ÖLÜ DİLLƏR                             Aytəkin Əliyeva                             Qafqaz Universiteti                    ...
why? 2) Why should we care? 3) What can be done? All this questions were answered throughthe examples in the article.Key w...
100,000-999,999       795              13.1                                             10,000-99,999         1,605       ...
ölməkdə olan dahalo dili haqqında danışmasını xatırlayır. Həmin şəxs fəxr edirdi ki,oğlanları   yalnız daha nüfuzlu dil ol...
Bu gün Afrikada isə bəzi regionlarda tayfalar geniş yayılmış svahili dilindən hibrid dil kimiistifadə edirlər.(9)  Beynəlx...
missionerlərinin gətirdiyi çiçək və qrip epidemiyası qarşısında aciz qaldılar. Avropadangətirilmiş bu xəstəliklər onların ...
cür hesab edir: “Mənə Uels dilində danışmamağı əmr etmək nəfəs almamaq əmrinə bənzərdi.Mən bunu edə bilmərəm.” Burdan aydı...
Başqa bir təsir sahəsi isə texnologiyadır. Dili inkişaf etməmiş və ya təhlükədə olan bir ölkədətexnologiya da yavaş inkişa...
Alimlər bildirirlər ki, maddi dəstək və ictimai təşəbbüslər məhv olmaqda olan dillərinsaxlanmasına, bəzi hallarda yenidən ...
Digər bir misalsa Fransaya aiddir. Fransada ingilis dili tamamilə qadağan edilməsə də buməsələyə dair hökümət ciddi ölçü g...
5. www.spinner.cofc.edu6. www.bettereflteacher.blogspot.com7. www.experiencefestival.com8. www.ashbrook.org9. www.wisegeek...
Upcoming SlideShare
Loading in …5
×

öLü dillər

584 views
477 views

Published on

Published in: Education
0 Comments
0 Likes
Statistics
Notes
  • Be the first to comment

  • Be the first to like this

No Downloads
Views
Total views
584
On SlideShare
0
From Embeds
0
Number of Embeds
0
Actions
Shares
0
Downloads
4
Comments
0
Likes
0
Embeds 0
No embeds

No notes for slide

öLü dillər

  1. 1. ÖLÜ DİLLƏR Aytəkin Əliyeva Qafqaz Universiteti Pedaqogika Fakültə İngilis Dili və Ədəbiyyatı Bölməsi BAKI/AZƏRBAYCAN aytekin.aliyeva28@yahoo.com XÜLASƏ Bu gün statistika dünyanın hər tərəfindəki təhlükədə olan dillərlə bağlı həyəcan təbili çalır.İtkilərin yüksələn sürəti bizi səbəblər və çıxış yolları haqqında daha diqqətlə düşünməyə məcburetməlidir. İnsanlar bu təhlükəni yaradan səbəbləri , əllərimizdən sürüşüb gedən bu dillərin hərbirinə nəyə görə ehtiyacımızın olduğunu tapmağa çalışır və hər kəs bu dəyişməz reallıqqarışısında öz vəzifəsini bilməlidir. Bu məqaləni yazmaqda məqsədim məni dilin ölməsi prosesibarədə daha çox düşünməyə vadar edən səbəbləri ön planda göstərməkdir. Daha çox üç sualüzərində dayanacağıq: 1) Dillər necə və niyə ölür? 2) Nə üçün bunun qeydinə qalmalıyıq? 3)Çıxış yolu nədir? Bütün bu suallara məqalədə nümunələr vasitəsi ilə aydınlıq gətirilmişdir.Açar sözlər: Hibrid dil, Ölmüş Dillər, Linguicide, Dil Aşınması, Dirçəlmə DEAD LANGUAGES ABSTRACT Today statistics sends SOS about the endangered languages all over the world. Increasingspeed of losses got to make us think about causes and solutions more carefully. People try to findthe reasons which creates this danger, the reasons why we need each language that slips throughour hands and all of us should know his or her duty about this unchangeable fact. My goal in thisarticle is to highlight the ways which made me think more about the complexity of the subjectmatter of language death. We will focus on three major questions: 1) How do languages die and 1
