SlideShare a Scribd company logo
1 of 16
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
1 №-li Bakı Tibb Kolleci
Sərbəst iş
Tələbə: Günay Qafarova
İxtisas: Tibb bacısı
Qrup: 1
Fənn: Hüquq
Müəllim: Gülnarə Əhmədova
Mövzu: Azərbaycan Respublikasının Konstitusiya Əhalinin
sağlamlığının qorunması haqqında Azərbaycan respublikası qanunu
Bakı-2023
Plan:
1. Giriş
2. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan
Respublikasının qanunu
3. «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan
Respublikasının Qanunu
4. ÜDST-ın (Ümumdünya Səhiyyə Təşkilatı) nizamnaməsi
5. “Hamının sağlamlığa çatması” qətnaməsi
Giriş. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunub
saxlanılması və yaxşılaşdırılması dövlətin əsas vəzifələrindən biridir. Ölkəmiz
müstəqillik qazandıqdan sonra səhiyyə və sağlamlığın mühafizəsi sistemində
əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, xəstələnmənin azaldılması, o
cümlədən yoluxucu xəstəliklərin ləğv olunması, ümumi və uşaq ölümü
səviyyələrinin azaldılması, orta ömür müddətinin xeyli yüksəldilməsi istiqamətində
əsaslı və kompleks tədbirlərin həyata keçirilməsinə geniş imkanlar yaranmışdır.
Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi ictimai münasibətlərin
formalaşdırdığı əsas sahələrdən biri olan səhiyyə sisteminin, əhalinin sağlamlıq
vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, bu sahədə qanunvericiliyin
möhkəmləndirilməsində böyük rol oynayır.
Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və səhiyyə
sisteminin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının
Konstitusiyası, «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan
Respublikasının Qanunu, «Əhalinin sağlamlığının qorunması haqqında»
Azərbaycan Respublikasının Qanunu, ətraf mühitbn vəziyyətinə dair informasiya
almaq haqqında Azərbaycan Respublikasının Qanunu, Səhiyyə Nazirliyinin əmrləri,
sanitariya norma və qaydaları, dövlət standartları və başqa hüquqi sənədlər təşkil
edir.
«Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan
Respublikasının qanunu. «Əhalinin sağlamlığının qorunması haqqında»
Azərbaycan Respublikasının qanunu səhiyyə qanunvericiliyinin əsasını təşkil edən
vacib hüquqi sənədlərdən birıdir. O, Azərbaycan Respublikası Prezidentinin 26 iyun
1997-ci il tarixli qərarı ilə qəbul edilmişdir. On fəsildən, 62 maddədən ibarətdir.
Qanunun giriş hissəsində qeyd edilir ki, əhalinin sağlamlığının qorunması hər bir
insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlülüyünün
artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi,
tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Əhalinin
sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlər orqanları, səhiyyə
subyektləri arasında yaranan münasibətləri tənzimləyən bu Qanunun birinci
fəslində ümumi müddəalar öz əksini tapmışdır ki, bu da 3 maddədən ibarətdir.
Birinci maddədə əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri
müəyyənləşdirilmişdir.
1. Əhalinin sağlamlığının qorunması sahəsində insan və
vətəndaş hüquqlarına dövlər təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin
məsuliyyəti.
2. Əhalinin sağlamlığının qorunması sahəsində profilaktik
tədbirlərin həyata keçirilməsi.
3. Tibbi sosial yardımın hamı üçün mümkünlüyü.
4. Sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial
müdafiəsi.
İkinci maddədə əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyini təşkil edən hüquqi aktların siyahısı
dəqiqləşdirilmişdir.
Qanunda əhalinin sağalmlığının qorunması sahəsində dövlətin vəzifələrinə
geniş yer verilmişdir. Bu məsələlər 3-cü maddədə öz əksini tapmışdır. Burada qeyd
olunur ki, Dövlət sağlamlığın qorunması sahəsində aşağıdakı vəzifələri yerinə
yetirir:
- əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının
müəyyən edilməsi, insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi;
- sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və
həyata keçirilməsi;
- səhiyyə sistemınin təşkili qaydalarının və fəaliyyətinin
müəyyənləşdirilməsi;
- dövlət səhiyyə sisteminin maliyyəiəşdirilməsi;
- ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyinin təmin
edilməsi;
- məcburi sığorta üzrə sığorta məbləğinin və sığorta
haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi;
- əhalinin xüsusi qrupları üçün tibbi-sosial yardım gös-
tərilməsinə təminat verilməsi;
- dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri
arasında sağlam rəqabətə təminat verilməsi;
- ailənin, valideynlərin və uşaqların mühafizəsi;
səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.
İlinci fəsil 5 maddədən ibarət olub, əhalinin sağlamlığının qorunmasının təşkili
qaydalarından bəhs edir. Burada qeyd olunur ki, dövlət səhiyyə sisteminə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, dövlət tabeçiliyindəki
müalicə-profilaktika, elmi-tədqiqat, tədris, əczaçılıq, sanitariya-pro- filaktika
müəssisələri, eləcə də səhiyyənin maddi-texniki təc- hizatı ilə məşğul olan, tibbi
texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya
xidməti, məhkəmə-tibbi ekspertizası, qeyri-dövlət səhiyyə sisteminə isə
qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakını xüsusi,
o cümlədən bələdiyyə mülkiyyəti təşkil edən tibbi və əczaçılıq müəssisələri, şəxsi
tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. Bu fəsildə
həmçinin tibb müəssisələrinin özəlləşdirilməsi və icarəyə verilməsi səhiyyə
müəssisələrinin dövlət qeydiyyatı qaydaları müəyyənləşdirilmişdir.
Üçüncü fəsil sağlamlığın qorunması sahəsində vətəndaşların, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin hüquqlarına həsr edilmişdir. Bu fəsil 14 maddədən
ibarətdir. Burada vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
sağlamlığının qorunması hüququ (10-cu maddə), sağlamlığına təsir göstərən amillər
haqqında vətəndaşların məlumat almaq hüququ (11 -ci maddə), vətəndaşların tibbi-
sosial yardım almaq hüququ (12-ci maddə), sağlamlığın sığorta olunması, dərman
vasitələri ilə təmin olunmaq, peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan
vətəndaşların sağlamlığının qorunması, əhalinin sağlamlığının qorunması sahəsində
ailənin, hamilə qadınların və anaların, yetginlik yaşına çatmayanların, hərbi
qulluqçuların, hərbi xidmətə çağrılanların və müqavilə üzrə daxil olanların,
pensiyaçıların hüquqları, əlillərin tibbi-sosial almaq hüququ, fövqəladə hallarda
ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların,
tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətən-
daşların tibbi yardım almaq hüquqları təsbit edilmişdir.
Dördüncü fəsil tibbi-sosial yardım sahəsində vətən- daşların hüquqlarına həsr
edilmişdir. Pasiyentin hüquqları haqqında yazılan 24-cü maddədə qeyd edilmişdir
ki, onların aşağıdakı hüquqları vardır:
1. Təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna
olmaqla öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini müalicə-profilaktika
müəssisəsini seçmək;
2. Sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə
müayinə və müalicə olunmaq;
3. Stasionar müalicə olunduğu tibb müəssisənin mütəxəssislərinin iştirakı ilə
konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;
4. Tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq
vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə
edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq;
5. Tibbi müdaxiləyə şifahi və ya yazılı olaraq könüllü
razılıq vermək;
6. Tibbi müdaxilədən imtina etmək;
7. Hüquq və vəzifələri haqqında, sağlamlıq vəziyyəti barədə
məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi
seçmək;
8. Daxili qaydalar pozulmamaq şərti ilə mərasimin icra edilməsi üçün ayrıca
yerlə təmin olunmaq;
Patsiyentin hüquqları pozulduqda o, müalicə-profilaktika müəssisəsinin
rəhbərliyinə, müvafıq icra hakimiyyəti orqanlarına və ya qanunvericilikdə müəyyən
edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
Sağlamlıq vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ 25-ci
maddədə göstərilmişdir. Burada qeyd olunur ki, hər bir vətəndaş müayinənin
nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk
dərəcələri, aparılmış vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq
hüququna malikdir.
Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə,
qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab
edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti
barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə
və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir.
Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın
qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat
ehtiyatlı formada onun özünə çatdırıla bilər.
Vətəndaşın tələbi ilə, ona sağlamlığmın vəziyyətini əks etdirən tibbi sənədlərin
surətləri təqdim olunur.
Təxirəsalınmaz hallarda tibbi müdaxilə şərtləri 26-cı maddədə nəzərdə
tutulmuşdur.
