Successfully reported this slideshow.
We use your LinkedIn profile and activity data to personalize ads and to show you more relevant ads. You can change your ad preferences anytime.

Riyaziyyat dərsi 5

24,050 views

Published on

Published in: Education

Riyaziyyat dərsi 5

  1. 1. AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİŞəhər: YevlaxMəktəb: 3 nömrəli tam orta məktəbSinif: 5Fənn: RiyaziyyatHazırladı: Xaliq ƏliyevTarix: 20.04.2012
  2. 2. Mövzu: Düzbucaqlının və kvadratın sahəsi.Standart: 3.2.2.Tərəfləri verildikdə düzbucaqlının və kvadratın sahəsini tapır.Məqsəd:Düzbucaqlının və kvadratın sahəsinin hesablaması qaydasını izah edir.Düzbucaqlının və kvadratın sahəsinin hesablan- masını çalışmaların həllinə tətbiq edir və həyati məsələlərin həllində istifadə edir.İş forması: Böyük qrupla və kiçik qrupla iş.İş üsulu: Beyin həmləsi, Bibö,Venn dioqramı, müzakirə.Resurs: dərslik, iş dəftəri, test, nootbuq,proyektor, plakat,iş vərəqləri.
  3. 3. DƏRSİN GEDİŞİI Motivasiya. Problemin qoyulması. Müəllim dərsə “Beyin həmləsi “strategiyası ilə başlayır. Sinfə beləmüraciət edir: Düzbucaqlı və kvadrat haqqında nə bilirsiniz? Bütün fikirlər BİBÖ cədvəlində “Bilirik?” sualı altında yazılır.Cədvəlin orta qrafasını doldurmaq üçün müəllim belə bir sual verir:Düzbucaqlı və kvadrat haqqında daha nələri bilmək istərdiniz? Şagirdlər fikir mübadiləsi edirlər və orta qrafanı doldururlar:Düzbucaqlının və kvadratın sahəsini hesablamağın qaydasını bilməkistərdik. Dərsin mövzusunu elan edir: “Düzbucaqlının və kvadratın sahəsi”. Bilirik İstəyirik bilək Öyrəndik -Hər ikisidə müstəvi fiqurdu; Düzbucaqlının və -Düzbucaqlının və kvadratın -Düzbucaqlının perimetri kvadratın sahəsinin oxşar və fərqli cəhətlərini; P=2(a+b); hesablamağın -Duzbucaqlının və kvadratın -Kvadratın perimetri P=4a; qaydasını bilmək sahəsinin hesablanmasını; -Hər ikisinin də bucaqları -Mürəkkəb fiqurların istərdik 90 dərəcədir; sahəsinin hesablanmasını;
  4. 4. Tədqiqat sualı:Düzbucaqlının və kvadratın sahəsini necə hesablamaq olar?Şərh: Yeni dərsin izahı zamanı İKT-dən istifadə edilir. Kompyutervasitəsi ilə düzbucaqlının və kvadratın sahəsinin hesablanması qaydasıizah edilir və düsturları nümayiş etdirilir.Venn dioqramı vasitəsilədüzbucaqlı və kvadratın oxşar və fərqli cəhətləri müəyyən olunur.Eynizamanda kompyuter vasitəsi ilə misal nümunələri nümayiş etdirilir.Sinfi 2qrupa ayrılır.Qruplar adlandırılır: Düzbucaqlı və Kvadrat.Hər qrup özünün liderini seçir. Yeni dərsin izahı: Hər hansı fiqurun sahəsini hesablamaq 5 sm üçün tərəfi müəyyən uzunluqda olan kvadrat sahə vahidi qəbul edilir və onun verilmiş fiqurda neçə dəfə yerləşməsi 3 sm müəyyənləşdirilir.Əgər kvadratın tərəfi 1 sm olarsa, deyəcəyik ki, sahə 1 sm2-dir, 1 m olarsa,1 m2-dir və s. vahidi Uzunluğu a, eni b olan düzbucaqlının sahəsini S ilə işarə etsək,tərəfləri verilmiş düzbucaqlının sahəsini hesablaya bilərik: a = 5 sm; b = 3 sm; S = a . b = 5 sm . 3 sm = 15 sm2
  5. 5. Düzbucaqlının sahəsi onun uzunluğu ilə eni hasilinə bərabərdir S = ab Kvadraın sahəsi onun tərəfinin kvadratına bərabərdir S = a2
  6. 6. -Düzbucaqlının qarşı -Kvadratın bütün tərəfləri bərabərdir -Müstəvi fiqurlardır tərəfləri bərabərdir-Düzbucaqlının perimetri -Bütün bucaqları -Kvadratın perimetri p=2(a+b) düz bucaqdır p=4a-Düzbucaqlının sahəsi -Sahələri S hərifi -Kvadratın sahəsi S=ab ilə işarə olunur S=a2-Sahə vahidi metrdir -Sahə vahidi kv.metrdir
  7. 7. Çalişma həlli:Məsələ 1. Uzunluğu 1 m 56 sm, eni 62 sm olan pəncərə şüşəsinin sahəsini hesablayaq.Həlli.Əvvəlcə şüşənin uzunluğunu santimetrlə ifadə edək: 1 m 56 sm = 156 sm. Burada a = 156 sm, b = 62 sm olduğundan, S = 156 . 62 = 9672 alarıq.Cavab: 9672 sm2.Məsələ 2. Sahəsi 64 m2 olan kvadratın tərəfini tapın.Həlli. Şərtə görə S = 64 m2 . Bunu S = a2 düsturunda yazsaq, 49 = a2 olar. Buradan a = 7Cavab: 7 m.II.Tədqiqatın aparılması:Müəllim hər qrupa iş vərəqləri paylayır. Qruplar iş vərəqlərində veriləndüzbucaqlının və kvadratın sahələrini tapmalıdırlar.
