Successfully reported this slideshow.
Your SlideShare is downloading. ×

İsgəndər əmtəə.pptx

Ad
Ad
Ad
Ad
Ad
Ad
Ad
Ad
Ad
Ad
Ad
Loading in …3
×

Check these out next

1 of 20 Ad

More Related Content

Advertisement

İsgəndər əmtəə.pptx

  1. 1. Fakultə:İqtisadiyyat və Menecment İxtisas: Marketinq Qrup: 753.20 Fənn: Marketinqdə əmtəənin rəqabətə davamlılığı Hazırladı: İsgəndər Quliyev Müəllimə: Mirheydərova Arzu
  2. 2. Plan Keyfiyyət anlayışı Sənaye müəssisələrində keyfiyyətin idarə edilməsi 1 3 2 Mövzu: Keyfiyyətin idarə edilməsinə çəkilən xərclərin qiymətləndirilməsi Keyfiyyətin idarə edilməsi prosesinin statistik qiymətləndirilməsi və nəzarəti
  3. 3. 1 Müəssisələr qarşısında duran əsas problemlərdən biri bazar iqtisadiyyatı şəraitinə uyğunlaşmaqdır. Bu problemin həlli - yaşamaq və sonrakı inkişaf üçün zəruri şərtdir. Müasir bazar iqtisadiyyatı buraxılan əmtəənin keyfiyyətinə qarşı prinsipcə başqa tələblər irəli sürür. Hazırkı zamanda hər bir şirkətin yaşaması, onun əmtəə və xidmətlər bazarındakı sabit vəziyyəti rəqabətə davamlılıq həddi ilə ölçülür.
  4. 4. Öz növbəsində rəqabətə davamlılıq iki göstərici - qiymətin səviyyəsi və məhsulun keyfiyyətinin səviyyəsi ilə bağlıdır. Digər ikinci amil tədricən birinci yerə çıxır. Əmtəə istehsalı və bütün növ ehtiyatların qənaəti öz yerini əmtəənin keyfiyyətinə verir.
  5. 5. Keyfiyyət - şirkətin nüfuzunun artması, gəlirinin çoxalması, çiçəklənməsinin yüksəlməsidir. Buna görə də şirkətin keyfiy- yətinin idarə olunması üzrə iş rəhbərdən tutmuş konkret icraçiyədək hər bir heyət üzvü üçün mühüm fəaliyyət növüdür. Keyfiyyəti piramida şəklində təqdim etmək olar: Keyfiyyət Şirkətin keyfiyyəti Işin keyfiyyəti Məhsulun keyfiyyəti
  6. 6. Məhsulun keyfiyyəti - müəssisənin fəaliyyətinin ən mühüm göstəricisidir. Məhsulun keyfiyyətinin yaxşılaşdırılması müəssisənin bazar şəraitində yaşamasını, elmi-texniki tərəqqinin tempini, istehsalat effektivliyinin artmasını, müəssisədə istifadə olunan ehtiyyatların qənaətliyini müəyyən edir. Məhsulun keyfiyyətinin yüksəldilməsi dünyanın aparıcı şirkətlərinin işinin xarakterik tendensiyasıdır.
  7. 7. Müasir dünya istehsalının üstünlüyü həm istehlak dəyərini, həm də malların dəyərini özündə cəmləşdirir. Deməli, keyfiyyət, şirkətin fəaliyyətinin bütün tərəflərinin effektivliyini əks etdirən kompleks anlayışdır.Rəqabətin güclənməsi müəssisə rəhbərindən məhsulun keyfiyyətinin yüksəldilməsi və onun layihələndirilməsi, istehsalı və həyata keçirilən proseslərin məqsədyönlü həllini tələb edir.
  8. 8. Keyfiyyətin idarə edilməsi metodologiyasının əsasını aşağıdakılar təşkil edir: 1) İqtisadi 2) Təşkilati-inzibati 3) Sosial-psixoloji Və hər bir metod özü özlüyündə də müxtəlif əlamətlərə görə müxtəlif hissələrə ayrılırlar. Keyfiyyəti idarə etməkçün onun obyektlərinin öz aralarında qarşılıqlı əlaqədə olduqlarını təyin edən metodlar sistemindən istifadə olunur.
  9. 9. CREDITS: This presentation template was created by Slidesgo, including icons by Flaticon, infographics & images by Freepik 1) Keyfiyyətin idarə edilməsinin iqtisadi metodlar sistemi. Bu, kollektivi və işçiləri məhsulların keyfiyyət səviyyəsini yuxarı qaldırılmağa sövq edən iş və əmək şəraitinin yaxşılaşdırılması tədbirlərindən ibarət metodlar sistemidir. Tərkibində iqtisadiyyatla bilavasitə bağlılığı olan hər bir metod keyfiyyətin idarə olunmasının iqtisadi metodu sayılır. Bu metodların istifadəsinin əyani təzahürü kimi maddi stimullaşdırma prosesini misal göstərmək mümkündür.
  10. 10. Məsələn, sadə şəkildə desək, əmək haqqının artırılması nəticəsində şirkətin əməkdaşı öz şəxsi qabiliyyətlərini daha yüksək qiymətləndirir və öz üzərində daha yaxşı işləyir, daha keyfiyyətli və səmərli fəaliyyət göstərməyə çalışır ki bu da məhsulun keyffiyətini daha da artırır. Təbii ki, əmək haqqının artırılması prosesi zamanı ədalət prinsipinə görə hərəkət etmək lazımdır. Əks halda, bu, kollektiv daxilində narazıçılıq və konfliktlərin yaranmasına gətirib çıxaracaq. Daha geniş maştabda və düzgün şəkildə əmək haqqının artırılması prosesinin həyata keçirilməsi ümumi rifah halına təsir göstərəcək.
