Successfully reported this slideshow.
Your SlideShare is downloading. ×

Babek.pptx

Ad
Ad
Ad
Ad
Ad
Ad
Ad
Ad
Ad
Ad
Ad
Loading in …3
×

Check these out next

1 of 14 Ad

More Related Content

Advertisement

Babek.pptx

  1. 1. Babək Cavidan Hacıyev 7b 1
  2. 2. Plan 1. Həyatı 3-4 səh 2. Hakimiyyətə gəlişi 5-6 səh 3. Babək bir hökmdar kimi 7-8 səh 4.Xəlifələrlə döyüşləri 8-10 səh 5. Babəkin ölümü 11-12 səh 6. Babək filmindən ölüm səhnəsi 13 səh 7. Ədəbiyyat siyası 14 səh 2
  3. 3. Babəkin həyatı Babək Xürrəmi -Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana başçılıq etmiş böyük sərkərdədir. Babək Xürrəminin doğum tarixi dəqiq məlum deyil, lakin dolayı məlumatlara əsaslanan tədqiqatçılar belə hesab edirlər ki, bu, 798-800-cü illərə təsadüf edir. Onun atasının adı Abdulla imiş, iki uşağı -Həsən və Abdulla olur. Böyük oğlu Həsən sonralar Babək adı ilə məşhurlaşır. 3
  4. 4. Babəkin həyatı Bir neçə il sonra karvanlara qoşulub, Azərbaycanın hər tərəfini gəzir. Bu gəzintilər zamanı ölkənin coğrafiyasına yaxından bələd olması sonralar ona ərəblərin nizami orduları ilə vuruşlarda çox kömək eləyir. Az sonra Babək Təbrizə gedir. Burada xürrəmilərin təlimi ilə tanış olur. On səkkiz yaşında Təbrizi tərk edərək, anasının yanına-Bilalabada qayıdır. 4
  5. 5. Hakimiyyətə gəlişi Bilalabad yaxınlığındakı Bəzz adlanan keçilməz dağ qalasında varlı vilayət hakimi, Cavidan ibn Sührək deyə çağırılan bir xürrəmi yaşayırdı. O, yerli xürrəmi təşkilatına başçılıq edirdi. Bir dəfə qış vaxtı Bilalabada təsadüfən Babəkin anasının evində qonaq olurlar. Babəklə görüşü Cavidanı bərk təəccübləndirir. O, ucqar kənddəki bu kasıb kəndli daxmasında öz yaşından çox-çox qabağa getmiş belə yüksək fərasətli bir cavanla rastlaşacağını gözləmirdi. Onu özu ilə Bəzz qalasına aparır. 5
  6. 6. Hakimiyyətə gəlişi Babək buradakı malikanələrin idarəçisi işlədiyi az bir vaxtda Cavidanın və yoldaşlarının böyük hörmət və rəğbətini qazanır. Cavidan Əbu İmranla toqquşmalarının birində həlak olur və vəsiyyətinə uyğun olaraq Babəki öz varisi təyin edir. Bu hadisə 816-cı ildə baş verdi. Cavidanın varisi olduqdan sonra o, Bəzzdə yerləşən xürrəmilər icmasına başçılıq edir və özünə Babək adını götürür. Cavidanın dövründə Azərbaycan bu mübarizənin mərkəzinə, Bəzz isə xürrəmilərin paytaxtına çevrilmişdi. O, ##xürrəmiləri qarşısında ərəbləri qovmaq və ədaləti bərpa eləmək vəzifəsini qoyur. 6
  7. 7. Babək bir hökmdar kimi Çox keçmir, üsyan o biri vilayətlərə də yayılır. Az sonra təqribən bütün Azərbaycan ərazisi xürrəmilərin əlinə keçir. Buradan dalğa şimala-Arrana və Cənub-Şərqə -Cibəl və Xorasana yayılır. Babək hər yerdə eyni ssenari üzrə hərəkət edir. Bütün tutulmuş mövqelər dağıdılır, hərbi qarnizon, ərəb əhalisi və onlara tərəf duranlarsa amansızlıqla qılıncdan keçirilir. Babəkə qarşı çıxan yerli feodallar da məhv edilir. Babəkin belə asanlıqla uğurlar qazanmasında Azərbaycanı düşmən istilasından azad etmək arzusunda olan qəhrəman xalqın böyük köməyi olmuşdur. Nəticədə, xəlifə Məmun ardıcıl məğlubiyyətlərə məruz qalıb və hakimiyyəti itirmək qorxusu altında, siyasi kursunu dəyişib, 819-cu ildə paytaxtı Xorasandan Bağdada keçirib. 7
