiə büdcəsində şəffaflığın az olması isə büdcə formasının
köhnəlmiş olmasına və ya təhlükəsizlik məqsədlərinin zəif ifadə edildiyinə dəlalət edir. Bu,
qanunla müəyyən edilmiş milli audit təşkilatlarında çoxistiqamətli ekspertizaların yoxluğundan,
qərarların ictimai araşdırılmasının təmin olunması barədə konstitusion qanunların zəif
olmasından, hesabatdan çox gizliliyə üstünlük verən bürokratik münasibətdən xəbər verir.
Araşdırmalar göstərir ki, "müharibə şəraiti" bəhanəsilə müdafiə xərclərinə nəzarətsizlik
korrupsiya risklərini artırır. İlk növbədə bu sahədə şəffaflıq təmin edilməlidi, müharibə şəraitini
bəhanə edərək vəziyyətdən sui-istifadə edilməsinə son qoyulmalıdır. Azərbaycanda müdafiə
xərclərinin şəffaflığı məsələsində Beynəlxalq Valyuta Fondunun ekspert dəstəyindən istifadə
edilə bilər. Belə ki, BVF-nin büdcə şəffaflığı ilə bağlı standartları var və bu bütün xərc
istiqamətinə şamil edilə bilər.
Eyni zamanda bu istiqamətdə NATO-nun Building Integrity proqramının dəstəyindən də
faydalanmaq mümkündür. Xatırladaq ki, bu proqram çərçivəsində NATO tərəfindən Azərbaycana
dəstək bir neçə il öncə təklif olunub. Amma təəssüflər olsun ki, rəsmi Bakı bu təklifdən boyun
qaçırır.
NATO standartlarına uyğun olaraq IPAP sənədində Azərbaycanda parlamentin müdafiə
xərclərinə nəzarətlə bağlı səlahiyyətlərinin artırılması üçün bir sıra tövsiyələr mövcuddur. Əslində
bu islahatlar Ukrayna, Gürcüstan, Ermənistan kimi ölkələrin parlamentlərinin fəaliyyət
səlahiyyətlərinin artırılmasına təsir edib. Müasir standartlara görə, müdafiə məsələləri və
təhlükəsizlik sektoru ilə bağlı nəzərdə tutulmuş büdcə prosesində parlamentlərin rolu
ümumilikdə 4 hissəni əhatə etməlidir:
- birincisi, parlament müdafiə büdcəsinin hazırlanmasında iştirak etməlidir. İcra hakimiyyəti pul
vəsaitlərinin bir sıra məqsədlər üçün yerləşdirilməsi təklifi ilə çıxış edir, parlament və onun
üzvləri müxtəlif formal və qeyri-formal mexanizmlər vasitəsilə öz tövsiyələrini verməlidir.
Müşahidələr göstərir ki, Azərbaycan parlamenti bu rola sahib deyil. Müdafiə xərcləri daha çox
icra strukturları tərəfindən hazırlanır, parlamentin hər hansı təklifi və tövsiyəsi olmadan səs
çoxluğu ilə qəbul edilir. Ümumiyyətlə, diqqətçəkən əsas problem parlament müzakirələrində
müdafiə xərclərinə əlahiddə yanaşmanın yoxluğu ilə bağlıdır.
- ikincisi, parlament müdafiə xərclərini təsdiq etməlidir. Parlament ictimai maraqlar və pulların
yerləşdirilməsi məsələlərini öyrənməli və müəyyən etməyi bacarmalıdır. Parlament təhlükəsizlik
məsələləri barədə qaydalar müəyyən etməlidir. Milli Məclis müdafiə xərclərini təsdiq etsə də,
təhlükəsizlik məsələləri barədə qaydaların müəyyən edilməsində səmərəli fəaliyyət göstərmir.
Beləliklə, hazırda parlamentin rolu daha çox təsdiq xarakteri daşıyır və onun təsdiq olunmuş
pulların hansı istiqamətə xərclənəcəyi, bunun üçün hansısa yeni qaydaların müəyyən edilib-
edilmədiyinin zəruriliyi barədə effektiv rolu ortada deyil.
- üçüncüsü, parlament müdafiə xərclərinin icra prosesinə nəzarət edir və təhlil aparır. Eyni
zamanda, şəffaflıq və hesabatın artırılmasına çalışır. Büdcədən artıq vəsait tələb olunduqda
parlament xərclərin artmasının qarşısını almaq üçün həmin xərclərin monitorinqini və nəzarətini
həyata keçirə bilər. Müşahidələr göstərir ki, Azərbaycan parlamenti aşkar olaraq bu
səlahiyyətlərə malik deyil. Son illərin təcrübəsi göstərdi ki, MM ildən-ilə artan hərbi xərclərin icra
prosesinə nəzarət edə bilmir. Bu xərclərin doğrudan da ölkənin müdafiə qüdrətinin
güclənməsinə sərf olunub-olunmadığı barədə suallar açıq qalır. Son illərdə müdafiə xərclərindən
istifadə prosesi ilə bağlı güc strukturları rəhbər orqanlarının parlament qarşısında hər hansı
hesabatlılığı gözə dəyməyib. Audit Palatasının orduda hər hansı yoxlamalar aparma təcrübəsi isə
məhduddur.
- dördüncüsü, parlament yerləşdirilmiş vəsaitlərin istifadəsi zamanı hökumət tərəfindən sui-
istifadələrin olub-olmadığını yoxlamalı, audit həyata keçirməlidir. Əlavə olaraq hesabat,
səmərəlilik və dəqiqliyi yoxlamaq üçün parlament vaxtaşırı bütün büdcəni yoxlayır. Bundan
əvvəlki hissədə qeyd etdiyimiz kimi, Azərbaycanda müdafiə büdcəsi təsdiq olunduqdan sonra
həmin dövrdə parlament tərəfindən hər hansı auditin həyata keçirilməsi ilə bağlı təcrübə ortada
yoxdur. Ötən illərdə Azərbaycan güc strukturlarının fəaliyyəti üçün ümumilikdə ayrılmış
milyardlarla vəsaitin necə istifadə olunduğu barədə parlamentin rəyi və təhlili olmayıb.
Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda insan haqlarının durumu - HESABAT (2015, noyabr)

More Related Content

Featured

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot
Marius Sescu
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPT
Expeed Software
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
Pixeldarts
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
ThinkNow
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
marketingartwork
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
Skeleton Technologies
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Kurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
SpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Lily Ray
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
Rajiv Jayarajah, MAppComm, ACC
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
Christy Abraham Joy
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
Vit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
MindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
RachelPearson36
 

Featured (20)

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPT
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 

Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda insan haqlarının durumu - HESABAT (2015, noyabr)

  • 1. ə ə ə ə İ caspiandefense@gmail.com | Cəsur Sümərinli 2015, NOYABR AZƏRBAYCAN TƏHLÜKƏSIZLIK VƏ MÜDAFIƏ SEKTORUNDA INSAN HAQLARININ DURUMU MONİTORİNQ-HESABAT
  • 2. “Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektorunda İnsan Haqlarının Monitorinqi” adlı layihə 2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən sektora aid edilən 6 qurumu (Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Hərbi Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi) əhatə edib. Araşdırma nəticəsində qeyd edilən dövlət qurumlarının fəaliyyətinə bu və digər dərəcədə təsir göstərən indikatorlar (əsgər ölümləri, insan haqları, korrupsiya və rüşvətxorluq, sosial təminat, informasiya siyasəti, hesabatlılıq, şəffaflıq və perspektivlər) nəzərə alınıb. Həyata keçirilmiş araşdırma onu göstərir ki, Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektorunda (bundan sonra : TMS) insan haqlarının durumu ilə bağlı vəziyyət gərgin olaraq qalır. Araşdırma media (online, çap mətbuatı, TV, sosial şəbəkələr) üzərində aparılmış monitorinq nəticəsində hazırlanıb. Hesabatla www.caspiandefense.wordpress.com səhifəsində də tanış ola bilərsiniz. Əlavə sual və təkliflərinizi caspiandefense@gmail.com ünvanına yazmağınızı xahiş edirik. TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ SEKTORU: İNFORMASİYA AÇIQLIĞI 2014-cü ilin ikinci yarısında Azərbaycanda bir sıra qanunlara dəyişikliklərin edilməsi, eyni zamanda güc strukturlarının rəhbərlikləri tərəfindən verilən rəsmi və qeyri- rəsmi göstəriş və əmrlərin nəticəsində medianın Təhlükəsizlik və Müdafiə Sektorunun (TMS) real vəziyyəti ilə bağlı məlumatlandırma siyasəti faktik olaraq iflasa uğradı. Belə ki, bir sıra indikatorlara istinad edərək qeyd etmək olar ki, 2012 və 2013-cü illə müqayisədə 2014 və 2015-ci illərdə medianın TMS-lə bağlı aktivliyi orta hesabla 80 azalıb. Monitorinq çərçivəsində əsasən aşağıdakı media üzərində araşdırma aparılmışdır: Online media Ənənəvi TV Çap media TMS saytları Sosial şəbəkə Contact.az, Azadliq.org, BBC-Azərbaycan, Xalq.az, Azeridefence.az, Qafqazinfo.az, Novator.az, APA.az, Trend.az, AzerTag.az, Modern.az, Minval.az, Moderator.az, Haqqın.az, Ann.az, Strateq.az, Report.az, Milli.az, Faktxeber.com, Anspress.com, Azvision.az, Oxu.az ANS TV, Xəzər TV, AzTV SpaceTV İTV “Azadlıq”, “Bizim Yol”, “Yeni Müsavat” “EXO” mod.gov.az, mns.gov.az, mdi.gov.az, mia.gov.az, dsx.gov.az Facebook, Twitter, Linkedin Online TV Meydan TV, “Azərbaycanın Səsi”, Kanal 13 TMS mətbuatı “Azərbaycan Ordusu”, “Hərbi Bilik” Azərbaycanda hərbi sahədə baş verən prosesləri işıqlandıran bir sıra hakimiyyət, müstəqil və müxalifət mətbuatının (yazılı, onlayn və TV) və eyni zamanda sosial şəbəkələrin üzərində həyata keçirilmiş araşdırmalar onu deməyə əsas verir ki, ötən 10 ay müddətində mətbuat tərəfindən TMS-ə aid təxminən 3570 məlumat (xəbər, reportaj, müsahibə, video və s.) hazırlanıb. Onların əksəriyyəti – təxminən 70 faizi online mediada dərc olunub.