  2. 2. why? 2) Why should we care? 3) What can be done? All this questions were answered throughthe examples in the article.Key words: Lingua Franca, Extinct Language, Linguicide, Language Attrition,Revitalization Giriş Bəşəriyyət yarandığından bu günə kimi dil insanlar üçün ən mükəmməl ünsiyyət vasitəsiolmuşdur. Əsrlər bir-birini əvəz etdikcə dillər də dəyişmiş, istifadə olunmuş və onlarıyaşadanlarla tarixin yaddaşına köçmüşlər. Alim David Crystal dilin ölümünü insan ölümünəbənzədir. Onun fikrincə, bu gün dil yaşayır, çünki onun istifadəçisi bu gün sağdır. Sabah oyaşamaqdıqda isə dil də ölü sayılacaq, lakin alimin bu fikri ilə razılaşmayanlar da var, çünki bəzialimlər düşünür ki, son istifadəçinin ölümü heç də dilin ölümünə dəlalət etmir. Məsələn: Qədimkoptik dili texniki cəhətdən ölmüş sayılır, çünki bu dildə danışan xalq artıq mövcud deyil, ammabu dil yarandığı ərazinin zəngin tarixini və mədəniyyətini yaşatdığı üçün bu gün də alimlərindiqqət mərkəzindədir.(11) Latın dili də bu cəhətdən mübahisəli dillər sırasındadır. Latın diliyazılı formada, tibbdə, hüquqi terminologiyada mövcud olsa da gündəlik ünsiyyətdə istifadəolunmadığı üçün ölü dil sayılır. (11) Təbii ki, bununla razılaşmayan qruplar da mövcuddur.Hər şeyə rəğmən bu dillərin öldüyünü qəbul etmək çox asan və anlaşılandır, çünki artıq xalqyoxdur, amma müasir dövrümüzdə mənsub olduqları xalqların yaşadığı dillərin ölməsi ilə bağlıstatistikalar daha acınacaqlıdır. Hazırda dünyada mövcud olan 6912 dilin yalnız 5%-dən fəal istifadə edilir. ABŞ-dakı MilliCoğrafiya Cəmiyyətinin (National Geographic Society) məlumatına görə dünyada hər 14 gündəbir dil sıradan çıxır. Bu gedişlə də 2100-cü ilə qədər daha 3500 dil məhv olacaq. Hazırdamövcud olan dillərdən 28 %-də cəmi 1000 nəfərə qədər adam danışır. Bu da o deməkdir ki,həmin 28 % son dərəcə təhlükə altındadır. Günümüzdə məhv olmaq təhlükəsi altında olandillərin əsasən Yeni Qvineya, Qafqaz və Sibir zonalarında olduğu bildirilir. Bu statistikanınəyani göstəricisi olan aşağıdakı cədvələ nəzər salaq. Onu da qeyd etmək istəyirəm ki, dillərləbağlı bu cür statistikalar çox mütəhərrikdir. Dəyişmələrin baş verməsini qısa zaman kəsiyindəmüşahidə etmək olur. (10) Danışanların Dillərin % sayı sayı 100 milyondan 9 0.15 çox 10-99.9 milyon 72 1.2 1-9.9 milyon 239 3.9 2
  3. 3. 100,000-999,999 795 13.1 10,000-99,999 1,605 26.5 1,000-9,999 1,782 29.4 100-999 1,075 17.7 10-99 302 5.0 1-9 181 3.0Dillərin yox olma səbəbləri Dilin məhv olması prosesini öyrənən alimlər çox sayda səbəb gətirirlər. Bəzilərinə nəzərsalaq:• Siyasi, iqtisadi üstünlük İqtisadi və siyasi amillər səbəblər siyahısının başında göstərilir, çünki ən başlıca səbəbiqtisadi fəallıqdır. Sayca çox olan etnik qrup daha iqtisadi fəal olur və onların dilləri üstünlüktəşkil edir. İnsanlar iqtisadi cəhətdən rahat yaşamaq üçün həmin dillərin istifadəsinə üstünlükverməyə başlayırlar. Ona görə də sosial-iqtisadi inkişaf dilin də inkişafı üçün əsas sayılabilər. Dillərin yaşamasında siyasətçilər də olduqca böyük rol oynayırlar. Dominant millətnümayəndələri yalnız öz dillərində danışanları irəli