Tibbi müdaxilə həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və ya
xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda məsələ
konsilium tərəfindən həll olunur. Konsilium mümkün olmayan hallarda tibbi
müdaxilə haqqında qərar müalicə-profilaktika müəssisəsinin rəhbərlərinə məlumat
verməklə və ya bilavasitə müalicə (növbətçi) həkimi tərəfindən qəbul edilir.
Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan
hesab edilən şəxslərə və yetkinlik yaşına çatmayanlara tibbi müdaxilənin aparılması
zəruri olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin bu barədə
razılığı olmalıdır. Tibbi müdaxilədən imtina edilməsi, razılığı tələb olunmadan
vətəndaşa tibbi yardım göstərilməsi qaydaları müvafiq olaraq 27 və 28-ci
maddələrdə öz əksini tapmışdır.
Beşinci fəsildə ailənin planlaşdırılması və insanın reproduktiv funksiyalarının
tənzimlənməsi haqqında müddəalar öz əksini tapmışdır. Bu fəslin 29-cu maddəsində
süni mayalanma və embrional implantasiya, 30-cu maddədə hamiləliyin süni surətdə
pozulması, 31-ci maddədə tibbi sterilizasiyanın (insani reproduktiv funksiyadan
məhrum etmək və ya qadını hamiləlikdən qorumaq) hüququ əsasları təsbit
olunmuşdur.
Altıncı fəsildə vətəndaşalara tibbi-sosial yardımın həyata keçirilməsinə
zəmanətlər haqqında maddələr verilmişdir. 32-ci maddədə ilkin tibbi sanitariya-
yardımına daxil olan xidmət növləri kimi aşağıdakılar müəyyənləşdirilmişdir:
- geniş yayılmış xəstəliklərin, eləcə də travmaların,
zəhərlənmələrin və digər təxırəsaiınmaz yardım tələb edən xəstəliklərin müalicəsi;
- sanitariya-gigiyenik və əksepidemik tədbirlərin
keçirilməsi, ictimai təhlükəli xəstəliklərin tibbi profilaktikası;
- ailənin, valideynlərin, uşaqların mühafizəsi və yaşayış
yerində tibbi-sanitariya yardımının göstərilməsinə dair digər tədbirlər daxildir.
İlkin tibbi-sanitariya yardımı dövlət səhiyyə sisteminin müəssisələri, eləcə də
sanitariya-epidemioloji xidmət müəssisələri tərəfindən təmin olunur.
Qeyri-dövlət səhiyyə sisteminin müəssisələri əhaliyə ilkin tibbi-sanitariya
yardımının göstərilməsində iştirak edə bilərlər. Təcili və təxirəsalınmaz tibbi yardım
haqqında bu fəslin 33-cü maddəsində yazılır. Bu maddədə vətəndaşlara təcili
təxirəsalınmaz tibbi yardım təcili tibbi müdaxilə tələb edən hallarda (bədbəxt
hadisələr, travmalar, zəhərlənmələr və digər xəstəliklər) mülkiyyət formasından asılı
olmayaraq təcili yardım tibb müəssisələri, eləcə də qanunvericilikdə müəyyən
edilmiş qaydada ilkin tibbi yardım etməyə borclu olan şəxslər tərəfindən göstərilir.
Dövlət tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım pulsuzdur.
İxtisaslı təcili və təxirəsalınmaz tibbi yardım təcili yardım və sanitar-aviasiya
xidməti tərəfindən təşkil edilir.
Təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydası müvafiq icra
hakımiyyəti orqanı tərəfindən müəyyən edilir.
Vətəndaşın həyatı üçün təhlükə yarandıqda onu yaxınlıqdakı tibb müəssisəsinə
çatdırmaq üçün tibb işçisi hər hansı bir nəqliyyat vasitəsindən pulsuz istifadə etmək
hüququna malikdir. Vətəndaşın tibb müəssisəsinə çatdırılması barəsində tibb
işçisinin qanuni tələbindən imtina edən nəqliyyat vasitəsinin sahibləri, yaxud digər
vəzifəli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Yol-nəqliyyat hadisələri zamanı müvafiq polis xidməti əməkdaşları
zərəçəkənlərə təcili və təxirəsalınmaz tibbi yardım göstərməyə və onları tibb
müəssisələrinə çatdırmağa borcludurlar.
34 - cü maddədə qeyd olunur ki, ixtisaslaşdırılmış tibbi yardım vətəndaşın
xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibbi texnologiyaların tətbiqini tələb
etdiyi hallarada dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər
tərəfindən göstərilir. İxtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət
standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
35-ci maddədə ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara tibbi-sosial
yardım, 36-cı maddədə yeni profilaktik, diaqnostika və müalicə üsullarının, dərman
və dezinfeksiya vasitələrinin, immunobioloji preparatların tətbiqi, 37-ci maddədə
biotibbi tədqiqatlarm aparılması qaydaları, 38-ci maddədə evtanaziyanın qadağan
olunması, 39-cu maddədə insanın ölüm anının müəyyən edilməsi, 40-cı maddədə
transplantasiya məqsədilə insan toxumalarının və orqanlarının götürülməsi, 41-ci
maddədə patoloji-anatomik təşrih haqqında müddəalar öz əksini tapmışdır.
Yeddinci fəsildə tibbi ekspertiza, o cümlədən əmək qabiliyyətinin müvəqqəti
itirilməsinin ekspertizası (maddə 42), tibbi-sosial ekspertiza (maddə 43), hərbi-
həkim ekspertizası (maddə 44), məhkəmə tibb ekspertizası qaydaları öz əksini
tapmışdır.
Səkkizinci fəsil tibb və əczaçılıq işçilərinin hüquqları və sosial müdafiəsinə
həsr edilmişdir.
Doqquzuncu fəsildə vətəndaşların sağlamlığına vurulan zərərə görə
məsuliyyət haqqında maddələr (57-60-cı maddələr), vətəndaşların sağlamlığına
vurulan ziyanın ödənilməsi, hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş
vətəndaşlara tibbi yardım göstərilməsi üzrə xərclərin ödənilməsi, sağlamlığın
qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə tibb və əczaçılıq
işçilərinin məsuliyyəti öz əksini tapmışdır.
Qanunun onuncu fəsli yekun müddəalara həsr edilmişdir.
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikasının qanunu. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk qəbul
olunan qanunvericilik aktının - «Sanitariya-epidemioloji salamatlıq haqqında»
Azərbaycan Respublikasının Qanunu ölkəmizdə əhalinin sağlamlığının qorunub
saxlanılması, daha da yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində
mühüm və çox əhəmiyyətli bir qanun olmuşdur. 10 noyabr 1992-ci ildə Azərbaycan
Respublikasının Prezidentin 371 saylı fərmanı ilə təsdiq edilmişdir. Səkkiz fəsil və
41 maddədən ibarətdir.
Birinci fəsil ümumi müddəalar dörd maddə ilə verilmişdir. Birinci maddə
əhalinin sanitariya-epidemioloji salamatlığı və onun təmin olunmasının əsasları,
ikinci - Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi və onun əsas
vəzifələri, üçüncü - sanitariya norma və qaydaları, gigiyenik normativlərin
mahiyyəti, dördüncü - əhalinin sanitariya- epidemioloji salamatlığının təminatı
sahəsində Azərbaycan Respublikası ali və yerli hakimiyyət və idarəetmə
orqanlarının səlahiyyətlərinə həsr edilmişdir.
Qanunun ilinci fəsli Azərbaycan Respublikasında əhalinin sanitariya-
epidemioloji salamatlığının təmin olunmasında vətəndaşların, dövlət orqanlarının,
ictimai birliklərin, müəssisələrin, təşkilatların hüquqlarına həsr edilmişdir. İkinci
fəslin 5-10-cu maddələrində Azərbaycan Respublikası vətəndaşlarının sağlam ətraf
mühitdə yaşamaq, informasiya almaq, sağlamlığa və ətraf mühitin vəziyyətinə dair
dövlət qərarlarının hazırlanması və həyata keçirilməsində iştirak etmək, onların
sağlamlıqlarına dəyən zərərin ödənilməsinə, məhkəmə yolu ilə hüquqlarının
qorunması, həmçinin dövlət orqanlarının, ictimai birliklərin, müəssisə və
təşkilatların hüquqları təsbit olunmuşdur. Qanunun üçüncü fəsli sanitariya-
epidemioloji salamatlığın təmin edilməsi sahəsində dövlət orqanlarının, ictimai
birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların
vəzifələrinə həsr edilmişdir. Dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin,
təşkilatların, idarələrin, vəzifəli şəxsiərin və vətəndaşiarın vəzifələri haqqmda on
birinci maddədə qeyd olunur. Dövlət orqanları, ictimai birliklər, müəssisələr,
təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar:
- təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə
əməl etməli;
- sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə,
xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin
sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya
əleyhinə tədbirlər görməli;
- dövlət sanitariya-nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl
etməli;
- dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və
idarələrə sanitariya-epidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında
dəqiq və dolğun məlumat verilməlidir.
