SlideShare a Scribd company logo
1 of 33
Download to read offline
Korporativ hüququn
əsaları
Seminar 17 yanvar 2017 EMİN KƏRİMOV
LLM, Minnesota Universitetinin Hüquq Məktəbi (ABŞ)
Hüquq üzrə bakalavr, Dövlət İdarəçilik Akademiyası
Korporasiyanın (şirkətin) mənası
• Kompaniya (company) qədim fransız dilindən (compaignie) İngilis dilinə keçmiş bir
ifadədir. Tərcümədə «əsgərlər birliyi» mənasını verir, orijinal Latın sözü
«companio» «səninlə birgə çörək yeyən şərik» anlamını verir. Həmçinin
«corporate» (korporasiya) ifadəsi geniş istifadə olunur, təcrümədə ‘birlik, şəxs,
varliq‘ anlamını verir.
• Azərbaycan dilinə geniş istifadə olunan termin «şirkət»dir. Türk mənşəli ifadədir,
gədim ərəb dilindən daxil olub, «şərik, ortaq» anlamını verir.
• Hazırda qanunvericilikdə əsasən «cəmiyyət» ifadəsi istifadə olunur. Keçmiş Sovet
dövründən qalmış formattdır.
Şirkətin (hüquqi şəxsin) əsas elementləri
• Fiksiya nəzəriyyəsi (theory of fiction)
- fiziki olaraq mövcud deyil, lakin qanun onun varlığını tanıyır
• Müstəqil şəxs (separate legal entity)
- müstəqil hüquq subyektidir, öz iştirakçılarından ayrıca bir şəxsdir
• Məhdud Məsuliyyət (Limited Liability)
- iştirakçııar şirkətin öhdəliklərinə görə məsuliyyət daşımırlar (eyni ilə
şirkət iştirakçıların öhdəliklərinə görə məsuliyyət daşımır)
Müstəqil şəxsiyyət və Məhdud Məsuliyyət
Salomon v A Salomon and Co Ltd [1897] AC 22
Upon registration, the company acquires locus standi, i.e. it becomes a “legal”
person, having legal rights and obligations in the same way that a natural person
does.
[Qeydiyyata alındıqdan sonra, şirkət locus standi əldə edir, yəni o, «hüquqi» şəxs
olur və fiziki şəxs kimi hüquq və öhdəliklərə malik olur]
Thrustees of Dartmounth College v Woodward [1819] 17 US 518
[korporasiya gözlə görünməyən, hiss olunması mümkün olmayan və yalnız qanun
(hüquq) baxımından mövcud olan suni təşkilatdır]
Müstəqil şəxsiyyət. Əmlak sahibi
Macaura v Northern Assurance [1925] AC 619
The corporator even if he holds all the shares is not the corporation, and that
neither he nor any creditor of the company has any property [rights]…..in the
assets of the corporation
[ Təsisçi şirkətin bütün səhmlərinin sahibi olsa belə özü şirkət olmur və nə onun, nə
də ki şirkətin kreditorlarının şirkətin əmlakında mülkiyyət (əşya) [jus in rem]
hüquqları yoxdur ]
Müstəqil şəxsiyyət. İştirakçıdan ayrı olması
Lee v Lee’s Air Farming Ltd [1960] 3 AII ER 420
Even if a person owns all the shares in a company, he does not own the
company’s property…….Mrs Lee was entitled to compensation because her
husband was employed by the company….and the decision in Salomon v
Salomov&Co was applies.
[Şəxs şirkətin bütün səhmlərinin sahibi olsada o, şirkətin əmlakının sahibi deyil.
Xanım Lee-yə kompensasiya verilməlidir çünki onun əri şirkətin işçisi idi.....və
Salomon v Salomov&Co işi üzrə qərar bu işə tətbiq edilmişdir]
İqtisadi səmərəyili nədir?
• Müstəqil hüquqi şəxsiyyət və məhdud məsuliyyət investisiyala sövq etmək,
ticarətə çağırmaq və kommersiya riski ilə bağlı olmasına baxmayaraq şəxsləri
biznesə başlamağa stimullaşdırmaq məqsədini daşıyır.
• İştirkaçıların (səhmdarların) məhdud məsuliyyətdən faydalanırlar, çünki (i) biznes
uğurlu olsa onlar gəlir əldə edirlər və (ii) şirkət ləğv olunsan onların məsuliyyəti
yalnız yatırdıqları vəsaitlərin dəyəri ilə məhdudlaşır.
• Şirkət ayrıca hüquq şəxsiyyət kimi tanındığından, şirkətin iştirakçılarının şirkətin
özündən ayıran «korporativ örtük» (corporate veil) metaforası yaranmışdır.
Müstəqil şəxs, Məhdud Məsuliyyət, Əmlak sahibi
Azərbaycan hüququnda
Mülki Məcəllə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət
qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca
əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi
qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq,
məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
• Əvvəlki keyslərdəki prinsiplər bu maddədə tam əks olunubdur....lakin
məhkəmələrimiz hərdən fərqli düşünürlər
Azərbaycan məhkəmə təcrübəsindən
AzAqroTreyd ASC keysi – şirkət ayrıca hüquq şəxsdir yoxsa paylı mülkiyyətdə olan
əşya?
• Nəsimi rayon məhkəkə şirkəti ümumi paylı mülkiyyət hesab edib (№ 2(006)-
1576/2008),
• Bakı Apellyasiya təsdiq edib (№ 2(103)-820/2010),
• Ali Məhkəmə (2 dəfə) ləğv edib yenidən baxışa göndərib (№ 2(102)-915/11)
• Yekun nəticə məlum deyil. Məhkəmə qərarlarını tapmaq olmur.
Milli Maşın Kompani MMC keysi
şirkətin əmlakı şirkətə məxsusdur yoxsa iştirakçıya? İştirakçı şirkətin əmlakını tələb
edə bilər mi?
• Yasamal rayon məhkəməsi MMC-nin əmlakını təsisçilər arasında bölüb və iddaçının
payında uyğun şirkətin konkret əmlakını verib (№2(004)-21/2009),
• Bakı Apellyasiya dəyişdirmədən saxlayıb (2(103)-1920/2010),
• Ali Məhkəmə bu hissədə apellyasiyanın qərarını təsdiq edib, başqa əsasla (borca
aid) qismən ləğv edib (kassasiya şikayətini qismət təmin edib), (№2(102)-41/11).
• 2013-cü ildə Konstitusiya Məhkəməsi qərarı ləğv edib yenidən baxışa göndərib
(İ.Ağayevin şikayəti üzrə KM 22.01.13 tarixli Qərarı)
Fries Qida MMC (Holland Fries) keysi
iştirakçı şirkətin əmlakını tələb edə bilər mi? Mənfəətin bölüşdürülməsini tələb edə
bilər mi?
• Nərimanov rayon məhkəməsi iddianı təmin etməyib ( №2(005)-807/2016),
• Apellyasiya məhkəməsi də təmin etməyib şikayəti ( №2(103)-5125/2016)
- İddiaçılar bir neçə tələb irəli sürüblər lakin məhkəmələr yalnız ikisinin imtinasını
əsaslandırıblar, digərinin imtinası heç cürə əsaslandırılmayıbdır.
- İmtina edilmiş tələblər üzrə məhkəmələrin mövqeyini düzgündür
- Lakin digər iddia tələblərə əhəmiyyət verilməməsi prosessual pozuntudur
Səhmdar və Şirkət münasibətləri
• Şirkətin mülkiyyətçisi kimdir? Heç kim?!
Həmçinin nəzərə almaq lazımdır ki, bir səhm onun sahibinə öz-özlüyündə səhmdar
cəmiyyətinin müqəddəratını müəyyən etmək deyil, səhmdar cəmiyyətinin idarə olunmasında
iştirak etmək hüququ verir. (AR Konstitusiya Məhkəməsinin Qərarı 16.12.11)
• Səhmdar şirkətin səhmlərinin sahibir.
Avropa Məhkəməsinin qənaətinə görə........Səhm təsdiqləyir ki, onun sahibi müəssisənin nizamnamə
kapitalındakı payının mülkiyyətçisi olaraq müvafiq hüquqlara malikdir. Bu yalnız aktivlər üzərində
dolayı nəzarət hüququ deyil, həmçinin səsvermə və müəssisənin fəaliyyətinə təsir göstərmək
hüququdur. (AR Konstitusiya Məhkəməsinin Qərarı16.12.11. Avropa Məhkəməsinin Shesti Mai
Engineering OOD və digərləri Bolqarıstana qarşı iş üzrə 20 sentyabr 2011-ci il tarixli Qərarı, § 77 və