  • 3. Sözügedən müddətdə araşdırmanın əhatə etdiyi 6 güc strukturunun mətbuat xidmətləri və digər səlahiyyətliləri tərəfindən cəmiyyətə təxminən 1350 informasiya ötürülmüşdür ki, onlardan ən çoxu Müdafiə Nazirliyinin payına düşür. Sözügedən müddətdə Müdafiə Nazirliyi tərəfindən cəmiyyətə orta hesabla 860, Müdafiə Sənayesi Nazirliyi tərəfindən 210, Dövlət Sərhəd Xidməti Tərəfindən 120, Daxili Qoşunlardan 50, Milli Təhlükəsizlik Nazirliyindən 70, Hərbi Prokurorluqdan isə 40 informasiya ötürülmüşdür. Maraqlısı odur ki, Müdafiə Nazirliyi tərəfindən cəmiyyətə ötürülən informasiyaların təxminən yarısı – 410-u cəbhə xəttində atəşkəsin pozulması və ya cəbhə xəttində cərəyan edən hadisələrlə ilə bağlıdır. 230-a yaxın xəbər Müdafiə Nazirliyinin beynəlxalq əlaqələri çərçivəsində baş verən tədbirləri (qarşılıqlı səfərlər, konfranslar, kurslar, təlimlər, seminarlar və s.) əhatə edir. 170-ə yaxın xəbər Müdafiə Nazirliyinin rəhbərliyinin və ayrı-ayrı nümayəndələrinin hərbi hissələrdə keçirdiyi görüşlər, həyata keçirilən tədbirlər, tikinti və yenidən qurma işlərini əhatə edir. Təxminən 50-yə yaxın xəbər isə mətbuatın ünvanladığı müxtəlif suallara verilən cavabları özünə daxil edir. Dövlət Sərhəd Xidmətinin yaydığı xəbərlərin 90 faizi qurumun hərbi hissələrində həyata keçirilən görüşlərə həsr olunub. Eyni göstərici Hərbi Prokurorluq, Daxili Qoşunlar və Milli Təhlükəsizlik Nazirliyinə də aiddir. Ötən müddətdə medianın TMS-də baş verən əsgər ölümləri ilə bağlı Hərbi Prokurorluğa çoxsaylı sualları olsa da, qurum tərəfindən əksər sualların cavabsız buraxıldığı müşahidə olunur. 2015-ci ilin yanvar-oktyabr aylarında qeyd edilən 6 hərbi strukturun heç birində media üçün hər hansı mətbuat konfransı və ya məlumatlandırma tədbiri keçirilməyib. Eyni zamanda qeyd edilən Təhlükəsizlik və Müdafiə Sektoru İnformasiya payı MN - 860 məlumat MSN - 210 məlumat DQ - 50 məlumat DSX - 120 məlumat MTN - 70 məlumat HP - 40 məlumat
  • 4. qurumların mətbuatla əlaqələrdə sistemli, müasir strategiyaya malik olduqları müşahidə olunmayıb. 10 ay ərzində TMS strukturlarının rəhbər və ya digər nümayəndələri (mətbuat xidmətləri istisna olmaqla) mediaya müxtəlif həcmli müsahibə və ya qısa açıqlama veriblər. Həyata keçirilmiş araşdırmanın nəticələrinə görə, ümumilikdə mediaya 34 ədəd müxtəlif həcmli müsahibə və ya qısa açıqlama verilib. Müdafiə Nazirliyi tərəfindən 10, Müdafiə Sənayesi Nazirliyi tərəfindən 15, DSX - 2, DQ - 3, HP-2, MTN-dən isə 2 açıqlama və müsahibə verilib. Adları çəkilən güc strukturları içərisində MTN və MN-in Facebook sosial şəbəkələrində səhifələri vardır. Amma bu qurumlar qeyd edilən səhifədə o qədər də aktiv deyillər. Digər qurumların isə sosial şəbəkələrdə fəallığı gözə dəymir. Araşdırmalar göstərir ki, TMS-də təmsil olunan güc strukturları informasiya baxımından cəmiyyətə açıq deyillər, onlar əksərən korrupsiya, cinayət hadisələrini cəmiyyətdən uzun müddət gizli saxlamağa üstünlük verirlər. Xüsusilə də bu hal Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Naziliyinin fəaliyyətində xüsusi diqqətə çarpır. İndiyədək adı çəkilən qurumların mətbuat xidmətləri və ya orada təmsil olunan şəxslər tərəfindən qeyd edilən qurumlarda həyata keçirilən anti-korrupsiya fəaliyyətləri barədə təfsilati verilməyib. Belə halda mətbuat müxtəlif qeyri-rəsmi mənbələrlə işləməyə məcbur olub. Hərbi-mülki münasibətlər kontekstindən yanaşılsa, qeyd edilən qurumların cəmiyyətlə əlaqələrində müsbətə doğru irəliləyiş hiss olunmur. Son ayların pozitiv xəbərlərindən biri Müdafiə Nazirliyinin hərbi hissələrində “Açıq qapı” günlərinin geçirilməsi ilə bağlı oldu ki, mətbuatın yazdığına görə, bu hadisə Müdafiə Nazirliyi ilə cəmiyyət, o cümlədən mətbuat arasında münasibətlərin qaydaya salınması üçün bir şansdır. Lakin bir sıra məlumatlar, xüsusilə də hərbi hissələrdə qeyri-qanuni halların sayının artması və bunların cəmiyyətdən israrla gizlədilməsi qeyd edilən prosesin müsbət perspektivinin ortaya çıxmasına şübhə yaradır. Müdafiə Nazirliyinin rəhbərliyi mətbuatla münasibətlərdə qapalılıq prinsiplərinə sadiqdir. Nəticədə medianın Silahlı Qüvvələrdə baş verən durum, əsgər ölümlərinin statistikası, büdcə planlaşdırması, silahlanma prosesi, tenderlər, həyata keçirilən islahatlar və s. barədə sualları cavabsız qalır. Nəzərə alınmalıdır ki, Azərbaycanın bir sıra hərbi strukturlarının, o cümlədən MN, MTN, DQ və DSX-nin qoşulduğu bir sıra beynəlxalq və ikitərəfli razılaşmalarda hərbi sistemin islahında cəmiyyətin geniş kütlələrinin iştirakı mövzusu önəmli yer tutur. Xüsusilə də Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı (Individual Partnership Action Plan) çərçivəsində razılaşdırdığı müddəalarda qeyd edilən məsələ əsas kontekstdədir. Amma təəssüf ki, bu gün TMS-ə daxil olan güc strukturlarının cəmiyyətə dolğun informasiya verilməsi prosesindən kənar olduqları müşahidə olunur. Monitorinqin həyata keçirildiyi dövrdə müxtəlif media qurumlarının əhəmiyyət kəsb edən məsələlərlə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə ünvanladığı ən azı 30 suala açıqlama almaq cəhdi uğursuzluqla nəticələnib, Müdafiə Nazirliyi həmin sualları cavabsız buraxıb. Müşahidə olunan proses ondan ibarətdir ki, Müdafiə Nazirliyi mətbuatda məhz özünün müəyyənləşdirdiyi informasiyaların dərc olunmasını tələb edir. Ordudakı bir çox neqativ hallarla, xüsusilə də əsgər ölümləri ilə bağlı mətbuatın dərc etdiyi məlumatlar Müdafiə
  • 5. Nazirliyinin rəhbərliyi tərəfindən hələ də “hərbi sirrin yayılması” kimi qarşılanır və bununla bağlı medianın açıq və dolayısı ilə təhdid edilməsi halları müşahidə olunur. Hərbi Prokuroqluq orqanları əvvəlki illərdə olduğu kimi 2015-ci ilin müvafiq dövründə də medianın hərbi strukturlarda baş verən cinayət, korrupsiya halları ilə bağlı unvanladıqları sualları əksər hallarda cavabsız buraxıb. Bu qurumun media ilə əlaqələrində ciddi problemlər müşahidə olunur. Bu qurumun kollegial iclasları zamanı rəhbərlik tərəfindən səslənən rəsmi fikirlər ziddiyyətlərlə doludur. Hərbi Prokurorluq orqanları TMS-də baş verən çoxsaylı əsgər ölümlərinin səbəbləri və günahkarların cəzalandırılması ilə bağlı mətbuata çox cüzi məlumat verirlər. Ötən 5 ilin praktikası göstərir ki, əsgər ölümlərinin səbəbləri və günahkarlarla bağlı Hərbi Prokurorluğun yaydığı məlumat ümumi əsgər ölümü statistikasının cəmisi 5 faizini təşkil edir. Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı cəmiyyətdə informasiya aclığı yaşanır. Bu qurumlarda baş verən proseslər: xüsusilə də korrupsiya və ona qarşı mübarizə, büdcə xərclənməsi, əsgər ölümləri və s. barədə mətbuata müntəzəm məlumatların verilməsi müşahidə olunmur. Müdafiə Sənayesi Nazirliyi rəhbərliyinin son illərdə cəmiyyətə qurumun tabeçiliyindəki istehsal müəssisələrinin istehsal etdiyi silah və hərbi texnikalar barədə müxtəlif informasiyalar verməsinə baxmayaraq, cəmiyyəti narahat edən mövzu: büdcə vəsaitlərinin müdafiə sənayesi hədəfləri çərçivəsində korrupsiyaya tuş gəlib-gəlməməsi kimi suallara cavab verməkdən boyun qaçırırlar. Nəzərə alınmalıdır ki, hər il ortalama Müdafiə Sənayesi Nazirliyi və onun tabeçiliyində olan obyektlərə dövlət büdcəsindən ortalama bir milyard manata yaxın vəsait ayrılır. Müşahidə olunan proses ondan ibarətdir ki, bu vəsaitin məqsədəuyğun xərclənməsi ilə bağlı cəmiyyətdə ciddi şübhələr var. Bunun əsas səbəbi isə büdcə vəsaitləri ilə bağlı cəmiyyət, o cümlədən media qarşısında hesabatlılıq və şəffaflığın olmamasıdır. Milli Təhlükəsizlik Nazirliyinin fəaliiyəti uzun illər Azərbaycan cəmiyyəti üçün sirr olub. Ötən illərdə, o cümlədən bu il ərzində xüsusi xidmət orqanlarının spesifikliyindən sui-istifadə halları geniş vüsət alıb. Bu kontekstdə MTN rəsmiləri uzun illər Azərbaycan mediasını, ayrı-ayrı jurnalistləri təzyiq və təsir altında saxlayaraq ümumilikdə qurumun fəaliyyəti ilə bağlı cəmiyyətdə - mediada hər hansı tənqidi informasiyanın olmasına qarşı çıxıblar. Eyni zamanda MTN tərəfindən mediaya ordudakı problemlərin dərc olunmasına qarşı ciddi basqıların törədildiyi barədə məlumatlar var. Bunun nəticəsində Azərbaycan mediası qeyd etdiyimiz kimi, 2014-cü ilin ikinci yarısından başlayaraq TMS-dəki proseslərə marağını hissediləcək dərəcədə azaldıb. Bu ilin oktyabr ayında prezident İlham Əliyevin Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifədən çıxartdıqdan sonra nazirlikdə cərəyan edən proseslər, onlarla general və polkovnikin vəzifələrindən çıxarılması və eyni zamanda bir çoxunun həbsi, 100-dən artıq yüksək və orta vəzifəli şəxsin vəzifəsindən çıxarılması və s., cəmiyyədə MTN mövzusunu bir saylı müzakirə obyekti edib. Bunun nəticəsində MTN-də indiyədək baş vermiş bir çox cinayətlər, korrupsiya halları mətbuat tərəfindən xüsusi həvəslə işıqlandırılır. Bu kontekstdə xüsusi olaraq hakimiyyətyönlü medianın fəallığı diqqəti çəkir.
  • 6. TMS: PARLAMENT QARŞISINDA QEYRİ-HESABATLILIQ Müşahidə olunan proses onu deməyə əsas verir ki, Azərbaycanda nəinki media, eyni zamanda Milli Məclis üzvləri TMS-də baş verən proseslər, müdafiə xərclərinin nə şəkildə xərclənməsindən, onun səmərəli olub-olmamasından məlumatsız qalırlar. Araşdırmalar göstərir ki, Azərbaycanın müdafiə xərclərinin təfərrüatları (planlaşdırılması və xərclənməsi ilə bağlı məlumatlar) yalnız Maliyyə Nazirliyində, Nazirlər Kabinetində və Prezident Adminstrasiyasında bəzi şəxslərə bəllidir. 2005-2012-ci illərdə Müdafiə Nazirliyi və digər güc strukturlarının müdafiə xərclərinin formalaşdırılması prosesinə təsiri aşağı olsa da 2013-cü ildən başlayaraq bu istiqamətdə balansın güc strukturlarının rəhbərlərinin xeyrinə dəyişildiyi hiss edilir. Parlamentdə, xüsusilə də Təhlükəsizlik və Müdafiə Komitəsində təmsil olunan millət vəkillərinin isə müdafiə xərclərinin detalları barədə bilgiləri ya aşağıdır, ya da ümumiyyətlə, yoxdur. Müşahidələr göstərir ki, Milli Məclis deputatlarının TMS-dəki durum, müdafiə xərclərinin detalları barədə ətraflı məlumat əldə etmə imkanları da məhduddur. Onların bu istiqamətdə ciddi problemləri mövcuddur. Millət vəkilləri silah-alqı satqılarına müdaxilə etmək, müdafiə xərclərinin hansı hissələrinin şəxsi heyətin sosial problemlərinin həllinə, ordu üçün kadr hazırlığına yönəldiyi barədə məlumatlar əldə etmək, araşdırma aparmaq səlahiyyətində deyillər. Eyni zamanda Parlamentin TMS-də insan haqlarının durumuna təsir etmək imkanları da məhduddur. Mətbuatın monitorinqi nəticəsində bu istiqamətdə hər hansı pozitiv göstərici qeydə alınmayıb. Dünyanın əksər yerlərində təhlükəsizlik məsələləri ilə bağlı büdcənin qəbulu və ona nəzarət səlahiyyəti parlamentin əsas funksiyalarına daxildir. Lakin həmin rolun icra olunmasında arzu və imkanlar dövlətdən dövlətə fərqlənir. Düzdür, bir sıra dövlətlərdə parlamentarlar müdafiə xərclərinin mühüm detalları barədə məlumat toplaya bilmirlər və onların fəaliyyəti məxfiliklə məhdudlaşdırılır və nəticədə deputatlar müəyyən vəsaitlərin yerləşdirilməsi və xərclər barədə məlumatlar əldə etməyə çətinlik çəkirlər. Azərbaycan kimi ölkələrdə müdafiə xərclərinin formalaşdırılması və istifadəsi məsələsi daha çox ölkə rəhbərliyi və silahlı qüvvələrin ixtiyarına buraxılır və bu prosesdə parlamentin rolu məhdudlaşdırılır. Son iki il ərzində Azərbaycanda TMS-lə bağlı iki ciddi hadisə baş versə də (2013-cü ildə Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklik və 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin faktiki həbsi) onların heç biri Milli Məclisin müzakirəsinə çıxarılmadı və ona Parlament tərəfindən hər hansı qiymət verilmədi. Halbuki həm birinci, həm də ikinci halda söhbət TMS-də ciddi cinayət hallarından, büdcə vəsaitlərinin mənimsənilməsindən gedirdi və Parlamentin ümumilikdə və eyni zamanda Təhlükəsizlik və Müdafiə Komitəsi çərçivəsində buna qiymət verməsi qaçılmaz idi. Bununla yanaşı Hərbi Prokurorluq orqanlarının qeyd edilən hər iki nazirlikdə baş verən hadisələrlə bağlı hər hansı ciddi araşdırmalar aparması cəmiyyətə bəlli deyil, ən azından bununla bağlı mətbuata indiyədək təfsilatlı məlumat verilməyib. Həyata keçirilən müşahidələr göstərir ki, TMS-in Parlament qarşısında qeyri-hesabatlılığı - qapalılıq bir sıra ciddi problemlərin ortaya çıxmasına səbəb olur: - büdcə nəzarətsiz qalır, oğurlanır, büdcənin korrupsiyaya uğramasına şərait yaranır;
