SlideShare a Scribd company logo
1 of 22
Download to read offline
KOMFORT ZONASINDAN
ÇIXMASI
VƏ UĞURLU ŞƏXSİYYƏTİ
FORMALAŞDIRILMASl
2017
Life & Business Coach
NLP Practitioner
Marketing & Sales Consultant
www.leadmydream.com
ŞAMİL FƏTƏLİYEV
1
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
Komfort zonasından çıxma və uğurlu şəxsiyyətin formalaşdırılması”
Müəllif: Şamil Fətəliyev
Şamil Fətəliyev. 34 yaş. Xarici şirkətlərdə 15 illik iş təcrübəsi. 10 uğurlu dövlət layihəsində iştirak. Onlardan biri
dənizkənarı bağda Milli Bayraq proyektidir. Marketinq, təşkilat, maliyyə və insan resurslarının idarəetməsi üzrə MBA
dərəcəsi. ABŞ-ın Beynəlxalq kouçinq federasiyasının Sertifikatlı Layf və Biznes Kouçu.”İrrosional fəlsəfə və ya taleyə
hökm edən müasirlərin külliyatı” kitabının müəllifi. “Lead My dream” kouçunq- konsaltinq şirkətinin təsisçisi və sahibi.
Life Coaching Baku feysbuk qrupunun yaradıcısı və idarəedicisi.
1. Nədən başlamalı?
Birinci növbədə, hər birimiz müəyyən etməliyik ki, mahiyyətcə biz kimik? Şəxsən özümüz, daha sonra
işəgötürən üçün hansı dəyərləri ehtiva edirik. Həyatda əsas məqsədimiz nədir?: Kariyeraçı, tənbəl, səfil,
azad rəssam, avara, intellektual, filosof ya qeyri – müəyyən tip. Adətən, əksər insanlar axrıncı kateqoriyaya
aid olur. Amma bu onların yararsız olduğuna dəlalət etmir. Hər insanın gizili potensialı: öyrənmək resursu və
qabiliyyəti var. Hər şey bizim niyyət və motivasiyamızdan asılıdır. Dövrümüzdə ali təhsili və maddi bazası
olmayan yüzlərlə planetimizin uğurlu və varlı insanını nümunə göstərə bilərəm. Amma bunları özünüz də
çox yaxşı bilirsiz. Hər zaman yorulmadan təkrar edəcəyəm ki, Yer Kürəsində hər gün 75 nəfər milyonçu adı
qazanır. Hamısının milyonçu olaraq qalmağı fakt deyil, amma bunun səbəbləri tamam başqa söhbətin
mövzusudur. Amma hər birimizin həyatımızı dəyişmək şansı olduğu dəqiqdir. Pul əsas olmasa da həlledici
amildir. Mən heç kəsi şəxsi mınfəət üçün kəsilmiş başlar üzərindən keçməyə, ya da buddist fəlsəfəsini qəbul
etməyə çağırmıram. Hərçənd, çoxları üçün bu da bir çıxış yoludur. Bir çox milliarderlər öz həyatlarını tibetli
rahiblərin həyatı ilə dəyişmək istəyərdilər. Hər şey həytınızdakı balans və harmoniyadan asılıdır. Buna görə
də yuxarıda deyilənləri nəzərə alaraq, ilk növbədə özünüzə bu sualları verməlisiniz: “Mən kiməm? Mən
özüm və işəğötürən üçün daxilimdə hansı dəyərləri ehtiva edirəm. Həyatda məqsədim nədir? Məni hansı tip
insan idarə edir?”
2. Özümüzü anlamağa, təhlil etməyə bizə nə kömək edəcək?
Bu köməyin ilki yaxın çevrənizdə sorğu aparmaqdır. Əvvəlcə doğmalarınızdan haqqınızda nə düşündüklərini
soruşun. Amma xahiş edin ki, həqiqət nə qədər acı olsa da, doğrunu yazsınlar. Daha sonra dostlarınız
arasında sorğu aparın. Yalnız bundan sonra tanışlarınızdan da eyni şeyi xahiş edin. Bu sizin beyninizi
qidalandıracaq və sağlam düşünməyə vadar edəcək. Cavablarla üzləşmək üçün heç kimin sizə mane ola
bilməyəcəyi bir yerdə təkliyə çəkilin. Bütün kənardan təsir edəcək, fikrinizi dağıdacaq maneələri
zərərləşdirin, söndürün. Yığdığınız məlumatları nəzərə alaraq bu zamanı özünüzlə daxili dialoqa sərf edin.
Sizi idarə edən əsas xüsusiyyətin nə olduğunu analiz edin. Həyatınızda olanlar sizi qane edirmi, sizə
yarayırmı? Əhatənizdə kimlər var? Onlar sizin inkişafınızda nə kimi rol oynayır? Kağız-qələm götürüb bu
qeydləri aparın. Haqqınızda deyilənlərə heyrət edəcəksiniz. Kənardan özünüzü heç vaxt fərqində
olmadığınız, hiss etməyiniz kimi görəcəksiniz. Məhz bu anda, sizdə məqsəd yaranacaq. Mütləq qeyd
etməliyəm ki, məqsəd özlüyündə çox güclü psixoloji və mənəvi gücə malikdir. Bu güc peyğəmbərlər yaradıb
və onlara milyonların zehinlərini və ürəklərini fəth etməyə kömək olub. Məqsəd - görkəmli fikirlər və şah
əsərlər yaratmağa qadirdir. Onun tənbəllik kimi sarsılmaz güc üzərində hakimiyyəti var. Amma, bundan
sonra səyahətiniz hələ yeni başlayır.
.
2
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
3. Növbəti addım hansıdır və bunun üçün hansı vasitələrdən istifadə etməli?
Növbəti addım menecmentlikdə “SWOT” analiz adlanır. Daha sonra, ətrafın analizi aparılmalıdır. “SWOT”
analiz – sizin hərtərəfli daxili marketinqinizdir. Bu, sizin güclü və zəif tərəfləriniz, imkan və mümkün
təhlükələrinizdir. Ətrafınızın təhlili – sizi əhatə edən insanlardır. Daim yanınızda olan həmin o 5-6 nəfərdir.
Sizin gələcəyinizi, şüurunuzu, davranışlarınızı idarə edən o qüvvələrin təhlilidir. Bunlar, sizin daxili
marketinqinizə təsir edən amillərdir. Klassik marketinqdə bu üsulu, Porterin 5 gücü adlandırırlar. Amma
mövzumuz klassik marketinqin əsasları olmadığı üçün, mən bu nümunəni psixoloji sinerjidə canlı orqanizmə
uyğunlaşdırmağa çalışıram.
Beləliklə, vərəqi tam böləcək şəkildə bir üfüqi və bir şaquli xətt çəkirsiniz. Bölünmüş dörd sahə alınır. Onları
aşağıdakı şəkildə bölüb, yazırsınız:
Sol yuxarı xanada “S” – güclü tərəfinizi yazın. Bu xanada hər şeydən yaxşı bacardığınız 5 əsas
keyfiyyətinizi, insanlarda rəğbət oyadan xüsusiyyətlərinizi qeyd edin.
Yuxarı sağ xanada ”W” – 5 zəif bildiyiniz xüsusiyyətlərinizi yazın. Əksik hesab etdiyiniz, heç cür idarə edə
bilmədiyiniz və ya inkişaf elə bilmədiyiniz keyfiyyətləri qeyd edin.
Aşağı sol xanada “O” – imkanlarınızı yazın. Güclü tərəflərinizin sayəsində zəif xüsusiyyətlərinizi
möhkəmlədirəcək mümkün imkanları qeyd edin.
Aşağı sağ xanada “T” – təhlükə ehtimallarını yazın. Yəni, güclü tərəflərinizi və imkanlarınızı istifadə
etmədiyiniz təqdirdə hansı təhlükəli aqibətə düçar ola bilmək ehtimallarını, itirə biləcəklərinizi qeyd edin.
Bunları qeyd etdikdən sonra, vərəqi kənara qoyun.
İndi isə yeni vərəq götürüb, tam ortasında dairə çəkin və içərisində “MƏN” yazın. Dairənin kənarında 5 dairə
də çəkin, hər birinin içərisində hər gün ünsiyyətdə olduğunuz adamların adını yazın. Adlarını yazdığınız
adamlar dost, qohum, iş yoldaşı və ya kolleqalarınız ola bilər. Ər/arvad və uşaqları bu siyahıya daxil
etməyin. Onlarla bağlı məsələ başqa mövzudur və bu məsələni sonda araşdıracağıq. Dairədə adları olan
insanlar bugünkü həyatımızın əyani görüntüsüdür.
3
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
Dairələrin hər birində iki ox ayırıb hər birinin başlığına həmin adamın həyətınıza bəxş etdiyi müsbət və
mənfilikləri yazın. Beşinci güc ÖZÜNÜZsünüz (yəni, onlarda, özünüzdə həm xoşladığınız, həm də
bəyənmədikləriniz və bunların şəxsi uğurlarınıza təsiri). Hazır rəsmə baxıb, təkrarlanan sözləri seçin. Məhz
bu sözlər sizin həyatınıza təsir edən dalğadır. Dalğalı xətlərlə həmin sözləri öz dairənizə doğru
istiqamətləndirin. Bundan sonra aşağıda onların həyatdakı mövqelərini, məşğuliyyət dairələrini qeyd edin və
hansının həyatı sizə daha çox xoş və uğurlu gəlirsə, onu müəyyən edin. Əgər belə bir adam varsa, onu
həyat müəllimi kimi nəzərə alın. Onun adının üstündə “M” hərfi yazın. Daha sonra ilk yazdığınız vərəqi
götürüb ikinci yazdığınızın yanına qoyun. Diqqətlə hər ikisinə baxın. Bu sizin həyatınızın xəritəsidir: razı
olduqlarınız və dəyişmək istədikləriniz.
İndi üçüncü vərəqi götürüb əvvəl yazdıqlarınıza istinad edərək sizə kimin və nəyin kömək edə biləcəyini
yazın.
Daha sonra dördüncü vərəqə keçirdiyiniz sorğuda dost və tanışların haqqınızda yazdıqları müsbət
keyfiyyətləri köçürün. Özünüz yazdığınız müsbətləri də əlavə edin, təxminən 7 – 8 pozitiv cümlə alınmalıldır.
Sonuncu vərəqi daim görə biləcəyiniz bir yerə yapışdırın. Onu 40 gün ərzində hər gün oxuyun. Bu proses
“Pozitiv MƏNin yaradılması” adılanır. Təbriklər, sizdə ruh yüksəkliyi yaranıb və xarizmanız əmələ gəlir ya da
güclənir.
İndi isə SWOT adlı vərəqinizə nəzər yetirin. Bir vərəq götürüb, oraya “TƏHLİL” yazın.
Birinci sütundakı Güclü tərəfləri: xanadakı birinci güclü tərəflə zəif tərəflərdəki ilkə münasibətə təsirini təhlil edin.
Sizin birinci güclü tərəfinizin, ilk sırada olan mənfi tərəfinizə necə təsir göstərə biləcəyini müəyyən edin. Daha sonra
sırayla birinci güclü tərəfinizin sırayla ikinci, üçüncü, yəni bütün beş mənfi tərəfinizə təsirini təhlil edin. Sonra sol
yuxarı xanada bütün müsbət tərəflərinizin sırayla hər bir mənfi tərəfinizi necə dəf edəcəyini, aradan qaldıra
biləcəyinizin təhlilini aparın. Növbəti addım “imkanlar” xanasına qeyd etdiklərinizi eyni sırayla aşağı sağ xanadakı
təhlükələrə təsirini araşdırın. Mövcud zəifliklərinizi güclü tərəfləriniz yazılan xanadakılarla möhkəmləndirəcəyiniz kimi,
eynilə imkanlar xanasında qeyd etdiklərinizlə də mümkün təhlükələrin qarşısını ala bilərsiz. Zəif tərəflərinizi aradan
qaldırdıqdan sonra, güclü xüsusiyyətlərinizi, imkanlarınız sayəsində aradan qalxmış təhlükələri də nəzərə almaqla
necə möhkəmləndirdikdə nələrin baş verəcəyinin təhlilini aparın. Təhlükələrinizin digər xanalardakı qeydləriniz
sayəsində necə aradan qalxdığını görəcəksiniz.
4
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
Bunları etdikdən sonra, bir də ətrafınızdakı adamların adını yazdığınız vərəqə nəzər salın. Bu iki vərəqə
diqqətlə baxın. İlk vərəqdə məqsədlərinizi sistemli şəkildə qurduğunuzun şahidi olacaqsınız. İkinci də isə,
bunları etməkdə sizə kimin dəstək, kimin mane olduğunu biləcəksiniz. Sonra 40 gün göz qabağında
saxlamalı olduğunuz keyfiyyətlərinizi yazdığınız vərəqə baxın. Bu vərəqlərin hər üçünü diqqətlə nəzərdən
keçirin. Siz həyatınızın yeni xəritəsinə baxırsınız. Təbrik edirəm, indicə siz yeni koqnitiv bacarıq – “Öz
bacarıq və imkanlarınızın gücünə inam” əldə etdiniz. Qeyd edim ki, 40% insan işə başlamadan
dayanacaqlar, çünki bu prosesi çətin və yorucu hesab edəcəklər. Neyləmək olar, bu onların seçimidir. Bu tip
insanlar, “Matrisa” filmindəki sehirli həbləri, “Qaranlıq sahəsi” filmindəki “NZT” ni axtaranlardır.
Təhlilin nəticəsi sizə nə verəcək? Bundan sonra öz üzərində necə işləyəcəksiniz?
Bu verilən biliklər sayəsində aparılan təhlil öz üzərində çalışan insana qavaramanı, gücü, ruh yüksəkliyini
və nəhayət müəyyən olmuş qəti məqsədi göstərəcək. Yeni intizam bacarığı sizə gərəkli oksitosin və yeni
nümunələr qazandıra biləcək. Bu vərdişin formalaşmasıdır. İndi cəsarətlə öz CV-lərinizi göndərə və
müsahibələrə gedə bilərsiniz. Bu gözlərdəki parıltı və özünəinam “HR”-lar tərəfindən dərhal qiymətləndirilir.
Artıq “heç vaxt iş tapa bilməmək” qorxusu və “sağ qalmaq üçün harda gəldi iş tapmaq” fikrindən
qurtulursunuz. Daha öz şəxsi biznesiniz, hansısa yeni başlanğıclar haqda düşünə bilərsiniz. Ümumi axından
düzgün fikri müəyyən etməli və lazımi insanları bu işə həvəsləndirməlisiniz. İşləri vaciblik həddinə görə
düzgün tənzimləməyi və müddətləri müəyyən etməyi bacarmaq əsas məsələdir. Nailiyyətlərinizi necə
qiymətləndirəcəksiniz? Missiyanızın yerinə yetirilməsinin göstəricisi nə olacaq? Bunun üçün nələrdən
istifadə edəcəksiniz?
Hər şeyi vaxtında etməyi və ya təyin olunmuş müddətə bitirməyi necə bacarmalı?
Məsələn, layihə menecmentliyini və ya ingilis dilini öyrənməyi digər vəzifələriniz və işlərinizlə eyni vaxta
sığdırmağı öyrənməyi qərarlaşdırdıqdan sonra, ilk növbədə hansı biliyi mükəmməlləşdirmək lazım olduğunu
müəyyən etməlisiniz. Gün bölgüsü hazırlamaq və yazılı stikerlərdən istifadə etməklə, hansı saatda nə
öyrənəcəyinizi konkretləşdirməlisiniz. Bu işdə sizə taym-menecmenentin “təcili-vacib, təcili olmayan-vacib
olmayan, vacib olmayan-təcili, təcili olmayan- vacib kvadrantlar” düsturu kömək edəcək. Sonuncuda iş
bölgüsünü düzgün aparmağı bacarmalısınız. Bu nə deməkdir? Məsələn, vacib işiniz varsa, amma eyni
zamanda siz təcili banka getməli, yaxud kiməsə vacib nəsə çatdırmalısınızsa, yaxınlarınızdan kömək istəyə
bilərsiniz. Bununla da vaxtınıza qənaət edərsiniz. Ən əsas iş - vacib və təcili olandır. Ardınca təcili olmayan,
5
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
amma vacib işlər, növbəti isə sonraya saxlanmağı mümkün, amma müddətində həll edilməli işlər yer alır.
Sxem bu cürdür:
TAYM MENECMENT
Beləliklə, öyrənmək istədiyiniz predmeti və müddəti müəyyənləşdirdiniz. İndi vacib olan, diqqətinizi düzgün formada
cəmləməkdir. Bunun üçün, sakitlik və fikrinizi yayındıracaq amilləri aradan qaldırmaq mütləqdir. Mobil telefonunuz,
televizoru, hətta interneti də söndürün. Sakitləşdirici musiqi sədalarında işləmək rahatdırsa, dinləyə bilərsiniz. Əgər
diqqətinizi cəmləmək çətindirsə və beyninizdə fikirlər xaos yaradıbsa, aşağıda qeyd edəcəyim tapşırıq nə qədər
qəribə səslənsə də, onu yerinə yetirin.
Hər əlinizə bir qələm götürüb üfüqi istiqamətdə barmaqlarınızın arasına keçirin. Elə edin ki, bir barmağınız qələmin
aşağı, o birisi yuxarısından tutsun. Dilinizi yuxarı uzadıb, bəbəklərinizi yuxarı zilləyin. Bu vəziyyətdə 2-3 dəqiqə qalın.
Bunu etdikdən sonra, narahatlıqlarınız əhəmiyyətini itirəcək və işinizə başlaya biləcəksiniz. Beyninizin yorulmasın
deyə, qısa fasilələr edə biləsiniz. Saat zənginizi hər 25 dəqiqədən bir çalmağa qurun. 5 dəqiqə dincəlib, yenidən 25
dəqiqə işləyin. 3 dəfə fasilədən sonra, 5 dəqiqə artıq dincəlin. Bundan sonra siyahıdakı növbəti işinizlə də saat
zəngini 25 dəqiqə intervalla qurun. Telefon və ya internetini hansısa səbəbdən söndürə bilməyənlərə, saat zəngi
funksiyasını daha rahat istifadə ilə yerinə yetirən “Pomodoro” proqramını yükləməyi tövsiyə edirəm. Uzunmüddətli
fasilədə təmiz havaya çıxmağı və ya isti-soyuq su ilə yuyunmaq məsləhətlidir.
6
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
Özünüzə gündəlik ritm müəyyən edin. Layihənizi bitirmə vaxtını dəqiqləşdirin. Gündəlik gördüyünüz işin təhlilini
aparın və ya bunu rəhbərinizə, ya da sizinlə birlikdə çalışan birinə həvalə edin. Heç vaxt prosesi dayandırmayın. 40
gündən sonra bu vərdişə çevriləcək. Mütləq haqqınızda deyilən xoş sözləri və müsbət keyfiyyətlərinizi yazdığınız
siyahıları da göz önünə asın və hər gün onlara baxın. Həyatınız dəyişməyə başlayacaq. İdmanla məşğul olmağı,
xüsusən, səhər gəzintisi və ya qaçışını unutmayın. Gəzinti zamanı uğurlu insanlar haqda audiokitablar dinləməyi
məsləhət görürəm. Beyin informasiyanı ən yaxşı səhər vaxtı qəbul edir.
BUNLAR ÖZÜNÜZ ÜZƏRİNDƏ UĞURLU İŞ APARMAĞINIZLA BAĞLI İDİ, BƏS UĞURLU KARYERA ÜÇÜN NƏ
ETMƏLİ?
Beləliklə,yuxarıda sadalananları etdikdən sonra, iş axtarışlarına, CV-nin hazırlanmasına başlamaq olar.
1. Bu əsaslara uyğun vakansiya tapmaq: Bacarıq və imkanlarınız nəzərə alınmalıdır. Məqsəd maaş və ya
bonuslar almaq, sadəcə bir neçə ay işləyib “Mazda sedan” maşınını əldə etmək deyil, öyrənmək və
bacarıqlarınızı möhkəmləndirmək olmalıdır. Motivasiyanız gələcək prespektivlərə yönəlməlidir. Lap sən bu
gün kreditə o “Mazda”nı ala bilsən də, sonra işdən çıxmalı olsan, onu taksi kimi istafədə etməli, ya da ən pisi
valideynlərini borca sala bilər və 5 ilini hədər edə bilərsən. Amma səbr edib, bu beş ildə yeni quracağın iş
üçün pul yığan(startap) sonra nağd pula özünə “Mersedes” ala bilərsən. Hansı markalı brend maşın və ya
paltara üstünlük verməyiniz önəmli deyil, vacib olan bunlara necə və nə qədər pul xərcləməyiniz və sizin
üçün nə qədər ümumi dəyər kəsb etməsidir.