buraxırsa, bu, başqa dillərin ölümüdemək olur. Digər acınacaqlı hal da odur ki, bəzən cəmiyyətdən təcrid olunmamaq üçüninsanlar öz dillərini tərk edib dominant dillərdən birində danışmağa başlayırlar. Uşaqlarını dahəmin dildə təhsil verən tədris müəssisələrinə yollayırlar. Zaman keçdikcə isə bu cür şərtləraltında insanlar öz dillərini unudur. • Heç bir doğma istifadəçinin qalmaması Bir nəsil öz doğma dilində danışır və onlar bu dili övladlarına öyrədirlər. Övladları isə budildən öz uşaqları ilə ünsiyyətdə çox istifadə etmir, çünki onlar ünsiyyəti asanlaşdıran hibriddildə danışmağı üstün tuturlar və nəticədə gənc nəsil doğma dili yaxşı mənimsəmir.Gələcəkdə də əgər bu gənc nəsildən olanlar başqa yerlərdə yaşamağı seçsələr onlar onsuz daçox istifadə etmədikləri doğma dili asanlıqla unudub məskunlaşdıqları yerlərdə danışılandildən istifadə edəcəklər. Bu da artıq sahibləri tərəfindən istifadə olunmayan dilin ölümünəsəbəb olur. (6) Digər tərəfdən bu insanları günahlandırmaq doğru deyil. Dilçi alim Peter Ladefoged buməsələyə başqa nöqtədən yanaşır. Onun dediklərinə görə təhlükədə olan dillərin istifadəçiləridilçilərin onları xilas etməsini istəmir, çünki yuxarıdan aşağı baxılan, ayrıseçkiliyə məruzqalmış, aparıcı dillərdə danışan insanlardan bezən bəzi azlıqlar daha təhlükəsiz və rahat həyatnaminə könüllü olaraq öz dillərini tərk edirlər. Alim Keniyanın kənd sakini ilə demək olar ki, 3
  4. 4. ölməkdə olan dahalo dili haqqında danışmasını xatırlayır. Həmin şəxs fəxr edirdi ki,oğlanları yalnız daha nüfuzlu dil olan svahili dilində danışa bilir və sevinirdi ki, onlar onun sahib ola bilmədiyi təhsilə və həyata sahib olacaqlar. (3) Nə qədər acınacaqlı hal olsa da heç kimin o kəndlini və onun timsalında dillərini qurban vermək məcburiyyətində qalmış minlərlə insanı günahlandırmağa haqqı yoxdur. • Yazılı formanın mövcud olmaması Bir çox dillər adət-ənənələr, tarixçilər, bu dilləri nitqlərində yaşadan insanlar tərəfindən ötürülərək daha çox şifahi və ya ənənəvi formada mövcud olur. Sərt iqlimlər, dözümlü materialların çatışmazlığı və belə bir sıra səbəblər yazılı formada nümunələri az olan bu dillərin məhv olmasına səbəb olur. Bu cür dillərə aid yazılı məlumatlar müxtəlif heyvan dəriləri, qayaüstü rəsmlər, ağac gövdəsi, kobud formalı perqament kağızlar və hətta insan bədənindəki döymələrdə belə əks oluna bilər ki, bunlar da etibarlı qoruyucu deyil və istənilən zaman asanlıqla məhv ola bilər. Onların məhv olması isə bir dilin yox olması deməkdir. (6) • Digər bir hibrid dil tərəfindən udulma İlk öncə hibrid dilin nə anlama gəldiyini açıqlayaq. Hibrid dillər və ya Lingua Franca Lingua Franca iki müxtəlif mənaya malikdir. İlk olaraq bu ifadə bir neçə Avropa dilinibirləşdirən hibrid dil anlamındadır. Bu dil bir vaxtlar Aralıq dənizi sahillərində yaşayanxalqların ünsiyyət vasitəsi idi, çünki əks halda onların əlaqə qurması mümkün deyildi. İkincimənada isə o müxtəlif cəmiyyətlərdən və mədəniyyətlərdən olan insanların əlaqə qurması üçüngeniş istifadə olunan dil anlamını verir.(9) Dil müxtəlif regionlardan olan insanların əlaqə yaratmasında ən böyük maneələrdən biridir.