Bu vəzifələr Azərbaycan Respublikasının ərazisində daimi, yaxud müvəqqəti
yaşayan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə də aiddir.
Yerli idarəetmə orqanları və nazirliklər öz ərazilərində və tabeliklərində olan
müəssisələrin, təşkilatların, idarələrin, kooperativlərin və vətəndaşların sanitariya
qanunvericiliyinə əməl etmələrinə cavabdehdirlər.
On ikinci maddədə vətəndaşların sağlamlığının qorunması, əlverişli ətraf
mühitdə yaşaması və məlumat alması hüquqlarının təmin edilməsi sahəsində
vəzifələr müəyyənləşdirilmişdir ki, bu maddəyə əsasən dövlət orqanları, ictimai
birliklər, müəssisələr, təşkilatlar və idarələr:
- əhalinin sağlamlığını qorumaq və möhkəmləndirmək, ətraf
mühitin insana mənfi təsirinin qarşısının alınmasına kömək etmək üçün mümkün
olan bütün tədbirləri görməli;
- Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən dövlət, xidmət,
yaxud kommersiya sirri daşıyan hallar istisna olmaqla, bu Qanunun 6-cı maddəsinə
müvafiq surətdə vətəndaşların tələbi ilə onlara tam dəqiq məlumat verməli;
- həyata keçirilməsi əhalinin sağlamlığına və ya ətraf mühitə mənfi təsirlə bağlı
olan qərarların hazırlanmasında, qəbul olunmasında və icrasına nəzarətdə
vətəndaşların iştirakı üçün şərait yaratmalı;
- sağlam həyat tərzini formalaşdırmaq üçün şəraiti təmin etməli, o cümlədən
bədən tərbiyəsinə idman müəssisələrinin, sağlamlaşdırma komplekslərinin,
sağlamlıq mərkəzlərinin, turist və idman bazalarının, sanatoriya - profilaktorıyaların
və əhalinin istirahəti, sağlamlığının möhkəmləndirilməsilə məşğul olan digər
müəssisələrin səmərəli işləməsindən ötrü müasir maddi texniki baza yaratmalı;
Sağlam həyat tərzini formalaşdırmaq məqsədilə əhali arasında gigiyenik
bilikləri təbliğ etməli, gigiyenik təlim-tərbiyə işlərini yerinə yetirməlidirlər.
- sağlam həyat tərzinin təbliği, o cümlədən kütləvi informasiya vasitələri ilə
təbliği dövlət və digər maliyyələşdirmə mənbələri hesabma həyata keçirilməlidir.
Bu fəslin digər maddələrində əhalinin sağlamlığını formalaşdıran bir sıra
problemlərin həlli barəsində vəzifələr öz əksini tapmışdır, o cümlədən
layihələşdirmə və tikinti dövründə vəzifələr (maddə 14), obyektlərin istismara qəbul
edilməsi dövründə vəzifələr (maddə 15), otaqların, binaların, qurğuların,
avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin saxlanılması və istismarı sahəsində
vəzifələr (maddə 16), kimyəvi maddələrin, bioloji vasitələrin və materialların tətbiqi,
istifadəsi, zərəsizləşdirilməsi və basdırılması sahəsində vəzifələr (maddə17),
radiasiya təhlükəsizliyini təmin etmək sahəsində vəzifələr (maddə 18), mənzil
sahəsinə sakinlərin köçürülməsinə və yaşaması sahəsində vəzifələr (maddə 19),
ərzaq xammalının və qida məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı
zamanı vəzifələr (maddə 20), təsərrüfat- içməli su təchizatına və əhalinin mədəni-
məişət məqsədilə sudan istifadə etdiyi yerlərə olan sanitariya tələblərinə əməl etmək
sahəsində vəzifələr (maddə 21), xaricdən satın alınan məhsulun göndərilməsi, satışı
və istifadəsi zamanı vəzifələr (maddə 22), uşaqların və yeniyetmələrin tərbiyəsi,
təhsili və istehsalat təcrübəsi şərtlərinə əməl edilməsi sahəsində vəzifələr (maddə
23), tibbi müayinədən keçmək vəzifələri (maddə 24) öz əksini tapmışdır.
Xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq sahəsində vəzifələrə
həsr olunan 25-ci maddədə deyilir ki, - dövlət orqanları ictimai birliklər, müəssisələr,
təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin, o
cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və
yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv
etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər.
Yoluxucu və parazitar xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını
almağa yönəldilən profilaktik peyvəndlər vurulmasının və digər tədbirlər
görülməsinin qaydasını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən
edir.
Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud
yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət
sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya
obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti
və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin,
yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə,
dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər.
Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin - təşkilat, profilaktika
tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara
yerləşdirilməsi qaydasını və müddətlərini Azərbaycan Respublikasının hökuməti,
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən edir.
Dördüncü fəsildə Azərbaycan Respublikasında Dövlət sanitariya nəzarətinin
təşkilinin hüquqi əsaslarını müəyyənləşdirilir.
Beşinci fəsildə Azərbaycan Respublikasında Dövlət sanitariya-epidemioloji
xidmətin təşkili (maddə 33), Azərbaycan Respublikası dövlət sanitariya-
epidemioloji xidməti vəzifəli şəxslərinin hüquqları (maddə 34), Azərbaycan
Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və
mütəxəssislərinin vəzifələri və məsuliyyəti (maddə 35), Azərbaycan Respublikası
dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və mütəxəssislərinin
hərəkətlərindən şikayət edilməsi (maddə 36), Azərbaycan Respublikası dövlət
sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və mütəxəssislərinin hüquqi
vəziyyəti və sosial müdafiəsi (maddə 37) öz əksini tapmışdır. 37-ci maddədə
göstərilir ki, dövlət sanitariya nəzarətini həyata keçirən baş dövlət sanitariya
həkimləri, digər vəzifəli şəxslər dövlət idarəetmə orqanlarının nümayəndələridir və
dövlət tərəfindən müdafiə olunurlar.
Onlar öz fəaliyyətlərində müstəqildirlər və yalnız Azərbaycan Respublikasının
qüvvədə olan sanitariya qanunvericiliyini əsas tuturlar.
Dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin və mütəxəssislərin
öz peşə vəzifələrini yerinə yetirmələrinə mane olmaq üçün onlara hər hansı şəkildə
təsir göstərmək, yaxud onların fəaliyyətinə qarışmaq qadağandır.
Belə hərəkətlərə yol verən vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət
daşıyırlar.
Qanunun 6-cı fəslində Azərbaycan Respublikasının sanitariya
qanunvericiliyini pozmağa görə məsuliyyət, 7-ci fəsildə isə Beynəlxalq
müqavilələrin hüququ əsasları ətraflı şəkildə verilmişdir.
ÜDST-ın nizamnaməsi. ÜDST-ın nizamnaməsində qeyd olunmuşdur ki,
sağlamlıq hüququ - hamının hüququdur. Sağlamlığın ən yüksək səviyyəsinə nail
olmaq irqindən, cinsindən, dinindən, siyasi dünyagörüşündən, iqtisadi və sosial
vəziyyətindən asılı olmayaraq hər bir insanın əsas hüquqlarından biridir. Bu hüquq
həmçinin 1948-ci ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi insan hüquqları
haqqında Ümumi deklarasiyada da öz əksini tapmışdır. Burada qeyd edilir ki, «hər
bir insanın onun özünün və ailəsinin sağlamlığını və əmin-amanlığını təmin etmək
üçün zəruri olan, ərzaq, paltar, mənzil, tibbi yardım və sosial xidməti özündə
birləşdirən həyat səviyyəsinə malik olmaq hüququ vardır».
BMT-nin Baş Assambleyasının 1959-cu ildə qəbul etdiyi «Uşaqların hüquqları
haqqında» qətnaməsində qeyd olunur ki, «uşağa sağlam böyümə, inkişaf, lazımı
qidalanma, mənzil və tibbi yardım almaq hüququ verilməlidir».