2. CV-nizi namizəddən tələb olunanları əsas götürərək tərtib edin. Bacarıqlarınızı, hobbilərinizi,
nailliyyyətlərinizi qeyd edin. CV tərtibi zamanı aşağıdakı normaları nəzərə alın:
а) bir vərəqə yerləşməli və dolğun informasiyalı olmalıdır.
b) kreativlik həddində olmalıdır. (şrift hər yerdə eyni ölçüdə və rəngdə olmalıdır)
c) CV-nin baxışı 7 saniyə çəkir.(İlk olaraq təhsiliniz, ikinci nailiyyətləriniz, üçüncü təcrübənizə diqqət yetirilir –
tələb olunanlara uyğunluğunuz məhz bu sıralama ilə yoxlanılır)
ç) Şəkliniz pasportdakı kimi ciddi olmalıdır. (Üzünüzdə pozitiv ifadə və kiçik təbəssümlə). Geyinimiz köynək
– qalstuk, göy(mavi) rəngdə olsa məsləhətdir. Eyni qayda təxminən xanımlara da aiddir.
d) Nəzərə alın ki, cansıxıcı və şablon vəzifələr yerinə nailiyyətlərinizi yazsanız, müsahibə üçün seçilən
namizədlərin qısa siyahısına düşmə ehtimalınız daha çoxdur. (Bacardığınız qədər az vəzifə sadalayıb,
rəqəmlərlə göstərilən nailiyyətlər qeyd edin).
7
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
Müsahibəyə necə hazırlaşmalı və ondan necə uğurla keçməli?
2 klassik müsahibə üsulu var:
1. Üç etaplı tanışlıq müsahibəsi
2. Stresli müsahibə
Hər cür müsahibəyə hazır olmaq lazımdır və buna görə də hazırlıq prosesi çox vacibdir. Əvvəlcədən özünüz haqda,
bacarıq və nailiyyətləriniz haqda yazıb, əzbərləyin. Sizi müsahibəyə dəvət edən şirkət haqda bacardıınız qədər çox
məlumat öyrənin. Belə ki, HR-ən ilk verdiyi sual şirkətləri barədə nə bildiyinizi soruşmaq olacaq. Dolğun cavabla siz
həm onun, həm də öz zamanınıza qənaət etmiş və ilk xalı qazanmış olacaqsınız. Bununla yanaşı müraciət etdiyiniz
insanın adını bilmək və ona adıyla xitab etmək vacibdir. Odur ki, müsahibin adını yadınızda saxlayın, amma tez-tez
təkrarlamayın. Ancaq o sizə sual verdiyi zaman cavablarda ona adıyla xitab edin. Hər dəfə sual üçün təşəkkür etməyi
unutmayın. Unutmayın, sizə cavab vermək qədər, ona da sual vermək, müsahibə almaq çətindir. Həm də bu üsulla,
siz dostyana ünsiyyət qurmağa nail olacaqsınız. Mütləq özünüz haqda səlis və düzgün danışmağı bacarın. Bu ticarət
aləmində Elevator Pitch adlanır. Təsəvvür edin ki, diqqətini layihənizə cəlb etmək istədiyiniz biri təsadüfən sizinlə eyni
liftə minib və bu sizin yeganə şansınızdır. Sadəcə iki dəqiqəniz var. Bu qısa müddətdə onun marağını qazanmalı və
sizinlə ünsiyyəti davam etmək arzusunu oyatmalısınız. Bunun üçün layihənin qısa xülasəsini əzbər bilməlisiniz.
Söhbətə etdiklərinizdən deyil, kim olduğunuzdan başlayın. Bu insana və onun biznesinə necə yararlı ola
biləcəyinizdən danışın. Təcrübə və biliklərinizin həlledici məqamlarına toxunun. HR-ın ilk “Özünüzü təqdim edin”
sualının cavabı da məhz belə olmalıdır. Sizin yaşınız, yaşayış yeriniz, məşğul olduğunuz idman növü, uşaq vaxtı nə
etdiyiniz onlara maraqlı deyil. Onlara özünüzü elə təqdim etməlisiniz ki, sizə ehtiyacları olduğunu görsünlər. Suallar
müxtəlif və hiyləgər ola bilər, ona görə ilk dolğun cavabdan sonra əsas suala keçməkdən başqa variantları olmur:
“Şirkətimizə nə faydanız olacaq və ya niyə məhz bizi seçmisiniz?”. Həddi gözləməklə özünüzü elə təqdim edin ki,
sanki bu şirkət sizsiz bir gün də uğur qazana bilməz. Elə bir cavab hazırlayın ki, şirkətin vacib və faydalı hissəsi
olduğunuzu sübut etmiş olasınız. Bu şirkətdə özünüzü necə gördüyünüzdən, nələr edəcəyinizdən danışın. Mütləq
mehribanlığınızı və kooperativliyinizi qeyd edin. Komandayla işləmək və fövqəladə hallarda vəziyyətdən çıxma
bacarığınızı qeyd etməyi də unutmayın. Stressədavmlılıq da vacib qeyd edilməli məqamlardandır. Əslində bu
keyfiyyətiniz “Stresslə necə mübarizə aparırsız?” kimi suallar doğuracaq, amma cavab sadədir: “Mən əvvəlcədən
özümü həyatın mümkün bütün çətinliklərinə hazırlayır və pozitiv düşüncəyə köklənirəm. Spontan stressli
vəziyyətlərdə kimsənin olduğu bir yerə çəkilib, bir stəkan su içib, antistress nəfəs gimnastikası edirəm”(bu cür idman
növlərini asanlıqla internetdən tapa bilərsiniz). Həmçinin, çalışın, həyatınızda baş verən maraqlı və gülməli hadisələri
xatırlayıb danışın. Hətta bacardıqca vizual olaraq onlanları canlandırın, amma axmaq vəziyyətdə görünməmək şərtilə.
“5 il sonra özünü necə görürsüz?”, “Əvvəlki iş yerinizdən niyə ayrılmısınız”, “Boş vaxtlarınızda nə ilə məşğul
olursunuz” kimi koqniktiv dissonans(idraki yoxlama) suallarıdır. Müsahibənin bu hissəsində müsahibə götürən özü
8
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
üçün sizin psixoloji portretinizinizi qurur. Bu məqamda “SWOT” təhlilinizi hazırladığınız üçün ruh yüksəkliyi
köməyinizə yetəcək. Bunlar isə doğru, bayağı olmayan hazır cavablardır: “Hər insanın zəif tərəfi var, amma onun
mövcudluğundan narahat olmaqdan çox, onu necə dəf etmək ya gücləndirmək üçün çalışmaq daha vacibdir”, “Mən
öz üzərimdə hər gün işləyirəm, müxtəlif mənbələrdən bilik qazanıram, işgüzar adamlarla ünsiyyətdə oluram, bu
zaman aşkar etdiyim zəifliklərimlə təcili mübarizəyə başlayıram, onları düzəldirəm”. Bu cavablar iki sualı birdən
cavablandırır və müsahibə alanı karıxdırır. Əlbəttə, bəziləri bu zəif cəhətin nə olduğunu öyrənmək üçün dəridən
qabıqdan çıxır. Belələri üçün də hazır cavab var: ”Zənnimcə, mənim zəif cəhətim – daim hər şeyi ideal etməyə
çalışmaqdır, amma mənfi rəy aldıqda, səhvlərimi necə düzəldə biləcəyimi soruşmaqdan utanmaqdır. Düşünürəm ki,
bundan qurtulmaq üçün, məsləhət ala biləcəyim birini tapmalı ya da utancaqlığıma baxmayaraq sual verməyi
öyrənməliyəm”. Amma düzəlmək istədiyiniz vakansiya satışla bağlıdırsa onda başqa cür cavab verməlisiniz: ”Mən
nəyisə satmalı olanda bir az bezdirici oluram, bu da deyəsən bəzən adamları qıcıqlandırır. Ola bilsin ki, mənim daha
yumşaq olmağı və xüsusi hiyləgərlikləri öyrənməyə ehtiyacım var”. Bu sizə xal qazandıracaq, belə ki, işəgötürənlər
sizdə məhz bu cəhətin olmağını istəyir. Keçmiş iş yerləri ilə gəlincə, əvvəlki müdirlərinizi qətiyyən tənqid etməyin. Nə
qədər səmimi olsa da , statsitikaya görə 78% işçilərin iş yerindən deyil, menecerlerdən ayrılmaq göstəricisinə
baxmayaraq, bilin ki; bunu etiraf etməyiniz bir addım geriləməkdir. Cavab təxminən belə olmalıdır: “Mən həmişə
inkişaf prespektivləri olan, əməkdaşlarına təlimlər keçən, onlara öz bacarıq və imkanlarını reallaşdırmaq imkanı
yaradan şirkətdə çalışmaq istəmişəm. Məncə, karyeramda qazandığım uğurlar mənə peşəkarlığımı artırmağa,
şirkətin isə, daha tez və yaxşı inkişafına kömək olacaq. Təəssüf ki, əvvəlki iş yerlərimdə arzu etdiyim bu məqamlarla
rastlaşmadım və irəli getməyə qərar verdim”.
Dil bilikləri ilə bağlı suallar da ağrılı mövzudur. Hətta ingilis ya ana dilində rəsmi məktublaşma bilikləriniz əla olmasa
belə, hazırda dil səviyyənizin mükəmməlləşdirilməsi üçün hansısa kursa yazıldığınızı qeyd edin. Məşğələlərin həftədə
iki dəfə, axşam saatlarında olduğunu da əlavə edin. Həmin işə götürüldüyüz təqdirdə, mütləq bu şərtlərdə kurs tapıb,
yazılın.
Sonda sizin sual vermək imkanınız yarandıqda əqli imkanlarınızı göstərməlisiniz. Onların namizəddən hansı əsas
inkişaf mərhələlərini gözlədiklərini və bunu nəyə əsasən hesabladıqlarını soruşun. Şirkətin hansı daxili dəyərlər
sistemini dəstəklədiyini və keçirdikləri treninqlərin mövzuları barədə maraqlanın. Amma unutmayın ki, onlar sizə
lazımdır, siz onlar yox! Sadəcə bu anda siz sonralar çalışqanlığınız və təcrübənizlə möhkəmləndirəcəyiniz mövqeyin
ilkin xəyali təsəvvürünü yaratmağa çalışırsız. Hər zaman işəgötürənlərin xeyrinə olacaq məqamlardan danışın.
Əmək haqqı barədə sual ən təhlükəli, eyni zamanda qiymətləndiricidir. Bu suala tərəddüdsüz cavab verməli və
onların sizə xərcləyəcəyi sərmayenin sığortalanmış olduğuna inandırmalısınız. Arzu etdiyiniz maaşı səsləndirin, eyni
zamanda sınaq müddətində onların təklif etdiyi əmək haqqına işləməyə razı olduğunuzu da göstərin. Bir daha keçmiş
uğurlarınız və əvvəlki müdirlərinizin haqqınızdakı müsbət rəylərini xatırladın. Həmçinin, verilən sınaq müddətində
sizin gözlədiyiniz əmək haqqına layiq olduğunuzu göstərəcəyinizi bildirin. İstənilən halda, şirkətin büdcəsi əvvəldən
müəyyən olduğundan, təklif etdiklərindən artıq maaş verə bilməyəcəklər. Ona görə də, bu arqumentlərinə qarşı, ”
Büdcə dövrü hesablamalarının nə vaxtdır və onun yaradılmasında hansı xüsusi meyarlara daha çox diqqət edilir?”
sualını verə bilərsiniz.
Sizi ikinciyi müsahibəyə çağırdıqda, özünüzü eynən ilk dəfəki kimi aparın. Bu dəfə sizə texniki tapşırıqlar verilə bilər;
müəyyən müddətdə həll edilməli testlər və ya 40 dəqiqəyə hansısa mexanizmin qurulması. Burda artıq konqtivistik
(elmi bilik) və idrakınız yoxlanılacaq. Tapşırığı həll etməyi bacarmadığınız təqdirdə, məyus olmayın. Bilməlisiniz ki,
intellekt – mütəxəssis olmaq üçün həlledici amil deyil. Yüksək İQ göstəricilərə malik insanların evdə oturub şirniyyat
bişirməsinə aid kifayət qədər əyani misallar var. Bunu daim vurğulayın. Bu cür testlərin həlli ilə bağlı fəndlər barədə
ətraflı araşdırın və İQ testlərin işgüzar aləmdə əhəmiyyətsizliyi haqda yazılar oxuyun. Hətta bu vəzifəni itirmək
həddində olsanız belə, mövzudan hali olmağınız sizi həmişə məlumatlı, qarşıya qoyduğu məqsəddən geri çəkilməyən
biri kimi tanıdacaq.
Üçüncü müsahibə sırf psixoloji xarakter daşıyır. Peşəkar lider xarici görkəminizi qiymətləndirmədən, bugünkü
əhvalına əsaslanmadan və hansısa qəribə intuisiyasına dayanmadan öz köməkçilərinin seçimi ilə razılaşaraq sizi işə
götürər. O, sizə öz imkanlarınızı göstərməyə imkan yaradar və hətta bunda sizə kömək də edər. Əgər həlledici sözü
şef dediyi və hansısa şəxsi qənaətinə görə sizi işə götürmək istəmədiyi bir situasiya ilə üzləşdiyiniz zaman itirdiyiniz
heç nə olmadığı üçün bu sualı verin: “Qərarınızı əsasladıra bilərsinizmi? Bu mənə gələcəkdə zəif tərəflərimi
anlamağa və onları aradan qaldırmağa kömək edə bilər.”. Əgər sualınız cavabsız qalsa, bilin ki, itirdiyiniz bir şey
yoxdur, sadəcə dəyərli təcrübə qazanmısınız. Bu şirkətə mütəxəssislər lazım deyil və o “Bu gün yaşayıram” prinsipi
ilə fəaliyyət göstərir.
9
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
Bəs stresli müsahibəyə dəvət edildiyin zaman necə davranmalı?
Əvvəla siz öncədən bu stresli müsahibəyə dəvət edildiyiniz barədə xəbərdar olunmursuz. İkinci, istənilən zaman
müxtəlif məqamlara hazır olmaq gərəkdir. Bunun üçün səbr, su və balaca bir kitab ehtiyatınız olmalıdır.
Bunlar nəyinizə gərəkdir?
1. Sizdən gözləməyinizi xahiş edəcəklər. Sizi qəsdən yarım saatdan iki, hətta 3 saata qədər gözlədə bilərlər. Bu
minvalla sizin dözümlülük və səbrlilik səviyyəniz yoxlanılır. Su sakitləşməyə kömək olacaq, amma çox içməyin,
unutmayın ki, müsahibənin ən vacib məqamında ayaq yoluna getmək istəyə biləsiniz. Ona görə öncədən ayaq yoluna
getməyi tövsiyə edirəm.
2. Müsahibə zamanı sizə çaşdırıcı, hətta kibrli suallar veriləcək. Bu üsulla sizin danışıq aparmaq bacarığınız
yoxlanılacaq.
3. Sizə şəxsi həyatınız, yaşınız və ya xarici görüşünüzlə bağlı dəxilsiz suallar da verilə bilər.
Bu təzyiqlərə necə reaksiya verməli?
Hansısa bir oyun iştirakçısı olduğunuzu, qarşınızdakı adamların isə oyundan sonra əlinizi sıxıb sizi təbəssümlə
növbəti etapa yola salacaq əvvəldən hazırlanmış aktyorlar kimi düşünün. Xanımlar üçün belə müsahibələr daha
çətindir. Onlara, “Ailəlisiz? Bəs niyə indiyə kimi ərə getməmisiz? Sevgiliniz var? Kişi kollektivində gec saatlara qədər
işləmək qərarınıza necə yanaşır? Münasibətiniz ciddidir ya müvəqqəti?” kimi suallar verilir. Bu etik olmasa da, stresli
müsahibənin qanunları belədir. Bəylərə də bu tipli suallar verilir: “Evlisiniz? 40 yaşına kimi öz ailənizi qura
bilməmisinizsə, şirkətin quruculuğunda nə kimi əhəmiyyətiniz ola bilər? İçirsiz, çəkirsiz? Bəs bunlardan imtina etmək
lazım gəlsə? Hər zaman deyiləni yerinə yetirirsiz? Müdriyyət tələb eləsə, istirahət günlərində də işləməyə hazırsınız?
Yaşadığınız ərazi kriminal bölgə sayılır, o aləmlə bağlılığınız varmı? Sizin ərazidə normal adamlar azdır, şəxsən mən
belələri ilə çalışmamağa üstünlük verirəm, sən necə düşünürsən?” Bunlar provokasiyadır. Yüngülvari sərhədləri
qorumalarına işarə edib, təbəssümlə sualları cavablandırın. İnanan ki, sonda sizdən üzr istəyib, müsahibə
qaydalarının bu şərtləri tələb etdiyini, özlərinin də bu pillədən keçdiyini vurğulayacaqlar.
İşə götürüldükdən sonra yeni mühitdə özünü necə aparmalı? İlk adaptasiya həftələrində nə etməyi
bacarmalı?
İlk həftələrdə kimsəyə güvənməyin. Dedi –qodulara qoşulmayın, kompaniya və müdriyyət haqqında neqativ
söhbətlərə müdaxilə etməməyin. Şəxsi həyanız barədə danışmayın. Konfliktli adamlarla mübahisə etməyin,
unutmayın ki, yeni gəldiyin üçün haqlı olsan da, səhv edən olmaq ehtimalın böyükdür. Nahar zamanı şəxsi
problemlərinizdən bacardıqca az danışın. Özünüzü müsahibədə apardığınız formada saxlayın. Hər cür kömək və
dəstəyə görə təşəkkür edin. Qadın kollektivi böyük emosional tələ ola bilər. Yaşlarından asılı olmayaraq bütün
xanımlara eyni hörmətlə yanaşmaq gərəkdir. Əgər şirkətdə bayramlarda xanımlara hədiyyə verilmirsə, özünüzü
centlemen kimi gözə soxmağa çalışmayın, mövcud abu-havaya uyğunlaşın. Könlünüzdən təbrik keçirsə, bunu şifahi
10
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
yaxud elektron poçtla edin. Yığıncaq və iclaslarda sizdən söz soruşmamış danışmayın. Əgər hansısa ideya və ya
sizin də iştirakınızı tələb edən məsələ ilə bağlı sual verilərsə, cavablarınız mütləq bu söz birləşmələri ilə başlasın:”
Ümumi səylərimiz nəticəsində, Bizim peşəkar komandamızla birgə...” Heç vaxt özünüzü başqalarından ayırmayın. Üç
həftə ərzində bu qaydalara davamlı olaraq riayət etsəniz, vərdiş halına çevriləcəklər. Həm öz, həm həmkarlarınız,
həm də müdriyyət qarşısında daim peşəkar olun.
Alınmadısa səbəb nədir?
Beləliklə, kitabın tam orasına gəlib çıxdıq və bir gerçəyi dərk etməyə çalışmalıyıq. Çox güman mən bunu kvant
fizikası detalları ilə illüstrasiya eləməyə başlasam, sizə bunu anlamaq çətin olar. Lakin siz yəqin ki, bu ifadəni
eşitmisiniz ya bu barədə hardasa oxumusunuz. Uğur və onun həyatımızdakı əhəmiyyəti haqqında 369-dan çox sitat
var. Biz isə daha çox uğurun astanasından qayıtdı, sona qədər gedə bilmədiyimizin şahidi oluruq. Mən bu insan
ömründəki bu qanunauyğunluğu “Atılma nöqtəsi” adlandırıram. Psixoanalitik aysberq anlayışı var: su üzərində olan
“şüur”, altında olan şüuraltına və digər “şüur ətrafı, təhtəlşüur” kimi psixi sahələr. Gəlin şüuraltından və onun hissələri
haqqında danışaq. Burada biz niyyət, instikt, istək, tələbat kimi psixoloji aspektlərə rast gəlirik. Normal insan məhz bu
göstəriciləri rəhbər tutaraq, yuxarıda sadalanan aspektlər üçün dəyərli olanı arzu edir.
