Babək – Xürrəmilər hərəkatının rəhbəri və Azərbaycanın azadlıq rəmzi kimi...

1,100 views

Published on

Published in: Education
0 Comments
0 Likes
Statistics
Notes
  • Be the first to comment

  • Be the first to like this

No Downloads
Views
Total views
1,100
On SlideShare
0
From Embeds
0
Number of Embeds
3
Actions
Shares
0
Downloads
0
Comments
0
Likes
0
Embeds 0
No embeds

No notes for slide

Babək – Xürrəmilər hərəkatının rəhbəri və Azərbaycanın azadlıq rəmzi kimi...

  1. 1. Əliyeva NərminBiznesin təşkili və idarə olunmasıBabək – Xürrəmilər hərəkatınınrəhbəri və Azərbaycanın azadlıqrəmzi kimi...Babək erkən ədalət, haqq uğrunda mübarizə aparan, xeyrin şər üzərində qələbəsi fəlsəfəsiniqəbul edən Xürrəmilər hərəkatının başçısıdır.Həyatı və şəxsiyyətiBabək Xürrəminin doğum tarixi dəqiq məlum deyil, lakin tədqiqatçılar belə hesab edirlər ki, bu,798-800-cü illərə təsadüf edir. Onun atasının adı Abdulla imiş. Bu ad sırf ərəb mənşəli olduğundanbelə güman edilir ki, o, müsəlman olub. Babəkin atası Azərbaycanda yaşayır ve bitki yağı alveri iləməşğul olurdu. Babəkin anası ilə də o, yağ satarkən Bilalabad kəndində tanış olmuşdu. Abdullaevləndikdən sonra da Azərbaycanın hər yerinde yağ alveri edirdi. Bir dəfə Ərdəbil yaxınlığında ikənquldurların hücumuna məruz qalır və evə qayıdandan sonra aldığı yaralardan vəfat edir. Onun dulqadını iki uşaqla Hesen ve Abdulla ile tək qalır. Böyük oğlu Həsən sonralar Babək adı iləməşhurlaşır.Babək on yaşına çatanda anasına kömək etmək üçün naxıra gedir. Onun ömrünün bumərhələsi barədə tarixçi Məhəmməd ibn İshaq belə bir rəvayət yazır: "Bir dəfə Babək evə gec gəlirve bundan narahat olan anası onu axtarmağa gedir. Çox axtardıqdan sonra anası onu otardığıinəklərin arasında yatmış halda tapır. Günorta olduğundan ana oğluna diqqətlə fikir verdikdə onunbədnindəki tük yerlərindən qan çıxdığını aydın görür. Uşaq oyanıb ayağa durduqdan sonra qanrəngini dəyişərək, görünməz olur. Ana başa düşür ki, oğlu dünyaya böyük işlər görməkdən ötrügəlib və onun taleyində çox qanlar axacaq.Xürrəmilərlə ilk tanışlığıBir neçə il sonra Babək karvanlara qoşulub, Azərbaycanın hər tərəfini gəzir. Bu gəzintilərzamanı ölkənin coğrafiyasına yaxından bələd olması sonralar ona ərəblərin nizami orduları iləvuruşlarda çox kömək edir. Az sonra Babək Təbrizə gedir. Burada xürrəmilərin təlimi ilə tanış olur.
  2. 2. On səkkiz yaşında Təbrizi tərk edərək, anasının yanına Bilalabada qayıdır. Bu qayıdış onunhəyatında çevriliş edir. Balaca Hesen böyük xalq sərkərdəsi Babəkə çevrilir.Bilalabad yaxınlığındakı Bəzz adlanan keçilməz dağ qalasında varlı vilayet hakimi, Cavidan ibnSührək deyə çağrılan bir xürrəmi yaşayırdı. Bir dəfə qış vaxtı Zəncanda mal-qarasını satıb qalayaqayıdarkən Cavidan yolda qar fırtınasına düşür. Onun dəstəsi sığınmaqdan ötrü Bilalabada dönürvə təsadüf üzündən Babəkin anasının evinə düşürlər. Babəklə görüşü Cavidanı bərktəəccübləndirir. O, ucqar kənddəki bu kasıb kəndli daxmasında öz yaşından çox-çox qabağagetmiş bele yüksək fərasətli bir cavanla rastlaşacağını gözləmirdi. Buna görə də götür-qoyetmədən Babəki öz dəstəsine dəvət edir. Babək anasının tənhalığını səbəb gətirərək, bu təkliflərazılaşmır. Onda Cavidan Babəkin anasına oğlunu buraxmasından ötrü ağız açır və ayda ona beş-on dirhem göndərəcəyini vəd edir. Anası razı olur ve səhər tezdən Babək döyüşçü yoldaşları iləBəzz qalasına yola düşür.Babək buradakı malikanələrin idarəçisi işlədiyi az bir vaxtda Cavidanın və yoldaşlarının böyükhörmət və rəğbətini qazanır. Belə ki, Cavidan Ebu İmranla