Ümumiyyətlə, insanlar müəyyən coğrafi ərazidə dialektləri fərqli olsa da bir ümumi dili böləbilərlər. Bu da ona zəmanət verir ki, insanların ünsiyyət qurması və asanlıqla ticarət etməsiüçün bəzi dialektləri özündə əks etdirən hibrid dildən istifadə oluna bilər. Bu dil də hibrid dilolaraq tanınır, çünki o (vernacular)yerli yox, (vehicular) daşınan dildir. Yerli dil şivələri,ləhcələri özündə əks etdirən və müəyyən bir qrupun anlayıb danışa bildiyi dildir. Məsələn:Portuqaliyada yaşayanlar üçün portuqal dili yerli dil sayılır, amma klassik ərəb dili YaxınŞərqdə yaşayan xalqların hibrid dili sayılır.(9) İngilis və fransız dilləri müxtəlif dövrlərdə ümumi dil olaraq tanınmışdır. Fransız dilindən birvaxtlar diplomatiyada hibrid dil olaraq istifadə olunurdu. Diplomatlar konfranslarda,görüşlərdə fransızca danışırdılar. İngilis dili isə daha çox elm, texnologiya dili olaraqbilinmişdir.(9) 4
  5. 5. Bu gün Afrikada isə bəzi regionlarda tayfalar geniş yayılmış svahili dilindən hibrid dil kimiistifadə edirlər.(9) Beynəlxalq köməkçi dil sayılan Esperantonun layihəçiləri onun hibrid dil kimi istifadəolunmasına səy göstərsələr də bu cəhd uğurlu alınmadı, çünki Esperanto da digər sonradantərtib olunmuş beynəlxalq dillər kimi hibrid dil səviyyəsinə qalxa bimədi. Hal-hazırda güclənən bir proses də əhatə dairəsi az, istifadəçisi məhdud, iqtisadi və mədənihəyatda rolu zəif olan dillərin daha geniş yayılmış, daha çox istifadəçiyə sahib olan, müasirdövrdə ehtiyacın böyük olduğu dillər tərəfindən udulmasıdır. Şərqi və Mərkəzi Avropanın köçəritayfaları, Afrikanın Cənubi Saxara bölgəsi, Sakit okeanın cənubundakı tropik meşələrdə və təcridolunmuş adalarda yaşayan xalqların linqvistik irslərini itirmə təhlükəsi daha böyükdür. Bu cürxalqlar və tayfalar üçün həyatda qalmaq naminə başqa ölkələrlə ticarət əlaqələri qurmaqzəruridir. Bu səbəbdən dolayı bu qruplaşmalarda yaşayan insanlar müəyyən bir hibrid dildədanışmalı olurlar. • Müharibələr, xəstəliklər, təbii fəlakətlər və kənar mexanizmlər Bunlara aid bir neçə misal gətirmək olar. Dilin varlığına digər bir xalq və ya mexanizm tərəfindən məqsədli şəkildə son qoyulmasınabəzən “Linguicide” də deyilir. Bu hallara daha çox Amerika və Avstraliya qitələrində rastgəlinir.(7) Bununla yanaşı dünyada da buna aid bir çox misal göstərmək olar.İkinci dünya müharibəsindən sonra alman dili bir sıra ölkələrdə o cümlədən, ABŞ və İtaliyadaqadağan edildi və ya Havay adalarının Amerikaya ilhaq edilməsindən sonra havay dilinin həminərazidə danışılmasına məhdudiyyət qoyuldu.(7) Britaniya höküməti isə məktəblərdə Uels və Şotland Gelsk dilinin tədrisinə qadağaqoymuşdur.(7) Hindistanın dağlarında əhalisinin sayı bir neçə min olan Sulung xalqı yaşayır. Qonşu tayfalarlauzun müharibələr nəticəsində onlar bu ərazilərə köçmək məcburiyyətində qalmışlar. Əgər buxalqın varlığına sözü gedən qonşu tayfalar tərəfindən son qoyulsa o zaman onların dilləri də yoxolacaq.(5) Otuz il əvvəl isə Braziliyada yaşayan Jiahui xalqı ranço sahibləri tərəfindən doğmatorpaqlarından çıxarıldılar. Onlardan bəziləri düşmənlərə qoşuldular, bəziləri isə şəhərlərəköçdülər. İndi onlar torpaqlarını qismən bərpa ediblər, ancaq sayları olduqca az- əlli nəfərdənçox deyil.(5) Digər misal olaraq Braziliyanın Mato Grosso vilayətindəki Rikbatsai tayfasını göstərə bilərik.Bu xalqın nümayəndələri cəsur döyüşçülər olması ilə fərqlənirdi, amma onlar Yezuit 5