İndi isə mənimlə “Materialist fikirlər” nəzəriyyəsinə qərq olmağınızı istəyirəm. Siz bu barədə çox eşitmisiniz, hətta
özünüz də bu möcüzənin şahidi olmusunuz. Əgər dünyamıza vektorlardan baxsaq, onda qarşımızda belə bir
mənzərə yaranır:
İncə plan (Zaman)
(Arzular) 3 il 5 il 7 il 10 il 12 il
Fiziki dünya (Zaman)
Zaman buferi dfcgm=
.
0m
“Atılma nöqtəsi” nədir və onu necə idarə etməli?
Cədvəldə həyatımızın vektor formada necə əks olunduğunu göstərmişəm. Bu ideya Universitet professoru və texniki
elmlər doktoru Anatoliy Donskova məxsusdur. Bu nəzəriyyə nədən bəhs edir? Biz fiziki dünyada yaşayıb, düşünürük,
amma fikirlərimiz incə planlama məkanında əks olunur. Sadə dillə desək, fiziki dünyadan incə dünyaya ötürücü rolunu
şüuraltımız yerinə yetirir. Nəyisə arzu etdiyimiz an o, incə dünyada öz əksini tapır. Orada fiziki dünyadan göndərilən
şüanın əksi yaranır və bu şüa zaman sektoruna düşən üçbucaq yaradır. Adətən, vəd ediləni 3 il gözləyərlər, deyirlər.
Arzularda da bu cürdür; bir ildən üç ilə qədər müddətə yerinə yetərlər. Doğru arzu tutduqda və onun gerçəkləşməyi
üçün əlindən gələni etdikdə, iki müddət kəsiyində ona yetə bilərik: bizdən asılı olmayan və özümüzün müəyyən etdiyi
vaxtda.
Birincidə bunu tale, kvant sıçrayışı, yaxud Allahın əməli adlandıra bilərik. Əsas odur ki, arzu xoşməramlı olsun və heç
bir bəd əmələ yönəlməsin. Bu prosesi idarə etmək o qədər də asan deyil, belə ki, biz psixi vəziyyətimizin daxili
vibrasiyalarından asılıyıq. Əgər insanı sahə kimi təsəvvür etsək və bu sahəni müxtəlif kəsiklərə ayırsan, ən yuxarıda
“Sevgi”, “Heyranlıq”, “Harmoniya”, bir az aşağıda “Sağlamlıq”, “Balans”, “Əhval-ruhiyə”,”Depressiya”, “Çarəsizlik”,
“Əlacsızlıq” və sonda “Özünəqəsd”, “Ölüm” yer alar. Məsələ burasındadır ki, insanların çoxu orta sahələrdə oturur və
azca aşağı sahələrə toxunur. Məqsədə mövcud olduğu dalğada arzunun materiallaşdırılması metodu ilə çatılır.
Məsələn əgər siz, marketinq ya avtokad proqramını öyrənməyə çətinlik çəkdiyiniz üçün özünüzü faydasız menecer
hesab edirsinizsə və layihəni idarə etməyi özünüzə layiq bilmirsinizsə, nəticə belə də olacaq. Yuxarıda qeyd etdiyim
kimi, hər şey sizin məlumatlılığınızdan asılıdır. Öyrənməyi bacarırsız, amma tənbəlsiniz? Bir yerdə qərar tuta
bilmirsiz, amma çox hiperaktivsiniz? Əla yaddaşınız var, amma sizi əhval dəyişkənliyi idarə edir? Bütün bunlara
nəzarət etmək olar, amma bunun üçün zaman lazımdır. İstənilən pis vərdişi dəyişmək olar, həmişəlik olmasa da, onu
nəsə yaxşı keyfiyyətlə əvəzləmək mümkündür. Bunun üçün öz dünyanızı kəşf etməlisiniz. Bunu dəyərələr cədvəli
yaxud, “Maslou piramidası” çox gözəl əks etdirir.
Planların incə dünyada əksi
11
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
İntellekt və onun şüurlu inkişafı
Əşyalara və detallara diqqət
Dünyanı, insanları
mənəvi müstəvidə qavrama
Heyvani instiktlər və ehtiraclar
Sağqalma və özünüqoruma refleksi
Bizə hansı alətlər kömək edə bilər?
İlk növbədə özünüzə 5 “Niyə?” sualı verin:
Niyə depressiyadayam? Çünki, tənhayam.
Niyə tənhayam? Çünki, yanımda olmaqlarını istədiyim adamlar mənimlə deyil.
Niyə yanımda yoxdular? Çünki, mən daha onlara maraqlı deyiləm.
Niyə daha onlara maraqlı deyiləm? Çünki, daim şikayət edirəm.
Mən niyə daim şikayət edirəm? Çünki, nə istədiyimi bilmirəm!
Daha sonra “S.M.A.R.T” başlığından istifadə edin. Bu sizə aydın, gözlə görünən nəticələr əldə etməyə, müyəssər,
vaxtında verilən məqsədi müəyyənləşdirməyə olacaq!
Specific – müəyyən etdik ki, məqsəd aydındır: «Şikayət etməyı tərgitmək. Köhnə dostluqları bərpa etmək ya da
yeniləri ilə ünsiyyət qurmaq.
Measured – məqsəd ölçülən olacaq: “Mən özümü daha yaxşı hiss edəcəyim yeni dostluqlar quracağam, ya da köhnə
dostları bərpa edəcəyəm. Bu mənim fiziki və ruh sağlığıma müsbət təsir edəcək. Mənim iştahıma və enerjimə, bir sıra
digər vacib məqamlara xoş təsir bağəşlayacaq”
Achievable – məqsəd müyəssər olacaq: ”Mən psixoteravet müayinəsi keçəcəyəm, müəllimlə çalışacağam, psixoloq
ya kouçla ünsiyyətdə olacağam ki, məni bu vəziyyətdən qurtarsınlar. Onların köməyi və mənim səylərim uğurla
məqsədimə doğru aparacaq. Bunun üçün özümə gərəkli məbləği və zamanı ayıracağı bacaracağam”.
Relevant – məqsəd real olacaq: “İnternetdə mənə doğru mənbələri tapmağa və məqsədimə nail olmağa yarayacaq
kifayət qədər mütəxəssi və kitablar va.r
Timed - məqsəd dəqiq vaxta hesablanacaq: “Mən bütün mümkün prosedurları üç ay ərzində biritmək istəyirəm ki,
yeni il bayramını dostlarımla qeyd edə bilim”.
Bu vasitələr bizə nə öyrətdi?
Bizim daxili və kənar problemlərimizə intizamlı və konstruktiv yanaşmağı öyrəndik. İndi menecer üsullarını rəhbər
tutaraq, mövcud vəziyyəti doğru qiymətləndirə bilərik. Artıq biz həyaımızın, məqsədlərimizin dolayısı ilə taleyimizin də
idarəçiləriyik. Amma bu hələ hamısı deyil. Tale ancaq siz xasiyyətinizi dəyişməyə müvəffəq olanda dəyişir. Vibrasiya
mövzusuna qayıdaraq bir də müəyyən etməli, anlamalıyıq ki, həyatımıza yalnız biz özümüz cavabdehik. Əgər daxili
tənzimləmələrimizə əl gəzdirməsək, bütün bu qaydaların əhəmiyyəti olmayacaq. İlk əvvəl daxili tənzimləmələrimizi
yenidən qurmalıyıq ki, kitabdakı şəxsi inkişaf və karyera qurmaqla bağlı məsləhətləri asanlıqla istifadə edə bilək.
Primitiv, ziyanlı vərdişdən qurtulmaq üçün, əvvəlcə onu yaxşıca tanımaq lazımdır. Onun nəyə yaradığını anlamaq,
sonra varlığı üçün, bizə həyatımızı dəyişmək imkanı verdiyi üçün ona təşəkkür edib, tərgitmək lazımdır. Prosesin
psixoloji məqamı ilə işimiz bitdikdən sonra, onun mexaniki tərəfi üzərində çalışmağa başlayırıq.Əgər ziyanlı vərdişin
yenidən beyninə soxulduğunu hiss etsən, özünü yumşaq yerindən möhkəm cimdiklə. Şüurun bunun ağrılı olduğunu
qəbul edənə kimi, hər dəfə bunu təkrarla. Səndə vərdişini məhv edən yeni refleks yaranacaq. Bu hələ hamısı deyil!
Sən orqanizmindən nə vaxtsa ona zövq verən bir məhvumdan qurtulmusan, bir qayda olaraq, nəyisə alırsansa,
12
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
əvəzində bir şey verməlisən. Bunu sənin yerinə “S.M.A.R.T.” edəcək. Sən isə sadəcə olaraqgələcək fəaliyyətin üçün
əksik olan keyfiyyəti tapmalısan. Məsələn, yeni dil, proqramlaşdırmanı, fərqli kulinariya resepti, ya da üzməyi öyrənə
bilərsiniz. BU sənin orqanizminə, dolayısı ilə əsəb sisteminə də xoş təsir bağışlayacaq. Sən hansısa sahədə
mütəxəssis olduğunda, bu səndə həyatının bütün sahələrində nizam-intizamlılıq yaradacaq.
Yenidən şüalanan insan sxeminə qayıtdığımızda, aydın olur ki: Sağqalma instiktin sənin vibrasiyalarına “suisid”,
“ölüm” kimi zonalara keçməyə imkan verməyəcək. Heyvani istək və ehtiyacların onları razı salmaq üçün hərəkət
etməli olduğunun siqnalını verəcək. Mənəvi mahiyyətin öyrənmək və effektiv işləmək qabiliyyətinə mane olan heyvani
istəklərinin qarşısını kəsəcək. Sənin detallara diqqətli yanaşman əşyalarla birgə öz şəxsinə yönəldiyi üçün,
motivasiyanı mütəxəssis səviyyəsinə qaldıracaq. Sənin intellektual inkişafın istənilən situasiyaya tez reaksiya
verməyə və qarşıya qoyulan məqsədlərə tez çatmağa imkan yaradacaq.
Şəxsi göstəricilərinizdə monitorinq aləti varmı?
Şübhəsiz ki, var. Harda, necə olmağından asılı olmayaraq bunu hər zaman yoxlayın. Mən bunu “Aydınlanma
dəqiqəsi” adlandırıram. Harda, nə etməyinizdən asılı olmayaraq, iki saatdan bir fəaliyyətinizi dayandırıb, bir dəqiqə
ərzində özünüzə bu sualları verin:
Mən kiməm?
Hardayam?
Burada nə edirəm?
Elədiyim iş mənə xoş gəlirmi?
Bunu davam etmək istəyirəmmi?
Bundan xeyrim nədir?
Bundan məndən başqa kimsə xeyir qazana bilirmi?
Bu proseduru vaxtında etmək üçün, taymeri hər iki saatdan bir qurun. İki – üç həftədən sonra bunu etmək avtomotik
olaraq vərdişə çevriləcək. Bu sizə prosesləri və hadisələrə münasibətinizi idarə etməyi öyrədəcək. Cavablarınız mənfi
olduğu təqdirdə, “Yox” cavabı aldığınızda növbəti vasitədən istifadəni məsləhət görürəm. Bu üsul Deminq dövrəsi
adlanır: “PDCA – Plan, Do, Check, Act”. Bu sadə üsuldan istifadə etməklə məqsədlərimizi analiz edir, fəaliyyət
strategiyasını tərtib edir, hər şeyin nəzərdə tutulmuş plan üzrə gedib-getmədiyini yoxlayır, nəticəsiləri gözdən keçirir,
onlara uyğun olaraq da sonrakı hərəkətlərimizi müəyyən edirik.
Məsələn:
Yeni işinizdə qarşınıza məqsəd qoymusunuz ki, menecerlərin ağlına və ürəyinə hakim kəsiləcəksini. Bunu necə
edəcəyinizi dəqiqplanlaşdırmısınız. “İlk adaptasiya ayını necə keçməli” bölməsində sizə hər kəsdən kəskin
seçilməmyi, ideya verərkən bölüşməyi, həmkarlarınızla implementasiyaları paylaşmağı məsləhət görmüşdüm.
Beləliklə, siz heyranetmə mərhələsindəsiniz, amma “Aydınlıq dəqiqəsi”ndə başa düşürsünüz ki, bu sizin gerçəkdən
arzuladığınız deyil, üstəlik bu sizin həmkarlarınızından kiminsə özünəinamını sarsıda bilər. Onda siz yenidən
planlama etapına qayır və yeni bir strategiya qurursunuz. Beləliklə, siz planınızı həyata keçirmək mərhələsinə
gələndə nəticələr sizə və mecerlerinizə elə də əhəmiyyətli görünmədiyi üçün, yeni etapa – “nəticələrdən yaranan
hərəkətlər”ə keçirsiniz. İndi planınızda nəyin doğru olmadığını təsbit etməlisiniz. Mən sizə “İsikavanın
diaqramması”ndan istifadəni məsləhət görürəm. Bunu yalnız işgüzar deyil, şəxsi məqsədləriniz üçün də işlədə
bilərsiniz. Bu alət sizə səbəb-istintaq təhlil üsulu ilə problemin mənbəyini tapmağa kömək olacaq. Problemin belə
araşdırma modelinə “Balıq skileti” də deyirlər, belə ki, sxem quruluşuna görə məhz balıq skiletinə bənzəyir.
13
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
Gördüyünüz kimi, bu şəkildə problem üfiqi hərəkət vektoru üzrədir: “İşdə yüksəlmə yoxdur”. Sİz Deminqin “P.D.C.A”
dövriyyəsindən istifadə etməklə, bu qənaətə gəldiniz. İndi isə nəticələri analiz edərək, nəyin harda doğru getmədiyini
müəyyən etməyə çalışırsınız. Səbəblərin sayı səkkizdir. Məsələn, 3-cü “İş təcrübəsi azdır” səbəbi, “Yeni fəaliyyət
sahəsi” səbəbaltını açıqlayır. Bu da öz növbəsində “Mən bu sahəni az araşdırıram” səbəbaltısını, nəticədə isə
“Kifayət qədər zaman ayırmıram ya da ancaq iş əsnasında öyrənməyə çalışıram” səbəbaltı ortaya çıxır. Bunlada da,
sizin “İş təcrübəm azdır” səbəbinin məğzi ortaya çıxır. Bu üsulla biz porblemin bütün səbələrinin səbəbaltılarını
müəyyən edib, əsas mənbəni və ya mənbəni tapırıq. Problemin səbəbini öyrənməklə, artıq onun 50% həllini də əldə
etmiş oluruq.
Yuxarıda göstərilən vasitələrdən, məntiq və intuisiyanızdan istifadə etməklə özünüz və məqsədiniz üzərində bir ya bir
neçə dəfə işləməlisiniz. Çoz zaman itirməyəcəksiniz. Bu gündə iki saatdan çox çəkməz. Hətta ən zəif menecer belə
bu vasitədən istifadə etməklə, ən az bir həftədən az vaxta uğur qazanar.
Daxili balansı necə saxlamalı və bununla da məqsədlərə necə yetməli?
Əslində, “Balans” anlamını əksəriyyət “Dzen Buddizm” fəlsəfəsi ilə qarışıq salır. Bəzən insanlara dinamik dünyada
yaşayaraq daxili balansı saxlmaq bacarığını anlamaq çətin olur. Təbii ki, balansa yuxarıda deyilən fəlsəfədəki özünlə
barışmaq kimi yanaşsan, bu qeyri – mümkündür. Amma məsələyə şəxsiyyəti inkişaf və özünüinkişaf fəlsəfəsi kimi
yanaşsan fərqli, faydalı sərhədlər görmək olar.
Beləliklə, gəlin bütün keçdiyimiz əməliyyatlara yenidən nəzər salaq. Bu vasitələrdən istifadə etməklə, özümüzü
ertələmə mövqeyindən çıxıb, uğurlu şəxsiyyət olmağa sövq edək. Biz şəxsiyyətimizi, baş verənləri araşdırdıq, güclü
və zəif tərəflərimizi aşkar etdik, ətrafımızı və onun təsirini müəyyən etdik. Bundan sonra şüurumuzu yeni xarakterik
cəhətlərə və bacarıqlara köklədik, həyatımızın planını hazırladıq. Uğurumuzun müddətini və hesablama müstəvisini
dəqiqləşdirdik. Lazımi işi tapmaq üçün gərəkli olan əsas prinsiplər barədə məlumatlandıq, diqqət cəlb edən CV
hazırlamağı, müxtəlif formalı müsahibələrdən necə keçməyi öyrəndik, yeni iş yerində adaptasiya prosesini asanlıqla
keçməyin üsulllarından hali olduq. Böyük bir iş bacardıq və bununla da kifayətlənmədik. Daha dərinə gedib, daxili
aləmimiz, xəyalımızda qurduğumuz psixloji altqatlar və ssenarilərdən agah olduq. Anladıq ki, xəyal qurmaq yaxşıdır,
amma hərəkət etməklə onların yerinə yetməsinə daha da yaxın ola bilərik. Başa düşdük ki, niyyətimiz xoşməramlı
olsa, həm özümüz, həm də ətrafımızdakı insanlar üçün xeyirxah əməllər görə bilərik. Klassik və təsirli menecment
üsulları ilə əhvalımızı analiz etməyi və gücləndirməyi öyrəndik. Olmaq istədiyiniz birinə çevrilmək üçün lazım olan
İşdə yüksəlmə
yoxdur
Səbəb 4:
Məsuliyyətə hazır deyiləm
Səbəb 3:
İş təcrübəsi azdır
Səbəb 2:
Boş vakansiya yoxdur
Səbəb 1:
Heyət üçün pul yoxdu
Səbəb 5:
Müdirə soyuq münasibət
Səbəb 6:
Tez-tez gecikirəm
Səbəb 7:
Layihələrimin sayı azdır
Səbəb 8:
Qərarsızam
Alt səbəb
Alt səbəb Alt səbəb
Alt səbəb Alt səbəb
Alt səbəb
Alt səbəb
Alt səbəb
Alt səbəb
Подпричина
Alt səbəb
Alt səbəb
Alt səbəb
Alt səbəb
Alt səbəb
Лень
14
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
matrisa məhz bunlardır. Bu proqram sizi rahatlıq zonasından çıxarıb, öz üzərinizdə işləməyə məcbur edəcək. Hə, siz
istədiklərinizə nail olacaqsınız. Hə, bu sizi xoşbəxt edəcək. Amma bu fani dünyanın bir sirri də var! Bütün bunları
qorumaqla bərabər iş, ailə, dostlar, sağlamlıq, hobbi, şəxsi inkişaf və istirahəti nacə balanslaşdırmaq olar? Biz Taym
Menecment vasitələri və ondan istifadə qaydalarını izah etmişdik. Siz həmişə bu və ya ən az bunun qədər əhəmiyyətli
digər vasitələrdən istifadə edə bilərsiniz. Amma mən kouçunqi öyrəndiyim zaman tanış olduğum daha bir maraqlı
üsulu sizinlə paylaşmaq istəyirəm. Sizə “Balans çənbəri”ni təqdim edirəm. Bu üsulu “Həyat çənbəri” adlandıranlar da
var. Bunu bilmək bizə nə varəcək? Bu sistem nəticəsində biz həyatımızın hansı hissələrində aktiv, hansılarında
nisbətən passiv olduğumuzu və bunların bizə necə təsir etdiyini müəyyən edəcəyik. Bunu bilmək nəyimizə lazımdır?
Sükan arxasında olarkən, ya da ictimai nəqliyyatdan istifadə edərkən təkərin boşalmış və ya zədələnmiş olmasını
istəyərsinizmi? Bu halda, sağlamlığınız, lap elə həyatınız təhlükə altında ola bilər. Eyniliklə hər şeyi bizim təkərə də
aid etmək olar. Gəlin rəsimdə bunun necə göründüyünə diqqət yetirək.
15
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
Gördüyünüz kimi, şəkildə kəsişən vektorların 1-dən 10-a qədər bölünmüş şkala quruluşu var. A4 formatlı vərəqdə
belə bir cədvəl çəkib, sizi əhatə edən şəxsi həyat aspektlərini qeyd edin. Düşünüb, hal – hazırda bütün həyat
sferalarınızı sizi qane etmə dərəcəsinə görə birdən ona qədər qiymətləndirin (1 – lap pis, 5 – orta, 10 - əla). Şkalada
təyin etdiyiniz hər rəqəmin yerində iri bir nöqtə qoyun. Bütün sferaların analizi bitdikdən və qeydlərinizi apardıqdan
sonra, nöqtələri sırayla bir xətlə birləşdirin. Nəticədə, üzərində hərəkət etdiyiniz həyat çənbərinin şəklini əldə
edəcəksiniz. Əminəm ki, bir çox hallarda o, dairəvi alınacaq. Onu tam balanslaşdıra bilməsəniz nə qədər uzağa gedə
bilərsiniz?
