4. “Metalların elektrik keçiriciliyi
sərbəst elektronların nizamlı
hərəkətindən ibarətdir”
fərziyyəsini ilk dəfə alman fiziki
Karl Rikke irəli sürmüşdür. O, bu
fərziyyənin doğruluğunu 1901-ci
ildə apardığı klassik
eksperimentlə təsdiq etmişdir.
Metallar – kristal quruluşa malik
fiziki sistemdir. Adi halda
metallarda nüvә ilә zәif rabitәdә
olan hәr atom bir elektronunu
itirәrәk müsbәt iona çevrilir.
Kristal qәfәsin düyünlәrindә
yerlәşәn bu ionlar müәyyәn
tarazlıq vәziyyәtlәri әtrafında
rәqsi hәrәkәt edir.
5.
6.
7. Elektrolitlər - həll etdikdə və ya əritdikdə elektrik cərəyanını
keçirən maddəlor. Suda məhlulları və ya ərintiləri elektrik
cərəyanını keçirməyən maddələr qeyri-elektrolitlər adlanır.
Elektrik cərəyanı verildikdə müsbət və mənfi yüklərin
hərəkəti baş verir, onlar özünü birinci növ keçirici olan
hərəkət edən elektron qazına oxşadır.
Elektrolitlər yalnız məhlulda, onlardan bir neçəsi isə
əritdikdə elektrik cərəyanını keçirir. Kristallik (bərk) halda
onlar elektrik cərəyanını çox pis keçirir və ya heç keçirmir.
Tipik elektrolitlərə misal olaraq natrium-xloridi göstərmək
olar.
Elektrolitlərə turşular, əsaslar və duzlar aiddir. Suda həll edən
zaman onlar ionlarına dissosiasiya edir. İonların əmələ
gəlməsi qeyri-elektrolitlərlə müqayisədə elektrolitlərin xüsusi
xassəyə malik olmasını göstərir. Elektrolitlər iki qrupa –
qüvvətli və zəif elektrolitlərə bölünür.
8.
9. Qazlardan elektrik cərəyanının keçməsi qaz
boşalması adlanır.
İonlaşdırıcının təsiri altında baş verən qaz
boşalması qeyri-müstəqil boşalma adlanır.
Xarici təsir olmadan qazın elektrik
cərəyanını keçirməsi müstəqil
boşalma adlanır.
Müstəqil qaz boşalmasının dörd növü
var: alovsuz boşalma, qığılcım boşalması,
qövs boşalması, tac boşalması.
10. Alovsuz boşalma – aşağı təzyiqlərdə şüşə boru daxilindəki
anod və katod aralığında işıqlanan zolaq şəklində müşahidə
olunur.
Qığılcım boşalması – havada elektrodlar arasında yüksək
gərginlik olduqda baş verir və nazik ziqzaq formalı işıqlı
kanallar dəstəsi şəklində müşahidə edilir.
11. Qövs boşalması – cərəyan mənbəyinə qoşulan iki kömür
elektrodu bir-birinə toxundurub sonra araladıqda onlar
arasında çox parlaq qövsşəkilli işıqlanma müşahidə olunur.
Tac boşalması – iti ucluqlu yüklü naqillərin ətrafında
yaranan güclü elektrik sahəsinin təsiri ilə havanın elektron
zərbəsi ilə ionlaşmasıdır.
12.
13. Yarımkeçiricilər - elektrik keçiriciliyinə görə metal və
dielektriklər arasında olan maddələr. Metallardan fərqli
olaraq Yarımkeçiricilərdə σ temperaturundan və xarici
təsirlərdən ( məs:işıq və ya müxtəlif zərrəciklər seli ilə
şüalandırmadan) kəskin asılıdır. Saf yarımkeçiricilərdə
temperatur artdıqca σ eksponensial qanunauyğunluqla artır,
metallarda isə yüksək temperatur oblastında σ temperaturla
tərs mütənasib dəyişir (aşağı temperaturlarda isə σ ~〖 T〗^(-5)
-dir ).