  6. 6. missionerlərinin gətirdiyi çiçək və qrip epidemiyası qarşısında aciz qaldılar. Avropadangətirilmiş bu xəstəliklər onların və bir çox digər xalqların kütləvi məhvinə səbəb oldu. Onlarlabirgə dilləri də tarixin yaddaşına köçdü.(5) Təbii fəlakətlər də səbəblərdən biridir. 1998-ci ildə dəhşətli sunami Papua Yeni Qvineyanınşimal sahilini vuraraq Varapau və Sissanu dillərində danışan demək olar ki, bütün insanlarınölməsinə səbəb oldu. Sadəcə olaraq həmin vaxt evlərində olmayan çox az sakin sağ qala bildi vəhazırda bu dillərdə danışa bilənlər yalnız onlardır. (5) • Başqa dillərdən sözlərin keçməsi Buna bəzən “Dil Aşınması” və ya “Dil İntiharı” da deyilir.(7)Dilin digər dillərdən söz götürməsi normal haldır, amma bəzi hallarda bu nəzarətdən çıxa bilər.Bu da dillərin ölmə səbəblərindən biridir. Zəngin olmayan bir dil digərindən çox şey mənimsəyəbilər-əvvəlcə sözləri, sonra qrammatika, müəyyən ifadələri hətta cümlə strukturunu və nəticədəmüəyyən müddət sonra o dilləri ayırmaq qeyri-mümkün həddə çatır və zəif dil güclününtərkibində əriyib yox olur.(3) • Təhsil ocaqlarında zəif tədris Buna latın dilini misal gətirmək olar. Bu dilin müasir dövrdə yerli istifadəçisi yoxdur. Həttabu dili bildiklərini söyləyən müəllimlər belə bir neçə cümləni ardıcıl deməyə çətinlik çəkir. Artıqbir əsrdən çoxdur ki, latın dili Amerika universitetlərinə qəbul tələbləri arasında yoxdur. Həttadevizi “Veritas” (Həqiqət) olan Harvard universiteti və devizi “Crescat scientia vita excolatur”(Təhsili inkişaf etdirək və bununla da həyat zənginləşəcək) olan Çikaqo universiteti və devizlərilatınca olan bir sıra Amerika universitetlərinin heç birinin qəbul qaydaları içində latın dili tələbedilmir. Klassik bölmələr universitetlərdə ən balaca və ən az maliyyələşdirilən bölmələrdir.İnsanlar bu dilin ömrünü bitirdiyini düşünür və vaxtlarını daha müasir dilləri öyrənməyə sərfetməyi üstün tuturlar.(8)Niyə qayğı göstərməliyik ? Bəzən insanlar ölən dillərin geri qaytarılmasının və buna sərf edilən səylərin mənasız vəlüzumsuz olduğunu düşünür. Əslində isə geri qaytarılan və qorunan hər bir dil mədəniyyətin,tarixin, öz keçmişimizin bir parçasının qayıtması və qorunması deməkdir. Bununla yanaşı birsıra səbəblər də göstərmək olar.Dil kimlikdir. Azlıq dillərin istifadəçiləri son dərəcə qürurlu və mühafizəkar olmaqları ilə fərqlənir, çünkidil insanın şəxsiyyətinin formalaşmasında ən mühüm amillərdəndir. Belfastlı Nerys Jenkins bu 6
  7. 7. cür hesab edir: “Mənə Uels dilində danışmamağı əmr etmək nəfəs almamaq əmrinə bənzərdi.Mən bunu edə bilmərəm.” Burdan aydın olur ki, kiminsə dilinin ölməsinə yol vermək onunkimliyinin bir parçasının ölməsinə göz yummaq deməkdir.(3)Dil mədəniyyətdir. Dil mədəniyyətlə sıx əlaqəlidir. Əgər millət dilini itirirsə dolayısıyla musiqisini, ədəbiyyatnıbir sözlə incəsənətini itirir. Arisaig sakini Elizabet Makdonald Şotland gelsk dili haqda belədeyir: “Bizim dilimiz qədim mədəniyyətimizin ən vacib hissəsidir . Əsrlər boyunca çoxlutəqiblərə məruz qalmasına baxmayaraq bu günə kimi yaşamağı bacarmışdır. Bu dil incəsənətinmüxtəlif sahələrinin hələ də mövcud olmasına səbəb olmuşdur və dilimizin sayəsindəmədəniyyətimiz