toqquşmalarının birində həlak olarkənonun xanımı döyüşçülərin hamısını toplayaraq, Cavidanın vəsiyyətini çatdırır: "Yoldaşlarımaçatdırmaq istəyirəm ki, bu gece ölməliyəm, de ki, ruhum mənim cismimdən Babəkin bədəninəkeçir. Onun ruhuna qovuşur və o, sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki,bizim heç birimizhələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, sizin aranızdakı ən mağmınlar iftixar,alçaldılmışlar yüksəliş tapacaq." Ərəb tarixçisi Məhəmməd ibn İshaq baş verənləri belə təsvir edir:"Döyüşçülər xanımdan soruşdular: "Nəyə görə ölümqabağı o, bunları özü bize söyləmədi?" Ocavab verdi: "Siz hərəniz bir kəndə səpələnmişdiniz. Əgər o, hər birinizin ardınca çapargöndərsəydi, ərəblər bundan xəbər tutar və onun can üstə olmasından istifadə edərdilər. Bunagörə də o, mənə tapşırdı ki, sizi yığım, vəsiyyəti eşidəsiniz və əməl edəsiniz." Kendliler dedilər:"Danış, sağikən biz ona tabe olmuşuq, öləndən sonra da onun iradəsinin ziddine getməyəcəyik."Dul qadın sözünə davam etdi: "Onun son sözleri budur: “men bu gece ölməliyəm, ruhum bugəncin, qulluqçumun (o, Babeki gösterdi) cisminə qovuşacaq. Mən öz silahdaşlarım üzərindərəhbərliyi ona vermək qərarına gəlmişəm. Kim buna qarşı çıxsa və mənim iradəmə zidd getsə, qoyona lənət olsun." Onda hamı bir ağızdan dedi: "Biz razıyıq". O, hamını bir-bir çağıraraq, dedi: "Birtike çörək götür, suya batırıb ye və söylə: -Ey Bebekin ruhu, mən sənə əvvəllər Cavidanın ruhunainandığım qədər inanıram. Sonra Babəkin əlini əlinə al, əyil və öp." Hamı belə etdi. Bu 816-cı ildəbaş verdi.Babəkə qədər Xürrəmilər hərəkatıXürrəmilər hərəkatının birinci mərhələsi üsyanın başlamasından Babəkin üsyana rəhbərliketməyə başladığı zamana qədərki dövrü əhatə edir. I mərhələdə üsyanın əsas rəhbəri və aparıcıfiqur Azərbaycanın Ərdəbil şəhərindən olan Cavidan Səhrək oğlu olmuşdur. Xürrəmilər hərəkatının
  3. 3. I mərhələsində baş verən hadisələr və döyüşlər əsasən Azərbaycan ərazisində olmuş və genişyayılmamış, üsyan Ərəb Xilafəti üçün o qədər də böyük təhlükə törətməmişdir.Xürrəmilərin ilk çıxışları755-ci ildə baş verən və sözsüz ki, xürrəmdinilərin də iştirak etdikləri Sunbad üsyanı nəzərəalınmazsa, mənbələrdə "əl-müxəmmirə" - "qırmızı geyinmişlər" adı ilə məşhur olan xürrəmilərin ilkməlum çıxışı 778-ci ilə aid edilir.Müvəffəqiyyətsizliyə uğrayan bu üsyandan keçən az qala iyirmi illik nisbi sükutdan sonramənbələr "qırmızı geyinmişlər"in 796 - 797-ci ildə baş verən yeni çıxışı haqqında xəbər verir.Xürrəmilərin yeni çıxışını 808-809-cu ilə aid edir. Nizamülmülk üsyanın "Harun ər-RəşidinXorasanda olduğu vaxta" təsadüf etdiyini qeyd edir. Bu dəfə İsfahan, Rey, Həmədan və b. yerləriəhatə edən üsyan Azərbaycanda başlanmış hər yerdən gələn yüz mindən artıq adam üsyanaqoşulmuşdu. Lakin Abbasi üsuli-idarəsinə qarşı yönəldilmiş bu çıxış da uğursuzluqla nəticələnmiş,"saysız adam öldürülmüş", çoxlu əsir tutularaq, Harunun Karmisindəki qərargahına gətirilmiş,onların bir hissəsi məhv edilmiş, qalanları isə Bağdad bazarında satılmışdılar.Bu hadisədən sonra xürrəmilərin Xilafətə qarşı çıxışları ara verdi. Mənbələrdən məlum olur ki,xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu İmran bu zaman ədavətə başlamış, aralarındakımünasibətləri aydınlaşdırmaqla məşğul olmuşdular. Başçılar arasında günü-gündən artan buçəkişmə onları, habelə onların ardıcıllarını Xilafətə qarşı mübarizədən yayındırırdı. 