  8. 8. Xəlifələrlə döyüşləri Xəlifə Məmun Babəkin üstünə nizami ordu göndərir. Lakin iş çox qəlizləşdiyindən Babəkə qarşı döyüşmək artıq asan deyildi. Məmun beş dəfə özünün ən say-seçmə döyüşçülərini hücuma göndərir və beş dəfə onun sərkərdələri məğlub olurlar. Babək yenilməzlik şöhrəti qazanır. Məmunun Babəkin üzərinə göndərdiyi ilk qoşuna Yəhya ibn Məaz ibn Müslüm başçılıq edirdi. Onların arasında ilk döyüş 819-cu ildə baş verdi və tərəflərin heç birisi əhəmiyyətli qələbə qazanmadı. 820-ci ildə sərkərdə İsa ibn Məhəmməd ibn Əbu Həmidi öz qoşunu ilə dağ cığırlarından keçərək, Bəzz qalasına doğru irəliləyir. Babək onu yolda qarşılayaraq, məğlub edilər. Sonrakı qoşun başçısı Züreyk ibn Əli ibn Sədəq əl-Əzdi də uğur qazana bilmir. 8
  9. 9. Xəlifələrlə döyüşləri  829-cu ilin 3 iyununda təcrübəli sərkərdə Məhəmməd ibn Hüməyd ət- Tusinin başçılığı ilə hücuma keçən xilafət ordusu gərgin keçən döyüşlərdən sonra pərən-pərən olub qaçışır, Məhəmməd ibn Hüməyd isə ölür. Bu döyüşdə Babəkin qurduğu ağıllı plan öz bəhrəsin verir. 9
  10. 10. Xəlifələrlə döyüşləri  Bir il sonra ərəblərin yeni komandanı İbrahim əl-Leys ibn Fəzl də xürrəmilərə məğlub olur. 833-cü ildə xəlifə əl-Məmun öz taxtını qardaşı əl-Mötəsiminə verdikdən sonra, ordunu yenidən qurmağa başlayır. Həmədan yaxınlığında əl-Cibəl hakimi İshaq ibn İbrahim ibn Müsab başçılıq etdiyi ordu ilə döyüşən Babək məğlub olur və geri Bəzz qalasına qayıdır. Bu məğlubiyyət Babəkin nüfuzuna ciddi zərbə vurur 10
  11. 11. Babəkin ölümü  Həmədan yaxınlığında olan döyüşdən sonra xəlifə xürrəmilərlə haqq-hesabı bitirməkdən ötrü yenidən qoşun toplanışı keçirərək, ordunun başına ən istedadlı və çevik sərkərdələrdən birini- Heydər ibn Kavus əl Afşini gətirir. Eyni zamanda, onu Azərbaycan hakimi təyin edir. 836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyirdi. Qışın axırına doğru Mötəsim Afşinə köməyə daha doqquz minlik ordu göndərir. 11
  12. 12. Babəkin ölümü  Uzun müddət mühasirədə qalandan sonra nəhayət Bəzz qalası alınır, Babəkin ordusu isə təmamilə məhv olur. Babək özu isə tacir paltarı geyinərək Araz çayından keçərək Arran tərəfə qaçır. Uzun müddət axtarışdan sonra Şəkinin hökmdarı knyaz Səhl ibn Sumbatın vasitəsi ilə Babək ələ keçirilir. 837-ci ilin 15 sentyabrında Babək dağıdılmış və yandırılmış Bəzz qalasına baxdıqdan sonra Bərzəndə Afşinin yanına gətirildi. Babək və onun qardaşı 838-ci ilin 4 yanvarında Samirəyə gətirildilər. Babək müxtəsər dindiriləndən sonra şaqqalandı, onun başı, əhalini qorxutmaq üçün Xorasana göndərildi, bədəni isə Samirədə asıldı. 12
  13. 13. 13
  14. 14. Ədəbiyyat siyası 1. İnternet resurslar 14

×