yaşayır.” (3)Dil tarixdir Dil istifadəçilərinin tarixini şərh edir. Qədim yazılar sayəsində biz keçmişdə baş verənhadisələri tam təfsilatı ilə öyrənə bilərik. İstənilən yazılı abidə maddi abidənin deyə biləcəyindəndaha çox şey danışa bilər. Bu yazılar qəbir daşları üzərində, qədim kitablarda və ya müxtəlifəşyalara həkk olunmuş ola bilər. Əgər biz onları oxuya biliriksə bu gündən keçmişə uzananmilyon illik məsafəni 1 ana qət etmiş oluruq, lakin oxmağa müvəffəq olmasaq keçmişlə olan bubağlılıq da bir anda yox olub gedir. Dilin tarixlə əlaqəsinə dair bir misal: Alim Qreqori Anderson ket xalqının dili ilə bağlı birməsələni bu cür izah edir: “Yeni araşdırmalara görə, ola bilər ki, ket dili navajo kimi qədimAmerika dillərinin uzaq qohumudur. Əgər bu nəzəriyyə doğrudursa, onda ket dilinin öyrənilməsibuz körpüsü ilə Asiyadan Amerikaya insan köçünün tarixini də öyrənməyə imkan verə bilər.”Dil elmdir. Dillər özündə müxtəlif elmlərin sirlərini gizləyir. Məsələn: Mikmak dilində ağaclar küləkəsdiyi zaman çıxardıqları səsə görə adlanırdılar. Səslər dəyişirdisə adlar da dəyişirdi, beləlikləəgər müasir dövrdə Mikmak dilində danışan yaşlı bir insan ağaclara verilən o adları xatırlasaasanlıqla bilmək olar ki, adlar dəyişib yoxsa yox. Əgər dəyişibsə bu o anlama gələr ki, yağanyağışların tərkibindəki kimyəvi turşular ağaclara mənfi təsir göstərdiyi üçün onun keyfiyyətiniaşağı salıb və nəticədə onun çıxardığı səslər dəyişib. Mikmak dilinin yox olması bu sadə üsulunda məhv olması anlamına gəlir. (3)Dil və texnologiya 7
  8. 8. Başqa bir təsir sahəsi isə texnologiyadır. Dili inkişaf etməmiş və ya təhlükədə olan bir ölkədətexnologiya da yavaş inkişaf edir və onlar müasir texnologiyanın üstünlüklərindən istifadə edəbilmir. Texnologiyadan kənarda qalan ölkələrsə cəmiyyətdən təcrid olunma gerçəyi ilə hərzaman üz-üzədir. Bir ölkənin mövqe əldə etməsi üçün onun ictimai profili olmalıdır. Müasirdövrdə bu profil televiziya və radioda yayımlanan verlişlər, qəzetlərdə çıxan xəbərlər vasitəsiləyaradılır, amma məlumdur ki, bu vasitələrlə dünyada tanınmağa yalnız geniş əhatə dairəsinəmalik, maddi imkanları böyük olan dövlətlər nail ola bilir . Virtual məkanda isə hər kəsbərabərdir və hansı dildə yazılmasından asılı olmayaraq internet səhifəsinin qiyməti dəyişmir. Bugün virtual aləmdə bəzi az istifadəçisi olan dillərdə yazılmış məlumatlara rast gəlməkmümkündür. Bəzi kiçik xalqlar ölkələri haqda öz dillərində məlumat yerləşdirirlər. Əgər dilgüclü olarsa bu cür məlumatlar daha çox insan tərəfindən oxunar və həmin ölkə barədə məlumatda daha geniş miqyasda yayılar. Beləcə insanlar öz dilləri vasitəsilə başqaları arasında mövqetuta bilər. (1)Çox variant daha yaxşı izah deməkdir. Dillər haqqında nə qədər çox məlumatlar, nümunələr bilsək dil öyrənmək də o qədər asan vəmaraqlı olar. Əksər hallarda bir dilin qrammatikasını dərk etməyən insanlar digər bir diliöyrəndikləri zaman bu çətinlikləri aşa bilir və qaranlıq nöqtələri iki dili müqayisə edərək çözəbilirlər. Daniel Nettle və Suzanne Romainenin “Yox Olan Səslər” kitabından: “ Biz tədqiqatlarımızdanekzotik dilləri çıxarsaydıq bu məhdud sahədəki gülləri öyrənən bağbandan bütün bitki aləminibilməsini gözləməyə bənzəmiş olardı.” (3) Yəni heç bir dil lazımsız deyil. Hər birinin özünə görəbir qəribəliyi və başqa heç bir dilin malik olmadığı xüsusiyyətləri var. Buna bariz nümunə olaraqİstanbul yaxınlığında danışılan və 1992-ci ildə ölmüş Ubykh dilini göstərmək olar.Xoşbəxtlikdən dil ölməzdən əvvəl dilçilər 81 samit və yalnız 3 saitdən ibarət olan bu dilinqəribəlikləri haqda məlumat əldə edə bilmişlər.