Alfred Eyzenshetdt

395 views

Published on

0 Comments
1 Like
Statistics
Notes
  • Be the first to comment

No Downloads
Views
Total views
395
On SlideShare
0
From Embeds
0
Number of Embeds
8
Actions
Shares
0
Downloads
0
Comments
0
Likes
1
Embeds 0
No embeds

No notes for slide

Alfred Eyzenshetdt

  1. 1. Hazırladı: Əliyeva Xanım26.01.2013
  2. 2. Alfred Eyzenştedt
  3. 3. Dostlar arasında Eyzi kimi tanınan, AlfredEyzenştedt, 6 dekabr 1898-ci ildə QərbiPrusiyada, yəhudi ailəsində dünyüyü göz açıb.1906-cı ildə ailə Berlinə köçüb, hardan ki, BirinciDünya Mühraibəsi zamanı gənc oğlanı ordusıralarına çağırıblar. Yaralandıqdan sonrademobilizasiya olunaraq, o, qalanteriya mallarıilə ticarət etməyə başladı.Öz ilk fotoaparatını,çarxlı lentli bükülən Kodakı, Alfred 14 yaşındaaldı. 1920-ci illərin ortaları o, şəkillərini Hitlerdənqabaqki Almaniyanın popular olan “BerlinTageblatt” qazetinə göndərməyə başlayır,sonralarsa şəkillərini “Associated Press”-əsatmağa başladı.O zamanlar o, bilmirdi ki, buonun bütün həyatının işi olacaq: “Fotojurnalizmyeni-yeni dirçəlirdi, düzünü desəm mən deməkolar ki heçnə bilmirdim” – sonralar o, yadasalırdı, - “Bu mənim üçün sərgüzəşt idi”.
  4. 4. Artıq 1930-cu illərin əvvəlləri, şüşə neqativ və kifayət qədərnarahat fotocihazlardan istifadə edərək, Alfred Eyzenştedt birneçə şəkil çəkdi, hansılar ki, öz tarixi və bədii qiymətinə görəbütün vaxtların və xalqların ən yaxşı şəkilləri silsiləsinə daxil oldu.Sant-Moris otelində konkilərdə ofisiantı; milanın opera teatrı “LaSkala”nı, bir-birinin əlini sıxan Hitler və Mussolini şəkillərini yadasalmaq kifayət edir. Ən güclü şəkillərdən biri 1933-cü il Cenevədə15-ci Millətlər Liqası zamanı çəkilmiş şəkildir. “Otelin qabağındakıçəmənlikdə Hitlerin Təbliğat Naziri həkim Cozef Qebbelsəyləşmişdi....Qəflətən o, gözlərini qaldırdı və bu an mən düyməyə basdım.Onun gözləri nifrətlə dolu idi. ... Bu şəkili dəfələrlə bütündünyada nəşr ediblər. Məndən soruşurdular, bu tip qəhrəmanlarıçəkərkən, mən nə hiss edirəm. Əlbətdə, o qədər də yaxşı deyil,ancaq, mənim əlimdə kamera olanda – mən heçnədənqorxmuram”.
  5. 5. 1935-ci il Eyzenştedt hiss etdi ki, Almaniya ged-gedə dahaqonaqpərvər olmamağa başlayır və o, Amerikaya köçdü. Dilibilmədiyinə baxmayaraq, o, tez bir zamanda uğur əldə etdi:artıq növbəti il “Life” jurnalının ilk fotoqraflarından biri oldu,hansı ki, onun təsis edən Henri Lüisin fikrincə “mətnlərinyerinə fotoşəkillərdən istifadə edərək, əhvalatlardanışmalıydı”. O zamanlar jurnal öz fəaliyyətini təzə başlayırdıvə jurnalın Birləşmiş Ştatlar və Qərbi Avropada ən populardərgi olmasında Alfred Eyzenştedtin əməyi az deyil. İlk vaxtlarAmerikada Eyzenştedt ortaformatlı Rolleiflex fotoaparatdanistifadə edirdi, hansı ki, onun çox xoşuna gəlirdi “çünkiRollieflex gözləri qaldırmadan aşağıda tutmaq olar; bu yolla,heç kim mənim necə çəkdiyimi görmür”, - o, aydınlaşdırırdı, -“Mən sadəcə heykəl kimi fəaliyyətsiz durmuşdum. Və heç kimmənim nə etdiyimi görmürdü. Belə şəkillər etmək üçün gərəkzəhlə tökən olmayasan və kütləylə qarışmağı bacarasan.Əgər buna fotoqrafın hündür olmayan boyunda əlavə etsək(bir metr yarımdan bir az çox), aydın olur ki, o, təkcəRolleiflexlə yox, eləcə də Leykayla da demək olar ki görünməzidi.
