SlideShare a Scribd company logo
Ermənistan və Dağliq Qarabağ münaqişəsinin tarixi xronikası.
Vətənimizin dilbər guşəsi, bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı
altındadır. Odu-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də
öz elindən didərgin düşmüş qaçqınlarımızın qəlbini göynədir. Vaxtilə musiqi festivaları
keçirilən, çal-çağırdan qulaq tutulan, indi isə gülü-çiçəyi qan ağlayan Cıdır düzünün də
gözü nəmli, sinəsi dağlıdır. Azərbaycanın üzük qaşı, konservatoriyanın beşiyi sayılan Şuşa
indi haraydadır: Xalqımıza qarşı soyqırımlar edən ermənilər həmişə
qonaqpərvərliymizdən, tolerantlığımızdan istifadə edib və bizə qarşı oz çirkin əməllərini
gerçəkləşdiriblər.
Azərbaycan xalqının tarixi keşmişini vərəqlədikcə bədnam qonşularımızın iç üzü dahada
açılır və nə qədər qaniçən, azğın vandal bir millət olduqları üzə cıxır. Miladdan əvvəl IV
əsrdə yaranmış Atropatena və Albaniya dövlətləri Azərbaycan xalqının çoxəsrlik dövlətçilik
ənənələrindən xəbər verir. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın mərkəzləşmiş Eldəgizlər,
Şirvanşahlar, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər dövlətləri mövcud olmuşdur. XIX əsrin
əvvəllərində Rusiya və İran imperiyaları arasında Gülüstan (1813) və Türkmənçay (1828)
müqavilələrinin imzalanmasına qədər olan dövrdə Azərbaycan ərazisində dövlət idarəçiliyi
qurumları xanlıqlar olmuşlar. Bütün bu dövlət qurumlarının mövcudluğu müddətində Yuxarı
Qarabağ ərazisi Azərbaycan dövlətlərinin ayrılmaz tərkib hissəsi olmuşdur. 1804-1813, 1826-
1828-ci illərdə Rusiya-İran müharibələrinin gedişində və sonralar ermənilərin İran, Türkiyə və
Cənubi Azərbaycandan ön Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada
onların sayı süni şəkildə artılırmışdır. Təkcə 1826-1828-ci illərdə İrandan ön Qafqaza, o
cümlədən Qarabağa 18.000-ə qədər erməni ailəsi köçürülmüşdür. Türkmənçay müqaviləsinin
şərtləri maneəsiz olaraq ermənilərin İrandan köçməsinə şərait yaradırdı ki, bu da onların
Qafqazda, o cümlədən Naxçıvan, Qarabağ, İrəvan mahallarında sərbəst şəkildə məskunlaşmasına
imkan yaratdı. Bu ərazilərin köklü sakinləri olmayan ermənilər həmin topaqlarda
məskunlaşdıqdan sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüşlər.
XIX əsrin sonlarından, millətçi «Qnçaq», və «Daşnaksütyun» partiyaları yarandıqdan sonra
ermənilər məskunlaşdıqları, lakin tarixən azərbaycanlılara məxsus torpaqlardan soydaşlarımızın
qovulması işinin sistemli şəkildə icrasına başladılar. İki əsri əhatə edən erməni ekspansiyası
prosesi azərbaycanlılara qarşı ən müxtəlif formalarda - soyqırım, deportasiya, terror, separatizm,
tarixin saxtalaşdırılması və milli mədəniyyət abidələrinin məhv edilməsi ilə müşaiyət olunan
mənəvi terror formalarında təzahür etmişdir. Bu mənada, 1905-1907-ci illər erməni
ekspansiyasının kütləvi təzahürünün ilk nümunəsi kimi qeyd oluna bilər.
1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının silahlı terrorçu dəstələri tərəfindən
Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı
keçirilən soyqırım aktı nəticəsində on minlərlə soydaşımız qətlə yetirildi.
1918-ci ilin may ayında Zaqafqaziya Seymi buraxıldıqdan sonra Cənubi Qafqazda üç müstəqil
respublika - Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları yarandı. 28 may 1918-ci ildə