  • 7. - Silahlı Qüvvələrin, güc strukturlarının təyinatına uyğun istifadə olunmadığı şərait yaranır; - TMS-n nəzarətsizliyinə səbəb olur, Silahlı Qüvvələrin, güc strukturların demokratik idarəolunmasının qarşısını alır; - TMS-də müasir standartlara uyğun islahatların həyata keçirilməsinə maneçilik törədir; - Əsgər ölümlərinin sayının artmasına, cinayətkarların cəzalandırılmamasına gətirir, - Təhlükəsizlik və müdafiə sektorunda insan haqlarının pozulmasına səbəb olur; - Zərurətdən artıq silahlanmanın aparılmasına səbəb olur; - Silah və texnikanın alınması üzrə korrupsiya faktlarının artmasına səbəb olur; - Dövlətlərarası münasibətlərdə sui-istifadəyə, şəxsi mənfəətlərin güdülməsinə səbəb olur və s. TMS: MÜDAFİƏ XƏRCLƏRİNİN QEYRİ-ŞƏFFAFLIĞI Mətbuatda dərc olunan rəsmi məlumatlara görə, 2015-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait nəzərə alınmaqla) müdafiə xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait nəzərdə tutulub. Bu isə 2014-cü illə müqayisədə 3,1 faiz-bənd çoxdur. Ümumilikdə, bu il müdafiə xərcləri üçün 1 milyard 778,5 milyon manat vəsait ayrılıb. Bu da 2014-cü il üçün nəzərdə tutulan proqnozdan 8,6 faiz çox deməkdir. Qeyd edək ki, 2014-cü ildə müdafiə xərcləri üçün 1 milyard 637,4 milyon manat ayrılıb. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri 2015-ci il dövlət büdcəsi xərclərinin 5,8 faizini təşkil edir. Eyni zamanda, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına aid olan infrastrukturlar üzrə investisiya layihələri üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub. Ümumilikdə, 2015-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri üçün 1 milyard 227,1 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur ki, bu da 2014- cü il üçün nəzərdə tutulan proqnozdan 1,1 faiz azdır. Qeyd edək ki, 2014-cü ildə bu sahənin xərcləri üçün 1 milyard 240,3 milyon manat ayrılıb. Xüsusi diqqət çəkən məsələ ondan ibarətdir ki, bu gün bir çox ekspertlər ölkədə müdafiə xərclərinin bölüşdürülməsi ilə bağlı əsaslı, beynəlxalq standartlara əsalanan strategiyanın yoxluğu, bu sahədə qeyri-şəffaflıq, qeyri-səmərəlilik və qeyri-hesabatlılığın olmasından narahatdırlar. Beləliklə, müşahidə olunan vəziyyət onu göstərir ki, bu gün Azərbaycan cəmiyyətində müdafiə xərcləri ilə bağlı aşağıdakı bir neçə sual qalmaqdadır:
  • 8. - Ayrı-ayrı qoşun növləri üçün nə qədər vəsait ayrılır? - Ölkədə Silahlı Qüvvələrin quruculuq strategiyası olmadığı bir dövrdə müdafiə xərclərinin ildən-ilə artımının konkret səbəbləri nələrdir? - Hərbi xərclərin kəskin artımını konkret olaraq hansı şəxslər əsaslandırır və onların arqumenti nədən ibarətdir? - Ordu üçün nəzərdə tutulmuş vəsaitdə hərbi qulluqçuların maddi təchizatı - konkret olaraq ərzaq, geyim, məvacib təminatı üçün nə qədər pul ayrılır? - Xidmətdə və ehtiyatda olan zabit və gizirlərin sosial problemlərinin həlli baxımından müdafiə xərcləri nə dərəcədə əsaslıdır? TMS-də təmsil olunan qurumların, xüsusilə də Müdafiə Nazirliyinin ehtiyatda olan hərbi qulluqçulara olan borcu qaytarılacaqmı? - Silahlı Qüvvələrə ayrılmış vəsaitin konkret olaraq neçə faizi müasir silah və hərbi texnika növlərinin alınmasına xərclənir? Konkret olaraq hansı dövlətlərdən və standartlara uyğun silah və texnikanın alınmasına üstünlük verilir: NATO ölkələri, yoxsa Rusiya? Bu istiqamətdə planlaşdırılan fəaliyyət nə dərəcədə əsaslıdır? - Müdafiəyə ayrılmış vəsaitdən düzgün istifadə olunacağına, mənimsənilməyəcəyinə zəmanət verilirmi? Bu istiqamətdə hüquq-mühafizə orqanları qarşısında hansı tapşırıqlar qoyulur? - Müdafiə xərclərinin artımı ilə orduda nə dəyişib? Silahlı Qüvvələrdə itkilərin sayının artmasının səbəbləri nədir və bunun müdafiə xərcləri ilə nə dərəcədə bağlılığı var? Beləliklə, müşahidələr göstərir ki, TMS-in, ayrıca olaraq Silahlı Qüvvələrin gələcəyini müəyyən edən strateji sənədlərin hələlik ortada olmadığı səbəbindən bilinmir ki, müdafiə xərcləri üçün hansı hədəflər əsas götürülür. Rəsmi bəyanatlarda Azərbaycanın işğal altında olan torpaqları geri qaytarmağa hazırlaşdığı və bu baxımdan müdafiə xərclərinin kəskin artdığından bəhs olunur. Amma aydındır ki, hər hansı gözlənilən hərbi əməliyyat üçün həyata keçirilən islahatlarda insan faktoru mütləq nəzərə alınmalıdır. Yəni ilk növbədə zabitlərin və gizirlərin məvacibləri artırılmalı, müdafiə xərcləri bu hədəfə yönəlməlidir. Amma hazırda ölkədə bu müşahidə olunmur və o baxımdan və həm də digər xeyli səbəblərdən müharibə ehtimalı da sual altına düşür. Belə olduqda hərbi xərclərin kəskin artımının səbəbləri ilə bağlı hökumətə yönəlik sual yağışı davam edəcək. Müdafiə xərclərinin bölüşdürülməsində əsgər amili nə dərəcədə diqqətə alınır? 2003-2004-cü illərdə aparılan qeyri-rəsmi hesablamalar onu göstərirdi ki, 1 əsgərin qidalanmasına gündəlik olaraq 2 manat civarında vəsait ayrılır və ümumilikdə bir əsgərin geyimi, yeməyi və ona ödənilən cüzi məvacib 1 ilə təxminən 800-900 manata başa gəlirdi. İndi bu neçəyə başa gəlir? Hər hansı artım varmı? Büdcə xərclərinin kəskin artımı bu prosesə də təsir göstərirmi? Bu suallar hələlik cavablandırılmamış qalır. Bu gün Müdafiə Nazirliyinin xeyli sayda ehtiyatda olan hərbi qulluqçuya borcu var. Bu borclar istifadə olunmamış əşya-əmlaka görə, məzuniyyətə görə yaranıb. Bir qismi borclar isə vaxtilə cəbhə xəttində xidmətə görə ödənilən vəsaitin 3 qat deyil, 2 qat ödənməsindən yaranıb. Ən
  • 9. vacib borc sırasına isə mənzillər daxildir. Ümumilikdə, bu gün Müdafiə Nazirliyinin borclu olduğu insanların sayı minlərcədir və belə olan təqdirdə büdcə xərclərinin artırılmasında hədəf nələrdir? Niyə görə Müdafiə Nazirliyi bütün bu borcları ödəmir və ya müşahidə olunan hər hansı ləngimənin səbəbləri nədən ibarətdir? Mətbuatın monitorinqi göstərir ki, TMS-də təmsil olunan strukturlar medianın qeyd olunan istiqamətlərdə suallarını cavabsız buraxır. ƏSGƏR ÖLÜMLƏRİ: SƏBƏBLƏR VƏ PERSPEKTİVLƏR Son 4-5 illə müqayisədə 2015-ci ildə itkilərin ümumi sayında azalma müşahidə olunsa da Xəzər Hərbi Tədqiqatlar İnstitutu Azərbaycanın Müdafiə Təhlükəsizlik sektorunda baş verən itkilərin sayının reallıqda artıq ola biləcəyini istisna etmir. Ötən illərdən fərqli olaraq məhz son bir il ərzində TMS-də əsgər ölümləri barədə hər bir informasiyanın mediaya çıxması yolunda güc strukturlarının, xüsusilə də MN və MTN-in qeyri-rəsmi senzurası mövcuddur. Beləliklə, monitorinqin həyata keçirildiyi müddətdə Azərbaycan mətbuatına əsgər ölümləri barədə hər hansı məlumatı dərc etməyə və paylaşmağa qeyri-rəsmi qadağa qoyulması səbəbindən TMS-də əsgər ölümlərinin real statistikasını əldə etmək çətin olub. Amma buna baxmayaraq rəsmi və qeyri-rəsmi məlumatların monitorinqi göstərir ki, TMS-də əsgər ölümlərinin sayının azalması tendensiyasından danışmaq hələ tezdir. Kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərində aparılan monitorinqin nəticələrinə görə, 2015-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 67 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 31-i döyüş (28-i erməni gülləsi, 3 nəfəri mina partlayışı), 36 nəfəri isə qeyri-döyüş itkiləridir. Belə ki, 8 nəfər intihar edib, 9 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 5 nəfər avtoqəza nəticəsində, 3 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, bir nəfər naməlum səbəbdən, 6 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 3-ü Fövqəladə Hallar Nazirliyinin və 2-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır. 2015-ci ildə dünyasını dəyişən əsgərlər: səbəblər Erməni gülləsi - 28 nəfər Mina - 3 nəfər İntihar - 8 nəfər Q-nizamnamə - 9 nəfər Avto-qəza - 5 nəfər Ehtiyatsızlıq - 3 nəfər Günvurma - 2 nəfər Naməlum - 1 nəfər
  • 10. 2015-ci ildə 21 hərbi qulluqçu bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 11 hərbi qulluqçu erməni gülləsindən, 3 nəfər avtomobil qəzasından, 4 nəfər mina partlayışından, bir nəfər qeyri nizamnamə hadisələrindən, bir nəfər intihar cəhdindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət edirlər. Belə bir vəziyyətdə bəzi güc strukturlarının rəhbərlikləri ictimai rəyi çaşdırmağa cəhd edirlər. Xüsusilə hərbi prokuror, Ədliyyə general-leytenantı Xanlar Vəliyevin oktyabrın 1-də “Xalq” qəzetində dərc olunan məqaləsində ziddiyyətli məqamlar mövcuddur. Hərbi prokuror iddia edir ki, 2003-cü illə müqayisədə 2015-ci ildə adam öldürmə 2,2 dəfə, ehtiyatsızlıqdan olan ölüm 2015-ci ildə dünyasını dəyişən hərbi qulluqçuların güc strukturları üzrə payı MN - 59 nəfər DSX - 3 nəfər FHN - 3 nəfər MTN - 2 nəfər 2015-ci ildə yaralanan hərbçilər: səbəblər Erməni gülləsi - 11 nəfər Avto-qəza - 3 nəfər Mina - 4 nəfər Q-nizamnamə - 1 nəfər İntihar cəhdi - 1 nəfər Bədbəxt hadisə - 1 nəfər
  • 11. hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55%, digər səbəblərdən ölümlər isə 10% azalıb. Onun sözıərinə görə, 2003-cü illə müqayisədə 2015-ci ildə ölümlərin sayı 2 dəfə azalıb, cari ildə zəhərlənmə və donvurma nəticəsində ölüm hadisələri ümumiyyətlə qeydə alınmayıb. Amma CDSİ-nin apardığı araşdırmalar nəticəsində ortaya çıxan faktlar hərbi prokurorun fikirlərində ciddi ziddiyyətlərin olduğunu üzə çıxardır. Aşağıda təqdim olunan cədvəldən aydın olur ki, itkilərin sayı 2003-cü illə müqayisədə nəinki azalmayıb, hətta artıb. Üstəlik iki nəfər qar uçqunundan (cədvəldə bu bədbəxt hadisələr kateqoriyasına daxil edilib) yaranan donvurmadan dünyasını dəyişdiyi bildirilir ki, X.Vəliyev ümumiyyətlə, bunu təkzib edir. Araşdırmalar göstərir ki, X.Vəliyevin statistikası o zaman həqiqət ola bilər ki, 2003-cü il itkiləri barədə rəqəmlərin daha çox olması barədə alternativ statistika irəli sürsün. 2003 və 2015-ci illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişənlərin müqayisəli göstəriciləri (CDSİ) İllər/ səbəblər Qeyri-döyüş Döyüş Cəm Güc strukturları üzrə təsnifat Qeyri nizam-ə hadisəsi Intiharlar, ehtiyatsızlıq Avto və təyyarə qəzalar Bədbəxt hadisələr Xəstəliklər (zəhər-mə) Müəmmalı, naməlum ölüm əməliyyat tədbiri Erməni gülləsi Mina part-ı 2015 9 11 5 4 6 1 0 28 3 67 MN-59, DSX-3, FHN-3, MTN-2 2003 10 8 1 5 7 3 0 16 7 57 MN-54, DSX-2, ƏN-1 Ümumilikdə isə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (CDSİ) tərəfindən aparılan 2003-cü ildən bu yana Azərbaycan Təhlükəsizlik və Müdafiə Sektoru üzrə əsgər ölümlərinin statistikası itkilərlə bağlı ümumi təsəvvürü yaratmağa imkan verir: 2003-2015-ci illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişənlərin müqayisəli göstəriciləri (CDSİ) İllər/ səbəblər Qeyri-döyüş Döyüş Cəm Güc strukturları üzrə təsnifat Qeyri nizam-ə hadisəsi Intiharlar, ehtiyatsızlıq Avto və təyyarə qəzalar Bədbəxt hadisələr Xəstəliklər (zəhər-mə) Müəmmalı, naməlum ölüm əməliyyat tədbiri Erməni gülləsi Mina part-ı 2015 9 11 5 4 6 1 0 28 3 67 MN-59, DSX-3, FHN-3, MTN-2 2014 11 17 13 3 10 4 0 29 4 91 MN-80, DSX-3, DQ-4, ƏN-4 2013 10 16 17 9 14 3 1 11 0 81 MN-61, DSX-6, DQ-10, XDMİ-1, SHXÇDX-1, FHN-2 (Naxçivan FHN-1) 2012 19 19 16 8 14 1 1 16 3 97 MN-84, DSX-6,DQ-4, MTN-2, SHXÇDX-1 2011 17 12 17 17 12 9 1 13 1 99 MN-89, DSX-4, DQ-5, XDMİ-1 2010 16 9 15 1 7 5 1 16 1 71 MN (əksəriyyət) 2009 18 5 10 7 8 4 1 8 3 64 MN-57, DSX-3, DQ-1, MTN-2, XDMİ-1 2008 10 11 6 14 7 3 3 18 0 72 MN-61, DSX-5, DQ-5, ƏN-1
