SlideShare a Scribd company logo
1 of 80
Download to read offline
Peşə seçiminin əhəmiyyəti
və ona təsir edən amillər
Təlimçi: Səlimə Quliyeva
Bu Təlimdə:
• Peşə nədir? Nə üçün peşə seçirik?
• Peşə seçərkən nələrə diqqət edilməlidir?
• Doğru və ya yanlış peşə seçməyin nəticələri nələrdir?
Təlim nəticəsi (məqsəd):
Təlimin əsas məqsədi gənclərə peşə təhsilinin insan həyatındakı
rolunu və düzgün peşə seçimi etmək üçün diqqət edilməli olan əsas
məqamları (müxtəlif peşələrə olan meyil və maraqların
müəyyənləşdirilməsini və.s.) anlatmaq, gələcəkdə övladlarını
yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəltmək
üçün valideynlərin məlumatlandırılmasından ibarətdir.
Bu gün informasiya və texnolgiyanın
insanlara təsiri ilə dəyişən həyatın, sosial ehtiyacların
fərqliləşməsi yeni iş və peşələrin yaranmasına səbəb olur, dəyişiklik isə
insanların həyat tərzinə, hobbilərinə, iş həyatına və şəxsi həyatına təsir
edir. Dünən elmi fantastika kimi oxuduğumuz və izlədiyimiz bir çox
şeylər bu gün reallığa çevrilir. Bütün sektorları kökündən dəyişdirən
texnoloji sunami dalğası yeni - yeni peşələrin yaranmasına səbəb olur.
İnsanabənzər robotlar, süni intellekt, nanotexnologiya, biotibbi
inkişaflar, gen mühəndisliyi, insan və maşın birləşməsi, bir-biri ilə
danışan obyektlər və.s.
Qloballaşmanın yaratdığı iqtisadi və
sosial dəyişikliklər və bu dəyişikliklərin yaratdığı yeni
paradiqmalar (Müəyyən bir vəziyyətdə təqib edilməli olan hər hansı bir model
və ya nümunə) peşə yönümü və karyera məsləhəti xidmətlərini dünya
miqyasın- da ictimai-siyasi alətə çevirmişdir. Təhsilin mərhələsindən asılı
olmayaraq müəllimlər- dən, təhsil idarəçilərindən və psixoloji
məsləhətçilərdən gözlənilən ən mühüm vəzifələr- dən biri də şagirdlərin
seçimlərində, qərarlarında, gələcək peşə və karyeralarına hazır- lıqlarında
köməklik göstərməkdir.
Bəşəriyyətin ilk illərində həyat ehtiyacları indikilərdən çox fərqli idi. Hər
kəs yaşamaq üçün lazım olan əsas bacarıqlara malik olmalı idi.
Yaşayış üçün ov, soyuqdan və
günəşdən qorunmaq üçün geyinmək, sığınacaq tikmək,
torpaqdan istifadə etmək, yemək üçün yemək hazırlamaq və s. kifayət
edirdi.
Gələcək nəslə bu bacarıqları öyrətmək valideynlərdən asılı idi. Lakin
həyat mürəkkəbləşdikcə əmək bölgüsü zəruri oldu. Bir bölgədə
yaşayanların bəziləri ev tikmək, bəziləri çörək hazırlamaq, bir qrup insanlar
paltar tikmək, bəziləri isə gənclərə təhsil vermək kimi vəzifələri öz üzərinə
götürməyə başladı.
Beləliklə, müxtəlif sahələrdə ixtisaslaşma anlayışı yarandı.
Xüsusilə 20-ci əsrdə həyat daha da mürəkkəbləşməyə başladı.
Müasir dövrdə sənaye və texno
logiyanın yüksək inkişafı peşələrdə ciddi dəyişikliyə
səbəb olur və bir sıra yeni peşələr ortaya çıxır.
▪ Biotibbi və nanotexnologiya mühəndisliyi
▪ Kompüter proqramlaşdırma
▪ Virtual reallıq dizaynerliyi
▪ Neyropsixologiya
▪ Ekologiya
▪ Kənd təsərrüfatı sahəsi ilə bağlı peşələr
▪ Sənaye sahəsi
▪ Maliyyə ilə bağlı peşələr
▪ İnformasiya təhlükəsizliyi sistemi
▪ Telekommunikasiya sahəsi
▪ Robotexnologiya
▪ Tibb sahəsi
▪ Hüquq sahəsi
Aktuallığını itirib
manueldən dijitala keçən
peşələr.
▪ Arxiv sahələri
▪ Muzey
▪ Mühəndis sahələrinin bəziləri
▪ Rəssamlıq Dizaynerlə əvəz olunur.
▪ Kibertəhlükəsizlik
▪ Gen mühəndisliyi
Nə üçün bir peşə seçirik?
✓ Həyatımızı təmin etmək, lazımi gəliri əldə etmək üçün;
✓ Şəxsi inkişafımız üçün;
✓ Cəmiyyətdə status əldə etmək üçün;
✓ Sosial münasibətlərdə iştirak etmək;
✓ Xoşbəxt və uğurlu bir həyat sürmək üçün.
İxtisas - ? Ixtisas isə peşənin nisbətən daha konkret bir sahəsi üzrə
olan məşğuliyyət növünə deyilir. Məsələn tarix müəllimi, kardioloq, avtomobil
mühəndisi və.s.
İş - ? Fərdin məşğulluq şəraitində həyata keçirdiyi vəzifə və ya
fəaliyyətlərin toplusudur.
Peşə - ? Müəyyən təhsil prosesi vasitəsilə əldə edilmiş praktiki və nəzəri
biliklərə əsaslana raq, qaydaları cəmiyyət tərəfindən müəyyən edilən qazanc
əldə etmək üçün fəaliyyətlər məcmusudur. Məsələn müəllim, həkim, mühəndis
Təhsil- ? Öyrənmənin (Bilik,
bacarıqlar, dəyərlər , vərdişlər qazanılmasının) asanlaşdırıl ması
prosesidir.
Əmək bazarı nədir?
Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə
işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır.
Tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarında iş qüvvəsinin dəyəri
qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq
imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir.
Əmək nədir?
Fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü,
maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti
Seçilən peşə
nüfuzlu
olmalıdır
Əməkhaqqı
münasib
olmalıdır.
Əmək şəraiti
yaxşı, ürəkaçan
olmalıdır.
Valideynlərin arzu
və marağı nəzərə
alınmalıdır.
Seçim əmək bazarın
tələblərinə uyğun
olmalıdır.
Seçiminiz gələcək
karyera üçün
təminatlı olmalıdır.
Peşə maraqlı olmalı,
sahibini özünə cəlb
etməlidir
Peşə seçərkən diqqət
edilməli məqamlar
Peşə nüfuzundan danışanda peşənin özünün deyil, onun sahibinin ona
nüfuz qazandıra bilməsini yaddan çıxarmayasınız.
Bu sualları özünüzə vermisinizmi?
15 ildən
sonra necə
bir həyat
yaşamaq
istəyirəm?
Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə yox, həm də özünü ifadə
etmək, doğrultmaq üçün seçilməlidir. Peşənin insan həyatında rolu yüksəkdir.
Peşə insanın gələcəyini təmin edir. Ona görə də hər kəs peşə seçərkən düzgün
seçim etməlidir.
Fransız yazar:
Michel de Montaigne
Gedəcəyi limanı bilməyənə
Heç bir rüzgardan xeyr gəlməz.
Peşə insanın gələcək həyatının əsasını təşkil
edir. Ona görədə Peşə seçimi insanların həyatında
verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Düzgün
peşənin seçilməməsi bəzən insanların bədbəxt olmasına gətirib çıxarır.
Düzgün seçilən peşə
Xoşbəxt
olmağa
Sosial münasibətlər
qurmağa
Uğur
qazanmağa
Şəxsi
inkişafa
Cəmiyyətdə
status almağa
Gəlir
qazanmağa
zəmin yaradır.
Peşə seçimində yol
verilən yanlışlar:
✓ Orta məktəb gənclərinin yaşı dostluq münasibətlərinin çox vacib olduğu bir
dövrdür.
✓ Yeniyetmələr dost qrupunu tərk etmək istəmirlər. Bəzən peşə seçimində,
dostlarının çoxu hara gedirsə, gənclər dostlarından ayrılmamaq üçün öz
maraqlarını, qabiliyyətlərini nəzərə almadan istəmədikləri peşəni seçərək
səhv qərar verə bilirlər.
✓ Bəzən gənclər ailənin, məktəbin, ətraf mühitin, hətta cəmiyyətin
təsiri ilə öz maraq və qabiliyyətlərinə uyğun olmayan peçə seçə bilirlər.
✓ 9-11- ci siniflərdə sahələr üzrə tədris edilən
dərslərdən müvəffəq qiymətlər almaq çox əhəmiyyətlidir.
✓ Bu dərslərdə çətinlik çəkən gənclərin orta məktəb
nailiyyətləri aşağı olacaq.
✓ Gənclərin peşə seçimində daha bir mühüm amil çox
populyar və gəlir gətirən peşələrə meylli olmalarıdır. Əgər
dərsdə qazandıqları nailiyyətlər və bacarıqlar bu peşələrə
uyğun deyilsə, onda uğursuzluqlara uğrayacaqlar.
Yanlış seçilən peşə
zəmin yaradır.
Tez-tez iş
dəyişdirməyə
Yetərsizliyə
Şəxsi həyatda
bədbəxtliyə
İşindən
narazılığa
Ümidsizliyə
Yeni iş tapmaq
da çətinlik çəkməyə
1. Mənim bilik və bacarıqlarım həmin peşəyə nə dərəcədə uyğundur?
Bu nəticəni yaşamamaq üçün
hər bir fərdin cavab verməli olduğu bəzi suallar vardır!
2. Peşə mənim maraq və istəklərimi özündə ehtiva edirmi?
3. Günümüzdə həmin işə tələbat və ehtiyac hansı səviyyədədir?
4. İşin məğzi, mahiyyəti nədir? Hansı fəaliyyətlər həyata keçirilir?
5. Həmin peşə sakinlərinin hazırki iş şəraiti və şərtlər necədir? Regionda, yoxsa
şəhərdədirmi? Ofis işi, yoxsa çöl işidirmi?
6. Peşədə kişi və ya qadın olmağın rolu varmı?
7. İşə qəbul necə aparılır?
8. Karyera inkişafı necədir?
9. Gəliri, maaşı sabitdirmi?
1. Maddi vəsait Əmək haqqı.
2. İşin stabilliyi İnsan ona görə işləyir ki, bu iş onun gələcəyinə ümid
verir, çünki stabil və etibarlıdır.
3. Həmkarlarla ünsiyyət İnsan ona görə işləyir ki, onu maraqlı insanlar, mehriban
kollektiv əhatə edir və bu ünsiyyət ona sevinc bəxş edir.
4. Peşənin nüfuzlu olması Hər bir insan seçdiyi peşənin cəmiyyətdə, onu
tanıyanlar arasında nüfuzlu olmasını istəyir.
5. Peşəkarlıq Öz ixtisasını mükəmməl bilmək, yüksək peşəkarlıq
insana əmək fəaliyyətindən həzz almağa stimul verir.
Peşə seçimi istiqamətində müx
təlif araşdırmalar aparılıb və psixoloqlar insanların
əmək fəaliyyətinin beş əsas motivini müəyyən ediblər.
Motiv - ?
Insanı fəaliyyətə təhrik edən, onu müəyyən bir işi
görməyə sövq edən qüvvədir, stimuldur.
➢ Peşə həyatı mənalı edir.
➢ Sizə cəmiyyətdə müəyyən status verir.
➢ Peşə özünü dərk etməyə imkan verir.
➢ Maddi imkan sağlayır.
➢ Peşə sizi məsuliyyətli olmağa sövq edir.
➢ Nəyə qadir olduğunuzu göstərir.
➢ Peşə sizi yetkinləşdirir və yaradıcı olmağa imkan verir.
Deməli:
Çin filosofu və mütəfəkkiri Konfutsi peşə seçiminin nə qədər vacib
olduğunu bu cür izah etmişdir. “Sevdiyiniz bir peşə seçsəniz, həyatınız
da bir gün belə çalışmış sayılmazsınız”.
İstedad
Dəyərlər
Maraqlar
Şəxsiyyət xüsusiy
yətləri
Gözləntilər
Fiziki xüsusiy
yətlər
Peşə seçminə təsir edən amillər .
Cinsiyyət Ailə
Sosial-İqtisadi
vəziyyət
Peşə seçiminə təsir edən amillər çoxlu və müxtəlifdir. Bunların etibarlı,
hamı tərəfindən qəbul edilmiş siyahısı hələ hazırlanmamışdır. Bu prosesdə ilk növbədə
fərdin şəxsiyyət xüsusiyyətləri və özünü necə görməsi mühüm rol oynayır.
Özünü
tanıma
Şəxsiyyət
xüsusiyy
əti
Sosial
İqtisadi
vəziyyəti
İstedad
Dəyərlər
Maraq
lar
Fiziki
xüsusiy
yətlər
Gözlən
tilər
1
2
4
7
6
5
1
3 1
Mən nə edə bilərəm?,
Hansı sahələrdə
istedadlıyam?, Hansı
dərslərdən uğur qazanıram?
Hansı işi görməkdən
Zövq alıram?
Şəxsiyyət xüsusiy
yətlərim seçdiyim peşəyə
uyğunmu?
Əsəbi, səbirli, fikirli,diqqətli,
məsuliyyətli, və.s
İş həyatından nə
gözləyirəm?
Yüksək əmək haqqı, sosial
təminat, status və.s
Peşənin tələb
etdiyi fiziki şərtlərə uyğun
luğum, seçdiyim peşəyə mane
olacaq xəstəliyimin olub
-olmaması
Mənim üçün vacib
olan nədir?
Alacağım təhsilin
xərclərini qarşılaya
bilərmi?
İstedad nədir?
İstedad peşə seçimində ən
vacib meyarlardan biridir.
İstedadın iki növü var.
o Anadangəlmə (irsi xüsusiyyət)
o Ətraf mühit faktorlarının təsiri ilə zamanla
inkişaf etdirilə bilən bir xüsusiyyət.
✓ Hər uşağın istedadı (qabiliyyəti) fərqlidir.
✓ Nəsildən nəsilə keçir.
Bir insanın bir işi və ya fəaliyyəti digərlərindən daha sürətli yerinə yetirmək
qabiliyyəti və öyrənmə gücüdür.
✓ Əgər uşağın qabiliyyəti olduğu sahəyə marağı varsa və ətraf mühit şəraiti bu
marağı dəstəkləsə, uşağın bacarıqları inkişaf edər.
✓ Dəstəklənməyən qabiliyyət sahələri zamanla sönür.
Misal üçün: Uğurlu üzgüçü olmaq üçün anadangəlmə qabiliyyətə malik olan
fərd, dənizdən kənar ərazidə bu istedadı bacarıqa çevirmək şansına malik
olmaya bilər.
İstedad və bacarıq bir-birinə yaxın olan
anlayışlardır. Onlar tez-tez fərqinə varmadan bir-birinin
əvəzinə istifadə olunur, lakin ikisi arasında incə bir fərq var.
İstedad anadangəlmədir.
Bacarıq əldə etmək üçün müəyyən vaxt tələb olunur. Bunda ətraf mühitin
təsiri böyükdür.
Ətrafınızda və ya sosial mediada insanların müəy
yən bir hissəsinin ana və ya atası ilə eyni peşəyə sahib
olduğunun şahidi olursunuz. Bu misallar bizə qabiliy
yətin təsadüf nəticəsində deyil, genetik xüsusiyyətlə
rə malik olduğunu açıq şəkildə göstərir.
Ümumi öyrənmə qabiliyyəti. Məktəbdə uğur
qazanmaq üçün tələb olunan ümumi akademik qabiliyyət.
1. Zehni qabiliyyət - ?
2. Nitq qabiliyyəti - ?
Sözlərin mənasını bilmək, mülahizə yürütmək, fikri
sözlərlə effektiv ifadə etmək və.s
3. Rəqəmsal bacarıq- ?
Riyazi hesablamaları tez və dəqiq yerinə yetirmək bacarığı.
4. Kosmosla əlaqəli qabiliyyət - ?
Kosmosdakı obyektlərin
formalarını qavramaq, cisimləri iki və ya üç ölçülü
görmək və ya müxtəlif bucaqlardan baxdıqda həndəsi
fiqurları başa düşmək bacarığı.
5. Obyektləri incələmək - ?
Bir obyektin, şəkilin və ya qrafikin təfərrüatlarını qavramaq və ya
çox oxşar olan iki təsviri müqayisə etmək və aralarındakı kiçik fərqləri
görmək bacarığı.
Uzunluq və en kimi obyektlərin ölçüləri arasında incə fərqləri
qavramaq bacarığı.
6. Ofis bacarıqları - ?
Yazılı mətndə və ya cədvəldə təfərrüatları
qavramaq, iki ayrı mətn arasındakı fərqləri görmək, söz
və ya ədədi məlumatları düzəltmək və arifmetik hesabla
malarda qavrayış səhvlərinə yol verməmək bacarığı.
7. Motor bacarıqları - ?
Göz və əl və ya göz və barmaqları tez, dəqiq və
koordinasiyalı şəkildə hərəkət etdirmək bacarığı.
8. Barmaq çevikliyi -?
Kiçik əşyaları barmaqla tez, dəqiq və
istədiyiniz istiqamətdə hərəkət etdirmək və ya
yerləşdirmək bacarığı.
Əlləri tez və ustalıqla idarəetmə bacarığı.
9. Çeviklik - ?
İntellekt adları Bacarıqlar Peşələr
Verbal (şifahi)-linqvistik
intellekt
