2. HEYDƏR ƏLİYEV VƏ
AZƏRBAYCANIN MÜASİR
GEOSİYASİ İNKİŞAFI
Azərbaycan SSRİ tərkibindən ayrılarkən ,onun milli
iqtisadiyyatı və ümumi iqtisadi göstəriciləri 15 Müttəfiq
Respulika arasında Rusiya,Ukrayna,Qazaxıstan və
Pribaltika respublikaları ilə yanaşı birinci beşlikdə yer
alırdı.Lakin 1988-1993-cü illərdə ölkədə yaşanan gərgin
daxili ictimai-siyasi vəziyyət,Dağlıq Qarabağ və Ermənistan
Azərbaycan münaqişəsinin başlanması,milli-vətəndaş
qarşıdurması,etnik separatçılığın qızışdırılması və s. kimi
neqativ proseslər siyasi rəhbərliyinin yarıtmaz fəaliyyəti də
daxil olmaqla,milli iqtisadiyyatı ciddi böhrana düçar edərək
iflasa uğratdı.
3. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə, əksər xarici geosiyasi
müdaxilələr fonunda Azərbaycan dövlətçiliyi qorunub saxlandı.Həmin ildən başlayaraq
Azərbaycan Respublikasında milli –vətəndaş qarşıdurmasının dayandırılması, davamlı
ictimai-siyasi sabitliyin bərpa edilməsi,həyata keçirilən ardıcıl daxili, xarici,milli dövlət
quruculuğu və sosial-iqtisadi inkişaf siyasəti, 1994-cü ildə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində müvəqqəti atəşkəsə nail olunması və s. proseslər ölkə
rəhbərliyinə öz xalqının gələcəyi ilə bağlı həyati əhəmiyyət kəsb edən strateji layihələri
həyata keçirməyə əlverişli şərait yaratdı.
4. Həm daxili həyatda –bazar mexanizmlərinin yaradılması, dövlət
mülkiyyətinin özəlləşdirilməsi və biznes mühitinin
liberallaşdırılması, həm də beynəlxalq aləmlə işgüzar
münasibətlərin qurulması, respublika iqtisadiyyatına hava-su kimi
lazım olan xarici investisiya və texnologiyaların cəlb edilməsi, Xəzər
dənizinin Azərbaycan sektorunda mövcud olan milli neft-qaz
yataqlarının birgə mənimsənilməsi və istismarı ,inkişaf etmiş Qərb
ölkələri və onları təmsil edən şirkətlərlə bərabərhüquqlu,qarşılıqlı-
faydalı, müştərək tərəfdaşlıq əlaqələrinin yaradılması istiqamətində
gərgin işlərə başlanıldı
5. 1994-cü ildə Azərbaycan özünün yeni iqtisadi və neft strategiyası
çərçivəsində dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin
karbohidrogen yataqlarının mənimsənilməsivə hasil olunan neftin
alternativ yollarla dünya bazarlarına ixrac edilməsi sahəsində ,,Əsrin
müqaviləsi’’adlanan çoxtərəfli saziş imzaladı.Regionun bəzi
dövlətlərinin ciddi müqavimətinə baxmayaraq,Azərbaycan qısa
müddətdə xarici tərəfdaşlarla birgə ciddi geoiqtisadi layihələr
reallaşdırdı,Xəzərin zəngin karbohidrogen yataqlarının müştərək
istismarının,Cənubi Qafqazda bir çox nəhəng transmilli enerji,
nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasının əsas
təşəbbüskarına və hərəkətverici qüvvəsinə çevrildi.
6. 1995-ci ildə müstəqil Azərbaycanın ilk
konstitusiyasının qəbul edilməsi,
çoxpartiyalı seçki nəticəsində yeni
parlamentin formalaşdırılması ,daxili
siyasətin demokratiya və bazar
iqtisadiyyatı prinsipləri əsasında
modernləşdirilməsi və digər
addımların atılması yaxın və uzaq
perspektivdə Azərbaycanın qarşısında
duran milli vəzifələri, iqtisadi, siyasi,
sosial-mənəvi inkişaf prioritetlərini
müəyyənləşdirdi.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev müstəqillik
əldə edildikdən sonra Azərbaycanın
keçdiyi geosiyasi inkişaf yolunu
xarakterizə edərək belə
söyləmişdir:``1993-cü ildən sonrakı
dövrdə Azərbaycanın milli dövlətçiliyi
qorunub saxlanıldı və yenidən
quruldu, onun inkişaf strategiyası
müəyyənləşdi ,ölkəmiz bütün
istiqamətlərdə özünü dünyaya
perspektivli və etibarlı tərəfdaş,
ləyaqətli dövlət kimi təqdim edə bildi”
hövzəsi və Cənubi Qafqazın müasir
geosiyasi xarakteristikasını ,region
ölkələrinin inkişaf tendensiyalarını və
perspektivlərini qiymətləndirən dünya
ekspertləri əlverişli coğrafi ,geosiyasi
,geoiqtisadi, hərbi-geostrateji mövqeyini və
potensialını, zəngin neft-qaz və digər enerji
ehtiyatlarını, maddi ,mənəvi ,əmək və insan
resurslarını ,Şərq-Qərb alternativ nəqliyyat-
tranzit və enerji dəhlizlərinin yaradılması
sahəsində yürütdüyü birmənalı transmilli
siyasəti və tutduğu düzgün mövqeni, bazar
iqtisadiyyatı prinsiplərini və Qərb
dəyərlərini əsas inkişaf yolu kimi seçməsini,
son on ildə nail olduğu dinamik inkişafı və
s.kimi amilləri nəzərə alaraq Azərbaycan
Respublikasını bölgənin geosiyasi cəhətdən
ən əhəmiyyətli və perspektivli ölkəsi hesab
edirlər.
