SlideShare a Scribd company logo
1 of 12
İşarələrin tarixi
Hazırladı:Aytac Aslanlı
İşarələrin tarixi
• Yazı meydana gələnə qədər minilliklər boyu insanlar
arasında yalnız şifahi ünsiyyət mövcud olmuşdur.
İlk əlifba yarandıqdan sonra danışıq səsləri yazıda
hərflər vasitəsilə işarə olunmağa başlandı. Bu
səslərin köməyi ilə sözlər, cümlələr yazıldı. Beləliklə,
yazılı nitq meydana gəldi.
• Lakin şifahi nitq təkcə danışıq səslərindən ibarət
deyil. Doğrudur, insan danışarkən fikrini, ilk
növbədə, sözlərlə, cümlələrlə ifadə edir. Bununla
belə, intonasiyanın, vurğunun, pauzanın və s.
əhəmiyyəti də az deyil. Yazıda bütün bu köməkçi
funksiyaları xüsusi işarələr – durğu işarələri yerinə
yetirir.
• Durğu işarələri mətnin daha asan
qavranılmasına, səsli oxu zamanı düzgün
ifadəsinə kömək edir. Lakin bu işarələr əlifba
ixtira olunduqdan çox sonralar yaranmışdır.
İlkin dövrlərdə yazıda nəinki durğu işarələri,
heç sözlər arasında boş məsafə də olmurdu.
Belə mətni oxumağın nə qədər çətin olduğunu
təsəvvür edirsinizmi?
• Yazı prosesinin özü də çətin iş idi. Mətnlər
xəttatlar tərəfindən köçürülürdü. Bir kitabın
köçürülməsi bəzən bir neçə ilə başa gəlirdi. Belə
kitabları oxuyanların sayı da məhdud idi.
Kitab çapının meydana gəlməsi və daha geniş
oxucu kütləsini əhatə etməsi mətnlərin daha
anlaşıqlı, rahat oxunuşlu olması zərurətini
yaratdı. Bunun üçün, ilk növbədə, sözləri,
cümlələri bir-birindən ayırmaq lazım idi. İlk
zamanlar mətndəki sözləri bir-birindən yazı
xəttinin mərkəzində nöqtə qoymaqla ayırırdılar.
Sonralar nöqtə əvəzinə kiçik boşluq saxlamağa
başladılar, nöqtə isə cümlənin bitdiyini bildirirdi.
Daha sonra cümlənin ilk sözünün böyük hərflə
yazılması da mətnin oxucular tərəfindən daha
asan qavranılmasına kömək edirdi.
Halbuki durğu işarələrinin hər birinin dildə öz yeri və maraqlı tarixi var. Məsələn,
sual işarəsi latın dilində "sual” mənası verən "quaestio” sözündən yaranmışdır.
Əvvəllər sual cümləsinin sonunda bu sözün qısaldılmış formasını – "qo” yazırdılar.
Sonra "q” hərfini "o”nun üzərində yazmağa başladılar. Nəhayət, bu yazılış indiki
sual işarəsinə çevrildi.
Nida işarəsi də latın dilindən alınıb. Cümlənin sonunda yazılan və latın dilində
sevinc, heyrət bildirən "İo” nidası analoji yolla dəyişikliyə uğrayaraq müasir nida
işarəsinə çevrildi.
Bu iki durğu işarəsinin mətndə yaratdığı məna çalarları çox zəngindir. Onların
vasitəsilə maraq, şübhə, tərəddüd, təəccüb, heyrət, etiraz, sevinc, kədər və s. ifadə
oluna bilir. Hələ "?!”, "!!!” işarələrinin cümləyə qatdığı emosional rəngləri demirik! Bu
işarələrin məna tutumu elə böyükdür ki, bəzən sözsüz də insanın fikrini çatdıra
bilir. Kitab səhifələrinin kənarında hansısa oxucunun qoyduğu sual və nida işarələri
həmin insanın zövqü, düşüncə tərzi, hətta xarakteri haqqında müəyyən təsəvvür
yaradır.
Böyük fransız yazıçısı Viktor Hüqo haqqında söylənilən əhvalat durğu işarələrinin
malik olduğu ifadə imkanları baxımından maraqlıdır. Çox ciddi adam olan Hüqo
hərdən zarafat etməyi sevərmiş. Növbəti kitabı çapdan çıxdıqdan sonra o, satışın
necə getdiyini bilmək üçün naşirə məktub göndərir. Kağızda yalnız sual işarəsi – "?”
yazılmışdı. Hazır cavab naşirin cavabı da çox qısa olur: boş kağızın ortasında nida
işarəsi – "!”.
• Yazıda ən çox işlənən durğu işarələrindən biri də
vergüldür. Bu işarənin yaranma tarixi haqqında bir
neçə fərziyyə var. Bunlardan biri ərəb dili ilə
bağlıdır. Ərəblər yazıda vergülü əvəz edən "və”
bağlayıcısından geniş istifadə edirdilər. Ərəb
dilində bu söz yazıda bir işarə ilə – " ‫”و‬ (vav) hərfi
ilə ifadə olunur, çünki bu dildə saitlər yazılmır.
Orta əsrlərdə ərəb dili, bu dildə yazılmış bədii və
elmi əsərlər nəinki Şərqdə, hətta Avropada da
geniş yayılmışdı. Ərəb dilindəki "və” bağlayıcısının
qrafik işarəsi çox sadə olduğundan, güman etmək
olar ki, naşirlər ondan vergül kimi istifadə etməyə
başlamışlar.
• Deyilənə görə, sonralar ərəblər özləri
də bu işarəni vergül kimi qəbul
edəndə "və” bağlayıcısı ilə səhv
salmamaq üçün onu tərsinə yazmağa
başladılar: " ”. Amma, əslində, ərəb
dilində vergülün tərsinə yazılmasının
çox sadə səbəbi var. Bu dildə mətnlər,
bizim adət etdiyimiz kimi, soldan
sağa deyil, sağdan sola yazıldığı üçün
bəzi durğu işarələri də tərsinə
yazılır.
• Mətnlərin məzmun və təyinatına uyğun olaraq
yazıda durğu işarələri ilə yanaşı, müxtəlif
işarələrdən istifadə edilir. Bu işarələr fikrin
daha aydın, qısa və lakonik ifadəsinə xidmət
edir. Hər hansı elmi mətni oxuyub dərk etmək
üçün hərfləri tanımaq kifayət deyil. Həmin elm
sahəsində işlənən xüsusi işarələrin də mənasını
bilmək lazımdır. Elmin, texnologiyanın sürətli
inkişafı, informasiya bolluğu ilə xarakterizə
olunan müasir dövrdə belə işarələrin sayı da
günbəgün artır.
Diqqətinizə görə təşəkkürlər!
İlginiz için teşekkürler!
Thank you for attention!
Благодарим Вас за внимание!
Merci de votre attention!
Gracias por su atención!
Uşaqlar sizcə bu yazılar nə dilindədir?
CAVAB-
MİSİR HEROQLİFLƏRİ
TÜRK DİLİNDƏ
İNGİLİS DİLİNDƏ
RUS DİLİNDƏ
FRANSIZ DİLİNDƏ
İSPAN DİLİNDƏ
MERCI DE VOTRE
ATTENTION!