keçmiş Zaqafqaziya Seymindəki Azərbaycan Milli Şurası Müstəqillik Aktının qəbul edildiyini
bəyan etdi. Həmin il may ayının 29-da ADR hökuməti İrəvanı öz müstəqilliyini elan etmiş, lakin
siyasi mərkəzə malik olmayan Ermənstan Respublikası hökumətinə güzəştə getdi. Həmin dövrdə
İrəvanın əhalisinin 70%-ni azərbaycanlıların təşkil etdiyi halda, qalan 30%-i digər millətlərə
mənsub olan əhalidən ibarət olmuşdur. İyun ayının 4-də Osmanlı İmperiyası ilə Cənubi Qafqaz
respublikaları arasında Batum Sülh Müqaviləsi imzalandı.
Müqavilə ilə Ermənistan Respublikasının sərhədləri müəyyənləşən zaman bütün Qarabağ bölgəsi
Azərbaycanın tərkib hissəsi kimi təsbit olundu. Növbəti aylar ərzində imzalanmış müqavilədə
əksini tapmış sülh və mehriban qonşuluq əlaqələri şərtlərinin ziddinə olaraq, Ermənistan tərəfi
Azərbaycana qarşı geniş-miqyaslı təcavüz aksiyasına başladı. İyun-iyul aylarında erməni
terrorçuları tətəfindən Naxçıvan, Zəngəzur və Qarabağda törədilmiş zorakılıq aktları nəticəsində
azərbaycanlı əhaliyə ciddi ziyan dəydi.
1920-ci il yanvar ayının 11-də Azərbaycan Resublikasının müstəqilliyi Versal Konfransının Ali
Şurası tərəfindən tanındı. Lakin həmin il aprel ayının 27-də Azərbaycanın Sovet Rusiyasının XI
Qızıl Ordusu tərəfindən işğal olunması nəticəsində ADR-in fəaliyyətinə son qoyuldu. Sovet
rejiminin hökmran olduğu illərdə ermənilərin Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı
fəaliyyəti üçün daha əlverişli imkanlar yarandı. Azərbaycanın təxminən 20.000 kvadrat km-lik
ərazisi Ermənistan Respublikasının tərkibinə qatıldı. 1923-cü il iyul ayının 7-də isə Azərbaycan
SSR Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi «İnzibati mərkəzi Xankəndi olmaqla,
Dağlıq Qarabağda Muxtar Vilayətin yaradılması haqqında» qərar qəbul etdi. Xüsusən qeyd
olunmalıdır ki, Ermənistan SSR-nin sərhədləri daxilində kompakt şəkildə yaşayan 300.000-dən
artıq azərbaycanlıya hər hansı formada muxtariyyət hüququnun təqdim edilməsindən imtina
edildi.
1945-ci ildə Ermənistan KP MK-nın birinci katibi Arutinov Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi ilə bağlı SSRİ ali rəhbərliynə məktub ünvanlayır. O, fikrini müvafiq addımı
Dağlıq Qarabağın inkişafı baxımından əhəmiyyəti, eyni zamanda yerli ermənilərin arzusu ilə
izah edir. Lakin bu dövrdə Qarabağ erməniləri arasında birləşmə arzusu ilə bağlı ümumiyyətlə,
hər hansı sorğu aparılmamışdır. Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırov məsələ
ilə bağlı Moskvadan göndərilmiş sorğuya cavabında Arutinovun irəli sürdüyü dəlillərin əleyhinə
çıxır, lakin sonda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə (azərbaycanlılar yaşayan Şuşa
rayonu istisna olmaqla) razılığını bəyan etmiş, bunun müqabilində Ermənistan SSR-nin
əhalisinin əksəriyyətni azərbaycanlılar təşkil edən Azərbaycanla həmsərhəd üç rayonunun
Azərbaycan SSR-nin inzibati sərhədlərinə daxil edilməsini təklif etmişdir. Sovet ali rəhbərliyi
Arutinovun məktubunu nəticəsiz qoydu.
1948-1953-cü illər aralığında SSRİ ali rəhbərliyinin qərarlarına əsasən Ermənistan ərazisində
yaşayan azərbaycanlıların kütləvi deportasiyasına başlanılır. Onlar əsasən Azərbaycanın Kür-
Araz ovalığı ərazisində məskunlaşdırılırlar.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarının icrası
nəticəsində, 1948-1953-cü illərdə həyata keçirilən deportasiya siyasəti ilə rəsmi məlumatlar görə