Beləliklə, həyat dəyərlərinizin sıralamasına diqqət edin. Hal-hazırda sizin üçün ən vacib olan nədir? Sağlamlığınız?
Ailəniz? Əgər sağlamlıq şkalanızı 5-dən 8-ə qədər qiymətləndirmisinizsə həyəcan təbilini çalmağa ehtiyac yoxdur.
Hərçənd, ildə iki dəfə tam tibbi müayinədən keçmək pis olmazdı.
Əgər hobbinizə 2-dən 4-ə qədər qeyd etmisiniz və karyera, sağlamlığınız da təxminən bu həddəsirsə, o zaman işə
vacib olandan başlamalısınız. Məsələn, sağlamlığınız və işləriniz qaydasına düşənə kimi hobbinizə zaman ayırmağı
ertələməlisiniz. Şkalada sağlamlığınız, ailəniz və digər vacib məqamlarda irəliləyişlər olduğu zaman, əhəmiyyətli
amma daha az vacib məsələlərin həllinə keçmək olar. Məsələn, əgər sizin hobbiniz rahatlaşmağınızı, fikrinizi
cəmləməyə kömək olursa, deməli şkaladakı hansısa aspektlərə müsbət təsir göstərir. Buna görə də hibbinizi vaciblər
sırasına əlavə edə bilərsiniz.
Hər şey dəyər ölçülərinizdən asılıdır. Əgər dostlara kifayət qədər vaxt ayırmadığınızı, ailə münasibətlərinin əvvəlki
ehtirasın itirdiyinizi müəyyən etmisinizsə, bu məqamlar ən çox əmək sərf etməli olduğunuz sahələrdir. Bunun üçün
lazım olan bütün alətləri yuxarıda sizə ərməğan etmişəm. Sadəcə İsikavanın diaqramı bəs edir, təbii ki, daxili
intuisiyanız da öz yerində.
Deməli, qarşınıza məqsəd qoyun, vaxtı dəqiqləşdirin və uğurunuzun ölçü kateqoriyalarını müəyyən edin. Sonra
nəticələrə görə hərəkət edin. İldə iki dəfə həyat çənbərinizi çəkib, həyatınızın hansı sahələrində nə qədər
irəlilədiyinizi müəyyən edə bilərsiniz. Balans təkərini biznes, karyera və özünüinkişaf sahələrində istifadə edə
bilərsiniz. Daha irəli getmək üçün harda olduğunu, nə istədiyini anlamağın, özünü sual-cavaba çəkməyin daha asan
yolu varmı? Bu sual adətən orta yaş krizisində olan bütün kişilərdə yaranır. Bu nə sosial statusdan, nə də digər
göstəricilərdən asılıdır. Kimdəsə bu mərhələ kəskin və uzunmüddətli, kimdəsə tez və asan keçir. Hər şey şəxsin
psixotipindən və həyat tənzimləmələrindən asılıdır. Yuxarıda qeyd etdiyim kimi “Həyat çənbəri”ni həyatın bütün
sahələrinə tətbiq etmək olar, amma mən daha ağır situasiyalarda mütəxəssisə müraciətin vacibliyinin qətiyyən
əleyhinə deyiləm. Bir kouç kimi daha yüngül formalar üçün fundomental modelimiz “GROW”dan istifadəni məsləhət
görürəm.
G– bu depressiyadan qurtulmaq istəyirəm.
R – dostlarımı, ailəmi itirirəm.
О – mütəxəssisə müraciət etmək.Yoqaya
getmək. Meditasiya öyrənmək. Ortaq
maraqlarım olan klublar tapmaq. Yeni,
maraqlı insanlarla tanış olmaq. Kiçik də
olsa öz işimə başlamaq.
W – iyulun 31-i qəbula yazılacağam.
Avqustun 10u yoqaya başlayacam. Şəhər
ətrafında maraqlarıma uyğun klublar
axtaracağam.
16
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
Beləliklə, nədən başlayaq! Sizdə hər hansı bir sual ya problem yaranıb. Yerimizi rahatlayib, dadlı çay süzüb, vərəq-
qələm götürüb aşağıdakıları qeyd edirik:
Məqsəd: Həyatımda nə baş verib və baş verir, mən bundan qurtulmq yaxud çoxaltmaq istəyirəm.
Bu gün əldə etdiklərim nədir: Nail olmaq istədiklərimizə mane olan əhval – ruhiyyə və ya arzu etdiyimiz məqsədə
çatmaq üçün ehtiyacımız olan halın təbiti.
İstifadə edə biləcəyim variantlar: Hər hansı bir tədbirlərdə iştirak və ya mütəxəssislə görüş üçün dostların və ya
qohumların dəstəyini qazanmaq.
İnternetdə eyni problemləri olan insanlarla tanış olmaq və ümumi müzakirələr və beyin fırtınası nəticəsində onları
birlikdə həll etməyə çalışmaq, həftəlik məqsədləri təyin etmək.
Təsbit etdiyim müddətlər: Bu ayın sonundan başlamağı, gələn ayın axırlarında ilkin nəticələri əldə etməyi
planlaşdırıram. Mən məqsədlərimə yetməyimin səbəbinin mənim uğurlu fiziki və psixi vəziyyətimin bəhrəsi olduğunu
anlayacağam.
Mən sistemin istifadə qaydasını misal olaraq göstərdim. Siz də şəxsi göstəricilərinizi qeyd edib, istədiyiniz nəticələri
əldə edə bilərsiniz. Bu zaman yuxarıda təqdim olunanları tətbiq etməyi unutmayın. BU model sizə doğru sualları
verməyə və səmərəli cavablar almağa kömək olacaq. Əlbəttə ki, cavabları tapan kimi hər birimiz hərəkə
keçməyəcəyik. Bunun üçün, sizə kimin və ya nəyin kömək etmələrini xahiş etmək gərəkdir. Əminəm ki, sizin əsl
dostlarınız uğur qazanmağınız üçün əlindən gələni əsirgəməyəcəklər. Görünən bütün imkanlardan istifadə edin. Daim
insanlara, təbiətə, Allaha verdikləri imkanlar üçün təşəkkür edib, şükr edin. Minnətdarlıq – vücudunuza və
gələcəyinizə pozitivlik bəxş edən çox güclü enerjidir. Nəzərə alın ki, bu vasitələri və bütövlükdə metodikanı tamahkar
niyyətlər üçün istifadə etdiyiniz zaman o, işləməyə bilər. Ona görə, bu məqsədin nəyə yaradığını, sizə və ətrafınıza nə
kimi faydası olduğu barədə bir də düşünün.
17
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
Həyat fəaliyyətinizi motivə edəcək hansı sitatlar var?
Qeyd etdiyim kimi, bizim metodikaya aid edilə biləcək 369-dan çox sitat var. Bu görkəmli insanların fikirlərinin
kvintessensiyanı göstərmək istərdim ki, oxucularım deyilənlərin tam mahiyyəti bütövlükdə dərk edə bilsinlər.
Həyatdan maksimum yararlanmaq üçün, insan dəyişməlidir. Təəssüf ki, insan nadir halda və çətinliklə dəyişir. Bəziləri
buna illərini xərcləyir. Ən çətini həqiqətən ürəkdən dəyişməyi istəməkdir.
Karlos Kastaneda
Karlos Kastanedanın bu kəlamında taledən həddiyyə qazanmaq prosesi əks olunur və buna nail olmaq üçün ən
böyük mükafatın səbr olduğu vurğulanır. Məhz o, bizim gələcəyimizi dəyişmək prosesində öyrəndiklərimizin
təminatıdır. Odur ki, özünüzü inkişaf etdirməyə ayırdığınız vaxta heyifiniz gəlməsin. Bunlarla dostluq edin, öz xeyriniz
üçün istifadə edin.
“Razılığınız olmasa, kimsə sizdə natamamlıq hissi yarada bilməz.
Elionora Ruzvelt
В O vaxtlar Elinonoranın müdrikliyi və təmizqəlbliliyinə heç kəs şübhə etməzdi. Bunun sübutu xarakteridir. Bu sitat
onun hamı üçün qızıl pul olmadığımızı və hər kəsin bizi bir cür qiymətləndirdiyini dünyaya göstərmək cəhdini
açıqlayır. Başqasının tənqidini qəbul və ya rədd etmək bizim haqqımızdır. Əgər tənqid sağlamdırsa, onunla razılaşıb,
hansısa xüsusiyyətlərimizi və ya bacarıqlarımızı möhkəmlədə bilərik. Ancaq öz qəlbinizi və haqqınızda deyilən pozitiv
fikirləri dinləyin.
“Bilmək azdır, tətbiq etməli. İstəmək azdır, hərəkət etməli.
Bryus Li
Bryus Li kəskin suallara baxmayaraq, istənilən mövzuda gözəl müzakirə etmək, bununla da həmsöhbətinə ehtiramla
davranmaq bacarığı ilə seçilib. Onun inadkarlığı və məşqləri sayəsində şərq əlbəyaxa döyüş sahəsində bənzərsiz
uğurlar əldə edib. Bu ifadəsində bildirir ki, tətbiq edilmədikdə qazanılmış biliklərin heç bir əhəmiyyəti olmur.Əla
nəzəriyyəçi olduğumuz halda, təcrübədə sıfra bərabər ola bilərik. Odur ki, daim hərəkət edin, gerisi düzələcək.
“Məqsədindən yayınmayan ən ləng adam, məqsədsiz veyillənəndən zirəkdir”
Qothold Lessinq
Alman ədəbiyyatının banisi dahi şair və dramaturq Qotholdun bu möhtəşəm kəlamının məğzi budur: Məqsəd hər
şeydə vacibdir. Bu insana su kimi lzımdır. Məqsədinizin mahiyyəti və ölçüsü önəmli deyil, amma varsa və siz ona
doğru irəliləyirsinizsə, deməli nahaq yaşamırsınız. Həmişə məqsədiniz olsun!
Həyatda hər şey olur, zamanla daha nadirən”
Boris Krutuyer
Boris Krutiyerin bu aforizmi böyük publika tərəfindən duyulmaya bilməzdi. Ali dərəcəli həkimlik peşəsi, ona məşhur
rus aforizm ustası kimi tanınmağına mane olmadı. Onun cümləsində həqiqət var, tale hər şeyi sonraya saxlayan
adamlara qarşı xeyirxah yanaşmır. Beş il əvvəl sizə verilən imkan və şansları bu gün gizlədə bilər. Fikrin mahiyyəti
ondadır ki, ən həyatın verildiyi ən kiçik şansda belə hərəkətə keçmək lazımdır. Çox fikirləşmək üçün vaxtınız yoxdur,
amma qərar vermək üçün zaman çatar. “Dünəndən başlayın!”
18
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
Pullu treninq təhlükəlidirmi və onların möhtəşəmliyi nədədir?
Mən işgüzar və ya şəxsi həyatımızla bağlı treninqlərlə bağlı mövzuya bu cümləylə başlamaq istəyirəm: “Davada bu
an üçün ömrünü verməyə hazır olan tərəf qalib gəlir”. Zalda olduğunuz zaman ətrafınızda insanlar, qarşınızda səhnə,
ventilyasiya sisteminin soyuq havası, dispenserdən süzülmüş su ilə dolu plastik stəkanlar olanda ya möcüzə, ya da
məyusluq gözləyirsiniz. Və budur qarşınızda kifayət qədər tanınmış, təliminin bir saatı 150 dollar olan biri səhnəyə
çıxıb bütün çıxış edənlərin elədiyini təkrarlayır – gərginliyi götürür. Bu, adətən keçmişlə bağlı hansısa gülməli əhvalatı
danışmaq və sizə empatiya ilə, bütün iştirakçıların hər birinin keçirdiyi hislərlə bağlı olur. Ən bayağı, eyni zamanda
hədəfə dəyən isə bu cümlələrdir: “Bir vaxtlar mən də sizin kimi düz edirəmmi, deyə tərəddüd edirdim. Qəpik
quruşuma heyifim gəlir, bu cür treninqlərdən yan qaçmağa çalışırdım, çünki onların əhəmiyyətini dərk etmirdim.
Amma bir gün sanki qəflət yuxusundan oyandım. Sanki nəsə məni heç vaxt eləmədiyim, çəkindiyim, inanmadığım bir
şey etməyə sövq elədi və ...” Bundan sonra o, bir günün onun həyatını necə dəyişdiyindən danışacaq. “Və məni
ayağa qaldırıb, hərəkətə gətirən “nəsə” enerjisi zalda əsir. Hamınızdan olmasa da, bu güclü enerji çoxunuzdan gəlir”.
Nəticədə siz 4 saatlıq treninqə 150 dollar xərcləyən yeganə axmaq olmadığınızı anlayıb, sakitləşəcəksiniz. Beləliklə,
bu 4 saat sizə mahiyyətcə nə verir? Bəziləriniz ilk 40 dəqiqədən sonra aldığı informasiyadan, çoxdan elektrik xətti
qurulmuş,amma cərəyana qoşulmaq üçün məhz bunları eşitməyə ehtiyacınız olduğunu hiss edəcəksiniz. Belələri bu
treninqdən razı qalacaq və xərcləldiyi pula görə bir damcı da heyifsilənməyəcək. Kimsə teatrda aktyor izləyirmiş kimi
tamaşa edəcək. Bəziləri sonda tənqid etməyə sözü olsun deyə, aktyoru diqqətlə izləyir ki, səhv etdiyi o məşum
məqamı nəzərdən qaçırmasın. Kimsə göstərilən maraqlı şoudan ləzzət alır. Kimsə də səsyazan qurğular kimi yadda
saxlamağa əyri-üyrü xətlə dəftərdə qeydlər aparmağa çalışır ki, sonra evdə, ofisdə, tək olanda oxumağa çalışsın.
Beləliklə, treninqlərin təhlükəsi nədədir? Əziz oxucular, təhlükə məhz sizin özünüzdədir. Şüurunuzdan lazimi cavabı
almasanız, nəticə qazanmayacaqsınız. Nəticə almadıqda isə vaxt və pul itkisinə heyfsilənəcəksiniz. Amma bu
mövcud təhlükələrdən ən kiçiyidir. Əsas element sizin ümumilikdə treninqlərə güvənməməyiniz, daha təhlükəlisi isə
özünüzü başqalarından axmaq hesab etmə ehtimalınız ola bilər. Bu ehtimal internetdə bir neçə həmfikir tapdıqdan,
hansısa treninqləri sona kimi izləməyən, şəxsən iştiraklarından heç bir effekt əldə etməyən bloqqerlərin yazılarını
oxuduqdan sonra daha da möhkəmlənə bilər. Burada bizim üçün əsas sual, “Bəs əgər?” olmalıdır. Nəyi bəyəndiyiniz,
nədən məyus olduğunuz, nəyin sizi təkrara sürüklədiyini mümkün 10 arqumentlə əsaslandırmağa çalışın. Sizə görə
effektsiz olan, özünüzü digərilərindən axmaq hiss elədiyiniz treninqdən sonra “Bəs əgər?” alətindən istifadə edin.
Gəlin, bunu birlikdə edək.
Beləliklə, “Bəs əgər?”:
1) Yorğun olduğum üçün çıxış edənə diqqətlə dinləyə bilmədim;
2) Çoxsaylı yarımçıq işlərim beynimdən çıxmırdı;
3) Əvvəlcədən bu təlimin effektivliyinə inanmırdım, ona görə də əvvəldən özümü o cür proqramladım;
4) Mənə elə gəlir ki, onun didiklərinin hamısını bilirəm, ona görə də sözlərinə qulaqardına vururdum;
5) Treninqin mövzusunu əsaslı öyrənmədiyim üçün, çünki mənim problemimin həlli üçün başqa mövzu lazım idi.
Sonrasını özün düşünün. Əsas bu konsepsiyanın nəbzini tutmağınızdır. Təlim deyənlərin də bizim kimi insan
olduğunu unutmamaq da, azəhəmiyyətli məqam deyil. Onların da uzun müddət hazırlaşdığını, daim, səhnədə olanda
belə həyəcanlandıqlarını da xatirimizdə saxlayaq. Mənfi reklamın onlar üçün yaratdığı fəsadları, reputasiyalarına
mənfi təsir göstərəcəyini, bəzən isə uzun məhkəmə prosesləri ilə nəticələndiyini, onları iflas edəcək həddə çatdıra və
mənəzi əzaba düçar edə biləcəyini də düşünməliyik. Təlimi və təlimçiləri doğru seçin ki, gözləntiləriniz yerinə
məyusluq qazanmayasınız. Bilirəm, çoxlarınız, “Beş – altı aydan sonra “YouTube”da havayı izləyə biləcəyim təlimə,
niyə pul ödəyib, baxım ki?” Bəlkə də təlimdə iştirak edənləri axmaq, hövsələsiz ya da pul xərcləmə hərisləri də hesab
edirsiz. Amma burada iki vacib məsələ var:
1) İndi yaranmış ehtiyac qısa müddətdə ödənməlidir.
2) Zalın enerjisi və əməkdaşlıq.
Zalda yeni strategiyalarını məmnuliyyətlə paylaşanların həmfikirlər, müştərilər ya rəqiblər olduğunu heç vaxt öncədən
bilmirsiniz. Zaldan əldə etdiyiniz faydanı, evdə, divanda çay içərik, telefonunuzda qurdalanaq ala bilməzsiniz.
Məsələn, psixoloji aspektləri götürəsk ezoterik kupe qiymət məbləğində maraqlı faktlar orata çıxarır.
Birincisi, əgər siz pul ödəmisinizsə. Tərləməli olsanız da özünüzü zövq almağa kökləmisiniz. Hə, söhbət istirahət və
bayram günlərinizdə işləyərək, necə deyərlər, qan tər içində şəxsən qazandığınız pullardan gedir. Üstəlik, əgər siz
praktik birisinizsə, gündəlik xərcinizi aşan məbləği ödəmək sizin üçün ölümə bərabər olacaq. Ezoterika burda da öz
yerini alır. Əgər siz az da olsa, enerjilər, kosmosun gücü və axirət dünyası haqda az da olsa maraqlanmısınızsa
pulun xərcləyənə qayıtmaq kimi bir özəlliyindən halisiniz. Həyatda qazanılan istənilən xeyirxahlığın və sərf edilən
əməyin əvəzini ödəməliyik. Təəssüf ki, çoxlarımız üçün azəhəmiiyətli olmayan din və ictimai qınaq və mənəviyyat
19
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
aləmində də bu qanun təməl prinsipdir. Ümid edirəm ki, qısaca sizə təlimlərdə iştirak prosesinin sizə necə vacib və
gərəkli olduğunun mexaniki tərəflərini izah edə bildim. Amma bir şeyi də bilin ki; əksər treninqlə marketinqə
hesablanıb. Orda siz sadəcə 25-30 % lazımı informaasiya alırsınız, geridə qalanlar isə sadəcə reklam, marketinqdir.
Sonda sizə təlimçinin təlimdən azca baha olan kitabını satmağı təklif edirlərsə, onda qərarı siz verin. Şəxsən mən o
kitabı almaram, yeddi – səkkiz ayda sonra internetdən köçürərəm. Bu sadəcə mənim baxış bucağımdır, siz bu fikrə
istifadə qaydası kimi riayət etməyə məcbur deyilsiniz. Bir də xatırladıram ki, hər şey tələb olunandan və onun
əhəmiyyətindən asılıdır.
20
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.
Mündəricat
Nədən başlamalı? “SWOT” analizi və ətraf mühitin təhlili...................................................................................3
Özünüinkişaf üçün...............................................................................................................................................7
Uğurlu CV-ni necə hazırlamalı?...........................................................................................................................9
İş müsahibəsindən necə keçməli?.......................................................................................................................10
Atılma nöqtəsi. Niyə ilişib qalırıq?........................................................................................................................12
“SMART” modeli məqsəd müəyyən etmə kimi.....................................................................................................14
“5-Niyə?» və ya yeni.............................................................................................................................................15
İsikavanın səbəb araşdırma analizi .....................................................................................................................16
Həyatın hər sahəsi üçün “Balans çənbəri”............................................................................................................17
“GROW” modeli və ya özünüinkişafetdirmə..........................................................................................................18
Motivəedici sitatların kvintesensiyası ....................................................................................................................19
Pullu təlimlərin təhlükəsi və möhtəşəmliyi..............................................................................................................20
Mənbələr:
Whitmore, Kauffman & David 2013;
Doran, G. T. (1981). "There's a S.M.A.R.T. way to write management's goals and
objectives". Management Review. AMA FORUM. 70 (11): 35–36.;
Deming (1986), p. 88; Ishikawa, Kaoru (1968). Guide to Quality Control. Tokyo: JUS;
ZigZiglar'sWheelofLife-ATotal-LifeApproachtoGoalSetting;
AnatoliyDonskoy, http://uspeha-vam.ru;
21
Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.