(3) Bu cür müşahidələr bizə dillərin necəağılasığmaz quruluşa malik ola biləcəyi gerçəyini göstərir. Hər öyrənilən yeni dil insan beyninin nəyə sahib olduğunu, düşünmək, hiss etmək və müşahidəqabiliyyətini göstərir. Dil ölümünün qarşısı necə alına bilər ? Alimlər bildirirlər ki, bu, təkcə dilçilərin bacara biləcəkləri bir iş deyil. Bu dillərdədanışıqların audio və video ilə yaddaşa köçürülməsi, qrammatik quruluşunun, lüğət tərkibininheç olmasa bir qisminin sənədləşdirilməsi lazımdır. Buna da alimlərin səyləri ilə yanaşı maddivəsait də gərəkir. 8
  9. 9. Alimlər bildirirlər ki, maddi dəstək və ictimai təşəbbüslər məhv olmaqda olan dillərinsaxlanmasına, bəzi hallarda yenidən dirçəldiməsinə imkan verə bilər. Təəssüf ki, istifadəçisi çoxaz və ya yalnız yaşlı nəsil olan və yalnız cəmiyyətdə mövqe əldə etmək naminə yaşayan, özdillərinin təhlükədən qurtarmağa heç cür əmək sərf etməyən bəzi xalqlar üçün dillərinin xilasıartıq demək olar ki, mümkün deyil, lakin bu vəziyyətdə olmayan bir çox başqa dillər də var vəbu cür dillər üçün dirçəlmə üsulları mövcuddur. Bu üsul dirçəltmə, həyata qaytarma(revitalization) adlanır. Əgər cəmiyyət dilin təhlükədə olduğunu vaxtında aşkarlayıb qarışısınıalmaq üçün birgə fəaliyyət göstərsə bu dilin qorunması, təhlükə zolağından çıxması üçün yetərliola bilər. Necə ki, bu uels dili, Avstraliyanın bəzi qədim dilləri, İspaniyanın qalikian dili və birsıra bu kimi dillər üçün yetərli oldu. Öz dilini qormuaq istəyən xalq olmalıdır. Bu birincimərhələdir. İkinci mərhələ isə azlıq dillərə hörmət etməyi aşılayan mədəniyyətin olmasıdır.Bunlardan sonra isə yuxarıda qeyd etdiyim digər mərhələlər gəlir. Məsələn: maddi dəstək,kursların açılması, müəllimlərin işə cəlb olunması və s. Ən son mərhələ dilçilər tərəfindən dilinanaliz olunaraq yazılıb sənədləşdirilməsidir. Balaca dillərin necə qorunub dirçəldilməsinənümunələr də var. Böyük Britaniyada əvvəllər qadağan edilmiş və məhv olmaq təhlükəsi ilə üzləşmiş uels dilidövlətin yardımı ilə yenidən canlandırıldı və artıq bu dildə danışanların sayı minlərlədir. Hal-hazırda bu dil ingilis dili ilə bərabər istifadə olunur. 1993-cü ildə imzalanmış Uels Dili Aktıimkan verir ki, insanlar pasport və ya sağlıq haqqında arayışları əldə etmək üçün müraciətlərdəbu dildən istifadə etsinlər. Bundan əlavə məktəblərdə də bu dilin tədrisinə imkan yaradılmışdır. Manks dilində danışan son insan 1974-cü ildə dünyasını dəyişdi. Bununla belə Man adasındayaşayan əhali ildə 1000 uşağa bu dili məktəbdə ikinci dil olaraq öyrətməklə heç bir maddiyardım olmadan manks dilinin həyata qayıdacağına inanır.