  11. 11. 2) Keyfiyyətin idarə olunmasının təşkilati- inzibati metodlar sistemi. Keyfiyyətin idarə olunmasının bu metodlar sisteminin əsasını kollektici müxtəlif əmr və sərəncamlar, direktivlərlə, məcburi tapşırıqlarla yönəltmək və idarə etmə yə yönəlmiş tədbirlər sistemidir. Hansı ki, bunlar da özü-özlüyündə keyfiyyətin artırılmasını təmin etməyə istiqamətlənmiş əməliyyatlardır. Təşkilati-inzibati metodlar sisteminin tətbiq etmək fərqli-fərqli mövqeyə malik sənədlər toplusunun yaradılması ilə daha da əlverişli olur.
  12. 12. Bu sənədlərin əksəriyyətinin tərkibi onunla xarakterizə olunur ki, bu sənədlərin çoxusunda keyfiyyətlə bağlı həddən artıq sərt tələblər qoyulur. Keyfiyyətin idarəsi ilə bağlı olan həmin sənədlərə qoyulan tələblərdən bəziləri aşağıdakılardır: a) Məlumatların çatdırılması zamanı ardıcıllığa riayət olunması; məlumatların dəqiqliyi; b) İfadələrin sadəliyi, lakonikliyi, ifadəlilik səviyyəsi; c) Arqumentlərin inandırıcılığı; d) İnformasiyaların nadir hallarda dəyişilməsi, məlumatların sabitliyi; və.s
  13. 13. 3) Keyfiyyətin idarə olunmasının sosial-pxisoloji metodlar sistemi Keyfiyyətin idarə olunmasının bu metodlar sistemi öz təsir formasına görə dolayı təsirə malikdir. Yəni, bu metodların tətbiqinin birbaşa istehsal prosesi zamanı məhsulun keyfiyyətinə təsiri olmur. Bu metodun əsas təsir vasitələri əvvəldə qeyd etdiyimiz “keyfiyyətli idarəetmə”-yə əsaslanır. Yəni, işçilərin mənəvi, psixoloji və maddi stimullaşdırılması, şirkətin ümumi mənafeyinin bəlli olması və s. kimi vasitələrdən istifadə edərək bunun ilk öncə işçilərin əmək qabiliyyətinin artırılmasına şərait yaratması üçün addımlar atılır, növbədə isə əmək prosesində stimullaşdırılmış bir kollektivin keyfiyyətli məhsul istehsal edəcəyinə ümid etmək qalır.
  14. 14. İstehsal prosesində statistik üsulların tətbiqinə başlamazdan əvvəl bu üsulların tətbiqinin məqsədini və onların tətbiqindən istehsalın faydasını dəqiq təsəvvür etmək lazımdır. Verilənlər keyfiyyət haqqında nəticə kimi alındıqları sxemdə çox nadir hallarda istifadə olunur. Adətən, verilənlərin təhlili üçün keyfiyyətə nəzarətin yeddi statistik üsulu və ya vasitəsindən istifadə edilir: verilənlərin laylaşdırılması (stratifıkasiyası); qrafiklər, Pareto diaqramı, səbəb-nəticə diaqramı (İsikava diaqramı və ya "Balıq skeleti"), nəzarət vərəqəsi və histoqramma, səpələnmə diaqramı, nəzarət xəritələri. 3
  15. 15. 1. Qrafiki metod. İstehsal praktikasında verilənlərin qrafik göstərilməsi əyaniliyi və onların asan başa düşülməsi üçün geniş tətbiq olunur. Qrafıklərin aşağıdakı növləri var: a) sınıq xətt şəklində olan qrafik. Məsələn, hər hansı verilənlərin zaman keçdikcə dəyişməsini əks etdirmək üçün tətbiq olunur.
  16. 16. b)dairəvi və lentvari nəzərdən keçirilən verilənlərin faiz nisbətlərinin ifadə olunması üçün tətbiq olunur. Dairəvi qrafiki nümunəsi: İstehsalatın maya dəyərinin tərkib hissələrinin nisbəti: - bütövlükdə məhsulun istehsalının maya dəyəri; - bilavasitə xərclər; - birbaşa xərclər və s.
  17. 17. 1. Laylaşma (stratifikasiya). Laylaşmanın müxtəlif üsullarının tətbiqi konkret məsələlərdən asılıdır. İstehsalatda çox zaman insan (man); maşın (machine); material (material), metod (method) amillərini nəzərə alan 4M adlanan metoddan istifadə olunur.Yəni laylaşmanı belə həyata keçirmək olar:  icraçılar üzrə (cinsi, iş stajı, ixtisası və s. üzrə);  maşın və avadanlıq üzrə (yeni və ya köhnəsi, markası, növü və s. üzrə);  material üzrə (istehsal olunduğu yer, partiyası, növü, xammalın keyfiyyəti və s. üzrə);  istehsal üsulu üzrə (temperaturu, texnoloji üsulu və s. üzra).
  18. 18. Laylaşma üsulu olduğu kimi ayrıca məmulat və partiyalar üzrə birbaşa və bilavasitə xərclərin qiymətləndirilməsi tələb olunduqda məmulatın dəyərinin hesablanmasında, ayrıca müştəri və məmulatların satışından əldə edilən gəlirlərin- -qiymətləndirilməsində və s. tətbiq olunur..Laylaşma həmçinin səbəb-nəticə diaqramlarının, Pareto diaqramlarının, histoqramların və nəzarət xəritələrinin tətbiqi zamanı da istifadə edilir.
  19. 19. İstinadlar Mühazirə konspekti Vikipediya Dərslik PDFləri
  20. 20. Diqqətinizə görə təşəkkürlər!

×