More Related Content

Featured

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by HubspotMarius Sescu
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTExpeed Software
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsPixeldarts
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthThinkNow
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfmarketingartwork
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsKurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summarySpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
 

Featured (20)

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPT
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 

Komfort Zonaslndan çixması və uğurlu şəxsiyyəti formalaşdırılması METODİK KİTAB

  • 1. KOMFORT ZONASINDAN ÇIXMASI VƏ UĞURLU ŞƏXSİYYƏTİ FORMALAŞDIRILMASl 2017 Life & Business Coach NLP Practitioner Marketing & Sales Consultant www.leadmydream.com ŞAMİL FƏTƏLİYEV
  • 2. 1 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. Komfort zonasından çıxma və uğurlu şəxsiyyətin formalaşdırılması” Müəllif: Şamil Fətəliyev Şamil Fətəliyev. 34 yaş. Xarici şirkətlərdə 15 illik iş təcrübəsi. 10 uğurlu dövlət layihəsində iştirak. Onlardan biri dənizkənarı bağda Milli Bayraq proyektidir. Marketinq, təşkilat, maliyyə və insan resurslarının idarəetməsi üzrə MBA dərəcəsi. ABŞ-ın Beynəlxalq kouçinq federasiyasının Sertifikatlı Layf və Biznes Kouçu.”İrrosional fəlsəfə və ya taleyə hökm edən müasirlərin külliyatı” kitabının müəllifi. “Lead My dream” kouçunq- konsaltinq şirkətinin təsisçisi və sahibi. Life Coaching Baku feysbuk qrupunun yaradıcısı və idarəedicisi. 1. Nədən başlamalı? Birinci növbədə, hər birimiz müəyyən etməliyik ki, mahiyyətcə biz kimik? Şəxsən özümüz, daha sonra işəgötürən üçün hansı dəyərləri ehtiva edirik. Həyatda əsas məqsədimiz nədir?: Kariyeraçı, tənbəl, səfil, azad rəssam, avara, intellektual, filosof ya qeyri – müəyyən tip. Adətən, əksər insanlar axrıncı kateqoriyaya aid olur. Amma bu onların yararsız olduğuna dəlalət etmir. Hər insanın gizili potensialı: öyrənmək resursu və qabiliyyəti var. Hər şey bizim niyyət və motivasiyamızdan asılıdır. Dövrümüzdə ali təhsili və maddi bazası olmayan yüzlərlə planetimizin uğurlu və varlı insanını nümunə göstərə bilərəm. Amma bunları özünüz də çox yaxşı bilirsiz. Hər zaman yorulmadan təkrar edəcəyəm ki, Yer Kürəsində hər gün 75 nəfər milyonçu adı qazanır. Hamısının milyonçu olaraq qalmağı fakt deyil, amma bunun səbəbləri tamam başqa söhbətin mövzusudur. Amma hər birimizin həyatımızı dəyişmək şansı olduğu dəqiqdir. Pul əsas olmasa da həlledici amildir. Mən heç kəsi şəxsi mınfəət üçün kəsilmiş başlar üzərindən keçməyə, ya da buddist fəlsəfəsini qəbul etməyə çağırmıram. Hərçənd, çoxları üçün bu da bir çıxış yoludur. Bir çox milliarderlər öz həyatlarını tibetli rahiblərin həyatı ilə dəyişmək istəyərdilər. Hər şey həytınızdakı balans və harmoniyadan asılıdır. Buna görə də yuxarıda deyilənləri nəzərə alaraq, ilk növbədə özünüzə bu sualları verməlisiniz: “Mən kiməm? Mən özüm və işəğötürən üçün daxilimdə hansı dəyərləri ehtiva edirəm. Həyatda məqsədim nədir? Məni hansı tip insan idarə edir?” 2. Özümüzü anlamağa, təhlil etməyə bizə nə kömək edəcək? Bu köməyin ilki yaxın çevrənizdə sorğu aparmaqdır. Əvvəlcə doğmalarınızdan haqqınızda nə düşündüklərini soruşun. Amma xahiş edin ki, həqiqət nə qədər acı olsa da, doğrunu yazsınlar. Daha sonra dostlarınız arasında sorğu aparın. Yalnız bundan sonra tanışlarınızdan da eyni şeyi xahiş edin. Bu sizin beyninizi qidalandıracaq və sağlam düşünməyə vadar edəcək. Cavablarla üzləşmək üçün heç kimin sizə mane ola bilməyəcəyi bir yerdə təkliyə çəkilin. Bütün kənardan təsir edəcək, fikrinizi dağıdacaq maneələri zərərləşdirin, söndürün. Yığdığınız məlumatları nəzərə alaraq bu zamanı özünüzlə daxili dialoqa sərf edin. Sizi idarə edən əsas xüsusiyyətin nə olduğunu analiz edin. Həyatınızda olanlar sizi qane edirmi, sizə yarayırmı? Əhatənizdə kimlər var? Onlar sizin inkişafınızda nə kimi rol oynayır? Kağız-qələm götürüb bu qeydləri aparın. Haqqınızda deyilənlərə heyrət edəcəksiniz. Kənardan özünüzü heç vaxt fərqində olmadığınız, hiss etməyiniz kimi görəcəksiniz. Məhz bu anda, sizdə məqsəd yaranacaq. Mütləq qeyd etməliyəm ki, məqsəd özlüyündə çox güclü psixoloji və mənəvi gücə malikdir. Bu güc peyğəmbərlər yaradıb və onlara milyonların zehinlərini və ürəklərini fəth etməyə kömək olub. Məqsəd - görkəmli fikirlər və şah əsərlər yaratmağa qadirdir. Onun tənbəllik kimi sarsılmaz güc üzərində hakimiyyəti var. Amma, bundan sonra səyahətiniz hələ yeni başlayır. .
  • 3. 2 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. 3. Növbəti addım hansıdır və bunun üçün hansı vasitələrdən istifadə etməli? Növbəti addım menecmentlikdə “SWOT” analiz adlanır. Daha sonra, ətrafın analizi aparılmalıdır. “SWOT” analiz – sizin hərtərəfli daxili marketinqinizdir. Bu, sizin güclü və zəif tərəfləriniz, imkan və mümkün təhlükələrinizdir. Ətrafınızın təhlili – sizi əhatə edən insanlardır. Daim yanınızda olan həmin o 5-6 nəfərdir. Sizin gələcəyinizi, şüurunuzu, davranışlarınızı idarə edən o qüvvələrin təhlilidir. Bunlar, sizin daxili marketinqinizə təsir edən amillərdir. Klassik marketinqdə bu üsulu, Porterin 5 gücü adlandırırlar. Amma mövzumuz klassik marketinqin əsasları olmadığı üçün, mən bu nümunəni psixoloji sinerjidə canlı orqanizmə uyğunlaşdırmağa çalışıram. Beləliklə, vərəqi tam böləcək şəkildə bir üfüqi və bir şaquli xətt çəkirsiniz. Bölünmüş dörd sahə alınır. Onları aşağıdakı şəkildə bölüb, yazırsınız: Sol yuxarı xanada “S” – güclü tərəfinizi yazın. Bu xanada hər şeydən yaxşı bacardığınız 5 əsas keyfiyyətinizi, insanlarda rəğbət oyadan xüsusiyyətlərinizi qeyd edin. Yuxarı sağ xanada ”W” – 5 zəif bildiyiniz xüsusiyyətlərinizi yazın. Əksik hesab etdiyiniz, heç cür idarə edə bilmədiyiniz və ya inkişaf elə bilmədiyiniz keyfiyyətləri qeyd edin. Aşağı sol xanada “O” – imkanlarınızı yazın. Güclü tərəflərinizin sayəsində zəif xüsusiyyətlərinizi möhkəmlədirəcək mümkün imkanları qeyd edin. Aşağı sağ xanada “T” – təhlükə ehtimallarını yazın. Yəni, güclü tərəflərinizi və imkanlarınızı istifadə etmədiyiniz təqdirdə hansı təhlükəli aqibətə düçar ola bilmək ehtimallarını, itirə biləcəklərinizi qeyd edin. Bunları qeyd etdikdən sonra, vərəqi kənara qoyun. İndi isə yeni vərəq götürüb, tam ortasında dairə çəkin və içərisində “MƏN” yazın. Dairənin kənarında 5 dairə də çəkin, hər birinin içərisində hər gün ünsiyyətdə olduğunuz adamların adını yazın. Adlarını yazdığınız adamlar dost, qohum, iş yoldaşı və ya kolleqalarınız ola bilər. Ər/arvad və uşaqları bu siyahıya daxil etməyin. Onlarla bağlı məsələ başqa mövzudur və bu məsələni sonda araşdıracağıq. Dairədə adları olan insanlar bugünkü həyatımızın əyani görüntüsüdür.
  • 4. 3 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. Dairələrin hər birində iki ox ayırıb hər birinin başlığına həmin adamın həyətınıza bəxş etdiyi müsbət və mənfilikləri yazın. Beşinci güc ÖZÜNÜZsünüz (yəni, onlarda, özünüzdə həm xoşladığınız, həm də bəyənmədikləriniz və bunların şəxsi uğurlarınıza təsiri). Hazır rəsmə baxıb, təkrarlanan sözləri seçin. Məhz bu sözlər sizin həyatınıza təsir edən dalğadır. Dalğalı xətlərlə həmin sözləri öz dairənizə doğru istiqamətləndirin. Bundan sonra aşağıda onların həyatdakı mövqelərini, məşğuliyyət dairələrini qeyd edin və hansının həyatı sizə daha çox xoş və uğurlu gəlirsə, onu müəyyən edin. Əgər belə bir adam varsa, onu həyat müəllimi kimi nəzərə alın. Onun adının üstündə “M” hərfi yazın. Daha sonra ilk yazdığınız vərəqi götürüb ikinci yazdığınızın yanına qoyun. Diqqətlə hər ikisinə baxın. Bu sizin həyatınızın xəritəsidir: razı olduqlarınız və dəyişmək istədikləriniz. İndi üçüncü vərəqi götürüb əvvəl yazdıqlarınıza istinad edərək sizə kimin və nəyin kömək edə biləcəyini yazın. Daha sonra dördüncü vərəqə keçirdiyiniz sorğuda dost və tanışların haqqınızda yazdıqları müsbət keyfiyyətləri köçürün. Özünüz yazdığınız müsbətləri də əlavə edin, təxminən 7 – 8 pozitiv cümlə alınmalıldır. Sonuncu vərəqi daim görə biləcəyiniz bir yerə yapışdırın. Onu 40 gün ərzində hər gün oxuyun. Bu proses “Pozitiv MƏNin yaradılması” adılanır. Təbriklər, sizdə ruh yüksəkliyi yaranıb və xarizmanız əmələ gəlir ya da güclənir. İndi isə SWOT adlı vərəqinizə nəzər yetirin. Bir vərəq götürüb, oraya “TƏHLİL” yazın. Birinci sütundakı Güclü tərəfləri: xanadakı birinci güclü tərəflə zəif tərəflərdəki ilkə münasibətə təsirini təhlil edin. Sizin birinci güclü tərəfinizin, ilk sırada olan mənfi tərəfinizə necə təsir göstərə biləcəyini müəyyən edin. Daha sonra sırayla birinci güclü tərəfinizin sırayla ikinci, üçüncü, yəni bütün beş mənfi tərəfinizə təsirini təhlil edin. Sonra sol yuxarı xanada bütün müsbət tərəflərinizin sırayla hər bir mənfi tərəfinizi necə dəf edəcəyini, aradan qaldıra biləcəyinizin təhlilini aparın. Növbəti addım “imkanlar” xanasına qeyd etdiklərinizi eyni sırayla aşağı sağ xanadakı təhlükələrə təsirini araşdırın. Mövcud zəifliklərinizi güclü tərəfləriniz yazılan xanadakılarla möhkəmləndirəcəyiniz kimi, eynilə imkanlar xanasında qeyd etdiklərinizlə də mümkün təhlükələrin qarşısını ala bilərsiz. Zəif tərəflərinizi aradan qaldırdıqdan sonra, güclü xüsusiyyətlərinizi, imkanlarınız sayəsində aradan qalxmış təhlükələri də nəzərə almaqla necə möhkəmləndirdikdə nələrin baş verəcəyinin təhlilini aparın. Təhlükələrinizin digər xanalardakı qeydləriniz sayəsində necə aradan qalxdığını görəcəksiniz.
  • 5. 4 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. Bunları etdikdən sonra, bir də ətrafınızdakı adamların adını yazdığınız vərəqə nəzər salın. Bu iki vərəqə diqqətlə baxın. İlk vərəqdə məqsədlərinizi sistemli şəkildə qurduğunuzun şahidi olacaqsınız. İkinci də isə, bunları etməkdə sizə kimin dəstək, kimin mane olduğunu biləcəksiniz. Sonra 40 gün göz qabağında saxlamalı olduğunuz keyfiyyətlərinizi yazdığınız vərəqə baxın. Bu vərəqlərin hər üçünü diqqətlə nəzərdən keçirin. Siz həyatınızın yeni xəritəsinə baxırsınız. Təbrik edirəm, indicə siz yeni koqnitiv bacarıq – “Öz bacarıq və imkanlarınızın gücünə inam” əldə etdiniz. Qeyd edim ki, 40% insan işə başlamadan dayanacaqlar, çünki bu prosesi çətin və yorucu hesab edəcəklər. Neyləmək olar, bu onların seçimidir. Bu tip insanlar, “Matrisa” filmindəki sehirli həbləri, “Qaranlıq sahəsi” filmindəki “NZT” ni axtaranlardır. Təhlilin nəticəsi sizə nə verəcək? Bundan sonra öz üzərində necə işləyəcəksiniz? Bu verilən biliklər sayəsində aparılan təhlil öz üzərində çalışan insana qavaramanı, gücü, ruh yüksəkliyini və nəhayət müəyyən olmuş qəti məqsədi göstərəcək. Yeni intizam bacarığı sizə gərəkli oksitosin və yeni nümunələr qazandıra biləcək. Bu vərdişin formalaşmasıdır. İndi cəsarətlə öz CV-lərinizi göndərə və müsahibələrə gedə bilərsiniz. Bu gözlərdəki parıltı və özünəinam “HR”-lar tərəfindən dərhal qiymətləndirilir. Artıq “heç vaxt iş tapa bilməmək” qorxusu və “sağ qalmaq üçün harda gəldi iş tapmaq” fikrindən qurtulursunuz. Daha öz şəxsi biznesiniz, hansısa yeni başlanğıclar haqda düşünə bilərsiniz. Ümumi axından düzgün fikri müəyyən etməli və lazımi insanları bu işə həvəsləndirməlisiniz. İşləri vaciblik həddinə görə düzgün tənzimləməyi və müddətləri müəyyən etməyi bacarmaq əsas məsələdir. Nailiyyətlərinizi necə qiymətləndirəcəksiniz? Missiyanızın yerinə yetirilməsinin göstəricisi nə olacaq? Bunun üçün nələrdən istifadə edəcəksiniz? Hər şeyi vaxtında etməyi və ya təyin olunmuş müddətə bitirməyi necə bacarmalı? Məsələn, layihə menecmentliyini və ya ingilis dilini öyrənməyi digər vəzifələriniz və işlərinizlə eyni vaxta sığdırmağı öyrənməyi qərarlaşdırdıqdan sonra, ilk növbədə hansı biliyi mükəmməlləşdirmək lazım olduğunu müəyyən etməlisiniz. Gün bölgüsü hazırlamaq və yazılı stikerlərdən istifadə etməklə, hansı saatda nə öyrənəcəyinizi konkretləşdirməlisiniz. Bu işdə sizə taym-menecmenentin “təcili-vacib, təcili olmayan-vacib olmayan, vacib olmayan-təcili, təcili olmayan- vacib kvadrantlar” düsturu kömək edəcək. Sonuncuda iş bölgüsünü düzgün aparmağı bacarmalısınız. Bu nə deməkdir? Məsələn, vacib işiniz varsa, amma eyni zamanda siz təcili banka getməli, yaxud kiməsə vacib nəsə çatdırmalısınızsa, yaxınlarınızdan kömək istəyə bilərsiniz. Bununla da vaxtınıza qənaət edərsiniz. Ən əsas iş - vacib və təcili olandır. Ardınca təcili olmayan,
  • 6. 5 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. amma vacib işlər, növbəti isə sonraya saxlanmağı mümkün, amma müddətində həll edilməli işlər yer alır. Sxem bu cürdür: TAYM MENECMENT Beləliklə, öyrənmək istədiyiniz predmeti və müddəti müəyyənləşdirdiniz. İndi vacib olan, diqqətinizi düzgün formada cəmləməkdir. Bunun üçün, sakitlik və fikrinizi yayındıracaq amilləri aradan qaldırmaq mütləqdir. Mobil telefonunuz, televizoru, hətta interneti də söndürün. Sakitləşdirici musiqi sədalarında işləmək rahatdırsa, dinləyə bilərsiniz. Əgər diqqətinizi cəmləmək çətindirsə və beyninizdə fikirlər xaos yaradıbsa, aşağıda qeyd edəcəyim tapşırıq nə qədər qəribə səslənsə də, onu yerinə yetirin. Hər əlinizə bir qələm götürüb üfüqi istiqamətdə barmaqlarınızın arasına keçirin. Elə edin ki, bir barmağınız qələmin aşağı, o birisi yuxarısından tutsun. Dilinizi yuxarı uzadıb, bəbəklərinizi yuxarı zilləyin. Bu vəziyyətdə 2-3 dəqiqə qalın. Bunu etdikdən sonra, narahatlıqlarınız əhəmiyyətini itirəcək və işinizə başlaya biləcəksiniz. Beyninizin yorulmasın deyə, qısa fasilələr edə biləsiniz. Saat zənginizi hər 25 dəqiqədən bir çalmağa qurun. 5 dəqiqə dincəlib, yenidən 25 dəqiqə işləyin. 3 dəfə fasilədən sonra, 5 dəqiqə artıq dincəlin. Bundan sonra siyahıdakı növbəti işinizlə də saat zəngini 25 dəqiqə intervalla qurun. Telefon və ya internetini hansısa səbəbdən söndürə bilməyənlərə, saat zəngi funksiyasını daha rahat istifadə ilə yerinə yetirən “Pomodoro” proqramını yükləməyi tövsiyə edirəm. Uzunmüddətli fasilədə təmiz havaya çıxmağı və ya isti-soyuq su ilə yuyunmaq məsləhətlidir.
