SlideShare a Scribd company logo
1 of 5
LOZAN KONVENSİYASI




QƏBUL EDƏN:                      HAZIRLAYAN:
ŞÖLƏ İSAYEVA                    AYTƏKİN ƏLİYEVA




               QAFQAZ UNİVERSİTETİ

                  APREL 2012
Bu, 24 iyul 1923-cü ildə İsveçrənin Lausanne (Lozan) şəhərində Türkiyə Böyük
Millət Məclisi təmsilçiləri ilə İngiltərə, Fransa, İtalya, Yaponiya, Yunanıstan,
Rumıniya, Bolgarıstan, Portuqaliya, Belçika, Yuqoslaviya təmsilçiləri arasında
Lozan Universitetinin salonunda imzalanmış sülh müqaviləsidir.

   Lozan sülh anlaşması birinci dünya müharibəsindən sonra qalib çıxan dövlətlərin
məğlub dövlətlərə zorla qəbul etdirdikləri sülh anlaşmalarından fərqli xüsusiyyətlər
daşıyırdı. Bu anlaşma Osmanlı imperatorluğuna Sevr anlaşmasının zorla qəbul etdirilmək
istənməsi nəticəsində milli mücadilə hərəkatına başlayan və bu mücadiləni uğurla başa
vuran yeni türk dövləti ilə birinci dünya müharibəsinin qalibləri arasında bərabər şərtlər
altında aparılan bir anlaşma idi. Birinci dünya müharibəsində məğlub olmuş dövlətlərdən
yalnız Türkiyə belə bir müqavilə bağlamağa nail olmuşdur. Birinci dünya
müharibəsindən sonra Antanta dövlətləri tərəfindən Osmanlı dövlətinə imzaladılan
Sevr müqaviləsi demək olar ki, dövləti xəritədən silmiş və suverenliyini ciddi şəkildə
məhdudlaşdıran hökmlərə yol açmışdır. Atatürkün rəhbərliyi altında milli
mücadiləyə başlayan türk xalqı döyüş meydanlarında böyük zəfərlər qazanmış və
Lozan müqaviləsi ilə siyasi və hüquqi sahədə mövqeyini müəyyənləşdirmişdir.

   Milli azadlıq müharibəsinin gedişində ingilis-yunan işğalçıları üzərində qələbə qazanan
türklər Qara dəniz boğazlarına dair konfrans çağırılmasını tələb etməyə başlayırlar.
Avropa dövlətləri tərəfindən qəbul edilən bu təklif əsasında çağırılan Lozan konfransı
1922-ci il noyabrın 20-dən 1923-cü il iyulun 24-dək keçirilir. Lozan sülh danışıqları 8 ay
davam etmiş və Türkiyə tərəfinin qeyd-şərtsiz müstəqillik tələbi səbəbiylə çətin
keçmişdir. Danışıqlarda Türkiyəni təmsil edən İsmət Paşanın rəhbərlik etdiyi heyətin bu
uğurda rolu böyükdür. İsmət İnönü başda olmaqla türk nümayəndə heyəti Türkiyənin
sərhədlərinin 1913-cü ildəki kimi qurulmasını tələb edirdi. Bunun əksinə olaraq ingilislər
Türkiyəyə Avropada daha az ərazi saxlamağa çalışırdılar.

  Konfransda müxtəlif sahələri əhatə edən mövzular müzakirə olunurdu. Bu səbəblə üç
komissiya yaradıldı: ərazi və hərbi məsələlər siyasi komissiyada, xaricilərin və milli
azlıqların məsələsi hüquqi komissiyada, maliyyə və iqtisadi məsələlər isə iqtisadi
komissiyada müzakirə olunurdu.