More Related Content

Featured

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by HubspotMarius Sescu
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTExpeed Software
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsPixeldarts
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthThinkNow
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfmarketingartwork
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsKurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summarySpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentLily Ray
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best PracticesVit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project managementMindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...RachelPearson36
 

Featured (20)

2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot2024 State of Marketing Report – by Hubspot
2024 State of Marketing Report – by Hubspot
 
Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPT
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 

İsarelerin tarixii-Azərbaycan dili,6-Xahiş olunur təqdimatı ilköncəyükləyin.Please,first dovnload it.Yükləməsəniz videolar açlmayacaq animasiyalar görünməyəcək

  • 2. İşarələrin tarixi • Yazı meydana gələnə qədər minilliklər boyu insanlar arasında yalnız şifahi ünsiyyət mövcud olmuşdur. İlk əlifba yarandıqdan sonra danışıq səsləri yazıda hərflər vasitəsilə işarə olunmağa başlandı. Bu səslərin köməyi ilə sözlər, cümlələr yazıldı. Beləliklə, yazılı nitq meydana gəldi. • Lakin şifahi nitq təkcə danışıq səslərindən ibarət deyil. Doğrudur, insan danışarkən fikrini, ilk növbədə, sözlərlə, cümlələrlə ifadə edir. Bununla belə, intonasiyanın, vurğunun, pauzanın və s. əhəmiyyəti də az deyil. Yazıda bütün bu köməkçi funksiyaları xüsusi işarələr – durğu işarələri yerinə yetirir.
  • 3.
  • 4. • Durğu işarələri mətnin daha asan qavranılmasına, səsli oxu zamanı düzgün ifadəsinə kömək edir. Lakin bu işarələr əlifba ixtira olunduqdan çox sonralar yaranmışdır. İlkin dövrlərdə yazıda nəinki durğu işarələri, heç sözlər arasında boş məsafə də olmurdu. Belə mətni oxumağın nə qədər çətin olduğunu təsəvvür edirsinizmi? • Yazı prosesinin özü də çətin iş idi. Mətnlər xəttatlar tərəfindən köçürülürdü. Bir kitabın köçürülməsi bəzən bir neçə ilə başa gəlirdi. Belə kitabları oxuyanların sayı da məhdud idi.
  • 5. Kitab çapının meydana gəlməsi və daha geniş oxucu kütləsini əhatə etməsi mətnlərin daha anlaşıqlı, rahat oxunuşlu olması zərurətini yaratdı. Bunun üçün, ilk növbədə, sözləri, cümlələri bir-birindən ayırmaq lazım idi. İlk zamanlar mətndəki sözləri bir-birindən yazı xəttinin mərkəzində nöqtə qoymaqla ayırırdılar. Sonralar nöqtə əvəzinə kiçik boşluq saxlamağa başladılar, nöqtə isə cümlənin bitdiyini bildirirdi. Daha sonra cümlənin ilk sözünün böyük hərflə yazılması da mətnin oxucular tərəfindən daha asan qavranılmasına kömək edirdi.