(3) Son illərdə dil planlaşdırıcıları bask dilində dəyişikliklər edərək böyük uğura imza atdılar,çünki 1960-cı illərdə dil inkişaf etməyə başladıqda lüğətinə çoxlu yeni sözlər toplamışdı, ammabaşqa dillərdən fərqli olaraq bu sözlər dilin öz imkanları hesabına yaranmamış, başqa dillərdənalınmış neologizmlərdən ibarət idi. Bask dilində isə anti-, pre-, un-, ön şəkilçiləri işlənmədiyiüçün dil qəbul etdiyi sözlərlə zənginləşmək əvəzinə yararsız hala düşmüşdü və dilçilərin apardığıdəyişikliklər nəticəsində dildə ön şəkilçilərdən istifadənin genişləndirilməsinə başlanmışdır vəbeləcə qəbul olunan və ön şəkilçilər olmadan istifadə olunmayan sözlər yararlı hala gətirilmişdir.(3) Əvvəllər Türkiyədə kürd dilində danışılması qanunsuz idi. Qanun kürd dilində danışanlarınsayının azalmasına səbəb olsa da, dil ölmədi. Nəhayət 2002-ci ildə yayım və təhsil üzərindəkiqadağalar qalxdı və 2004-cü ildə Türkiyədə ilk kürd dilində proqram yayımlandı. Beləcə dilinölməsinin qarşısı alınmış oldu. (3) 9
  10. 10. Digər bir misalsa Fransaya aiddir. Fransada ingilis dili tamamilə qadağan edilməsə də buməsələyə dair hökümət ciddi ölçü götürmüşdür. Qanuna görə radioda yayımlanan musiqinin ənazı 40 %-i fransızca olmalıdır. 1994-cü ildə təqdim olunmuş bu dil planlaşdırılmasının əsasməqsədlərindən biri də Fransa musiqisini ingilis dilində olan musiqilərin təzyiqindən qorumaqidi və hətta bu qanun ingilis dilli kanal olan ParisLive kanalına da aid edilmişdir. (3) Nəticə Problemi gündəlikdə saxlamaq üçün BMT-nin Elm və Təhsil Təşkilatı - UNESCO 1999-cuildə fevralın 21-ni Ana Dili Günü elan edib. Hazırda kiçik dillərin qorunması işlərinə maddi yardım göstərən əsas təşkilat Britaniyadakı“Hans Rausing” (Məhv olmaq Təhülkəsi ilə Üzləşmiş Dillər) layihəsidir. Bu qurum ildə dillərinqorunması layihəsinə 2 milyon dollar qrant verir. Həmin təşkilat indiyə qədər 150 dilinsənədləşdirilməsinə nail olub. Almaniyanın “Volkswagen” avtomobil şirkəti də son 10 ildə 80dilin sənədləşdirilməsinə maliyyə ayırıb. Bundan başqa, ABŞ-dakı “Milli Elm Fondu” da busahədə layihələri maliyyələşdirir. Doğrudur, bütün bu səylər yaradılmış şəraitlər bu məsələnin hər zaman gündəmdəolduğundan, kimlərinsə bununla hələ də yaxından məşğul olmasından xəbər verir. Bəs nə üçünhələ də hər iki həftədə bir dilin artıq bu dünyada mövcud olmaması gerçəyi dəyişmir? Deməkəskik qalan bir şeylər var. Demək bundan da artığını etməyə qadirik. Hər kəs dilini qorumağaözünə “Mən dilim üçün nə edirəm və ya nə edə bilərəm?”sualını verməklə başlamalıdır, çünki hərşey maddi vəsaitlə, dövlət səviyyəsində həyata keçirilmiş hansısa proqramlarla və ya bir qrupdilçinin təşəbbüsü ilə həyata keçirilə bilməz. Əsas olan faktor hər kəsin birgə fəaliyyətgöstərərək uğura nail olmasıdır ki, buna aid misallarla da tanış olduq. Nə edəcəyiksə birgəedəcəyik ən azından onun üçün ki, bizdən sonra gələcək olan nəsillər də etdiyimiz bu işləridavamını gətirmək istəsinlər. Belə olarsa gələcək nəsil bilər ki, biz bu dilləri tarixin burulğanınaatmamışıq, biz bu dillərin qayğısına qalmaq üçün əlimizdən gələni əsirgəməmişik. Qaynaqlar 1. David Crystal, 2000, Language death, ISBN 0521 65321 5, Cambridge University Press, UK. 2. Salikoko S. Mufwene, How Languages Die, July 2006, University of Chicago. 3. www.bbc.co.uk 4. www.eprints.um.edu 10
  11. 11. 5. www.spinner.cofc.edu6. www.bettereflteacher.blogspot.com7. www.experiencefestival.com8. www.ashbrook.org9. www.wisegeek.com10. www.compassconference.wordpress.com11. www.africanhistory.com 11

×