Xalqların sağlamlığını qorumaq və möhkəmləndirmək sonradan BMT-nin
«İşğaldan azad olunmuş ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında»
(1960), «Qadınlara qarşı diskiriminasiyanın aradan qaldırılması haqqında» (1967),
«İrqi ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» (1969) Beynəlxalq
PAKT-larda, «Sosial-iqtisadi və mədəni hüquqlar haqqında» Beynəlxalq PAKT-da
(1976) və həmçinin bir sıra dövlət və siyasi partiyaların qərar və qətnamələrində öz
əksini tapmışdır. ÜDST-ın nizamnaməsində qeyd edilir ki, «hökümətlər öz
xalqlarının sağlamlığı üçün cavabdehlik daşıyırlar və onlar sosial xarakterli və
səhiyyə sahəsində uyğun tədbirlər həyata keçirməlidirlər».
Bununla bərabər, bir sıra ölkələrdə, o cümlədən Asiyada, Afrikada, Latın
Amerikası ölkələrində əhalinin sağlamlıq vəziyyəti qeyri-qənaətbəxş olaraq
qalmaqdadır. ÜDST-ın məlumatına əsasən inkişaf etməkdə olan ölkələrinəhalisinin
80%- ə qədəri müasir tibbi yardımdan məhrumdurlar. Bütün tibb personalı isə 80%
şəhər yaşayış məskənlərində təmərküzləşmişlər. Epidemik patologiya yüksək
səviyyədə olan ərazilərdə - kənd yaşayış yerlərində tibb kadrların kəskin çatışmazlığı
özünü biruzə verir, tibbi texnologiya və dərman preparatları ilə təminatı çox aşağı
səviyyədədir. Məhz bu, ÜDST-ın 30 ildən çox bir müddətdə dünya əhalisinin
hamısının sağlamlığına çatması haqqında qlobal strategiyanın işlənib
hazırlanmasına və bir vəzifə kimi dünya ölkələri qarşısında qoymasına zərurət
yaratmışdır.
“Hamının sağlamlığa çatması haqqında” qətnamə. 2000-ci ilə qədər
hamının sağlamlığa çatması şüarının meydana gəlməsi müxtəlif mərhələlər üzrə
olmuşdur. Bu işdə BMT-nin Baş Assambleyasının qəbul etdiyi və inkişaf etmiş və
inkişafda olan ölkələr arasında yeni iqtisadi ticarət, elmi-texniki və başqa əlaqələrin
əsasını qoyan sənədlərin mühüm rolu oldu. Bundan başqa 70-ci illərdə BMT xətti
ilə bir sıra konfranslar (ərtaf mühitin vəziyyəti haqqında, əhali artımı, ərzaq
məsələləri, yaşayış məskənləri, su mənbələri, texniki əməkdaşlıq və b) keçirilmişdir
ki, onların nəticələrinin də «hamının sağlamlığa çatması haqqında» qlobal
strategiyanın hazırlanmasına təsiri olmuşdur. 1975-ci ildə ÜDST-in 28-ci
sessiyasında keçmiş SSRİ-nin təşəbbüsü ilə 28.75-ci qətnamə qəbul edildi. Bu
qətnamədə ölkələr onlara verilən vəsaitin (BMT-nin inkişaf Proqramı)
bölüşdürülməsi zamanı ilk növbədə ictimai sağlamlıq proqramlarına diqqət
yetirməyə dəvət olunmuşdular. 1975, 1976-cı illərdə ÜDST-ın Baş direktoru X.
Maler bu problemlə əlaqədar iki dəfə məsələ qaldırmışdır. Ümumdünya Səhiyyə
Assambleyasının 30-cu sessiyasında Maler yenidən bu məsələyə toxunaraq qeyd
etmişdir ki, ictimai sağlamlığın qorunması məqsədilə hamının sağlamlığa çatması
proqramı qəbul edilməlidir və bunun üçün istər regional və istərsə də qlobal
səviyyəli qərarlar qəbul edilməlidir. 1977-ci ildə 30-cu sessiyada 30.43-cü qətnamə
qəbul edildi. Bu qətnamə rəsmi olaraq «2000-ci ildə hamının sağlamlığa çatması»
adlandırıldı.
Qeyd etmək lazımdır ki, «hamının sağlamlığa çatması» heç də ÜDST-nin qeyd
etdiyi kimi həkimlərin və digər tibb işçilərinin bütün əhalinin tibbi yardımla təmin
olunmasını və həmçinin xəstələrin və əlillərin olmamasını nəzərdə tutmur. Bu
həqiqətən onu göstərir ki, sağlamlıq evdən, məktəbdən, zavoddan, fabrikdən
başlayır. Həmçinin nəzərdə tutulur ki, əhali profilaktik tədbirlərə, xəstələrin, əlilliyin
azaldılması və daha çox yaşamaq üçün indi olduğundan daha keyfiyyətli yanaşma
tərzindən istifadə edə biləcəkdir. Bu onu göstərır ki, tibbi-sanitar yardımın əsas
elementləri bütün insanlara müyəssər olacaq və onların hamısının iştirakı ilə
mümkün olacaqdır.
ÜDST-ın bu təşəbbüsü bir sıra dünya ölkələri və onların rəhbərləri tərəfindən
dəstəkləndi. Göstərilən məqsədin sonrakı mərhələlərdə reallaşması üçün ÜDST/
YUNİSEF -in birincili tibbi-sanitariya yardımına həsr olunmuş Alma-Ata
konfransının (1978) böyük əhəmiyyəti oldu. Burada qəbul edilən deklarasiyaya görə
göstərilən məqsədə nail olmaq yalnız birincili tibbi-sanitariya yardımını (BTSY)
inkişaf etdirmək vasitəsilə mümkün ola bilər. Qəbul edilən deklarasiya ÜDST-ın
üzvləri olan bütün ölkələri BTSY inkişaf etdirilməsi üçün səhiyyə sahəsində milli
siyasətin və fəaliyyət planının hazırlanmasına çağırdı. Orada həmçinin bütün
dünyada və ən əvvəl inkişaf etməkdə olan ölkələrdə BTSY təşkili və tətbiq edilməsi
məqsədilə təxirəsalınmaz və səmərəli tədbirlərin həyata keçirilməsinin zəruriliyi
qeyd olunmuşdur.
«Hamının sağlamlığa çatması» qlobal strategiyasının əsası ÜSA-nın (1979)
Alma-Ata deklarasiyasını bəyənən və ÜST-ın üzvü olan ölkələrə fərdi olaraq öz
regional və qlobal strategiyalarını «2000-ci ilə qədər hamının sağlamlığa çatması
strategiyasının işlənib-hazırlanması» adlı sənədində göstərilən prinsiplərə uyğun
olaraq hazırlamağı tövsiyyə edən, ÜST-nın İcraiyyə Komitəsinin 32.30 saylı
qətnamənin qəbul olunduğu 32-ci sessiyasında qoyulmuşdur. 1979-cu ilin
noyabrında «2000-ci ilə qədər hamının sağlamlığa çatması» qlobal strategiyasının
ÜST Katibliyi tərəfindən hazırlanan layihəsi USA- nın 33 sessiyasında (1980)
müzakirə olundu. Lakin bu zaman layihədə müxtəlif ölkələrin bu istiqamətdə
fəaliyyətini qiymətləndirməyə imkan verən meyarlar nəzərdə tutulmamışdı.
ÜST-nın «2000-ci ilə qədər hamının sağlamlığa çatması» strategiyası USA-nın
34-cü sessiyasında (1981-ci ilin may ayında) son variantda qəbul edildi. Bu sənəd
bir sıra ölkələrin 1980-cı ildə işləyib hazırladığı və qəbul etdiyi milli strategi- yalara
və həmçinin Alam-Ata konfransının məzmununa uyğun olaraq hazırlanmışdır. O,
müxtəlif ölkələrin öz səhiyyə sistemlərinin BTSY əsasında inkişaf etdirmələrinə
imkan yaradan yolları konkret şəkildə müəyyənləşdirmişdir. ÜSA-nın 34.36
qətnaməsində göstərilir ki, qlobal strategiya aşağıdakı məqsədləri daşıyır:
1. Bütün ölkələrdə hamının tibbi-sanitar yardımın əsas xidmətlərindən və
yüksək səviyyəli tibbi yardımdan istifadə edə bilməsi;
2. Bütün insanların sərbəst şəkildə özünə və öz ailəsinə öz imkanları daxilində
kömək etməyə aktiv şəkildə cəlb olunmasını və sağlamlığa nail olmaq üçün kollektiv
surətdə cəhd göstərmələrin təmin etmək;
3. Bütün dünya əhalisinin öz hökumətləri ilə bərabər öz vətəndaşlarını tibbi
yardımla təmin etməyə cavabdehlik daşımaları;
4. Bütün hökumətlərin öz xalqlarınm sağlamlıqları üçün tam
məsuliyyət daşımaları;
5. Bütün xalqlar üçün keyfiyyətli içməli sudan və sanitariya-gigiyenik
xidmətdən istifadə edilməsinin mümkünlüyü;
6. Bütün insanların kifayət qədər ərzaqla təmin olunması;
7. Bütün insanların əsas uşaq infeksiyalarına qarşı peyvənd
olunması;
8. İnkişaf etməkdə olan ölkələrdə yoluxucu xəstəliklərin 1980-ci ilə qədərki
olan dövrə nisbətən böyük əhəmiyyət kəsb etməsi;
9. Yoluxucu xəstəliklərlə mübarizə və onların profilaktikası məqsədilə bütün
mümkün üsul və vasitələrdən istifadə etmək, həmçinin həyat tərzinə təsir etmək və
nəzarətin həyata keçirilməsi vasitəsilə psixi sağlamlığın möhkəmləndirilməsi
10. Əsas dərman preparatlarından hamının istifadə edə bilməsinin
mümkünlüyü.