  6. 6. Özünün ən tanınmış şəkilini Alfred Eyzenştedt 14 avqust 1945-ci ildəAmerikanın hamılıqla qeyd etdiyi “V-J Day” adlanan (Victory over JapanDay – Yaponiya üzərində qələbə günü) günü çəkib. Bu günün axşamı o,orduya könüllü qoşulanlar məntəqəsinin yerləşdiyi Tayms-Skvermeydanında gəzişirdi. Axşam 7 radələrində radioda Yaponiyanin təslimolması haqqında elan verdilər və meydan sevinc qışqırıqları ilə doldu.Əlbətdə Alfred Eyzenştedt orda təsadüfi və boş əllə deyildi. Sonra o,yada salırdı ki, sevinən insanları çəkərək dal-qabağa gedirdi ki, qəflətənmeydanda matrosu gördü, hansı ki, “sürətlə irəliləyən və seçmədənbütün qadınları: cavan, yaşlı, kök və arıqları öpürdü. Mən müşahidəedirdim, lakin, çəkmək arzusu yaranmırdı. Qəflətən o, ağ nəsə tutdu.Mən güclə kameranı qaldırdım və onu tibb bacısını öpən yerdə çəkdim”.Eyzenştedtin zaraftca “Qeyri-şərtsiz təslim olma”adlandırığı bu şəkil, amerikanlar üçün İkinci DünyaMüharibəsində qalibiyyət simvolu oldu.
  7. 7. Öz karyerasının başlanğıcında AlfredEyzenştedt öz işlərində reportaj və bədiliyiuyğunlaşdırmağa çalışırdı. “Mən piktorialistkimi başlamışdım”, o yada saldı, - “Mən eləindi də gözəl şəkillər çəkməyə çalışıram”.Və o, bunu bacarırdı. Yarım əsrdən çox işvaxtı ərzində 20-ci əsrin foto-ikonası olmuşşəkillər şəkdi. 1954-cü ildə Nyu-Yorkdafotoqrafın ilk sərgisi baş tutudu, hansıdan kisonralar onlarla belə sərgilər oldu. 1958-ciildə “Popular Photography” jurnalı onu 10 ənyaxşı müasir fotoqraflardan biri adlandırdı.
  8. 8. Eyzenştedtin şəxsi həyatı barəsində eləcə çox şey məlum deyil.“Biz tez-tez ünsiyyətdə olurduq, lakin, buna baxmayaraq, mənbilmirdim ki, onun bacı və qardaşı varmı, 1940-cı illərin sonuKetidən qabaq evli olubmu”, - fotoqraf Con Lenqard yazırdı.“Mən bilirəm ki, o anasına 1936-cı ildə Almaniyadan çıxmağakömək etmişdi, amma, o, heç vaxt Holokost haqqında yadasalmırdı. Mən onun digər qohum və dostları haqqında bilmirəm.O, öz hisslərini nümayişə qoymağı sevmirdi, ancaq, digərtərəfdən iş yoldaşlarından kimsə xəstələnəndə o, narahat olurdu.Bir dəfə mən bel ağrısıyla iki həftə yataqda yatdım və təkcə“Life”-dan zəng etdilər- o, onlardan biri idi”.Öz işləri və onun nəticələri haqqında o həvəslə danışırdı: “ Mənsaatlarla yağış damlasını seyr edə bilərəm. Mən həmişə şəkillərigörürəm – mən gələcək şəkillərin obrazları ilə düşünürəm”, - o,etiraf edirdi. Sonrasa qeyri-adi vacib bir əlavə etdi: “Əgər mənşəkilləri görmürəmsə, kameranı çantadan çıxarmıram. Bax beləsadə resept – və ona əməl etmək necə də çətindir!
  9. 9. O, sevimli işindən kənarda qala bilmirdi: “ O mənə deyirdiki, əgər işə getməsə, ölər”, - Eyzenştedtlə 20 il işləmişrejissor və fotoqraf Qordon Parks xatırlayırdı. Və o, ölənəkimi işləməyə davam edirdi: 1993-cü ildı 95 yaşlıfotoqrafa ABŞ-ın prezidenti Bill Klinton ailəsiylə pozaverirdi. Bu masterin axırıncı fotosessiyası idi – o, 24avqust 1995-c ildə dünyasını dəyişdi.

×