Oxuma, yazma, dinləmə və danışıqda sözlərdən
səmərəli istifadə etmək bacarığı
Şair •Jurnalist •Müəllim •Psixoloq
Məntiqi-riyazi intellekt Buraya hesablama bacarıqları, məntiqi səbəb-nəticə
əlaqələrinin qurulması və mürəkkəb problemlərin
həlli daxildir
Riyaziyyat müəllimi •Mühəndis •Məntiq alimləri
•Filosoflar
Musiqi-ritmik intellekt Buraya səsin ritminə və tembrinə, eləcə də səsin
emosional ölçüsünə həssas olmağı tələb edən
bacarıqlar daxildir
Bəstəkar •Pianoçu •Gitaraçı •Vokalist •Təbilçi
Bədən-kinestetik intellekt Şəxsin öz bədən hərəkətlərini və əşyaları məharətlə
idarə etmək bacarığı
Aktyorlarlar •Rejissorlar •İdmançılar •Rəqqaslar
•Neyrocərrahlar •Brilyant kəsicilər
Vizual – fəza intellekt Şəkil və rəsmlər ilə düşünmək, dəqiq və abstrakt
şəkildə vizuallaşdırmaq bacarığı
•İnteryer Memarlar •Vizual Dizaynerlər •Qrafik
Dizaynerlər •Xəritə Mühəndisləri •Avtomobil
Mexanikləri
Şəxslərarası intellekt Digərlərinin əhval-ruhiyyəsi, motivasiyası və
istəklərini müəyyənləşdirə bilmək və ona uyğun
şəkildə cavab vermək bacarığı
İdarəetmə •Liderlik •Satış məsləhətçisi
Şəxsiyyət daxili intellekt Fərdin öz daxili hissləri, dəyərləri, inancları və
düşünmə proseslərini anlaması və onları aydın
şəkildə hiss etmək bacarığı
Pilotlarlar •Polislər •Yazıçılar •Məsləhətçilər
•Müəllimlər
Təbiətə aid intellekt Bitkilər, heyvanlar və təbiətdəki digər obyektləri
müəyyənləşdirmək və kateqoriyalara bölə bilmək
bacarığı
Fermerlər • Kənd təsərrüfatı mütəxəssisləri • Baytarlar
Amerikalı psixoloq Howard Gardner, çoxlu zəka nəzəriyyəsi ilə, insan zəkasının tək bir ölçüsü olmadığını, 8 əsas intellekt (qabiliyyət) sahəsi
olduğunu və hər bir zəka növünün beyin strukturunda özünəməxsus bir funksiyası olduğunu sübut etdi.
Bacarıq - ?
Bilik, təcrübə, vərdiş nəticəsində əldə edilmiş
işgörmə qabiliyyətidir.
Tələb olunan bacarıqlar iki yerə ayrılır:
▪ Texniki bacarıqlar ;
▪ Sosial bacarıqlar.
İş dünyasında ən çox axtarılan bacarıqlar texnologiyadakı irəliləyişlər
dən asılı olaraq dəyişir.
Bu bacarıqlar asanlıqla ölçülə və dəyərləndirilə bilir.
Sosial bacarıqlar.
Həyat problemlərini həll etməyə və digər
insanlarla işləməyə kömək edən bacarıqlara deyilir.
Texniki bacarıqlar.
Təhsil, təlim və təcrübə yolu ilə əldə etdiyiniz bacarıqlara texniki
bacarıqlar deyilir
Ünsiyyət bacarıqları
Dinləmə, şifahi və yazılı ünsiyyət, bədən dili, komanda işi,
empatiya, danışıqlar və inandırma qabiliyyəti, münaqişələrin idarə edilməsi,
vaxtın idarə edilməsi, stressin idarə edilməsi, problemlərin həlli, iş etikası və
rəyə açıq olmaq
Xarakter xüsusiyyətləri
Dürüstlük, məsuliyyətli, asan uyğunlaşma, qərar qəbul etmək, şəfqət, səbir,
cəsarət, sədaqət və.s
Vərdişlər
Könüllü fəaliyyətlərdə iştirak, idmanla məşğul olmaq,
balanslaşdırılmış qidalanma və.s
Nəzakətli olmaq
Xahiş edirəm, təşəkkür edirəm, bağışlayın, icazə istəyin, insanlara kömək
etməyi təklif edin
Liderlik:
İnsanları istiqamətləndirmək, problemlərə müxtəlif yönlərdən baxmaq və
onlara təsirli həll yolları tapmaq, insanları dəstəkləmək və inkişaf etdirmək.
Maraq nədir?
İnsanların heç bir məcburiyyət olmadan öz istəyi ilə,
zövq alaraq gördüyü işə deyilir.
Peşə seçimində bacarıqlarımız qədər maraqlarımız da önəmlidir.
Maraq və təsirlə formalaşır.
daxili xarici
Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Buna yaşadığı
❖ Mühit;
❖ Cinsiyyət;
❖ Yaş;
❖ Zəka;
❖ Fiziki imkanlar və s. səbəblər daxildir.
Maraq mövzusunu tədqiq edən ilk
nəzəriyyəçilərdən biri olan Superin fikrincə, fərdlərin peşə
maraqlarının tanınmasının dörd əsas yolu var:
➢ İfadə olunan maraqlar
➢ Müşahidə olunan maraqlar
Şəxsin sözləri ilə ifadə edilir. Nəyi sevib sevmədiyini şifahi şəkildə izah edir.
Şəxsin davranışına və ya fəaliyyətinə baxaraq başa düşülə bilən maraqlardı.
➢ Ehtiyatlarla ölçülən maraqlar
Inventarlardan əldə edilən nəticələrə görə başa düşülə bilən maraqlardı.
➢ Testlərlə ölçülən maraqlar
Testlərin nəticələrinə baxmaqla müəyyən edilən maraqlar.
(Qabiliyyət testlərinin nəticələrinə əsasən maraqların proqnozlaşdırılması)
Şəxsiyyət xüsusiyyətləri
İnsanın şəxsiyyəti fitri xüsusiyyətləri və
sosial mühit tərəfindən formalaşır.
Şəxsiyyət xüsusiyyətləri -?
Bioloji və ətraf mühit amillərinin qarşılıqlı təsiri ilə əmələ gələn
▪ Meyllər;
▪ Davranışlar;
▪ Düşüncə tərzləri;
▪ və emosional nümunələrin məcmusudur.
Peşənin xüsusiyyətləri ilə insanın
xüsusiyyətləri uyğun gələrsə, fərd öz işində daha uğurlu olar.
Hər bir insanın şəxsiyyəti fərqlidir.
Dünyada şəxsiyyət haqqında müxtəlif nəzəriyyələr mövcuddur.
Karyera inkişafı şəxsiyyət xüsusiyyətlərindən asılı
olmayaraq inkişaf edə bilməz.
Son zamanlar “Böyük beşlik” kimi tanınan elmi
nəzəriyyə xeyli populyarlıq qazanıb. İnsanları davranış ları
və hərəkətlərinə görə 5 psixotipə bölmək olar.
1. Məsuliyyətli insanlar dəqiq və intizamlı olurlar.
Məsuliyyətsiz insanlar həyatsevər və ağlına gələni edən insanlardır. Bəzi
hallarda onlar tənbəl və iradəsiz olurlar.
2. Introvertlər
Ekstravertlər Diqqət mərkəzində
olmağı, ictimai tədbirlərdə iştirakı, qrup
daxilində fəaliyyəti xoşlayan şəxslərdir.
Tək, müstəqil
fəaliyyət göstərməyi xoşlayan insanlardır.
3. Ekstravertlər Xoşniyyətli, səxavətli, diqqətli, şəfqətli, səmimidirlər. Onlar,
eyni zamanda sadəlövh və qayğıkeşdirlər.
Təkliyi sevənlər Rəqabət aparmağı sevirlər. Onlar tərs və kobud olur, heç kəsə
etibar etmirlər, kollektivdə olmağı sevmir və çox vaxt mərhə
mətsiz olurlar.
4. Təcrübəyə açıqlıq Bu tip insanlar yaxşı
təxəyyülə malikdir, biliyə həvəsli və eyni dərəcədə müstəqildirlər.
Mühafizəkar İnsanların davranışı adidir, stabilliyi və ailə dəyərlərini üstün
tuturlar.
5. Nevrotik Həyəcan və əsəbilik kimi neqativ emosiyalar keçirən insanlar aiddir.
Emosional stabillik Sadiq, güclü və təmkinli insanlar durur. Onlar çətin
vəziy yətlərə sinə gəlməyi bacarır və istənilən zərbəyə hazırdırlar.
Jon Holland ixtisas seçimi nəzəriyyəsinin yaradıcısıdır.
Şəxsiyyətin tipi Xüsusiyyətləri Peşələr
Realistik
(Realistik)
Onlar səbirli, praktik, materialist, təbii, əzələ fəaliyyəti və motor
koordinasiyası tələb edən işlərdə müvəffəqiyyətli olurlar, açıq havada
işləməkdən həzz alırlar, əşyalar, mallar, maşınlar və heyvanlarla əlaqəli
fəaliyyətlərlə maraqlanırlar.
Avtomobil mexanikasını, hər cür vasitə texniklərini,
mühəndislik, kənd təsərrüfatı işlərini, baytarlıq,
meşəçilik, dənizçilik, bədən tərbiyəsi müəllimləri və
idmançıları misal göstərmək olar.
Tədqiqatçı
(İntellektual)
Onlar analitik təfəkkürə malik, rasional, tənqidi, vasvası, səbirli, metodik,
introvert (populyar olmağı sevməyən) və elmi fəaliyyətdən həzz alan
insanlardır.
Bioloq, genetik, riyaziyyatçı, kimyaçı, fizik, tədqiqatçı,
antropoloq, akademik, alimi misal göstərmək olar.
Rəssam
(bədii)
Onların həyəcanı və həvəsi balanssız, təxəyyüllü, impulsiv, mürəkkəb,
intuitiv, müstəqil, emosional, həssas və təsirli, estetik fəaliyyətlə
maraqlanan, yaradıcılıqda uğurludur.
Yazıçı, rəssam, aktyor, teatr aktyoru, musiqiçi,
dekorator, heykəltəraş, memar nümunələri göstərmək
olar.
Sosial Onlar yardımsevər, məsuliyyətli, sosial, əməkdaşlıq edən, empatik,
səmimi, səbirli, xeyirxah və anlayışlı, başqalarına kömək etməyə
hazırdırlar.
Məsələn, sosial işçilər, psixoloji məsləhətçilər,
psixoloqlar, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər
və müəllimlər.
Sahibkar Onlar ekstrovert, enerjili, özünə güvənən, iddialı, impulsiv, yüksək
inandırıcı, səbirsiz, maraqlı, macəraçı, optimist, sosial, danışandırlar.
Satıcı, marketoloq, makler, siyasətçi, hüquqşünas,
reklamçı, jurnalisti misal göstərmək olar.
Ənənəvi Onlar diqqətli, vasvası, itaətkar, ardıcıl, əyilməz, nizam-intizamlı, səbirli,
özünü idarə edə bilən, vicdanlı, təxəyyülsüz, balanslı, qaydalara
sadiqdirlər və sistemli işləməkdən zövq alırlar.
Kassir, kitabxanaçı, poçtalyon, mühasib, maliyyəçi,
hərbçi, polis, məmur, hakim, prokuroru misal
göstərmək olar.
Hollandın 6 şəxsiyyət növü:
Bu səbəbdən hər kəs öz dəyərlərinə və ehtiyaclarına uyğun bir peşəyə
müraciət etməlidir.
Peşə Dəyərləri nədir?
Peşə seçimi nəticəsində peşənin təmin edəcəyi qazanc deməkdir. Peşələr
ehtiyaclarımızı ödədiyi dərəcədə dəyərlidir.
Pul, sosial prestij, təhlükəsizlik, nizamlı həyat və
s. peşə seçimində ön plana çıxan dəyərlərə misal
olaraq verilə bilər.
Təmizlik, sevgi, dostluq, sülh, vicdanlı, səbir, əxlaqlı,hörmət,vətənsevərlik və.s
Dəyərləriniz nədir?
(Sizin üçün vacib olan nədir?)
Peşə dəyərləri -?
Bir peşəni fərd üçün dəyərli edən xüsusiyyətlərə deyilir.
Sosial təminat
işsiz qalmamaq və ya
gələcəkdə özlərini
təhlükəsiz hiss edəcək gəlirə
və ya pensiya
müavinətlərinə sahib
olmaq.
Risk alma
İşin bəzi risklərini gözə
alaraq daha çox qazanc
əldə etmək və ya daha
yüksək vəzifəyə çatmaq.
Rəqabət
İşdə rəqabət edərək
başqalarından üstün
olduğunu sübut etmək
imkanı.
İnandırma
İşə başqalarını
yönəltmək üçün inandırmaq
və təsir etmək imkanı.
Dəyişmək
İşlərin müxtəlifliyi, müxtəlif
tapşırıqları və fəaliyyətləri
tez-tez yerinə yetirmək
imkanı verir.
Düzənlilik
Çalışma saatlarının
və görülən işlərin rutin
və düzənli olması
Uşaq və gənclər peşə seçimi yolunda bir çox mərhələlərdən keçirlər.
5-12 yaş ​peşəkar şüurun formalaşmağa başladığı dövrdür.
Məktəbəqədər və ibtidai məktəbi əhatə edir. Peşələrin varlığını və fərqini
anlamağa başlayır.
13-14 yaşlarında yeniyetmələr bacarıqlarını dərk
etməyə başlayır və təhsil həyatı ön plana çıxır. Hansı sahə
də başarılı olub-olmayacaqları haqqında qərar verə bilirlər.
Peşə seçimi bir anda verilən qərarla formalaşan
proses deyil, əksinə, illərlə davam edən inkişaf prosesi
nin sonunda baş verir.
17-18 yaşda peşə seçimi dövrü başlayır.
o Universitetə getmək.
o Universitetdə hansı sahəyə getməli.
o Seçilmiş sahənin şərtləri (əmək haqqı, insanın
peşəkar dəyərlərinə uyğunluq səviyyəsi və s.)
15-16 yaşlarında dəyərlər ön
plana çıxır. Bu dövrdə yeniyetmələr pul qazanmaq, status
qazanmaq, başqalarına kömək etmək və gələcəklərini təmin etmək
kimi peşələrin təqdim edəcəyi dəyərlər haqqında düşünməyə başlayırlar.
Peşəyə yiyələnmə mərhələlərinə nəzər saldıqda deyə bilərik ki, insan əvvəlcə xəyal
qurmalı, məqsədini müəyyənləşdirməli və bu hədəfə çatmaq üçün çox çalışmalıdır.
Peşələrlə
tanışlıq
Bu peşə üzrə işlə
Yən zaman istifadə
edilən avadanlıq
lar nələrdir?
Peşədə irəliləyiş
üçün hər hansı
imkan varmı?
Peşənin əmək ba
zarının tələbləri
nə cavab verməsi.
Bu peşədə yerinə
yetriləcək fəaliyyət
lər hansılardı?
İş mühiti (Əmək
şəraiti) və şərt
ləri hansılardı?
Peşəyə qəbul
(Ümumi orta təh
sil, Tam orta
təhsil)
Bu peşədə lazım
olan xüsusiyyət
lər hansılardı?
Peşənin
imkanları
2.
❖ İş mühiti (Əmək şəraiti) və şərtləri hansılardı?
▪ İşlər qapalı və ya açıq havada aparılır?
▪ Səyahət etmə məcburiyyəti varmı?
▪ İşçi hansı istehsalat qəzalarına məruz qala bilər?
▪ Peşə xəstəlikləri varmı? Varsa hansılardı?
▪ Gündəlik iş vaxtı nə qədərdir?
▪ Gecə, həftə sonu və bayram növbətləri varmı?
▪ İllik məzuniyyət müddəti nə qədərdir?
▪ Neçə yaşda təqaüdə çıxılır?
2. Pesələrlə tanışlıq
❖ Peşədə irəliləyiş üçün hər hansı imkan varmı?
▪ Peşədə irəliləyiş illərə, yoxsa bilik və bacarıqlara əsaslanır?
▪ Bu peşəyə oxşar peşələr varmı?
▪ Bu peşə üçün iş haradadır? (Dövlət qurumları, özəl sektor, müstəqil)
▪ Ölkənin hər yerində bu peşə ilə məşğul olmaq olarmı?
▪ Orta aylıq qazanc nə qədər olacaq?
▪ Təqaüdə çıxanda maaş nə qədərdir?
▪ Ölkəmizdə bu peşəyə nə qədər ehtiyac var?
2. Pesələrlə tanışlıq
❖Peşənin əmək bazarının tələblərinə cavab verməsi.
❖ Bu peşədə yerinə yetriləcək fəaliyyətlər hansılardı?
❖ Bu peşə üzrə işləyən zaman istifadə edilən avadanlıqlar
nələrdir?
▪ Düşünmək, danışmaq, oxumaq, dinləmək
▪ Qaldırmaq, dırmaşmaq,tarazlaşdırmaq,əyilmək,dayanmaq
▪ İyləmək, görmək, eşitmək, toxunmaq və.s)
❖ Peşəyə qəbul (Ümumi orta təhsil, Tam orta təhsil)
2. Pesələrlə tanışlıq
❖ Bu peşədə lazım olan xüsusiyyətlər hansılardı?
▪ Bu peşədə işləyərkən hansı orqanlardan daha çox istifadə olunur?
▪ Bu peşədə işləmək üçün hansı istedadlar (qabiliyyətlər) lazımdır?
▪ Akademik təhsildə hansı dərslər tədris olunur?
▪ Bu peşədə işləmək üçün hansı maraqlar olmalıdır?
▪ Bu peşədə işləmək üçün hansı şəxsiyyət xüsusiyyətləri tələb olunur?
▪ İşə qəbul olmaq üçün yaş məhdudiyyəti varmı?
▪ Minimum və maksimum çəki həddi varmı?
▪ Bu peşədə işləyənlərin hüquqlarını müdafiə edən orqanlar varmı?
2. Pesələrlə tanışlıq
❖ Peşənin imkanları:
▪ Bu peşənin hansı imkanları var?
▪ (Yaradıcı gücü üzə çıxarmaq, məsuliyyəti öz üzərinə götürmək;
▪ Təkbaşına qərar qəbul etmək, başqalarını idarə etmək;