Nəticə. Ölkəmizdə səhiyyə sisteminin fəaliyyəti həmçinin Beynəlxalq
səhiyyədə mövcud olan qaunvericilik aktlarına əsaslanır. Dünya əhalisinin, o
cümlədən ölkəmizdə əhalinin sağlamlıq vəziyyətinin formalaşmasında bir sıra
Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, ÜDST-nın, ictimai təşkilatların
qəbul etdiyi sənədlərdə göstərilən müddəaların, qərarların, qətnamələrin mühüm
əhəmiyyəti vardır.
Ədəbiyyat:
 «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının
qanunu
 Azərbaycan Tibb Universiteti. Müalicə işi ixtisası, Mühazirə.

More Related Content

Featured

Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsPixeldarts
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthThinkNow
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfmarketingartwork
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsKurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summarySpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Applitools
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at WorkGetSmarter
 

Featured (20)

Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 
12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work12 Ways to Increase Your Influence at Work
12 Ways to Increase Your Influence at Work
 

Günay Qafarova. Əhalinin sağlamlığının qorunması haqqında.docx

  • 1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 №-li Bakı Tibb Kolleci Sərbəst iş Tələbə: Günay Qafarova İxtisas: Tibb bacısı Qrup: 1 Fənn: Hüquq Müəllim: Gülnarə Əhmədova Mövzu: Azərbaycan Respublikasının Konstitusiya Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan respublikası qanunu Bakı-2023
  • 2. Plan: 1. Giriş 2. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının qanunu 3. «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikasının Qanunu 4. ÜDST-ın (Ümumdünya Səhiyyə Təşkilatı) nizamnaməsi 5. “Hamının sağlamlığa çatması” qətnaməsi
  • 3. Giriş. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunub saxlanılması və yaxşılaşdırılması dövlətin əsas vəzifələrindən biridir. Ölkəmiz müstəqillik qazandıqdan sonra səhiyyə və sağlamlığın mühafizəsi sistemində əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, xəstələnmənin azaldılması, o cümlədən yoluxucu xəstəliklərin ləğv olunması, ümumi və uşaq ölümü səviyyələrinin azaldılması, orta ömür müddətinin xeyli yüksəldilməsi istiqamətində əsaslı və kompleks tədbirlərin həyata keçirilməsinə geniş imkanlar yaranmışdır. Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi ictimai münasibətlərin formalaşdırdığı əsas sahələrdən biri olan səhiyyə sisteminin, əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, bu sahədə qanunvericiliyin möhkəmləndirilməsində böyük rol oynayır. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və səhiyyə sisteminin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikasının Qanunu, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu, ətraf mühitbn vəziyyətinə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu, Səhiyyə Nazirliyinin əmrləri, sanitariya norma və qaydaları, dövlət standartları və başqa hüquqi sənədlər təşkil edir. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının qanunu. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının qanunu səhiyyə qanunvericiliyinin əsasını təşkil edən vacib hüquqi sənədlərdən birıdir. O, Azərbaycan Respublikası Prezidentinin 26 iyun 1997-ci il tarixli qərarı ilə qəbul edilmişdir. On fəsildən, 62 maddədən ibarətdir. Qanunun giriş hissəsində qeyd edilir ki, əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlülüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlər orqanları, səhiyyə subyektləri arasında yaranan münasibətləri tənzimləyən bu Qanunun birinci fəslində ümumi müddəalar öz əksini tapmışdır ki, bu da 3 maddədən ibarətdir. Birinci maddədə əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri müəyyənləşdirilmişdir. 1. Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlər təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti. 2. Əhalinin sağlamlığının qorunması sahəsində profilaktik
  • 4. tədbirlərin həyata keçirilməsi. 3. Tibbi sosial yardımın hamı üçün mümkünlüyü. 4. Sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi. İkinci maddədə əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyini təşkil edən hüquqi aktların siyahısı dəqiqləşdirilmişdir. Qanunda əhalinin sağalmlığının qorunması sahəsində dövlətin vəzifələrinə geniş yer verilmişdir. Bu məsələlər 3-cü maddədə öz əksini tapmışdır. Burada qeyd olunur ki, Dövlət sağlamlığın qorunması sahəsində aşağıdakı vəzifələri yerinə yetirir: - əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi; - sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi; - səhiyyə sistemınin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi; - dövlət səhiyyə sisteminin maliyyəiəşdirilməsi; - ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyinin təmin edilməsi; - məcburi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi; - əhalinin xüsusi qrupları üçün tibbi-sosial yardım gös- tərilməsinə təminat verilməsi; - dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi; - ailənin, valideynlərin və uşaqların mühafizəsi; səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.
  • 5. İlinci fəsil 5 maddədən ibarət olub, əhalinin sağlamlığının qorunmasının təşkili qaydalarından bəhs edir. Burada qeyd olunur ki, dövlət səhiyyə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmi-tədqiqat, tədris, əczaçılıq, sanitariya-pro- filaktika müəssisələri, eləcə də səhiyyənin maddi-texniki təc- hizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibbi ekspertizası, qeyri-dövlət səhiyyə sisteminə isə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakını xüsusi, o cümlədən bələdiyyə mülkiyyəti təşkil edən tibbi və əczaçılıq müəssisələri, şəxsi tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. Bu fəsildə həmçinin tibb müəssisələrinin özəlləşdirilməsi və icarəyə verilməsi səhiyyə müəssisələrinin dövlət qeydiyyatı qaydaları müəyyənləşdirilmişdir. Üçüncü fəsil sağlamlığın qorunması sahəsində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarına həsr edilmişdir. Bu fəsil 14 maddədən ibarətdir. Burada vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququ (10-cu maddə), sağlamlığına təsir göstərən amillər haqqında vətəndaşların məlumat almaq hüququ (11 -ci maddə), vətəndaşların tibbi- sosial yardım almaq hüququ (12-ci maddə), sağlamlığın sığorta olunması, dərman vasitələri ilə təmin olunmaq, peşə fəaliyyətinin bəzi növləri ilə məşğul olan vətəndaşların sağlamlığının qorunması, əhalinin sağlamlığının qorunması sahəsində ailənin, hamilə qadınların və anaların, yetginlik yaşına çatmayanların, hərbi qulluqçuların, hərbi xidmətə çağrılanların və müqavilə üzrə daxil olanların, pensiyaçıların hüquqları, əlillərin tibbi-sosial almaq hüququ, fövqəladə hallarda ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların, tutulmuş, həbs edilmiş, azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən vətən- daşların tibbi yardım almaq hüquqları təsbit edilmişdir. Dördüncü fəsil tibbi-sosial yardım sahəsində vətən- daşların hüquqlarına həsr edilmişdir. Pasiyentin hüquqları haqqında yazılan 24-cü maddədə qeyd edilmişdir ki, onların aşağıdakı hüquqları vardır: 1. Təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini müalicə-profilaktika müəssisəsini seçmək; 2. Sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq; 3. Stasionar müalicə olunduğu tibb müəssisənin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;
  • 6. 4. Tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq; 5. Tibbi müdaxiləyə şifahi və ya yazılı olaraq könüllü razılıq vermək; 6. Tibbi müdaxilədən imtina etmək; 7. Hüquq və vəzifələri haqqında, sağlamlıq vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək; 8. Daxili qaydalar pozulmamaq şərti ilə mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq; Patsiyentin hüquqları pozulduqda o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafıq icra hakimiyyəti orqanlarına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Sağlamlıq vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ 25-ci maddədə göstərilmişdir. Burada qeyd olunur ki, hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər. Vətəndaşın tələbi ilə, ona sağlamlığmın vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur. Təxirəsalınmaz hallarda tibbi müdaxilə şərtləri 26-cı maddədə nəzərdə tutulmuşdur. Tibbi müdaxilə həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və ya xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda məsələ