  8. 8. 20.04.2012-ci il. 5-A sinifiŞagirdlər:1________________________ 2______________________________ 3________________________ 4______________________________ 5________________________ 6______________________________Məsələ1.Düzbucaqlının tərəfləri 12 sm və 18 sm-dir.Kvadratın tərəfi isə 6 sm-dir.Bu fiqurların hansının sahəsi böyükdür və neçədəfə?____________________________________________________________Məsələ2.Əkin sahəsinin tərəvəz əkilən hissəsi şəkildəki kimidir.Tərəvəz____________________________________________________________əkilən hissənin sahəsini hesablayın:______________________________________________________________________________________ 30 m 7m 12 m 23 m
  9. 9. 20.04.2012-ci il. 5-A sinifiŞagirdlər:1________________________ 2______________________________ 3________________________ 4______________________________ 5________________________ 6______________________________Məsələ1.Kvadratın tərəfləri 36 sm-dir.Düzbucaqlının tərəfləri isə 12 sm və 27 sm -dir. Kvadratın sahəsi düzbucaqlının sahəsindən neçə dəfə böyükdür?________________________________________________________________________________________________________________________Məsələ2.Məktəbin həyəti şəkildəki kimidir.Məktəbib həyətinin sahəsinihesablayın:______________________________________________________________________________________ 40 m 15 m 14 m 14 m 12 m
  10. 10. III. İnformasiya mübadiləsiİş vərəqləri lövhədən asılır. Qrup liderləri işlərini təqdimedir.IV. İnformasiya müzakirəsiŞagirdlərin təqdimatından sonra müəllim cavablarısistemləşdirir və sinfə suallar verir:Müzakirə sualları: 1.Düzbucaqlının sahəsini hesablamaq üçün nə etmək lazımdır? 2.Kvadratın sahəsini hesablamaq üçün nə etmək lazımdır? 3.Mürəkkəb fiqurların sahəsi necə hesablanır?
  11. 11. V. Nəticə və ümumiləşdirmə. Şagirdlərin cavabları müəllim tərəfindən ümumiləşdirilirvə onların diqqəti tədqiqat sualına yönəldilir. Düzbucaqlının sahəsini hesablamaq üçün onun eniniuzunluğuna vurmaq lazımdır. Kvadratın sahəsini hesablamaq üçün onun tərəfininkvadratını tapmaq lazımdır.Yaradıcı tətbiqetmə: Mövzuya aid dərslikdən çalışma həlli.Evə tapşırıq: Mövzuya aid dərslikdən, iş dəftərindən və test kitabından çalışmalar.
  12. 12. Qiymətləndirmə:Qiymətləndirmə dərsin bütün mərhələlərində aprılabilər. Qruplar I II MeyarlarÇalışma həlliTətbiqetməAraşdırmaƏməkdaşlıq
  13. 13. 20.10.2013-cü il. 6-A sinfi MADDƏ QRUPUŞagirdlər:1________________________ 2______________________________ 3________________________ 4______________________________ 5________________________ 6______________________________ Sual1.Maddə nədir və onun xassələri hansılardır? ______________________________________ ______________________________________ ______________________________________ ______________________________________ ______________________________________ Sual2.Aşağıdakı cisimlərin hansı maddə- lərdən təşkil olunduğunu müəyyən edin: Qaşıq______________________________; Buz salxımı_________________________;
  14. 14. 20.10.2013-cü il. 6-A sinfi SAHƏ QRUPUŞagirdlər:1________________________ 2______________________________ 3________________________ 4______________________________ 5________________________ 6______________________________ Sual1.Fiziki sahə nədir və onun növləri hansılardır? ______________________________________ ______________________________________ ______________________________________ ______________________________________ ______________________________________ Sual2.Nə üçün ağacdan qopan alma yerə düşür?________________________________ ______________________________________ ______________________________________ ______________________________________ ______________________________________

×