50.000-dən çox azərbaycanlı Ermənistan SSR-nin ərazisindən özlərinin tarixi torpaqlarından
köçürülərək Kür-Araz ovalığı boyu məskunlaşdırılır.
1985-ci ildə Mixail Qorbaçov SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi
vəzifəsinə seçiləndən sonra azərbaycanlılara qarşı erməni ekspansiyasının növbəti mərhələsi
başlayır. Artıq 1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-nin paytaxtı Yerevan şəhərində
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalara
başlanılır. Eyni zamanda, istər sovet erməniləri, istrəsə də xaricdəki erməni diasporu tərəfindən
«Miatsumun» həyata keçirilməsi üçün fəal ideoloji hazırlıq həyata keçirilir. M.Qorbaçovun
müşaviri sovet iqtisadçı alimi akademik A.Aqanbekyan «Humanite» qəzetinə 1987-ci ilin
oktyabr ayında verdiyi müsahibədə, Dağlıq Qarabağ Muxtar Vilayətinin guya Azərbaycanla
deyil, məhz Ermənistanla daha sıx tarixi, iqtisadi-təsərrüfat əlaqələrinə malik olmasını bildirərək,
Muxtar Vilayətin Ermənistana birləşdirilməsi bəyanatı ilə çıxış edir. Bu dövr həm də,
ermənilərin şovinst-millətçiliyinə xidmət edən «Qarabağ» və «Krunk» təşkilatlarının fəaliyyəti,
«ziyalı» pərdəsinə bürünmüş Silva Kaputikyan, Zori Balayan və s. şəxslərin bu istiqamətdə
canfəşanlığı ilə xarakterizə olunur.
1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər
Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına
başlayırlar. Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox
azərbaycanlı deportasiyaya məruz qalır.
Erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı
kütləvi hücumlara başladılar. Nəticədə bu rayonların azərbaycanlılar yaşayan kəndlərinin
əksəriyyəti işğal olundu, azərbaycanlı əhali isə güclə öz torpaqlarını tərk etmək məcburiyyəti
qarşısında qaldı.
Noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları
Azərbaycan, Rusiya və Qazaxstanı təmsil edən bir qrup yüksək vəzifəli dövlət məmuru və
jurnalisti aparan «Mİ-8» vertolyotunu gülləbaran etdilər. Nəticədə 22 nəfər tanınmış dövlət,
ictitmai və hərbi xadim qətlə yetirildi.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya
məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc
əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçirdilər. Bu faciə
nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir
götürülmüşdür. Onlardan bir çoxu əsirlikdən qayıtmamış və sonrakı taleyi barədə hər hansı
məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan
silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verildi.
Mart ayının 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü seçildi. Mart
ayının 11-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ
regionunda dinc əhaliyə qarşı baş vermiş zorakılıq aktlarını pisləyən bəyanatla çıxış etdi. Mart
ayının 24-də ATƏM-in dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransın çağırılması
qərara alınır.
May ayının 7-də Ermənistan və Azərbaycan dövlət başçılarının münaqişənin nizamlanması ilə
əlaqədar İranın vasitəçiliyi ilə Tehranda görüşü keçirilir. Görüşün sonunda dövlət başçıları
kommunike imzalayırlar. Bu kommunike imzalanandan dərhal sonra may ayının 8-də erməni
hərbi birləşmələri tərəfindən Şuşa şəhəri işğal olunur. May ayının 17-də isə münaqişənin
nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə danışıqların davam etdiyi bir vaxtda erməni hərbi