Mosul Məsələsi

   1909-cu ilədək sultan mülkiyyəti olan Mosul ərazisi gənc türklər inqilabından sonra
müsadirə olunmuşdu. Osmanlı dövləti birinci dünya müharibəsində məğlub olduqdan
sonra türk sultanı Mosulu Əbdülhəmidin varislərinə qaytarmışdı. Varislər də öz
növbəsində hüquqlarını amerikan kompaniyalarına vermişdilər. Türkiyənin başqa dövlətə
vermək istəmədiyi Mosul təkcə zəngin neft rayonu deyil, coğrafi mövqeyinə görə
Kürdüstanın açarı idi. İngiltərə ona ya özü sahib olmağa, ya da Millətlər Cəmiyyətinin
himayəsinə verməyə çalışırdı. Mosul məsələsi 1922-ci il 26 noyabrda keçirilən iclasda
gündəmə gətirilir. Lord Kerzonun Türkiyənin şərq sərhədini ələ almasından qorxaraq
Türkiyə-İraq məsələsini gündəmə gətirməsinin səbəbi İraqdakı vəziyyətin qeyri-müəyyən
və qarışıq bir halda olması, burdakı ingilis mənfəətlərinin təhlükə altında qalması və ABŞ
ilə Fransa kimi dövlətlərin də bölgədə mənfəət axtarmağa başlamaları idi.
Razılaşmaya əsasən Mosul məsələsi 9 ay müddətində İngiltərə ilə Türkiyə arasında
bilavasitə müzakirə edilməli idi. Əgər onlar razılığa gəlməsəydilər məsələ Millətlər
Cəmiyyətinin müzakirəsinə veriləcəkdi və belə də oldu. İraq sərhədi məsələsi Türkiyə ilə
İngiltərə arasında aparılan görüşlərdə həllini tapmadığı üçün məsələ Millətlər
Cəmiyyətinə verilir və Millətlər Cəmiyyəti Daimi Ədalət Məhkəməsinin qərarı ilə Mosul-
Kərkük və Süleymaniyə İraqa qalır. 1926-cı ildə Türkiyə və İngiltərə arasında imzalanan
Ankara anlaşması ilə Türkiyə Mosul-Kərkük və Süleymaniyədəki iddiasından Mosul
neftinin gəlirinin 10 %-nin hər il Türkiyəyə verilməsi şərtiylə əl çəkir.

Boğazlar

   Konfransın ən çox müzakirə edilən məsələsi idi. Türk diplomatiyası həm boğazlarda,
həm də Türkiyənin digər ərazilərində işğal rejiminin ləğv olunmasını israr edirdi. 1923-cü
il yanvarın 31-də Lord Kerzon İngiltərə, Fransa və İtalya adından boğazlara dair saziş
layihəsini türklərə təqdim edir. Cavab üçün 5 günlük möhlət verildi. Türklər buna cavab
olaraq bir sıra şərtlər irəli sürür: Türkiyənin dövlət müstəqilliyi və suverenliyi təmin
edilsin; Sevr müqaviləsi və işğal rejimi ləğv edilsin; başlıca türk əraziləri saxlanılsın və s.
Fevral ayının 4-də ultimatumun vaxtı bitir. Türk nümayəndə heyəti ultimatumu qəbul
etmədiyi üçün konfransın işi pozulur. Aprelin 9-da konfrans işinə qaldığı yerdən davam
edir. Yunanlar türklərdən, türklər isə müttəfiq dövlətlərdən vurulmuş ziyana görə
təzminat tələb edirdilər. Türklər təzminatdan müəyyən şərtlərlə imtina etdilər və nəticədə
müvəqqəti çözümlər gətirildi. Belə ki, Meric çayının qərbindəki Qarağac ve Bosnaköy
əraziləri Yunanıstanın Qərbi Anadoluda apardığı təxribatın əvəzində alınacaq təzminata
qarşılıq türklərə verilir. Ayrıca Gökçeada ilə Bozcaada türklərdə, digər Egey adaları
Yunanıstanda qaldı. Yunanıstan türk sərhədinə yaxın olan adalarda əsgər
saxlamayacaqdı.