  • 12. 2007 15 10 7 5 1 2 0 16 6 62 MN-58, DSX-3, DQ-1 2006 6 7 8 12 1 1 0 12 1 48 MN-45, DSX-2, MTN-1 2005 4 4 2 3 0 2 0 22 2 39 MN-33, DSX-5, DQ-1 2004 10 5 1 7 0 0 0 10 4 37 MN-35, DSX-1, DQ-1 2003 10 8 1 5 7 3 0 16 7 57 MN-54, DSX-2, ƏN-1 Cəm 155 134 118 95 87 38 8 215 35 885 MN-787 , DSX-43, DQ-32, ƏN-6, MTN-7, SHXÇDX-2, FHN-5, XDMİ-3 Beləliklə, 2003-cü ildən bu günə Azərbaycanın Təhlükəsizlik və Müdafiə Sektoru üzrə həyata keçirilən araşdırmalar göstərir ki, əsgər ölümləri əsasən 4 istiqamətdə özünü göstərir: Səbəblər Ölənlərin sayı 1 Qeyri-nizamnamə halları (o cümlədən intiharlar) 289 nəfər 2 Ermənistan ordusunun gülləsi 215 nəfər 3 Bədbəxt hadisələr (o cümlədən avto və təyyarə qəzaları) 213 nəfər 4 Digər hallar (o cümlədən xəstəliklər) 168 nəfər Cəm 885 nəfər Araşdırmalar göstərir ki, cəbhə xəttində əsgərlərin həlak olmalarının əsas səbəbi müharibə şəraiti ilə bağlı olsa da, mətbuatda dərc olunan bir sıra iddialara görə, itkilərin bir çoxusu təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verir. Ümumilikdə, araşdırmalar göstərir ki, TMS-də itkilərin bir sıra səbəbləri dəyişməz qalır: Ümumi səbəblər TMS-daxili problemlər Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması səbəbindən Silahlı Qüvvələrin böyük hissəsinin ekstremal şəraitdə xidmət etməsi Hərbi Hissələrin müasirləşdirilməsi və NATO standartlarına keçidi istiqamətdə qarşıya qoyulan hədəflərin qeyri-müəyyən olması Cəbhə xəttində xidmət edən hərbi qulluqçularda ehtiyatsızlıq hallarının artması Hərbi qulluqçuların sosial təminatının aşağı olması və son illər müdafiə xərclərinin kəskin artımına baxmayaraq bu istiqamətdə diqqət çəkən işlərin görülməməsi Azərbaycan Silahlı Qüvvələrinin peşəkar – müqaviləli sistemə keçidinin ləngiməsi Müdafiə xərcləri sosial yönümlü deyil, yəni məvaciblərə, mənzil təminatına, güzəşt və imtiyazlara sərf olunmur Cəmiyyət və hərbi-siyasi rəhbərlik tərəfindən təhlükəsizlik və müdafiə sektorunun qayğılarına laqeydlik göstərilməsi Orduda xidmət yükünün bərabər paylaşdırılmaması, nəticədə nizam-intizamın zəifləməsi Qanunların alilyinin və insan hüquqlarının təmin olunmasında geriləmələr Kadr siyasətində ədalətsizlik, mülki və hərbi vəzifələrin konkret və aydın ayrılmaması Ordu ilə cəmiyyət arasında qarşılıqlı əlaqənin səmərəli qurulmaması Hərbi hissələrdə mənəvi-psixoloji gərginlik Cəbhə xəttinin uzun olması səbəbindən şəxsi heyətin paylaşdırılmasına problemlərin ortaya çıxması İdarəçilik sisteminin sovet sisteminə uyğunluğu, kiçik zabit heyətinin və komandirlərin şəxsi heyətlə iş bacarığının və idarəetmə təcrübəsinin zəif olması, nəticədə hərbi qulluqçular arasında tabeçilik
  • 13. münasibətlərində problemlərin ortaya çıxması Mühəndis-istehkam işlərinin zəifliyi, müşahidə vəsaitlərinin azlığı Baş vermiş cinayət hadisələrinin bir çox hallarda dərindən araşdırılmaması Hakimiyyətin, Nazirlər Kabinetinin, Milli Məclisin, Ombudsmanın laqeydliyi Qeyri-hesabatlılıq, qapalılıq və qeyri-şəffaflıq. Cəmiyyət qarşısında cavebdehlik daşımaq məsuliyyətindən müdafiə olunmaq instinktinin itirilməsi Ölkə ictimaiyətinin, vətəndaş cəmiyyətinin, siyasi partiyaların, həmkarlar təşkilatlarının, QHT-lərin və digər ictimai birliklərin, əsgər anaları təşkilatlarının və övladlarını itirmiş valideynlərin ölüm hadisələrinə və bütövlükdə Ordu quruculuğu proseslərinə biganə yanaşması Silahlı Qüvvələrin daxili institutların lazımi səviyyədə işləməməsi, elmi-tədqiqat işlərinin zəif aparılması Güc strukturlarının mərkəzi aparatlarının şəxsi heyətlə iş üzrə idarə rəhbərliklərinin ölüm hadisələrinin qarşısının alınması məqsədilə profilaktik və preventiv tədbirlərin təşkilinə məsuliyyətsiz yanaşması Ordu birləşmələri və briqada qərargahlarında müvafiq vəzifələr tutan general və baş zabitlərin ölum hadisələrinə görə bir qayda olaraq cinayət məsuliyyətindən kənarda qalması Silahlı Qüvvələrdə korrupsiya hallarının olması, bir sıra tikinti işlərinin hərbi qulluqçuların vəsaitləri hesabına aparılması Hərbi qanunvericiliyin təkmil olmaması Qeyri-nizamnamə hadisələrindən (o cümlədən intiharlar) itkilərin sayının artmasının əsas səbəbləri hərbi qulluqçuların bilik azlığı, onların psixoloji durumda çatışmazlıq, xidmət stimulunun bir çox hallarda olmaması, xidmətdə laqeydliyin yaranması, daxili tərbiyə sisteminin zəif olmasıdır. 2003-cü ildən bu yana TMS-də itkilərin ümumi sayının – 885 nəfərin 289 nəfərini məhz qeyri-nizamnamə halları təşkil edir. Müşahidələr göstərir ki, 2007-ci ildən etibarən bu tip itkilərin sayının artması tendensiyası davam edir. Orduda intiharlar müxtəlif səbəblərdən yozula bilər. Araşdırmalar göstərir ki, bu tip itkilərin əsas səbəbi şəxsi heyətin psixoloji vəziyyəti ilə əlaqədardır. Şəxsi heyətin ünsiyyət probleminin olması, cəmiyyətin deqradasiyası, cəmiyyətlə ordu arasında keçidin sağlam olmaması, orduda psixoloq institutunun fəaliyyətində problemlər, dini təsisatın olmaması, sosial təminatın aşağı olması bu tip itkilərə səbəb olur. Məhz 2003-cü ildən bu yana 134 Azərbaycan hərbçisi intihar edərək həyatına son qoyub. Düzdür, son iki ildə Müdafiə Nazirliyində psixoloqların fəaliyyətə başlaması barədə mətbuatda məlumatlar dərc olunur. Lakin hələlik bu təsisat sistemli şəkildə deyil və Silahlı Qüvvələrin və ümumilikdə TMS-i tam əhatə etmir. Hərbi itkilərin səbəbləri arasında əsas yerlərdən birini məhz müxtəlif qəzalar tutur. Son illər üçün bu çox aktual mövzudur. Araşdırmalar göstərir ki, 2003-cü ildən bu yana 118 hərbi qulluqçu təyyarə və avtomobil qəzasından dünyasını dəyilşib. Əsas səbəblər orduda nəqliyyatın idarə olunması ilə bağlı problemlərin olması, əksər xidməti məsələlərin həllində zabitlərin şəxsi
  • 14. maşınlarından, özəl nəqliyyat vasitələrindən istifadə olunmasıdır. Silahlı Qüvvələrin avtomobil təminatında ciddi problemlərin mövcud olduğuna dair də məlumatlar var. Mətbuatın yazdığına görə, son bir il ərzində Silahlı Qüvvələrin peşəkar sürücülərlə təmin olunması istiqamətində addımlar atılır. Lakin hələlik bu, bütün SQ-ni əhatə etmir və onun müsbət nəticələri hələlik ortada deyil. Diqqət çəkən istiqamətlərdən biri də, TMS-də qeyri-müəyyən, naməlum səbəblərdən dünyasını dəyişən hərbi qulluqçularla bağlıdır. Əslində bu yanaşma keçicidir. Hər hansı itki olan zaman bir sıra hallarda rəsmi strukturlar – o cümlədən Müdafiə Nazirliyi və Hərbi Prokurorluq açıqlama verməyə tələsmir və səbəblər cəmiyyət üçün qapalı qalır. Bunların bəziləri sonradan cəmiyyət üçün açıqlanır, amma bir çoxu qapalı olaraq qalır. O səbəbdən bu tip itkilər monitorinq qrupu tərəfindən naməlum hesab edilir. 2003-cü ildən bu yana bu tip itkilərin sayı 38-dir. Belə hadisələrin kökündə zabit və komandir heyətinin şəxsi heyətə zəif nəzarəti durur. İstintaq işlərinin ciddi aparılmamasına dair məlumatlar mövcuddur. Bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayının artması diqqət çəkən məsələlərdəndir. 2003-cü ildən bu yana 95 nəfər nəfər bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu tip itkilərin baş verməsi səbəbləri arasında ən başlıca yeri şəxsi məsuliyyətsizlik, müxtəlif növ texniki nasazlıqlar, xidmətdən kənar hərəkətlər, hərbi qulluqçulardan şəxsi məqsədlər üçün istifadə olunması və s. durur. Ötən illərdə olduğu kimi, 2015-ci ildə də hərbi qulluqçuların müxtəlif şəxsi tikinti məqsədləri üçün sui-istifadə olunması hallarına rast gəlinir. Son dəfə bununla bağlı məlumat mətbuatda oktyabr ayında işıq üzü görüb, Müdafiə Nazirliyinin son reaksiyası hələlik ortada deyil. Cəbhə xəttində erməni snayperinin gülləsindən hər il onlarla Azərbaycan əsgəri dünyasını dəyişir və ya yaralanır. 2003-cü ildən bu yana bu tip itkilərin sayı 215 nəfər təşkil edib. Bu tip itkilərin əsas məsuliyyəti Azərbaycan ərazisini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin boynunda olsa belə, Azərbaycan tərəfinin də çatışmazlıqları müzakirə mövzusudur. Buraya mühəndis-istehkam işlərinin zəifliyi, bir sıra hallarda gecə-gündüz görmə cihazlarının olmaması, şəxsi heyətin biliksizliyi, səngər xəstəliyi və s. daxilidr. Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanması üzrə aparılan siyasi danışıqların iflasa uğraması bu tip itkilərin sayını artırır. İtkilər in səbəbləri arasında əsas yeri tutanlardan biri müxtəlif növ xəstəliklər və zəhərlənmə hallarıdır. 2003-cü ildən bu yana bu səbəblərdən dünyasını dəyişənlərin sayı 87 nəfəri keçib. Bunun əsas səbəbi hərbi qulluqçuların bir sıra hallarda xəstə çağırışçıların hərbi xidmətə çağırılması, mülki həyatda və xidmət dövründə normal qidalanmaması, orduda milli menyunun olmaması, su və təminat qıtlığıdır. Xüsusilə də TMS-də tibbi təminatla, bu sahədə rüşvət və korrupsiya halları ilə bağlı ciddi problemlərin olduğu haqda mətbuatda bir neçə məqalə dərc olunub.
  • 15. KORRUPSİYA VƏ RÜŞVƏTXORLUQ Araşdirmalar göstərir ki, Azərbaycanın güc strukturlarına qarşı korrupsiya ittihamları səngimir. 2015-ci ilin ilk 10 ayı üzrə mətbuat üzərində həyata keçirilən araşdırmalara görə, daha çox Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Milli Təhlükəsizlik Nazirliklərinin adları korrupsiya ittihamlarında sadalanır. Xüsusilə qeyd etmək lazımdır ki, MTN-də rəhbər dəyişiklikləri baş verəndən sonra məhz bu qurumda korrupsiya və digər cinayətlərin baş verməsi medianın əsas müzakirə mövzusudur. Beləliklə, cari ildə mediada TMS-də korrupsiya halları ilə bağlı olunan məqalələrin təxminən 25 faizində Müdafiə Nazirliyindəki korrupsiya hallarından danışılır. MTN-in bu statistikada yeri son olaylardan sonra təxminən 40 faiz təşkil edir. MSN-lə bağlı statistika 15 faiz göstərir. HP – 10 faiz, DQ -5 və DSX isə 5 faiz təşkil edir. Mətbuatın monitorinqi göstərir ki, bu gün Azərbaycanın güc strukturlarında korrupsiya və rüşvətxorluq halları aşağıdakı istiqamətlərdə özünü göstərir: - Xarici və yerli hərbi sənaye müəssisələrindən silah və texnikanın alınmasında; - Yerli müəssisələrdə və xarici hərbi sənaye obyektləri ilə müştərək silah və hərbi texnika istehsalında və satışında; - Silah və texnikanın əsaslı təmirində, onların saxlanımaslında və utilizasiyasında; - Hərbi tədbir və təlimlərin keçirilməsində; TMS-də Korrupsiya: Medianın dəyərləndirməsi MN - 25% MTN - 40% MSN - 15% HP - 10% DSX - 5% DQ - 5%
