3. Türk mifologiyasınını məhsulu olan Xızır
peyğəmbər yəhudi və ərəb mənbələrinə görə :
· Mesapotomiyada Həzrəti
İbrahimin və ya Həzrəti
Süleymanın zamanında
yaşayıb
· Mifik İran hökmdarı Efridür
ibn Esfiyünün vaxtında
həyatda olub
· Həzrəti Musanın
zamanında yaşayıb və ona
yoldaş olub
· Həzrəti Adəmin dövründə
həyatda olub, Adəmin dəfn
mərasimində iştirak edib.
· Həzrəti Məhəmməd
peyğəmbərlə görüşüb, Onun
dəfnində iştirak edib, Həzrət
Əli ilə görüşüb.
· Avropa və Asiyaya hakim
olan Zülqərneynin
qoşununun başçısı və onun
xalası oğludur.
· Əsl adı Belka bin Melkan,
künyəsi Əbul-Abbasdır, soyu
Nuhun oğlu Sama bağlıdır
4. Xıdır Nəbi bayramı
Azərbaycanda dədə-babadan qaydadır ki, hər il qış yarı
olanda Böyük Çilləylə Kiçik Çillə arasında Xıdır bayramı
keçirilərdi. Bəzi yerlərdə Xızır Nəbi, bəzi yerlərdə isə Xıdır
Ilyas adı ilə tanınan bu el bayramı ötən əyyamlarda böyük
təmtəraqla qeyd olunardı.
Xıdır Nəbir bayramı demək olar ki, Türk xalqlarının
hamısında təntənə ilə qeyd olunur. Xıdır Nəbir babanın
şərəfinə qurban kəsilir, qovrulmuş buğdanı üyüdərək
qovud düzəldirlər. Sonra bu qovud bir siniyə tökülər və
qırağında ailə üzvlərinin sayına görə, şamlar yandırılır.
Qovud doldurulmuş sinini pəncərənin qabağına qoyaraq,
Xıdır Nəbinin burada iz qoyacağına inanırlar. Yaşlı
adamlar Xıdır Nəbinin daha iki qardaşının – Xıdır Əlləz və
Xıdır İlyasın olduğunu söyləyirlər. Bu cür bayram Xıdır
Əlləz adı ilə Şərqi Anadoluda da keçirilir. Tədqiqatçılar bu
bayramı əski türk inancları ilə bağlayaraq, onun kökünün
çox qədim çağlara gedib çıxdığını qeyd edirlər. Türk
xalqları Xıdır Nəbiyə qurban və ya nəzir verməklə ailədə,
ocaqda bərəkətin təmin olunacağına inanırlar.
5. Abdulla Şaiq Xıdır Nəbi haqqında:
...Qafqaz və bəzi Şərq xalqları arasında belə bir
əfsanə dolaşmaqda idi ki, guya Xızır adlı bir
peyğəmbər var. O, həmişə diridir. Ona bəzi yerdə
Xızır Nəbi, bəzi yerdə Xıdır Nəbi deyirlər. Böyük
dərd, fəlakət, ya bədbəxt bir hadisə üz verdiyi zaman
«Ya Xızır!» - deyə onu köməyə çağırırdılar.
6. Xızırın yel qanadlı atı...
Xalq arasında deyilir
ki, həmin vaxt Xızır yel
qanadlı atı ilə obaya
çıxır. Camaat isə
meşədən ailə
üzvlərinin sayı qədər
qələm boyda palıd
çubuğu dərib başına
pambıq dolayırlar,
gecə içərisində buğda
olan sinini bir otağa
qoyub çubuğu
yandırırlar. Səhərə
qədər o otağa heç kəs
keçməməlidir. Səhər
duranda görürlər ki,
buğdanın üzərində nal
izi var. Deyilənə görə
həmin gecə Xıdır Elləs
(variantlardan biri)
bütün evləri gəzib öz
payını götürür.
7. Xıdır Nəbi bayranmında oxunan nəğmələr
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A Yel baba, Yel baba
Qurban sənə, Yel baba
Xızır, Xızır xız gətir
Var dərədən od gətir
Xıdır Nəbi, Xıdır Ilyas
Bitdi çiçək, oldu yaz!
Xızıra Xıdır deyərlər
Yoluna çıraq qoyarlar
Xıdırı saymayanın
Gözlərini oyarlar.
8. Bəzi inanclara görə Allah tərəfindən Xızır
peyğəmbərə aşağıdakı vəzifələr verilib:
• Aləmləri gəzərək darda olanlara
yardım edir, bəzi təbiət hadisələ-
rinə müdaxilə edir, gərəkli olan
insanlara gizli elm öyrədir.
• Allaha niyaz edən qulların dua-
larını Kəbədə olan Saba mələyi-
nə çatdırır. Hər azan vaxtında
Kəbəyə gedərək yardım edəcəyi
insanların siyahısını alaraq vəzi-
fəsini yerinə yetirir.
• Təkcə insanlara deyil, Allahın ya-
ratdığı digər aləmlərdəki canlı
varlıqlara da yardımçı olur.
• Bitkilərin cücərməsinə,heyvanla-
rın çoxalmasına, insanların güc-
lənməsinə yardımçı olur.
• Müxtəlif xəstəliklərdən şəfa tap-
mağa, ailədə ruzi-bərəkətin art-
masına köməklik edir.
• Yeni doğulan körpənin və can
verən xəstənin yanında olur.
• Yola çıxan yolçu ona əmanət
edilir.
• Xızır əmanətlərin keşikçisi hesab
edilir və insanlar bir-birilərinə bir
şey əmanət etdikləri zaman “Bu
Xızır əmanətidir” deyirlər.
9. Bayramda bişirilən yeməklər və atalar sözləri
Xızır günündə xəşil, qovut,
halva bişirmək, ağ at
minmək, şam yandırıb dağa
getmək xüsusi adətlərdəndir.
Anadoluda Xızırla bağlı atalar
sözləri və bir sıra müraciət
formaları vardır. Bu qəbildən
“Xızır yoldaşın ola”, “Hər
vaxtını hazır bil, hər
gördüyünü Xızır bil”, “Xızır
kimi yetişdi”, “Yetiş, Xızır
Nəbi, sən imdad eylə”, “Yetiş
carımıza Xızır, ya Xızır”, “Əli
haldaşımız, Xızır yoldaşımız
ola”, “Qul dara düşməyincə
Xızır yetişməz” və sair
göstərmək olar.