Sovtransavto Holding Ukraynaya qarşı iş üzrə 25 iyul 2002-ci il tarixli Qərarı, § 92)
• Şirkətin əmlakı üzərində səhmdarın mülkiyyət hüququ yoxdur
• Səhmdar və şirkət arasında münasibətlər öhdəlik hüququ münasibətləridir (əşya
hüququ deyil)
Direktorun fidusiar öhdəlikləri
• Qısa desək – şirkətin ən yüksən maraqları üçün hərəkət etmək
• Diqqətlik, ehtiyat (duty of care), sadiqlik (loyalty) və vicdanlıq (good faith) – fidusiar
öhdəliyin triadası (triads of fiduciary duty)
• MM 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə
orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil
etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar
qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının
maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq və
ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun
olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o,
vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini
ödəməlidir.
Fidusiar öhdəliklər triadası MM-də
Hüquqi şəxs adından çıxış edən şəxs...... vəzifələrini yerinə yetirərkən.....
- vicdanla (good faith)....,
- peşəkar qaydada və məntiqlə hərəkət etmək (duty of care)...,
- hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq (duty of loyalty)
ehtiyatlı olmağa borcludur.
Direktorun fudisiar öhdəlikləri
• Ümumi qayda olaraq direktorun yalnız şirkət qarşısında fidusiar öhdəlikləri var.
Səhmdarlar qarşısında, yalnız müstəsna (xüsusi) hallarda (Xarici hüquq
təcrübəsində)
• Lakin, bizim MM 49.3-cü maddədə belə bir hissə var«... və onun bütün
iştirakçılarının maraqlarına sadiq olmaq». Bu obyektiv olaraq mümkün deyil.
• Həmin maddəsinin sonunda isə «həmin şəxs bu vəzifələrin hüquqi şəxsin
maraqlarına uyğun yerinə yetirlməsi üçün məsuliyyət daşıyır» qeyd edilib.
İştirakçıların maraqlarına görə məsuliyyət daşımır???
Business Judgement Rule
• Qərarların vicdanlılığı prezumpsiyası – direktor(lar) qərar verərkən qərarın şirkətin
maraqlarına uyğun olduğuna səmimi inanaraq, məlumatlı, və vicdanlı hərəkət
etdiklərini ehtiva edir.
• Bu prezumpsiya ABŞ məhkəməli tərəfindən formalaşıb və hazırda bir çox digər
ölkələrin qanunvericiliyinə daxil edilibdir.
• Məhkmə direktora qarşı iddiaya baxarkən ilk növbədə direktorun mübahisələndirilən
qərarlarınının
(1) vicdanlı olaraq,
(2) məlumatlı (prudent) və idraklı (reasonable) şəxsə uyğun olaraq diqqətlə, və
(3) şirkətin ən yaxşı maraqlarına uyğun hərəkət etdiklərini ağlabatan sürətdə
inanaraq qəbul edilib-edilməmədiyini yoxlayır.
«Business Judgement Rule» KM qərarı
KM-nin 16 noyabr 2016-cı il Qərarı (ONN şirkətinin keysi)
Hüquqi şəxs üçün baş vermiş mənfi nəticələr öz-özlüyündə hüquqi şəxs adından çıxış edən
şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansız və (və ya) qeyri-peşəkar və məntiqsiz
olmasına dəlalət etmir, çünki bu cür mənfi halların yaranması sahibkarlıq (maliyyə) riski
nəticəsində baş verə bilər.
Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətləri (hərəkətsizliyi) sahibkarlıq (maliyyə) riskini
aşmadığı halda o, hüquqi şəxsə vurulmuş ziyana görə məsuliyyətə cəlb edilə bilməz.
Hüquqi şəxs adından çıxış edən şəxsin hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş
hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığına və (və ya) qeyri-peşəkarlığına və
məntiqsizliyinə dəlalət edən halların mövcudluğu sübuta yetirilməlidir.
«Business Judgement Rule» KM qərarı
Aşağıdakı hallarda direktorun vicdansızlığı sübuta yetirilmiş sayılır:
- öz şəxsi maraqları ilə hüquqi şəxsin maraqları toqquşduğu halda hərəkət etmişsə; tərəfindən
bağlanmış əqd haqqında məlumatı hüquqi şəxsin iştirakçılarından gizlətmişsə və ya qeyri-dəqiq
məlumatlar vermişsə; əqdi, qanunvericinin və ya nizamnamənin tələb etdiyi hüquqi şəxsin orqanının
müvafiq razılığı olmadan bağlamışsa;
- hərəkətlərinin, törədildiyi anda hüquqi şəxsin maraqlarına cavab vermədiyini bilirdi və ya bilməli
idisə, məsələn, əqdi hüquqi şəxs üçün aşkar surətdə əlverişsiz olan şərtlərlə və ya öhdəliklərini
aşkar şəkildə yerinə yetirə bilməyəcək şəxslə bağlamışsa.
Hər iki testdə «corporate opportunity doctrine» elementləri var
«Business Judgement Rule» KM qərarı
Aşağıdakı hallarda şəxsin qeyri-peşəkarlığı və məntiqsizliyi sübuta yetirilmiş sayılır:
- ona məlum olan əhəmiyyətli məlumatı nəzərə almadan qərar qəbul etmişsə;
- qərarın qəbulu üçün əhəmiyyətli və lazımi olan məlumatın əldə edilməsi üçün heç bir tədbir
görməmişsə;
- müqaviləni müvafiq hüquqi şəxsdə tələb olunan daxili prosedura riayət etmədən (hüquq şöbəsi ilə,
mühasibatlıqla razılaşdırmadan) bağlamışsa.
Qərarın iqtisadi (biznes) səmərəliyə
baxılmamalıdır mı?
• Məhkəmələr qərarın iqtisadi (kommersiya) səmərəliliyinə və
məqsədəuyğunluğunu yoxlamamalıdır.
• Aşağıda göstərilən KM-nin qeyri-peşəkarlıq və məntiqsizlik testi (duty of care
analoqu) yalnız qərar vermə prosesinə aiddir və bir halda ki pozuntu yoxdur
məhkəmə qərarın mahiyyətinə müdaxilə etməməlidir.
• Bu prinsip BJR tətbiq edən bütün ölkələrin məhkəmələrində tətbiq olunur
• Qeyd edilən yanaşmanı nəzərə alaraq KM-in qərarında «sahibkarlıq (maliyyə)
riskini aşmadığı halda» ifadəsi tam uyğun deyil.
Qərarın iqtisadi (biznes) səmərəliyə
baxılmamalıdır mı?
• Shlensky v. Wrigley 237 N.E.2d 776 (1968)
«in a purely business corporation ... the authority of the directors in the conduct of the
business of the corporation must be regarded as absolute when they act within the law, and
the court is without authority to substitute its judgment for that of the directors…….the
response which courts make to such applications is that it is not their function to resolve
for corporations questions of policy and business management. The directors are chosen to
pass upon such questions and their judgment unless shown to be tainted with fraud is
accepted as final»
«xalis kommersiya şirkətində...bir halda ki, onlar qanun çərçivəsində hərəkət edirlər
şirkətin biznesinin idarə edilməsində direktorların səlahiyyəti şərtsizdir, və məhkəmənin
onların qərarını dəyişmək səlahiyyəti yoxdur....belə bir iddiyaya cavab odur ki, şirkətin
siyasəti və biznes idarəetməsi ilə bağlı sualların həlli məhkəmənin funksiyası deyil.
Direktorlar bu sualların həlli üçün seçilmişlər və onların qərarı aldatma (fraud) ilə əlaqəli
deyilsə, yekun kimi qəbul olunur»
• Brehm c Eisner 746 A.2d 244, 246 (Del.2000)
«Courts do not measure, weigh or quantify directors’ judgments….Due care in the
decision-making context is process due care only... Thus, directors’ decisions will