  • 7. 6 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. Özünüzə gündəlik ritm müəyyən edin. Layihənizi bitirmə vaxtını dəqiqləşdirin. Gündəlik gördüyünüz işin təhlilini aparın və ya bunu rəhbərinizə, ya da sizinlə birlikdə çalışan birinə həvalə edin. Heç vaxt prosesi dayandırmayın. 40 gündən sonra bu vərdişə çevriləcək. Mütləq haqqınızda deyilən xoş sözləri və müsbət keyfiyyətlərinizi yazdığınız siyahıları da göz önünə asın və hər gün onlara baxın. Həyatınız dəyişməyə başlayacaq. İdmanla məşğul olmağı, xüsusən, səhər gəzintisi və ya qaçışını unutmayın. Gəzinti zamanı uğurlu insanlar haqda audiokitablar dinləməyi məsləhət görürəm. Beyin informasiyanı ən yaxşı səhər vaxtı qəbul edir. BUNLAR ÖZÜNÜZ ÜZƏRİNDƏ UĞURLU İŞ APARMAĞINIZLA BAĞLI İDİ, BƏS UĞURLU KARYERA ÜÇÜN NƏ ETMƏLİ? Beləliklə,yuxarıda sadalananları etdikdən sonra, iş axtarışlarına, CV-nin hazırlanmasına başlamaq olar. 1. Bu əsaslara uyğun vakansiya tapmaq: Bacarıq və imkanlarınız nəzərə alınmalıdır. Məqsəd maaş və ya bonuslar almaq, sadəcə bir neçə ay işləyib “Mazda sedan” maşınını əldə etmək deyil, öyrənmək və bacarıqlarınızı möhkəmləndirmək olmalıdır. Motivasiyanız gələcək prespektivlərə yönəlməlidir. Lap sən bu gün kreditə o “Mazda”nı ala bilsən də, sonra işdən çıxmalı olsan, onu taksi kimi istafədə etməli, ya da ən pisi valideynlərini borca sala bilər və 5 ilini hədər edə bilərsən. Amma səbr edib, bu beş ildə yeni quracağın iş üçün pul yığan(startap) sonra nağd pula özünə “Mersedes” ala bilərsən. Hansı markalı brend maşın və ya paltara üstünlük verməyiniz önəmli deyil, vacib olan bunlara necə və nə qədər pul xərcləməyiniz və sizin üçün nə qədər ümumi dəyər kəsb etməsidir. 2. CV-nizi namizəddən tələb olunanları əsas götürərək tərtib edin. Bacarıqlarınızı, hobbilərinizi, nailliyyyətlərinizi qeyd edin. CV tərtibi zamanı aşağıdakı normaları nəzərə alın: а) bir vərəqə yerləşməli və dolğun informasiyalı olmalıdır. b) kreativlik həddində olmalıdır. (şrift hər yerdə eyni ölçüdə və rəngdə olmalıdır) c) CV-nin baxışı 7 saniyə çəkir.(İlk olaraq təhsiliniz, ikinci nailiyyətləriniz, üçüncü təcrübənizə diqqət yetirilir – tələb olunanlara uyğunluğunuz məhz bu sıralama ilə yoxlanılır) ç) Şəkliniz pasportdakı kimi ciddi olmalıdır. (Üzünüzdə pozitiv ifadə və kiçik təbəssümlə). Geyinimiz köynək – qalstuk, göy(mavi) rəngdə olsa məsləhətdir. Eyni qayda təxminən xanımlara da aiddir. d) Nəzərə alın ki, cansıxıcı və şablon vəzifələr yerinə nailiyyətlərinizi yazsanız, müsahibə üçün seçilən namizədlərin qısa siyahısına düşmə ehtimalınız daha çoxdur. (Bacardığınız qədər az vəzifə sadalayıb, rəqəmlərlə göstərilən nailiyyətlər qeyd edin).
  • 8. 7 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. Müsahibəyə necə hazırlaşmalı və ondan necə uğurla keçməli? 2 klassik müsahibə üsulu var: 1. Üç etaplı tanışlıq müsahibəsi 2. Stresli müsahibə Hər cür müsahibəyə hazır olmaq lazımdır və buna görə də hazırlıq prosesi çox vacibdir. Əvvəlcədən özünüz haqda, bacarıq və nailiyyətləriniz haqda yazıb, əzbərləyin. Sizi müsahibəyə dəvət edən şirkət haqda bacardıınız qədər çox məlumat öyrənin. Belə ki, HR-ən ilk verdiyi sual şirkətləri barədə nə bildiyinizi soruşmaq olacaq. Dolğun cavabla siz həm onun, həm də öz zamanınıza qənaət etmiş və ilk xalı qazanmış olacaqsınız. Bununla yanaşı müraciət etdiyiniz insanın adını bilmək və ona adıyla xitab etmək vacibdir. Odur ki, müsahibin adını yadınızda saxlayın, amma tez-tez təkrarlamayın. Ancaq o sizə sual verdiyi zaman cavablarda ona adıyla xitab edin. Hər dəfə sual üçün təşəkkür etməyi unutmayın. Unutmayın, sizə cavab vermək qədər, ona da sual vermək, müsahibə almaq çətindir. Həm də bu üsulla, siz dostyana ünsiyyət qurmağa nail olacaqsınız. Mütləq özünüz haqda səlis və düzgün danışmağı bacarın. Bu ticarət aləmində Elevator Pitch adlanır. Təsəvvür edin ki, diqqətini layihənizə cəlb etmək istədiyiniz biri təsadüfən sizinlə eyni liftə minib və bu sizin yeganə şansınızdır. Sadəcə iki dəqiqəniz var. Bu qısa müddətdə onun marağını qazanmalı və sizinlə ünsiyyəti davam etmək arzusunu oyatmalısınız. Bunun üçün layihənin qısa xülasəsini əzbər bilməlisiniz. Söhbətə etdiklərinizdən deyil, kim olduğunuzdan başlayın. Bu insana və onun biznesinə necə yararlı ola biləcəyinizdən danışın. Təcrübə və biliklərinizin həlledici məqamlarına toxunun. HR-ın ilk “Özünüzü təqdim edin” sualının cavabı da məhz belə olmalıdır. Sizin yaşınız, yaşayış yeriniz, məşğul olduğunuz idman növü, uşaq vaxtı nə etdiyiniz onlara maraqlı deyil. Onlara özünüzü elə təqdim etməlisiniz ki, sizə ehtiyacları olduğunu görsünlər. Suallar müxtəlif və hiyləgər ola bilər, ona görə ilk dolğun cavabdan sonra əsas suala keçməkdən başqa variantları olmur: “Şirkətimizə nə faydanız olacaq və ya niyə məhz bizi seçmisiniz?”. Həddi gözləməklə özünüzü elə təqdim edin ki, sanki bu şirkət sizsiz bir gün də uğur qazana bilməz. Elə bir cavab hazırlayın ki, şirkətin vacib və faydalı hissəsi olduğunuzu sübut etmiş olasınız. Bu şirkətdə özünüzü necə gördüyünüzdən, nələr edəcəyinizdən danışın. Mütləq mehribanlığınızı və kooperativliyinizi qeyd edin. Komandayla işləmək və fövqəladə hallarda vəziyyətdən çıxma bacarığınızı qeyd etməyi də unutmayın. Stressədavmlılıq da vacib qeyd edilməli məqamlardandır. Əslində bu keyfiyyətiniz “Stresslə necə mübarizə aparırsız?” kimi suallar doğuracaq, amma cavab sadədir: “Mən əvvəlcədən özümü həyatın mümkün bütün çətinliklərinə hazırlayır və pozitiv düşüncəyə köklənirəm. Spontan stressli vəziyyətlərdə kimsənin olduğu bir yerə çəkilib, bir stəkan su içib, antistress nəfəs gimnastikası edirəm”(bu cür idman növlərini asanlıqla internetdən tapa bilərsiniz). Həmçinin, çalışın, həyatınızda baş verən maraqlı və gülməli hadisələri xatırlayıb danışın. Hətta bacardıqca vizual olaraq onlanları canlandırın, amma axmaq vəziyyətdə görünməmək şərtilə. “5 il sonra özünü necə görürsüz?”, “Əvvəlki iş yerinizdən niyə ayrılmısınız”, “Boş vaxtlarınızda nə ilə məşğul olursunuz” kimi koqniktiv dissonans(idraki yoxlama) suallarıdır. Müsahibənin bu hissəsində müsahibə götürən özü
  • 9. 8 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. üçün sizin psixoloji portretinizinizi qurur. Bu məqamda “SWOT” təhlilinizi hazırladığınız üçün ruh yüksəkliyi köməyinizə yetəcək. Bunlar isə doğru, bayağı olmayan hazır cavablardır: “Hər insanın zəif tərəfi var, amma onun mövcudluğundan narahat olmaqdan çox, onu necə dəf etmək ya gücləndirmək üçün çalışmaq daha vacibdir”, “Mən öz üzərimdə hər gün işləyirəm, müxtəlif mənbələrdən bilik qazanıram, işgüzar adamlarla ünsiyyətdə oluram, bu zaman aşkar etdiyim zəifliklərimlə təcili mübarizəyə başlayıram, onları düzəldirəm”. Bu cavablar iki sualı birdən cavablandırır və müsahibə alanı karıxdırır. Əlbəttə, bəziləri bu zəif cəhətin nə olduğunu öyrənmək üçün dəridən qabıqdan çıxır. Belələri üçün də hazır cavab var: ”Zənnimcə, mənim zəif cəhətim – daim hər şeyi ideal etməyə çalışmaqdır, amma mənfi rəy aldıqda, səhvlərimi necə düzəldə biləcəyimi soruşmaqdan utanmaqdır. Düşünürəm ki, bundan qurtulmaq üçün, məsləhət ala biləcəyim birini tapmalı ya da utancaqlığıma baxmayaraq sual verməyi öyrənməliyəm”. Amma düzəlmək istədiyiniz vakansiya satışla bağlıdırsa onda başqa cür cavab verməlisiniz: ”Mən nəyisə satmalı olanda bir az bezdirici oluram, bu da deyəsən bəzən adamları qıcıqlandırır. Ola bilsin ki, mənim daha yumşaq olmağı və xüsusi hiyləgərlikləri öyrənməyə ehtiyacım var”. Bu sizə xal qazandıracaq, belə ki, işəgötürənlər sizdə məhz bu cəhətin olmağını istəyir. Keçmiş iş yerləri ilə gəlincə, əvvəlki müdirlərinizi qətiyyən tənqid etməyin. Nə qədər səmimi olsa da , statsitikaya görə 78% işçilərin iş yerindən deyil, menecerlerdən ayrılmaq göstəricisinə baxmayaraq, bilin ki; bunu etiraf etməyiniz bir addım geriləməkdir. Cavab təxminən belə olmalıdır: “Mən həmişə inkişaf prespektivləri olan, əməkdaşlarına təlimlər keçən, onlara öz bacarıq və imkanlarını reallaşdırmaq imkanı yaradan şirkətdə çalışmaq istəmişəm. Məncə, karyeramda qazandığım uğurlar mənə peşəkarlığımı artırmağa, şirkətin isə, daha tez və yaxşı inkişafına kömək olacaq. Təəssüf ki, əvvəlki iş yerlərimdə arzu etdiyim bu məqamlarla rastlaşmadım və irəli getməyə qərar verdim”. Dil bilikləri ilə bağlı suallar da ağrılı mövzudur. Hətta ingilis ya ana dilində rəsmi məktublaşma bilikləriniz əla olmasa belə, hazırda dil səviyyənizin mükəmməlləşdirilməsi üçün hansısa kursa yazıldığınızı qeyd edin. Məşğələlərin həftədə iki dəfə, axşam saatlarında olduğunu da əlavə edin. Həmin işə götürüldüyüz təqdirdə, mütləq bu şərtlərdə kurs tapıb, yazılın. Sonda sizin sual vermək imkanınız yarandıqda əqli imkanlarınızı göstərməlisiniz. Onların namizəddən hansı əsas inkişaf mərhələlərini gözlədiklərini və bunu nəyə əsasən hesabladıqlarını soruşun. Şirkətin hansı daxili dəyərlər sistemini dəstəklədiyini və keçirdikləri treninqlərin mövzuları barədə maraqlanın. Amma unutmayın ki, onlar sizə lazımdır, siz onlar yox! Sadəcə bu anda siz sonralar çalışqanlığınız və təcrübənizlə möhkəmləndirəcəyiniz mövqeyin ilkin xəyali təsəvvürünü yaratmağa çalışırsız. Hər zaman işəgötürənlərin xeyrinə olacaq məqamlardan danışın. Əmək haqqı barədə sual ən təhlükəli, eyni zamanda qiymətləndiricidir. Bu suala tərəddüdsüz cavab verməli və onların sizə xərcləyəcəyi sərmayenin sığortalanmış olduğuna inandırmalısınız. Arzu etdiyiniz maaşı səsləndirin, eyni zamanda sınaq müddətində onların təklif etdiyi əmək haqqına işləməyə razı olduğunuzu da göstərin. Bir daha keçmiş uğurlarınız və əvvəlki müdirlərinizin haqqınızdakı müsbət rəylərini xatırladın. Həmçinin, verilən sınaq müddətində sizin gözlədiyiniz əmək haqqına layiq olduğunuzu göstərəcəyinizi bildirin. İstənilən halda, şirkətin büdcəsi əvvəldən müəyyən olduğundan, təklif etdiklərindən artıq maaş verə bilməyəcəklər. Ona görə də, bu arqumentlərinə qarşı, ” Büdcə dövrü hesablamalarının nə vaxtdır və onun yaradılmasında hansı xüsusi meyarlara daha çox diqqət edilir?” sualını verə bilərsiniz. Sizi ikinciyi müsahibəyə çağırdıqda, özünüzü eynən ilk dəfəki kimi aparın. Bu dəfə sizə texniki tapşırıqlar verilə bilər; müəyyən müddətdə həll edilməli testlər və ya 40 dəqiqəyə hansısa mexanizmin qurulması. Burda artıq konqtivistik (elmi bilik) və idrakınız yoxlanılacaq. Tapşırığı həll etməyi bacarmadığınız təqdirdə, məyus olmayın. Bilməlisiniz ki, intellekt – mütəxəssis olmaq üçün həlledici amil deyil. Yüksək İQ göstəricilərə malik insanların evdə oturub şirniyyat bişirməsinə aid kifayət qədər əyani misallar var. Bunu daim vurğulayın. Bu cür testlərin həlli ilə bağlı fəndlər barədə ətraflı araşdırın və İQ testlərin işgüzar aləmdə əhəmiyyətsizliyi haqda yazılar oxuyun. Hətta bu vəzifəni itirmək həddində olsanız belə, mövzudan hali olmağınız sizi həmişə məlumatlı, qarşıya qoyduğu məqsəddən geri çəkilməyən biri kimi tanıdacaq. Üçüncü müsahibə sırf psixoloji xarakter daşıyır. Peşəkar lider xarici görkəminizi qiymətləndirmədən, bugünkü əhvalına əsaslanmadan və hansısa qəribə intuisiyasına dayanmadan öz köməkçilərinin seçimi ilə razılaşaraq sizi işə götürər. O, sizə öz imkanlarınızı göstərməyə imkan yaradar və hətta bunda sizə kömək də edər. Əgər həlledici sözü şef dediyi və hansısa şəxsi qənaətinə görə sizi işə götürmək istəmədiyi bir situasiya ilə üzləşdiyiniz zaman itirdiyiniz heç nə olmadığı üçün bu sualı verin: “Qərarınızı əsasladıra bilərsinizmi? Bu mənə gələcəkdə zəif tərəflərimi anlamağa və onları aradan qaldırmağa kömək edə bilər.”. Əgər sualınız cavabsız qalsa, bilin ki, itirdiyiniz bir şey yoxdur, sadəcə dəyərli təcrübə qazanmısınız. Bu şirkətə mütəxəssislər lazım deyil və o “Bu gün yaşayıram” prinsipi ilə fəaliyyət göstərir.
  • 10. 9 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. Bəs stresli müsahibəyə dəvət edildiyin zaman necə davranmalı? Əvvəla siz öncədən bu stresli müsahibəyə dəvət edildiyiniz barədə xəbərdar olunmursuz. İkinci, istənilən zaman müxtəlif məqamlara hazır olmaq gərəkdir. Bunun üçün səbr, su və balaca bir kitab ehtiyatınız olmalıdır. Bunlar nəyinizə gərəkdir? 1. Sizdən gözləməyinizi xahiş edəcəklər. Sizi qəsdən yarım saatdan iki, hətta 3 saata qədər gözlədə bilərlər. Bu minvalla sizin dözümlülük və səbrlilik səviyyəniz yoxlanılır. Su sakitləşməyə kömək olacaq, amma çox içməyin, unutmayın ki, müsahibənin ən vacib məqamında ayaq yoluna getmək istəyə biləsiniz. Ona görə öncədən ayaq yoluna getməyi tövsiyə edirəm. 2. Müsahibə zamanı sizə çaşdırıcı, hətta kibrli suallar veriləcək. Bu üsulla sizin danışıq aparmaq bacarığınız yoxlanılacaq. 3. Sizə şəxsi həyatınız, yaşınız və ya xarici görüşünüzlə bağlı dəxilsiz suallar da verilə bilər. Bu təzyiqlərə necə reaksiya verməli? Hansısa bir oyun iştirakçısı olduğunuzu, qarşınızdakı adamların isə oyundan sonra əlinizi sıxıb sizi təbəssümlə növbəti etapa yola salacaq əvvəldən hazırlanmış aktyorlar kimi düşünün. Xanımlar üçün belə müsahibələr daha çətindir. Onlara, “Ailəlisiz? Bəs niyə indiyə kimi ərə getməmisiz? Sevgiliniz var? Kişi kollektivində gec saatlara qədər işləmək qərarınıza necə yanaşır? Münasibətiniz ciddidir ya müvəqqəti?” kimi suallar verilir. Bu etik olmasa da, stresli müsahibənin qanunları belədir. Bəylərə də bu tipli suallar verilir: “Evlisiniz? 40 yaşına kimi öz ailənizi qura bilməmisinizsə, şirkətin quruculuğunda nə kimi əhəmiyyətiniz ola bilər? İçirsiz, çəkirsiz? Bəs bunlardan imtina etmək lazım gəlsə? Hər zaman deyiləni yerinə yetirirsiz? Müdriyyət tələb eləsə, istirahət günlərində də işləməyə hazırsınız? Yaşadığınız ərazi kriminal bölgə sayılır, o aləmlə bağlılığınız varmı? Sizin ərazidə normal adamlar azdır, şəxsən mən belələri ilə çalışmamağa üstünlük verirəm, sən necə düşünürsən?” Bunlar provokasiyadır. Yüngülvari sərhədləri qorumalarına işarə edib, təbəssümlə sualları cavablandırın. İnanan ki, sonda sizdən üzr istəyib, müsahibə qaydalarının bu şərtləri tələb etdiyini, özlərinin də bu pillədən keçdiyini vurğulayacaqlar. İşə götürüldükdən sonra yeni mühitdə özünü necə aparmalı? İlk adaptasiya həftələrində nə etməyi bacarmalı? İlk həftələrdə kimsəyə güvənməyin. Dedi –qodulara qoşulmayın, kompaniya və müdriyyət haqqında neqativ söhbətlərə müdaxilə etməməyin. Şəxsi həyanız barədə danışmayın. Konfliktli adamlarla mübahisə etməyin, unutmayın ki, yeni gəldiyin üçün haqlı olsan da, səhv edən olmaq ehtimalın böyükdür. Nahar zamanı şəxsi problemlərinizdən bacardıqca az danışın. Özünüzü müsahibədə apardığınız formada saxlayın. Hər cür kömək və dəstəyə görə təşəkkür edin. Qadın kollektivi böyük emosional tələ ola bilər. Yaşlarından asılı olmayaraq bütün xanımlara eyni hörmətlə yanaşmaq gərəkdir. Əgər şirkətdə bayramlarda xanımlara hədiyyə verilmirsə, özünüzü centlemen kimi gözə soxmağa çalışmayın, mövcud abu-havaya uyğunlaşın. Könlünüzdən təbrik keçirsə, bunu şifahi