816-cı ilə qədərxürrəmilər mərkəzi hakimiyyəti yalnız adda-budda çıxışlarla narahat edirdilər.816-cı ildə Cavidan və Əbu İmran açıq döyüşdə bir-birini öldürdülər: Əbu İmran döyüşmeydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra həlak oldu. Cavidanın ölümündənsonra xürrəmilərə rəhbərlik etməyə başlayan Babək hərəkatın məcrasını tamamilə Xilafətə qarşıyönəltdi.Babək Xürrəmilər hərəkatının rəhbəri kimiÜsyanın II dövrü 816 - 817 - ci ildən, yəni Babəkin üsyana rəhbərliyi öhdəsinə götürdüyütarixdən başlanır və Bəzzin süqutuna qədər davam edir. Birinci mərhələdə olduğu kimi üsyanınikinci mərhələsində də əsas hərbi əməliyyatlar Azərbaycan ərazisində aparılsa da bu dövrdə artıqüsyan əhatə dairəsini genişləndirir və ətraf vilayətlərin Gilan, Mazandaran və s.əhalisi də üsyanaqoşulur. Babəkin rəhbərliyi ilə üsyan iyirmi ilə yaxın davam edir və Xürrəmilər bu dövrdə ƏrəbXilafətinin altı nəhəng ordusunu darmadağın edirlər.Babək xürrəmilərə rəhbərliyi qəbul etdikdən sonra onların mübarizəsi tamamilə Xilafətəqarşı çevrildi. Bəzi mənbələrin verdiyi məlumata görə, Babək bir vaxt islamı qəbul edibmiş və onunmüsəlman adı Həsən imiş.Xürrəmilərin əksəriyyəti Azərbaycanın və qonşu vilayətlərin kəndlilərindən ibarət idi.Cavidanınrəhbərlik etdiyi xürrəmilər 816- cı ilədək Xilafəti yalnız hərdənbir narahat edirdilərsə, Cavidanın
  4. 4. ölümündən sonra Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək Xilafətə qarşı üsyan qaldırmaqvaxtını yaxşı seçdi. O, Əmin və Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxilimübarizələrindən istifadə etdi, çünki bu zaman ərəblərin yuxarı təbəqələrinin diqqəti Bağdaddanuzaqdakı şimal vilayətlərindən yayınmışdı.Babək xürrəmilərə başçılıq edərək, onun tərəfdarlarının sayı artan kimi, üsyançılarınqarşısında duran məqsədlərə uyğun olaraq, icmanın quruluşunda böyük dəyişiklik əmələ gəldi.Azərbaycan və Arranın hər tərəfindən ərəblərdən narazı olan kəndlilər kütlə halında Babəkinyanına gəlməyə başladılar, "onun qoşun dəstələrinin sayı o qədər artmışdı ki, piyada hesabaalınmadan təkcə atlılar 20 min nəfər idi".Üsyan habelə Ermənistan, Xorasan və s. vilayətlərə əhatə etdi. Az sonra Cibal, Həmədan,İsfahan, Masabzan və digər şəhərlərin əhalisi üsyançıların tərəfınə keçdi. Onların əhalisi"Həmədan vilayətində toplanır və silahlanırdı".Deyləm əyaləti əhalisinin çox hissəsi də xürrəmilərə qoşuldu. Bağdadinin məlumatına görə,təkcə Azərbaycanda və Deyləmdə Babək tərəfdarlarının ümumi sayı 300 min nəfər idi.Xilafətin bəzi görkəmli xadimləri və əmirləri də özlərinə tabe olanlarla birlikdə ərəblərə qarşıüsyanlarda iştirak etdilər. Bunların arasında Təbəristan hakimi Məzyər də var idi; Babək onunlayazışır və hər vasitə ilə onu şirnikləndirirdi.Xürrəmilər üsyanının bürüdüyü bütün vilayətlərdə Babək öz ardıcıllarına əmr edirdi ki,"ərəblərin mülk və malikanələrinə hücum etsinlər və onların əmlakını ələ keçirsinlər".Üsyançıların böyük müvəffəqiyyətləri və Xilafətin geniş ərazisini tutmaları xəlifə Məmunuməcbur etdi ki, qarşıda duran təhlükəyə ciddi fikir versin. 819-cu ilədək xəlifə qoşunlarınınxürrəmilərlə böyük vuruşmaları olmayıb, iş yalnız yerli toqquşmalarla məhdud olurdusa, 819-cuildə xəlifə Yəhya ibn Müaz ibn Müslimin başçılığı ilə Babəkə qarşı ilk nizami ordu göndərdi.Baş verən vuruşmada tərəflərdən heç biri məğlub edilmədi.820-ci ildə Məmun Yəhya ibnMüazı ordu başçısı vəzifəsindən götürdü və İsa ibn Məhəmməd ibn Əbu Xalidi Ermənistan vəAzərbaycana hakim və ordu başçısı təyin edərək, ona əmr etdi ki, qoşunları öz hesabınasilahlandırsın və ərzaqla təchiz etsin. O, Babəklə müharibə üçün ordu toplayaraq 821-ci ildə birdərə ilə hərəkət etdi, burada Babək onun qabağına çıxdı və onu qaçmağa vadar etdi.Xürrəmilərin qələbəsi Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823-cü ildəZüreyq ibn Əli ibn Sədəqə əl - Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əlƏskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isəxürrəmilərə heç bir şey edə bilmədi.Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə Məhəmməd ibn Hümeydəl-Tusini təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o,