  • 6. Halbuki durğu işarələrinin hər birinin dildə öz yeri və maraqlı tarixi var. Məsələn, sual işarəsi latın dilində "sual” mənası verən "quaestio” sözündən yaranmışdır. Əvvəllər sual cümləsinin sonunda bu sözün qısaldılmış formasını – "qo” yazırdılar. Sonra "q” hərfini "o”nun üzərində yazmağa başladılar. Nəhayət, bu yazılış indiki sual işarəsinə çevrildi. Nida işarəsi də latın dilindən alınıb. Cümlənin sonunda yazılan və latın dilində sevinc, heyrət bildirən "İo” nidası analoji yolla dəyişikliyə uğrayaraq müasir nida işarəsinə çevrildi. Bu iki durğu işarəsinin mətndə yaratdığı məna çalarları çox zəngindir. Onların vasitəsilə maraq, şübhə, tərəddüd, təəccüb, heyrət, etiraz, sevinc, kədər və s. ifadə oluna bilir. Hələ "?!”, "!!!” işarələrinin cümləyə qatdığı emosional rəngləri demirik! Bu işarələrin məna tutumu elə böyükdür ki, bəzən sözsüz də insanın fikrini çatdıra bilir. Kitab səhifələrinin kənarında hansısa oxucunun qoyduğu sual və nida işarələri həmin insanın zövqü, düşüncə tərzi, hətta xarakteri haqqında müəyyən təsəvvür yaradır. Böyük fransız yazıçısı Viktor Hüqo haqqında söylənilən əhvalat durğu işarələrinin malik olduğu ifadə imkanları baxımından maraqlıdır. Çox ciddi adam olan Hüqo hərdən zarafat etməyi sevərmiş. Növbəti kitabı çapdan çıxdıqdan sonra o, satışın necə getdiyini bilmək üçün naşirə məktub göndərir. Kağızda yalnız sual işarəsi – "?” yazılmışdı. Hazır cavab naşirin cavabı da çox qısa olur: boş kağızın ortasında nida işarəsi – "!”.
  • 7. • Yazıda ən çox işlənən durğu işarələrindən biri də vergüldür. Bu işarənin yaranma tarixi haqqında bir neçə fərziyyə var. Bunlardan biri ərəb dili ilə bağlıdır. Ərəblər yazıda vergülü əvəz edən "və” bağlayıcısından geniş istifadə edirdilər. Ərəb dilində bu söz yazıda bir işarə ilə – " ‫”و‬ (vav) hərfi ilə ifadə olunur, çünki bu dildə saitlər yazılmır. Orta əsrlərdə ərəb dili, bu dildə yazılmış bədii və elmi əsərlər nəinki Şərqdə, hətta Avropada da geniş yayılmışdı. Ərəb dilindəki "və” bağlayıcısının qrafik işarəsi çox sadə olduğundan, güman etmək olar ki, naşirlər ondan vergül kimi istifadə etməyə başlamışlar.
  • 8. • Deyilənə görə, sonralar ərəblər özləri də bu işarəni vergül kimi qəbul edəndə "və” bağlayıcısı ilə səhv salmamaq üçün onu tərsinə yazmağa başladılar: " ”. Amma, əslində, ərəb dilində vergülün tərsinə yazılmasının çox sadə səbəbi var. Bu dildə mətnlər, bizim adət etdiyimiz kimi, soldan sağa deyil, sağdan sola yazıldığı üçün bəzi durğu işarələri də tərsinə yazılır.
  • 9. • Mətnlərin məzmun və təyinatına uyğun olaraq yazıda durğu işarələri ilə yanaşı, müxtəlif işarələrdən istifadə edilir. Bu işarələr fikrin daha aydın, qısa və lakonik ifadəsinə xidmət edir. Hər hansı elmi mətni oxuyub dərk etmək üçün hərfləri tanımaq kifayət deyil. Həmin elm sahəsində işlənən xüsusi işarələrin də mənasını bilmək lazımdır. Elmin, texnologiyanın sürətli inkişafı, informasiya bolluğu ilə xarakterizə olunan müasir dövrdə belə işarələrin sayı da günbəgün artır.
  • 10. Diqqətinizə görə təşəkkürlər! İlginiz için teşekkürler! Thank you for attention! Благодарим Вас за внимание! Merci de votre attention! Gracias por su atención! Uşaqlar sizcə bu yazılar nə dilindədir?
  • 11. CAVAB- MİSİR HEROQLİFLƏRİ TÜRK DİLİNDƏ İNGİLİS DİLİNDƏ RUS DİLİNDƏ FRANSIZ DİLİNDƏ İSPAN DİLİNDƏ