  • 11. 10 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. yaxud elektron poçtla edin. Yığıncaq və iclaslarda sizdən söz soruşmamış danışmayın. Əgər hansısa ideya və ya sizin də iştirakınızı tələb edən məsələ ilə bağlı sual verilərsə, cavablarınız mütləq bu söz birləşmələri ilə başlasın:” Ümumi səylərimiz nəticəsində, Bizim peşəkar komandamızla birgə...” Heç vaxt özünüzü başqalarından ayırmayın. Üç həftə ərzində bu qaydalara davamlı olaraq riayət etsəniz, vərdiş halına çevriləcəklər. Həm öz, həm həmkarlarınız, həm də müdriyyət qarşısında daim peşəkar olun. Alınmadısa səbəb nədir? Beləliklə, kitabın tam orasına gəlib çıxdıq və bir gerçəyi dərk etməyə çalışmalıyıq. Çox güman mən bunu kvant fizikası detalları ilə illüstrasiya eləməyə başlasam, sizə bunu anlamaq çətin olar. Lakin siz yəqin ki, bu ifadəni eşitmisiniz ya bu barədə hardasa oxumusunuz. Uğur və onun həyatımızdakı əhəmiyyəti haqqında 369-dan çox sitat var. Biz isə daha çox uğurun astanasından qayıtdı, sona qədər gedə bilmədiyimizin şahidi oluruq. Mən bu insan ömründəki bu qanunauyğunluğu “Atılma nöqtəsi” adlandırıram. Psixoanalitik aysberq anlayışı var: su üzərində olan “şüur”, altında olan şüuraltına və digər “şüur ətrafı, təhtəlşüur” kimi psixi sahələr. Gəlin şüuraltından və onun hissələri haqqında danışaq. Burada biz niyyət, instikt, istək, tələbat kimi psixoloji aspektlərə rast gəlirik. Normal insan məhz bu göstəriciləri rəhbər tutaraq, yuxarıda sadalanan aspektlər üçün dəyərli olanı arzu edir. İndi isə mənimlə “Materialist fikirlər” nəzəriyyəsinə qərq olmağınızı istəyirəm. Siz bu barədə çox eşitmisiniz, hətta özünüz də bu möcüzənin şahidi olmusunuz. Əgər dünyamıza vektorlardan baxsaq, onda qarşımızda belə bir mənzərə yaranır: İncə plan (Zaman) (Arzular) 3 il 5 il 7 il 10 il 12 il Fiziki dünya (Zaman) Zaman buferi dfcgm= . 0m “Atılma nöqtəsi” nədir və onu necə idarə etməli? Cədvəldə həyatımızın vektor formada necə əks olunduğunu göstərmişəm. Bu ideya Universitet professoru və texniki elmlər doktoru Anatoliy Donskova məxsusdur. Bu nəzəriyyə nədən bəhs edir? Biz fiziki dünyada yaşayıb, düşünürük, amma fikirlərimiz incə planlama məkanında əks olunur. Sadə dillə desək, fiziki dünyadan incə dünyaya ötürücü rolunu şüuraltımız yerinə yetirir. Nəyisə arzu etdiyimiz an o, incə dünyada öz əksini tapır. Orada fiziki dünyadan göndərilən şüanın əksi yaranır və bu şüa zaman sektoruna düşən üçbucaq yaradır. Adətən, vəd ediləni 3 il gözləyərlər, deyirlər. Arzularda da bu cürdür; bir ildən üç ilə qədər müddətə yerinə yetərlər. Doğru arzu tutduqda və onun gerçəkləşməyi üçün əlindən gələni etdikdə, iki müddət kəsiyində ona yetə bilərik: bizdən asılı olmayan və özümüzün müəyyən etdiyi vaxtda. Birincidə bunu tale, kvant sıçrayışı, yaxud Allahın əməli adlandıra bilərik. Əsas odur ki, arzu xoşməramlı olsun və heç bir bəd əmələ yönəlməsin. Bu prosesi idarə etmək o qədər də asan deyil, belə ki, biz psixi vəziyyətimizin daxili vibrasiyalarından asılıyıq. Əgər insanı sahə kimi təsəvvür etsək və bu sahəni müxtəlif kəsiklərə ayırsan, ən yuxarıda “Sevgi”, “Heyranlıq”, “Harmoniya”, bir az aşağıda “Sağlamlıq”, “Balans”, “Əhval-ruhiyə”,”Depressiya”, “Çarəsizlik”, “Əlacsızlıq” və sonda “Özünəqəsd”, “Ölüm” yer alar. Məsələ burasındadır ki, insanların çoxu orta sahələrdə oturur və azca aşağı sahələrə toxunur. Məqsədə mövcud olduğu dalğada arzunun materiallaşdırılması metodu ilə çatılır. Məsələn əgər siz, marketinq ya avtokad proqramını öyrənməyə çətinlik çəkdiyiniz üçün özünüzü faydasız menecer hesab edirsinizsə və layihəni idarə etməyi özünüzə layiq bilmirsinizsə, nəticə belə də olacaq. Yuxarıda qeyd etdiyim kimi, hər şey sizin məlumatlılığınızdan asılıdır. Öyrənməyi bacarırsız, amma tənbəlsiniz? Bir yerdə qərar tuta bilmirsiz, amma çox hiperaktivsiniz? Əla yaddaşınız var, amma sizi əhval dəyişkənliyi idarə edir? Bütün bunlara nəzarət etmək olar, amma bunun üçün zaman lazımdır. İstənilən pis vərdişi dəyişmək olar, həmişəlik olmasa da, onu nəsə yaxşı keyfiyyətlə əvəzləmək mümkündür. Bunun üçün öz dünyanızı kəşf etməlisiniz. Bunu dəyərələr cədvəli yaxud, “Maslou piramidası” çox gözəl əks etdirir. Planların incə dünyada əksi
  • 12. 11 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. İntellekt və onun şüurlu inkişafı Əşyalara və detallara diqqət Dünyanı, insanları mənəvi müstəvidə qavrama Heyvani instiktlər və ehtiraclar Sağqalma və özünüqoruma refleksi Bizə hansı alətlər kömək edə bilər? İlk növbədə özünüzə 5 “Niyə?” sualı verin: Niyə depressiyadayam? Çünki, tənhayam. Niyə tənhayam? Çünki, yanımda olmaqlarını istədiyim adamlar mənimlə deyil. Niyə yanımda yoxdular? Çünki, mən daha onlara maraqlı deyiləm. Niyə daha onlara maraqlı deyiləm? Çünki, daim şikayət edirəm. Mən niyə daim şikayət edirəm? Çünki, nə istədiyimi bilmirəm! Daha sonra “S.M.A.R.T” başlığından istifadə edin. Bu sizə aydın, gözlə görünən nəticələr əldə etməyə, müyəssər, vaxtında verilən məqsədi müəyyənləşdirməyə olacaq! Specific – müəyyən etdik ki, məqsəd aydındır: «Şikayət etməyı tərgitmək. Köhnə dostluqları bərpa etmək ya da yeniləri ilə ünsiyyət qurmaq. Measured – məqsəd ölçülən olacaq: “Mən özümü daha yaxşı hiss edəcəyim yeni dostluqlar quracağam, ya da köhnə dostları bərpa edəcəyəm. Bu mənim fiziki və ruh sağlığıma müsbət təsir edəcək. Mənim iştahıma və enerjimə, bir sıra digər vacib məqamlara xoş təsir bağəşlayacaq” Achievable – məqsəd müyəssər olacaq: ”Mən psixoteravet müayinəsi keçəcəyəm, müəllimlə çalışacağam, psixoloq ya kouçla ünsiyyətdə olacağam ki, məni bu vəziyyətdən qurtarsınlar. Onların köməyi və mənim səylərim uğurla məqsədimə doğru aparacaq. Bunun üçün özümə gərəkli məbləği və zamanı ayıracağı bacaracağam”. Relevant – məqsəd real olacaq: “İnternetdə mənə doğru mənbələri tapmağa və məqsədimə nail olmağa yarayacaq kifayət qədər mütəxəssi və kitablar va.r Timed - məqsəd dəqiq vaxta hesablanacaq: “Mən bütün mümkün prosedurları üç ay ərzində biritmək istəyirəm ki, yeni il bayramını dostlarımla qeyd edə bilim”. Bu vasitələr bizə nə öyrətdi? Bizim daxili və kənar problemlərimizə intizamlı və konstruktiv yanaşmağı öyrəndik. İndi menecer üsullarını rəhbər tutaraq, mövcud vəziyyəti doğru qiymətləndirə bilərik. Artıq biz həyaımızın, məqsədlərimizin dolayısı ilə taleyimizin də idarəçiləriyik. Amma bu hələ hamısı deyil. Tale ancaq siz xasiyyətinizi dəyişməyə müvəffəq olanda dəyişir. Vibrasiya mövzusuna qayıdaraq bir də müəyyən etməli, anlamalıyıq ki, həyatımıza yalnız biz özümüz cavabdehik. Əgər daxili tənzimləmələrimizə əl gəzdirməsək, bütün bu qaydaların əhəmiyyəti olmayacaq. İlk əvvəl daxili tənzimləmələrimizi yenidən qurmalıyıq ki, kitabdakı şəxsi inkişaf və karyera qurmaqla bağlı məsləhətləri asanlıqla istifadə edə bilək. Primitiv, ziyanlı vərdişdən qurtulmaq üçün, əvvəlcə onu yaxşıca tanımaq lazımdır. Onun nəyə yaradığını anlamaq, sonra varlığı üçün, bizə həyatımızı dəyişmək imkanı verdiyi üçün ona təşəkkür edib, tərgitmək lazımdır. Prosesin psixoloji məqamı ilə işimiz bitdikdən sonra, onun mexaniki tərəfi üzərində çalışmağa başlayırıq.Əgər ziyanlı vərdişin yenidən beyninə soxulduğunu hiss etsən, özünü yumşaq yerindən möhkəm cimdiklə. Şüurun bunun ağrılı olduğunu qəbul edənə kimi, hər dəfə bunu təkrarla. Səndə vərdişini məhv edən yeni refleks yaranacaq. Bu hələ hamısı deyil! Sən orqanizmindən nə vaxtsa ona zövq verən bir məhvumdan qurtulmusan, bir qayda olaraq, nəyisə alırsansa,
  • 13. 12 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. əvəzində bir şey verməlisən. Bunu sənin yerinə “S.M.A.R.T.” edəcək. Sən isə sadəcə olaraqgələcək fəaliyyətin üçün əksik olan keyfiyyəti tapmalısan. Məsələn, yeni dil, proqramlaşdırmanı, fərqli kulinariya resepti, ya da üzməyi öyrənə bilərsiniz. BU sənin orqanizminə, dolayısı ilə əsəb sisteminə də xoş təsir bağışlayacaq. Sən hansısa sahədə mütəxəssis olduğunda, bu səndə həyatının bütün sahələrində nizam-intizamlılıq yaradacaq. Yenidən şüalanan insan sxeminə qayıtdığımızda, aydın olur ki: Sağqalma instiktin sənin vibrasiyalarına “suisid”, “ölüm” kimi zonalara keçməyə imkan verməyəcək. Heyvani istək və ehtiyacların onları razı salmaq üçün hərəkət etməli olduğunun siqnalını verəcək. Mənəvi mahiyyətin öyrənmək və effektiv işləmək qabiliyyətinə mane olan heyvani istəklərinin qarşısını kəsəcək. Sənin detallara diqqətli yanaşman əşyalarla birgə öz şəxsinə yönəldiyi üçün, motivasiyanı mütəxəssis səviyyəsinə qaldıracaq. Sənin intellektual inkişafın istənilən situasiyaya tez reaksiya verməyə və qarşıya qoyulan məqsədlərə tez çatmağa imkan yaradacaq. Şəxsi göstəricilərinizdə monitorinq aləti varmı? Şübhəsiz ki, var. Harda, necə olmağından asılı olmayaraq bunu hər zaman yoxlayın. Mən bunu “Aydınlanma dəqiqəsi” adlandırıram. Harda, nə etməyinizdən asılı olmayaraq, iki saatdan bir fəaliyyətinizi dayandırıb, bir dəqiqə ərzində özünüzə bu sualları verin: Mən kiməm? Hardayam? Burada nə edirəm? Elədiyim iş mənə xoş gəlirmi? Bunu davam etmək istəyirəmmi? Bundan xeyrim nədir? Bundan məndən başqa kimsə xeyir qazana bilirmi? Bu proseduru vaxtında etmək üçün, taymeri hər iki saatdan bir qurun. İki – üç həftədən sonra bunu etmək avtomotik olaraq vərdişə çevriləcək. Bu sizə prosesləri və hadisələrə münasibətinizi idarə etməyi öyrədəcək. Cavablarınız mənfi olduğu təqdirdə, “Yox” cavabı aldığınızda növbəti vasitədən istifadəni məsləhət görürəm. Bu üsul Deminq dövrəsi adlanır: “PDCA – Plan, Do, Check, Act”. Bu sadə üsuldan istifadə etməklə məqsədlərimizi analiz edir, fəaliyyət strategiyasını tərtib edir, hər şeyin nəzərdə tutulmuş plan üzrə gedib-getmədiyini yoxlayır, nəticəsiləri gözdən keçirir, onlara uyğun olaraq da sonrakı hərəkətlərimizi müəyyən edirik. Məsələn: Yeni işinizdə qarşınıza məqsəd qoymusunuz ki, menecerlərin ağlına və ürəyinə hakim kəsiləcəksini. Bunu necə edəcəyinizi dəqiqplanlaşdırmısınız. “İlk adaptasiya ayını necə keçməli” bölməsində sizə hər kəsdən kəskin seçilməmyi, ideya verərkən bölüşməyi, həmkarlarınızla implementasiyaları paylaşmağı məsləhət görmüşdüm. Beləliklə, siz heyranetmə mərhələsindəsiniz, amma “Aydınlıq dəqiqəsi”ndə başa düşürsünüz ki, bu sizin gerçəkdən arzuladığınız deyil, üstəlik bu sizin həmkarlarınızından kiminsə özünəinamını sarsıda bilər. Onda siz yenidən planlama etapına qayır və yeni bir strategiya qurursunuz. Beləliklə, siz planınızı həyata keçirmək mərhələsinə gələndə nəticələr sizə və mecerlerinizə elə də əhəmiyyətli görünmədiyi üçün, yeni etapa – “nəticələrdən yaranan hərəkətlər”ə keçirsiniz. İndi planınızda nəyin doğru olmadığını təsbit etməlisiniz. Mən sizə “İsikavanın diaqramması”ndan istifadəni məsləhət görürəm. Bunu yalnız işgüzar deyil, şəxsi məqsədləriniz üçün də işlədə bilərsiniz. Bu alət sizə səbəb-istintaq təhlil üsulu ilə problemin mənbəyini tapmağa kömək olacaq. Problemin belə araşdırma modelinə “Balıq skileti” də deyirlər, belə ki, sxem quruluşuna görə məhz balıq skiletinə bənzəyir.
  • 14. 13 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. Gördüyünüz kimi, bu şəkildə problem üfiqi hərəkət vektoru üzrədir: “İşdə yüksəlmə yoxdur”. Sİz Deminqin “P.D.C.A” dövriyyəsindən istifadə etməklə, bu qənaətə gəldiniz. İndi isə nəticələri analiz edərək, nəyin harda doğru getmədiyini müəyyən etməyə çalışırsınız. Səbəblərin sayı səkkizdir. Məsələn, 3-cü “İş təcrübəsi azdır” səbəbi, “Yeni fəaliyyət sahəsi” səbəbaltını açıqlayır. Bu da öz növbəsində “Mən bu sahəni az araşdırıram” səbəbaltısını, nəticədə isə “Kifayət qədər zaman ayırmıram ya da ancaq iş əsnasında öyrənməyə çalışıram” səbəbaltı ortaya çıxır. Bunlada da, sizin “İş təcrübəm azdır” səbəbinin məğzi ortaya çıxır. Bu üsulla biz porblemin bütün səbələrinin səbəbaltılarını müəyyən edib, əsas mənbəni və ya mənbəni tapırıq. Problemin səbəbini öyrənməklə, artıq onun 50% həllini də əldə etmiş oluruq. Yuxarıda göstərilən vasitələrdən, məntiq və intuisiyanızdan istifadə etməklə özünüz və məqsədiniz üzərində bir ya bir neçə dəfə işləməlisiniz. Çoz zaman itirməyəcəksiniz. Bu gündə iki saatdan çox çəkməz. Hətta ən zəif menecer belə bu vasitədən istifadə etməklə, ən az bir həftədən az vaxta uğur qazanar. Daxili balansı necə saxlamalı və bununla da məqsədlərə necə yetməli? Əslində, “Balans” anlamını əksəriyyət “Dzen Buddizm” fəlsəfəsi ilə qarışıq salır. Bəzən insanlara dinamik dünyada yaşayaraq daxili balansı saxlmaq bacarığını anlamaq çətin olur. Təbii ki, balansa yuxarıda deyilən fəlsəfədəki özünlə barışmaq kimi yanaşsan, bu qeyri – mümkündür. Amma məsələyə şəxsiyyəti inkişaf və özünüinkişaf fəlsəfəsi kimi yanaşsan fərqli, faydalı sərhədlər görmək olar. Beləliklə, gəlin bütün keçdiyimiz əməliyyatlara yenidən nəzər salaq. Bu vasitələrdən istifadə etməklə, özümüzü ertələmə mövqeyindən çıxıb, uğurlu şəxsiyyət olmağa sövq edək. Biz şəxsiyyətimizi, baş verənləri araşdırdıq, güclü və zəif tərəflərimizi aşkar etdik, ətrafımızı və onun təsirini müəyyən etdik. Bundan sonra şüurumuzu yeni xarakterik cəhətlərə və bacarıqlara köklədik, həyatımızın planını hazırladıq. Uğurumuzun müddətini və hesablama müstəvisini dəqiqləşdirdik. Lazımi işi tapmaq üçün gərəkli olan əsas prinsiplər barədə məlumatlandıq, diqqət cəlb edən CV hazırlamağı, müxtəlif formalı müsahibələrdən necə keçməyi öyrəndik, yeni iş yerində adaptasiya prosesini asanlıqla keçməyin üsulllarından hali olduq. Böyük bir iş bacardıq və bununla da kifayətlənmədik. Daha dərinə gedib, daxili aləmimiz, xəyalımızda qurduğumuz psixloji altqatlar və ssenarilərdən agah olduq. Anladıq ki, xəyal qurmaq yaxşıdır, amma hərəkət etməklə onların yerinə yetməsinə daha da yaxın ola bilərik. Başa düşdük ki, niyyətimiz xoşməramlı olsa, həm özümüz, həm də ətrafımızdakı insanlar üçün xeyirxah əməllər görə bilərik. Klassik və təsirli menecment üsulları ilə əhvalımızı analiz etməyi və gücləndirməyi öyrəndik. Olmaq istədiyiniz birinə çevrilmək üçün lazım olan İşdə yüksəlmə yoxdur Səbəb 4: Məsuliyyətə hazır deyiləm Səbəb 3: İş təcrübəsi azdır Səbəb 2: Boş vakansiya yoxdur Səbəb 1: Heyət üçün pul yoxdu Səbəb 5: Müdirə soyuq münasibət Səbəb 6: Tez-tez gecikirəm Səbəb 7: Layihələrimin sayı azdır Səbəb 8: Qərarsızam Alt səbəb Alt səbəb Alt səbəb Alt səbəb Alt səbəb Alt səbəb Alt səbəb Alt səbəb Alt səbəb Подпричина Alt səbəb Alt səbəb Alt səbəb Alt səbəb Alt səbəb Лень
  • 15. 14 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. matrisa məhz bunlardır. Bu proqram sizi rahatlıq zonasından çıxarıb, öz üzərinizdə işləməyə məcbur edəcək. Hə, siz istədiklərinizə nail olacaqsınız. Hə, bu sizi xoşbəxt edəcək. Amma bu fani dünyanın bir sirri də var! Bütün bunları qorumaqla bərabər iş, ailə, dostlar, sağlamlıq, hobbi, şəxsi inkişaf və istirahəti nacə balanslaşdırmaq olar? Biz Taym Menecment vasitələri və ondan istifadə qaydalarını izah etmişdik. Siz həmişə bu və ya ən az bunun qədər əhəmiyyətli digər vasitələrdən istifadə edə bilərsiniz. Amma mən kouçunqi öyrəndiyim zaman tanış olduğum daha bir maraqlı üsulu sizinlə paylaşmaq istəyirəm. Sizə “Balans çənbəri”ni təqdim edirəm. Bu üsulu “Həyat çənbəri” adlandıranlar da var. Bunu bilmək bizə nə varəcək? Bu sistem nəticəsində biz həyatımızın hansı hissələrində aktiv, hansılarında nisbətən passiv olduğumuzu və bunların bizə necə təsir etdiyini müəyyən edəcəyik. Bunu bilmək nəyimizə lazımdır? Sükan arxasında olarkən, ya da ictimai nəqliyyatdan istifadə edərkən təkərin boşalmış və ya zədələnmiş olmasını istəyərsinizmi? Bu halda, sağlamlığınız, lap elə həyatınız təhlükə altında ola bilər. Eyniliklə hər şeyi bizim təkərə də aid etmək olar. Gəlin rəsimdə bunun necə göründüyünə diqqət yetirək.