  5. 5. xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli olabiləcək" adamların hamısını sakitləşdirdikdən sonra, Babəklə müharibəyə ciddi surətdəhazırlaşmağa başladı. Məhəmməd 827-ci ildə onunla müharibəyə girişdi və iki il ərzində davamedən vuruşmalarda müvəffəqiyyət həmişə onun tərəfində idi. Nəhayət, 829-cu il 3 iyundaHəştadsər dağında ərəblərlə xürrəmilər arasında əsas vuruşma olmuşdur. Ərəblərin vəzifəsixürrəmilərin qalası Bəzzi ələ keçirmək idi. Ət-Tusi öz ordusunun mərkəzinə Məhəmməd ibn Yusifibn Əbd ər-Rəhman ət-Taini başçı təyin etdi, ordunun sağ cinahında isə Abbas ibn Əbd ül-Cəbbarət-Təktinini qoydu. Lakin Babək ət-Tusinin qoşunları üçün pusqu düzəltdi, qanlı vuruşmadan sonraərəblər məğlub edilib qaçmağa başladılar. Məhəmməd ət-Tusinin özü öldürüldü Vardan məhzMəhəmməd ət-Tusi ilə Babək arasındakı vuruşmanı nəzərdə tutaraq deyir ki, "bir vuruşmada o 30minə qədər İsmayıl övladını ərəbləri qırdı".Ərəb qoşunları bir də darmadağın ediləndən sonra, xəlifə Məmun qətiyyətli Abdullah ibn Tahiriordu başçısı təyin etdi, lakin o, Babəklə vuruşmalı olmadı, çünki qardaşı öləndən sonra irsi olaraqXorasan hakimi vəzifəsini tutmalı idi.Həmin 829/30-cu ildə Məmun Azərbaycan, Cibal və İsfahanaƏli ibn Hişamı hakim təyin edərək, onu xürrəmilərə qarşı vuruşmağa göndərdi. Lakin ibn Hişaməyalətlərdə özbaşınalıq etməyə və xalqı sıxışdırmağa başladığına görə xəlifə onu sakitləşdirməküçün Yəmən hakimi Uceyf ibn Ənbası göndərdi. Bunu xəbər alan Əli ibn Hişam Uceyfə hücum edibonu öldürmək və Babəkin tərəfinə qaçmaq istədi, lakin tutuldu və 830/1-ci üdə Bağdadda edamedildi.Sünik hakimi Vasakın ölməsindən sonra Babək onun qızıyla evlənir və həmin ildən Sünikxürrəmilərin hakimiyyəti altına keçdi. Babəkin qoşunu Sünikdən sonra Beyləqan, Artsak və Utivilayətlərini tutdu.Bir tərəfdən xürrəmilər üsyanının müvəffəqiyyətləri, digər tərəfdən Xilafətin özündə Məmununqarşılaşdığı daimi daxili çəkişmələr onunla nəticələnmişdi ki, Abbasilər Xilafəti öz varlığı üçüntəhlükəli zaman keçirirdi. Cəzirədə Nəsr ibn Şəbsin, Suriyada ərəb tayfalarının, Misirdə Abdullahəs-Surinin (820-826), Misirdə 829-cu ildə yəmənilər və qeysilərin üsyanları, habelə Bizans ilə daimimüharibələr xəlifə Məmundan ağır xərc və böyük ordu tələb edirdi. Məmun bütün iyirmi illikhökmranlığı ərzində Xilafətdə yalnız çoxlu üsyanları yatırmalı olmuşdu.Məmun ölən ildə xürrəmilərin üsyanı daha böyük bir qüvvə ilə qızışdı. Nizam ül- Mülkün verdiyiməlumata görə, üsyan İsfahan, Fars vilayətlərini və bütün Kuhistanı bürüdü. Məmunun Bizans iləmüharibəyə başı qarışmasından istifadə edən üsyançılar "bir gecə vaxt təyin etdilər. Hazırlaşıbbütün mahal və vilayətlərdə üsyan qaldırdılar. Şəhərləri taladılar. Farsda çoxlu müsəlman qırdılar,arvad və uşaqları əsir apardılar. İsfahanda onların başçısı Əli ibn Məzdəkan adlı birisi idi. O şəhərdarvazasında iyirmi min nəfərlik silahlı qüvvəni gözdən keçirtdi və qardaşı ilə birlikdə Kuha getdi.Əli Kuhu tutdu, qarət etdi, əlinə keçən müsəlmanı öldürdü... Qayıtdıqdan sonra o, Babəkləbirləşmək üçün Azərbaycana getdi. Hər tərəfdən xürrəmidinlilər Babəkin yanına gedirdilər".