▪ Başqaları ilə komandada işləmək, müstəqil biznes qurmaq;
▪ Fikir və hissləri çatdırmaq və onlara təsir etmək;
▪ Xəstə və zəif insanlara kömək etmək, çoxlu pul qazanmaq;
▪ Sosial təminat, səyahət , təhsil və.s
2. Pesələrlə tanışlıq
3
Qabiliyyətlərin, maraqların,
fiziki və şəxsiyyət xüsusiyyətlərin
seçmək niyyətində olduğun
peşəyə uygundurmu?
Peşə ilə bağlı iş şəraiti (əmək haqqı, sosial təminat, status və.s)
gözləntilərinə cavab verirmi?
İqtisadi vəziyyətin
alacağın təhsilin
xərclərini qarşılaya bilərmi?
4. Alınmış məlumtların qiymətləndirilməsi.
Karyera sonsuz inkişaf yoludur. İnsanın hər hansı bir sahədə
inkişaf edərək bir pozisiyadan digərinə çatma prosesidir. Karyera çalışaraq hər
hansı bir vəzifədə müəyyən pilləyə qalxmaq, dərəcə qazanmaq və daha
peşəkar səviyyəyə nail olmaqdır.
Karyera nədir?
Peşə və karyera eyni termin kimi görünsə də fərqlidir. Bizim bir peşəmiz
ola bilər, məsələn, müəllim, həkim, polis, hüquqşünas… Ancaq bu o demək
deyil ki, bizim karyeramız var.
Fərdin karyera inkişafına nə təsir edir?
✓ Cinsiyet
✓ İrsi (fiziki, zehni xüsusiyyətlər)
✓ Ailə mühiti və şərtləri
✓ Ailənin gözləntiləri və dəyərləri
✓ Təhsil mühiti və şərtləri
✓ Sosial şərait
✓ Fərdi xüsusiyyətlər
✓ Şans, təsadüf...
Kariyer planlama
Karyera planlaması iş həyatında müəyyən uğurlar əldə etmək
istəyən hər kəs tərəfindən edilməlidir.
Düzgün karyera planı qurmaq gələcəyin üçün olduqca vacibdir. Doğru işdə işləmək
və sevdiyin işi görmək istəkləriniz arasında olsa belə bəzi hallarda bu mümkün olmur.
Düzgün karyera seçimi aparmaq üçün:
▪ Yeni fürsətləri dəyərləndirməli
▪ Qarşıya çıxan maneələri aradan qaldırmalı
▪ Maraq dairəsinə uyğun işləri müəyyən etməli
▪ Güclü və zəif tərəflərini, bacarıqlarını dəyərləndirməli
▪ Bacarıqlarını inkişaf etdirməli
▪ Peşələri tanımalı
▪ Sektorları araşdırmalı
Peşə seçimində ailənin rolu .
Uşağın karyera inkişafında təsirli olan iki əsas mənbə var.
Bunlardan biri fərdin ana və atasından aldığı irsi xüsusiyyətlər, digəri isə
ətraf mühit faktorlarıdır.
Tədqiqat nəticələri göstərir ki, uşaqlar təhsil və karyera qərarları alarkən
ən çox valideynlərindən təsirlənirlər.
Valideynlərin övladlarına təsiri müsbət olduğu kimi mənfi də ola bilər.
Ailələr övladlarını qorumaq və onlara nəzarət etmək üçün hər cür dəstəyi
versələr də, təəssüf ki, çox vaxt onların qərarlarına müdaxilə edir və uşaqlarını
öz istək və dəyərlərini əks etdirən qərarlar seçməyə məcbur edirlər.
Bəzi ailələrdə övladın xoşbəxtliyi və uğurundan çox
valideynlərinin peşəsinin davam etdirilməsi istənilir. Ailələrin övladlarının
karyera inkişafına mənfi təsir göstərdiyi digər bir cəhət isə onların qabiliyyət
səviyyəsindən yuxarı gözləntiləri olduğu üçün onlara təzyiq göstərmələridir.
Bu zaman ailələrinin gözlədiyi səviyyəyə çata bilməyən fərdlərin yaşadıqları
məyusluq istər-istəməz özgüvən səviyyələrinin azalmasına səbəb olur.
Bundan başqa, bəzi ailələr övladlarının istedadına etinasız yanaşır və ya bu
istedadı boğmağa çalışırlar.
Cinsiyyət.
Cinsiyyət peşə seçiminə təsir edən mühüm amillərdən
biridir. Ölkəmizdə cəmiyyətin qadınlardan gözləntiləri evdar qadın
və analıq rollarına zidd olmayacaq peşələrə üstünlük vermələridir.
Cəmiyyətimizdə qadınların uyğunlaşdığı peşələr incəsənət, müəllimlik, həkimlik,
tibb bacısı, katibəlik, ofis işləri, kassir və.s.
Peşələrin cinslərə görə bölgüsü baxımından balanssızlıq bəzi sahələrdə özünü
göstərir. Məsələn, rəhbər vəzifələrdə çalışan qadınların sayı kişilərlə müqayisədə çox
azdır.
Kişilər isə İdarəetmə, texnik və.s
Məsələn, qadının taksi və ya yük maşını sürücüsü olmağı seçməsi sosial baxım
dan ona uyğun olmayan seçim kimi də qəbul edilə bilir. Halbuki qadınların belə
peşələrə girməsini məhdudlaşdıran heç bir peşə qanunu yoxdur. Bütün peşələr hər
iki cins tərəfindən yerinə yetirilmə potensialına malikdir.
Hər bir cəmiyyətdə təhsil və iqtisadi səviyyə baxımından bir-birindən
fərqlənən sosial təbəqələr mövcuddur. Bu sosial təbəqələri
bir-birindən fərqləndirən ən mühüm göstəricilərdən biri də
seçdikləri peşədir. Ailənin sosial iqtisadi vəziyyəti fərdin
karyera inkişafına təsir göstərir.
Peşənin formal və ya qeyri-formal (rəsmi və qeyri-rəsmi)
təhsil nəticəsində əldə edildiyini nəzərə alsaq, demək olar ki,
ailənin fərdə verdiyi sosial və iqtisadi imkanlar həm də fərdin
alacağı təhsilin müddətini və keyfiyyətini müəyyən edir. Deməli, sosial-iqtisadi
vəziyyət fərdin peşə seçiminə birbaşa təsir göstərir.
Sosial iqtisadi vəziyyət.
Sizin inkişafiniz dəstəkləyən təkliflər.
Bilirsiniz ki, zaman əlinizdə olan ən dəyərli nemətlərdən biridir,
keçdiyi zaman onu geri qaytarmaq mümkün deyil. Bunun üçün vaxtınızı faydalı
şəkildə keçirməlisiniz.
❖ Kitab oxuma vərdişi qazanmalı, kitabları mütəmadi oxumalısınız.
❖ İnformasiya əldə etmək, araşdırma aparmaq, layihələr hazırlamaq və şəxsi
inkişafınızı təmin etmək üçün texnoloji imkanlardan düzgün istifadə
etməlisiniz.
❖ Vaxtınızı rəsm çəkmək, musiqi alətlərində çalmaq, mahnı oxumaq, şeir oxumaq,
kitab oxumaq, yazı fəaliyyəti, idman fəaliyyətləri, zehni oyunlar oynamaq, bağçılıq
kimi fəaliyyətlərlə dolu keçirməlisiniz.
❖ İmkanlarınız nə qədər məhdud olsa da, özünüzü təkmilləşdirmək üçün
ətrafınızdakı resursları və imkanları araşdırmalısınız. Kitabxanalar, muzeylər,
xalq təhsili mərkəzləri, idman kompleksləri kimi pulsuz istifadə edilə bilən
xidmətlər göstərən qurumlardan mümkün qədər faydalanmalısınız.
❖ Peşə seçiminizlə bağlı ətrafınızdan gələn fikir və təkliflərə açıq olmalı,
ailənizdən, müəllimlərinizdən dəstək almalı, amma son nəticədə peşə
seçimini özünüz etməlisiniz.
Övladlarının sağlam karyera inkişafı
üçün valideynlərə təkliflər:
▪ Övladlarınızı sağlam və mehriban ailə mühitində böyüdün.
▪ Onları olduğu kimi qəbul edin.
▪ Övladlarınızı orta məktəbdə müxtəlif peşələri kəşf etməyə təşviq edin və
▪ öyrəndiklərini sizinlə paylaşmasına icazə verin.
▪ Övladlarınızla birgə plan hazırlayaraq müxtəlif peşə sahiblərinin iş yerlərini
ziyarət
▪ etməyə çalışın. Ətrafınızdakı müxtəlif peşələrdə çalışan tanışlarınızla görüş təyin
edin və övladlarınızın peşələri yerində müşahidə etməsini təmin edin.
▪ Övladlarınızın özünü tanımasına kömək edin.
▪ Övladınızda müşahidə etdiyiniz güclü və zəif cəhətləri onlarla bölüşün.
▪ Övladlarınızla gələcəkdə necə bir həyat tərzi keçirmək istədiyi haqqında danışın.
Onların xəyal etdiyi standartlara çatmaq üçün bu gün nə etməli olduğunu
müəyyənləşdirin.
▪ Övladlarınızı bu gün etməli olduğu işləri müəyyən bir plan
▪ çərçivəsində etməyə təşviq edin.
▪ Övladlarınızın seçimlərinə təzyiq göstərməyin və onlar üçün ən yaxşı seçimin nə
olduğunu başa salmağa çalışın.
▪ Maddi imkanlarınızdan asılı olmayaraq, ətrafınızdakı resurslara diqqət yetirin və
övladlarınızın onlardan faydalanmasını təmin edin.
Müəllimlərə tövsiyələr:
▪ Şagirdləri ətrafdakı resursları və imkanları tanımağa və
onlardan faydalanmağa istiqamətləndirin.
▪ Şagirdlərin şəxsiyyətlərinin sağlam inkişafı üçün nümunəvi şəxsiyyətləri
tanıtmaq.
▪ Şagirdləri texnologiyadan düzgün və şüurlu istifadə etməsi üçün
məlumatlandırın.
▪ Şagirdlərə özlərini inkişaf etdirməsi üçün kitab oxumaq sevgisini aşılayın.
Şagirdlərə xüsusi bilik və bacarıq lazım olduqda,
peşə-karyera rəhbərliyi sahələrində dəstəyə ehtiyacları olduğunda
onların rəhbər və psixoloji məsləhət xidmətinə yönəldilməsini təmin etmək.
▪ Valideynlərin peşəyönümü ilə bağlı məlumatlılığının artırılması məqsədilə
keçiriləcək seminarlarda iştirakını və fayllara daxil olmasını təmin etmək.
▪ Şagirdlərə peşələri tanıtmaq, iş şəraiti, peşələrin çətinlik səviyyəsi, risk səviyyəsi,
qazanc vəziyyəti, üstünlükləri və çatışmazlıqları kimi müxtəlif mövzularda
məlumatların təqdim edilməsi üçün bələdçi və psixoloji konsultasiya xidmətləri ilə
əməkdaşlıq etmək.
▪ Şagirdlərə əxlaqlı və yaxşı şəxsiyyət olmaları üçün mədəni və ümumbəşəri
dəyərlərimizi öyrədin.
Gələcəyin peşələri
Texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində bir çox iş yeri avtomatlaşdırıldı.
“Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi
peşələri lazımsız edir”
İnsandan fiziki əmək tələb edən və təkrarçılıqdan ibarət olan peşələrin yaxın gələ
cəkdə yoxa çıxması proqnozlaşdırılır:
Robot mühəndisliyi
Robot Mühəndisi müvafiq proqram hazırlayaraq robotlar üçün
tapşırıqları müəyyənləşdirir. Bu tapşırıqlar üçün lazımi əmrləri
və koordinatları verir. Bu peşəni seçmək istəyənlər riyaziyyat
fənnini , kompüter , program alqoritmini yaxşı bilməlidir.
Kiber təhlükəsizlik mütəxəssisi
Hacker hücumları bir çox insanın və ya qurumun
başı na gələ bilər. Bu vəziyyət, Kiber şəbəkələrin ən son və ən
müasir texnologiya ilə qorunmasını zəruri edir. Kiber Tex nologiya
mütəxəssisi olmaq üçün kompüter texnologiya sını yaxşı bilmək və
analitik düşünmək lazımdır.
Proqram mühəndisliyi
İxtisası gələcəyin ən perspektivli və yüksək maaşlı ixtisaslarından
birincisidir. Çünki İnformasiya Texnologiyalarına olan maraq və tələ
bat günü-gündən artmaqdadır. Azərbaycan əmək bazarında isə Proqram
Təminatçısı ixtisasının əmək haqqı dəyəri 1000-2000 manat arasında dəyişir.
Bazar Araşdırmaları üzrə Analitik
Bu ixtisas korporativ və iri şirkətlərin məhsul portfelinin
analizi və bazar araşdırması edən mütəxəssislərə yönəlmişdir
və gələcəyin ən yaxşı ixtisasları arasında yer almaqdadır.
Əmək haqqı namizədin iş təcrübəsinə əsasən təyin olunsada,
1000-1500 manat arasında maaş verilməkdədir.
Analitik düşüncə, fərdin qarşılaşdığı problemləri tez və təsirli şəkildə həll
etməsini təmin edən düşüncə metodudur.
Mühasibat və Maliyyə Məsləhətçiliyi
Gələcəyin ən yaxşı və qazancı yüksək olan digər bir
ixtisası isə Mühasibat və Maliyyə Məsləhətçiliyidir. Bu
ixtisasa olan maraq və tələbat hər daim yüksək
olmuşdur. Əmək bazarında bu ixtisasa verilən maaş
2500-3000 manat dəyərindədir.
Hüquqşünas
İxtisasıda hər zaman yüksək qazanclı və tələbatı
yüksək olan ixtisaslar arasında yer almış və almaqda da
davam edəcəkdir. Bu ixtisasa verilən əmək haqqı isə
1000-2000 manat arasında dəyişir.
Ümumi Əməliyyat Meneceri
Bu ixtisas rəqəmsal və marketing dünyasında tələb
olunan və perstiktivliyi yüksək olan peşe sahəsidir. İdarə
etmə deməkdir. Xüsusilədə elektron mağazaların inkişaf
etdiyi bir zamanda çox uğurlu ixtisas sahəsidir. Həmçinin
bu ixtisasda da əmək haqqı namizədin iş təcrübəsinə əsasən
təyin olunsada, 700-1500 manat arasındadır.
Bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların
xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və
saxlanılmasına həsr edən insan.
Həkim
Məsuliy
yətli
Ekstra
vertlər
Nevrotik
Məsuliy
yətsiz
İntrovert
lər
Emosional
stabillik
Ektsraver
siya
Təkliyi
sevənlər
Mühafizə
kar
1. Şəxsiyyət tiplərini araşdırarkən, sizin üçün
ən uyğun olduğunu düşündüyünüz (sizi ən çox təsvir edən) üç tipi
sadalayın.
Təcrübəyə
açıqlıq
2. Peşə dəyərlərini oxuyaraq, əvvəlcə bu dəyərlərin
sizin üçün nə qədər önəmli olduğunu ardıcıllıqla qeyd edin.
Peşə dəyərləri Çox önəmli Az önəmli Önəmsiz
Təhlükəsizlik
Sosial prestij
İqtisadi qazanclar
Peşədə tərəqqi
Sosial təminat
Bacarıqlardan istifadə
Yaradıcılıq
Müstəqillik
Rəhbərlik
Yenilik
Risk alma
Dəyişmək
Rəqabət
Düzənlilik
İnandırma
Zehni
qabiliyyət
Çeviklik
Rəqəmsal
bacarıqlar
Kosmosla
əlaqəli
qabiliyyət
Obyektləri
incələmək
Nitq
qabiliyyəti
Ofis
bacarıqları
Mator
bacarıqları
Barmaq
çevikliyi
3. Hansı sahələrdə həmyaşıdlarınızdan daha
bacarıqlı olduğunuzu düşünürsünüz ?
Fəaliyyət sahələri Maraq duyulan mövzular Bəzi əlaqəli peşələr
Əsas elmlərin mövzuları Fizika mühəndisi, kimyaçı, bioloq, həkim
Sosial elm Sosial məsələlər Antropoloq, psixoloq, tarixçi, sosioloq
Canlı varlıq Heyvanların və bitkilərin həyatı Zooloq, botanik, kənd təsərrüfatı mühəndisi,
baytar həkimi
Mekanik Müxtəlif alətlər və maşınlar Bəzi mühəndislik sahələri (maşın, inşaat, təyyarə
və s.)
İnandırma Başqalarını heyran etmək Siyasətçi, sosial elm adamı, satıcı, müəllim
Ticarət Ticarət işi İş adamı, iş adamı, iqtisadçı
İş təfərrüatları Detallar, müntəzəmlik Katib, təşkilatçı, proqram prodüseri
Ədəbiyyat İstənilən ədəbi fəaliyyət Yazıçı, Şair, ədəbiyyatşünas
İncəsənət Plastik (heykəltəraşlıq və s.) və
sənətkarlıq
Rəssam, teatr rəssamı, balerina/balet
Musiqi Musiqi ilə bağlı hadisələr Musiqiçi, bəstəkar, musiqi müəllimi
4. Sizi maraqlandıran fəaliyyət sahələri
Unutmayın ki, yüksək səviyyəli mütəxəssis olmaq
üçün düzgün peşə seçməli,nəzəri və praktiki bilgilər əldə etməli, sağlamlığınıza fikir
verməli, daima öz üzərinizdə işləməli və yeniliklərə açıq olmalısınız.
Diqqətinizə görə təşəkkür edirəm