Azərbaycanın geosiyasi xarakteristikasının
əsas göstəricilərindən biri də onun zəngin
insan resursları, sabit daxili ictimai-siyasi,
milli-etnik və dini vəziyyəti və dövlətin
bütün bu sahələr üzərindəki nəzarət
imkanları ilə sıx bağlıdır.Əhalinin təhsili,
texniki və peşə hazırlığı, sağlamlıq və yaş
meyarları ,miqrasiya, urbanizasiya
göstəriciləri həm daxili inkişaf, həm də
qlobal iqtisadi əlaqələr baxımından
mütəxəssislər tərəfindən yetərli hesab
olunur
7.
8.
9. Hər bir dövlətin siyasi ,iqtisadi və s. fəaliyyətinin ölçü meyarı göstəriciləri
və müvəffəqiyyəti həm də onun beynəlxalq nüfuzundan, geosiyasi
imicindən, qazanılmış reputasiyasından ,onu təmsil edən rəhbərlərin təsdiq
olunmuş nüfuzundan, daxildə və beynəxalq aləmdə nümayiş etdirdiyi
fəaliyyətindən ,xalqının mədəni və intellektual səviyyəsindən və s.
asılıdır.Bu baxımdan Azərbaycan özünün regional imicinə, daxili ideoloji-
mədəni resurslarına görə dünyada orta yerlərdən birini tutur.Bu yer keçmiş
Azərbaycan prezidenti, dünyada nüfuzlu ictimai-siyasi və dövlət xadimi
imici qazanmış Heeydər Əliyevin uzun müddət ölkəni beynəlxalq aləmdə
təmsil etməsi ,müsəlman ölkələri içərisində Azərbaycanın daha çox Avropa
dəyərlərinə, sivil, dünyəvi və hüquqi dövlət quruculuğu yoluna üstünlük
vemesi, xalqın təhsil ,mədəni və intellektual səviyyəsinin yüksək olması,
dünyanın elm, mədəniyyət və incəsənət xəzinəsinə verdiyi qabaqcıl töhfələri
və b. amillərlə bağlıdır.
Dövlətlərin geosiyasi gücünün və beynəlxalq aləmə təsir imkanlarının əsas
göstəriciləri həm də onun bütün dünyanın, ayrı-ayrı regionların ictimai-
siyasi, iqtisadi, sosial, təhlükəsizlik mühitinə, beynəlxalq aləmin rəsmi və
ictimai rəyinə təsir etmək imkanları, transmilli proseslərdə iştirakı və s. ilə
ölçülür.Bu baxımdan Azərbaycanın dünya ölkələrinin alternativ enerji
təminatı, transmilli enerji , nəqliyyat-kommunikasiya layihələrində iştirakı
ilə yanaşı, həm də son illərdə digər planetar qlobal proseslərdə-beynəlxalq
terrorizmə, narkoticarətə qarşı mübarizədə, dünya siyasətinin demokratik
transformasiyasında, regional inteqrasiya və s.fəal iştirakı da onun
bölgədəki geosiyasi gücünü və təsirini ,beynəlxalq aləmdəki nüfuzunu ,və
dəyərini xeyli yüksəltmişdir.
10. Azərbaycanın geosiyasi təsir və diplomatik resursları sırasına xarici
ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ,dünyada
yaşayan azərbaycanlıları və s. aid etmək olar.Azərbaycan bu resurslar
vasitəsilə dünyanın siyasi, mədəni, diplomatik və s. həyatında iştirak edir
və müvafiq sahələrdə öz geosiyasi maraqlarını təmin etməyə çalışır.Xarici
siyasət resurslarının gücünə, xarici ölkələrdəki səfirliklərinin və
diplomatlarının sayına görə də Azərbaycan əksər postsovet və Cənubi
Qafqaz ölkələrindən üstün mövqedədir.
Mütəxəssislərin fikrinə görə, Azərbaycanda potensial imkanı geniş olan
qeyri-neft sektorunun inkişafı –xüsusən turizm, kənd təsərrüfatı və emal
sənayesinin, daxili və xarici bazarlara işləyən müxtəlif istehsal
müəssisələrinin yaradılması hələ ki, ya həddən artıq zəifdir ,ya da ki əsasən
daxili kapital hesabına maliyyələşir.Bundan başqa, Azərbaycanda bazar
iqtisadiyyatına keçid biznes mühitinin liberallaşdırılması, azad iqtisadi
rəqabətin yaradılması, özəlləşmə və maliyyə-pul islahatlarının müsbət
nəticələri son beş ildə hiss olunacaq dərəcədə özünü göstərsə də, milli
səviyyədə bəzi problemlər hələ də qalmaqdadır
11. Lakin,bir faktı da qeyd etmək lazımdır ki,Ermənistan-Azərbaycan,Dağlıq
Qarabağ münaqişəsinə,Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsindəki bir çox
regional qarşıdurmalara və ölkədaxili iqtisadi,sərbəst biznesin yaradılması və
s.sahəsindəki bəzi problemlərə görə bir çox maraqlı dairələr dünya
investorlarına nə qədər Azərbaycanı əlverişsiz bir ölkə kimi tanıtmağa çalışsa da
malik olduğu zəngin enerji resursları Xəzər hövzəsində yürütdüyü effektli neft-
qaz siyasəti və reallaşdırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün
bir o qədər,cəlbedici və arzuolunan tərəfdaşa çevirmişdir