  6. 6. Xəlifə Məmun 833-cü il 7 avqustda öldü, öz qardaşı Mötəsimi taxta vəliəhd təyin edərək, onavəsiyyətnamə qoydu. Bu vəsiyyətnamənin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıcadiqqət vermək sərəncamı idi. 833-cü il, 10 avqustda Mötəsim xəlifə elan edildi və bununla daxürrəmilərə qarşı mübarizənin yeni mərhələsi başladı.Yeni xəlifə taxta çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara aldı. O,xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı, zira, görürdü ki, Azərbaycanın vədigər əyalətlərin xalq kütlələrinin bu təhlükəli hərəkatı qarşısında daha da zəiflik göstərilsə,Xilafətin öz varlığı üçün ciddi nəticələr doğura bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Bunagörə xürrəmilərə qarşı onun qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi.833-cü ildə "Cibalda, Həmədan, İsfahan, Masabzan və Mehricanqazaq şəhərlərində olan çoxluəhali xürrəmilərin dinini qəbul etdi. Onlar toplandılar və Həmədan tərəfdə düşərgə qurdular.Mötəsim onlara qarşı qoşun göndərdi; onun göndərdiyi axırıncı ordu Müsəbin komandası altındaidi ki, onu da həmin ilin oktyabrın 20-si - noyabrın 17-si Cibala hakim təyin etmişdi. O, onlara getdi.Onun üzərində çaldığı qələbə haqqındakı məlumat Bağdadda tərviyə günündə 833cü il 25 dekabroxundu. O, Həmədan rayonunda onlardan 60 min adam qırdı, qalanları Rum ərazisinə qaçdılar.M.Siriyets, məğlub edilən xürrəmilərin qalan hissəsinin Bizans ərazisinə qaçdığı haqqında belədeyir: "Həmin ildə Babək tərəfdarlarının böyük bir hissəsi ərəblərin müharibəsindən cana gələrəkbaş komandan Nəsr ilə birlikdə Rum padşahı Feofili axtarmağa getdi və xristianlığı qəbul etdi".Həmədan vuruşmasından sonra Bizansa gedən xürrəmilərin taleyi haqqında müxtəlifməlumat vardır. Bizans tarixçilərinin istinad etdikləri orta əsr yunan müəllifləri bildirirlər ki, qaçıbBizansa sığınan xürrəmilər qrupu 14 min nəfərdən ibarət idi və onlara əsli iranlı olan Feofob adlıbirisi başçılıq edirdi. İmperator Feofil onları femlerdə yerləşdirib turma adlanan ayrı-ayrı dəstələrəböldü; həmin dəstələr Ərəb Xilafətinin qoşunlarına qarşı hərbi əməliyyatda fəal iştirak edirdilər.Xəlifə Mötəsim Həmədan yaxınlığındakı ilk müvəffəqiyyətdən sonra başa düşdü ki, qüvvələriparçalamaq və xürrəmilərlə hərdənbir vuruşmaq müharibənin gedişinə təsir göstərməyəcəkdir.Mötəsim görürdü ki, onun qardaşı və sələflərinin xürrəmilərlə etdiyi müharibə taktikası kökündənyanlış idi və Xilafətin bir neçə ordusu üçün fəlakətli olmuşdu. Babək kimi təhlükəli düşmənə qarşıXilafətin bütün qüvvələrini toplamaq üçün Kiçik Asiyada Bizansla daimi müharibə meydanındahərbi əməliyyatı dayandırmaq lazım idi.Bizans-Ərəb sərhədində dördillik 833-837 sakitlik Mötəsimə imkan verdi ki, əvvəllər Bizanslamüharibədə olan qoşunları da Babəkə qarşı göndərsin. Mötəsim öz sələfindən fərqli olaraqBabəklə müharibənin strateji cəhətinə ciddi diqqət yetirdi. O, düşmənin qüvvəsi və gücünübildiyindən uzun sürən müharibəyə hazırlaşdı və hər şeyi: qoşunun tərkibini və görkəmlisərkərdələri seçməkdən, köməkçi hissələrlə təmin etməkdən tutmuş Xilafətin bütün maliyyə, ərzaqvə yem ehtiyatlarını səfərbər edincəyədək hər şeyi müharibə ehtiyaclarına tabe etdi.