   Bu anlaşmaya görə Qara dəniz ölkələrinə aid ticarət və hərb gəmi və təyyarələri sülh
zamanında boğazlardan keçə biləcəkdi. Bosfor və Dardanel boğazları hərbisizləşdirilərək
keçidi təmin etmək məqsədi ilə beynəlxalq boğazlar komissiyasının yaradılmasına və bu
tənzimləmələrin Millətlər Cəmiyyətinin nəzarəti altında aparılmasına qərar verilmişdir.

Kapitulyasiyalar və Dövlət Borcları

   Lozan sülhünə görə kapitulyasiya olaraq xarakterizə edilən və ölkənin daxili işlərinə
qarışma səlahiyyəti verən imtiyazlar uzun müddət müzakirə olunmuş və nəticədə ortadan
qaldırılmasına qərar verilmişdir. Bu isə ən böyük siyasi uğur idi. Bundan əlavə dövlət
borcları isə Osmanlı dövlətindən ayrılan digər dövlətlərə də paylanmış və qızıl yerinə
kağız pulla, fransız frankı olaraq ödənməsi qərarlaşdırılmışdır. Anlaşma bu cəhətdən
iqtisadi müstəqillik sənədi də adlandırıla bilər.

Əhali Mübadiləsi

  Müqavilə nəticəsində Türkiyə ilə Yunanıstan arasında əhali mübadiləsi aparılmasına
qərar verildi belə ki, yunanlar İstanbuldan başqa Türkiyənin digər bölgələrindən
çıxarıldılar. 1924-cü ildə təxminən bir milyon xristiyan yunan Yunanıstana, beş yüz min
müsəlman türk isə Türkiyəyə köç etmişdir.

Azlıqlar

   Türkiyə Respublikasının təməl xüsusiyyətləri Lozan anlaşmasında da yer almışdır.
Buna görə ölkəsi ve xalqıyla bölünməz bir bütün təşkil edən Türkiyədə yaşayan və türk
dövlətinə vətəndaşlıq bağıyla bağlı olan hər kəs bərabər və eyni haqlara sahib türk xalqını
təşkil edirdi. Anlaşmada Türkiyədə yaşayan xristiyan əsilli yunan və ermənilərlə
yəhudilər azlıq olaraq tanınmış və mal, mülk və ibadət haqlarına zəmanət verilmişdir.
Azlıqlara öz camaat hüquqlarının keçərli olduğu bildirilmiş və onlara öz təhsil
sistemlərini qurub idarəetmə hüququ verilmişdir. Bundan əlavə azlıqlara türk qanunlarına
zidd olmaması şərtilə hər cür dini azadlıq verilmişdir.

   Atatürk nitqində Lozan konvensiyasının əldə etdiyi uğurları sayarkən ermənilər
mövzusunda iki nüansı qeyd edir: Sevrdə döyüş hüququnu tapdalayaraq cinayətlər
işləndiyi söylənmiş və Osmanlıya cəza verilməsi nəzərdə tutulmuşdur. Lozanda bu
tamamilə aradan qaldırılmışdır. Sevrdə Şərqi Anadoluda rus ordularının yetişdiyi ən ön
nöqtələrdən qoyulan sərhədlə bir Ermənistan dövləti yaradılması istənmişdir və bu da
tamamilə ortadan qalxmışdır. Burada heç bir güzəştə gedilməmişdir, amma ermənilər
müqavilədə tanınan azlıq haqları çərçivəsində, türk vətəndaşları olaraq Türkiyə
Respublikasındakı yerlərini almışlar.

Sərhədlər

   Protokola əsasən Türkiyə Ərəbistan, Sudan, Tripolitaniya, Mesopotamiya,
Fələstin, Suriya və bəzi başqa əraziləri itirir. Kipri Böyük Britnaiyaya, Dodekanes
adalarını İtaliyaya, Egey dənizindəki bir sıra adaları Yunanıstana güzəştə gedir.
Bununla belə, Türkiyə başlıca türk ərazilərini özündə saxlayır. İzmir, Ədirnə ilə
birlikdə Şərqi Frakiya, Dardanelin Avropa sahilləri, Qallipoli yarımadası və başqa
ərazilər Türkiyəyə qaytarıldı.
Türkiyə Suriya sərhədi fransızlarla imzalanan Ankara anlaşmasına görə qəbul edildi.
İraq sərhədini müəyyənləşdirmək üçün isə Mosul üzərində anlaşmaya gələ bilməyən
İngiltərə və Türkiyə hökümətləri öz aralarında görüşüb razılığa gələcəkdi. Türkiyə-
Yunanıstan sərhədi Mudanya atəşkəs anlaşmasında müəyyənləşdirilən şəkliylə qəbul
edildi.