be respected by courts unless the directors are interested or lack independence
relative to the decision, do not act in good faith, act in a manner that cannot be
attributed to a rational business purpose….»
«Məhkəmələr direktorların qərarların ölçmürlər və qiymətləndirmirlər....Qərar
vermə kontekstində lazımi diqqətlilik yalnız qərarvermə prosesinə aiddir... Buna
görə də direktorlar qərarlarında maraqlı şəxslər deyillərsə və müstəqildirlərsə,
vicdansız deyillərsə və hərəkətləri rasional biznes məqsədə zidd deyilsə, onların
qərarlarına məhkəmələr tərəfində hörmət ediləcəkdir»
• In re Walt Disney Derivative Litigation case 907 A 2d 693 (2005)
“we do no even decide if they are [decisions] reasonable in this context. Due care
in the decision-making context is process due care only”
«Bu kontekstdə biz ümumiyyətlə onların [qərarların] ağlabatan olduqlarına dair
qərar vermirik. Qərarvermədə lazimi diqqət tələbi yalnız qərarvermə prosesinə
aiddir »
• Постановление ВАС РФ №62, 30.07.2013
«Поскольку судебный контроль призван обеспечить защиту прав
юридических лиц и их учредителей (участников), а не проверять
экономическую целесообразность решений, принимаемых
директорами.....»
«məhkəmə nəzarəti hüquqi şəxslərin və onun təsisçiləriin (iştirakçılarının)
hüquqlarının müdafiyəsini təmin edilməsinə yönəlib, direktorların
qərarlarının iqtisadi səmərəliyini yoxlanması üçün deyil...»
Digər müdafiyə mexanizmləri
• Sübutetmə yükü (öhdəliyi) iddiaçının üzərindədir, əks halda «business
judgement rule» prezumpsiyası aktivdir.
• KM-nin qərarında qeyd edilən hallar (testlər) varsa, o zaman sübut edilmiş
hesab edilir və sübutetmə yükü direktora keçir.
• Mənfi nəticənin və ya zəririn mövcudluğu sübut olunmalıdır
• Zərərə görə məsuliyyətin məhdudlaşdırıması razılaşması
• Peşəkar fəaliyyətin sığortası (Director liability insurance, D&O)
İştirakçıların (səhmdarların) fidusiar öhdəlikləri
var mı?
• Ümumi qaydaya görə iştirkaçılar fidusiar öhdəlik daşımırlar. Nə şirkət qarşısında nə də ki
digər səhmdarlar qarşısında.
• Xarici təcrübədə,yalnız müstəsna hallarda mümkün hesab edilir. Az sayda iştirakçlardan
ibarət, «qapalı» idarəetmə və fəaliyyət göstərən şirkət daxilində, iştirakçılar arasında
«xüsusi» münasibətlər olduqda.
• Yerli qanunvericilikdə birmənalı norma yoxdur. Lakin mülki qanunvericiliyin «vicdanlıq
prinsipindən» və öhdəliklərin vicdanla həyata keçirmək vəzifəsindən irəli gələrək
səhmdarların (iştirakçıların) f.ö olduğunu ehtiva etmək olar.
Tam ortaqlıqda ortaqlar müəyyən öhədliklər daşıyırlar
• MM 73.1. Tam ortaqlığın iştirakçısı nizamnamənin şərtlərinə uyğun olaraq ortaqlığın
fəaliyyətində iştirak etməyə borcludur.
• MM 73.3. Tam ortaqlıq iştirakçısının ixtiyarı yoxdur ki, qalan iştirakçıların razılığı olmadan öz
adından öz mənafeləri və ya üçüncü şəxslərin mənafeləri üçün ortaqlığın fəaliyyət predmetini
təşkil edən əqdlərlə eyni xarakterli əqdlər bağlasın. (duty of loyality, duty of care, business
opportunity doctrine)
MMC-nin «qapalı» təbiyyətini və «kənardan daxil olmanı» məhdudlaşdıran
normalarını nəzərə alsaq, iştirakçılar arasında müəyyən etibarlılıq və bir birinə
arxayınçılıq (reliance) olduğunu ehtiva etmək olar.
Donahue v Rodd Electrotype Co Mass. Sup. Jud. Ct., 328 N.E.2d 505 (1975)
“qapalı şirkətin iştirakçıları bir birinin qarşısında partnyorlar (ortaqlar) kimi fidusiar öhdəliklər
daşıyırlar”
Qapalı şirkətlər demək olar ki, ortaqlıqlardı, sadəcə korporasiyaya xas olan məhdud məsuliyyət və
müddətsiz fəaliyyət kimi «örtüklərə» qeyinmiş. Ortaqlıqda olduğu kimi, qapalı şirkətin uğuru
iştirakçılar arasında qarşılıqlı etibardan, bir birinə sədaqətlikdən və ümumi işə sadiqliklən asıllıdır
Wilkes v Springside Nursing Home 370 Mass. 842, 353 N.E.2d 657 (1976)
“iştirakçıları yalnız öz xeyrini güdərək xəsislik meyllərindən hərəkət etməməlidirlər əgər bu onların
şirkət və digər iştirakçılar qarşısında sadiqliyi qorumaq öhdəliyini sarsıdırsa”
Səhmdarlar (iştirakçılar) müqaviləsi
• Qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə, ictimai münasibətlərin
müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim
inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da,
bəzən bu obyektiv olaraq mümkün olmur... (AR Konstitusiya Məhkəməsinin Qərarında 16.12.11, AR
Konstitusiya Məhkəməsinin 26.09.07 tarixli Qərarına istinad)
• Səhmdarlar (iştirakçılar) arasında korporativ münasibətləri tənzimləyən müqavilə
• Təsisçilər müqaviləsi = səhmdarlar (iştirakçılar) müqaviləsi ?
• MM 45.2. «..... onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər»
• Müqavilə öhdəlikləri normaları ilə tənzimlənir və Yalnız tərəflər üçün məcburidir
Korporativ örtüyün götürülməsi
• Ümumi qayda – «şirkət müstəqil şəxsdir», «iştiraçılara görə məsuliyyət daşımır»
• Yerli hüquq təcrübədə «lifting the corporate veil» müəyyən olunmayıbdır.
• Yalnız müəyyən hallarda (məcburi göstərişlərin verilməsi) törəmə cəmiyyətə görə
əsas cəmiyyətin məsuliyyəti müəyyən edilibdir. (MM 67.3)
• Əsas cəmiyyət törəmə cəmiyyətinə onun üçün məcburi göstərişlər vermək hüququ
yalnız müqavilə olduqda nəzərə alınır.
Korporativ örtüyün götürülməsi (xarici təcrübə)
• Xarici təcrübədə yalnız müstəsna və nadir hallarda məhkəmə korporativ örtüyü
götürür
• «müstəsna hallar var, hansıları «korporativ örtüyün» həqiqi faktları/halların
gizlədilməsi üçün sadəcə «fasad» olduğu göstərir» (Woolfson v. Strathclyde Regional
Council [1978] 2 EGLR 19 (HL))
• Üzərində tam nəzarət (complete domination) və iddiaçıya zərər vuran hüquqpozma
üçün istifadə olunduqda (impropriety, bad faith).
• Məhkəmələr çox həssay yanaşırlar bu iddialara və çox nadir hallarda təmin
edirlər.
Korporativ mübahisələrin həlli və
korporativ münasibətlərin dispozitivliyi
• Korporativ mübahisələrə aid prosesual normalar əlavə olunmalıdır
• Korporativ mübahisələr (təsisçilər arasında) daha çox sahibkarlıq fəaliyyətinə yaxın
olduğundan iqtisadi (inzibati-iqtisadi) məhkəmələrdə baxılması daha uyğun olar.
• Qanunvericilik və məhkəmələr korporativ münasibətlədə dispozitivliyi dəstəkləməlidirlər.
• İştirakçılar (qapalı biznesdə) arasında əksər mübahisələrə məhkəmələr müdaxilə
etməməlidirlər. İştirakçıları özləri sərbərst münasibətlərini tənzimləməli.
• Nadir hallarda (sui-istifadə, imperativ normanın pozulması, zərər, müqavilənin pozulması və
s) iştirkaçıları arasında mübahisəyə məhkəmənin müdaxiləsi məqsədəuyğun ola bilər.
Sual və təklifləriniz üçün
email: office@lexfori.az
facebook: @LexForiBaku

