1. Riyaziyyat-1
Mövzu: M s l h lli.ə ə ə ə Məchul azalanın tapılması
Məsmun standartları:
1.3.4.Toplama və çıxmaya aid müxtəlif növ sadə məsələləri həll edir.
1.2.6.Toplama çıxma əməllərinin komponentləri və nəticələri arasındakı əlaqələrdən
hesablamalarda istifadə edir.
2.1.3.Dəyişəni olan ifadələr haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.
2.2.2.Tənliklər haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.
Gözlənilən nəticə:
-məsələnin şərtini başa düşdüyünü nümayiş etdirir
-şərtə uyğun şəkil çəkir
-məsələyə oxşar məsələ qurur
-həlli təqdim edir
-toplama və çıxmanın qarşılıqlı əlaqəsini məsələyə tətbiq edir
-boş xanaya uyğun komponenti tapır
-məchul komponenti tapıb yoxlayır
Təlim forması: Bütün sinif və kiçik qruplarla iş.
Təlim metodları: Beyin həmləsi; Müzakirə;
Dərsin tipi: induktiv
İnteqrasiya: Azərbaycan dili-1.1.1.
Resurslar: interaktiv lövhə və ya PP prezentasiyası; qrup işləri üçün vərəqlər
Dərsin gedişi:
Motivasiya.Müəllim məsələ təqdim edir:
Ağacda bir neçə quş vardı.3 quş uçub
getdikdən sonra ağacda 4 quş qaldı.Əvvəlcə
ağacda neçə quş vardı?
Öyrənmə1.
2. Mü llim m s l ni oxuduqdan sonra ə ə ə ə sinfə suallar verir.
-Gəlin məsələnin şərtindəki birinci cümləni oxuyaq.”Ağacda bir neçə quş vardı”.
Biz bu ağaca sayı” bir neçə” olan quş şəkli qoya bilərikmi? Xeyr,bilmərik.Ona görə ki, “bir neçə”
– o deməkdir ki, quşların sayı məlum deyil,məchuldur.
Ardını oxuyaq.”3 quş uçub getdikdən sonra”.Uçub gedən quşları göstərə bilərikmi? Bəli.3 quşu
ağacdan uzaqlaşdırırıq.
Məsələnin şərtində daha nə deyilir?”Ağacda 4 quş qaldı.”Biz bunu göstərə bilərikmi?
Bəli,ağacın üzərinə 4 quş qoyarıq.
Məsələnin sualını oxuyaq:”Əvvəlcə ağacda neçə quş vardı?”Bu suala cavab vermək üçün biz nə
etməliyik? Biz uçub getmiş quşları ağaca qaytarmalıyıq.Belə ki, onlar əvvəlcə ağacın üstündə
idi.Bu 3 quşu ağaca qaytararkən, biz onları oradakı 4 quşa əlavə edəcəyik.Əgər əlavə
ediriksə,deməli ağacda əvvəlcə daha çox quş varmış.
Sayaq görək əvvəlcə ağacda neçə quş vardı? 1,2,3,4,5,6,7. 7 quş.
7 quşu necə aldıq? Uçub getmiş quşları qaytardıq qalan quşların yanına.
Uçub getmiş quşlar 3-dür. 3 ədədini qoyaq.
Həlli:
3 + 4 =7
Cavab: 7 quş.
3. Qalan quşların sayı 4-dür. 4ədədini qoyaq.
3 ilə 4 edər 7 Deməli 3+4=7 bu məsələnin həllidir.
Bəs cavab necə olacaq?
Cavab:7 quş.
Doğrudur. 7quş uçub gedən quşlardan da, qalan quşlardan da çoxdur.
O zaman gəlin görək əvvəlcə ağacda olan quşların sayı nədən ibarətdir? Əvvəlcə ağacda olan
quşların sayı uçub gedən və ağacda qalan quşların birlikdə sayından ibarətdir.Deməli əvvəlcə
ağacda neçə quşun olduğunu bilmək üçün uçub getmiş və qalan quşların sayını birlikdə
toplayıb saymaq,həllində isə bu ədədlər arasında üstəgəl və ya plyus işarəsi qoymaq
lazımdır.Məchul azalanın tapılmasına aid məsələ belə həll olunur.
Tapşırıq: Karandaşlar,markerlər və ya stikerlərdən istifadə edərək oxşar məsələlər qurun.
Öyrənmə2.
İndi isə gəlin məchul azalanı boş dama ilə ifadə edək.
-3=4
4+3=7
Demək məchul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlmək lazımdır.Yoxlayaq
7-3=4 Doğrudur.
Tətbiq . Bütün siniflə iş.
Məchul azalanın tapılmasına aid olan ifadələri seçib həll edin.
-2=3 -6=2 9- =3
6- =3 -7=2 - 8 = 2
-1=4 10- =2 - 2= 5
Qruplarla iş.
1-ci qrup.
Tapşırıq 1. Məsələyə aid şəkil çək və həll et.
Qabda bir neçə alma vardı.Anar 2 alma götürdükdən sonra qabda 5 alma qaldı.Əvvəlcə qabda
neçə alma vardı?
Həlli:
Cavab:
4. Tapşırıq 2.
Məchul azalanı tapın.
-2=2 -3=6 -5=2 -1=0
2-ci qrup.
Məsələni oxuyun.Sualı tamamlayıb həll edin.
Ağacda bir neçə dələ vardı.5 dələ qaçıb getdikdən sonra, ağacda 3 dələ qaldı.Əvvəlcə
_______________?
Həlli:
Cavab:
Tapşırıq 2.Məchul azalanı tapın.
-2=5 -3=4 -1=5 -6=1
3-cü qrup.
Tapşırıq 1.Qısa şərtə görə məsələ qurub yazın.
Vardı-?
Getdi-2 uşaq
Qaldı-7 uşaq
Həlli:
Cavab:
Tapşırıq 2.Məchul azalanı tapın.
-4=2 -7=3 -5=2 -8=1
4-cü qrup.
Tapşırıq 1.Boş damaların yerinə ədədlər qoyub məsələni həll et.
Fikrimdə bir ədəd tutmuşam.Həmin ədəddən çıxdıqda qalır.Fikrimdə tutduğum ədəd
neçədir?
Həlli:
Cavab:
5. Tapşırıq 2.Ş kl ə ə uyğun məsələ qur və həll et.
K o n f e t
?
Qaldı -
Həlli:
Cavab:
Qruplar öz işlərini təqdim edir və sonra ümumi nəticəyə gəlirlər:”Məchul azalanı tapmaq
üçün fərqin üzərinə çıxılanı gəlmək lazımdır.”
Qiymətləndirmə və refleksiya.
Tərtib etdi: Dilşad Şeyxzadə 102 N li tam orta məktəbin ibtidai sinif müəllimi
6. Tapşırıq 2.Ş kl ə ə uyğun məsələ qur və həll et.
K o n f e t
?
Qaldı -
Həlli:
Cavab:
Qruplar öz işlərini təqdim edir və sonra ümumi nəticəyə gəlirlər:”Məchul azalanı tapmaq
üçün fərqin üzərinə çıxılanı gəlmək lazımdır.”
Qiymətləndirmə və refleksiya.
Tərtib etdi: Dilşad Şeyxzadə 102 N li tam orta məktəbin ibtidai sinif müəllimi