  • 16. - Müxtəlif təyinatlı tenderlərin keçirilməsində; - Hərbi təyinatlı tikinti sahəsində; - Hərbi birləşmələrin yanacaq-sürtkü materialları ilə təminat sahəsində; - Hərbi qulluqçuların ərzaq, geyim və digər (o cümlədən mənzil) təminatlarında. Eyni zamanda aşağıdakı proseslərdə də korrupsiya və rüşvətxorluq hallarının mövcudluğuna dair məlumatlar var: - Hərbi xidmətə çağırış sistemində; - işə qəbulda, kadr siyasətində, kadrların hazırlığında və kadrların yerləşdirilməsində; - rütbələrin verilməsində; - tibb xidmətlərinin göstərilməsində; - hərbi qulluqçulara pul kompensasiyalarının ödənilməsində. Müdafiə Nazirliyində korrupsiya, mənimsəmələr, maliyyə mənimsəmələri, rüşvətxorluq hallarına həsr olunan məqalə və xəbərlərin təhlili əsasən aşağıdakı istiqamətlərdə göstəriciləri ortaya çıxarıb: - Hərbi silah və texnikanın alışı zamanı mənimsəmələr – 40 faiz; - Hərbi büdcənin israfçılığı – 25 faiz; - Təchizat prosesi, o cümlədən tenderlərlə bağlı mənimsəmələr – 15 faiz; - Kadr heyətinin (zabit, gizir, çavuş, MANXQ, əsgər, mülki işçilər) təyinatı (o cümlədən hərbi məktəblərdə) zamanı mənimsəmələr – 10 faiz; - Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz. Milli Təhlükəsizlik Nazirliyindəki korrupsiyaya həsr olunmuş məqalələrdə isə faiz etibarilə aşağıdakı istiqamətlərdə mənimsəmələrin olduğu göstərilir: - Büdcənin israfçılığı – 30 faiz; - Təchizat prosesi, o cümlədən tenderlərlə bağlı mənimsəmələr – 20 faiz; - Kadr heyətinin təminatı zamanı mənimsəmələr – 20 faiz; - MTN-dən kənar şəxslərlə (daha çox sahibkarlar və s.) əlaqələr zamanı ortaya çıxan mənimsəmələr – 20 faiz; - Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz. Müdafiə Sənayesi Nazirliyi ilə bağlı aşağıdakı istiqamətdə faizlər diqqəti cəlb edir: - Hərbi sahədə istehsal müəssisələrinin qurulması, fəaliyyəti, yenilənməsi və s istiqamətdə ayrılan dövlət büdcəsindən mənimsəmələr – 50 faiz;
  • 17. - Silah və hərbi texnika istehsalı və onların TMS-ə göndərilməsi zamanı baş verən mənimsəmələr – 20 faiz; - Xarici ölkələrlə ikitərəfli əməkdaşlıq nəticəsində ortaya çıxan mənimsəmələr – 10 faiz; - Kadr təyinatı zamanı mənimsəmələr – 10 faiz; - Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz. Hərbi Prokurorluq orqanlarının fəaliyyətində ortaya çıxan korrupsiya faktları ilə bağlı mətbuatda dərc olunan məqalələrin təhlili göstərir ki, bu qurumda korrupsiya faizləri aşağıdakı istiqamətlər üzrə bölünür: - Büdcə vəsaitlərinin israfı və ya mənimsənilməsi – 30 faiz; - Hərbi hissələrdə cinayət hallarının ört-basdır edilməsi zamanı həyata keçirilən rüşvət və korrupsiya əməlləri – 50 faiz; - Kadr təyinatı zamanı ortaya çıxan mənimsəmələr – 10 faiz; - Digər istiqamətlərdə mənimsəmələr – 10 faiz. Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların fəaliyyəti zamanı ortaya çıxan korrupsiya hərəkətləri barədə mətbuatın yazdıqlarından ortaya çıxan qənaət belədir: - Büdcə vəsaitlərinin israfı və ya mənimsənilməsi – 50 faiz; - Kadr təyinatı zamanı ortaya çıxan mənimsəmələr – 30 faiz; - Digər istiqamətlərdə ortaya çıxan pozuntular ə 20 faiz. Beləliklə qeyd eidlən 6 strukturun fəaliyyətində ortaya çıxan korrupsiya və rüşvətxorluq hallarına dair medianın yazdığı məqalələrin analizi göstərir ki, TMS-də ümumilikdə aşağıdakı istqamətlər üzrə əsasən korrupsiya hallarına rast gəlinir. TMS-də korrupsiya: Media necə görür? Sahələr Büdcə vəsaitlərinin mənimsənilməsi - 30 faiz Silah alışı - 20 faiz Təchizat - 20 faiz Kadr təminatı - 20 faiz Digər - 10 faiz
  • 18. Maraqlısı ondan ibarətdir ki, MTN-də baş verən son olayları çıxmaq şərtilə digər güc strukturlarında son illərdə rəsmən korrupsiyaya qarşı tədbirlərin həyata keçirildiyi və bunun nəticəsində xeyli sayda hərbi qulluqçunun məhz rəmən korrupsiya ittihamına görə həbs olunması hallarına demək olar ki, rast gəlinməyib. TMS-də korrupsiya ilə bağlı istiqamətlərdən biri tenderlərlə bağlıdır. Mətbuatın yazdığına görə, tenderlər əksər hallarda qapalı keçirilir və hansı şirkətin hansı xüsusiyyətlərinə görə qalib gəldiyinə aydınlıq gətirilmir. Bundan başqa, güc strukturlarının fəaliyyətinə ayrılmış vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair müəyyən məlumatlar da var. Ümumilikdə müdafiə xərclərindən düzgün istifadə olunmamasına dair cəzalandırma sistemi necə işləyir? Bu da mətbuatın hədəfində olan əsas suallardan biridir. Ümumilikdə Azərbaycanın güc strukturlarında korrupsiya və rüşvətxorluğun vəziyyətindən danışarkən ölkədəki ümumi vəziyyəti diqqət mərkəzində saxlamaq lazımdı. Ölkədəki ümumi şəffaflığın olmaması, bazar iqtisadiyyatına uyğun münasibətlərin qurulmaması, demokratik institutların olmaması güc strukturlarının fəaliyyətinə də mənfi təsir göstərib. Bir sıra məlumatlarda qeyd olunur ki, güc strukturları müəyyən qrupların təsir dairəsindədirlər. Bu gün güc strukturlarının korrupsiyaya qarşı bəyan edilmiş və ictimai dəstək qazanmış mübarizə strategiyaları yoxdur. Eyni zamanda parlamentin müdafiə xərclərinə müdaxilə etmək səlahiyyətləri məhduddur. Orduda korrupsiya halları necə yaranır? Bunun əsas səbəbləri nədən ibarətdir? Araşdırmalar göstərir ki, aşağıdakı səbəblər Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda korrupsiya və rüşvətxorluq hallarının yaranmasına gətirib çıxarır: - Ölkənin özündə korrupsiya adi hala çevrilib, dövlətin özündə, strukturlarında bunun üçün çox münbit şərait formalaşıb, korrupsiya hakimiyyətin qeyri-rəsmi dövlət siyasətinə çevrilib; - Bu gün ölkədə sovet dövründən qalma idarəetmə mexanizminin özü korrupsiya və rüşvətxorluğa həvəsləndirir; - Korrupsiyaya qarşı səmərəli mübarizə üsullarının ortada olmaması, təkmil cəzalandırma sistemi yoxdur; - Müdafiə xərclərinin tərkibinin və onun xərclənməsi qaydalarının cəmiyyət üçün qeyri-şəffaf olması; - Müxtəlif hərbi məqsədli tenderlərin keçirilməsində şəffaflığın olmaması; - Bu və digər hərbi-iqtisadi məsələlərdə inhisarlaşmanın tüğyan etməsi; - Şəxsi heyətin öz hüquqlarını bilməməsi və hüquqlarının müdafiəsi istiqamətində israrlı mübarizə aparmamaları; - Ölkədə hakimiyyət qollarının real müstəqilliyinin olmaması;
  • 19. - Təhlükəsizlik və müdafiə sektorunda çoxsaylı bürokratik əngəllərin olması; - Ölkədə təhlükəsizlik və müdafiə sektoru üzərində cəmiyyət nəzarətinin olmaması. TMS: İNSAN HAQLARI və SOSİAL RİFAH PROBLEMLƏRİ Mətbuatın təhlili göstərir ki, rəsmilər, xüsusilə də TMS-dəki strukturları təmsil edənlər hərbi qulluqçuların hüquqlarının müdafiəsinin və onların sosial təminatının yüksək olduğunu bəyan edirlər. Hərbi prokuror Xanlar Vəliyevin dərc olunmuş məqaləsində qeyd olunur ki, “Son illərdə hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində üzərinə düşən vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması, ordu quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması istiqamətində məqsədyönlü qabaqlayıcı tədbirlərin görülməsini təmin edib. Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalıb. Cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində görülmüş çox şaxəli tədbirlərin, eləcə də cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində mümkün olub”. Amma həyata keçirdiyimiz araşdırmalar göstərir ki, qeyd edilən istiqamətlərin hər biri üzrə ciddi problemlər qalmaqdadır. Mətbuatda TMS-də təmsil olunan sturkturlarda insan haqlarının, onların hüquq və azadlıqlarının pozulması ilə bağlı yüzlərlə məqalə dərc olunmasına baxmayaraq, həmin problemlərin həlli istiqamətində hər hansı rəsmi tədbirlərin görüldüyü bəlli deyil. Bunu təsdiqləyəcək bir hal son zamanlar Milli Təhlükəsizlik Nazirliyi ilə bağlıdır. Bu qurumda təmsil olunan general və polkovniklərin törətdikləri cinayətlər, qanunsuzluqlar barədə mətbuatda dəfələrlə məqalələr dərc olunmasına baxmayaraq onlarla bağlı dövlət qurumlarının, eyni zamanda Hərbi Prokurorluğun fəaliyyəti gözə dəyməyib. Eyni zamanda media hərbi xidmətə çağırış sistemindəki qanunsuzluqlar, hərbi hissələrdə rüşvət və korrupsiya halları barədə xeyli məqalə dərc etsə də, bu hallara qarşı hər hansı tədbir görüldüyü barədə məlumat yoxdur. Müşahidə olunan vəziyyət ondan ibarətdir ki, Hərbi Prokurorluq orqanları əksər hallarda cinayətləri gizlətməklə məşğul olublar. 2015-ci ildə mediada TMS ilə bağlı dərc olunan məqalələrin monitorinqi göstərir ki, Azərbaycan Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçuların hüquq və azadlıqlarının qorunması ilə bağlı ciddi problemlər qalmaqdadır.
  • 20. Araşdırmalar göstərir ki, Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda aşağıdakı sosial rifah problemləri mövcuddur: - Məvaciblər aşağıdır (istehlak səbətinə və yaşayış minimumuna uyğunluğu şübhə doğurur), xüsusuilə də 2015-ci ildə manatın devalvasiyasından sonra hərbi qulluqçuların məvaciblərinin dəyəri aşağı düşüb; - Müdafiə və təhlükəsizlik sektorunda çalışanların həyat keyfiyyətini müəyyən edən məsələlər (qida, geyim, mənzil, mənzil avadanlığı və s) nəzərə alınmır; - Hərbi qulluqçulara xidmət dövründə mənzil kirəsi üçün verilən aylıq məbləğ çox aşağıdır və bu reallığı əks etdirmir. Eyni zamanda hərbi qulluqçulara qidalanma üçün aylıq verilən vəsait də yaşayış minimumundan çox aşağıdır; - Hərbi qulluqçuların aulələrinin və övladlarının təminatı ilə bağlı ciddi problemlər mövcuddur. Son zamanlar mətbuat hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmət müddətinin gözlənilən artımı ilə bağlı məqalələr dərc edir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev noyabrın əvvəllərində bildirib ki, hazırda Silahlı Qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir. O bunu “islahat tədbirləri çərçivəsində demoqrafik göstəricilərin, o cümlədən ömür uzunluğu göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyi” ilə əsaslandırıb. “Təklif qəbul edilərsə, bu qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək və onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcəkdir. Buna görə də təyin olunmuş pensiyaların gələcəkdə məbləğinin dəyişməsi barədə narahatçılığa heç bir əsas yoxdur”, – deyə o bildirib. Mətbuat (Faktxeber.com) həmin dəyişikliyin nəzərdə tutulduğu qanun layihəsini dərc edib. Məlumatda bildirilir ki, bu məsələ Elman Mehdiyevin dediyi kimi nəzərdən keçirilmir. Artıq qanun layihəsi hazırlanıb və baş nazir Artur Rəsizadəyə təqdim olunub. Maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin imzaladığı, Dövlət Sosial Müdafiə Fondunun Aparatının Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyevin əsaslandırması ilə Artır Rəsizadəyə təqdim edilən “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihənin yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir. Dəyişiklik nədən ibarətdir? Qanunun 9.4.1-ci maddəsində deyilir ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyasına çıxa bilər. Yeni redaktədə isə 25 il artırılaraq 35 ilə çatdırılıb. 9.4.2-ci maddədə isə bildirilir ki, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyası hüququ var. Dəyişiklikdə isə 25 il artırılaraq 35 ilə, 12 il 6 ay isə 17 il 6-aya çatdırılıb.
