Successfully reported this slideshow.
We use your LinkedIn profile and activity data to personalize ads and to show you more relevant ads. You can change your ad preferences anytime.

TCP/İP

931 views

Published on

Published in: Education
  • Be the first to comment

TCP/İP

  1. 1. Transmission Control Panel/İnternet Protocol Ötürücü İdarəetmə Paneli
  2. 2. Protokol əlaqə zamanı bu əlaqəni saxlayan nöqtələr arasında olan gedib-gələn mesajlaşmanı düzləndirən qaydalardır. Bu protokollar bir-biri ilə əlaqədə olan aparat və ya proqramlar arasında olur. Əlaqənin reallaşması üçün hər elementin bu protokolu qəbul etməsi və tətbiq etməsi lazımdır.
  3. 3. TCP/İP də bu formada əmələ gələn və yüzdən çox protokolların birgə əmələ gətirdiyi protokollar toplusudur. Bunlardan ən əhəmiyyətliləri TCP (Transmission Control Panel) və İP (İnternet Protokol) olduğu üçün bu adı almışdır.
  4. 4. 1972-ci ildə B.Kan müasir İnternetin nəzəri əsasını təşkil edən açıq şəbəkə texnologiyası ideyasını irəli sürdü. Bu ideyanı reallaşdırmaq məqsədilə yeni protokolun hazırlanması işinə başlandı və İnternetin atası sayılan B. Stefin rəhbərliyi altında TCP/IP protokolu yaradıldı. Bu protokolun yaradılması Internet arxitekturalı lokal şəbəkəsinin yaradılmasını və ARPANet şəbəkəsi ilə müxtəlif arxitekturalı bir sıra məs. PRNET, SATNET şəbəkələrinin birləşdirilməsini mümkün etdi. 1972-ci ildə isə İnternetin ilk xidmət növü elektron poçt (e-mail) fəaliyyətə başladı.
  5. 5. İnternetin işləmə prinsipi Tutaq ki, siz kimə isə poçt vasitəsi ilə jurnal göndərmək istəyirsiniz. Jurnalı bandrol halında göndərmək üçün pul xərcləmək lazımdır. Jurnalı vərəqlərə bölüb məktub halında göndərmək daha ucuz başa gəlir. TCP protokolu da bu üsulla işləyir. Protokol informasiyanı bir neçə hissəyə bölür, hər bir hissəni xüsusi nömrələyir (sonradan informasiyanı ardıcıl birləşdirmək üçün), hər bir hissəyə «işçi» informasiya əlavə edir və onları ayrı-ayrılıqda «IP-konvertə» düzür. Bu «konvert» şəbəkə vasitəsilə göndərilir. Göndərilən sxemdə TCP və IP protokolları sıx birləşdiyinə görə onları TCP/IP protokolu adlandırırlar. İnternetlə göndərilən TCP/IP paketlərinin ölçüsü 1 baytdan 1500 bayta qədər olur. Bü ölçü şəbəkənin texniki xarakteristikalarından asılıdır. Poçt əlaqələrində məktublar çox vaxt yollarda itirlər və ya lazımi ünvanlara çatdırılmırlar. Bu problem İnternetdə də mövcuddür.
  6. 6. Bir kompüter şəbəkəsində istifadə olunan protokol nə olursa olsun əslində kompüterlər fiziki adresləri ilə bir-birini tanıyır və əlaqədə olurlar. Bu fiziki adres şəbəkə kartı və ya şəbəkəyə bağlanmağa imkan verən hər hansı bir təchizat içində deyişdirilməsi mümkün olmayan 48 bit olan bir nömrədir. TCP/İP protokolunda digər kompüterlərdən fərqli olaraq hər bir kompüter bir İP ünvanı alır. Görünüşü 194.62.15.2 formasındadır. İnternetdə olan kompüterin bir İP ünvanı vardır və bu sadəcə ona aiddir. İP ünvanları 32 bitlik ölçüdədir, amma rahat oxunması üçün 8 bitlik 4 qrupa bölünürlər. İP adresi 2 hissədən ibarətdir. Birincisi kompüterin bağlı olduğu xüsusi bir şəbəkənin nömrəsi, ikincisi, kompüterin xüsusi nömrəsidir. Verilərlərin ötürülməsi zamanı bu xüsusi nömrələrə baxılır. İP adresləri A, B, C, D, E adlandırılmış beş sinifə bölünür. A sinifi 2 ilə 126 arasında ola bilər. Uyğun olaraq B 129 ilə 191, C isə 192 ilə 223 arasında qiymətlər ala bilərlər. Arada 127 buraxılmışdır. Bu xüsusi məqsədlər üçün istifadə olunur. 127.0.0.1 şəklində olandan bu bizim öz kompüterimizi göstərir.
  7. 7. Bəzi protokollar haqqında İCMP, Telnet, FTP, ARCHİE, SMTP, HTTP, PİNK
  8. 8. İCMP (İnternet Control Message Protocol) Bu protokol verilənlər mübadiləsi zamanı gözlənilməz nəsə baş verərsə, göndərənə xəbərdarlıq etmək funksiyasını yerinə yetirir. Aşağıdakı halları misal göstərmək olar. Destination unreachable : Bu mesaj qoşulmaq istədiyimiz şəbəkəyə daxil ola bilməyən halda olur. Echo and echoreply : Bu mesaj şəbəkəyə qoşulmağın mümkün olub-olmadığını yoxlamaq üçündür. Kompüter echo mesajı göndərir və gələn echo reply mesajına əsasən qoşulmanın mümkün olub-olmadığı müəyyənləşir.
  9. 9. Telnet (Telecommunication Network) İstifadəçiyə başqa hostla əlaqə quraraq digər hostlarla əlaqə yaratmaq imkanı verən bir protokoldur.
  10. 10. FTP (File Tranfer Protocol) İstifadəçiyə öz kompüterindən başqa kompüterə fayl transfer etmək üçün imkan verən bir protokoldur.
  11. 11. ARCHİE İstifadəçiyə qeydiyatda olan bütün FTP lərdə müəyyən faylın adını axtarmağa imkan verən bir alət
  12. 12. SMTP (Simple Mail Transfer Protocol) İnternet üzərində elektron olaraq poçt göndərmə ve qəbul etməyə imkan verən bir protokol. SMTP internetdəki e-poçt serverləri arasında və hər hansı kompüterlə server arasında e-poçt serverinə poçt çatdırılmasına imkan verir.
  13. 13. HTTP (Hypertext Transfer Protocol) İnternet üzərindən verilənlər mübadiləsinə imkan verən əsas protokol. WWW üzərində məlumatlar istifadə olunduğu sistemə baxmadan, HTML formatında yazılır və hər sistem bu formatı tanıyır.
  14. 14. PİNK Bir sistemdəki istifadəçiyə digər bağlı kompüterlərin vəziyyəti və mesajlaşma vaxtı baş veren gecikmələri öyrənməyə imkan verir. İCMP echo mesajlarını istifadə edir.

×