  • 7. konsilium tərəfindən həll olunur. Konsilium mümkün olmayan hallarda tibbi müdaxilə haqqında qərar müalicə-profilaktika müəssisəsinin rəhbərlərinə məlumat verməklə və ya bilavasitə müalicə (növbətçi) həkimi tərəfindən qəbul edilir. Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə və yetkinlik yaşına çatmayanlara tibbi müdaxilənin aparılması zəruri olduqda onların valideynlərinin və ya qanuni nümayəndələrinin bu barədə razılığı olmalıdır. Tibbi müdaxilədən imtina edilməsi, razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilməsi qaydaları müvafiq olaraq 27 və 28-ci maddələrdə öz əksini tapmışdır. Beşinci fəsildə ailənin planlaşdırılması və insanın reproduktiv funksiyalarının tənzimlənməsi haqqında müddəalar öz əksini tapmışdır. Bu fəslin 29-cu maddəsində süni mayalanma və embrional implantasiya, 30-cu maddədə hamiləliyin süni surətdə pozulması, 31-ci maddədə tibbi sterilizasiyanın (insani reproduktiv funksiyadan məhrum etmək və ya qadını hamiləlikdən qorumaq) hüququ əsasları təsbit olunmuşdur. Altıncı fəsildə vətəndaşalara tibbi-sosial yardımın həyata keçirilməsinə zəmanətlər haqqında maddələr verilmişdir. 32-ci maddədə ilkin tibbi sanitariya- yardımına daxil olan xidmət növləri kimi aşağıdakılar müəyyənləşdirilmişdir: - geniş yayılmış xəstəliklərin, eləcə də travmaların, zəhərlənmələrin və digər təxırəsaiınmaz yardım tələb edən xəstəliklərin müalicəsi; - sanitariya-gigiyenik və əksepidemik tədbirlərin keçirilməsi, ictimai təhlükəli xəstəliklərin tibbi profilaktikası; - ailənin, valideynlərin, uşaqların mühafizəsi və yaşayış yerində tibbi-sanitariya yardımının göstərilməsinə dair digər tədbirlər daxildir. İlkin tibbi-sanitariya yardımı dövlət səhiyyə sisteminin müəssisələri, eləcə də sanitariya-epidemioloji xidmət müəssisələri tərəfindən təmin olunur. Qeyri-dövlət səhiyyə sisteminin müəssisələri əhaliyə ilkin tibbi-sanitariya yardımının göstərilməsində iştirak edə bilərlər. Təcili və təxirəsalınmaz tibbi yardım haqqında bu fəslin 33-cü maddəsində yazılır. Bu maddədə vətəndaşlara təcili təxirəsalınmaz tibbi yardım təcili tibbi müdaxilə tələb edən hallarda (bədbəxt hadisələr, travmalar, zəhərlənmələr və digər xəstəliklər) mülkiyyət formasından asılı olmayaraq təcili yardım tibb müəssisələri, eləcə də qanunvericilikdə müəyyən edilmiş qaydada ilkin tibbi yardım etməyə borclu olan şəxslər tərəfindən göstərilir. Dövlət tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım pulsuzdur.
  • 8. İxtisaslı təcili və təxirəsalınmaz tibbi yardım təcili yardım və sanitar-aviasiya xidməti tərəfindən təşkil edilir. Təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi qaydası müvafiq icra hakımiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşın həyatı üçün təhlükə yarandıqda onu yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq üçün tibb işçisi hər hansı bir nəqliyyat vasitəsindən pulsuz istifadə etmək hüququna malikdir. Vətəndaşın tibb müəssisəsinə çatdırılması barəsində tibb işçisinin qanuni tələbindən imtina edən nəqliyyat vasitəsinin sahibləri, yaxud digər vəzifəli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yol-nəqliyyat hadisələri zamanı müvafiq polis xidməti əməkdaşları zərəçəkənlərə təcili və təxirəsalınmaz tibbi yardım göstərməyə və onları tibb müəssisələrinə çatdırmağa borcludurlar. 34 - cü maddədə qeyd olunur ki, ixtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibbi texnologiyaların tətbiqini tələb etdiyi hallarada dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir. İxtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 35-ci maddədə ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara tibbi-sosial yardım, 36-cı maddədə yeni profilaktik, diaqnostika və müalicə üsullarının, dərman və dezinfeksiya vasitələrinin, immunobioloji preparatların tətbiqi, 37-ci maddədə biotibbi tədqiqatlarm aparılması qaydaları, 38-ci maddədə evtanaziyanın qadağan olunması, 39-cu maddədə insanın ölüm anının müəyyən edilməsi, 40-cı maddədə transplantasiya məqsədilə insan toxumalarının və orqanlarının götürülməsi, 41-ci maddədə patoloji-anatomik təşrih haqqında müddəalar öz əksini tapmışdır. Yeddinci fəsildə tibbi ekspertiza, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizası (maddə 42), tibbi-sosial ekspertiza (maddə 43), hərbi- həkim ekspertizası (maddə 44), məhkəmə tibb ekspertizası qaydaları öz əksini tapmışdır. Səkkizinci fəsil tibb və əczaçılıq işçilərinin hüquqları və sosial müdafiəsinə həsr edilmişdir. Doqquzuncu fəsildə vətəndaşların sağlamlığına vurulan zərərə görə məsuliyyət haqqında maddələr (57-60-cı maddələr), vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi, hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara tibbi yardım göstərilməsi üzrə xərclərin ödənilməsi, sağlamlığın
  • 9. qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə tibb və əczaçılıq işçilərinin məsuliyyəti öz əksini tapmışdır. Qanunun onuncu fəsli yekun müddəalara həsr edilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanunu. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk qəbul olunan qanunvericilik aktının - «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikasının Qanunu ölkəmizdə əhalinin sağlamlığının qorunub saxlanılması, daha da yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində mühüm və çox əhəmiyyətli bir qanun olmuşdur. 10 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentin 371 saylı fərmanı ilə təsdiq edilmişdir. Səkkiz fəsil və 41 maddədən ibarətdir. Birinci fəsil ümumi müddəalar dörd maddə ilə verilmişdir. Birinci maddə əhalinin sanitariya-epidemioloji salamatlığı və onun təmin olunmasının əsasları, ikinci - Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi və onun əsas vəzifələri, üçüncü - sanitariya norma və qaydaları, gigiyenik normativlərin mahiyyəti, dördüncü - əhalinin sanitariya- epidemioloji salamatlığının təminatı sahəsində Azərbaycan Respublikası ali və yerli hakimiyyət və idarəetmə orqanlarının səlahiyyətlərinə həsr edilmişdir. Qanunun ilinci fəsli Azərbaycan Respublikasında əhalinin sanitariya- epidemioloji salamatlığının təmin olunmasında vətəndaşların, dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların hüquqlarına həsr edilmişdir. İkinci fəslin 5-10-cu maddələrində Azərbaycan Respublikası vətəndaşlarının sağlam ətraf mühitdə yaşamaq, informasiya almaq, sağlamlığa və ətraf mühitin vəziyyətinə dair dövlət qərarlarının hazırlanması və həyata keçirilməsində iştirak etmək, onların sağlamlıqlarına dəyən zərərin ödənilməsinə, məhkəmə yolu ilə hüquqlarının qorunması, həmçinin dövlət orqanlarının, ictimai birliklərin, müəssisə və təşkilatların hüquqları təsbit olunmuşdur. Qanunun üçüncü fəsli sanitariya- epidemioloji salamatlığın təmin edilməsi sahəsində dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə həsr edilmişdir. Dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxsiərin və vətəndaşiarın vəzifələri haqqmda on birinci maddədə qeyd olunur. Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: - təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; - sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə,
  • 10. xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; - dövlət sanitariya-nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; - dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariya-epidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verilməlidir. Bu vəzifələr Azərbaycan Respublikasının ərazisində daimi, yaxud müvəqqəti yaşayan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə də aiddir. Yerli idarəetmə orqanları və nazirliklər öz ərazilərində və tabeliklərində olan müəssisələrin, təşkilatların, idarələrin, kooperativlərin və vətəndaşların sanitariya qanunvericiliyinə əməl etmələrinə cavabdehdirlər. On ikinci maddədə vətəndaşların sağlamlığının qorunması, əlverişli ətraf mühitdə yaşaması və məlumat alması hüquqlarının təmin edilməsi sahəsində vəzifələr müəyyənləşdirilmişdir ki, bu maddəyə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar və idarələr: - əhalinin sağlamlığını qorumaq və möhkəmləndirmək, ətraf mühitin insana mənfi təsirinin qarşısının alınmasına kömək etmək üçün mümkün olan bütün tədbirləri görməli; - Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən dövlət, xidmət, yaxud kommersiya sirri daşıyan hallar istisna olmaqla, bu Qanunun 6-cı maddəsinə müvafiq surətdə vətəndaşların tələbi ilə onlara tam dəqiq məlumat verməli; - həyata keçirilməsi əhalinin sağlamlığına və ya ətraf mühitə mənfi təsirlə bağlı olan qərarların hazırlanmasında, qəbul olunmasında və icrasına nəzarətdə vətəndaşların iştirakı üçün şərait yaratmalı; - sağlam həyat tərzini formalaşdırmaq üçün şəraiti təmin etməli, o cümlədən bədən tərbiyəsinə idman müəssisələrinin, sağlamlaşdırma komplekslərinin, sağlamlıq mərkəzlərinin, turist və idman bazalarının, sanatoriya - profilaktorıyaların və əhalinin istirahəti, sağlamlığının möhkəmləndirilməsilə məşğul olan digər müəssisələrin səmərəli işləməsindən ötrü müasir maddi texniki baza yaratmalı; Sağlam həyat tərzini formalaşdırmaq məqsədilə əhali arasında gigiyenik bilikləri təbliğ etməli, gigiyenik təlim-tərbiyə işlərini yerinə yetirməlidirlər.