More Related Content

What's hot

Kurikulum əsas tələbləri
Kurikulum əsas tələbləriKurikulum əsas tələbləri
Kurikulum əsas tələbləri
Timur Ulvi
 
Презентация.құқық негіздері 9 с. iv бөлім. әкімшілік құқық әкімшілік жауапкер...
Презентация.құқық негіздері 9 с. iv бөлім. әкімшілік құқық әкімшілік жауапкер...Презентация.құқық негіздері 9 с. iv бөлім. әкімшілік құқық әкімшілік жауапкер...
Презентация.құқық негіздері 9 с. iv бөлім. әкімшілік құқық әкімшілік жауапкер...
nyunuks
 

What's hot (14)

Kurikulum əsas tələbləri
Kurikulum əsas tələbləriKurikulum əsas tələbləri
Kurikulum əsas tələbləri
 
Сынып жетекші портфолиосы
Сынып жетекші портфолиосыСынып жетекші портфолиосы
Сынып жетекші портфолиосы
 
1.2 Педагогикалық мамандықтың пайда болып қалыптасуы және оның көп функциялы ...
1.2 Педагогикалық мамандықтың пайда болып қалыптасуы және оның көп функциялы ...1.2 Педагогикалық мамандықтың пайда болып қалыптасуы және оның көп функциялы ...
1.2 Педагогикалық мамандықтың пайда болып қалыптасуы және оның көп функциялы ...
 
