SlideShare a Scribd company logo
1 of 7
Ekoxəritə və genoqram
Ekoxəritə individual həyat sistemini göstərən qrafik
təqdimatıdır. Ekoxəritə sosial iş peşəsində individual və ailə
məsləhətləşməsi zamanı istifadə olunur. Ekoxəritə 1975-ci ildə
Hartman tərəfindən elmə gətirilib.
Ekoxəritənin mərkəzində klient (bu ailə və ya fərd ola bilər)
durur. Ətraf dairələrdə isə ailə əlaqələri və klientin həyatında
rol oynayan münasib sistemlərlə əlaqələr dayanır. Bu dairələr
müvafiq xəttlə birləşdirilir.
* Daha qalın xəttlər daha güclü əlaqələri, münasibəti
bildirir.
* Klientə istiqamətlənmiş ox sistemin klientə təsirini
göstərir.
* Sistemə istiqamətlənmiş ox isə klientin sistemə təsirini
göstərir.
* Hər iki tərəfə istiqamətlənmiş ox klinetin sistemə,
sistemin də klientə təsirini göstərir.
Ekoxəritə nümunə
Zəif əlaqələr
Güclü əlaqələr
Stresli və ya münaqişəli əlaqələr
Genoqram
Genoqram – seçilmiş ailənin üzvləri arasındakı
nəsillər arası qarşılıqlı münasibətlərin
nümunələrinin xəritəsi və ya fotoşəklidir. Başqa
sözlə desək, genoqram – ailənin simvollar
vasitəsilə çəkilmiş və ailə üzvləri arasındakı
münasibətlərin qeyd edildiyi genalogiya
(генеалогия) ağacıdır ki, bu ağac mütəxəssisin
ailə daxilindəki böhranın səbəblərini aşkar
etməsi və ailəyə dəstək planını hazırlaması işini
asanlaşdırır. Sosial işdə genoqramdan
gücləndirici əlaqələrin, tələbatlar dairəsinin və
müdaxilə məqsədlərinin aşkarlanması üçün
istifadə edilir.
Fərdi Planlar Metodunda genoqram iki üsulla tərtib edilir:
•ailə ilə birlikdə fərdi planın tərtib edilməsi üçün
bilavasitə məsuliyyət daşıyan mütəxəssis
(himayəçi, sosial işçi) tərəfindən. Bu tip plan, ailə
üzvləri ilə ilk görüşlər zamanı və həmçinin, digər
şəxslər, təşkilatlardan əldə edilən və ya sənədlərdə
olan məlumatların köməyi ilə tərtib ediləcək. Bu
genoqramda, planın tərtib edilib həyata
keçirilməsinə xidmət edə biləcək, həmçinin
təhlükələr (alkoqolizm, işsizlik, ağıl çaşğınlığı və
s.) barədə bütün məlumatlar, eləcə də, müxtəlif
şəxslər arasındakı, xüsusən də uşaq və onun
ailəsinə göstərilən yardıma təsir edə biləcək
münasibətlər öz əksini tapa bilər. O, qrup işində,
digər şəxslərlə birlikdə yardım strategiyasının
hazırlanması zamanı, həmçinin planın həyata
keçirilməsində bir alət rolunu oynayır. Belə
genoqram uşaq və ailə üzvlərinə, yalnız onlar
böhranı yaradan səbəbləri dərk etdiyi zaman və bu
vəziyyəti müşahidə edən psixoloqun razılığı ilə
göstərilə bilər. Psixoloq, ailə ilə iş zamanı, ailə
himayəçisinin müşahidə etdiyi münasibətləri
yoxlaya bilər.
•uşaq və ya ailə üzvləri ilə birlikdə mütəxəssis
tərəfindən. Genoqramın bu variantında, adətən,
uşağın özü tərəfindən göstərilən güclü
tərəflərdən başqa, münasibətlərə aid heç bir
məlumat tapmaq mümkün deyil. Ailə üzvləri
(məsələn, ana və bacısı) arasında münaqişələrin
uşağa göstərilməsi, onun ailə üzvləri ilə
münasibətlərinin korlanmasına gətirib çıxara
bilər. Uşaqla iş zamanı, ilk növbədə, onun
ailəsinin güclü tərəflərinin göstərilməsi, uşağın
özünüdərk, özünühörmət və s. hisslərinin
artırılması kimi digər prioritetlər mövcuddur.
Beləliklə, genoqramın bu variantı, uşaq və ailəsi
ilə işin daha real münasibətlər mərhələsinə
keçməsindən əvvəl, onların güclü tərəflərini
qeyd etməlidir. Ləyaqət hissinin gücləndirilməsi
və qarşılıqlı inam hissinin yaradılması, birgə
işin davam ertdirilməsi üçün zəruri şərtlərdir.
“Uşaq” genoqramında, uşaq üçün hər-hansı
önəm kəsb edən, həyatda yaşayan və ya
həyatdan köçən ailə üzvləri haqqında
məlumatları toplamağa çalışmalıyıq. Adətən,
genoqram yalnız valideynlər, bacı və qardaşları
deyil, həm də hər iki valideyn tərəfindən daha
uzaq qohumları – nənə-baba, əmi-dayı, xala-
bibi - əhatə etməlidir. Genoqramda uşaqlar
fotoşəkillər, ünvanlar, telefon nömrələri və
onlara daha yaxın olan şəxslərin qarşısında
ürək şəkilləri kim əlavə məlumatlar yerləşdirə
bilərlər.
Ailəyə aid suallar:
•Ailə neçə nəfərdən ibarətdir - uşaqlar, +
əvvəlki nigahlardan
•valideynlər + onların bacı və qardaşları və
əlaqələr
•baba və nənələr + onların bacı və
qardaşları və əlaqələr
•qohumlar: valideynlərin bacı və qardaşları
və onların uşaqları
•+ doğum tarixləri, ölüm tarixləri və
səbəbləri, əlaqə yaratmaq, ayrılmaq,
boşanmaq, peşələr, sağlamlıq vəziyyəti:
bədbəxt hadisələr, xəstəliklər, əlillik
Genoqramın simvolları
Kişi
Qadın
və ya ölüm halı
Evlilik
Vətəndaş nigahı
Ayrılmaq
Boşanmaq
Uşaqlar ata ilə qalıb
Uşaqlar ana ilə qalıb
Doğm
a
Övladlıq
Foster
Hamiləlik
O
Uşaq salma
X
Abort
Əkizlər
Oxşar