  • 11. - sağlam həyat tərzinin təbliği, o cümlədən kütləvi informasiya vasitələri ilə təbliği dövlət və digər maliyyələşdirmə mənbələri hesabma həyata keçirilməlidir. Bu fəslin digər maddələrində əhalinin sağlamlığını formalaşdıran bir sıra problemlərin həlli barəsində vəzifələr öz əksini tapmışdır, o cümlədən layihələşdirmə və tikinti dövründə vəzifələr (maddə 14), obyektlərin istismara qəbul edilməsi dövründə vəzifələr (maddə 15), otaqların, binaların, qurğuların, avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin saxlanılması və istismarı sahəsində vəzifələr (maddə 16), kimyəvi maddələrin, bioloji vasitələrin və materialların tətbiqi, istifadəsi, zərəsizləşdirilməsi və basdırılması sahəsində vəzifələr (maddə17), radiasiya təhlükəsizliyini təmin etmək sahəsində vəzifələr (maddə 18), mənzil sahəsinə sakinlərin köçürülməsinə və yaşaması sahəsində vəzifələr (maddə 19), ərzaq xammalının və qida məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı zamanı vəzifələr (maddə 20), təsərrüfat- içməli su təchizatına və əhalinin mədəni- məişət məqsədilə sudan istifadə etdiyi yerlərə olan sanitariya tələblərinə əməl etmək sahəsində vəzifələr (maddə 21), xaricdən satın alınan məhsulun göndərilməsi, satışı və istifadəsi zamanı vəzifələr (maddə 22), uşaqların və yeniyetmələrin tərbiyəsi, təhsili və istehsalat təcrübəsi şərtlərinə əməl edilməsi sahəsində vəzifələr (maddə 23), tibbi müayinədən keçmək vəzifələri (maddə 24) öz əksini tapmışdır. Xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq sahəsində vəzifələrə həsr olunan 25-ci maddədə deyilir ki, - dövlət orqanları ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu və parazitar xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almağa yönəldilən profilaktik peyvəndlər vurulmasının və digər tədbirlər görülməsinin qaydasını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən edir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin - təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara
  • 12. yerləşdirilməsi qaydasını və müddətlərini Azərbaycan Respublikasının hökuməti, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən edir. Dördüncü fəsildə Azərbaycan Respublikasında Dövlət sanitariya nəzarətinin təşkilinin hüquqi əsaslarını müəyyənləşdirilir. Beşinci fəsildə Azərbaycan Respublikasında Dövlət sanitariya-epidemioloji xidmətin təşkili (maddə 33), Azərbaycan Respublikası dövlət sanitariya- epidemioloji xidməti vəzifəli şəxslərinin hüquqları (maddə 34), Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və mütəxəssislərinin vəzifələri və məsuliyyəti (maddə 35), Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və mütəxəssislərinin hərəkətlərindən şikayət edilməsi (maddə 36), Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və mütəxəssislərinin hüquqi vəziyyəti və sosial müdafiəsi (maddə 37) öz əksini tapmışdır. 37-ci maddədə göstərilir ki, dövlət sanitariya nəzarətini həyata keçirən baş dövlət sanitariya həkimləri, digər vəzifəli şəxslər dövlət idarəetmə orqanlarının nümayəndələridir və dövlət tərəfindən müdafiə olunurlar. Onlar öz fəaliyyətlərində müstəqildirlər və yalnız Azərbaycan Respublikasının qüvvədə olan sanitariya qanunvericiliyini əsas tuturlar. Dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin və mütəxəssislərin öz peşə vəzifələrini yerinə yetirmələrinə mane olmaq üçün onlara hər hansı şəkildə təsir göstərmək, yaxud onların fəaliyyətinə qarışmaq qadağandır. Belə hərəkətlərə yol verən vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. Qanunun 6-cı fəslində Azərbaycan Respublikasının sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyət, 7-ci fəsildə isə Beynəlxalq müqavilələrin hüququ əsasları ətraflı şəkildə verilmişdir. ÜDST-ın nizamnaməsi. ÜDST-ın nizamnaməsində qeyd olunmuşdur ki, sağlamlıq hüququ - hamının hüququdur. Sağlamlığın ən yüksək səviyyəsinə nail olmaq irqindən, cinsindən, dinindən, siyasi dünyagörüşündən, iqtisadi və sosial vəziyyətindən asılı olmayaraq hər bir insanın əsas hüquqlarından biridir. Bu hüquq həmçinin 1948-ci ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi insan hüquqları haqqında Ümumi deklarasiyada da öz əksini tapmışdır. Burada qeyd edilir ki, «hər bir insanın onun özünün və ailəsinin sağlamlığını və əmin-amanlığını təmin etmək üçün zəruri olan, ərzaq, paltar, mənzil, tibbi yardım və sosial xidməti özündə birləşdirən həyat səviyyəsinə malik olmaq hüququ vardır».