birləşmələri Laçın şəhərini işğal etdilər.
Sentyabr ayının 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri Rusiyanın Soçi şəhərində
hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdilər. Həmin il dekabr ayında bu
razılaşmanı pozan Ermənistan tərəfi Azərbaycan Respublikasının Zəngilan rayonunun 8 kəndini
işğal etdi.
1993-cü il aprel ayının 3-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikasının
Kəlbəcər rayonu işğal olundu. Aprel ayının 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər
rayonun işğalını pisləyən bəyanat verdi. Aprel ayının 15-də isə Avropa Şurası Nazirlər Komitəsi
münaqişənin kəskinləşməsi ilə bağlı bəyannamə ilə çıxış etdi. Aprel ayının 15-də isə Avropa
Şurasının Nazirlər Komitəsi Dağlıq Qarabağda münaqişə vəziyyətinin gərginləşməsi ilə bağı
bəyanat qəbul etdi. Aprel ayının 25-29-da İslam Konfransı Təşkilatı Azərbaycan Respublikasının
ərazilərinin işğalını pisləyən qətnamə qəbul etdi. Aprel ayının 30-da isə BMT Təhlükəsizlik
Şurası Azərbaycan Respublikasının Kəlbəcər və digər işğal olunmuş rayonlarından bütün işğalçı
qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı Qətnamə qəbul etdi.
İyul ayının 23-də erməni hərbi birləşmələri Azərbaycan Respublikasının Ağdam rayonunu işğal
etdilər. İyul ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalıçı qüvvələrin qeyd şərtsiz və dərhal
işğal olunmuş Ağdam və digər ərazilərdən çıxarılması tələbini özündə əks etdirən 853 saylı
Qətnamə qəbul etdi. Avqust ayının 18-də isə BMT Təhlükəsizlik Şurasının sədri müvafiq
tələbləri özündə əks etdirən bəyanatla çıxış etdi. BMT və ATƏT-in xəbərdarlıqlarına
baxmayaraq, avqust ayının 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu.
Oktyabr ayının 14-də BMT-nin Təhlküsəizlik Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən
çıxarılması tələbini özündə ifadə edən növbəti, 874 saylı Qətnamə qəbul etdi.
Oktyabr ayının 28-noyabr ayının 1-i aralığında Horadiz qəsəbəsi və Zəngilan şəhəri işğal edildi.
Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal azad olunması tələbini əks etdirən BMT
Təhlükəsizlik Şurasının növbəti, 884 saylı Qətnaməsi qəbul edildi.
Həmin il aprel ayının 15-də MDB üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin
toxunulmazlığına hörməti ifadə edən təşkilatın Bəyannaməsi qəbul olundu. Ermənistan MDB-
nin üzvü olan və bu Bəyannaməyə qoşulmayan yeganə dövlət oldu.
Bişkək protokolu imzalandıqdan (10.05.1994) sonra, may ayının 12-də cəbhə xəttində atəşkəs
haqqında razılaşma qüvvəyə mindi.
1997-ci ilin yanvar ayından etibarən ATƏT-in Minsk Qrupu 3 tərəfli həmsdərlik formatında
fəaliyyətə başlayır. Bu gunədək ATƏT-in Misk qrupu və dunya dövlətləri xalqımıza qarşı olan
vəhşiliyə göz yumur, İkili standartlarla yanaşır. Lakin Butun bunlara baxmayaraq Azərbaycan
dövləti günü gündən güclənir və inkişaf edir təkcə hərbiyə ayirilan budcəmiz Ermənistan
dövlətinin umumi budcəsindən artiqdır. Bu gun dovlətimizin və Ali baş komandanımiz İham
Əliyevin apardığı siyasət torpaqlarımızın qeyri şərtsiz azad olunmasıdır. Bunu hərb yolu ilə
həyata kecirməyə gücümüz olmasını hər kəs bilir lakin biz yenədə torpaqların sulhlə
qayıtmasının tərəfdarıyıq əgər sulhlə olmasa hər birimiz Ali Baş Komandanımızın əmri ilə
əlimizdə silah torpaqlarımızn azad olunmasına hazırıq.