More Related Content

What's hot

27. Nature Of Strategic Management
27. Nature Of Strategic Management27. Nature Of Strategic Management
27. Nature Of Strategic ManagementEarl Stevens
 
Enterprise And Entrepreneurs
Enterprise And EntrepreneursEnterprise And Entrepreneurs
Enterprise And EntrepreneursPeter Sammons
 
Dealing with risks in internationa business
Dealing with risks in internationa businessDealing with risks in internationa business
Dealing with risks in internationa businessibc-business-strategy
 
Company law
Company lawCompany law
Company lawparas14
 
Legal Environment - International Business - Manu Melwin Joy
Legal Environment - International Business - Manu Melwin JoyLegal Environment - International Business - Manu Melwin Joy
Legal Environment - International Business - Manu Melwin Joymanumelwin
 
3 Legal Forms of Business
3 Legal Forms of Business3 Legal Forms of Business
3 Legal Forms of Businessmmoore5
 
International business environment
International business environmentInternational business environment
International business environmentKumari Medha
 
Business policy & strategic management
Business policy & strategic managementBusiness policy & strategic management
Business policy & strategic managementShashankdiv
 
Political Environment - International Business - Manu Melwin Joy
Political Environment - International Business - Manu Melwin JoyPolitical Environment - International Business - Manu Melwin Joy
Political Environment - International Business - Manu Melwin Joymanumelwin
 
Importance of international entrepreneurship,
Importance of international entrepreneurship, Importance of international entrepreneurship,
Importance of international entrepreneurship, Usman Raza Qureshi
 