  Bu konvensiyanın Türkiyə üçün çox böyük əhəmiyyəti oldu. Belə ki:

  • Bir çox sərhəd problemi həll olunaraq Türkiyənin və qonşu dövlətlərin sülh içində
yaşaması təmin olundu.
• Sevr müqaviləsinin etibarsız sayılması ilə Türkiyənin tarixində yeni bir dönəm
başladı.
• Türk xalqı üçün I Dünya müharibəsini bitirən müqavilədir.
• Yeni türk dövləti dünyadakı dövlətlərin çoxu tərəfindən qəbul edildi.
• Türkiyənin qoyduğu şərtlərə dünya dövlətləri uymaq məcburiyyətində qaldılar.
• Türk xalqının tam müstəqilliyi sübut olundu.
• Bu müqavilə yüz ilə yaxın davam edən türk-yunan qarşıdurmasına son qoyaraq iki
ölkə arasında bir növ tarazlıq yaratdı.

   Lozan sülh müqaviləsində müzakirələr zamanı reallığın tələbinə uyğun olaraq bir çox
önəmli məsələdə güzəştə gedilmiş olsa belə bu güzəştlərdən heç biri türklərin qanuni
haqlarının gələcəyinə pis yöndən təsir etməmişdir. Əksinə şərtlər əlverişli olduğu üçün
Türkiyənin haqlarını və mənafeyini daha da irəliyə aparmaq mümkün olmuşdur.
Tamamilə güzəştə gedilməyən bəlkə də tək məsələ erməni dövləti ilə bağlı niyyət və
tələblər olmuşdur. Bu cəhətdən İsmət Paşa ve türk heyətinin diplomatik karyeralarının
zirvəsinə çıxmış olduqları deyilə bilər. Bundan əlavə birinci dünya müharibəsindən sonra
qalib güclər tərəfindən diqtə etdirilən və ağır şərtlərə sahib sülh anlaşmaları ikinci dünya
müharibəsinə zəmin hazırlayarkən, Lozanda qarşılıqlı razılıqlarla sülhə zəmanət verən bir
tənzimləmə əldə edilmişdir. Bu səbəblə, müharibəni bitirən anlaşmalar içində hələ də
tətbiq olunan yalnız Lozandır. Bu konvensiya ilə Türkiyənin Atatürkün təyin etdiyi
“Yurdda Sülh, Cahanda Sülh” qanununa sadiq qalması və Lozan anlaşmasının
hökmlərinin tətbiq olunmasında da bu qanuna əməl etməsi bunun sübutudur.

More Related Content

More from Aytekin Aliyeva

More from Aytekin Aliyeva (20)

Figures of speech
Figures of speechFigures of speech
Figures of speech
 
Gilgamesh
GilgameshGilgamesh
Gilgamesh
 
Edda
EddaEdda
Edda
 
William blake
William blakeWilliam blake
William blake
 
Walter savage landor
Walter savage landorWalter savage landor
Walter savage landor
 
Edgar allan poe dreamland.
Edgar allan poe dreamland.Edgar allan poe dreamland.
Edgar allan poe dreamland.
 