CHƯƠNG TRÌNH DẠY NGHỀ SỬA CHỮA MÁY NÔNG NGHIỆP
CHƯƠNG TRÌNH DẠY NGHỀ SỬA CHỮA MÁY NÔNG NGHIỆPCHƯƠNG TRÌNH DẠY NGHỀ SỬA CHỮA MÁY NÔNG NGHIỆP
CHƯƠNG TRÌNH DẠY NGHỀ SỬA CHỮA MÁY NÔNG NGHIỆP
 
Prinsipler
PrinsiplerPrinsipler
Prinsipler
 
HOUSEKEEPING SAFETY TRAINING IN AMHARIC LANGUAGE PDF
HOUSEKEEPING SAFETY TRAINING IN AMHARIC LANGUAGE PDFHOUSEKEEPING SAFETY TRAINING IN AMHARIC LANGUAGE PDF
HOUSEKEEPING SAFETY TRAINING IN AMHARIC LANGUAGE PDF
 
Орб-19 пед сабақ форма.pptx
Орб-19 пед сабақ форма.pptxОрб-19 пед сабақ форма.pptx
Орб-19 пед сабақ форма.pptx
 
Презентация.құқық негіздері 9 с. iv бөлім. әкімшілік құқық әкімшілік жауапкер...
Презентация.құқық негіздері 9 с. iv бөлім. әкімшілік құқық әкімшілік жауапкер...Презентация.құқық негіздері 9 с. iv бөлім. әкімшілік құқық әкімшілік жауапкер...
Презентация.құқық негіздері 9 с. iv бөлім. әкімшілік құқық әкімшілік жауапкер...
 
сценарій урочистого зібрання
сценарій урочистого зібраннясценарій урочистого зібрання
сценарій урочистого зібрання
 
Зейін
ЗейінЗейін
Зейін
 
9.педагогикалық әдеп
9.педагогикалық әдеп9.педагогикалық әдеп
9.педагогикалық әдеп
 
Бастауыш сынып оқушыларының шығармашылық қабілеттерін арттыру жолдары
Бастауыш сынып оқушыларының шығармашылық қабілеттерін арттыру жолдарыБастауыш сынып оқушыларының шығармашылық қабілеттерін арттыру жолдары
Бастауыш сынып оқушыларының шығармашылық қабілеттерін арттыру жолдары
 
ғылыми жоба компьютелік ойындар
ғылыми жоба компьютелік ойындарғылыми жоба компьютелік ойындар
ғылыми жоба компьютелік ойындар
 
9-сынып Қазақ тілі КТЖ 2022-2023.docx
9-сынып Қазақ тілі КТЖ 2022-2023.docx9-сынып Қазақ тілі КТЖ 2022-2023.docx
9-сынып Қазақ тілі КТЖ 2022-2023.docx
 