  • 13. BMT-nin Baş Assambleyasının 1959-cu ildə qəbul etdiyi «Uşaqların hüquqları haqqında» qətnaməsində qeyd olunur ki, «uşağa sağlam böyümə, inkişaf, lazımı qidalanma, mənzil və tibbi yardım almaq hüququ verilməlidir». Xalqların sağlamlığını qorumaq və möhkəmləndirmək sonradan BMT-nin «İşğaldan azad olunmuş ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında» (1960), «Qadınlara qarşı diskiriminasiyanın aradan qaldırılması haqqında» (1967), «İrqi ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» (1969) Beynəlxalq PAKT-larda, «Sosial-iqtisadi və mədəni hüquqlar haqqında» Beynəlxalq PAKT-da (1976) və həmçinin bir sıra dövlət və siyasi partiyaların qərar və qətnamələrində öz əksini tapmışdır. ÜDST-ın nizamnaməsində qeyd edilir ki, «hökümətlər öz xalqlarının sağlamlığı üçün cavabdehlik daşıyırlar və onlar sosial xarakterli və səhiyyə sahəsində uyğun tədbirlər həyata keçirməlidirlər». Bununla bərabər, bir sıra ölkələrdə, o cümlədən Asiyada, Afrikada, Latın Amerikası ölkələrində əhalinin sağlamlıq vəziyyəti qeyri-qənaətbəxş olaraq qalmaqdadır. ÜDST-ın məlumatına əsasən inkişaf etməkdə olan ölkələrinəhalisinin 80%- ə qədəri müasir tibbi yardımdan məhrumdurlar. Bütün tibb personalı isə 80% şəhər yaşayış məskənlərində təmərküzləşmişlər. Epidemik patologiya yüksək səviyyədə olan ərazilərdə - kənd yaşayış yerlərində tibb kadrların kəskin çatışmazlığı özünü biruzə verir, tibbi texnologiya və dərman preparatları ilə təminatı çox aşağı səviyyədədir. Məhz bu, ÜDST-ın 30 ildən çox bir müddətdə dünya əhalisinin hamısının sağlamlığına çatması haqqında qlobal strategiyanın işlənib hazırlanmasına və bir vəzifə kimi dünya ölkələri qarşısında qoymasına zərurət yaratmışdır. “Hamının sağlamlığa çatması haqqında” qətnamə. 2000-ci ilə qədər hamının sağlamlığa çatması şüarının meydana gəlməsi müxtəlif mərhələlər üzrə olmuşdur. Bu işdə BMT-nin Baş Assambleyasının qəbul etdiyi və inkişaf etmiş və inkişafda olan ölkələr arasında yeni iqtisadi ticarət, elmi-texniki və başqa əlaqələrin əsasını qoyan sənədlərin mühüm rolu oldu. Bundan başqa 70-ci illərdə BMT xətti ilə bir sıra konfranslar (ərtaf mühitin vəziyyəti haqqında, əhali artımı, ərzaq məsələləri, yaşayış məskənləri, su mənbələri, texniki əməkdaşlıq və b) keçirilmişdir ki, onların nəticələrinin də «hamının sağlamlığa çatması haqqında» qlobal strategiyanın hazırlanmasına təsiri olmuşdur. 1975-ci ildə ÜDST-in 28-ci sessiyasında keçmiş SSRİ-nin təşəbbüsü ilə 28.75-ci qətnamə qəbul edildi. Bu qətnamədə ölkələr onlara verilən vəsaitin (BMT-nin inkişaf Proqramı) bölüşdürülməsi zamanı ilk növbədə ictimai sağlamlıq proqramlarına diqqət yetirməyə dəvət olunmuşdular. 1975, 1976-cı illərdə ÜDST-ın Baş direktoru X. Maler bu problemlə əlaqədar iki dəfə məsələ qaldırmışdır. Ümumdünya Səhiyyə Assambleyasının 30-cu sessiyasında Maler yenidən bu məsələyə toxunaraq qeyd
  • 14. etmişdir ki, ictimai sağlamlığın qorunması məqsədilə hamının sağlamlığa çatması proqramı qəbul edilməlidir və bunun üçün istər regional və istərsə də qlobal səviyyəli qərarlar qəbul edilməlidir. 1977-ci ildə 30-cu sessiyada 30.43-cü qətnamə qəbul edildi. Bu qətnamə rəsmi olaraq «2000-ci ildə hamının sağlamlığa çatması» adlandırıldı. Qeyd etmək lazımdır ki, «hamının sağlamlığa çatması» heç də ÜDST-nin qeyd etdiyi kimi həkimlərin və digər tibb işçilərinin bütün əhalinin tibbi yardımla təmin olunmasını və həmçinin xəstələrin və əlillərin olmamasını nəzərdə tutmur. Bu həqiqətən onu göstərir ki, sağlamlıq evdən, məktəbdən, zavoddan, fabrikdən başlayır. Həmçinin nəzərdə tutulur ki, əhali profilaktik tədbirlərə, xəstələrin, əlilliyin azaldılması və daha çox yaşamaq üçün indi olduğundan daha keyfiyyətli yanaşma tərzindən istifadə edə biləcəkdir. Bu onu göstərır ki, tibbi-sanitar yardımın əsas elementləri bütün insanlara müyəssər olacaq və onların hamısının iştirakı ilə mümkün olacaqdır. ÜDST-ın bu təşəbbüsü bir sıra dünya ölkələri və onların rəhbərləri tərəfindən dəstəkləndi. Göstərilən məqsədin sonrakı mərhələlərdə reallaşması üçün ÜDST/ YUNİSEF -in birincili tibbi-sanitariya yardımına həsr olunmuş Alma-Ata konfransının (1978) böyük əhəmiyyəti oldu. Burada qəbul edilən deklarasiyaya görə göstərilən məqsədə nail olmaq yalnız birincili tibbi-sanitariya yardımını (BTSY) inkişaf etdirmək vasitəsilə mümkün ola bilər. Qəbul edilən deklarasiya ÜDST-ın üzvləri olan bütün ölkələri BTSY inkişaf etdirilməsi üçün səhiyyə sahəsində milli siyasətin və fəaliyyət planının hazırlanmasına çağırdı. Orada həmçinin bütün dünyada və ən əvvəl inkişaf etməkdə olan ölkələrdə BTSY təşkili və tətbiq edilməsi məqsədilə təxirəsalınmaz və səmərəli tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd olunmuşdur. «Hamının sağlamlığa çatması» qlobal strategiyasının əsası ÜSA-nın (1979) Alma-Ata deklarasiyasını bəyənən və ÜST-ın üzvü olan ölkələrə fərdi olaraq öz regional və qlobal strategiyalarını «2000-ci ilə qədər hamının sağlamlığa çatması strategiyasının işlənib-hazırlanması» adlı sənədində göstərilən prinsiplərə uyğun olaraq hazırlamağı tövsiyyə edən, ÜST-nın İcraiyyə Komitəsinin 32.30 saylı qətnamənin qəbul olunduğu 32-ci sessiyasında qoyulmuşdur. 1979-cu ilin noyabrında «2000-ci ilə qədər hamının sağlamlığa çatması» qlobal strategiyasının ÜST Katibliyi tərəfindən hazırlanan layihəsi USA- nın 33 sessiyasında (1980) müzakirə olundu. Lakin bu zaman layihədə müxtəlif ölkələrin bu istiqamətdə fəaliyyətini qiymətləndirməyə imkan verən meyarlar nəzərdə tutulmamışdı. ÜST-nın «2000-ci ilə qədər hamının sağlamlığa çatması» strategiyası USA-nın 34-cü sessiyasında (1981-ci ilin may ayında) son variantda qəbul edildi. Bu sənəd bir sıra ölkələrin 1980-cı ildə işləyib hazırladığı və qəbul etdiyi milli strategi- yalara
  • 15. və həmçinin Alam-Ata konfransının məzmununa uyğun olaraq hazırlanmışdır. O, müxtəlif ölkələrin öz səhiyyə sistemlərinin BTSY əsasında inkişaf etdirmələrinə imkan yaradan yolları konkret şəkildə müəyyənləşdirmişdir. ÜSA-nın 34.36 qətnaməsində göstərilir ki, qlobal strategiya aşağıdakı məqsədləri daşıyır: 1. Bütün ölkələrdə hamının tibbi-sanitar yardımın əsas xidmətlərindən və yüksək səviyyəli tibbi yardımdan istifadə edə bilməsi; 2. Bütün insanların sərbəst şəkildə özünə və öz ailəsinə öz imkanları daxilində kömək etməyə aktiv şəkildə cəlb olunmasını və sağlamlığa nail olmaq üçün kollektiv surətdə cəhd göstərmələrin təmin etmək; 3. Bütün dünya əhalisinin öz hökumətləri ilə bərabər öz vətəndaşlarını tibbi yardımla təmin etməyə cavabdehlik daşımaları; 4. Bütün hökumətlərin öz xalqlarınm sağlamlıqları üçün tam məsuliyyət daşımaları; 5. Bütün xalqlar üçün keyfiyyətli içməli sudan və sanitariya-gigiyenik xidmətdən istifadə edilməsinin mümkünlüyü; 6. Bütün insanların kifayət qədər ərzaqla təmin olunması; 7. Bütün insanların əsas uşaq infeksiyalarına qarşı peyvənd olunması; 8. İnkişaf etməkdə olan ölkələrdə yoluxucu xəstəliklərin 1980-ci ilə qədərki olan dövrə nisbətən böyük əhəmiyyət kəsb etməsi; 9. Yoluxucu xəstəliklərlə mübarizə və onların profilaktikası məqsədilə bütün mümkün üsul və vasitələrdən istifadə etmək, həmçinin həyat tərzinə təsir etmək və nəzarətin həyata keçirilməsi vasitəsilə psixi sağlamlığın möhkəmləndirilməsi 10. Əsas dərman preparatlarından hamının istifadə edə bilməsinin mümkünlüyü. Nəticə. Ölkəmizdə səhiyyə sisteminin fəaliyyəti həmçinin Beynəlxalq səhiyyədə mövcud olan qaunvericilik aktlarına əsaslanır. Dünya əhalisinin, o cümlədən ölkəmizdə əhalinin sağlamlıq vəziyyətinin formalaşmasında bir sıra Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, ÜDST-nın, ictimai təşkilatların qəbul etdiyi sənədlərdə göstərilən müddəaların, qərarların, qətnamələrin mühüm əhəmiyyəti vardır.
  • 16. Ədəbiyyat:  «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının qanunu  Azərbaycan Tibb Universiteti. Müalicə işi ixtisası, Mühazirə.