  7. 7. Mötəsim xürrəmilərin üzərinə ümumi hücuma başlamazdan əvvəl əmirlərdən Əbu SəidMəhəmmədi gələcək vuruşma rayonuna göndərib ona əmr etdi ki, "Zəncanla Ərdəbil arasındaBabəkin dağıtdığı istehkam məntəqələrini bərpa etsin və Zəncan-Ərdəbil yolunda qarnizonlarqoysun ki, heç kəs Ərdəbilin təchizi üçün təhlükə törətməsin". Qoşun qərargahı ilə Xilafətinpaytaxtı Samarra arasındakı rabitə sisteminə böyük diqqət verilmişdi. Yollar pis olduğuna görəqasidlər məlumatı gec gətirirdilər, buna görə də xəlifə əmr etdi ki, Ərdəbildən paytaxta gedən yolunhər fərsəxində məlumat gətirməyə hazır olan bir atlı qoysunlar. Xəlifə bu məqsəd üçün əmr etdi ki,onun özünün Hulvan keçidi yaxınlığındakı Marc at ilxısında xüsusi çapar atlarından istifadəetsinlər. Təpələrdə qarovulxanalar düzəldildi; bu qarovulxanalar bir-birini yaxşı görürdü və məlumatgətirən atlıların hərəkəti haqqında bir-birinə səslə xəbər verirdilər.Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərənistedadlı sərkərdə Afşin Heydər ibn Kavusu 835-ci il 3 iyunda xürrəmilərə qarşı müharibə edənbütün qoşunların baş komandanı təyin etdi. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin ataminəndə yəni xürrəmilərlə vuruşmağa girəndə - gündə 10 min dirhəm, hərbi əməliyyat olmayandaisə 5 min dirhəm pul alırdı.Əz - Zəhəbi bildirir ki, təkcə 837-ci ildə Mötəsim Babək ilə müharibəyə bir milyon dirhəmxərcləmişdi. Afşinin ordusu arası kəsilmədən ərzaq, sursat və silahla təchiz olunurdu. Afşin Ərdəbilqərargahına gələn kimi Əbu Səid Məhəmmədə əmr etdi ki, xürrəmilərin dağıtdığı qalaları bərpaetməyi sürətləndirsin. Qalalar bərpa edilib möhkəmləndikdən sonra Afşinin əmrilə bunlarınətrafında xəndəklər qazıldı. O öz qərargahını xürrəmilərin istehkamlarına yaxın olan Bərzəndəköçürdü. Bərzənd ilə Ərdəbil arasındakı qalalar da bərpa edilib möhkəmləndirildi. PaytaxtdanƏrdəbil yolu ilə Bərzəndə gedən ərzaq və silah karvanlarının yanınca xüsusi mühafizə bölmələrigedirdi ki, bu da xürrəmilərin karvanlara qəflətən hücum etməsi təhlükəsini aradan qaldırmalı idi.Afşin casus məlumatı toplamağa xüsusi diqqət verirdi. Afşin öz casuslarından başqa Babəkincasuslarını da öz tərəfinə çəkməyə cəhd edərək, xürrəmilərin yeri, istehkamları və manevrlərihaqqındakı məlumat üçün onlara daha artıq pul verirdi.835-ci il Afşin Bəzz yaxınlığında yeni istehkamlar tikdirdi. Ərəblərlə xürrəmilər arasındakəşfıyyat xarakterli vuruşmalar gedirdi. Bəzən bu, bəzən də o biri tərəf müvəffəqiyyət qazanırdı. Buyerə yaxşı bələd olan xürrəmilər ərəb qoşunlarının təchizat yollarını tutur, ərzaq və silahkarvanlarını ələ keçirməklə ərəbləri çətin vəziyyətdə qoyurdular, çünki "karvanda olanlarınhamısını məhv edirdilər". Nəticədə Afşinin qoşunları daim aclıq və susuzluqdan əzab çəkirdi,"cismən və ruhən məğlub olurdu". Həmin ildə xürrəmilər Artsak yaşayış məntəqəsi yaxınlığındaərəblərlə vuruşmada yeni bir məğlubiyyətə uğradılar. Babəkin kəşfiyyatçıları paytaxtdan Ərdəbiləpul gətirən böyük bir karvanı güdmüşdülər.Lakin Babəkin adamları arasında bir nəfər xain varmış; bu xain Afşinə bildirir ki, Babəkinkarvan haqqında xəbəri var. Afşin pusqu qurur, Qəflətən yaxalanan xürrəmilər məğlub olurlar.