Peşə seçiminin əhəmiyyəti.pdf

  • 1. Peşə seçiminin əhəmiyyəti və ona təsir edən amillər Təlimçi: Səlimə Quliyeva
  • 2. Bu Təlimdə: • Peşə nədir? Nə üçün peşə seçirik? • Peşə seçərkən nələrə diqqət edilməlidir? • Doğru və ya yanlış peşə seçməyin nəticələri nələrdir?
  • 3. Təlim nəticəsi (məqsəd): Təlimin əsas məqsədi gənclərə peşə təhsilinin insan həyatındakı rolunu və düzgün peşə seçimi etmək üçün diqqət edilməli olan əsas məqamları (müxtəlif peşələrə olan meyil və maraqların müəyyənləşdirilməsini və.s.) anlatmaq, gələcəkdə övladlarını yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəltmək üçün valideynlərin məlumatlandırılmasından ibarətdir.
  • 4. Bu gün informasiya və texnolgiyanın insanlara təsiri ilə dəyişən həyatın, sosial ehtiyacların fərqliləşməsi yeni iş və peşələrin yaranmasına səbəb olur, dəyişiklik isə insanların həyat tərzinə, hobbilərinə, iş həyatına və şəxsi həyatına təsir edir. Dünən elmi fantastika kimi oxuduğumuz və izlədiyimiz bir çox şeylər bu gün reallığa çevrilir. Bütün sektorları kökündən dəyişdirən texnoloji sunami dalğası yeni - yeni peşələrin yaranmasına səbəb olur. İnsanabənzər robotlar, süni intellekt, nanotexnologiya, biotibbi inkişaflar, gen mühəndisliyi, insan və maşın birləşməsi, bir-biri ilə danışan obyektlər və.s.
  • 5. Qloballaşmanın yaratdığı iqtisadi və sosial dəyişikliklər və bu dəyişikliklərin yaratdığı yeni paradiqmalar (Müəyyən bir vəziyyətdə təqib edilməli olan hər hansı bir model və ya nümunə) peşə yönümü və karyera məsləhəti xidmətlərini dünya miqyasın- da ictimai-siyasi alətə çevirmişdir. Təhsilin mərhələsindən asılı olmayaraq müəllimlər- dən, təhsil idarəçilərindən və psixoloji məsləhətçilərdən gözlənilən ən mühüm vəzifələr- dən biri də şagirdlərin seçimlərində, qərarlarında, gələcək peşə və karyeralarına hazır- lıqlarında köməklik göstərməkdir. Bəşəriyyətin ilk illərində həyat ehtiyacları indikilərdən çox fərqli idi. Hər kəs yaşamaq üçün lazım olan əsas bacarıqlara malik olmalı idi.
  • 6. Yaşayış üçün ov, soyuqdan və günəşdən qorunmaq üçün geyinmək, sığınacaq tikmək, torpaqdan istifadə etmək, yemək üçün yemək hazırlamaq və s. kifayət edirdi. Gələcək nəslə bu bacarıqları öyrətmək valideynlərdən asılı idi. Lakin həyat mürəkkəbləşdikcə əmək bölgüsü zəruri oldu. Bir bölgədə yaşayanların bəziləri ev tikmək, bəziləri çörək hazırlamaq, bir qrup insanlar paltar tikmək, bəziləri isə gənclərə təhsil vermək kimi vəzifələri öz üzərinə götürməyə başladı. Beləliklə, müxtəlif sahələrdə ixtisaslaşma anlayışı yarandı. Xüsusilə 20-ci əsrdə həyat daha da mürəkkəbləşməyə başladı.
  • 7. Müasir dövrdə sənaye və texno logiyanın yüksək inkişafı peşələrdə ciddi dəyişikliyə səbəb olur və bir sıra yeni peşələr ortaya çıxır. ▪ Biotibbi və nanotexnologiya mühəndisliyi ▪ Kompüter proqramlaşdırma ▪ Virtual reallıq dizaynerliyi ▪ Neyropsixologiya ▪ Ekologiya ▪ Kənd təsərrüfatı sahəsi ilə bağlı peşələr ▪ Sənaye sahəsi ▪ Maliyyə ilə bağlı peşələr ▪ İnformasiya təhlükəsizliyi sistemi ▪ Telekommunikasiya sahəsi ▪ Robotexnologiya ▪ Tibb sahəsi ▪ Hüquq sahəsi Aktuallığını itirib manueldən dijitala keçən peşələr. ▪ Arxiv sahələri ▪ Muzey ▪ Mühəndis sahələrinin bəziləri ▪ Rəssamlıq Dizaynerlə əvəz olunur. ▪ Kibertəhlükəsizlik ▪ Gen mühəndisliyi
  • 8. Nə üçün bir peşə seçirik? ✓ Həyatımızı təmin etmək, lazımi gəliri əldə etmək üçün; ✓ Şəxsi inkişafımız üçün; ✓ Cəmiyyətdə status əldə etmək üçün; ✓ Sosial münasibətlərdə iştirak etmək; ✓ Xoşbəxt və uğurlu bir həyat sürmək üçün.
  • 9. İxtisas - ? Ixtisas isə peşənin nisbətən daha konkret bir sahəsi üzrə olan məşğuliyyət növünə deyilir. Məsələn tarix müəllimi, kardioloq, avtomobil mühəndisi və.s. İş - ? Fərdin məşğulluq şəraitində həyata keçirdiyi vəzifə və ya fəaliyyətlərin toplusudur. Peşə - ? Müəyyən təhsil prosesi vasitəsilə əldə edilmiş praktiki və nəzəri biliklərə əsaslana raq, qaydaları cəmiyyət tərəfindən müəyyən edilən qazanc əldə etmək üçün fəaliyyətlər məcmusudur. Məsələn müəllim, həkim, mühəndis Təhsil- ? Öyrənmənin (Bilik, bacarıqlar, dəyərlər , vərdişlər qazanılmasının) asanlaşdırıl ması prosesidir.
  • 10. Əmək bazarı nədir? Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək nədir? Fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti
  • 11. Seçilən peşə nüfuzlu olmalıdır Əməkhaqqı münasib olmalıdır. Əmək şəraiti yaxşı, ürəkaçan olmalıdır. Valideynlərin arzu və marağı nəzərə alınmalıdır. Seçim əmək bazarın tələblərinə uyğun olmalıdır. Seçiminiz gələcək karyera üçün təminatlı olmalıdır. Peşə maraqlı olmalı, sahibini özünə cəlb etməlidir Peşə seçərkən diqqət edilməli məqamlar Peşə nüfuzundan danışanda peşənin özünün deyil, onun sahibinin ona nüfuz qazandıra bilməsini yaddan çıxarmayasınız.
  • 12. Bu sualları özünüzə vermisinizmi? 15 ildən sonra necə bir həyat yaşamaq istəyirəm?
  • 13. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə yox, həm də özünü ifadə etmək, doğrultmaq üçün seçilməlidir. Peşənin insan həyatında rolu yüksəkdir. Peşə insanın gələcəyini təmin edir. Ona görə də hər kəs peşə seçərkən düzgün seçim etməlidir. Fransız yazar: Michel de Montaigne Gedəcəyi limanı bilməyənə Heç bir rüzgardan xeyr gəlməz. Peşə insanın gələcək həyatının əsasını təşkil edir. Ona görədə Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Düzgün peşənin seçilməməsi bəzən insanların bədbəxt olmasına gətirib çıxarır.
  • 14. Düzgün seçilən peşə Xoşbəxt olmağa Sosial münasibətlər qurmağa Uğur qazanmağa Şəxsi inkişafa Cəmiyyətdə status almağa Gəlir qazanmağa zəmin yaradır.
  • 15. Peşə seçimində yol verilən yanlışlar: ✓ Orta məktəb gənclərinin yaşı dostluq münasibətlərinin çox vacib olduğu bir dövrdür. ✓ Yeniyetmələr dost qrupunu tərk etmək istəmirlər. Bəzən peşə seçimində, dostlarının çoxu hara gedirsə, gənclər dostlarından ayrılmamaq üçün öz maraqlarını, qabiliyyətlərini nəzərə almadan istəmədikləri peşəni seçərək səhv qərar verə bilirlər. ✓ Bəzən gənclər ailənin, məktəbin, ətraf mühitin, hətta cəmiyyətin təsiri ilə öz maraq və qabiliyyətlərinə uyğun olmayan peçə seçə bilirlər.
  • 16. ✓ 9-11- ci siniflərdə sahələr üzrə tədris edilən dərslərdən müvəffəq qiymətlər almaq çox əhəmiyyətlidir. ✓ Bu dərslərdə çətinlik çəkən gənclərin orta məktəb nailiyyətləri aşağı olacaq. ✓ Gənclərin peşə seçimində daha bir mühüm amil çox populyar və gəlir gətirən peşələrə meylli olmalarıdır. Əgər dərsdə qazandıqları nailiyyətlər və bacarıqlar bu peşələrə uyğun deyilsə, onda uğursuzluqlara uğrayacaqlar.
  • 17. Yanlış seçilən peşə zəmin yaradır. Tez-tez iş dəyişdirməyə Yetərsizliyə Şəxsi həyatda bədbəxtliyə İşindən narazılığa Ümidsizliyə Yeni iş tapmaq da çətinlik çəkməyə
  • 18. 1. Mənim bilik və bacarıqlarım həmin peşəyə nə dərəcədə uyğundur? Bu nəticəni yaşamamaq üçün hər bir fərdin cavab verməli olduğu bəzi suallar vardır! 2. Peşə mənim maraq və istəklərimi özündə ehtiva edirmi? 3. Günümüzdə həmin işə tələbat və ehtiyac hansı səviyyədədir? 4. İşin məğzi, mahiyyəti nədir? Hansı fəaliyyətlər həyata keçirilir? 5. Həmin peşə sakinlərinin hazırki iş şəraiti və şərtlər necədir? Regionda, yoxsa şəhərdədirmi? Ofis işi, yoxsa çöl işidirmi? 6. Peşədə kişi və ya qadın olmağın rolu varmı? 7. İşə qəbul necə aparılır? 8. Karyera inkişafı necədir? 9. Gəliri, maaşı sabitdirmi?
  • 19. 1. Maddi vəsait Əmək haqqı. 2. İşin stabilliyi İnsan ona görə işləyir ki, bu iş onun gələcəyinə ümid verir, çünki stabil və etibarlıdır. 3. Həmkarlarla ünsiyyət İnsan ona görə işləyir ki, onu maraqlı insanlar, mehriban kollektiv əhatə edir və bu ünsiyyət ona sevinc bəxş edir. 4. Peşənin nüfuzlu olması Hər bir insan seçdiyi peşənin cəmiyyətdə, onu tanıyanlar arasında nüfuzlu olmasını istəyir. 5. Peşəkarlıq Öz ixtisasını mükəmməl bilmək, yüksək peşəkarlıq insana əmək fəaliyyətindən həzz almağa stimul verir. Peşə seçimi istiqamətində müx təlif araşdırmalar aparılıb və psixoloqlar insanların əmək fəaliyyətinin beş əsas motivini müəyyən ediblər. Motiv - ? Insanı fəaliyyətə təhrik edən, onu müəyyən bir işi görməyə sövq edən qüvvədir, stimuldur.
  • 20. ➢ Peşə həyatı mənalı edir. ➢ Sizə cəmiyyətdə müəyyən status verir. ➢ Peşə özünü dərk etməyə imkan verir. ➢ Maddi imkan sağlayır. ➢ Peşə sizi məsuliyyətli olmağa sövq edir. ➢ Nəyə qadir olduğunuzu göstərir. ➢ Peşə sizi yetkinləşdirir və yaradıcı olmağa imkan verir. Deməli: Çin filosofu və mütəfəkkiri Konfutsi peşə seçiminin nə qədər vacib olduğunu bu cür izah etmişdir. “Sevdiyiniz bir peşə seçsəniz, həyatınız da bir gün belə çalışmış sayılmazsınız”.
  • 21. İstedad Dəyərlər Maraqlar Şəxsiyyət xüsusiy yətləri Gözləntilər Fiziki xüsusiy yətlər Peşə seçminə təsir edən amillər . Cinsiyyət Ailə Sosial-İqtisadi vəziyyət Peşə seçiminə təsir edən amillər çoxlu və müxtəlifdir. Bunların etibarlı, hamı tərəfindən qəbul edilmiş siyahısı hələ hazırlanmamışdır. Bu prosesdə ilk növbədə fərdin şəxsiyyət xüsusiyyətləri və özünü necə görməsi mühüm rol oynayır.
  • 22.
  • 23. Özünü tanıma Şəxsiyyət xüsusiyy əti Sosial İqtisadi vəziyyəti İstedad Dəyərlər Maraq lar Fiziki xüsusiy yətlər Gözlən tilər 1 2 4 7 6 5 1 3 1 Mən nə edə bilərəm?, Hansı sahələrdə istedadlıyam?, Hansı dərslərdən uğur qazanıram? Hansı işi görməkdən Zövq alıram? Şəxsiyyət xüsusiy yətlərim seçdiyim peşəyə uyğunmu? Əsəbi, səbirli, fikirli,diqqətli, məsuliyyətli, və.s İş həyatından nə gözləyirəm? Yüksək əmək haqqı, sosial təminat, status və.s Peşənin tələb etdiyi fiziki şərtlərə uyğun luğum, seçdiyim peşəyə mane olacaq xəstəliyimin olub -olmaması Mənim üçün vacib olan nədir? Alacağım təhsilin xərclərini qarşılaya bilərmi?
  • 24. İstedad nədir? İstedad peşə seçimində ən vacib meyarlardan biridir. İstedadın iki növü var. o Anadangəlmə (irsi xüsusiyyət) o Ətraf mühit faktorlarının təsiri ilə zamanla inkişaf etdirilə bilən bir xüsusiyyət. ✓ Hər uşağın istedadı (qabiliyyəti) fərqlidir. ✓ Nəsildən nəsilə keçir. Bir insanın bir işi və ya fəaliyyəti digərlərindən daha sürətli yerinə yetirmək qabiliyyəti və öyrənmə gücüdür.
  • 25. ✓ Əgər uşağın qabiliyyəti olduğu sahəyə marağı varsa və ətraf mühit şəraiti bu marağı dəstəkləsə, uşağın bacarıqları inkişaf edər. ✓ Dəstəklənməyən qabiliyyət sahələri zamanla sönür. Misal üçün: Uğurlu üzgüçü olmaq üçün anadangəlmə qabiliyyətə malik olan fərd, dənizdən kənar ərazidə bu istedadı bacarıqa çevirmək şansına malik olmaya bilər.
  • 26. İstedad və bacarıq bir-birinə yaxın olan anlayışlardır. Onlar tez-tez fərqinə varmadan bir-birinin əvəzinə istifadə olunur, lakin ikisi arasında incə bir fərq var. İstedad anadangəlmədir. Bacarıq əldə etmək üçün müəyyən vaxt tələb olunur. Bunda ətraf mühitin təsiri böyükdür. Ətrafınızda və ya sosial mediada insanların müəy yən bir hissəsinin ana və ya atası ilə eyni peşəyə sahib olduğunun şahidi olursunuz. Bu misallar bizə qabiliy yətin təsadüf nəticəsində deyil, genetik xüsusiyyətlə rə malik olduğunu açıq şəkildə göstərir.
  • 27.
  • 28. Ümumi öyrənmə qabiliyyəti. Məktəbdə uğur qazanmaq üçün tələb olunan ümumi akademik qabiliyyət. 1. Zehni qabiliyyət - ? 2. Nitq qabiliyyəti - ? Sözlərin mənasını bilmək, mülahizə yürütmək, fikri sözlərlə effektiv ifadə etmək və.s 3. Rəqəmsal bacarıq- ? Riyazi hesablamaları tez və dəqiq yerinə yetirmək bacarığı.
  • 29. 4. Kosmosla əlaqəli qabiliyyət - ? Kosmosdakı obyektlərin formalarını qavramaq, cisimləri iki və ya üç ölçülü görmək və ya müxtəlif bucaqlardan baxdıqda həndəsi fiqurları başa düşmək bacarığı. 5. Obyektləri incələmək - ? Bir obyektin, şəkilin və ya qrafikin təfərrüatlarını qavramaq və ya çox oxşar olan iki təsviri müqayisə etmək və aralarındakı kiçik fərqləri görmək bacarığı. Uzunluq və en kimi obyektlərin ölçüləri arasında incə fərqləri qavramaq bacarığı.
  • 30. 6. Ofis bacarıqları - ? Yazılı mətndə və ya cədvəldə təfərrüatları qavramaq, iki ayrı mətn arasındakı fərqləri görmək, söz və ya ədədi məlumatları düzəltmək və arifmetik hesabla malarda qavrayış səhvlərinə yol verməmək bacarığı. 7. Motor bacarıqları - ? Göz və əl və ya göz və barmaqları tez, dəqiq və koordinasiyalı şəkildə hərəkət etdirmək bacarığı.
  • 31. 8. Barmaq çevikliyi -? Kiçik əşyaları barmaqla tez, dəqiq və istədiyiniz istiqamətdə hərəkət etdirmək və ya yerləşdirmək bacarığı. Əlləri tez və ustalıqla idarəetmə bacarığı. 9. Çeviklik - ?
