ANAKART(MOTHERBOARD)
• KEÇMIŞDƏ ELEKTONIK
ALƏTLƏRDƏ BIR PARÇANI
DIGƏR PARÇA ILƏ
ƏLAQƏLƏNDIRMƏK LAZIM
OLANDA KABELLƏRDƏN
ISTIFADƏ OLUNURDU , BU HƏM
ÇOX QARIŞIQ , DAVAMSIZ IDI
.SONRALAR PCB(PRINTED
CIRCUIT BOARD) DEYILƏN
PARÇALAR BU QARIŞIQ
KABELLƏRIN YERINƏ KEÇDI.
PROSESSOR(CPU)
Prosessor kompyuterin ən
önəmli hissələrindən
biridir.Kompyuterin beyni
deyə bilərik.Kompyuterdəki
bütün hesablamaları
prosessoryerinə yetirir.
İndiki kompyuterlərin
demək olar ki, hamısında ya
İntel ,ya da AMD
prosessorlar istifadə olunur.
VIDEOKART(GPU)
Videokart(GPU-Graphics Processing Unit)
Video kart – (Ekran kartı, Display Adapter, Video Adapter, Video Controller
kimi də qarşılaşa bilərsiniz) prosessorda(CPU) işlənmiş məlumatları
ekranda göstərə bilməyə xidmət edir.
Ana kartların üzərində (Onboard) ola və ya Expansion (genişlətmə) slotları
olan AGP, PCİ, PCİ Express -lərə gücləndirici qurğu kimi əlavə edilə bilirlər.
VIDEOKART(GPU)
Ana kart üzərində olan Video
kartların – az enerji istifadə etmək
kimi üstünlüyü olmasına
baxmayaraq, sistemdən resurs
istifadə edir. Yəni, bu videokartın
yükü CPU və RAM-a düşür. Və
hər hansı bir zədələnmə anakartın
zədələnməsi anlamına gəlir.
Əlavə edilmiş Videokartın özünün
RAM-ı, soyutma sistemi və
cərəyan diodları vardır. Yəni hər
hansı bir zədələnmədə bu
videokartı yenisi ilə əvəz edib
istifadə edə bilirik.
DAXILI YADDAŞ(STORAGE)
eMMC(Embedded Multimedia Card) yaddaş
kompyuterin üzərinə lehimli halda gəlir və
dəyişdirilə bilmir(yalnız xüsusi avadanlıqlarla
dəyişdiirlə bilər). SD kartlarla eyni texnologiyada
istehsal olunur və əsasən telefon və tabletlərdə
istifadə olunur. eMMC yaddaş qurğuları 32 , 64 ,
128 və 256 gb ölçüdə olur.Daha az yaddaşa
ehtiyacı olan insanlar tərcih edir.Bu növ yaddaşa
maxsus kompyuterlər daha ucuz olur.Və oxuma
yazma sürətləri HDD(Hard Disk Drive)-ya nisbətən
çox ama SSD(Solid State Drive)-yə nisbətən
yavaşdır(Maksimum 400Mb/s).Əsasən incə ,
yüngül , ucuz kompyuter axtaranlar üçün uyğundur.
DAXILI YADDAŞ(STORAGE)
SSD və HDD fərqləri
SSD HDD
Sürətlidir Yavaştır
Daha səssizdir Az da olsa səs edir ama bu insanı narahat
etmir , demək olar ki eşidilmir. Ama
zədələnmiş bir HDD az səs edə bilər
Yüngüldür SSD-yə nisbətən daha ağırdı
Daha az qızır Az da olsa qızma olur ama problem
yaratmır
Daha az enerji aparır Az da olsa SSD-yə nisbətdə daha çox enerji
gedir
Zədələnmə ehtimalı azdır İçində hərəkət edən mexaniki disk
olduğuna görə zədələnmə ehtimalı SSD-yə
nisbətən çoxdu ama nadir hallarda
zədələnir
Bahadır 4-5 qat daha ucuzdur
Zədələnərsə və ya məlumatlar səhvən
silinərsə ,
Məlumatların bərbası asandır
ƏMƏLI YADDAŞ(RAM)
Daxili yaddaşın(HDD,SSD) oxuma və yazma sürəti(Mhz) prosessorun sürətinə
nisbətən az olması səbəbi ilə ortaya Ram kimi texnologiyalar çıxdı.Çünki prosessor
nə qədər sürətli məlumat göndərsə də yaddaş(HDD,SSD) buna ayaq uydura bilmir
və prosessor daxili yaddaşı gözləməli olur, yəni prosessor dəfələrlə zəif işləməli
olur.Buna “Dar boğaz” deyilir.Bu texnologiyalar daxili yaddaşa nisbətən daha
sürətlidir, hətta Ram belə prosessora yetişə bilmədiyinə görə əlavə olaraq
prosessorun daxilində Cache yaddaşlar mövcuddur. Ram və Cache yaddaşın HDD
və ya SSD dən əsas fərqi onların məlumat bazası kimi istifadə oluna bilməməsidir ,
məlumatlar davamlı olaraq Ram-a yazılır və silinir . Kompyuter söndükdə bütün
məlumatlar silinir.