More Related Content

Viewers also liked

Одам на суд Kнигата е напишана за помали деца на возраст од 5 до 11 години , ...
Одам на суд Kнигата е напишана за помали деца на возраст од 5 до 11 години , ...Одам на суд Kнигата е напишана за помали деца на возраст од 5 до 11 години , ...
Одам на суд Kнигата е напишана за помали деца на возраст од 5 до 11 години , ...FIRST CHILDREN'S EMBASSY IN THE WORLD MEGJASHI
 
Quelle déclaration pour vos revenus en 2016 ?
Quelle déclaration pour vos revenus en 2016 ?Quelle déclaration pour vos revenus en 2016 ?
Quelle déclaration pour vos revenus en 2016 ?Valeur et Capital
 
Déclaration en ligne et paiement des impots, les nouveautés 2016
Déclaration en ligne et paiement des impots, les nouveautés 2016Déclaration en ligne et paiement des impots, les nouveautés 2016
Déclaration en ligne et paiement des impots, les nouveautés 2016Valeur et Capital
 
Juand salida
Juand salidaJuand salida
Juand salidajdmonto
 
Comment réduire ses impôts avant la fin 2015 ? Le Mag Valority Novembre 2015
Comment réduire ses impôts avant la fin 2015 ? Le Mag Valority Novembre 2015Comment réduire ses impôts avant la fin 2015 ? Le Mag Valority Novembre 2015
Comment réduire ses impôts avant la fin 2015 ? Le Mag Valority Novembre 2015Valeur et Capital
 
Перцепција на децата за нивните права, дискриминацијата и насилството врз децата
Перцепција на децата за нивните права, дискриминацијата и насилството врз децатаПерцепција на децата за нивните права, дискриминацијата и насилството врз децата
Перцепција на децата за нивните права, дискриминацијата и насилството врз децатаFIRST CHILDREN'S EMBASSY IN THE WORLD MEGJASHI
 
Les Fintechs pour révolutionner votre rapport à l'argent | Le Mag Valority Dé...
Les Fintechs pour révolutionner votre rapport à l'argent | Le Mag Valority Dé...Les Fintechs pour révolutionner votre rapport à l'argent | Le Mag Valority Dé...
Les Fintechs pour révolutionner votre rapport à l'argent | Le Mag Valority Dé...Valeur et Capital
 

Viewers also liked (9)

Одам на суд Kнигата е напишана за помали деца на возраст од 5 до 11 години , ...
Одам на суд Kнигата е напишана за помали деца на возраст од 5 до 11 години , ...Одам на суд Kнигата е напишана за помали деца на возраст од 5 до 11 години , ...
Одам на суд Kнигата е напишана за помали деца на возраст од 5 до 11 години , ...
 