  • 32. İntellekt adları Bacarıqlar Peşələr Verbal (şifahi)-linqvistik intellekt Oxuma, yazma, dinləmə və danışıqda sözlərdən səmərəli istifadə etmək bacarığı Şair •Jurnalist •Müəllim •Psixoloq Məntiqi-riyazi intellekt Buraya hesablama bacarıqları, məntiqi səbəb-nəticə əlaqələrinin qurulması və mürəkkəb problemlərin həlli daxildir Riyaziyyat müəllimi •Mühəndis •Məntiq alimləri •Filosoflar Musiqi-ritmik intellekt Buraya səsin ritminə və tembrinə, eləcə də səsin emosional ölçüsünə həssas olmağı tələb edən bacarıqlar daxildir Bəstəkar •Pianoçu •Gitaraçı •Vokalist •Təbilçi Bədən-kinestetik intellekt Şəxsin öz bədən hərəkətlərini və əşyaları məharətlə idarə etmək bacarığı Aktyorlarlar •Rejissorlar •İdmançılar •Rəqqaslar •Neyrocərrahlar •Brilyant kəsicilər Vizual – fəza intellekt Şəkil və rəsmlər ilə düşünmək, dəqiq və abstrakt şəkildə vizuallaşdırmaq bacarığı •İnteryer Memarlar •Vizual Dizaynerlər •Qrafik Dizaynerlər •Xəritə Mühəndisləri •Avtomobil Mexanikləri Şəxslərarası intellekt Digərlərinin əhval-ruhiyyəsi, motivasiyası və istəklərini müəyyənləşdirə bilmək və ona uyğun şəkildə cavab vermək bacarığı İdarəetmə •Liderlik •Satış məsləhətçisi Şəxsiyyət daxili intellekt Fərdin öz daxili hissləri, dəyərləri, inancları və düşünmə proseslərini anlaması və onları aydın şəkildə hiss etmək bacarığı Pilotlarlar •Polislər •Yazıçılar •Məsləhətçilər •Müəllimlər Təbiətə aid intellekt Bitkilər, heyvanlar və təbiətdəki digər obyektləri müəyyənləşdirmək və kateqoriyalara bölə bilmək bacarığı Fermerlər • Kənd təsərrüfatı mütəxəssisləri • Baytarlar Amerikalı psixoloq Howard Gardner, çoxlu zəka nəzəriyyəsi ilə, insan zəkasının tək bir ölçüsü olmadığını, 8 əsas intellekt (qabiliyyət) sahəsi olduğunu və hər bir zəka növünün beyin strukturunda özünəməxsus bir funksiyası olduğunu sübut etdi.
  • 33. Bacarıq - ? Bilik, təcrübə, vərdiş nəticəsində əldə edilmiş işgörmə qabiliyyətidir. Tələb olunan bacarıqlar iki yerə ayrılır: ▪ Texniki bacarıqlar ; ▪ Sosial bacarıqlar. İş dünyasında ən çox axtarılan bacarıqlar texnologiyadakı irəliləyişlər dən asılı olaraq dəyişir.
  • 34. Bu bacarıqlar asanlıqla ölçülə və dəyərləndirilə bilir. Sosial bacarıqlar. Həyat problemlərini həll etməyə və digər insanlarla işləməyə kömək edən bacarıqlara deyilir. Texniki bacarıqlar. Təhsil, təlim və təcrübə yolu ilə əldə etdiyiniz bacarıqlara texniki bacarıqlar deyilir
  • 35. Ünsiyyət bacarıqları Dinləmə, şifahi və yazılı ünsiyyət, bədən dili, komanda işi, empatiya, danışıqlar və inandırma qabiliyyəti, münaqişələrin idarə edilməsi, vaxtın idarə edilməsi, stressin idarə edilməsi, problemlərin həlli, iş etikası və rəyə açıq olmaq Xarakter xüsusiyyətləri Dürüstlük, məsuliyyətli, asan uyğunlaşma, qərar qəbul etmək, şəfqət, səbir, cəsarət, sədaqət və.s
  • 36. Vərdişlər Könüllü fəaliyyətlərdə iştirak, idmanla məşğul olmaq, balanslaşdırılmış qidalanma və.s Nəzakətli olmaq Xahiş edirəm, təşəkkür edirəm, bağışlayın, icazə istəyin, insanlara kömək etməyi təklif edin Liderlik: İnsanları istiqamətləndirmək, problemlərə müxtəlif yönlərdən baxmaq və onlara təsirli həll yolları tapmaq, insanları dəstəkləmək və inkişaf etdirmək.
  • 37. Maraq nədir? İnsanların heç bir məcburiyyət olmadan öz istəyi ilə, zövq alaraq gördüyü işə deyilir. Peşə seçimində bacarıqlarımız qədər maraqlarımız da önəmlidir. Maraq və təsirlə formalaşır. daxili xarici Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Buna yaşadığı ❖ Mühit; ❖ Cinsiyyət; ❖ Yaş; ❖ Zəka; ❖ Fiziki imkanlar və s. səbəblər daxildir.
  • 38. Maraq mövzusunu tədqiq edən ilk nəzəriyyəçilərdən biri olan Superin fikrincə, fərdlərin peşə maraqlarının tanınmasının dörd əsas yolu var: ➢ İfadə olunan maraqlar ➢ Müşahidə olunan maraqlar Şəxsin sözləri ilə ifadə edilir. Nəyi sevib sevmədiyini şifahi şəkildə izah edir. Şəxsin davranışına və ya fəaliyyətinə baxaraq başa düşülə bilən maraqlardı. ➢ Ehtiyatlarla ölçülən maraqlar Inventarlardan əldə edilən nəticələrə görə başa düşülə bilən maraqlardı. ➢ Testlərlə ölçülən maraqlar Testlərin nəticələrinə baxmaqla müəyyən edilən maraqlar. (Qabiliyyət testlərinin nəticələrinə əsasən maraqların proqnozlaşdırılması)
  • 39. Şəxsiyyət xüsusiyyətləri İnsanın şəxsiyyəti fitri xüsusiyyətləri və sosial mühit tərəfindən formalaşır. Şəxsiyyət xüsusiyyətləri -? Bioloji və ətraf mühit amillərinin qarşılıqlı təsiri ilə əmələ gələn ▪ Meyllər; ▪ Davranışlar; ▪ Düşüncə tərzləri; ▪ və emosional nümunələrin məcmusudur. Peşənin xüsusiyyətləri ilə insanın xüsusiyyətləri uyğun gələrsə, fərd öz işində daha uğurlu olar.
  • 40. Hər bir insanın şəxsiyyəti fərqlidir. Dünyada şəxsiyyət haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Karyera inkişafı şəxsiyyət xüsusiyyətlərindən asılı olmayaraq inkişaf edə bilməz. Son zamanlar “Böyük beşlik” kimi tanınan elmi nəzəriyyə xeyli populyarlıq qazanıb. İnsanları davranış ları və hərəkətlərinə görə 5 psixotipə bölmək olar. 1. Məsuliyyətli insanlar dəqiq və intizamlı olurlar. Məsuliyyətsiz insanlar həyatsevər və ağlına gələni edən insanlardır. Bəzi hallarda onlar tənbəl və iradəsiz olurlar.
  • 41. 2. Introvertlər Ekstravertlər Diqqət mərkəzində olmağı, ictimai tədbirlərdə iştirakı, qrup daxilində fəaliyyəti xoşlayan şəxslərdir. Tək, müstəqil fəaliyyət göstərməyi xoşlayan insanlardır. 3. Ekstravertlər Xoşniyyətli, səxavətli, diqqətli, şəfqətli, səmimidirlər. Onlar, eyni zamanda sadəlövh və qayğıkeşdirlər. Təkliyi sevənlər Rəqabət aparmağı sevirlər. Onlar tərs və kobud olur, heç kəsə etibar etmirlər, kollektivdə olmağı sevmir və çox vaxt mərhə mətsiz olurlar.
  • 42. 4. Təcrübəyə açıqlıq Bu tip insanlar yaxşı təxəyyülə malikdir, biliyə həvəsli və eyni dərəcədə müstəqildirlər. Mühafizəkar İnsanların davranışı adidir, stabilliyi və ailə dəyərlərini üstün tuturlar. 5. Nevrotik Həyəcan və əsəbilik kimi neqativ emosiyalar keçirən insanlar aiddir. Emosional stabillik Sadiq, güclü və təmkinli insanlar durur. Onlar çətin vəziy yətlərə sinə gəlməyi bacarır və istənilən zərbəyə hazırdırlar. Jon Holland ixtisas seçimi nəzəriyyəsinin yaradıcısıdır.
  • 43. Şəxsiyyətin tipi Xüsusiyyətləri Peşələr Realistik (Realistik) Onlar səbirli, praktik, materialist, təbii, əzələ fəaliyyəti və motor koordinasiyası tələb edən işlərdə müvəffəqiyyətli olurlar, açıq havada işləməkdən həzz alırlar, əşyalar, mallar, maşınlar və heyvanlarla əlaqəli fəaliyyətlərlə maraqlanırlar. Avtomobil mexanikasını, hər cür vasitə texniklərini, mühəndislik, kənd təsərrüfatı işlərini, baytarlıq, meşəçilik, dənizçilik, bədən tərbiyəsi müəllimləri və idmançıları misal göstərmək olar. Tədqiqatçı (İntellektual) Onlar analitik təfəkkürə malik, rasional, tənqidi, vasvası, səbirli, metodik, introvert (populyar olmağı sevməyən) və elmi fəaliyyətdən həzz alan insanlardır. Bioloq, genetik, riyaziyyatçı, kimyaçı, fizik, tədqiqatçı, antropoloq, akademik, alimi misal göstərmək olar. Rəssam (bədii) Onların həyəcanı və həvəsi balanssız, təxəyyüllü, impulsiv, mürəkkəb, intuitiv, müstəqil, emosional, həssas və təsirli, estetik fəaliyyətlə maraqlanan, yaradıcılıqda uğurludur. Yazıçı, rəssam, aktyor, teatr aktyoru, musiqiçi, dekorator, heykəltəraş, memar nümunələri göstərmək olar. Sosial Onlar yardımsevər, məsuliyyətli, sosial, əməkdaşlıq edən, empatik, səmimi, səbirli, xeyirxah və anlayışlı, başqalarına kömək etməyə hazırdırlar. Məsələn, sosial işçilər, psixoloji məsləhətçilər, psixoloqlar, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər və müəllimlər. Sahibkar Onlar ekstrovert, enerjili, özünə güvənən, iddialı, impulsiv, yüksək inandırıcı, səbirsiz, maraqlı, macəraçı, optimist, sosial, danışandırlar. Satıcı, marketoloq, makler, siyasətçi, hüquqşünas, reklamçı, jurnalisti misal göstərmək olar. Ənənəvi Onlar diqqətli, vasvası, itaətkar, ardıcıl, əyilməz, nizam-intizamlı, səbirli, özünü idarə edə bilən, vicdanlı, təxəyyülsüz, balanslı, qaydalara sadiqdirlər və sistemli işləməkdən zövq alırlar. Kassir, kitabxanaçı, poçtalyon, mühasib, maliyyəçi, hərbçi, polis, məmur, hakim, prokuroru misal göstərmək olar. Hollandın 6 şəxsiyyət növü:
  • 44. Bu səbəbdən hər kəs öz dəyərlərinə və ehtiyaclarına uyğun bir peşəyə müraciət etməlidir. Peşə Dəyərləri nədir? Peşə seçimi nəticəsində peşənin təmin edəcəyi qazanc deməkdir. Peşələr ehtiyaclarımızı ödədiyi dərəcədə dəyərlidir. Pul, sosial prestij, təhlükəsizlik, nizamlı həyat və s. peşə seçimində ön plana çıxan dəyərlərə misal olaraq verilə bilər. Təmizlik, sevgi, dostluq, sülh, vicdanlı, səbir, əxlaqlı,hörmət,vətənsevərlik və.s Dəyərləriniz nədir? (Sizin üçün vacib olan nədir?)
  • 45. Peşə dəyərləri -? Bir peşəni fərd üçün dəyərli edən xüsusiyyətlərə deyilir. Sosial təminat işsiz qalmamaq və ya gələcəkdə özlərini təhlükəsiz hiss edəcək gəlirə və ya pensiya müavinətlərinə sahib olmaq.
  • 46.
  • 47. Risk alma İşin bəzi risklərini gözə alaraq daha çox qazanc əldə etmək və ya daha yüksək vəzifəyə çatmaq. Rəqabət İşdə rəqabət edərək başqalarından üstün olduğunu sübut etmək imkanı. İnandırma İşə başqalarını yönəltmək üçün inandırmaq və təsir etmək imkanı. Dəyişmək İşlərin müxtəlifliyi, müxtəlif tapşırıqları və fəaliyyətləri tez-tez yerinə yetirmək imkanı verir. Düzənlilik Çalışma saatlarının və görülən işlərin rutin və düzənli olması
  • 48. Uşaq və gənclər peşə seçimi yolunda bir çox mərhələlərdən keçirlər. 5-12 yaş ​peşəkar şüurun formalaşmağa başladığı dövrdür. Məktəbəqədər və ibtidai məktəbi əhatə edir. Peşələrin varlığını və fərqini anlamağa başlayır. 13-14 yaşlarında yeniyetmələr bacarıqlarını dərk etməyə başlayır və təhsil həyatı ön plana çıxır. Hansı sahə də başarılı olub-olmayacaqları haqqında qərar verə bilirlər. Peşə seçimi bir anda verilən qərarla formalaşan proses deyil, əksinə, illərlə davam edən inkişaf prosesi nin sonunda baş verir.
  • 49. 17-18 yaşda peşə seçimi dövrü başlayır. o Universitetə getmək. o Universitetdə hansı sahəyə getməli. o Seçilmiş sahənin şərtləri (əmək haqqı, insanın peşəkar dəyərlərinə uyğunluq səviyyəsi və s.) 15-16 yaşlarında dəyərlər ön plana çıxır. Bu dövrdə yeniyetmələr pul qazanmaq, status qazanmaq, başqalarına kömək etmək və gələcəklərini təmin etmək kimi peşələrin təqdim edəcəyi dəyərlər haqqında düşünməyə başlayırlar. Peşəyə yiyələnmə mərhələlərinə nəzər saldıqda deyə bilərik ki, insan əvvəlcə xəyal qurmalı, məqsədini müəyyənləşdirməli və bu hədəfə çatmaq üçün çox çalışmalıdır.
  • 50. Peşələrlə tanışlıq Bu peşə üzrə işlə Yən zaman istifadə edilən avadanlıq lar nələrdir? Peşədə irəliləyiş üçün hər hansı imkan varmı? Peşənin əmək ba zarının tələbləri nə cavab verməsi. Bu peşədə yerinə yetriləcək fəaliyyət lər hansılardı? İş mühiti (Əmək şəraiti) və şərt ləri hansılardı? Peşəyə qəbul (Ümumi orta təh sil, Tam orta təhsil) Bu peşədə lazım olan xüsusiyyət lər hansılardı? Peşənin imkanları 2.
  • 51. ❖ İş mühiti (Əmək şəraiti) və şərtləri hansılardı? ▪ İşlər qapalı və ya açıq havada aparılır? ▪ Səyahət etmə məcburiyyəti varmı? ▪ İşçi hansı istehsalat qəzalarına məruz qala bilər? ▪ Peşə xəstəlikləri varmı? Varsa hansılardı? ▪ Gündəlik iş vaxtı nə qədərdir? ▪ Gecə, həftə sonu və bayram növbətləri varmı? ▪ İllik məzuniyyət müddəti nə qədərdir? ▪ Neçə yaşda təqaüdə çıxılır? 2. Pesələrlə tanışlıq
  • 52. ❖ Peşədə irəliləyiş üçün hər hansı imkan varmı? ▪ Peşədə irəliləyiş illərə, yoxsa bilik və bacarıqlara əsaslanır? ▪ Bu peşəyə oxşar peşələr varmı? ▪ Bu peşə üçün iş haradadır? (Dövlət qurumları, özəl sektor, müstəqil) ▪ Ölkənin hər yerində bu peşə ilə məşğul olmaq olarmı? ▪ Orta aylıq qazanc nə qədər olacaq? ▪ Təqaüdə çıxanda maaş nə qədərdir? ▪ Ölkəmizdə bu peşəyə nə qədər ehtiyac var? 2. Pesələrlə tanışlıq
  • 53. ❖Peşənin əmək bazarının tələblərinə cavab verməsi. ❖ Bu peşədə yerinə yetriləcək fəaliyyətlər hansılardı? ❖ Bu peşə üzrə işləyən zaman istifadə edilən avadanlıqlar nələrdir? ▪ Düşünmək, danışmaq, oxumaq, dinləmək ▪ Qaldırmaq, dırmaşmaq,tarazlaşdırmaq,əyilmək,dayanmaq ▪ İyləmək, görmək, eşitmək, toxunmaq və.s) ❖ Peşəyə qəbul (Ümumi orta təhsil, Tam orta təhsil) 2. Pesələrlə tanışlıq
  • 54. ❖ Bu peşədə lazım olan xüsusiyyətlər hansılardı? ▪ Bu peşədə işləyərkən hansı orqanlardan daha çox istifadə olunur? ▪ Bu peşədə işləmək üçün hansı istedadlar (qabiliyyətlər) lazımdır? ▪ Akademik təhsildə hansı dərslər tədris olunur? ▪ Bu peşədə işləmək üçün hansı maraqlar olmalıdır? ▪ Bu peşədə işləmək üçün hansı şəxsiyyət xüsusiyyətləri tələb olunur? ▪ İşə qəbul olmaq üçün yaş məhdudiyyəti varmı? ▪ Minimum və maksimum çəki həddi varmı? ▪ Bu peşədə işləyənlərin hüquqlarını müdafiə edən orqanlar varmı? 2. Pesələrlə tanışlıq