  • 21. Qanunun 9.5.1-ci maddəsində isə deyilir ki, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş qulluqçular əmək pensiyasına çıxa bilər. Dəyişiklikdə isə 20 ilin 10 də artırılması təklif olunur. Həmçinin qanunun 9.5.2-ci maddəsində hərbi xidmətdən yaşa görə buraxılmış, 25 ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçmiş şəxslərin əmək pensiyasına çıxmaq hüququ var. Yeni redaktədə isə 25 il 30 il, 12 il 6 ay isə 15 il edilib. Qanunun 9.7-1-ci maddəsində deyilir ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri əmək pensiyasına çıxa bilər. Dəyişikliyə görə isə qulluq stajı 35 il olmalıdır. Miqrasiya və fövqəladə hallar orqanlarında çalışanların da qulluq stajı 25 ildən 35 ilə qaldırılıb. Bundan başqa qanunun 20.8.1-ci maddəsində göstərilir ki, prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiya verilə verilə bilər. Dəyişikliyə görə isə orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiya almaq üçün 15 il prokurorluq orqanlarında çalışmalısan. 20.8.2-ci maddədə isə bildirilir ki, prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçiləri orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla pensiya ala bilər. Bu maddə yeni redaktədə belə verilib: “Prokurorluq orqanlarında 15 ildən 20 ilə qədər qulluq etmiş prokurorluq işçiləri orta aylıq əmək haqqının 45 faizi miqdarında, 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablamaqla) üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla”. Bununla da belə görünür ki, Azərbaycan hakimiyyəti Silahlı Qüvvələrin şəxsi heyəti – xüsusilə də gizir və zabitlər üçün ciddi xoşagəlməz bir sürpriz hazırlayır. Araşdırmalar göstərir ki, hərbi qulluqçuların pensiyaya çıxma yaşının 25 ilə çatdırılması ideyası Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçuların hüquqlarının ciddi şəkildə pozulması mənasını verir. Belə ki, qeyd edilən açıqlama təxminən 1995-ci ildən bu yana Silahlı Qüvvələrdə və digər hərbi birləşmələrdə xidmətlərini davam etdirən on minlərlə hərbçilərin maraqlarının əksinə yönəlik çox ciddi perspektivləri ortaya qoyur. Silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddəti 25 ilə çatdırılarsa bu o deməkdir ki, onlara 20 illik xidmətlərinə görə verilməli olan imtiyazlar, o cümlədən mənzil-ev təminatı təxirə salınacaq. Ümumilikdə, bu ideyanın qəbul edilərkən hazırda xidmətdə olan hərbi qulluqçulara şamil olunması ciddi mübahisə predmeti yarada bilər və hərbçilər tərəfindən məhkəməyə verilməsi perspektivini doğuracaq. Problem belədir: əgər bir hərbçi misal üçün, cəbhə xəttində 20 il xidmət edib mayor rütbəsində pensiyaya çıxırsa, onun pensiyası təxminən 800-900 manat olacaq və 5 il ərzində onun pensiyası ortalama 50 min manat təşkil edəcək. Amma yeni ideyaya
  • 22. görə, həmin zabit bu pulu 5 il işləyərək almalıdır və bu da sözsüz ki, hərbi qulluqçular arasında narazılıq yaradacaq. Hərbi qulluqçuların növbəti 5 ili xidmətdə keçirmək üçün hər hansı maddi və mənəvi marağı olmayacaq. Araşdırmalar göstərir ki, pensiya yaşının artırılması barədə ideya neft gəlirlərinin azalması ilə birbaşa bağlıdır. Böyük ehtimalla hökumət bu qərarla hazırda xidmətdə olan zabit və gizirlərin hərbi xidmətlərini 5 il uzatmaq hesabına hərbi büdcəyə qənaət etmək niyyətindədir. Təxmini hesablama da apara bilərik: əgər qeyd edilən 5 il əlavə xidmətə 5 min zabit və gizir cəlb olunarsa bu, təxminən 200-250 milyon manat vəsaitə qənaət etmək anlamını verə bilər. Amma hakimiyyətin silahlanmaya milyardlarla vəsait xərclədiyi bir dövrdə belə qənaət ideyası irəli sürməsi onun üçün insan amilinin həmişə ikinci yerdə durduğunu göstərir. Müşahidələr göstərir ki, belə bir qanunun qəbul edilməsi TMS-də xidmət edən hərbi qulluqçular arasında ciddi narazılığa səbəb olacaq. Əslində hərbçilərin, müharibə veteranlarının narazılığına səbəb olan dəyişikliklər hakimiyyət tərəfindən indiyə qədər bir neçə dəfə həyata keçirilib: - “Veteranlar haqqında” 1994-cü ildə qəbul edilmiş qanunda 2002-ci ildə edilən dəyişikliklərdən sonra veteranlara, xüsusilə də Qarabağ Müharibəsi Veteranlarına verilən güzəştlər tamamilə ləğv edilib. Sonralar həmin güzəştlərin əvəzində cüzi bir kompensasiya məbləği müəyyənləşdirilib. - “2004-ci ildə “Hərbi qulluqçuların statusu haqqında” qanunda dəyişiklik edilib və nəticədə döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara əmək haqqının 3 qat ödənilməsi 2 qat ödənilməsi ilə əvəz olunub. - 2005-ci ildə yenə də “Hərbi qulluqçuların statusu haqqında” qanunda dəyişiklik edilərək 15 il hərbi xidmətdə olan hərbi qulluqçulara ehtiyata buraxıldıqdan sonra yerli icra hakimiyyəti tərəfindən 6 ay müddətində mənzil ilə təmin edilməsi ilə əlaqədar müddəanın dəyişdirilməsi də hərbçilərin sosial rifahının daha da pisləşməsinə gətirib çıxarıb. Belə ki, qanunun həmin müddəası “mənzil və ya torpaq sahəsi ilə təmin edilməlidir” sözü ilə əvəz olunması minlərlə ehtiyatda olan zabitlərin mənzilsiz qalmasına gətirib çıxarıb. - 2005-ci ildə “Hərbi qulluqçuların Pensiya təminatı haqqında” qanunda xidmət illərinə görə pensiyanın hesablanması üçün “20 ilin”, “20 təqvim ili” ilə əvəz olunması da hərbiçilərin sosial rifah halının daha da pisləşdirilməsinə yönələn qanun normalarıdır. - 2011-ci ildə Azərbaycan prezidentinin imzaladığı fərmanla Silahlı Qüvvələrdə 20 il “qüsursuz” xidmət edən hərbçilərə mənzil verilməsi qaydası müəyyənləşib ki, bu da hərbi qanunvericiliyin müvafiq maddələri ilə ziddiyyət təşkil edir. - Azərbaycanın müstəqilliyinin ilk illərində “Hərbi Xidmətkeçmə haqqında” qanun və ona müvafiq olaraq qəbul olunan digər müvafiq normativ hüquqi aktlarda göstərilib ki, Ali Hərbi Məktəbi qurtaran zabit 5 il xidmət etdikdən sonra öz arzusu ilə Silahlı Qüvvələri sıralarından ehtiyata buraxımalıdır. Amma reallıq göstərir ki, bu istiqamətdə ciddi problemlər var. Zabitlər qeyd edilən müddətdə ehtiyata çıxmaq problemi ilə üzləşiblər. Bir çox hallarda Müdafiə Nazirliyinin rəhbərliyi
  • 23. hərbi xidmətdə olan zabit və digər hərbi qulluqçuların sosial rifahını yaxşılaşdırmaqla onları xidmətə çəlb etmək əvəzinə, məcbur etmə metodlarından istifadə edərək hərbi xidmət hissələri çəza müəssisəsinə çevirmək yolunu tutur. Qəbul edilən qanunların özlərində, xüsusilə də hərbçilərin sosial hüquqlarının həyata keçirilməsində ciddi boşluqların olması hərbiçilərin hüquqlarının kütləvi surətdə pozulmasına gətirib çıxardır. Müvafiq qanunlarda hərbi qulluqçunun statusunun dövlət qulluqçusunun statusundan yuxarı olduğu göstərilsə də, reallıq göstərir ki, hazırda hərbi qulluqçunun hüquqları adi bir fəhlənin hüquqları qədər də müdafiə olunmur. Beləki, hər hansı bir fəhlə “Əmək Məcəlləsinə” əsasən öz məzuniyyət hüququnu, gündə 8 saardan çox işləyibsə onun əvəzinə əlavə əmək haqqı almaq hüququnu və yaxud bazar və istirahət günlərini işləyibsə onun əvəzində pul almaq hüququnu tələb edə bildiyi halda, xidmət vaxtı bu formada hüququ pozulan hərbi qulluqçu isə hüquqların bərpası üçün istinad etdiyi müvafiq normativ hüququ aktlar yoxdur. Beləliklə, araşdırmalar göstərir ki, neftin qiymətinin çox aşağı düşməsi bir çox digər sahələrdə olduğu kimi hazırda Silahlı Qüvvələrdə də ciddi sosial problemlərin ortaya çıxması ilə müşayiət olunur. Konkret olaraq aşağıdakı digər istiqamətlərdə də problemlər ortaya çıxıb: - Hərbi qulluqçuların məvaciblərinin artması qeyri-müəyyən dövrə qədər təxirə salınıb; - Hərbçilərə verilməli olan bir sıra ödənişlərlə bağlı ciddi gecikmələr yaranıb; - Hərbi qulluqçuların mənzil təminatı ilə bağlı ciddi problemlər ortaya çıxıb və s. Son 5-6 ay ərzində Silahlı Qüvvələrin şəxsi heyətinin – zabit və gizirlərin mənzillə təminatı sahəsində ciddi problemlər ortaya çıxıb. Bir sıra məlumatlara görə, mənzillə təminat prosesi qeyri-müəyyən müddətədək dayandırılıb. Qeyd edək ki, 2011-ci ildə prezident İlham Əliyevin hərbçilərin mənzil təminatı ilə bağlı imzaladığı fərmandan keçən 4 il ərzində 400-ə yaxın hərbi qulluqçunun mənzillə təmin olunduğu barədə rəsmi məlumatlar verilib. Amma gerçəklikdə mənzil növbəsinə duran hərbi qulluqçuların sayı minlərlədir. Araşdırmalar göstərir ki, son aylar ərzində prezidentin fərmanının tətbiqi tamamilə dayandırılıb. Bunun nəticəsində mənzil növbəsində böyük bir “tıxac” yaranıb. Belə ki, 1992-ci ildən Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçulara hələ də ev verilməyib. Beləliklə, hazırda növbədə 23 ildən artıq hərbi xidmət keçən hərbi qulluqçular var, onların nə zaman mənzillə təmin olunacağı barədə suallar açıq qalır. 1992- ci ildə xidmətə başlayanlar 1993, 1994 və 1995-ci illərdə xidmətə başlayanların evlə təmin olunmasını səbirsizliklə gözləyirlər. Yeri gəlmişkən, bir çox hallarda hərbi qulluqçulara əsassız olaraq mənzil verilməsindən imtina halları var. Hökümət təmsilçilərinin belə bir vəziyyətdə pensiya yaşının 25-ə qaldırmaq ideyasını niyə irəli sürdüyünü anlamaq çətin deyil. Araşdırmalar göstərir ki, yaxın iki il ərzində Azərbaycan Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər hərbi birləşmələrin hərbi və mülki heyətinin məvaciblərinin artırılması gözlənilmir. Hətta bir sıra proqnozlara görə, bir sıra istiqamətlər üzrə yüksək məvacib alan hərbi qulluqçuların məvaciblərinin azaldılması planı üzərində iş gedir. Müxtəlif məlumatlara görə, bu gün aşağı rütbəli və vəzifəli Azərbaycan hərbçilərinin məvacibləri 400-600 manat arasındadır. Bu məvacibi müəyyən fərqlərlə arxa cəbhədə xidmət edən
  • 24. müddətdən artıq hərbi xidmət qulluqçuıarı, gizirlər, leytenantlar, baş leytenantlar və kapitanlar alır. Cəbhə xəttində eyni rütbəli və vəzifəli hərbi qulluqçuların məvacibləri isə təxminən 550-800 manat arasındadır. Hərbi qulluqçuların xidmət şəraitlərinin çətinliyi, onların ailə üzvlərini və s. nəzərə alaraq demək olar ki, qeyd edilən məbləğ onların, xüsusilə də arxa cəbhədə xidmət edənlərin sosial təminatı üçün yetərli deyil. Son aylar Silahlı Qüvvələrin ehtiyata buraxılan hərbi qulluqçularına istifadə olunmamış əşya- əmlaka görə pul təzminatının (“paltar pulu”) verilməsində də ciddi problem ortaya çıxıb. Məlumatlara görə, təkcə 2014-2015-ci illərdə ehtiyata çıxan 100-dən artıq hərbi qulluqçuya “paltar pulu” hələ də verilməyib. Qeyd edilən təzminat hərbçinin xidmət dövrünə uyğun olaraq 850-1200 manat arasında dəyişir. Verilən məlumata görə, Müdafiə Nazirliyinin Maliyyə İdarəsi bu məsələ ilə bağlı hərbçiləri səbrli olmağa çağırır, amma vəsaitlərin nə zaman veriləcəyi barədə konkret vəd vermir. Ehtiyatda olan hərbçilər arasında istifadə olunmamış məzuniyyətə görə pul kompensasiyasının verilməsi qaydalarından da ciddi narazılıqlar var. Araşdırmalar göstərir ki, qeyd edilən qaydalar çox mürəkkəbdir və hərbçiləri “get-gələ” salma halları var. Bir çox hərbçi qeyd edilən vəsaitin alınması istiqamətində çətinliklərlə üzləşib. Xatırladaq ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 18 mart 2015-ci il tarixli qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub. Hərbçiləri narahat edən sənədlər – müxtəlif arayışlardır. Belə ki, qərara görə, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçu aşağıdakı arayışları təqdim etməlidir: – xidmət etdiyi müvafiq hərbi hissələrdən istifadə edilməmiş məzuniyyət günləri haqqında arayış (əlavə № 2); – vəzifə maaşı, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği barədə arayış (əlavə № 3); – ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun xidmət etdiyi hərbi hissədən şəxsi heyətin siyahısından çıxarılması barədə nizami hissə üzrə əmrdən çıxarış. Bir çox hərbçilər qeyd edilən arayışları və ya onları əvəzləyən sənədləri tapmaqda, əldə etməkdə çətinlik çəkirlər. Problemlə bağlı narazılıq edən bir sıra hərbçilərin fikrincə, qeyd edilən sənədlərin Müdafiə Nazirliyinin elektron bazasında toplanmaması nəticəsində, hərbçilər üçün çətinlik yaranıb. Ekspertlər hesab edirlər ki, əslində ötən dövrlərdə sənədlərin elektronlaşdırılması istiqamətində işlərin görülməməsi Müdafiə Nazirliyində aidiyyatı strukturların öz vəzifə borclarına məsuliyyətsiz yanaşmalarının göstəricisidir.
  • 25. TMS: ŞTAT-STRUKTUR İSLAHATLARI VƏ MÜLKİLƏŞMƏ Son iki il ərzində Azərbaycan Müdafiə Nazirliyində xeyli sayda vətəndaşın MAHXQ (müddətdən artıq hərbi xidmət qulluqçusu), aşbaz, texnik və sürücü kimi vəzifələrə qəbulu həyata keçirilir. Qeyri-rəsmi məlumatlara görə, indiyədək 4 min nəfərdən artıq vətəndaş hərbi bissələrdə MAXHQ kimi müxtəlif vəzifələrə təyin olunub. Bununla yanaşı 2 min nəfərə yaxın mülki şəxs isə aşbaz, sürücü və texnik kimi müxtəli mülki vəzifələrə təyin olunub. Bütün bunlar müsbət hesab olunsa da, amma əslində Silahlı Qüvvələrdə ştat-struktur islahatları və mülkiləşmə daha ciddi, daha geniş miqyaslı dəyişiklikləri nəzərdə tutmalı idi. Xatırladaq ki, Azərbaycanın NATO ilə razılaşdırdığı Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (IPAP) birinci və ikinci mərhələlərində (2005 və 2008-ci illər) rəsmi Bakı müdafiə büdcəsinin şəffaflığı, mülki demokratik nəzarət məsələləri ilə yanaşı Azərbaycanın Müdafiə Nazirliyində mülkiləşmə prosesinə başlamaq kimi öhdəlik də götürmüşdü. Bir sıra məlumatlara görə, ilkin dövrlərdə Azərbaycan hakimiyyəti müdafiə nazirinin mülki şəxs olmasına dair öhdəliyə də razılıq vermiş, sonra isə müəyyən səbəblərdən bu fikrindən daşınmışdı. O zaman bir sıra rəsmilər bunu ölkənin ölkənin Ermənistanla müharibə şəraitində olması ilə əlaqələndirirdi. Mülkiləşmə necə olmalı idi? İslahat sənədinə əsasən Müdafiə Nazirliyində struktur islahatları tamamlanmalı, islahatlar nəticəsində nazirliyin bəzi strukturlarının rəhbərlərinin mülki şəxslərdən təyin olunması prosesi başa çatmalı idi. İslahatlar nəticəsində Müdafiə Nazirliyinin strateji planlaşdırma ilə məşğul olan şəxsi heyətinin mülki şəxslərlə komplektləşdirilməsi vacib olmalı idi. İPAP-da Azərbaycanın qarşısına qoyulan məqsədlərdən biri belə idi: Müdafiə Nazirliyinin struktur baxımdan dəyişdirilməsi, mülki şəxsin MN aparatına cəlb olunması. Silahlı Qüvvələrin şəxsi heyətin ixtisarı prosesinin aparılması, mülki heyətlə əvəz oluna biləcək vəzifələrin müəyyən edilməsi, bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin və əlavələrin edilməsi. Amma təəssüflər olsun ki, rəsmi Bakı nəinki bu islahatlara getmədi, əksinə reallaşdırdığı bir sıra addımlarla Müdafiə Nazirliyində mürrəkkəb idarəetmə aparatı yaratdı, mülkilər isə yüksək idarəetmə vəzifələri əvəzinə aşbaz, texniki işçi, sürücü vəzifələrinə təyin olundular. Nəzərə alınmalıdır ki, 2007-ci ildən etibarın Azərbaycan Silahlı Qüvvələrinin aşağı səviyyələrində (tabur – briqada – korpus) ştat-struktur islahatlarının həyata keçirilməsinə başlanıldı, həmin islahatlar nəticəsində orduda idarəetmə qaydalarında bir sıra dəyişikliklər həyata keçirilib: komandirin maddi-texniki təminat (MTT) və tərbiyəvi işlər üzrə müavini vəzifələri ləğv edildi. MTT və tərbiyəvi işlər üzrə məsul zabitlər komandirin müavininin – qərargah rəisinin köməkçiləri təyin olundular. O zaman cəmiyyətdə Müdafiə Nazirliyinin rəhbər strukturlarında NATO standartlarına uyğun ştat-struktur islahatlarının keçiriləcəyinə ümid olsa da, hakimiyyət 2009-cu ilin sonu, 2010-cu ilin əvvəllərində ümumiyyətlə, bu prosesi dayandırdı. Düzdür, 2009-cu ilin ortalarında Müdafiə Nazirliyinin mərkəzi aparatında və Silahlı Qüvvələrin Baş Qərargahında bir sıra ştat-strukltur islahatları aparıldı, departamentlər formatında yeni idarələr yaradıldı Amma bu islahatlar İPAP-da əksini tapan əsas hədəflərin reallaşması ilə nəticələnmədi: Müdafiə Nazirliyi Baş Qərargahdan ayrılmadı, Müdafiə Nazirliyinin strateji planlaşdırma ilə məşğul olan şəxsi heyətinin mülki şəxslərlə komplektləşdirilməsi prosesi həyata keçirilmədi.