  • 16. 15 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. Gördüyünüz kimi, şəkildə kəsişən vektorların 1-dən 10-a qədər bölünmüş şkala quruluşu var. A4 formatlı vərəqdə belə bir cədvəl çəkib, sizi əhatə edən şəxsi həyat aspektlərini qeyd edin. Düşünüb, hal – hazırda bütün həyat sferalarınızı sizi qane etmə dərəcəsinə görə birdən ona qədər qiymətləndirin (1 – lap pis, 5 – orta, 10 - əla). Şkalada təyin etdiyiniz hər rəqəmin yerində iri bir nöqtə qoyun. Bütün sferaların analizi bitdikdən və qeydlərinizi apardıqdan sonra, nöqtələri sırayla bir xətlə birləşdirin. Nəticədə, üzərində hərəkət etdiyiniz həyat çənbərinin şəklini əldə edəcəksiniz. Əminəm ki, bir çox hallarda o, dairəvi alınacaq. Onu tam balanslaşdıra bilməsəniz nə qədər uzağa gedə bilərsiniz? Beləliklə, həyat dəyərlərinizin sıralamasına diqqət edin. Hal-hazırda sizin üçün ən vacib olan nədir? Sağlamlığınız? Ailəniz? Əgər sağlamlıq şkalanızı 5-dən 8-ə qədər qiymətləndirmisinizsə həyəcan təbilini çalmağa ehtiyac yoxdur. Hərçənd, ildə iki dəfə tam tibbi müayinədən keçmək pis olmazdı. Əgər hobbinizə 2-dən 4-ə qədər qeyd etmisiniz və karyera, sağlamlığınız da təxminən bu həddəsirsə, o zaman işə vacib olandan başlamalısınız. Məsələn, sağlamlığınız və işləriniz qaydasına düşənə kimi hobbinizə zaman ayırmağı ertələməlisiniz. Şkalada sağlamlığınız, ailəniz və digər vacib məqamlarda irəliləyişlər olduğu zaman, əhəmiyyətli amma daha az vacib məsələlərin həllinə keçmək olar. Məsələn, əgər sizin hobbiniz rahatlaşmağınızı, fikrinizi cəmləməyə kömək olursa, deməli şkaladakı hansısa aspektlərə müsbət təsir göstərir. Buna görə də hibbinizi vaciblər sırasına əlavə edə bilərsiniz. Hər şey dəyər ölçülərinizdən asılıdır. Əgər dostlara kifayət qədər vaxt ayırmadığınızı, ailə münasibətlərinin əvvəlki ehtirasın itirdiyinizi müəyyən etmisinizsə, bu məqamlar ən çox əmək sərf etməli olduğunuz sahələrdir. Bunun üçün lazım olan bütün alətləri yuxarıda sizə ərməğan etmişəm. Sadəcə İsikavanın diaqramı bəs edir, təbii ki, daxili intuisiyanız da öz yerində. Deməli, qarşınıza məqsəd qoyun, vaxtı dəqiqləşdirin və uğurunuzun ölçü kateqoriyalarını müəyyən edin. Sonra nəticələrə görə hərəkət edin. İldə iki dəfə həyat çənbərinizi çəkib, həyatınızın hansı sahələrində nə qədər irəlilədiyinizi müəyyən edə bilərsiniz. Balans təkərini biznes, karyera və özünüinkişaf sahələrində istifadə edə bilərsiniz. Daha irəli getmək üçün harda olduğunu, nə istədiyini anlamağın, özünü sual-cavaba çəkməyin daha asan yolu varmı? Bu sual adətən orta yaş krizisində olan bütün kişilərdə yaranır. Bu nə sosial statusdan, nə də digər göstəricilərdən asılıdır. Kimdəsə bu mərhələ kəskin və uzunmüddətli, kimdəsə tez və asan keçir. Hər şey şəxsin psixotipindən və həyat tənzimləmələrindən asılıdır. Yuxarıda qeyd etdiyim kimi “Həyat çənbəri”ni həyatın bütün sahələrinə tətbiq etmək olar, amma mən daha ağır situasiyalarda mütəxəssisə müraciətin vacibliyinin qətiyyən əleyhinə deyiləm. Bir kouç kimi daha yüngül formalar üçün fundomental modelimiz “GROW”dan istifadəni məsləhət görürəm. G– bu depressiyadan qurtulmaq istəyirəm. R – dostlarımı, ailəmi itirirəm. О – mütəxəssisə müraciət etmək.Yoqaya getmək. Meditasiya öyrənmək. Ortaq maraqlarım olan klublar tapmaq. Yeni, maraqlı insanlarla tanış olmaq. Kiçik də olsa öz işimə başlamaq. W – iyulun 31-i qəbula yazılacağam. Avqustun 10u yoqaya başlayacam. Şəhər ətrafında maraqlarıma uyğun klublar axtaracağam.
  • 17. 16 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. Beləliklə, nədən başlayaq! Sizdə hər hansı bir sual ya problem yaranıb. Yerimizi rahatlayib, dadlı çay süzüb, vərəq- qələm götürüb aşağıdakıları qeyd edirik: Məqsəd: Həyatımda nə baş verib və baş verir, mən bundan qurtulmq yaxud çoxaltmaq istəyirəm. Bu gün əldə etdiklərim nədir: Nail olmaq istədiklərimizə mane olan əhval – ruhiyyə və ya arzu etdiyimiz məqsədə çatmaq üçün ehtiyacımız olan halın təbiti. İstifadə edə biləcəyim variantlar: Hər hansı bir tədbirlərdə iştirak və ya mütəxəssislə görüş üçün dostların və ya qohumların dəstəyini qazanmaq. İnternetdə eyni problemləri olan insanlarla tanış olmaq və ümumi müzakirələr və beyin fırtınası nəticəsində onları birlikdə həll etməyə çalışmaq, həftəlik məqsədləri təyin etmək. Təsbit etdiyim müddətlər: Bu ayın sonundan başlamağı, gələn ayın axırlarında ilkin nəticələri əldə etməyi planlaşdırıram. Mən məqsədlərimə yetməyimin səbəbinin mənim uğurlu fiziki və psixi vəziyyətimin bəhrəsi olduğunu anlayacağam. Mən sistemin istifadə qaydasını misal olaraq göstərdim. Siz də şəxsi göstəricilərinizi qeyd edib, istədiyiniz nəticələri əldə edə bilərsiniz. Bu zaman yuxarıda təqdim olunanları tətbiq etməyi unutmayın. BU model sizə doğru sualları verməyə və səmərəli cavablar almağa kömək olacaq. Əlbəttə ki, cavabları tapan kimi hər birimiz hərəkə keçməyəcəyik. Bunun üçün, sizə kimin və ya nəyin kömək etmələrini xahiş etmək gərəkdir. Əminəm ki, sizin əsl dostlarınız uğur qazanmağınız üçün əlindən gələni əsirgəməyəcəklər. Görünən bütün imkanlardan istifadə edin. Daim insanlara, təbiətə, Allaha verdikləri imkanlar üçün təşəkkür edib, şükr edin. Minnətdarlıq – vücudunuza və gələcəyinizə pozitivlik bəxş edən çox güclü enerjidir. Nəzərə alın ki, bu vasitələri və bütövlükdə metodikanı tamahkar niyyətlər üçün istifadə etdiyiniz zaman o, işləməyə bilər. Ona görə, bu məqsədin nəyə yaradığını, sizə və ətrafınıza nə kimi faydası olduğu barədə bir də düşünün.
  • 18. 17 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. Həyat fəaliyyətinizi motivə edəcək hansı sitatlar var? Qeyd etdiyim kimi, bizim metodikaya aid edilə biləcək 369-dan çox sitat var. Bu görkəmli insanların fikirlərinin kvintessensiyanı göstərmək istərdim ki, oxucularım deyilənlərin tam mahiyyəti bütövlükdə dərk edə bilsinlər. Həyatdan maksimum yararlanmaq üçün, insan dəyişməlidir. Təəssüf ki, insan nadir halda və çətinliklə dəyişir. Bəziləri buna illərini xərcləyir. Ən çətini həqiqətən ürəkdən dəyişməyi istəməkdir. Karlos Kastaneda Karlos Kastanedanın bu kəlamında taledən həddiyyə qazanmaq prosesi əks olunur və buna nail olmaq üçün ən böyük mükafatın səbr olduğu vurğulanır. Məhz o, bizim gələcəyimizi dəyişmək prosesində öyrəndiklərimizin təminatıdır. Odur ki, özünüzü inkişaf etdirməyə ayırdığınız vaxta heyifiniz gəlməsin. Bunlarla dostluq edin, öz xeyriniz üçün istifadə edin. “Razılığınız olmasa, kimsə sizdə natamamlıq hissi yarada bilməz. Elionora Ruzvelt В O vaxtlar Elinonoranın müdrikliyi və təmizqəlbliliyinə heç kəs şübhə etməzdi. Bunun sübutu xarakteridir. Bu sitat onun hamı üçün qızıl pul olmadığımızı və hər kəsin bizi bir cür qiymətləndirdiyini dünyaya göstərmək cəhdini açıqlayır. Başqasının tənqidini qəbul və ya rədd etmək bizim haqqımızdır. Əgər tənqid sağlamdırsa, onunla razılaşıb, hansısa xüsusiyyətlərimizi və ya bacarıqlarımızı möhkəmlədə bilərik. Ancaq öz qəlbinizi və haqqınızda deyilən pozitiv fikirləri dinləyin. “Bilmək azdır, tətbiq etməli. İstəmək azdır, hərəkət etməli. Bryus Li Bryus Li kəskin suallara baxmayaraq, istənilən mövzuda gözəl müzakirə etmək, bununla da həmsöhbətinə ehtiramla davranmaq bacarığı ilə seçilib. Onun inadkarlığı və məşqləri sayəsində şərq əlbəyaxa döyüş sahəsində bənzərsiz uğurlar əldə edib. Bu ifadəsində bildirir ki, tətbiq edilmədikdə qazanılmış biliklərin heç bir əhəmiyyəti olmur.Əla nəzəriyyəçi olduğumuz halda, təcrübədə sıfra bərabər ola bilərik. Odur ki, daim hərəkət edin, gerisi düzələcək. “Məqsədindən yayınmayan ən ləng adam, məqsədsiz veyillənəndən zirəkdir” Qothold Lessinq Alman ədəbiyyatının banisi dahi şair və dramaturq Qotholdun bu möhtəşəm kəlamının məğzi budur: Məqsəd hər şeydə vacibdir. Bu insana su kimi lzımdır. Məqsədinizin mahiyyəti və ölçüsü önəmli deyil, amma varsa və siz ona doğru irəliləyirsinizsə, deməli nahaq yaşamırsınız. Həmişə məqsədiniz olsun! Həyatda hər şey olur, zamanla daha nadirən” Boris Krutuyer Boris Krutiyerin bu aforizmi böyük publika tərəfindən duyulmaya bilməzdi. Ali dərəcəli həkimlik peşəsi, ona məşhur rus aforizm ustası kimi tanınmağına mane olmadı. Onun cümləsində həqiqət var, tale hər şeyi sonraya saxlayan adamlara qarşı xeyirxah yanaşmır. Beş il əvvəl sizə verilən imkan və şansları bu gün gizlədə bilər. Fikrin mahiyyəti ondadır ki, ən həyatın verildiyi ən kiçik şansda belə hərəkətə keçmək lazımdır. Çox fikirləşmək üçün vaxtınız yoxdur, amma qərar vermək üçün zaman çatar. “Dünəndən başlayın!”
  • 19. 18 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. Pullu treninq təhlükəlidirmi və onların möhtəşəmliyi nədədir? Mən işgüzar və ya şəxsi həyatımızla bağlı treninqlərlə bağlı mövzuya bu cümləylə başlamaq istəyirəm: “Davada bu an üçün ömrünü verməyə hazır olan tərəf qalib gəlir”. Zalda olduğunuz zaman ətrafınızda insanlar, qarşınızda səhnə, ventilyasiya sisteminin soyuq havası, dispenserdən süzülmüş su ilə dolu plastik stəkanlar olanda ya möcüzə, ya da məyusluq gözləyirsiniz. Və budur qarşınızda kifayət qədər tanınmış, təliminin bir saatı 150 dollar olan biri səhnəyə çıxıb bütün çıxış edənlərin elədiyini təkrarlayır – gərginliyi götürür. Bu, adətən keçmişlə bağlı hansısa gülməli əhvalatı danışmaq və sizə empatiya ilə, bütün iştirakçıların hər birinin keçirdiyi hislərlə bağlı olur. Ən bayağı, eyni zamanda hədəfə dəyən isə bu cümlələrdir: “Bir vaxtlar mən də sizin kimi düz edirəmmi, deyə tərəddüd edirdim. Qəpik quruşuma heyifim gəlir, bu cür treninqlərdən yan qaçmağa çalışırdım, çünki onların əhəmiyyətini dərk etmirdim. Amma bir gün sanki qəflət yuxusundan oyandım. Sanki nəsə məni heç vaxt eləmədiyim, çəkindiyim, inanmadığım bir şey etməyə sövq elədi və ...” Bundan sonra o, bir günün onun həyatını necə dəyişdiyindən danışacaq. “Və məni ayağa qaldırıb, hərəkətə gətirən “nəsə” enerjisi zalda əsir. Hamınızdan olmasa da, bu güclü enerji çoxunuzdan gəlir”. Nəticədə siz 4 saatlıq treninqə 150 dollar xərcləyən yeganə axmaq olmadığınızı anlayıb, sakitləşəcəksiniz. Beləliklə, bu 4 saat sizə mahiyyətcə nə verir? Bəziləriniz ilk 40 dəqiqədən sonra aldığı informasiyadan, çoxdan elektrik xətti qurulmuş,amma cərəyana qoşulmaq üçün məhz bunları eşitməyə ehtiyacınız olduğunu hiss edəcəksiniz. Belələri bu treninqdən razı qalacaq və xərcləldiyi pula görə bir damcı da heyifsilənməyəcək. Kimsə teatrda aktyor izləyirmiş kimi tamaşa edəcək. Bəziləri sonda tənqid etməyə sözü olsun deyə, aktyoru diqqətlə izləyir ki, səhv etdiyi o məşum məqamı nəzərdən qaçırmasın. Kimsə göstərilən maraqlı şoudan ləzzət alır. Kimsə də səsyazan qurğular kimi yadda saxlamağa əyri-üyrü xətlə dəftərdə qeydlər aparmağa çalışır ki, sonra evdə, ofisdə, tək olanda oxumağa çalışsın. Beləliklə, treninqlərin təhlükəsi nədədir? Əziz oxucular, təhlükə məhz sizin özünüzdədir. Şüurunuzdan lazimi cavabı almasanız, nəticə qazanmayacaqsınız. Nəticə almadıqda isə vaxt və pul itkisinə heyfsilənəcəksiniz. Amma bu mövcud təhlükələrdən ən kiçiyidir. Əsas element sizin ümumilikdə treninqlərə güvənməməyiniz, daha təhlükəlisi isə özünüzü başqalarından axmaq hesab etmə ehtimalınız ola bilər. Bu ehtimal internetdə bir neçə həmfikir tapdıqdan, hansısa treninqləri sona kimi izləməyən, şəxsən iştiraklarından heç bir effekt əldə etməyən bloqqerlərin yazılarını oxuduqdan sonra daha da möhkəmlənə bilər. Burada bizim üçün əsas sual, “Bəs əgər?” olmalıdır. Nəyi bəyəndiyiniz, nədən məyus olduğunuz, nəyin sizi təkrara sürüklədiyini mümkün 10 arqumentlə əsaslandırmağa çalışın. Sizə görə effektsiz olan, özünüzü digərilərindən axmaq hiss elədiyiniz treninqdən sonra “Bəs əgər?” alətindən istifadə edin. Gəlin, bunu birlikdə edək. Beləliklə, “Bəs əgər?”: 1) Yorğun olduğum üçün çıxış edənə diqqətlə dinləyə bilmədim; 2) Çoxsaylı yarımçıq işlərim beynimdən çıxmırdı; 3) Əvvəlcədən bu təlimin effektivliyinə inanmırdım, ona görə də əvvəldən özümü o cür proqramladım; 4) Mənə elə gəlir ki, onun didiklərinin hamısını bilirəm, ona görə də sözlərinə qulaqardına vururdum; 5) Treninqin mövzusunu əsaslı öyrənmədiyim üçün, çünki mənim problemimin həlli üçün başqa mövzu lazım idi. Sonrasını özün düşünün. Əsas bu konsepsiyanın nəbzini tutmağınızdır. Təlim deyənlərin də bizim kimi insan olduğunu unutmamaq da, azəhəmiyyətli məqam deyil. Onların da uzun müddət hazırlaşdığını, daim, səhnədə olanda belə həyəcanlandıqlarını da xatirimizdə saxlayaq. Mənfi reklamın onlar üçün yaratdığı fəsadları, reputasiyalarına mənfi təsir göstərəcəyini, bəzən isə uzun məhkəmə prosesləri ilə nəticələndiyini, onları iflas edəcək həddə çatdıra və mənəzi əzaba düçar edə biləcəyini də düşünməliyik. Təlimi və təlimçiləri doğru seçin ki, gözləntiləriniz yerinə məyusluq qazanmayasınız. Bilirəm, çoxlarınız, “Beş – altı aydan sonra “YouTube”da havayı izləyə biləcəyim təlimə, niyə pul ödəyib, baxım ki?” Bəlkə də təlimdə iştirak edənləri axmaq, hövsələsiz ya da pul xərcləmə hərisləri də hesab edirsiz. Amma burada iki vacib məsələ var: 1) İndi yaranmış ehtiyac qısa müddətdə ödənməlidir. 2) Zalın enerjisi və əməkdaşlıq. Zalda yeni strategiyalarını məmnuliyyətlə paylaşanların həmfikirlər, müştərilər ya rəqiblər olduğunu heç vaxt öncədən bilmirsiniz. Zaldan əldə etdiyiniz faydanı, evdə, divanda çay içərik, telefonunuzda qurdalanaq ala bilməzsiniz. Məsələn, psixoloji aspektləri götürəsk ezoterik kupe qiymət məbləğində maraqlı faktlar orata çıxarır. Birincisi, əgər siz pul ödəmisinizsə. Tərləməli olsanız da özünüzü zövq almağa kökləmisiniz. Hə, söhbət istirahət və bayram günlərinizdə işləyərək, necə deyərlər, qan tər içində şəxsən qazandığınız pullardan gedir. Üstəlik, əgər siz praktik birisinizsə, gündəlik xərcinizi aşan məbləği ödəmək sizin üçün ölümə bərabər olacaq. Ezoterika burda da öz yerini alır. Əgər siz az da olsa, enerjilər, kosmosun gücü və axirət dünyası haqda az da olsa maraqlanmısınızsa pulun xərcləyənə qayıtmaq kimi bir özəlliyindən halisiniz. Həyatda qazanılan istənilən xeyirxahlığın və sərf edilən əməyin əvəzini ödəməliyik. Təəssüf ki, çoxlarımız üçün azəhəmiiyətli olmayan din və ictimai qınaq və mənəviyyat
  • 20. 19 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. aləmində də bu qanun təməl prinsipdir. Ümid edirəm ki, qısaca sizə təlimlərdə iştirak prosesinin sizə necə vacib və gərəkli olduğunun mexaniki tərəflərini izah edə bildim. Amma bir şeyi də bilin ki; əksər treninqlə marketinqə hesablanıb. Orda siz sadəcə 25-30 % lazımı informaasiya alırsınız, geridə qalanlar isə sadəcə reklam, marketinqdir. Sonda sizə təlimçinin təlimdən azca baha olan kitabını satmağı təklif edirlərsə, onda qərarı siz verin. Şəxsən mən o kitabı almaram, yeddi – səkkiz ayda sonra internetdən köçürərəm. Bu sadəcə mənim baxış bucağımdır, siz bu fikrə istifadə qaydası kimi riayət etməyə məcbur deyilsiniz. Bir də xatırladıram ki, hər şey tələb olunandan və onun əhəmiyyətindən asılıdır.
  • 21. 20 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media. Mündəricat Nədən başlamalı? “SWOT” analizi və ətraf mühitin təhlili...................................................................................3 Özünüinkişaf üçün...............................................................................................................................................7 Uğurlu CV-ni necə hazırlamalı?...........................................................................................................................9 İş müsahibəsindən necə keçməli?.......................................................................................................................10 Atılma nöqtəsi. Niyə ilişib qalırıq?........................................................................................................................12 “SMART” modeli məqsəd müəyyən etmə kimi.....................................................................................................14 “5-Niyə?» və ya yeni.............................................................................................................................................15 İsikavanın səbəb araşdırma analizi .....................................................................................................................16 Həyatın hər sahəsi üçün “Balans çənbəri”............................................................................................................17 “GROW” modeli və ya özünüinkişafetdirmə..........................................................................................................18 Motivəedici sitatların kvintesensiyası ....................................................................................................................19 Pullu təlimlərin təhlükəsi və möhtəşəmliyi..............................................................................................................20 Mənbələr: Whitmore, Kauffman & David 2013; Doran, G. T. (1981). "There's a S.M.A.R.T. way to write management's goals and objectives". Management Review. AMA FORUM. 70 (11): 35–36.; Deming (1986), p. 88; Ishikawa, Kaoru (1968). Guide to Quality Control. Tokyo: JUS; ZigZiglar'sWheelofLife-ATotal-LifeApproachtoGoalSetting; AnatoliyDonskoy, http://uspeha-vam.ru;
  • 22. 21 Lead My Dream Life & Business Coaching by Shamil Fataliyev 2017 © All Rights Reserved in All Media.