The bet - Anton Pavlovich Chekhov
The bet - Anton Pavlovich Chekhov   The bet - Anton Pavlovich Chekhov
The bet - Anton Pavlovich Chekhov
 
Azerbaijani as one of the altaic languages
Azerbaijani as one of the altaic languagesAzerbaijani as one of the altaic languages
Azerbaijani as one of the altaic languages
 
Communication
CommunicationCommunication
Communication
 
Subject verb agreement
Subject verb agreementSubject verb agreement
Subject verb agreement
 
Subject – verb agreement
Subject – verb agreementSubject – verb agreement
Subject – verb agreement
 
Pronouns and adverbs
Pronouns and adverbsPronouns and adverbs
Pronouns and adverbs
 
Sunami
SunamiSunami
Sunami
 
Repressiya dövrü və Azərbaycan
Repressiya dövrü və AzərbaycanRepressiya dövrü və Azərbaycan
Repressiya dövrü və Azərbaycan
 
Language extinction
Language extinctionLanguage extinction
Language extinction
 
Revolution theme in a tale of two cities
Revolution theme in a tale of two citiesRevolution theme in a tale of two cities
Revolution theme in a tale of two cities
 
Girl
GirlGirl
Girl
 
Benjamin franklin's thirteen virtues
Benjamin franklin's thirteen virtuesBenjamin franklin's thirteen virtues
Benjamin franklin's thirteen virtues
 