  8. 8. Adətən olduğu kimi, bu dəfə də vuruşan xürrəmilər arasında olan Babək birtəhər özünü xilas edir.Mənbələrin verdiyi məlumata görə, bu vuruşmada xürrəmilər min nəfərdən artıq tələfat verdilər.Lakin bir neçə gündən sonra Babəkin sərkərdələrindən Tarxan və Adin yenidən ərəblərinkarvanına hücum edib mühafızələrini qırır və bütün yükü ələ keçirib ərəbləri çətin vəziyyətə salır.836-cı ildə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl-Kəbirin başçılığı altındakı ərəbordusu arasında vuruşma olmuşdu. Təkəbbürlü Buğa, Afşinin əmrinə etina etməyərək, şəxsənxürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını görmüşdü. Əvvəlcə Babək Buğanın minnəfərlik ərzaqdaşıyan dəstəsini məhv etdi, əsir aldığı ərəblərdən ikisini seçdi və baş vermişəhvalatı Afşinə söyləməyə göndərdi. Buna baxmayaraq, Buğa öz ordusunu xürrəmilərə qarşıhərəkətə gətirdi; xürrəmilər isə ərəbləri izləyirdilər; dağ cığırlarından keçib gücdən düşən ərəblərtəpələrdən birinə qalxmağa başlayanda xürrəmilər hücum edib onları mühasirəyə saldılar vəərəbləri onlar üçün əlverişli olmayan şəraitdə vuruşmağa məcbur etdilər. Buğanın ordusu məğlubedildi, bir neçə sərkərdə öldürüldü. Buğanın özü isə qaçdı. Xürrəmilər bütün ərəb ordugahını, pulvə silahları ələ keçirtdilər. Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndə çəkdi.836-cı ilin qışında xürrəmilər öz sərkərdələrindən Tarxanı da itirdilər. Bu igid türk ərəblərilap təngə gətirirdi. Afşin tez başa düşmüşdü ki, Tarxan xürrəmilər ordusunun başında qalarsa,ərəblər onlara qarşı müharibədə çox çətinlik çəkəcəklər. Odur ki, Tarxanın hərəkətini daim izləyirvə onu sıradan çıxartmaq üçün fürsət axtarırdı. Nəhayət, buna müvəffəq oldu. Tarxan adətən qışaylarını Həştadsər dağı yaxınlığında öz kəndində keçirirdi. Afşin casuslardan öyrənəndə ki, TarxanBabəkdən icazə alıb kiçik bir dəstə ilə öz mülkünə yola düşmüşdür, türk olan bir casusunu onunardınca göndərdi. Casus gecə vaxtı Tarxana hücum edib onu öldürdü və başını kəsib Afşinəgöndərdi. Tarxanın ölümü Babək və xürrəmilər üçün böyük bir zərbə oldu. Xürrəmilərin belə igidsərkərdəsinin ölümündən sonra ərəblər daha cəsarətli hərəkət etməyə, xürrəmilər isə dalbadalməğlubiyyətə uğramağa başladılar. Ərəb xilafətinə qarşı illər boyu davam edən mübarizədəxürrəmilərin müvəffəqiyyət qazandığı axırıncı il - 837-ci il gəlib çatdı. Həmin ildə Afşin xəlifədənböyük bir qüvvə aldı; köməkçi qüvvələrə böyük türk sərkərdələrindən Cəfər ibn Dinar əl-Xəyyat vəİtax başçılıq edirdilər. Xəlifə onlarla Afşinə qoşunun maaşı və təchizatı üçün 30 milyon dirhəm pulda göndərmişdi.Köməkçi qüvvənin gəlmiş olmasına baxmayaraq, Afşin xürrəmilərlə müharibə taktikasınıbütünlüklə dəyişdirdi. Müharibənin müvəffəqiyyətinə hələ də inanmayan xəlifə Mötəsim, Afşinəbirbirinə zidd müxtəlif sərəncamlar verirdi. Afşin də bu sərəncamları elə yerinə yetirirdi ki, az sonraərəb qoşunları arasında sərkərdəyə qarşı narazılıq başlandı. Doğrudan da, xürrəmilərin qalasıBəzzdən ərəbləri ayıran son dörd fərsəx (təxminən 30 kilometr) yolu ərəblər bir ilə keçmişdilər.Afşin əsgərlərin narazılığına baxmayaraq, verdiyi sərəncamlarında daim xəlifəyə istinad edirdi vəxürrəmilərlə vuruşa girməyə icazə vermirdi. Yalnız xüsusi dəstələr istehkamlar tikir, və Bəzzə tərəfyol çəkməklə məşğul idi, çünki yolun olmaması ərəb qoşunlarının ərzaq, su və s. ilə təchiz