More Related Content

Featured

Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPT
Expeed Software
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
Pixeldarts
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
ThinkNow
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
marketingartwork
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
Skeleton Technologies
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
Neil Kimberley
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
contently
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
Albert Qian
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Kurio // The Social Media Age(ncy)
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Search Engine Journal
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
SpeakerHub
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
Tessa Mero
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Lily Ray
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
Rajiv Jayarajah, MAppComm, ACC
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
Christy Abraham Joy
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
Vit Horky
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
MindGenius
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
RachelPearson36
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Applitools
 

Featured (20)

Everything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPTEverything You Need To Know About ChatGPT
Everything You Need To Know About ChatGPT
 
Product Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage EngineeringsProduct Design Trends in 2024 | Teenage Engineerings
Product Design Trends in 2024 | Teenage Engineerings
 
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental HealthHow Race, Age and Gender Shape Attitudes Towards Mental Health
How Race, Age and Gender Shape Attitudes Towards Mental Health
 
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdfAI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
AI Trends in Creative Operations 2024 by Artwork Flow.pdf
 
Skeleton Culture Code
Skeleton Culture CodeSkeleton Culture Code
Skeleton Culture Code
 
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024PEPSICO Presentation to CAGNY Conference Feb 2024
PEPSICO Presentation to CAGNY Conference Feb 2024
 
Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)Content Methodology: A Best Practices Report (Webinar)
Content Methodology: A Best Practices Report (Webinar)
 
How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024How to Prepare For a Successful Job Search for 2024
How to Prepare For a Successful Job Search for 2024
 
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie InsightsSocial Media Marketing Trends 2024 // The Global Indie Insights
Social Media Marketing Trends 2024 // The Global Indie Insights
 
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
Trends In Paid Search: Navigating The Digital Landscape In 2024
 
5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary5 Public speaking tips from TED - Visualized summary
5 Public speaking tips from TED - Visualized summary
 
ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd ChatGPT and the Future of Work - Clark Boyd
ChatGPT and the Future of Work - Clark Boyd
 
Getting into the tech field. what next
Getting into the tech field. what next Getting into the tech field. what next
Getting into the tech field. what next
 
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search IntentGoogle's Just Not That Into You: Understanding Core Updates & Search Intent
Google's Just Not That Into You: Understanding Core Updates & Search Intent
 
How to have difficult conversations
How to have difficult conversations How to have difficult conversations
How to have difficult conversations
 
Introduction to Data Science
Introduction to Data ScienceIntroduction to Data Science
Introduction to Data Science
 
Time Management & Productivity - Best Practices
Time Management & Productivity -  Best PracticesTime Management & Productivity -  Best Practices
Time Management & Productivity - Best Practices
 
The six step guide to practical project management
The six step guide to practical project managementThe six step guide to practical project management
The six step guide to practical project management
 
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
Beginners Guide to TikTok for Search - Rachel Pearson - We are Tilt __ Bright...
 
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
Unlocking the Power of ChatGPT and AI in Testing - A Real-World Look, present...
 

Ermənistan və qarabaq munaqişəsi)