Məsələn, redaktə etdiyiniz bir Word sənədi kompüterinizin operativ
yaddaşında saxlanılır - operativ yaddaşın yüksək sürəti düzəlişlərinizi
dərhal görməyə imkan verir.Əgər dəyişiklikləri yadda saxlasaz , o zaman
dəyişikliklər sabit diskə(HDD,SSD) yüklənir.
EKRAN(DISPLAY , MONITOR)
Ekran(Display) – Yutubda video izləyərkən 144p,360p,1080p kimi seçimləri yəqin
görmüşünüz.Bu dəyərlər artdıqca videonun keyfiyyəri və yaddaş ölçüsü də
artmaqdadır.Keçmişdə telefon ilə şəkil çəkərkəm 1Mb kimi yer tuturdusa indi 5 ,
6 və ya daha çox yer tutur.Bu telefonların artıq daha keyfiyyətli şəkil çəkdiyindən
qaynaqlanır.Ama sizin kompyutrinizin ekranı 1080p dəstəkləmirsə siz 1080p
videolara baxdıqda keyfiyyət artımını hiss etməyəcəksiniz.
Artıq 4k(4096p) dəstəkləyən ekranlar və 4k şəkil və ya video çəkə bilən kameralar
mövcuddur.Köhnə kompyuterlərin çoxunda 720p dəstəkli ekranlar
gəlir(Kompyuterinizin ekran xüsusiyyətlərinin tapılma yolları göstəriləcək).
Bəzən insanlar ekran ölçüsü ilə Piksel(Pixel) dəyərini qarışdırır.Ama pixel ilə ekran
ölçüse eyni şey deyil.Telefonun ekranı kompyuterin ekranından balaca olsa da
4k(4096 piksel) görüntü imkanı olan telefonlar da mövcuddur kompyuterlərdə.
PORTLAR
VGA və HDMİ girişləri kompyuterin ekran görüntüsün televizora və ya başqa
monitora yansıtmaq üçündür.Belə ki, HDMİ daha yeni texnologiyadır və yeni
kompyuterlərin(təxminən 2010 dan sonra) hamısının üsdündə gəlir.Daha yeni
kompyuterlərin üsdündə artıq demək olarki yalnız HDMİ girişi olur ama orta yeni
kompyuterlərdə həm HDMİ həm də VGA portu olur.
PORTLAR
2010 cu ildən sonra buraxılan kompyuterlərin üstündə adətən USB 3.0 portu olur.
USB 3.0(Type A) portu USB 2.0(Type A) portundan adətən rənginə görə
fəqləndirmək olur . USB 3.0 adətən göy rəngdə olur ama olmayada bilər.USB 3.0
portu USB 2.0 portuna nisbətən daha sürətlidir, yəni USB 3.0 dəstəkli bir Fləşkartı
və ya Type C(USB 3.1) girişli bir telefonu kompyuterin USB 3.0 portuna taxdıqda
daha sürətli işləyəcək ama kompyuterin USB 2.0 portuna taxsaz daha yavaş
çalışacaq .Ama əlinizdəki Fləşkart USB 2.0 Fləşkartdısa və ya Type C telefon
deyilsə , o zaman siz telefonu və ya Fləşkartı kompyuterin USB 3.0 portuna
taxsanız , USB 2.0 portuna da taxsanız yenə yavaş çalışacaq.