  • 26. 2014-cü ilin əvvəllərində isə yeni müdafiə naziri komandirin tərbiyəvi işlər üzrə müavini vəzifəsi yenidən bərpa etdi. Sözsüz ki, bu qərar ziddiyyətli idi və o zaman bu addımın “əsgər ölümlərinin qarşısını almaq üçün” atıldığına dair qeyri-rəsmi məlumatlar olsa da, Silahlı Qüvvələrdə əsgər ölümlərinin statistikası həmin dəyişikliyin müsbət nəticələrə gətirmədiyini göstərdi. Beləliklə, nəzəri baxımdan Azərbaycanda hələ də müdafiə naziri aparatının baş qərargah üzərində hərtərəfli dominantlığı davam edir – bu dominantlıq zaman-zaman maraq toqquşmaları ilə müşayiət olunur. Halbuki dünyada müasir ordu quruculuğu praktikasında qeyd edilən iki strukturun fəaliyyətləri toqquşmur, əksinə bir-birini tamamlayır. Milli Təhlükəsizlik Nazirliyində baş verən son olaylardan sonra bu qurumun mövcud ştat- strukturunun fəaliyyətində problemlər və ziddiyyətlər ortaya çıxıb. Qurumda xeyli sayda bir-birini təkrarlayan bölmələr və lazımsız strukturlar mövcuddur. Eyni zamanda MTN aparatının və hərbi tərkibinin qarşılıqlı münasibətlərini tənzimləyən yeni qanunvericilik sənədlərinin qəbul olunması vacib görünür. Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə gəldikdə isə, bir məqam diqqəti çəkir. 2009-cu ildə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bəyan etmişdi ki, "əsas hədəflərdən biri müqaviləli heyətin say tərkibini artırmaqla islahatlar yolu ilə 2015-ci ilin sonunadək DSX-nin hərbi strukturdan hüquq-mühafizə qurumuna keçirilməsidir". 2015-ci ilin sonuna bir aydan bir az artıq müddət qalıb. Müşahidələr göstərir ki, bəyan edilən vəd yerinə yetirilməyib: nə müqaviləli heyətin say tərkibində ciddi artım var, nə də qurum hərbi strukturdan hüquq-mühafizə orqanına keçib. Daxili Qoşunların hərbi qurumdan hüquq-mühafizə qurumuna keçirilməsi ilə bağlı vədlər çoxdan səslənsə də, hələlik bu istiqamətdə hər hansı addımlar atılmayıb. İCTİMAİ NƏZARƏT PROBLEMLƏRİ Azərbaycanda orduya ictimai nəzarət mexanizmlərini təsdiq edən qanunvericiliyin olmaması bu istiqamətdə qeyri-hökumət strukturlarının səmərəli fəaliyyətinə mane olur. Ümumilikdə bu gün TBS-in, xüsusilə də Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, əsasnamələrin, nizamamələrin əksər hissəsi sovet dövründən qalmadır və Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesi ilə ziddiyyət təşkil edir. Cəmiyyətdə ümumi rəy ondan ibarətdir ki, bu gün müdafiə və təhlükəsizlik sektorunda təmsil olunan güc strukturları ayrı-ayrı məmurların alətinə çevrilir. Silahlı Qüvvələrlə cəmiyyət arasında səngər getdikcə dərinləşir, ordunun mənəvi-psixoloji durumu, döyüş hazırlığı aşağı düşür. Araşdırmalar göstərir ki, əgər hərbi-siyasi rəhbərlik orduya ictimai nəzarətin tətbiq olunması istiqamətində ciddi addımlar atması bir sıra xoşagəlməz proseslər baş verə bilər: - Ordu daxilində ciddi problemlər yarana bilər, ordudaxili qruplaşmaların daha da güclənməsi səbəbindən ordunun idarəolunmasında ciddi çətinliklər ortaya çıxa bilər;
  • 27. - Müxtəlif hərbi-siyasi qüvvələr ordudan alət kimi istifadə etmək arzusuna düşə bilərlər. Nəticədə ölkədə sabitliyin pozulmasına gətirib çıxara bilər; - Müdafiə xərclərinin səmərəliliyi getdikcə daha da azalacaq, korrupsiyanın güclənməsi ehtimalı var, müdafiə xərclərinin qeyri-sağlam məqsədlərə yönəldilməsi istisna deyil; - Ümumilikdə ordunun təyinatı üzrə istifadə olunması problemi ortaya çıxa bilər və s. NATO-ya ən sonda üzv olmuş Şərqi Avropa ölkələrinin, o cümlədən Baltikyanı ölkələrin, eyni zamanda alyansa üzvlüyə can atan Gürcüstanın təcrübələri göstərir ki, müdafiə və təhlükəsizlk sektoruna rəsmi qanunlar əsasında ictimai və demokratik nəzarət mexanizmlərinin tətbiq olunması şəffaf, güclü, hesabatlı və korrupsiyadan kənar müdafiə və təhlükəsizlik qurumlarının formalaşdırılmasına səbəb olur. Düşünmək olar ki, artıq Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılmasının vaxti çatıb. Xatırladaq ki, 2005-ci ildən başlayaraq 2014-cü ilin ortalarına qədər Azərbaycanda hərbyönlü QHT-lərin fəaliyyəti daha aktiv olub. Hədəfdə saxlanılan məsələlər isə bunlar idi: - Müdafiə xərclərinin artmasına rəğmən orduda əsgər ölümlərinin də kəskin artması; - Müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin, ordu təminatının qeyri-şəffaf olması və onların korrupsiya hədəfinə çevrilməməsinə dair əsaslı subutların ortada olmaması; - Orduda qarşılıqlı münasibətlər sistemində ortaya çıxan ciddi problemlər, əsgər-zabit münasibətlərində ciddi ziddiyyətlərin mövcudluğu; - Orduda aparılan yoxlamalar və araşdırmaların nəticələrinin cəmiyyətə açıqlanmaması, Hərbi Prokurorluğun apardığı əksər araşdırmaların nəticələrinin ictimaiyyətdən qapalı saxlanılması; - Müdafiə Nazirliyinin və digər güc strukturlarının hərbi birləşmələrdə aparılan dəyişikliklər, problemlər, yeniliklər və islahatlar barədə ictimaiyyətə məlumat verməməsi; - Orduda özbaşınalıq hallarının getdikcə artması. 2014-cü ilin ikinci yarısında Azərbaycanda mediaya və eyni zamanda Qeyri-Hökumət təşkilatlarının ordu problemləri mövzusunda fəallığına rəsmi və qeyri-rəsmi qadağalar qoyuldu. Nəticədə ölkədə Təhlükəsizlik və Müdafiə Sektoruna ictimai nəzarətin zəruriliyi problemləri optaya çıxdı. Hazırda araşdırmalar göstərir ki, Azərbaycanda təhlükəsizlik və müdafiə sektoruna rəsmi səviyyədə nəzarət mexanizmlərinin tətbiq olunmaması, hesabatlılığın olmaması, qeyri-şəffaflıq və s. məsələlər orduda problemlərin getdikcə artmasına səbəb olur. Qeyd edilməlidir ki, Azərbaycanla NATO arasında 2008-ci ilin martında razılaşdırılmış Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planında orduya vətəndaş nəzarəti mexanizmlərinin tətbiq olunması, müdafiə və təhlükəsizlik sektorunda baş verən proseslərə ictimai dəstəyin artırılmasını ehtiva
  • 28. edən müddəalar əksini tapmışdı. Amma təəssüflər olsun ki, ötən dövrdə rəsmi Bakı bu istiqamətdə ciddi addımlar atmadı. Düzdür, 2009-cu ilin dekabrında Müdafiə Nazirliyi, millət vəkilləri və ordu rəhbərliyinin təsiri altında olan bir qrup QHT-nin iştirakı ilə orduya ictimai nəzarət qrupunun yaradıldığı elan olundu. Amma bu qrup ictimai nəzarətdən daha çox, ölkənin hərbi-siyasi rəhbərliyinin ordu ilə bağlı addımlarının şişirdilmiş faktlar fonunda cəmiyyətdə təbliğ etməklə məşğul idi. İctimai sifarişi özündə daşımayan bu qrupun fəaliyyəti hazırda hiss olunmur. Ordudakı problemlərin ictimailəşdirilməsində 2005-2013-cü illərdə fəaliyyət göstərmiş Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) rolu xüsusi xüsusi rolu olub. Sıralarında 25-dək QHT (o cümlədən Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyi, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi, Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzi, Hərbi Analitik Tədqiqatlar Mərkəzi), 2 araşdırma mərkəzi (think-tank) və 3 informasiya resursunu (o cümlədən Milaz İnformasiya Agentliyi) birləşdirən qurum çoxsaylı təzyiq, təhdid və zorakılıqlardan sonra 2013-cü ildə fəaliyyətini dayandırmalı oldu. Hazırda TMS-dəki proseslər vətəndaş cəmiyyəti üçün aşağıdakı yanaşmalar baxımından maraq kəsb edir: - Təhlükəsizlik və Müdafiə sektorunda aparılan islahatlara ictimai dəstəyin təşkili və həyata keçirilməsi; - Təhlükəsizlik və Müdafiə sektoruna aid olan Azərbaycan Respublikası qanunvericiliyi və ölkəmizin qoşulduğu müvafiq beynəlxalq konvensiyaların icrasına ictimai nəzarətin təşkili və həyata keçirilməsi; - Təhlükəsizlik və Müdafiə sektorunda insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasına ictimai nəzarətin təşkili və həyata keçirilməsi; - Təhlükəsizlik və Müdafiə sektorunda çalışan (çalışmış) vətəndaşların və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətin gücləndirilməsi; - Dövlət büdcəsindən Təhlükəsizlik və Müdafiə sektoruna ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə və səmərəli istifadəsinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi; - Dövlət büdcəsindən Təhlükəsizlik və Müdafiə sektoruna ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi və səmərəli istifadəsi barədə Azərbaycan Respublikası vətəndaşlarının (vergi ödəyicilərinin) məqbul səviyyədə məlumatlandırılması üçün müvafiq tədbirlərin görülməsi, o cümlədən dövlət orqanlarının bu sahədə fəaliyyətinə ictimai nəzarətin təşkili və həyata keçirilməsi; - Təhlükəsizlik və Müdafiə sektoruna demokratik nəzarətlə bağlı vətəndaş cəmiyyəti institutlarının səylərinin birgə fəaliyyət formasına keçirilməsi, onların sayəsində ictimai fəallığın yüksəldilməsi;
  • 29. - Azərbaycan Respublikasının Avratlantik məkana inteqrasiyasına ictimai dəstəyin təşkili və həyata keçirilməsi; - NATO və digər müvafiq beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası ictimai qurumlarının da təmsil edilməsinə nail olmaq və s. TƏKLİFLƏR ƏSGƏR ÖLÜMLƏRİNİN QARŞISININ ALINMASI Araşdırmalara görə, 2003-2015-ci illərdə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda baş verən itkilərin xarakteristikası bir sıra təxirəsalınmaz addımların atılmasını zəruri edir. Konkret olaraq aşağıdakılar vacib görünür: - Silahlı Qüvvələrin şəxsi heyətinin tamamilə müqaviləli əsas keçidini nəzərdə tutan qanunvericilik sənədlərinin hazırlanması; - Milli Məclisdə təhlükəsizlik və müdafiə sektorundakı itkilərə dair dinləmələrin təşkil olunması, güc strukturlarının cəmiyyət qarşısında hesabatlılığı, ordu üzərində mülki nəzarət mexanizmlərinin tətbiq olunması; - Silahlı Qüvvələrin mülkiləşməsi və müdafiə nazirinin mülki şəxs olması, Silahlı Qüvvələrdə mülki və hərbi vəzifələrin dəqiq ayrıntısı; - Ötən illərdə baş vermiş hər bir ölüm faktının yenidən araşdırılması və günahkar vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, hər bir ölüm faktının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən araşdırılması və araşdırmaların nəticələrinin hesabatda əksini tapması; - Baş vermiş hər bir ölüm faktı barədə ictimaiyyətə dərhal məlumat verilməsi və araşdırmaların nəticələrinin KİV vasitəsi ilə yayılması; - Qanunvericilk aktlarının təkmilləşdirilməsi, silahlı qüvvələrdə insan hüquq və azadlıqlarının təmin olunması; - Hərbi qulluqçular arasında itkilərin qarşısının alınması məqsədilə ciddi və effektiv tədbirlər görülməsi üşün ölkənin bütün ictimai, siyasi, iqtisadi və digər müvafiq potensial imkanlarının təcili surətdə səfərbər edilməsi; - Silahlı Qüvvələrdə müqavilə əsasında komplektləşdirilən heyətin sayının artırılması, gizir və müddətdən artıq hərbi xidmət qulluqçularının (MAHXQ) hərbi xidmətə öhdəlliklər əsasında deyil, müqavilə əsasında qəbulu, zabitlərin istisnasız olaraq müqavilə əsasında xidməti;