  • 1. Ermənistan və Dağliq Qarabağ münaqişəsinin tarixi xronikası. Vətənimizin dilbər guşəsi, bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Odu-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də öz elindən didərgin düşmüş qaçqınlarımızın qəlbini göynədir. Vaxtilə musiqi festivaları keçirilən, çal-çağırdan qulaq tutulan, indi isə gülü-çiçəyi qan ağlayan Cıdır düzünün də gözü nəmli, sinəsi dağlıdır. Azərbaycanın üzük qaşı, konservatoriyanın beşiyi sayılan Şuşa indi haraydadır: Xalqımıza qarşı soyqırımlar edən ermənilər həmişə qonaqpərvərliymizdən, tolerantlığımızdan istifadə edib və bizə qarşı oz çirkin əməllərini gerçəkləşdiriblər. Azərbaycan xalqının tarixi keşmişini vərəqlədikcə bədnam qonşularımızın iç üzü dahada açılır və nə qədər qaniçən, azğın vandal bir millət olduqları üzə cıxır. Miladdan əvvəl IV əsrdə yaranmış Atropatena və Albaniya dövlətləri Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrindən xəbər verir. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın mərkəzləşmiş Eldəgizlər, Şirvanşahlar, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər dövlətləri mövcud olmuşdur. XIX əsrin əvvəllərində Rusiya və İran imperiyaları arasında Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasına qədər olan dövrdə Azərbaycan ərazisində dövlət idarəçiliyi qurumları xanlıqlar olmuşlar. Bütün bu dövlət qurumlarının mövcudluğu müddətində Yuxarı Qarabağ ərazisi Azərbaycan dövlətlərinin ayrılmaz tərkib hissəsi olmuşdur. 1804-1813, 1826- 1828-ci illərdə Rusiya-İran müharibələrinin gedişində və sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan ön Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı süni şəkildə artılırmışdır. Təkcə 1826-1828-ci illərdə İrandan ön Qafqaza, o cümlədən Qarabağa 18.000-ə qədər erməni ailəsi köçürülmüşdür. Türkmənçay müqaviləsinin şərtləri maneəsiz olaraq ermənilərin İrandan köçməsinə şərait yaradırdı ki, bu da onların Qafqazda, o cümlədən Naxçıvan, Qarabağ, İrəvan mahallarında sərbəst şəkildə məskunlaşmasına imkan yaratdı. Bu ərazilərin köklü sakinləri olmayan ermənilər həmin topaqlarda məskunlaşdıqdan sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüşlər. XIX əsrin sonlarından, millətçi «Qnçaq», və «Daşnaksütyun» partiyaları yarandıqdan sonra ermənilər məskunlaşdıqları, lakin tarixən azərbaycanlılara məxsus torpaqlardan soydaşlarımızın qovulması işinin sistemli şəkildə icrasına başladılar. İki əsri əhatə edən erməni ekspansiyası prosesi azərbaycanlılara qarşı ən müxtəlif formalarda - soyqırım, deportasiya, terror, separatizm, tarixin saxtalaşdırılması və milli mədəniyyət abidələrinin məhv edilməsi ilə müşaiyət olunan mənəvi terror formalarında təzahür etmişdir. Bu mənada, 1905-1907-ci illər erməni ekspansiyasının kütləvi təzahürünün ilk nümunəsi kimi qeyd oluna bilər. 1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının silahlı terrorçu dəstələri tərəfindən Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı keçirilən soyqırım aktı nəticəsində on minlərlə soydaşımız qətlə yetirildi. 1918-ci ilin may ayında Zaqafqaziya Seymi buraxıldıqdan sonra Cənubi Qafqazda üç müstəqil respublika - Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları yarandı. 28 may 1918-ci ildə keçmiş Zaqafqaziya Seymindəki Azərbaycan Milli Şurası Müstəqillik Aktının qəbul edildiyini bəyan etdi. Həmin il may ayının 29-da ADR hökuməti İrəvanı öz müstəqilliyini elan etmiş, lakin siyasi mərkəzə malik olmayan Ermənstan Respublikası hökumətinə güzəştə getdi. Həmin dövrdə İrəvanın əhalisinin 70%-ni azərbaycanlıların təşkil etdiyi halda, qalan 30%-i digər millətlərə mənsub olan əhalidən ibarət olmuşdur. İyun ayının 4-də Osmanlı İmperiyası ilə Cənubi Qafqaz respublikaları arasında Batum Sülh Müqaviləsi imzalandı. Müqavilə ilə Ermənistan Respublikasının sərhədləri müəyyənləşən zaman bütün Qarabağ bölgəsi Azərbaycanın tərkib hissəsi kimi təsbit olundu. Növbəti aylar ərzində imzalanmış müqavilədə əksini tapmış sülh və mehriban qonşuluq əlaqələri şərtlərinin ziddinə olaraq, Ermənistan tərəfi Azərbaycana qarşı geniş-miqyaslı təcavüz aksiyasına başladı. İyun-iyul aylarında erməni terrorçuları tətəfindən Naxçıvan, Zəngəzur və Qarabağda törədilmiş zorakılıq aktları nəticəsində azərbaycanlı əhaliyə ciddi ziyan dəydi. 1920-ci il yanvar ayının 11-də Azərbaycan Resublikasının müstəqilliyi Versal Konfransının Ali Şurası tərəfindən tanındı. Lakin həmin il aprel ayının 27-də Azərbaycanın Sovet Rusiyasının XI