CLSP - Unit 3 - Documents of a Company
CLSP - Unit 3 - Documents of a CompanyCLSP - Unit 3 - Documents of a Company
CLSP - Unit 3 - Documents of a CompanyAjay Nazarene
 

What's hot (17)

International Corporate Governance - Quick Guide
International Corporate Governance - Quick GuideInternational Corporate Governance - Quick Guide
International Corporate Governance - Quick Guide
 
27. Nature Of Strategic Management
27. Nature Of Strategic Management27. Nature Of Strategic Management
27. Nature Of Strategic Management
 
Enterprise And Entrepreneurs
Enterprise And EntrepreneursEnterprise And Entrepreneurs
Enterprise And Entrepreneurs
 
2 types of entrepreneurship
2 types of entrepreneurship2 types of entrepreneurship
2 types of entrepreneurship
 
Dealing with risks in internationa business
Dealing with risks in internationa businessDealing with risks in internationa business
Dealing with risks in internationa business
 
Company law
Company lawCompany law
Company law
 
Behavioural implementation
Behavioural implementationBehavioural implementation
Behavioural implementation
 
Legal issues for the entrepreneurs
Legal issues for the entrepreneursLegal issues for the entrepreneurs
Legal issues for the entrepreneurs
 
Legal Environment - International Business - Manu Melwin Joy
Legal Environment - International Business - Manu Melwin JoyLegal Environment - International Business - Manu Melwin Joy
Legal Environment - International Business - Manu Melwin Joy
 
3 Legal Forms of Business
3 Legal Forms of Business3 Legal Forms of Business
3 Legal Forms of Business
 
International business environment
International business environmentInternational business environment
International business environment
 
Business policy & strategic management
Business policy & strategic managementBusiness policy & strategic management
Business policy & strategic management
 
Political Environment - International Business - Manu Melwin Joy
Political Environment - International Business - Manu Melwin JoyPolitical Environment - International Business - Manu Melwin Joy
Political Environment - International Business - Manu Melwin Joy
 
Financial plan
Financial planFinancial plan
Financial plan
 
Importance of international entrepreneurship,
Importance of international entrepreneurship, Importance of international entrepreneurship,
Importance of international entrepreneurship,
 
Diversification strategy
Diversification strategyDiversification strategy
Diversification strategy
 
CLSP - Unit 3 - Documents of a Company
CLSP - Unit 3 - Documents of a CompanyCLSP - Unit 3 - Documents of a Company
CLSP - Unit 3 - Documents of a Company
 