Ralph Waldo Emerson
Ralph Waldo EmersonRalph Waldo Emerson
Ralph Waldo Emerson
 
Marcus Aurelius
Marcus AureliusMarcus Aurelius
Marcus Aurelius
 

Lozanna

  • 1. LOZAN KONVENSİYASI QƏBUL EDƏN: HAZIRLAYAN: ŞÖLƏ İSAYEVA AYTƏKİN ƏLİYEVA QAFQAZ UNİVERSİTETİ APREL 2012
  • 2. Bu, 24 iyul 1923-cü ildə İsveçrənin Lausanne (Lozan) şəhərində Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə İngiltərə, Fransa, İtalya, Yaponiya, Yunanıstan, Rumıniya, Bolgarıstan, Portuqaliya, Belçika, Yuqoslaviya təmsilçiləri arasında Lozan Universitetinin salonunda imzalanmış sülh müqaviləsidir. Lozan sülh anlaşması birinci dünya müharibəsindən sonra qalib çıxan dövlətlərin məğlub dövlətlərə zorla qəbul etdirdikləri sülh anlaşmalarından fərqli xüsusiyyətlər daşıyırdı. Bu anlaşma Osmanlı imperatorluğuna Sevr anlaşmasının zorla qəbul etdirilmək istənməsi nəticəsində milli mücadilə hərəkatına başlayan və bu mücadiləni uğurla başa vuran yeni türk dövləti ilə birinci dünya müharibəsinin qalibləri arasında bərabər şərtlər altında aparılan bir anlaşma idi. Birinci dünya müharibəsində məğlub olmuş dövlətlərdən yalnız Türkiyə belə bir müqavilə bağlamağa nail olmuşdur. Birinci dünya müharibəsindən sonra Antanta dövlətləri tərəfindən Osmanlı dövlətinə imzaladılan Sevr müqaviləsi demək olar ki, dövləti xəritədən silmiş və suverenliyini ciddi şəkildə məhdudlaşdıran hökmlərə yol açmışdır. Atatürkün rəhbərliyi altında milli mücadiləyə başlayan türk xalqı döyüş meydanlarında böyük zəfərlər qazanmış və Lozan müqaviləsi ilə siyasi və hüquqi sahədə mövqeyini müəyyənləşdirmişdir. Milli azadlıq müharibəsinin gedişində ingilis-yunan işğalçıları üzərində qələbə qazanan türklər Qara dəniz boğazlarına dair konfrans çağırılmasını tələb etməyə başlayırlar. Avropa dövlətləri tərəfindən qəbul edilən bu təklif əsasında çağırılan Lozan konfransı 1922-ci il noyabrın 20-dən 1923-cü il iyulun 24-dək keçirilir. Lozan sülh danışıqları 8 ay davam etmiş və Türkiyə tərəfinin qeyd-şərtsiz müstəqillik tələbi səbəbiylə çətin keçmişdir. Danışıqlarda Türkiyəni təmsil edən İsmət Paşanın rəhbərlik etdiyi heyətin bu uğurda rolu böyükdür. İsmət İnönü başda olmaqla türk nümayəndə heyəti Türkiyənin sərhədlərinin 1913-cü ildəki kimi qurulmasını tələb edirdi. Bunun əksinə olaraq ingilislər Türkiyəyə Avropada daha az ərazi saxlamağa çalışırdılar. Konfransda müxtəlif sahələri əhatə edən mövzular müzakirə olunurdu. Bu səbəblə üç komissiya yaradıldı: ərazi və hərbi məsələlər siyasi komissiyada, xaricilərin və milli azlıqların məsələsi hüquqi komissiyada, maliyyə və iqtisadi məsələlər isə iqtisadi komissiyada müzakirə olunurdu. Mosul Məsələsi 1909-cu ilədək sultan mülkiyyəti olan Mosul ərazisi gənc türklər inqilabından sonra müsadirə olunmuşdu. Osmanlı dövləti birinci dünya müharibəsində məğlub olduqdan sonra türk sultanı Mosulu Əbdülhəmidin varislərinə qaytarmışdı. Varislər də öz növbəsində hüquqlarını amerikan kompaniyalarına vermişdilər. Türkiyənin başqa dövlətə vermək istəmədiyi Mosul təkcə zəngin neft rayonu deyil, coğrafi mövqeyinə görə Kürdüstanın açarı idi. İngiltərə ona ya özü sahib olmağa, ya da Millətlər Cəmiyyətinin himayəsinə verməyə çalışırdı. Mosul məsələsi 1922-ci il 26 noyabrda keçirilən iclasda gündəmə gətirilir. Lord Kerzonun Türkiyənin şərq sərhədini ələ almasından qorxaraq Türkiyə-İraq məsələsini gündəmə gətirməsinin səbəbi İraqdakı vəziyyətin qeyri-müəyyən və qarışıq bir halda olması, burdakı ingilis mənfəətlərinin təhlükə altında qalması və ABŞ ilə Fransa kimi dövlətlərin də bölgədə mənfəət axtarmağa başlamaları idi.