  • 30. - Silahlı Qüvvələrdə şəxsi heyətin rotasiyası, yerdəyişməsi məsələlərinin diqqətdə saxlanılması, cəbhə xəttində xidmət edən şəxsi heyətin qısa zaman kəsiyində müqaviləli xidmət sisteminə keçidini nəzərdə tutan mexanizmin hazırlanması və tətbiq olunması; - Təhlükəsizlik və Müdafiə sektorunda hərbi birləşmələrin şəxsi heyətinin azaldılması; - Hərbi xidmətə çağırış yaşının 18-dın 20-yə qaldırılması, son həddin 35-dən 27-yə salınması; - Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət proqramının qəbul olunması; - Nizamnamədənkənar hərəkətlərə görə cinayət məsuliyyətinin ağırlaşdırılması; - Təhlükəsizlik və müdafiə sektorunda korrupsiya və rüşvətxorluğa qarşı davamlı mübarizə; - Müdafiə xərclərinin sosial yönümlü olması, hərbçilərin məvaciblərinin artırılması, güzəşt və imtiyazların bərpa olunması, mənzil təminatı; - Hərbi hissələrdə tibbi təminatın təkmilləşdirilməsi; - Hərbi xidmət sistemində tərbiyəvi işlərin gücləndirilməsi, orduda din və psixoloq təsisatlarının tətbiq olunması; - Hərbi xidmətə çağırılan vətəndaşların xidmətdən öncə məktəblərdə, cəmiyyətdə nizam- intizamlı şəxs kimi yetişdirilməsini nəzərdə tutan kompleks tədbirlərin görülməsi və s. İNSAN HAQLARININ QORUNMASI VƏ SOSİAL RİFAHIN GÜCLƏNDİRİLMƏSİ Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda sosial rifah problemlərinin həll olunması, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra addımların atılmasına ehtiyac yaranıb: - Azərbaycanda hərbçilərin sosial rifahını gücləndirəcək xüsusi dövlət proqramı qəbul edilməlidir. Nəticədə hərbi qulluqçuların məvacibləri əsaslı şəkildə artırılmalıdır, döyüş bölgəsində xidmət edənlərə 3 qat məvacibin verilməsi vacibdir. Məhdud imkanlı hərbi hissələrdə xidmət edənlərin əmək haqlarına əlavələr olmalıdır; - Hərbi qulluqçulara müxtəlif istiqamətlərə görə ödənilən xərclər və kompensasiyaların miqdarı artırılmalıdır. İstirahət gününə və 8 saatdan artıq xidmətə görə kompensasiyanın ödənilməsi vacibdir; - Hərbi qulluqçular xidməti başa vurduqdan sonra hərbi qanunvericilkdə nəzərdə tutulduğu kimi mənzil və torpaq sahəsi ilə təmin olunmalıdırlar, onlara güzəştli və faizsiz kredit verilməsi təmin olunmalıdır. Hərbi qulluqçulara xidmət dövründə xidməti mənzil (vəzifəyə, ailə üzvlərinin sayına uyğun mənzillər), 15 il xidmətdən sonra isə (mövcud qanunvericiliyə görə, hərbi qulluqçular 10 il xidmətdən sonra öz arzuları ilə ehtiyata buraxıla bilərlər) şəxsi mülkiyyətə verilmiş mənzil verilməlidir, xidmət müddətinin 25 ilə qaldırılması barədə təkliflər ləğv edilməlidir;
  • 31. - Hərbi qulluqçuların ailə üzvlərinin sosial təminat məsələləri diqqət mərkəzində olmalıdır. Misal üçün hərbi qulluqçunun övladına və işləməyən həyat yoldaşına görə ödəmələr olmalıdır; - Hərbi qulluqçuların dəfn mərasimi üçün ödəmələrin miqdarı artırılmalıdır; - Hərbi qulluqçulara əillik dərəcəsinə görə ödəniş məbləği, müalicə üçün ödənişlərin məbləği artırılmalıdır; - Hərbi qulluqçular üçün kommunal xərclərə görə və s. üzrə güzəşt və imtiyazlar olmalıdır və s. Müşahidələr onu deməyə əsas verir ki, bu gün Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda xidmət edən hərbi qulluqçuların sosial təminatının güclənilməsinə kompleks yanaşılmasına zərurət yaranıb. Bu yanaşma hərbi qulluqçuların məvaciblərinin artırılmasını, onların ailə üzvlərinin sosial təminatının gücləndirilməsini, evlə təminatı və müasir dünya standartlarına uyğun pensiya təminatını nəzərdə tutmalıdır. KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏ Təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəni effektli etmək üçün aşağıdakı tədbirlər görülməlidir: - Dövlət idarəetmə sistemi tədricən və büsbütün dəyişməlidir. Hakimiyyətin qolları tam işlək vəziyyətə gətirilməlidir; - Ruşvət və korrupsiyaya bulaşmış şəxslərin cəzalandırılma mexanizmi dəqiqləşdirilməli və bu prosesdə ictimai məlumatlandırma olmalıdır; - Müdafiə xərclərinin istifadə olunduğu istiqamətlər şəffaf olmalı və bu barədə daim cəmiyyətə məlumatlar verilməlidir; - Təhlükəsizlik və müdafiə sektorunda baş verənləri araşdıracaq konkret mexanizmin formalaşdırılması vacibdir. Həyata keçirilən antikorrupsiya prosesinin davamlılığını təmin etmək üçün müdafiə və təhlükəsizlk sektorunda korrupsiyaya qarşə mübarizə tədbirlərini daim həyata keçirən prezidentə tabe xüsusi bir struktur yaradılmalıdır. Bu istiqamətdə Şərqi Avropa ölkələrinin təcrübəsi mütləq öyrənilməlidir; - Dövlətin mülki strukturları və eyni zamanda yaradılması təklif edilən qurum tərəfindən müdafiə xərclərinin istifadəsi prosesinə dair mütəmadi monitorinqlər keçirilməlidir; - Korrupsiya və rüşvətxorluqla mübarizə tədbirlərində beynəlxalq təşkilatların - ATƏT, NATO, Avropa Şurasının dəstək alınmalıdır; - Parlamentin müdafiə xərclərinin formalaşmasında və istifadə olunmasında səlahiyyəti və müdaxilə etmək imkanları artırılmaldıır; - Güc strukturlarının keçirdikləri tenderlər, dövlət sifarişinin dəyərləndirilməsi kimi məsələlər ictimaiyyətə açıq olmalıdır.
  • 32. Bununla yanaşı TMS-də təchizatla bağlı bütün tenderlər bu qurumların nəzarətindən çıxarılmalıdır. Bu proses müasir standartlara uyğunlaşdırılmalıdır. Hərbi hissələrdə müxtəlif istiqamətlər üzrə (silahlanma, qida, geyim, tikinti, tibbi təminat və s.) tenderləri həyata keçirəcək nəzarət qurumu yaradılmalıdır. BÜDCƏ PLANLAŞDIRMASI VƏ ŞƏFFAFLIQ NATO ölkələrinin və alyansla aktiv tərəfdaşlılq siyasəti yürüdən bəzi ölkələrin təcrübəsi göstərir ki, müdafiə xərclərinin təxminən 80 faizi ictimaiyyət üçün tam şəffaf, yerdə qalan hissəsi isə xüsusi etimad qrupları (xüsusilə parlamentdə təşkil olunmuş) üçün açıq ola bilər. Misal üçün, NATO ilə fəal əməkdaşlıq edən Gürcüstan Müdafiə Nazirliyinin saytında ölkənin müdafiə xərclərinin bir sıra istiqamətləri və ona ayrılan xərclər əksini tapır. Ukraynada da son illər bu istiqamətdə irəliləyişlərə nail olunub. 2007-ci ildən başlayaraq Ukrayna hakimiyyəti 4 istiqamət üzrə hərbi xərcləri ictimaiyyət üçün açıq elan etdi. Bunlar məvacib, ərzaq, geyim və infrastrukturun saxlanılması xərcləridir. Beləcə, NATO ilə fəal tərəfdaşlıq siyasəti həyata keçirən bir sıra ölkələr, o cümlədən Azərbaycan üçün müdafiə xərclərinin bir sıra detallarının parlament və cəmiyyət üçün tam şəffaflığı vacibdir. Buraya ərzaq, infrastrukturun saxlanması, yanacaq, xidmətlər (elektrik enerjisi, su, telefon və s.), geyim, pul təminatı, nəqliyyat, treninqlər, tibbi yardım, beynəlxalq təşkilatlara mövcud köçürmələr, maliyyə əmlakı və s. daxildir. Parlament tərkibində xüsusi etimad qrupları yaradılmalı və onlar üçün müdafiə büdcəsinin silahlı qüvvələrin müasirləşdirilməsi, silah və sursatların saxlanılması, tədqiqat və inkişafa yönəlik xərcləri açıq olmalıdır. NATO ölkələrinin təcrübəsi göstərir ki: - müdafiə büdcəsində şəffaflıq parlamentin nəzarət funksiyasının səmərəli icrasını təmin edir; - şəffaflıq təhlükəsizlik sektoruna ictimai inamı artırır. Azərbaycan kimi ölkələrdə müdafiə büdcəsində şəffaflığın az olması isə büdcə formasının köhnəlmiş olmasına və ya təhlükəsizlik məqsədlərinin zəif ifadə edildiyinə dəlalət edir. Bu, qanunla müəyyən edilmiş milli audit təşkilatlarında çoxistiqamətli ekspertizaların yoxluğundan, qərarların ictimai araşdırılmasının təmin olunması barədə konstitusion qanunların zəif olmasından, hesabatdan çox gizliliyə üstünlük verən bürokratik münasibətdən xəbər verir. Araşdırmalar göstərir ki, "müharibə şəraiti" bəhanəsilə müdafiə xərclərinə nəzarətsizlik korrupsiya risklərini artırır. İlk növbədə bu sahədə şəffaflıq təmin edilməlidi, müharibə şəraitini bəhanə edərək vəziyyətdən sui-istifadə edilməsinə son qoyulmalıdır. Azərbaycanda müdafiə xərclərinin şəffaflığı məsələsində Beynəlxalq Valyuta Fondunun ekspert dəstəyindən istifadə edilə bilər. Belə ki, BVF-nin büdcə şəffaflığı ilə bağlı standartları var və bu bütün xərc istiqamətinə şamil edilə bilər. Eyni zamanda bu istiqamətdə NATO-nun Building Integrity proqramının dəstəyindən də faydalanmaq mümkündür. Xatırladaq ki, bu proqram çərçivəsində NATO tərəfindən Azərbaycana
  • 33. dəstək bir neçə il öncə təklif olunub. Amma təəssüflər olsun ki, rəsmi Bakı bu təklifdən boyun qaçırır. NATO standartlarına uyğun olaraq IPAP sənədində Azərbaycanda parlamentin müdafiə xərclərinə nəzarətlə bağlı səlahiyyətlərinin artırılması üçün bir sıra tövsiyələr mövcuddur. Əslində bu islahatlar Ukrayna, Gürcüstan, Ermənistan kimi ölkələrin parlamentlərinin fəaliyyət səlahiyyətlərinin artırılmasına təsir edib. Müasir standartlara görə, müdafiə məsələləri və təhlükəsizlik sektoru ilə bağlı nəzərdə tutulmuş büdcə prosesində parlamentlərin rolu ümumilikdə 4 hissəni əhatə etməlidir: - birincisi, parlament müdafiə büdcəsinin hazırlanmasında iştirak etməlidir. İcra hakimiyyəti pul vəsaitlərinin bir sıra məqsədlər üçün yerləşdirilməsi təklifi ilə çıxış edir, parlament və onun üzvləri müxtəlif formal və qeyri-formal mexanizmlər vasitəsilə öz tövsiyələrini verməlidir. Müşahidələr göstərir ki, Azərbaycan parlamenti bu rola sahib deyil. Müdafiə xərcləri daha çox icra strukturları tərəfindən hazırlanır, parlamentin hər hansı təklifi və tövsiyəsi olmadan səs çoxluğu ilə qəbul edilir. Ümumiyyətlə, diqqətçəkən əsas problem parlament müzakirələrində müdafiə xərclərinə əlahiddə yanaşmanın yoxluğu ilə bağlıdır. - ikincisi, parlament müdafiə xərclərini təsdiq etməlidir. Parlament ictimai maraqlar və pulların yerləşdirilməsi məsələlərini öyrənməli və müəyyən etməyi bacarmalıdır. Parlament təhlükəsizlik məsələləri barədə qaydalar müəyyən etməlidir. Milli Məclis müdafiə xərclərini təsdiq etsə də, təhlükəsizlik məsələləri barədə qaydaların müəyyən edilməsində səmərəli fəaliyyət göstərmir. Beləliklə, hazırda parlamentin rolu daha çox təsdiq xarakteri daşıyır və onun təsdiq olunmuş pulların hansı istiqamətə xərclənəcəyi, bunun üçün hansısa yeni qaydaların müəyyən edilib- edilmədiyinin zəruriliyi barədə effektiv rolu ortada deyil. - üçüncüsü, parlament müdafiə xərclərinin icra prosesinə nəzarət edir və təhlil aparır. Eyni zamanda, şəffaflıq və hesabatın artırılmasına çalışır. Büdcədən artıq vəsait tələb olunduqda parlament xərclərin artmasının qarşısını almaq üçün həmin xərclərin monitorinqini və nəzarətini həyata keçirə bilər. Müşahidələr göstərir ki, Azərbaycan parlamenti aşkar olaraq bu səlahiyyətlərə malik deyil. Son illərin təcrübəsi göstərdi ki, MM ildən-ilə artan hərbi xərclərin icra prosesinə nəzarət edə bilmir. Bu xərclərin doğrudan da ölkənin müdafiə qüdrətinin güclənməsinə sərf olunub-olunmadığı barədə suallar açıq qalır. Son illərdə müdafiə xərclərindən istifadə prosesi ilə bağlı güc strukturları rəhbər orqanlarının parlament qarşısında hər hansı hesabatlılığı gözə dəyməyib. Audit Palatasının orduda hər hansı yoxlamalar aparma təcrübəsi isə məhduddur. - dördüncüsü, parlament yerləşdirilmiş vəsaitlərin istifadəsi zamanı hökumət tərəfindən sui- istifadələrin olub-olmadığını yoxlamalı, audit həyata keçirməlidir. Əlavə olaraq hesabat, səmərəlilik və dəqiqliyi yoxlamaq üçün parlament vaxtaşırı bütün büdcəni yoxlayır. Bundan əvvəlki hissədə qeyd etdiyimiz kimi, Azərbaycanda müdafiə büdcəsi təsdiq olunduqdan sonra həmin dövrdə parlament tərəfindən hər hansı auditin həyata keçirilməsi ilə bağlı təcrübə ortada yoxdur. Ötən illərdə Azərbaycan güc strukturlarının fəaliyyəti üçün ümumilikdə ayrılmış milyardlarla vəsaitin necə istifadə olunduğu barədə parlamentin rəyi və təhlili olmayıb.