Korporativ hüququn əsasları seminarı prezentasiyası 17.01.17

  • 1. Korporativ hüququn əsaları Seminar 17 yanvar 2017 EMİN KƏRİMOV LLM, Minnesota Universitetinin Hüquq Məktəbi (ABŞ) Hüquq üzrə bakalavr, Dövlət İdarəçilik Akademiyası
  • 2. Korporasiyanın (şirkətin) mənası • Kompaniya (company) qədim fransız dilindən (compaignie) İngilis dilinə keçmiş bir ifadədir. Tərcümədə «əsgərlər birliyi» mənasını verir, orijinal Latın sözü «companio» «səninlə birgə çörək yeyən şərik» anlamını verir. Həmçinin «corporate» (korporasiya) ifadəsi geniş istifadə olunur, təcrümədə ‘birlik, şəxs, varliq‘ anlamını verir. • Azərbaycan dilinə geniş istifadə olunan termin «şirkət»dir. Türk mənşəli ifadədir, gədim ərəb dilindən daxil olub, «şərik, ortaq» anlamını verir. • Hazırda qanunvericilikdə əsasən «cəmiyyət» ifadəsi istifadə olunur. Keçmiş Sovet dövründən qalmış formattdır.
  • 3. Şirkətin (hüquqi şəxsin) əsas elementləri • Fiksiya nəzəriyyəsi (theory of fiction) - fiziki olaraq mövcud deyil, lakin qanun onun varlığını tanıyır • Müstəqil şəxs (separate legal entity) - müstəqil hüquq subyektidir, öz iştirakçılarından ayrıca bir şəxsdir • Məhdud Məsuliyyət (Limited Liability) - iştirakçııar şirkətin öhdəliklərinə görə məsuliyyət daşımırlar (eyni ilə şirkət iştirakçıların öhdəliklərinə görə məsuliyyət daşımır)
  • 4. Müstəqil şəxsiyyət və Məhdud Məsuliyyət Salomon v A Salomon and Co Ltd [1897] AC 22 Upon registration, the company acquires locus standi, i.e. it becomes a “legal” person, having legal rights and obligations in the same way that a natural person does. [Qeydiyyata alındıqdan sonra, şirkət locus standi əldə edir, yəni o, «hüquqi» şəxs olur və fiziki şəxs kimi hüquq və öhdəliklərə malik olur] Thrustees of Dartmounth College v Woodward [1819] 17 US 518 [korporasiya gözlə görünməyən, hiss olunması mümkün olmayan və yalnız qanun (hüquq) baxımından mövcud olan suni təşkilatdır]
  • 5. Müstəqil şəxsiyyət. Əmlak sahibi Macaura v Northern Assurance [1925] AC 619 The corporator even if he holds all the shares is not the corporation, and that neither he nor any creditor of the company has any property [rights]…..in the assets of the corporation [ Təsisçi şirkətin bütün səhmlərinin sahibi olsa belə özü şirkət olmur və nə onun, nə də ki şirkətin kreditorlarının şirkətin əmlakında mülkiyyət (əşya) [jus in rem] hüquqları yoxdur ]
  • 6. Müstəqil şəxsiyyət. İştirakçıdan ayrı olması Lee v Lee’s Air Farming Ltd [1960] 3 AII ER 420 Even if a person owns all the shares in a company, he does not own the company’s property…….Mrs Lee was entitled to compensation because her husband was employed by the company….and the decision in Salomon v Salomov&Co was applies. [Şəxs şirkətin bütün səhmlərinin sahibi olsada o, şirkətin əmlakının sahibi deyil. Xanım Lee-yə kompensasiya verilməlidir çünki onun əri şirkətin işçisi idi.....və Salomon v Salomov&Co işi üzrə qərar bu işə tətbiq edilmişdir]
  • 7. İqtisadi səmərəyili nədir? • Müstəqil hüquqi şəxsiyyət və məhdud məsuliyyət investisiyala sövq etmək, ticarətə çağırmaq və kommersiya riski ilə bağlı olmasına baxmayaraq şəxsləri biznesə başlamağa stimullaşdırmaq məqsədini daşıyır. • İştirkaçıların (səhmdarların) məhdud məsuliyyətdən faydalanırlar, çünki (i) biznes uğurlu olsa onlar gəlir əldə edirlər və (ii) şirkət ləğv olunsan onların məsuliyyəti yalnız yatırdıqları vəsaitlərin dəyəri ilə məhdudlaşır. • Şirkət ayrıca hüquq şəxsiyyət kimi tanındığından, şirkətin iştirakçılarının şirkətin özündən ayıran «korporativ örtük» (corporate veil) metaforası yaranmışdır.
  • 8. Müstəqil şəxs, Məhdud Məsuliyyət, Əmlak sahibi Azərbaycan hüququnda Mülki Məcəllə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. • Əvvəlki keyslərdəki prinsiplər bu maddədə tam əks olunubdur....lakin məhkəmələrimiz hərdən fərqli düşünürlər
  • 9. Azərbaycan məhkəmə təcrübəsindən AzAqroTreyd ASC keysi – şirkət ayrıca hüquq şəxsdir yoxsa paylı mülkiyyətdə olan əşya? • Nəsimi rayon məhkəkə şirkəti ümumi paylı mülkiyyət hesab edib (№ 2(006)- 1576/2008), • Bakı Apellyasiya təsdiq edib (№ 2(103)-820/2010), • Ali Məhkəmə (2 dəfə) ləğv edib yenidən baxışa göndərib (№ 2(102)-915/11) • Yekun nəticə məlum deyil. Məhkəmə qərarlarını tapmaq olmur.
  • 10. Milli Maşın Kompani MMC keysi şirkətin əmlakı şirkətə məxsusdur yoxsa iştirakçıya? İştirakçı şirkətin əmlakını tələb edə bilər mi? • Yasamal rayon məhkəməsi MMC-nin əmlakını təsisçilər arasında bölüb və iddaçının payında uyğun şirkətin konkret əmlakını verib (№2(004)-21/2009), • Bakı Apellyasiya dəyişdirmədən saxlayıb (2(103)-1920/2010), • Ali Məhkəmə bu hissədə apellyasiyanın qərarını təsdiq edib, başqa əsasla (borca aid) qismən ləğv edib (kassasiya şikayətini qismət təmin edib), (№2(102)-41/11). • 2013-cü ildə Konstitusiya Məhkəməsi qərarı ləğv edib yenidən baxışa göndərib (İ.Ağayevin şikayəti üzrə KM 22.01.13 tarixli Qərarı)
  • 11. Fries Qida MMC (Holland Fries) keysi iştirakçı şirkətin əmlakını tələb edə bilər mi? Mənfəətin bölüşdürülməsini tələb edə bilər mi? • Nərimanov rayon məhkəməsi iddianı təmin etməyib ( №2(005)-807/2016), • Apellyasiya məhkəməsi də təmin etməyib şikayəti ( №2(103)-5125/2016) - İddiaçılar bir neçə tələb irəli sürüblər lakin məhkəmələr yalnız ikisinin imtinasını əsaslandırıblar, digərinin imtinası heç cürə əsaslandırılmayıbdır. - İmtina edilmiş tələblər üzrə məhkəmələrin mövqeyini düzgündür - Lakin digər iddia tələblərə əhəmiyyət verilməməsi prosessual pozuntudur
  • 12. Səhmdar və Şirkət münasibətləri • Şirkətin mülkiyyətçisi kimdir? Heç kim?! Həmçinin nəzərə almaq lazımdır ki, bir səhm onun sahibinə öz-özlüyündə səhmdar cəmiyyətinin müqəddəratını müəyyən etmək deyil, səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququ verir. (AR Konstitusiya Məhkəməsinin Qərarı 16.12.11) • Səhmdar şirkətin səhmlərinin sahibir. Avropa Məhkəməsinin qənaətinə görə........Səhm təsdiqləyir ki, onun sahibi müəssisənin nizamnamə kapitalındakı payının mülkiyyətçisi olaraq müvafiq hüquqlara malikdir. Bu yalnız aktivlər üzərində dolayı nəzarət hüququ deyil, həmçinin səsvermə və müəssisənin fəaliyyətinə təsir göstərmək hüququdur. (AR Konstitusiya Məhkəməsinin Qərarı16.12.11. Avropa Məhkəməsinin Shesti Mai Engineering OOD və digərləri Bolqarıstana qarşı iş üzrə 20 sentyabr 2011-ci il tarixli Qərarı, § 77 və Sovtransavto Holding Ukraynaya qarşı iş üzrə 25 iyul 2002-ci il tarixli Qərarı, § 92) • Şirkətin əmlakı üzərində səhmdarın mülkiyyət hüququ yoxdur • Səhmdar və şirkət arasında münasibətlər öhdəlik hüququ münasibətləridir (əşya hüququ deyil)