  9. 9. edilməsini daim təhlükə qarşısında qoyurdu. Çox vaxt ərəblər bircə qurudulmuş çörəklədolanırdılar. Bunu bilən Babək bir dəfə Afşinə bir adamla bir yük tərəvəz göndərdi. Afşin Babəkinbu hədiyyəsini məmnuniyyətlə qəbul etdi və onun göndərdiyi adama icazə verdi ki, ərəbdüşərgəsindəki istehkamları baxıb görsün. Xürrəm ətraflı baxdından sonra, Afşin onu geriyəburaxdı və xahiş etdi ki, "qardaşı" Babəkə onun salamını yetirsin. Afşinin Babəkə bu cürmünasibəti qoşunda və xüsusilə sərkərdələrdə şübhə doğurmaya bilməzdi. Buna görə islamındüşməninə qarşı müharibədə Afşinin hərəkətləri çox tez-tez, xüsusilə Cəfər əl-Xəyyat tərəfindənkəskin surətdə tənqid olunurdu.Afşin Babəklə mübaribənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizlidanışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Lakin Afşinin Babəklə birlikdəqəsd düzəltməkdə iştirakı yalnız Məzyərin və Afşinin özünün mühakiməsində aşkara çıxdı. Belə birqəsdin mövcud olduğunu ərəb mənbələri də təsdiq edir. Əbu Mənsur əl-Bağdadi bildirir ki, Afşin"Babək ilə gizli qəsd düzəltmişdi". Mötəsim Afşini Babəkə qarşı müharibəyə göndərəndə "belədüşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir. Gizlində isə o Babəklə əlbir idi və onaqarşı müharibəni uzadırdı və müsəlman qoşunlarında çatışmazlıq olduğunu ona hiss etdirirdi, o da[Babək də] düşmən qoşununun çoxunu məhv edirdi".Yalnız xürrəmilərlə müharibə qurtardıqdansonra "xəlifə, Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyiniöyrəndi".Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Afşin, Babək və Məzyər arasındagedən gizli danışıq və yazışmalar bir nəticə vermədi, odur ki, Afşin də özünü tamamilə ifşaetməmək üçün Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl-Xəyyat, Əbu Səid vəBuxaraxudatın sərkərdəliyi altındakı türk qoşunları və könüllülər qalanı mühasirə etdilər. Şəhərüçün uzun sürən vuruşma başlandı, bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri hiss ediləcəktələfat verməyə məcbur edirdilər. Ərəblər mancanaqları Bəzzin hasarlarına yaxınlaşdırdılar, işçikorpusu isə hasarları sökərək daşları çıxarmağa başladı. Xürrəmilərin bütün qəhrəmanlığı vəigidliyinə baxmayaraq, ərəblərin üstün qüvvələrinin mühasirəsinə qalanın davam gətirəbilməyəcəyi Babəkə aydın olanda, o, Afşinlə şəxsi danışığa girdi. Bu danışıqlar zamanı Afşin"Babəkə aman təklif etdi, lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin elə dedi: "Sən istəyirsənöz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə, çayı keç" lakin o uzaqlaşdı”.Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq, Afşin bir müddətdən sonraonun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı biradam göndərsin. Babəkin elçisinə o dedi: "Babəkə söylə: hər başlanğıcın bir axırı var. İnsanınbaşı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır, onnəfərdən biri də qalmamışdır. Sənin vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq. Sənin əlindəolan mülk səndə qalsın, sən burada qal, mən qayıdıb gedim, xəlifədən sənin üçün bir mülk dahaalıb fərman göndərim".
  10. 10. Afşin şəhərə neftsatanlar dəstəsini gətirdi və bunların köməyi ilə şəhər 837-ci il 26 avqustdaərəb qoşunu tərəfindən alındı. Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri üç günərzində yandırsınlar. "Bircə ev, bircə qala salamat qalmadı - o, hər birini yandırdı və ya dağıtdı".Babəkin oğulları və onların ailə üzvləri şəhərdə tutuldular. Nizam əl-MüIkün verdiyi məlumata görə,Bəzz alınarkən 80 mindən artıq xürrəmi öldürülmüşdü.Bu məğlubiyyətdən sonra 837 - ci ildə Babək Sünik hakimi Səhl ibn Sunbatın mülkündətutularaq Samirə şəhərinə gətirilir və 838 - ci ildə həmin şəhərdə edam edilir.

×