Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Rustamova Naila Baku European Lyceum Child Safety on the Internet(İnternetdə uşaqların təhlükəsizliyi)
1.
2. Texnologiya və yeniliklər insan həyatında sürətlə daha
böyük yer tutmağa başlayıb, yeni həyat stilinə çevrilib.
Bu yenilikləri izləməkdə uşaqlar artıq böyüklərdən də
irəlidədirlər.
Alimlərin apardıqları araşdırmalara görə, insanların
həyatında mühüm yer tutmağa başlayan Facebook,
Twitter kimi sosial şəbəkələrdən uşaqların istifadəsi isə
onları təhlükələrlə üz-üzə qoyur. İnternetdə uşaqların
təhlükəsizliyi ilə bağlı mövcud problemlər və ölkəmizdə
onların həlli yolları ilə əlaqədar hansı addımların atılması
vacibdir?
3.
4. Azərbaycan İnternet Forumunun prezidenti (AİF) Osman
Gündüzün sözlərinə görə, Facebook özü bu məsələlərdə ciddidir.
Yəni formal olaraq onların qaydaları var və istifadə qaydalarına
görə, üzv olmadan öncə, bu qaydalara əməl edilməlidir. Orada bir
qayda məhz bundan ibarətdir ki, 13 yaşdan aşağı olanlar üzv ola
bilməzlər. Ancaq təbii ki, üzv olmaq istəyən uşaqlar orada yaşlarını
yuxarı göstərirlər.
Digər tərəfdən, uşaqların yalnız sosial şəbəkələrdə
yox, ümumiyyətlə, internetdə təhlükəsizliyinin gündəmdə olan bir
məsələ olduğunu deyən AİF rəhbəri, beynəlxalq aləmdə, inkişaf
etmiş ölkələrdə bu məsələyə baxışın müxtəlif olduğunu deyir
5. İnternetdə uşaqların ələyhinə yönələn, psixoloji təsir
edən informasiyaların qarşısını almaq, onların
tərbiyəsinə təsir edən informasiyalardan qorumaq və s.
tədbirlər də var. "Belə ki, təhsil sistemində gözəl bir
informasiya, təhlükəsizlik sistemi qurulub. Yəni
internet, təhsil sistemində, müəssisələrdə filtrasiya-
süzgəcdən keçirilib verilir. Həmin informasiya
sistemində zərərli informasiyalar, ekstremizm,
terrorçuluğa çağırış və başqa bu kimi mövzular
avtomatik olaraq süzgəcdən keçirilib təhsil
müəssisələrinə verilir.
6. Biz bütün istifadəçiləri internetlə faydalı və təhlükəsiz
yaşamağa təmin etmək üçün çalışırıq. Bu xüsusilə
vacibdir - uşaq və yeniyetmələri internet istifadə
təhlükəsizlik bacarıqlarını öyrətmək.
Bu problemləri həll etmək üçün:
1.Valideynləri internet alətlərlə təmin etmək lazımdır.
2.Hər bir internet istifadəçisini təhlükə haqqında
xəbərdar etmək lazımdır.
3.Uşaqların internetdə təhlükəsinə dövlət cavabdehdir.
7. Vaxtının böyük hissəsini sosial şəbəkələrə və kompüter
oyunlarına sərf edən uşaq və yeniyetmələrin özünə
qapalı, özünə inam hissi az, sosial əlaqələri və ünsiyyət
qurma imkanları zəif, utancaq və küsəyən olduqları
təsbit olunub. Belə ki, asılılq nəticəsində virtual aləmdən
uzaqlaşmaq istəməyən uşaq kompüterdən asılı fərdə
çevrilir. Beləliklə, həmyaşıdlarından, ailəsindən, sosial
mühitdən uzaqlaşan yeniyetmə-uşaq yalnızlaşır və
sosiallaşması, bir başqa ifadə ilə cəmiyyətə
uyğunlaşması getdikcə çətinləşir.
8. Eyni zamanda düzgün ailə mühiti
də əsas şərtdir. Bunun üçün də
valideynlər övladları ilə daha çox
vaxt keçirməli və açıq havada oyun
oynamaları üçün onlara şərait
yaratmalıdırlar. Bu işdə əlaqədar
qurumlarda bilavasitə tədbirlər
həyata keçirməlidirlər.
9. Yaxşı olar ki, valideynlər
övladlarının internetdə keçirilən
müddətini əvvəlcədən öz
aralarında razılaşdırsınlar.
10.
11. 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı
çərçivəsində Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi nəzdində
Məlumat və Resurs Mərkəzi yaradılmışdır.
Məlumat və Resurs Mərkəzi Azərbaycan Təhsil
Şəbəkəsinə və İnternetə “giriş və çıxış nöqtəsi” olmaqla
yanaşı, həmçinin təhsilə aid informasiya resurslarının
toplandığı yerdir.
Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulmuş, bütün
avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür
texniki imkan yaradılmışdır.
Eyni zamanda bu avadanlıqlar vasitəsilə xüsusi filtrasiya
sistemi məktəblərə verilən İnternetin zərərli
informasiyalardan təmizlənməsi kimi mühüm vəzifəni
həyata keçirir.
12. Təhsil nazirliyi, Microsoft Azərbaycan və
Azərbaycan İnternet Forumunun birgə
dəstəyi ilə “”Uşaqların İnternetdə
təhlükəsizliyi” layihəsi çərçivəsində:
- İnternetdə təhlükəsizlik qaydaları;
- İnternetdə təhlükəsiz davranışa dair
uşaqlar üçün yaddaş;
- İnternetdə uşaqların təhlükəsizliyinin
idarə olunmasında valideynlər üçün
yaddaş;
- İnternetdə davranış qaydaları
hazırlanmışdır;
13. 2012-ci ildən Azərbaycanın internet-servis-
provayderi "Sazz“, AzEduNet
(Azerbaijan Educational Network) təhsil
şəbəkəsi ilə birgə "Məktəblilər üçün
təhlükəsiz internet" layihəsinin həyata
keçirilməsinə başlanmişdır.
Layihə uşaqları virtual mühitdəki arzu
olunmaz kontentdən
(pornosaytlardan, zorakılığı, ekstremizm
i, qumar oyunlarını və başqalarını təbliğ
edən ədəbsiz leksikanı özündə saxlayan
resurslardan) müdafiə edən internet
xidmətlərinin göstərilməsini nəzərdə
tutur.
14.
15. İnternet uşaqlara oyunlar, filmlər və musiqi, yeni biliklər əldə etmək
və öz qabiliyyətini inkişaf etdirmək imkanları verir. Lakin bu
imkanlar bir sıra mürəkkəb çətinliklərlə də müşaiyət olunur.
Uşaqlar Internetdən istifadə edərkən həm uşaqların şəxsi
təhlükəsizliyinə, həm də kompyuterin təhlükəsizliyinə yönəlmiş
aşağıdakı təhlükələr mümkündür:
1.Cinayətkarların hədəfi
2. Zərərli informasiya
3. Zərərli proqramlar
4. İnternet-asılılıq və s.