Quelle déclaration pour vos revenus en 2016 ?
Quelle déclaration pour vos revenus en 2016 ?Quelle déclaration pour vos revenus en 2016 ?
Quelle déclaration pour vos revenus en 2016 ?
 
Déclaration en ligne et paiement des impots, les nouveautés 2016
Déclaration en ligne et paiement des impots, les nouveautés 2016Déclaration en ligne et paiement des impots, les nouveautés 2016
Déclaration en ligne et paiement des impots, les nouveautés 2016
 
Juand salida
Juand salidaJuand salida
Juand salida
 
Ailə
AiləAilə
Ailə
 
Comment réduire ses impôts avant la fin 2015 ? Le Mag Valority Novembre 2015
Comment réduire ses impôts avant la fin 2015 ? Le Mag Valority Novembre 2015Comment réduire ses impôts avant la fin 2015 ? Le Mag Valority Novembre 2015
Comment réduire ses impôts avant la fin 2015 ? Le Mag Valority Novembre 2015
 
Перцепција на децата за нивните права, дискриминацијата и насилството врз децата
Перцепција на децата за нивните права, дискриминацијата и насилството врз децатаПерцепција на децата за нивните права, дискриминацијата и насилството врз децата
Перцепција на децата за нивните права, дискриминацијата и насилството врз децата
 
Les Fintechs pour révolutionner votre rapport à l'argent | Le Mag Valority Dé...
Les Fintechs pour révolutionner votre rapport à l'argent | Le Mag Valority Dé...Les Fintechs pour révolutionner votre rapport à l'argent | Le Mag Valority Dé...
Les Fintechs pour révolutionner votre rapport à l'argent | Le Mag Valority Dé...
 
Дневник на децата од летниот камп
Дневник на децата од летниот камп  Дневник на децата од летниот камп
Дневник на децата од летниот камп
 

Ekoxəritə və qenoqram (Sosial iş)