  • 3. Razılaşmaya əsasən Mosul məsələsi 9 ay müddətində İngiltərə ilə Türkiyə arasında bilavasitə müzakirə edilməli idi. Əgər onlar razılığa gəlməsəydilər məsələ Millətlər Cəmiyyətinin müzakirəsinə veriləcəkdi və belə də oldu. İraq sərhədi məsələsi Türkiyə ilə İngiltərə arasında aparılan görüşlərdə həllini tapmadığı üçün məsələ Millətlər Cəmiyyətinə verilir və Millətlər Cəmiyyəti Daimi Ədalət Məhkəməsinin qərarı ilə Mosul- Kərkük və Süleymaniyə İraqa qalır. 1926-cı ildə Türkiyə və İngiltərə arasında imzalanan Ankara anlaşması ilə Türkiyə Mosul-Kərkük və Süleymaniyədəki iddiasından Mosul neftinin gəlirinin 10 %-nin hər il Türkiyəyə verilməsi şərtiylə əl çəkir. Boğazlar Konfransın ən çox müzakirə edilən məsələsi idi. Türk diplomatiyası həm boğazlarda, həm də Türkiyənin digər ərazilərində işğal rejiminin ləğv olunmasını israr edirdi. 1923-cü il yanvarın 31-də Lord Kerzon İngiltərə, Fransa və İtalya adından boğazlara dair saziş layihəsini türklərə təqdim edir. Cavab üçün 5 günlük möhlət verildi. Türklər buna cavab olaraq bir sıra şərtlər irəli sürür: Türkiyənin dövlət müstəqilliyi və suverenliyi təmin edilsin; Sevr müqaviləsi və işğal rejimi ləğv edilsin; başlıca türk əraziləri saxlanılsın və s. Fevral ayının 4-də ultimatumun vaxtı bitir. Türk nümayəndə heyəti ultimatumu qəbul etmədiyi üçün konfransın işi pozulur. Aprelin 9-da konfrans işinə qaldığı yerdən davam edir. Yunanlar türklərdən, türklər isə müttəfiq dövlətlərdən vurulmuş ziyana görə təzminat tələb edirdilər. Türklər təzminatdan müəyyən şərtlərlə imtina etdilər və nəticədə müvəqqəti çözümlər gətirildi. Belə ki, Meric çayının qərbindəki Qarağac ve Bosnaköy əraziləri Yunanıstanın Qərbi Anadoluda apardığı təxribatın əvəzində alınacaq təzminata qarşılıq türklərə verilir. Ayrıca Gökçeada ilə Bozcaada türklərdə, digər Egey adaları Yunanıstanda qaldı. Yunanıstan türk sərhədinə yaxın olan adalarda əsgər saxlamayacaqdı. Bu anlaşmaya görə Qara dəniz ölkələrinə aid ticarət və hərb gəmi və təyyarələri sülh zamanında boğazlardan keçə biləcəkdi. Bosfor və Dardanel boğazları hərbisizləşdirilərək keçidi təmin etmək məqsədi ilə beynəlxalq boğazlar komissiyasının yaradılmasına və bu tənzimləmələrin Millətlər Cəmiyyətinin nəzarəti altında aparılmasına qərar verilmişdir. Kapitulyasiyalar və Dövlət Borcları Lozan sülhünə görə kapitulyasiya olaraq xarakterizə edilən və ölkənin daxili işlərinə qarışma səlahiyyəti verən imtiyazlar uzun müddət müzakirə olunmuş və nəticədə ortadan qaldırılmasına qərar verilmişdir. Bu isə ən böyük siyasi uğur idi. Bundan əlavə dövlət borcları isə Osmanlı dövlətindən ayrılan digər dövlətlərə də paylanmış və qızıl yerinə kağız pulla, fransız frankı olaraq ödənməsi qərarlaşdırılmışdır. Anlaşma bu cəhətdən iqtisadi müstəqillik sənədi də adlandırıla bilər. Əhali Mübadiləsi Müqavilə nəticəsində Türkiyə ilə Yunanıstan arasında əhali mübadiləsi aparılmasına qərar verildi belə ki, yunanlar İstanbuldan başqa Türkiyənin digər bölgələrindən