  • 13. Direktorun fidusiar öhdəlikləri • Qısa desək – şirkətin ən yüksən maraqları üçün hərəkət etmək • Diqqətlik, ehtiyat (duty of care), sadiqlik (loyalty) və vicdanlıq (good faith) – fidusiar öhdəliyin triadası (triads of fiduciary duty) • MM 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.
  • 14. Fidusiar öhdəliklər triadası MM-də Hüquqi şəxs adından çıxış edən şəxs...... vəzifələrini yerinə yetirərkən..... - vicdanla (good faith)...., - peşəkar qaydada və məntiqlə hərəkət etmək (duty of care)..., - hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq (duty of loyalty) ehtiyatlı olmağa borcludur.
  • 15. Direktorun fudisiar öhdəlikləri • Ümumi qayda olaraq direktorun yalnız şirkət qarşısında fidusiar öhdəlikləri var. Səhmdarlar qarşısında, yalnız müstəsna (xüsusi) hallarda (Xarici hüquq təcrübəsində) • Lakin, bizim MM 49.3-cü maddədə belə bir hissə var«... və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq». Bu obyektiv olaraq mümkün deyil. • Həmin maddəsinin sonunda isə «həmin şəxs bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun yerinə yetirlməsi üçün məsuliyyət daşıyır» qeyd edilib. İştirakçıların maraqlarına görə məsuliyyət daşımır???
  • 16. Business Judgement Rule • Qərarların vicdanlılığı prezumpsiyası – direktor(lar) qərar verərkən qərarın şirkətin maraqlarına uyğun olduğuna səmimi inanaraq, məlumatlı, və vicdanlı hərəkət etdiklərini ehtiva edir. • Bu prezumpsiya ABŞ məhkəməli tərəfindən formalaşıb və hazırda bir çox digər ölkələrin qanunvericiliyinə daxil edilibdir. • Məhkmə direktora qarşı iddiaya baxarkən ilk növbədə direktorun mübahisələndirilən qərarlarınının (1) vicdanlı olaraq, (2) məlumatlı (prudent) və idraklı (reasonable) şəxsə uyğun olaraq diqqətlə, və (3) şirkətin ən yaxşı maraqlarına uyğun hərəkət etdiklərini ağlabatan sürətdə inanaraq qəbul edilib-edilməmədiyini yoxlayır.
  • 17. «Business Judgement Rule» KM qərarı KM-nin 16 noyabr 2016-cı il Qərarı (ONN şirkətinin keysi) Hüquqi şəxs üçün baş vermiş mənfi nəticələr öz-özlüyündə hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) vicdansız və (və ya) qeyri-peşəkar və məntiqsiz olmasına dəlalət etmir, çünki bu cür mənfi halların yaranması sahibkarlıq (maliyyə) riski nəticəsində baş verə bilər. Hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətləri (hərəkətsizliyi) sahibkarlıq (maliyyə) riskini aşmadığı halda o, hüquqi şəxsə vurulmuş ziyana görə məsuliyyətə cəlb edilə bilməz. Hüquqi şəxs adından çıxış edən şəxsin hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığına və (və ya) qeyri-peşəkarlığına və məntiqsizliyinə dəlalət edən halların mövcudluğu sübuta yetirilməlidir.
  • 18. «Business Judgement Rule» KM qərarı Aşağıdakı hallarda direktorun vicdansızlığı sübuta yetirilmiş sayılır: - öz şəxsi maraqları ilə hüquqi şəxsin maraqları toqquşduğu halda hərəkət etmişsə; tərəfindən bağlanmış əqd haqqında məlumatı hüquqi şəxsin iştirakçılarından gizlətmişsə və ya qeyri-dəqiq məlumatlar vermişsə; əqdi, qanunvericinin və ya nizamnamənin tələb etdiyi hüquqi şəxsin orqanının müvafiq razılığı olmadan bağlamışsa; - hərəkətlərinin, törədildiyi anda hüquqi şəxsin maraqlarına cavab vermədiyini bilirdi və ya bilməli idisə, məsələn, əqdi hüquqi şəxs üçün aşkar surətdə əlverişsiz olan şərtlərlə və ya öhdəliklərini aşkar şəkildə yerinə yetirə bilməyəcək şəxslə bağlamışsa. Hər iki testdə «corporate opportunity doctrine» elementləri var
  • 19. «Business Judgement Rule» KM qərarı Aşağıdakı hallarda şəxsin qeyri-peşəkarlığı və məntiqsizliyi sübuta yetirilmiş sayılır: - ona məlum olan əhəmiyyətli məlumatı nəzərə almadan qərar qəbul etmişsə; - qərarın qəbulu üçün əhəmiyyətli və lazımi olan məlumatın əldə edilməsi üçün heç bir tədbir görməmişsə; - müqaviləni müvafiq hüquqi şəxsdə tələb olunan daxili prosedura riayət etmədən (hüquq şöbəsi ilə, mühasibatlıqla razılaşdırmadan) bağlamışsa.
  • 20. Qərarın iqtisadi (biznes) səmərəliyə baxılmamalıdır mı? • Məhkəmələr qərarın iqtisadi (kommersiya) səmərəliliyinə və məqsədəuyğunluğunu yoxlamamalıdır. • Aşağıda göstərilən KM-nin qeyri-peşəkarlıq və məntiqsizlik testi (duty of care analoqu) yalnız qərar vermə prosesinə aiddir və bir halda ki pozuntu yoxdur məhkəmə qərarın mahiyyətinə müdaxilə etməməlidir. • Bu prinsip BJR tətbiq edən bütün ölkələrin məhkəmələrində tətbiq olunur • Qeyd edilən yanaşmanı nəzərə alaraq KM-in qərarında «sahibkarlıq (maliyyə) riskini aşmadığı halda» ifadəsi tam uyğun deyil.
  • 21. Qərarın iqtisadi (biznes) səmərəliyə baxılmamalıdır mı? • Shlensky v. Wrigley 237 N.E.2d 776 (1968) «in a purely business corporation ... the authority of the directors in the conduct of the business of the corporation must be regarded as absolute when they act within the law, and the court is without authority to substitute its judgment for that of the directors…….the response which courts make to such applications is that it is not their function to resolve for corporations questions of policy and business management. The directors are chosen to pass upon such questions and their judgment unless shown to be tainted with fraud is accepted as final» «xalis kommersiya şirkətində...bir halda ki, onlar qanun çərçivəsində hərəkət edirlər şirkətin biznesinin idarə edilməsində direktorların səlahiyyəti şərtsizdir, və məhkəmənin onların qərarını dəyişmək səlahiyyəti yoxdur....belə bir iddiyaya cavab odur ki, şirkətin siyasəti və biznes idarəetməsi ilə bağlı sualların həlli məhkəmənin funksiyası deyil. Direktorlar bu sualların həlli üçün seçilmişlər və onların qərarı aldatma (fraud) ilə əlaqəli deyilsə, yekun kimi qəbul olunur»