  • 55. ❖ Peşənin imkanları: ▪ Bu peşənin hansı imkanları var? ▪ (Yaradıcı gücü üzə çıxarmaq, məsuliyyəti öz üzərinə götürmək; ▪ Təkbaşına qərar qəbul etmək, başqalarını idarə etmək; ▪ Başqaları ilə komandada işləmək, müstəqil biznes qurmaq; ▪ Fikir və hissləri çatdırmaq və onlara təsir etmək; ▪ Xəstə və zəif insanlara kömək etmək, çoxlu pul qazanmaq; ▪ Sosial təminat, səyahət , təhsil və.s 2. Pesələrlə tanışlıq
  • 56. 3
  • 57. Qabiliyyətlərin, maraqların, fiziki və şəxsiyyət xüsusiyyətlərin seçmək niyyətində olduğun peşəyə uygundurmu? Peşə ilə bağlı iş şəraiti (əmək haqqı, sosial təminat, status və.s) gözləntilərinə cavab verirmi? İqtisadi vəziyyətin alacağın təhsilin xərclərini qarşılaya bilərmi? 4. Alınmış məlumtların qiymətləndirilməsi.
  • 58. Karyera sonsuz inkişaf yoludur. İnsanın hər hansı bir sahədə inkişaf edərək bir pozisiyadan digərinə çatma prosesidir. Karyera çalışaraq hər hansı bir vəzifədə müəyyən pilləyə qalxmaq, dərəcə qazanmaq və daha peşəkar səviyyəyə nail olmaqdır. Karyera nədir? Peşə və karyera eyni termin kimi görünsə də fərqlidir. Bizim bir peşəmiz ola bilər, məsələn, müəllim, həkim, polis, hüquqşünas… Ancaq bu o demək deyil ki, bizim karyeramız var.
  • 59. Fərdin karyera inkişafına nə təsir edir? ✓ Cinsiyet ✓ İrsi (fiziki, zehni xüsusiyyətlər) ✓ Ailə mühiti və şərtləri ✓ Ailənin gözləntiləri və dəyərləri ✓ Təhsil mühiti və şərtləri ✓ Sosial şərait ✓ Fərdi xüsusiyyətlər ✓ Şans, təsadüf...
  • 60. Kariyer planlama Karyera planlaması iş həyatında müəyyən uğurlar əldə etmək istəyən hər kəs tərəfindən edilməlidir. Düzgün karyera planı qurmaq gələcəyin üçün olduqca vacibdir. Doğru işdə işləmək və sevdiyin işi görmək istəkləriniz arasında olsa belə bəzi hallarda bu mümkün olmur. Düzgün karyera seçimi aparmaq üçün: ▪ Yeni fürsətləri dəyərləndirməli ▪ Qarşıya çıxan maneələri aradan qaldırmalı ▪ Maraq dairəsinə uyğun işləri müəyyən etməli ▪ Güclü və zəif tərəflərini, bacarıqlarını dəyərləndirməli ▪ Bacarıqlarını inkişaf etdirməli ▪ Peşələri tanımalı ▪ Sektorları araşdırmalı
  • 61. Peşə seçimində ailənin rolu . Uşağın karyera inkişafında təsirli olan iki əsas mənbə var. Bunlardan biri fərdin ana və atasından aldığı irsi xüsusiyyətlər, digəri isə ətraf mühit faktorlarıdır. Tədqiqat nəticələri göstərir ki, uşaqlar təhsil və karyera qərarları alarkən ən çox valideynlərindən təsirlənirlər. Valideynlərin övladlarına təsiri müsbət olduğu kimi mənfi də ola bilər. Ailələr övladlarını qorumaq və onlara nəzarət etmək üçün hər cür dəstəyi versələr də, təəssüf ki, çox vaxt onların qərarlarına müdaxilə edir və uşaqlarını öz istək və dəyərlərini əks etdirən qərarlar seçməyə məcbur edirlər.
  • 62. Bəzi ailələrdə övladın xoşbəxtliyi və uğurundan çox valideynlərinin peşəsinin davam etdirilməsi istənilir. Ailələrin övladlarının karyera inkişafına mənfi təsir göstərdiyi digər bir cəhət isə onların qabiliyyət səviyyəsindən yuxarı gözləntiləri olduğu üçün onlara təzyiq göstərmələridir. Bu zaman ailələrinin gözlədiyi səviyyəyə çata bilməyən fərdlərin yaşadıqları məyusluq istər-istəməz özgüvən səviyyələrinin azalmasına səbəb olur. Bundan başqa, bəzi ailələr övladlarının istedadına etinasız yanaşır və ya bu istedadı boğmağa çalışırlar.
  • 63. Cinsiyyət. Cinsiyyət peşə seçiminə təsir edən mühüm amillərdən biridir. Ölkəmizdə cəmiyyətin qadınlardan gözləntiləri evdar qadın və analıq rollarına zidd olmayacaq peşələrə üstünlük vermələridir. Cəmiyyətimizdə qadınların uyğunlaşdığı peşələr incəsənət, müəllimlik, həkimlik, tibb bacısı, katibəlik, ofis işləri, kassir və.s. Peşələrin cinslərə görə bölgüsü baxımından balanssızlıq bəzi sahələrdə özünü göstərir. Məsələn, rəhbər vəzifələrdə çalışan qadınların sayı kişilərlə müqayisədə çox azdır. Kişilər isə İdarəetmə, texnik və.s Məsələn, qadının taksi və ya yük maşını sürücüsü olmağı seçməsi sosial baxım dan ona uyğun olmayan seçim kimi də qəbul edilə bilir. Halbuki qadınların belə peşələrə girməsini məhdudlaşdıran heç bir peşə qanunu yoxdur. Bütün peşələr hər iki cins tərəfindən yerinə yetirilmə potensialına malikdir.
  • 64. Hər bir cəmiyyətdə təhsil və iqtisadi səviyyə baxımından bir-birindən fərqlənən sosial təbəqələr mövcuddur. Bu sosial təbəqələri bir-birindən fərqləndirən ən mühüm göstəricilərdən biri də seçdikləri peşədir. Ailənin sosial iqtisadi vəziyyəti fərdin karyera inkişafına təsir göstərir. Peşənin formal və ya qeyri-formal (rəsmi və qeyri-rəsmi) təhsil nəticəsində əldə edildiyini nəzərə alsaq, demək olar ki, ailənin fərdə verdiyi sosial və iqtisadi imkanlar həm də fərdin alacağı təhsilin müddətini və keyfiyyətini müəyyən edir. Deməli, sosial-iqtisadi vəziyyət fərdin peşə seçiminə birbaşa təsir göstərir. Sosial iqtisadi vəziyyət.
  • 65. Sizin inkişafiniz dəstəkləyən təkliflər. Bilirsiniz ki, zaman əlinizdə olan ən dəyərli nemətlərdən biridir, keçdiyi zaman onu geri qaytarmaq mümkün deyil. Bunun üçün vaxtınızı faydalı şəkildə keçirməlisiniz. ❖ Kitab oxuma vərdişi qazanmalı, kitabları mütəmadi oxumalısınız. ❖ İnformasiya əldə etmək, araşdırma aparmaq, layihələr hazırlamaq və şəxsi inkişafınızı təmin etmək üçün texnoloji imkanlardan düzgün istifadə etməlisiniz. ❖ Vaxtınızı rəsm çəkmək, musiqi alətlərində çalmaq, mahnı oxumaq, şeir oxumaq, kitab oxumaq, yazı fəaliyyəti, idman fəaliyyətləri, zehni oyunlar oynamaq, bağçılıq kimi fəaliyyətlərlə dolu keçirməlisiniz.
  • 66. ❖ İmkanlarınız nə qədər məhdud olsa da, özünüzü təkmilləşdirmək üçün ətrafınızdakı resursları və imkanları araşdırmalısınız. Kitabxanalar, muzeylər, xalq təhsili mərkəzləri, idman kompleksləri kimi pulsuz istifadə edilə bilən xidmətlər göstərən qurumlardan mümkün qədər faydalanmalısınız. ❖ Peşə seçiminizlə bağlı ətrafınızdan gələn fikir və təkliflərə açıq olmalı, ailənizdən, müəllimlərinizdən dəstək almalı, amma son nəticədə peşə seçimini özünüz etməlisiniz.
  • 67. Övladlarının sağlam karyera inkişafı üçün valideynlərə təkliflər: ▪ Övladlarınızı sağlam və mehriban ailə mühitində böyüdün. ▪ Onları olduğu kimi qəbul edin. ▪ Övladlarınızı orta məktəbdə müxtəlif peşələri kəşf etməyə təşviq edin və ▪ öyrəndiklərini sizinlə paylaşmasına icazə verin. ▪ Övladlarınızla birgə plan hazırlayaraq müxtəlif peşə sahiblərinin iş yerlərini ziyarət ▪ etməyə çalışın. Ətrafınızdakı müxtəlif peşələrdə çalışan tanışlarınızla görüş təyin edin və övladlarınızın peşələri yerində müşahidə etməsini təmin edin. ▪ Övladlarınızın özünü tanımasına kömək edin.
  • 68. ▪ Övladınızda müşahidə etdiyiniz güclü və zəif cəhətləri onlarla bölüşün. ▪ Övladlarınızla gələcəkdə necə bir həyat tərzi keçirmək istədiyi haqqında danışın. Onların xəyal etdiyi standartlara çatmaq üçün bu gün nə etməli olduğunu müəyyənləşdirin. ▪ Övladlarınızı bu gün etməli olduğu işləri müəyyən bir plan ▪ çərçivəsində etməyə təşviq edin. ▪ Övladlarınızın seçimlərinə təzyiq göstərməyin və onlar üçün ən yaxşı seçimin nə olduğunu başa salmağa çalışın. ▪ Maddi imkanlarınızdan asılı olmayaraq, ətrafınızdakı resurslara diqqət yetirin və övladlarınızın onlardan faydalanmasını təmin edin.
  • 69. Müəllimlərə tövsiyələr: ▪ Şagirdləri ətrafdakı resursları və imkanları tanımağa və onlardan faydalanmağa istiqamətləndirin. ▪ Şagirdlərin şəxsiyyətlərinin sağlam inkişafı üçün nümunəvi şəxsiyyətləri tanıtmaq. ▪ Şagirdləri texnologiyadan düzgün və şüurlu istifadə etməsi üçün məlumatlandırın. ▪ Şagirdlərə özlərini inkişaf etdirməsi üçün kitab oxumaq sevgisini aşılayın.
  • 70. Şagirdlərə xüsusi bilik və bacarıq lazım olduqda, peşə-karyera rəhbərliyi sahələrində dəstəyə ehtiyacları olduğunda onların rəhbər və psixoloji məsləhət xidmətinə yönəldilməsini təmin etmək. ▪ Valideynlərin peşəyönümü ilə bağlı məlumatlılığının artırılması məqsədilə keçiriləcək seminarlarda iştirakını və fayllara daxil olmasını təmin etmək. ▪ Şagirdlərə peşələri tanıtmaq, iş şəraiti, peşələrin çətinlik səviyyəsi, risk səviyyəsi, qazanc vəziyyəti, üstünlükləri və çatışmazlıqları kimi müxtəlif mövzularda məlumatların təqdim edilməsi üçün bələdçi və psixoloji konsultasiya xidmətləri ilə əməkdaşlıq etmək. ▪ Şagirdlərə əxlaqlı və yaxşı şəxsiyyət olmaları üçün mədəni və ümumbəşəri dəyərlərimizi öyrədin.
  • 71. Gələcəyin peşələri Texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində bir çox iş yeri avtomatlaşdırıldı. “Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir” İnsandan fiziki əmək tələb edən və təkrarçılıqdan ibarət olan peşələrin yaxın gələ cəkdə yoxa çıxması proqnozlaşdırılır: Robot mühəndisliyi Robot Mühəndisi müvafiq proqram hazırlayaraq robotlar üçün tapşırıqları müəyyənləşdirir. Bu tapşırıqlar üçün lazımi əmrləri və koordinatları verir. Bu peşəni seçmək istəyənlər riyaziyyat fənnini , kompüter , program alqoritmini yaxşı bilməlidir.
  • 72. Kiber təhlükəsizlik mütəxəssisi Hacker hücumları bir çox insanın və ya qurumun başı na gələ bilər. Bu vəziyyət, Kiber şəbəkələrin ən son və ən müasir texnologiya ilə qorunmasını zəruri edir. Kiber Tex nologiya mütəxəssisi olmaq üçün kompüter texnologiya sını yaxşı bilmək və analitik düşünmək lazımdır. Proqram mühəndisliyi İxtisası gələcəyin ən perspektivli və yüksək maaşlı ixtisaslarından birincisidir. Çünki İnformasiya Texnologiyalarına olan maraq və tələ bat günü-gündən artmaqdadır. Azərbaycan əmək bazarında isə Proqram Təminatçısı ixtisasının əmək haqqı dəyəri 1000-2000 manat arasında dəyişir.
  • 73. Bazar Araşdırmaları üzrə Analitik Bu ixtisas korporativ və iri şirkətlərin məhsul portfelinin analizi və bazar araşdırması edən mütəxəssislərə yönəlmişdir və gələcəyin ən yaxşı ixtisasları arasında yer almaqdadır. Əmək haqqı namizədin iş təcrübəsinə əsasən təyin olunsada, 1000-1500 manat arasında maaş verilməkdədir. Analitik düşüncə, fərdin qarşılaşdığı problemləri tez və təsirli şəkildə həll etməsini təmin edən düşüncə metodudur.
  • 74. Mühasibat və Maliyyə Məsləhətçiliyi Gələcəyin ən yaxşı və qazancı yüksək olan digər bir ixtisası isə Mühasibat və Maliyyə Məsləhətçiliyidir. Bu ixtisasa olan maraq və tələbat hər daim yüksək olmuşdur. Əmək bazarında bu ixtisasa verilən maaş 2500-3000 manat dəyərindədir. Hüquqşünas İxtisasıda hər zaman yüksək qazanclı və tələbatı yüksək olan ixtisaslar arasında yer almış və almaqda da davam edəcəkdir. Bu ixtisasa verilən əmək haqqı isə 1000-2000 manat arasında dəyişir.
  • 75. Ümumi Əməliyyat Meneceri Bu ixtisas rəqəmsal və marketing dünyasında tələb olunan və perstiktivliyi yüksək olan peşe sahəsidir. İdarə etmə deməkdir. Xüsusilədə elektron mağazaların inkişaf etdiyi bir zamanda çox uğurlu ixtisas sahəsidir. Həmçinin bu ixtisasda da əmək haqqı namizədin iş təcrübəsinə əsasən təyin olunsada, 700-1500 manat arasındadır. Bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insan. Həkim
  • 76. Məsuliy yətli Ekstra vertlər Nevrotik Məsuliy yətsiz İntrovert lər Emosional stabillik Ektsraver siya Təkliyi sevənlər Mühafizə kar 1. Şəxsiyyət tiplərini araşdırarkən, sizin üçün ən uyğun olduğunu düşündüyünüz (sizi ən çox təsvir edən) üç tipi sadalayın. Təcrübəyə açıqlıq
  • 77. 2. Peşə dəyərlərini oxuyaraq, əvvəlcə bu dəyərlərin sizin üçün nə qədər önəmli olduğunu ardıcıllıqla qeyd edin. Peşə dəyərləri Çox önəmli Az önəmli Önəmsiz Təhlükəsizlik Sosial prestij İqtisadi qazanclar Peşədə tərəqqi Sosial təminat Bacarıqlardan istifadə Yaradıcılıq Müstəqillik Rəhbərlik Yenilik Risk alma Dəyişmək Rəqabət Düzənlilik İnandırma
  • 79. Fəaliyyət sahələri Maraq duyulan mövzular Bəzi əlaqəli peşələr Əsas elmlərin mövzuları Fizika mühəndisi, kimyaçı, bioloq, həkim Sosial elm Sosial məsələlər Antropoloq, psixoloq, tarixçi, sosioloq Canlı varlıq Heyvanların və bitkilərin həyatı Zooloq, botanik, kənd təsərrüfatı mühəndisi, baytar həkimi Mekanik Müxtəlif alətlər və maşınlar Bəzi mühəndislik sahələri (maşın, inşaat, təyyarə və s.) İnandırma Başqalarını heyran etmək Siyasətçi, sosial elm adamı, satıcı, müəllim Ticarət Ticarət işi İş adamı, iş adamı, iqtisadçı İş təfərrüatları Detallar, müntəzəmlik Katib, təşkilatçı, proqram prodüseri Ədəbiyyat İstənilən ədəbi fəaliyyət Yazıçı, Şair, ədəbiyyatşünas İncəsənət Plastik (heykəltəraşlıq və s.) və sənətkarlıq Rəssam, teatr rəssamı, balerina/balet Musiqi Musiqi ilə bağlı hadisələr Musiqiçi, bəstəkar, musiqi müəllimi 4. Sizi maraqlandıran fəaliyyət sahələri
  • 80. Unutmayın ki, yüksək səviyyəli mütəxəssis olmaq üçün düzgün peşə seçməli,nəzəri və praktiki bilgilər əldə etməli, sağlamlığınıza fikir verməli, daima öz üzərinizdə işləməli və yeniliklərə açıq olmalısınız. Diqqətinizə görə təşəkkür edirəm