  • 1. Ekoxəritə və genoqram Ekoxəritə individual həyat sistemini göstərən qrafik təqdimatıdır. Ekoxəritə sosial iş peşəsində individual və ailə məsləhətləşməsi zamanı istifadə olunur. Ekoxəritə 1975-ci ildə Hartman tərəfindən elmə gətirilib. Ekoxəritənin mərkəzində klient (bu ailə və ya fərd ola bilər) durur. Ətraf dairələrdə isə ailə əlaqələri və klientin həyatında rol oynayan münasib sistemlərlə əlaqələr dayanır. Bu dairələr müvafiq xəttlə birləşdirilir. * Daha qalın xəttlər daha güclü əlaqələri, münasibəti bildirir. * Klientə istiqamətlənmiş ox sistemin klientə təsirini göstərir. * Sistemə istiqamətlənmiş ox isə klientin sistemə təsirini göstərir. * Hər iki tərəfə istiqamətlənmiş ox klinetin sistemə, sistemin də klientə təsirini göstərir.
  • 2. Ekoxəritə nümunə Zəif əlaqələr Güclü əlaqələr Stresli və ya münaqişəli əlaqələr
  • 3. Genoqram Genoqram – seçilmiş ailənin üzvləri arasındakı nəsillər arası qarşılıqlı münasibətlərin nümunələrinin xəritəsi və ya fotoşəklidir. Başqa sözlə desək, genoqram – ailənin simvollar vasitəsilə çəkilmiş və ailə üzvləri arasındakı münasibətlərin qeyd edildiyi genalogiya (генеалогия) ağacıdır ki, bu ağac mütəxəssisin ailə daxilindəki böhranın səbəblərini aşkar etməsi və ailəyə dəstək planını hazırlaması işini asanlaşdırır. Sosial işdə genoqramdan gücləndirici əlaqələrin, tələbatlar dairəsinin və müdaxilə məqsədlərinin aşkarlanması üçün istifadə edilir.
  • 4. Fərdi Planlar Metodunda genoqram iki üsulla tərtib edilir: •ailə ilə birlikdə fərdi planın tərtib edilməsi üçün bilavasitə məsuliyyət daşıyan mütəxəssis (himayəçi, sosial işçi) tərəfindən. Bu tip plan, ailə üzvləri ilə ilk görüşlər zamanı və həmçinin, digər şəxslər, təşkilatlardan əldə edilən və ya sənədlərdə olan məlumatların köməyi ilə tərtib ediləcək. Bu genoqramda, planın tərtib edilib həyata keçirilməsinə xidmət edə biləcək, həmçinin təhlükələr (alkoqolizm, işsizlik, ağıl çaşğınlığı və s.) barədə bütün məlumatlar, eləcə də, müxtəlif şəxslər arasındakı, xüsusən də uşaq və onun ailəsinə göstərilən yardıma təsir edə biləcək münasibətlər öz əksini tapa bilər. O, qrup işində, digər şəxslərlə birlikdə yardım strategiyasının hazırlanması zamanı, həmçinin planın həyata keçirilməsində bir alət rolunu oynayır. Belə genoqram uşaq və ailə üzvlərinə, yalnız onlar böhranı yaradan səbəbləri dərk etdiyi zaman və bu vəziyyəti müşahidə edən psixoloqun razılığı ilə göstərilə bilər. Psixoloq, ailə ilə iş zamanı, ailə himayəçisinin müşahidə etdiyi münasibətləri yoxlaya bilər. •uşaq və ya ailə üzvləri ilə birlikdə mütəxəssis tərəfindən. Genoqramın bu variantında, adətən, uşağın özü tərəfindən göstərilən güclü tərəflərdən başqa, münasibətlərə aid heç bir məlumat tapmaq mümkün deyil. Ailə üzvləri (məsələn, ana və bacısı) arasında münaqişələrin uşağa göstərilməsi, onun ailə üzvləri ilə münasibətlərinin korlanmasına gətirib çıxara bilər. Uşaqla iş zamanı, ilk növbədə, onun ailəsinin güclü tərəflərinin göstərilməsi, uşağın özünüdərk, özünühörmət və s. hisslərinin artırılması kimi digər prioritetlər mövcuddur. Beləliklə, genoqramın bu variantı, uşaq və ailəsi ilə işin daha real münasibətlər mərhələsinə keçməsindən əvvəl, onların güclü tərəflərini qeyd etməlidir. Ləyaqət hissinin gücləndirilməsi və qarşılıqlı inam hissinin yaradılması, birgə işin davam ertdirilməsi üçün zəruri şərtlərdir. “Uşaq” genoqramında, uşaq üçün hər-hansı önəm kəsb edən, həyatda yaşayan və ya həyatdan köçən ailə üzvləri haqqında məlumatları toplamağa çalışmalıyıq. Adətən, genoqram yalnız valideynlər, bacı və qardaşları deyil, həm də hər iki valideyn tərəfindən daha uzaq qohumları – nənə-baba, əmi-dayı, xala- bibi - əhatə etməlidir. Genoqramda uşaqlar fotoşəkillər, ünvanlar, telefon nömrələri və onlara daha yaxın olan şəxslərin qarşısında ürək şəkilləri kim əlavə məlumatlar yerləşdirə bilərlər.
  • 5. Ailəyə aid suallar: •Ailə neçə nəfərdən ibarətdir - uşaqlar, + əvvəlki nigahlardan •valideynlər + onların bacı və qardaşları və əlaqələr •baba və nənələr + onların bacı və qardaşları və əlaqələr •qohumlar: valideynlərin bacı və qardaşları və onların uşaqları •+ doğum tarixləri, ölüm tarixləri və səbəbləri, əlaqə yaratmaq, ayrılmaq, boşanmaq, peşələr, sağlamlıq vəziyyəti: bədbəxt hadisələr, xəstəliklər, əlillik
  • 6. Genoqramın simvolları Kişi Qadın və ya ölüm halı Evlilik Vətəndaş nigahı Ayrılmaq Boşanmaq Uşaqlar ata ilə qalıb Uşaqlar ana ilə qalıb