  • 22. • Brehm c Eisner 746 A.2d 244, 246 (Del.2000) «Courts do not measure, weigh or quantify directors’ judgments….Due care in the decision-making context is process due care only... Thus, directors’ decisions will be respected by courts unless the directors are interested or lack independence relative to the decision, do not act in good faith, act in a manner that cannot be attributed to a rational business purpose….» «Məhkəmələr direktorların qərarların ölçmürlər və qiymətləndirmirlər....Qərar vermə kontekstində lazımi diqqətlilik yalnız qərarvermə prosesinə aiddir... Buna görə də direktorlar qərarlarında maraqlı şəxslər deyillərsə və müstəqildirlərsə, vicdansız deyillərsə və hərəkətləri rasional biznes məqsədə zidd deyilsə, onların qərarlarına məhkəmələr tərəfində hörmət ediləcəkdir»
  • 23. • In re Walt Disney Derivative Litigation case 907 A 2d 693 (2005) “we do no even decide if they are [decisions] reasonable in this context. Due care in the decision-making context is process due care only” «Bu kontekstdə biz ümumiyyətlə onların [qərarların] ağlabatan olduqlarına dair qərar vermirik. Qərarvermədə lazimi diqqət tələbi yalnız qərarvermə prosesinə aiddir »
  • 24. • Постановление ВАС РФ №62, 30.07.2013 «Поскольку судебный контроль призван обеспечить защиту прав юридических лиц и их учредителей (участников), а не проверять экономическую целесообразность решений, принимаемых директорами.....» «məhkəmə nəzarəti hüquqi şəxslərin və onun təsisçiləriin (iştirakçılarının) hüquqlarının müdafiyəsini təmin edilməsinə yönəlib, direktorların qərarlarının iqtisadi səmərəliyini yoxlanması üçün deyil...»
  • 25. Digər müdafiyə mexanizmləri • Sübutetmə yükü (öhdəliyi) iddiaçının üzərindədir, əks halda «business judgement rule» prezumpsiyası aktivdir. • KM-nin qərarında qeyd edilən hallar (testlər) varsa, o zaman sübut edilmiş hesab edilir və sübutetmə yükü direktora keçir. • Mənfi nəticənin və ya zəririn mövcudluğu sübut olunmalıdır • Zərərə görə məsuliyyətin məhdudlaşdırıması razılaşması • Peşəkar fəaliyyətin sığortası (Director liability insurance, D&O)
  • 26. İştirakçıların (səhmdarların) fidusiar öhdəlikləri var mı? • Ümumi qaydaya görə iştirkaçılar fidusiar öhdəlik daşımırlar. Nə şirkət qarşısında nə də ki digər səhmdarlar qarşısında. • Xarici təcrübədə,yalnız müstəsna hallarda mümkün hesab edilir. Az sayda iştirakçlardan ibarət, «qapalı» idarəetmə və fəaliyyət göstərən şirkət daxilində, iştirakçılar arasında «xüsusi» münasibətlər olduqda. • Yerli qanunvericilikdə birmənalı norma yoxdur. Lakin mülki qanunvericiliyin «vicdanlıq prinsipindən» və öhdəliklərin vicdanla həyata keçirmək vəzifəsindən irəli gələrək səhmdarların (iştirakçıların) f.ö olduğunu ehtiva etmək olar.
  • 27. Tam ortaqlıqda ortaqlar müəyyən öhədliklər daşıyırlar • MM 73.1. Tam ortaqlığın iştirakçısı nizamnamənin şərtlərinə uyğun olaraq ortaqlığın fəaliyyətində iştirak etməyə borcludur. • MM 73.3. Tam ortaqlıq iştirakçısının ixtiyarı yoxdur ki, qalan iştirakçıların razılığı olmadan öz adından öz mənafeləri və ya üçüncü şəxslərin mənafeləri üçün ortaqlığın fəaliyyət predmetini təşkil edən əqdlərlə eyni xarakterli əqdlər bağlasın. (duty of loyality, duty of care, business opportunity doctrine) MMC-nin «qapalı» təbiyyətini və «kənardan daxil olmanı» məhdudlaşdıran normalarını nəzərə alsaq, iştirakçılar arasında müəyyən etibarlılıq və bir birinə arxayınçılıq (reliance) olduğunu ehtiva etmək olar.
  • 28. Donahue v Rodd Electrotype Co Mass. Sup. Jud. Ct., 328 N.E.2d 505 (1975) “qapalı şirkətin iştirakçıları bir birinin qarşısında partnyorlar (ortaqlar) kimi fidusiar öhdəliklər daşıyırlar” Qapalı şirkətlər demək olar ki, ortaqlıqlardı, sadəcə korporasiyaya xas olan məhdud məsuliyyət və müddətsiz fəaliyyət kimi «örtüklərə» qeyinmiş. Ortaqlıqda olduğu kimi, qapalı şirkətin uğuru iştirakçılar arasında qarşılıqlı etibardan, bir birinə sədaqətlikdən və ümumi işə sadiqliklən asıllıdır Wilkes v Springside Nursing Home 370 Mass. 842, 353 N.E.2d 657 (1976) “iştirakçıları yalnız öz xeyrini güdərək xəsislik meyllərindən hərəkət etməməlidirlər əgər bu onların şirkət və digər iştirakçılar qarşısında sadiqliyi qorumaq öhdəliyini sarsıdırsa”
  • 29. Səhmdarlar (iştirakçılar) müqaviləsi • Qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə, ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur... (AR Konstitusiya Məhkəməsinin Qərarında 16.12.11, AR Konstitusiya Məhkəməsinin 26.09.07 tarixli Qərarına istinad) • Səhmdarlar (iştirakçılar) arasında korporativ münasibətləri tənzimləyən müqavilə • Təsisçilər müqaviləsi = səhmdarlar (iştirakçılar) müqaviləsi ? • MM 45.2. «..... onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər» • Müqavilə öhdəlikləri normaları ilə tənzimlənir və Yalnız tərəflər üçün məcburidir
  • 30. Korporativ örtüyün götürülməsi • Ümumi qayda – «şirkət müstəqil şəxsdir», «iştiraçılara görə məsuliyyət daşımır» • Yerli hüquq təcrübədə «lifting the corporate veil» müəyyən olunmayıbdır. • Yalnız müəyyən hallarda (məcburi göstərişlərin verilməsi) törəmə cəmiyyətə görə əsas cəmiyyətin məsuliyyəti müəyyən edilibdir. (MM 67.3) • Əsas cəmiyyət törəmə cəmiyyətinə onun üçün məcburi göstərişlər vermək hüququ yalnız müqavilə olduqda nəzərə alınır.
  • 31. Korporativ örtüyün götürülməsi (xarici təcrübə) • Xarici təcrübədə yalnız müstəsna və nadir hallarda məhkəmə korporativ örtüyü götürür • «müstəsna hallar var, hansıları «korporativ örtüyün» həqiqi faktları/halların gizlədilməsi üçün sadəcə «fasad» olduğu göstərir» (Woolfson v. Strathclyde Regional Council [1978] 2 EGLR 19 (HL)) • Üzərində tam nəzarət (complete domination) və iddiaçıya zərər vuran hüquqpozma üçün istifadə olunduqda (impropriety, bad faith). • Məhkəmələr çox həssay yanaşırlar bu iddialara və çox nadir hallarda təmin edirlər.
  • 32. Korporativ mübahisələrin həlli və korporativ münasibətlərin dispozitivliyi • Korporativ mübahisələrə aid prosesual normalar əlavə olunmalıdır • Korporativ mübahisələr (təsisçilər arasında) daha çox sahibkarlıq fəaliyyətinə yaxın olduğundan iqtisadi (inzibati-iqtisadi) məhkəmələrdə baxılması daha uyğun olar. • Qanunvericilik və məhkəmələr korporativ münasibətlədə dispozitivliyi dəstəkləməlidirlər. • İştirakçılar (qapalı biznesdə) arasında əksər mübahisələrə məhkəmələr müdaxilə etməməlidirlər. İştirakçıları özləri sərbərst münasibətlərini tənzimləməli. • Nadir hallarda (sui-istifadə, imperativ normanın pozulması, zərər, müqavilənin pozulması və s) iştirkaçıları arasında mübahisəyə məhkəmənin müdaxiləsi məqsədəuyğun ola bilər.
  • 33. Sual və təklifləriniz üçün email: office@lexfori.az facebook: @LexForiBaku