  • 4. çıxarıldılar. 1924-cü ildə təxminən bir milyon xristiyan yunan Yunanıstana, beş yüz min müsəlman türk isə Türkiyəyə köç etmişdir. Azlıqlar Türkiyə Respublikasının təməl xüsusiyyətləri Lozan anlaşmasında da yer almışdır. Buna görə ölkəsi ve xalqıyla bölünməz bir bütün təşkil edən Türkiyədə yaşayan və türk dövlətinə vətəndaşlıq bağıyla bağlı olan hər kəs bərabər və eyni haqlara sahib türk xalqını təşkil edirdi. Anlaşmada Türkiyədə yaşayan xristiyan əsilli yunan və ermənilərlə yəhudilər azlıq olaraq tanınmış və mal, mülk və ibadət haqlarına zəmanət verilmişdir. Azlıqlara öz camaat hüquqlarının keçərli olduğu bildirilmiş və onlara öz təhsil sistemlərini qurub idarəetmə hüququ verilmişdir. Bundan əlavə azlıqlara türk qanunlarına zidd olmaması şərtilə hər cür dini azadlıq verilmişdir. Atatürk nitqində Lozan konvensiyasının əldə etdiyi uğurları sayarkən ermənilər mövzusunda iki nüansı qeyd edir: Sevrdə döyüş hüququnu tapdalayaraq cinayətlər işləndiyi söylənmiş və Osmanlıya cəza verilməsi nəzərdə tutulmuşdur. Lozanda bu tamamilə aradan qaldırılmışdır. Sevrdə Şərqi Anadoluda rus ordularının yetişdiyi ən ön nöqtələrdən qoyulan sərhədlə bir Ermənistan dövləti yaradılması istənmişdir və bu da tamamilə ortadan qalxmışdır. Burada heç bir güzəştə gedilməmişdir, amma ermənilər müqavilədə tanınan azlıq haqları çərçivəsində, türk vətəndaşları olaraq Türkiyə Respublikasındakı yerlərini almışlar. Sərhədlər Protokola əsasən Türkiyə Ərəbistan, Sudan, Tripolitaniya, Mesopotamiya, Fələstin, Suriya və bəzi başqa əraziləri itirir. Kipri Böyük Britnaiyaya, Dodekanes adalarını İtaliyaya, Egey dənizindəki bir sıra adaları Yunanıstana güzəştə gedir. Bununla belə, Türkiyə başlıca türk ərazilərini özündə saxlayır. İzmir, Ədirnə ilə birlikdə Şərqi Frakiya, Dardanelin Avropa sahilləri, Qallipoli yarımadası və başqa ərazilər Türkiyəyə qaytarıldı. Türkiyə Suriya sərhədi fransızlarla imzalanan Ankara anlaşmasına görə qəbul edildi. İraq sərhədini müəyyənləşdirmək üçün isə Mosul üzərində anlaşmaya gələ bilməyən İngiltərə və Türkiyə hökümətləri öz aralarında görüşüb razılığa gələcəkdi. Türkiyə- Yunanıstan sərhədi Mudanya atəşkəs anlaşmasında müəyyənləşdirilən şəkliylə qəbul edildi. Bu konvensiyanın Türkiyə üçün çox böyük əhəmiyyəti oldu. Belə ki: • Bir çox sərhəd problemi həll olunaraq Türkiyənin və qonşu dövlətlərin sülh içində yaşaması təmin olundu. • Sevr müqaviləsinin etibarsız sayılması ilə Türkiyənin tarixində yeni bir dönəm başladı. • Türk xalqı üçün I Dünya müharibəsini bitirən müqavilədir. • Yeni türk dövləti dünyadakı dövlətlərin çoxu tərəfindən qəbul edildi. • Türkiyənin qoyduğu şərtlərə dünya dövlətləri uymaq məcburiyyətində qaldılar.
  • 5. • Türk xalqının tam müstəqilliyi sübut olundu. • Bu müqavilə yüz ilə yaxın davam edən türk-yunan qarşıdurmasına son qoyaraq iki ölkə arasında bir növ tarazlıq yaratdı. Lozan sülh müqaviləsində müzakirələr zamanı reallığın tələbinə uyğun olaraq bir çox önəmli məsələdə güzəştə gedilmiş olsa belə bu güzəştlərdən heç biri türklərin qanuni haqlarının gələcəyinə pis yöndən təsir etməmişdir. Əksinə şərtlər əlverişli olduğu üçün Türkiyənin haqlarını və mənafeyini daha da irəliyə aparmaq mümkün olmuşdur. Tamamilə güzəştə gedilməyən bəlkə də tək məsələ erməni dövləti ilə bağlı niyyət və tələblər olmuşdur. Bu cəhətdən İsmət Paşa ve türk heyətinin diplomatik karyeralarının zirvəsinə çıxmış olduqları deyilə bilər. Bundan əlavə birinci dünya müharibəsindən sonra qalib güclər tərəfindən diqtə etdirilən və ağır şərtlərə sahib sülh anlaşmaları ikinci dünya müharibəsinə zəmin hazırlayarkən, Lozanda qarşılıqlı razılıqlarla sülhə zəmanət verən bir tənzimləmə əldə edilmişdir. Bu səbəblə, müharibəni bitirən anlaşmalar içində hələ də tətbiq olunan yalnız Lozandır. Bu konvensiya ilə Türkiyənin Atatürkün təyin etdiyi “Yurdda Sülh, Cahanda Sülh” qanununa sadiq qalması və Lozan anlaşmasının hökmlərinin tətbiq olunmasında da bu qanuna əməl etməsi bunun sübutudur.