  • 2. Qızıl Ordusu tərəfindən işğal olunması nəticəsində ADR-in fəaliyyətinə son qoyuldu. Sovet rejiminin hökmran olduğu illərdə ermənilərin Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı fəaliyyəti üçün daha əlverişli imkanlar yarandı. Azərbaycanın təxminən 20.000 kvadrat km-lik ərazisi Ermənistan Respublikasının tərkibinə qatıldı. 1923-cü il iyul ayının 7-də isə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi «İnzibati mərkəzi Xankəndi olmaqla, Dağlıq Qarabağda Muxtar Vilayətin yaradılması haqqında» qərar qəbul etdi. Xüsusən qeyd olunmalıdır ki, Ermənistan SSR-nin sərhədləri daxilində kompakt şəkildə yaşayan 300.000-dən artıq azərbaycanlıya hər hansı formada muxtariyyət hüququnun təqdim edilməsindən imtina edildi. 1945-ci ildə Ermənistan KP MK-nın birinci katibi Arutinov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı SSRİ ali rəhbərliynə məktub ünvanlayır. O, fikrini müvafiq addımı Dağlıq Qarabağın inkişafı baxımından əhəmiyyəti, eyni zamanda yerli ermənilərin arzusu ilə izah edir. Lakin bu dövrdə Qarabağ erməniləri arasında birləşmə arzusu ilə bağlı ümumiyyətlə, hər hansı sorğu aparılmamışdır. Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırov məsələ ilə bağlı Moskvadan göndərilmiş sorğuya cavabında Arutinovun irəli sürdüyü dəlillərin əleyhinə çıxır, lakin sonda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə (azərbaycanlılar yaşayan Şuşa rayonu istisna olmaqla) razılığını bəyan etmiş, bunun müqabilində Ermənistan SSR-nin əhalisinin əksəriyyətni azərbaycanlılar təşkil edən Azərbaycanla həmsərhəd üç rayonunun Azərbaycan SSR-nin inzibati sərhədlərinə daxil edilməsini təklif etmişdir. Sovet ali rəhbərliyi Arutinovun məktubunu nəticəsiz qoydu. 1948-1953-cü illər aralığında SSRİ ali rəhbərliyinin qərarlarına əsasən Ermənistan ərazisində yaşayan azərbaycanlıların kütləvi deportasiyasına başlanılır. Onlar əsasən Azərbaycanın Kür- Araz ovalığı ərazisində məskunlaşdırılırlar. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarının icrası nəticəsində, 1948-1953-cü illərdə həyata keçirilən deportasiya siyasəti ilə rəsmi məlumatlar görə 50.000-dən çox azərbaycanlı Ermənistan SSR-nin ərazisindən özlərinin tarixi torpaqlarından köçürülərək Kür-Araz ovalığı boyu məskunlaşdırılır. 1985-ci ildə Mixail Qorbaçov SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə seçiləndən sonra azərbaycanlılara qarşı erməni ekspansiyasının növbəti mərhələsi başlayır. Artıq 1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-nin paytaxtı Yerevan şəhərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalara başlanılır. Eyni zamanda, istər sovet erməniləri, istrəsə də xaricdəki erməni diasporu tərəfindən «Miatsumun» həyata keçirilməsi üçün fəal ideoloji hazırlıq həyata keçirilir. M.Qorbaçovun müşaviri sovet iqtisadçı alimi akademik A.Aqanbekyan «Humanite» qəzetinə 1987-ci ilin oktyabr ayında verdiyi müsahibədə, Dağlıq Qarabağ Muxtar Vilayətinin guya Azərbaycanla deyil, məhz Ermənistanla daha sıx tarixi, iqtisadi-təsərrüfat əlaqələrinə malik olmasını bildirərək, Muxtar Vilayətin Ermənistana birləşdirilməsi bəyanatı ilə çıxış edir. Bu dövr həm də, ermənilərin şovinst-millətçiliyinə xidmət edən «Qarabağ» və «Krunk» təşkilatlarının fəaliyyəti, «ziyalı» pərdəsinə bürünmüş Silva Kaputikyan, Zori Balayan və s. şəxslərin bu istiqamətdə canfəşanlığı ilə xarakterizə olunur. 1988-ci ilin yanvar ayından etibarən, SSRİ-nin ali rəhbərliyinin dəstəyinə arxalanan ermənilər Ermənistan SSR-də yaşayan azərbaycanlıların tarixi torpaqlarından kütləvi deportasiyasına başlayırlar. Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 000-dən çox azərbaycanlı deportasiyaya məruz qalır. Erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara başladılar. Nəticədə bu rayonların azərbaycanlılar yaşayan kəndlərinin əksəriyyəti işğal olundu, azərbaycanlı əhali isə güclə öz torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qaldı. Noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları Azərbaycan, Rusiya və Qazaxstanı təmsil edən bir qrup yüksək vəzifəli dövlət məmuru və jurnalisti aparan «Mİ-8» vertolyotunu gülləbaran etdilər. Nəticədə 22 nəfər tanınmış dövlət, ictitmai və hərbi xadim qətlə yetirildi.
  • 3. 1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçirdilər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan bir çoxu əsirlikdən qayıtmamış və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verildi. Mart ayının 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü seçildi. Mart ayının 11-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda dinc əhaliyə qarşı baş vermiş zorakılıq aktlarını pisləyən bəyanatla çıxış etdi. Mart ayının 24-də ATƏM-in dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfransın çağırılması qərara alınır. May ayının 7-də Ermənistan və Azərbaycan dövlət başçılarının münaqişənin nizamlanması ilə əlaqədar İranın vasitəçiliyi ilə Tehranda görüşü keçirilir. Görüşün sonunda dövlət başçıları kommunike imzalayırlar. Bu kommunike imzalanandan dərhal sonra may ayının 8-də erməni hərbi birləşmələri tərəfindən Şuşa şəhəri işğal olunur. May ayının 17-də isə münaqişənin nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə danışıqların davam etdiyi bir vaxtda erməni hərbi birləşmələri Laçın şəhərini işğal etdilər. Sentyabr ayının 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri Rusiyanın Soçi şəhərində hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdilər. Həmin il dekabr ayında bu razılaşmanı pozan Ermənistan tərəfi Azərbaycan Respublikasının Zəngilan rayonunun 8 kəndini işğal etdi. 1993-cü il aprel ayının 3-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikasının Kəlbəcər rayonu işğal olundu. Aprel ayının 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonun işğalını pisləyən bəyanat verdi. Aprel ayının 15-də isə Avropa Şurası Nazirlər Komitəsi münaqişənin kəskinləşməsi ilə bağlı bəyannamə ilə çıxış etdi. Aprel ayının 15-də isə Avropa Şurasının Nazirlər Komitəsi Dağlıq Qarabağda münaqişə vəziyyətinin gərginləşməsi ilə bağı bəyanat qəbul etdi. Aprel ayının 25-29-da İslam Konfransı Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalını pisləyən qətnamə qəbul etdi. Aprel ayının 30-da isə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Kəlbəcər və digər işğal olunmuş rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı Qətnamə qəbul etdi. İyul ayının 23-də erməni hərbi birləşmələri Azərbaycan Respublikasının Ağdam rayonunu işğal etdilər. İyul ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalıçı qüvvələrin qeyd şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər ərazilərdən çıxarılması tələbini özündə əks etdirən 853 saylı Qətnamə qəbul etdi. Avqust ayının 18-də isə BMT Təhlükəsizlik Şurasının sədri müvafiq tələbləri özündə əks etdirən bəyanatla çıxış etdi. BMT və ATƏT-in xəbərdarlıqlarına baxmayaraq, avqust ayının 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Oktyabr ayının 14-də BMT-nin Təhlküsəizlik Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması tələbini özündə ifadə edən növbəti, 874 saylı Qətnamə qəbul etdi. Oktyabr ayının 28-noyabr ayının 1-i aralığında Horadiz qəsəbəsi və Zəngilan şəhəri işğal edildi. Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal azad olunması tələbini əks etdirən BMT Təhlükəsizlik Şurasının növbəti, 884 saylı Qətnaməsi qəbul edildi. Həmin il aprel ayının 15-də MDB üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörməti ifadə edən təşkilatın Bəyannaməsi qəbul olundu. Ermənistan MDB- nin üzvü olan və bu Bəyannaməyə qoşulmayan yeganə dövlət oldu. Bişkək protokolu imzalandıqdan (10.05.1994) sonra, may ayının 12-də cəbhə xəttində atəşkəs haqqında razılaşma qüvvəyə mindi. 1997-ci ilin yanvar ayından etibarən ATƏT-in Minsk Qrupu 3 tərəfli həmsdərlik formatında
  • 4. fəaliyyətə başlayır. Bu gunədək ATƏT-in Misk qrupu və dunya dövlətləri xalqımıza qarşı olan vəhşiliyə göz yumur, İkili standartlarla yanaşır. Lakin Butun bunlara baxmayaraq Azərbaycan dövləti günü gündən güclənir və inkişaf edir təkcə hərbiyə ayirilan budcəmiz Ermənistan dövlətinin umumi budcəsindən artiqdır. Bu gun dovlətimizin və Ali baş komandanımiz İham Əliyevin apardığı siyasət torpaqlarımızın qeyri şərtsiz azad olunmasıdır. Bunu hərb yolu ilə həyata kecirməyə gücümüz olmasını hər kəs bilir lakin biz yenədə torpaqların sulhlə qayıtmasının tərəfdarıyıq əgər sulhlə olmasa hər birimiz Ali Baş Komandanımızın əmri ilə əlimizdə silah torpaqlarımızn azad olunmasına hazırıq.